Press "Enter" to skip to content

QHT-lər “Human Rights Watch” və “Amnesty International”ın açıqlamalarına etirazlarını bildiriblər

Allah bizə əllərimizi verir, lakin körpüləri O tikmir. Ərəb atalar sözü

İnsan Hüquqları üzrə Aktivizm və QHT-lərin rolu

“Hər kəs, fərdi şəkildə və ya digərləri ilə birlikdə yerli və beynəlxalq səviyyədə insan hüquqları və fundamental azadlıqlarının qorunması və həyata keçirilməsi hüququna malikdir.” Maddə 1, BMT-nin İnsan Hüquqları Müdafiəçiləri üzrə Bəyannaməsi

QHT-lər nədir?

Oyan, qalx, öz hüquqların uğrunda ayağa qalx! Bob Marley

Qeyri-hökumət və ya qeyri-kommersiya terminləri adətən vətəndaş cəmiyyətini quran bir sıra təşkilatları əhatə etmək üçün istifadə edilir. Ümumilikdə, belə təşkilatlar maliyyə mənfəətindən başqa bir məqsədlə mövcud olması ilə xarakterizə olunur. Lakin bu, mövcud olmaq üçün kifayət qədər səbəbləri olan müxtəlif növ qurumları və fəaliyyət növlərini özündə birləşdirir. QHT-lər, məsələn, ətraf mühitlə bağlı spesi-fik narahatlıqlar və ya insan hüquqları pozuntuları ilə bağlı fəaliyyət göstərən kiçik təzyiq qruplarından başlayaraq, təhsil xeyriyyəçiliyi, qadın qaçqınlar ilə məşğul olan təşkilatlar, mədəni assosiasiyalar, dini təşkilatlar, hüquqi fondlar, humanitar yardım proqramlarına qədər müxtəlif formalarda olur və bu siyahı dünyanın müxtəlif yerlərində yüzlərlə, hətta minlərlə bölmələri və ya üzvləri olan nəhəng beynəlxalq təşkilatlara qədər uzadıla bilər.

Bu bölmədə biz belə təşkilatların insan hüquqlarının bütün dünyada qorunmasında göstərdiyi və göstərməyə davam etdiyi önəmli rol barədə danışacağıq. Dövlətin güc tətbiqi nəticəsində təhlükə altında olan fərdi vətəndaşların ləyaqətinin qorunması ilə bağlı müxtəlif addımların hər bir səviyyəsində QHT-lər aşağıdakılar üzrə önəmli rola malikdir:

  • müvafiq məhkəmələrin xüsusi “test məhkəmə işləri”nin dəstəklənməsi və ya birbaşa yolla fərdi insan hüquqları pozuntuları ilə mübarizə aparılması
  • hüquqları pozulan şəxslərə birbaşa yardım təklif edilməsi
  • dövlət, regional və ya beynəlxalq hüquqa dəyişikliklərin təbliğ edilməsi
  • belə qanunların mahiyyətini inkişaf etdirməyə yardım göstərmək
  • əhali arasında insan hüquqları üzrə biliyin artırılması və insan hüquqlarına hörmətin aşılanması.

QHT-lərin töhfəsi yalnız nəticələrin əldə edilməsi və bu səbəbdən, insanların dünyada insan hüquqlarının müdafiəsi ilə bağlı optimizm hiss etməsində dey-il, həmçinin, QHT-lərin, birbaşa mənada, bütün dünyada fərdlər və ya qruplar tərəfindən istifadə edilən alətlər olmasındadır. Onlar bir çox təşkilatlar kimi özəl fərdlər tərəfindən idarə və koordinasiya olunur, lakin onlar, həmçinin, güclərinin böyük hissəsini cəmiyyətin könüllü dəstək təklif edən digər üzvlərindən əldə edirlər. Bu fakt dünyada insan hüquqlarının inkişafına töhfə vermək istəyən fərdlər üçün onların önəmini artırır.

