Press "Enter" to skip to content

Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə. Morfologiya

Azərbaycan dilinin leksik tərkibi leksik-qrammatik, morfoloji və sintaktik xüsusiyyətlərinə görə bir neçə qrupa – nitq hissələrinə bölünür: adlar, fellər və köməkçi nitq hissələri.

Azərbaycan dilinin morfologiyası

Azərbaycan dilinin leksik tərkibi leksik-qrammatik, morfoloji və sintaktik xüsusiyyətlərinə görə bir neçə qrupa – nitq hissələrinə bölünür: adlar, fellər və köməkçi nitq hissələri.

Azərbaycan dilində nitq hissələrinin tərkibinə isim, sifət, say, əvəzlik, fel, zərf, qoşma, bağlayıcı, ədat və modal sözlər daxildir.
Azərbaycan dilində isimlərə xas dörd ümumi qrammatlk kateqoriya qeyd olunur: hal (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), mənsubiyyət (-ım 4 , -m, – ımız 4 ; -ın 4 , -ı, -ınız 4 ; -ı 4 , -sı 4 , -lar 2 +ı 4 ), kəmiyyət (-lar 2 ), xəbərlik (-əm 2 , -ik 4 ; -sən 2 , -siniz 4 ; -dir 4 , – dir 4 +lər 2 ).
Azərbaycan dilinin sifətlərinə dərəcə əlamətəri (adi, azaltma,çoxaltma) xasdır. Sifətlərin dərəcələri xüsusi morfoloji əlamətlərlə ortaya çıxır: -raq, -rək, – ımtıl, -sov, -şın, -ımtraq, -ca və s.
Azərbaycan dilində saylar miqdar, sıra, qeyri-müəyyən və kəsr saylarına bölünür.
Miqdar sayları: bir, üç, yeddi, beş min altı yüz və s.
Sıra sayları: beş-inci, otuz-uncu və s.
Qeyri-müəyyən sayları: az, çox, xeyli, beş-altı və s.
Kəsr sayları: yüzdə biri, üç tam beşdə bir və s.
Azərbaycan dilində əvəzliklərin şəxs əvəzliyi (mən, sən, o, biz, siz, onlar), işarə əvəzliyi (o, bu, elə, belə, həmin, həmən), qeyri-məyyən əvəzliklər (kimsə, kim isə, nəsə, nə isə, biri, kimi, hamı hər kəs və s.), təyini əvəzliklər (öz, hər, bütün, filan, eyni), sual əvəzlikləri (kim, nə, hara, necə, nə cür, hansı) deyə beş növü qeyd olunur.
Azərbaycan dilinin qrammatik quruluşunda fellər zənginliyi, əhatəliliyi və rəngarəng qrammatik kateqoriyalara malik olması ilə seçilir. Onları leksik-semanrik cəhətdən aşağıdakı kateqoriyalar səciyyələndirir: 1) təsirlilik və təsirlilik kateqoriyası; 2) fellər təsdiq və inkarda olur; 3) məna növləri var (məlum, məchul, qayıdış, şəxssiz, icbar, qarşılıq-birgəlik növlər); 4) şəkilləri var (əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkilləri); 5) zamanları (keçmiş (nəqli və şühudi keçmiş), indiki, gələcək (qəti və qeyri-qəti gələcək) zamanlar); 6) təsriflənməyən formaları (feli sifət, feli bağlama, məsdər) və s. var
Azərbaycan dilində zərflər də adlara aiddir. Zərflərin tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri deyə dörd növü var.
Azərbaycan dilində qoşma, bağlayıcı, ədat, modal sözlər və nidalar köməkçi hitq hissələri hesab edilir.
Qoşmalar (üçün, kimi, üzrə, sarı, ötrü, dək, can, başqa, özgə, sonra, əvvəl və s.) adlarla adlar, adlarla fellər arasında müxtəlif sintaktik vəzifələr icra edir. Qoşmalar qeyri-müəyyən yiyəlik, yönlük və çıxışlıq halları ilə əlaqəyə girərək qoşma birləşmələri yaradır.
Bağlayıcılar (və, ilə, amma, ancaq, lakin, halbuki, ya, ya da, gah, gah da, istər, istərsə və s.) cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsidir. Bağlayıcılar tabelilik və tabesizlik bağlayıcıları olmaq üzrə iki yerə bölünür.
Ədatlar sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsidir. Ədatlar (axı, ən, lap, daha, olduqca, elə, belə, məhz, əsl, yalnız, ancaq və s.) daxil olduğu cümləyə məna incəlikləri verir.
Modal sözlər (doğrudan, həqiqətən, sözsüz, şübhəsiz, doğrusu, düzü, görünür, ehtimal, görəsən, bəlkə və s.) isə danışanın real aləmə və söylənən fikrə münasibətini bildirməyə xidmət edən köməkçi nitq hissəsidir.
Nidalar (vay, ox, of, uy, ura, bəh-bəh, oxqay və s.) danışanın hissini, həyəcanını, qorxu və ya sevincini bildirən sözlərdir.

Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə. Morfologiya

Bakı: Şərq-Qərb, 2007. — 280 səh. — ISBN: 978-9952-34-179-9.

Ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş bu dərslikdə morfologiyanın mühüm məsələləri – əsas nitq hissələri (isim, sifət, say, əvəzlik, fel və zərf), köməkçi nitq hissələri (qoşma, bağlayıcı, ədat və modal sözlər) və xüsusi nitq hissələri (nida və yamsılamalar) haqqında geniş məlumat verilir.

  • Sign up or login using form at top of the page to download this file.
  • Sign up

See also

Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə. Fonetika, orfoepiya, orfoqrafıya

  • Category: Languages and linguistics → Azerbaijanian language

Bakı: Şərq-Qərb, 2007. — 256 səh. — ISBN: 978-9952-34-153-9. Ali məktəblərin fıloloji fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci hissədə – “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” bəhsində fonetik qanunlar, vurğu, intonasiya və eləcə də hecaların növləri haqqında geniş məlumat verilir.

  • 12,70 MB
  • added 10/24/2016 15:15
  • info modified 01/21/2023 22:36

Morfologiya

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.

NİTQ HİSSƏLƏRİ
Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür.Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur.
Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).
Əsas nitq hissələrinin ikiəsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.

Əsas nitq hissələri

Buraya tammənalı sözlər daxildir:
1) Əşya adı bildirənlər – İsim
2) Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sifət
3) Əşyaya məxsus miqdar,sıra bildirənlər – Say
4) Əşyanın hərəkətini bidirənlər – Fel
5) Hərəkətin əlamətini bildirənlər – Zərf
6) Əvəzlik – Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur.Yuxarıdakı 5 nitq hissəsinin əvəzində işlənir və hansını əvəz edirsə, onun da əlamətlərini daşıyır. Buna görə də əvəzlik əsas nitq hissəsi sayılır.

Köməkçi nitq hissələri

7) Qoşmalar
8) Bağlayıcılar
9) Ədat
10) Modal sözlər
Əsas nitq hissələrinə aid olan sözlərin tam mənası olur,həm leksik,həm qrammatik mənaya malik olur, morfoloji cəhətdən dəyişir, sintaktik vəzifə daşıyır. Köməkçi nitq hissələri isə yalnız qrammatik mənaya malik olur.

  • Teqlər:
  • morfologiya
  • , nitq hissələri
  • , Azərbaycan dilinin qrammatikası
  • , qrammatika

Comments are closed, but trackbacks and pingbacks are open.