İnsan hüquqları üzrə QHT-lərin növləri

Vyana Konfransı kimi tanınan 1993-cü il BMT-nin İnsan Hüquqları üzrə Dünya Konfransında dünyanın fərqli ölkələrindən olan və hər biri özlərini insan hüquqları missiyası uğrunda çalışan təşkilatlar olaraq xarakterizə edən 841 QHT iştirak etmişdir. Bu, özlüyündə dərin təsir bağışlayan rəqəm olsa da, əslində, bu rəqəm dünyada insan hüquqları QHT-ləri kimi fəaliyyət göstərən təşkilatların yalnız çox kiçik hissəsini təmsil edir.

Özünəməxsus “insan hüquqları təşkilatları”nın əksəriyyəti vətəndaş və siyasi hüquqların qorunması ilə məşğul olurlar. Bu cür təşkilatların ən azından beynəlxalq səviyyədə ən tanınmışlarına Beynəlxalq Amnistiya Təşkilatı, “Human Rights Watch” təşkilatı, İnsan Hüquqları üzrə Beynəlxalq Federasiya, “Human Rights First” və “In-terights” təşkilatları daxildir. Lakin, gördüyümüz kimi, mülki və siyasi hüquqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınan bir çox insan hüquqlarının yalnız bir kateqoriyasıdır və bu gün də yeni hüquqlar ortaya çıxmağa davam edir. Biz bunu nəzərə aldıqda və yox-sulluq, zorakılıq, irqçilik, sağlamlıq problemləri, evsizlik və ekoloji problemlərə qarşı mübarizədə fəaliyyət göstərən QHT-ləri nəzərdən keçirdikdə, bu və ya digər formada insan hüquqlarının qorunması ilə məşğul olan QHT-lərin həqiqi sayı bütün dünyada yüz minlərə çatır.

Sual: Sizin ölkənizdə insan hüquqları uğrunda mübarizə aparan hər hansı bir QHT tanıyırsınız?

Onlar prosesə necə təsir edir?

Allah bizə əllərimizi verir, lakin körpüləri O tikmir. Ərəb atalar sözü

QHT-lər insan hüquqlarının müxtəlif mərhələlər və ya səviyyələrdə müdafiəsində iştirak etməyə cəhd edə bilər və onların istifadə etdikləri strategiyalar məqsədlərinə uyğun olaraq dəyişir: onların spesifikliyi və ya ümumiliyi; onların uzunmüddətli və ya qısamüddətli xarakter daşıması; yerli, dövlət və ya beynəlxalq miqyası və s.

a. Birbaşa yardım

İnsan hüquqları pozuntularına məruz qalmış şəxslərə birbaşa xidmətin bəzi formalarını təqdim etmək xüsusilə sosial və iqtisadi hüquqlar üzərində işləyən QHT-lərə xasdır. Bu cür xidmətlər humanitar yardımın, qorunmanın müxtəlif formalarını və ya yeni bacarıqların inkişaf etdirilməsi üçün təlimləri əhatə edə bilər. Alternativ olaraq, hüququn qanunla qorunduğu yerlərdə onlar hüquqi iddia qaldırmaq üçün qanuni vəkillik və ya məsləhəti özündə birləşdirə bilər. Bir çox hallarda, pozuntu qurbanına və ya hüquq müdafiəçisinə ya birbaşa kömək etmək mümkün deyil və ya təşkilatın resurslarından ən yaxşı şəkildə istifadəni təmin etmir. Bu hallarda, onlar, güman ki, çoxluq təşkil edir, QHT-lər daha uzun müddətli strategiya seçməli və pozuntunu aradan qaldırmaq və ya gələcəkdə baş verəcək oxşar hadisələrin qarşısının alınması üçün digər yollar barədə düşünməlidirlər.

b. Dəqiq məlumatın toplanması

QHT fəaliyyətinin müxtəlif formalarına əsaslanan əsaslı bir strategiya varsa, bu, yəqin ki, ədalətsizlik törədən cinayətkarları “üzə çıxarmaq” fikridir. Hökumətlər çox vaxt öz öhdəliklərindən, onların siyasətlərinin təsiri ümumi ictimaiyyətə məlum olmadığından, imzaladıqları beynəlxalq müqavilələr və ya digər hüquq standartları vasitəsilə boyun qaçıra bilir. Belə məlumatların toplanması və onlardan hökumətlərin insan hüquqları üzrə qeydlərində şəffaflığın artırılması üçün istifadə edilməsi hökumətləri məsuliyyətə cəlb etmək üçün çox vacibdir və çox vaxt QHT-lər tərəfindən bundan istifadə olunur. Onlar insanlarda ədalətsizlik duyğusunu oyandıracaq məsələnin aydınlaşdırılması ilə insanlara və ya hökumətlərə təzyiq göstərməyə çalışırlar və sonra bunu ictimaiyyətə açırlar. Dəqiq monitorinq və hesabat təqdim etmək üzrə reputasiya qazanmış təşkilatların ən tanınmış nümunələrinə Beynəlxalq Amnistiya Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsini misal göstərmək olar. Bu təşkilatların hər ikisi yalnız ümumi ictimaiyyət arasında deyil, həmçinin BMT səviyyəsində nü-fuza malikdir və BMT səviyyəsində onların hesabatları beynəlxalq müqavilələrin şərtlərinə əməl etmək üçün məsuliyyət daşıyan hökumətlərin rəsmi monitorinq prosesinin bir hissəsi hesab olunur.

c. Kampaniyalar keçirmək və lobbiçilik

Avtoritar və ya repres-siv rejim həyata keçirən insanlara yazmaq, diktator olan insanla yazışmaq və bu məktubları göndərməklə bu insana əməlli başlı narahatlıq yaratmaq əyləncəli ola bilər.
Sting

Beynəlxalq aktyorlar hər hansısa bir siyasət dəyişikliyini həyata keçirmək üçün tez-tez təşviqat və təbliğat ilə məşğul olurlar. Yenə də qeyd etmək lazımdır ki, bunun çoxsaylı formaları var və bir QHT öz məqsədlərini, “hədəf”inin xarakterini və əlbəttə ki, mövcud olan resurslarını nəzərə alaraq, ən uyğun formanı tətbiq etməyə çalışacaqdır. Bəzi ümumi təcrübələr aşağıda göstərilmişdir.

  • Məktub yazma kampaniyaları Beynəlxalq Amnistiya Təşkilatı və digər QHT-lər tərəfindən istifadə olunan və böyük təsir gücünə malik bir üsuldur. İnsanlar və təşkilatlar dünyanın müxtəlif ölkələrindəki minlərlə üzvlərinin məktubları ilə hökumət rəsmilərini “atəşə tutur”.
  • Küçə mitinqləri və nümayişlər, adətən, cəlb etdikləri kütləvi informasiya vasitələrində işıqlandırılma göstəricisi ilə təşkilatlar tərəfindən ictimaiyyətin dəstəyini almaq və ya hökuməti “adlandırmaq və utandırmaq” üçün ictimaiyyətin diqqətinə bir şeyi çatdırmaq istədikdə istifadə edilə bilər.
  • Kütləvi informasiya vasitələri lobbiçilik təcrübəsində çox önəmli rol oynayacaqdır və sosial mətbuat və internet də hal-hazırda get-gedə artan önəmli rola malikdir.
  • Kölgə hesabatları müəyyən bir ölkədə insan hüquqlarının təmin edilməsi ilə bağlı real üzrə monitorinq orqanlarına təqdim olunur.

Dəstək və ya ictimai qəzəb nümayişlərinə əlavə olaraq, qeyri-hökumət təşkilatları rəsmi şəxslərlə görüşlər və brifinqlər də keçirə bilər. Bəzi hallarda ictimaiyyət qarşısına nəyisə çıxarmaq qorxusu, aşağıda göstərilən hekayədə olduğu kimi, bir siyasət və ya praktikanı dəyişdirmək üçün kifayətdir. Bir zamanlar insanlar lentlər, afişalar və fakslar vasitəsilə səfərbər edilsə də, hazırda onlar e-poçt kampaniyaları və ərizələr, internet saytları, bloqlar və elektron sosial şəbəkələr vasitəsilə səfərbər olunurlar.

Ümumilikdə, ictimaiyyət və ya digər təsiredici aktyorlar (məsələn, digər hökumətlər) tərəfindən dəstək nə qədər böyük olarsa, kampaniyanın məqsədlərinə çatması ehtimalı daha çox olur. Hətta onlar bu dəstəkdən hərmişə birbaşa istifadə etməsələr də, QHT-lər hökumət və ya bir çox hökumətlərə qarşı böyük və populyar hərəkatların səfərbər oluna biləcəyini göstərməklə öz mesajlarının eşidilməsini təmin edə bilərlər.

Sual: Sizin ölkənizdə genişmiqyaslı kampaniyalar həyata keçirilmişdir? Nəticə nə olmuşdur?

d. İnsan hüquqları təhsili və maarifləndirmə

İnsan hüquqları təhsili ilə bağlı çağırış iştirak, əlçatanlıq və inklüziv-lik məsələlərinə diqqət yetirməkdir. İnsan Hüquqları uğrunda Öyrənmək, Yaşamaq və Fəaliyyət Göstərmək Fo-rumu, 2009

Bir çox insan hüquqları QHT-ləri, ən azından onların fəaliyyətinin bir hissəsi kimi, ictimai məlumatlandırma və ya təhsil ilə də məşğul olurlar. Göstərdikləri dəstəyin mahiyyətinin ümumi ictimaiyyətlə bağlı olduğunu nəzərə alaraq, QHT-lər adətən ictimaiyyətin üzvlərini insan hüquqları ilə bağlı məsələlər ilə əlaqədar daha çox məlumatlandırmağa çalışırlar. Bu məsələlər və onları müdafiə etmək metodları ilə bağlı daha dərin biliyə sahib olmaq bu sahəyə daha böyük bir hörmətin yaranmasına səbəb ola bilər və bu da, öz növbəsində, insan hüquqlarının pozulması hallarının müəyyən mərhələlərində dəstəyin səfərbər edilə bilməsi ehtimalını artırar. Bu, insan hüquqları mühitinin yaxşılaşdırılmasında QHT icmasının uğurunun əsasını təşkil edən dəstək və ya potensial dəstəkdir.

Uğurlu aktivizmin nümunələri

Mənzil Hüquqları və Əmlakdan Məhrum Etmə Mərkəzi (COHRE)

Bu insan hüquqları təşkilatı 1994-cü ildə dünyada mənzil hüquqlarının qorunması və əmlakdan məcburi məhrum etmə hallarının qarşısının alınması məqsədilə yaradılmışdır.

COHRE təşkilatı “mənzil”in beynəlxalq insan hüquqları cəhətdən izahını bir kəsin başının üstündə dam olmasından daha artığı olaraq verir. COHRE vurğulayır ki, “dünya əhalisinin təqribən yarısı hal-hazırda beynəlxalq insan hüquqlarının on-lara təmin etdiyi mənzilə sahib deyil”. Müvafiq mənzil hüquqlarının qorunmasını təmin etmək üçün COHRE və onun dünya üzrə tərəfdaşları aşağıdakılar üzrə təhlil, müdafiə, ictimai təhsil, təlim və məhkəmə işlərini təmin edirlər:

  • əmlakdan məcburi məhrum etmə
  • əmlak təhlükəsizliyi
  • torpaq sahəsinə giriş
  • su və kanalizasiya
  • qadınlar və mənzil hüquqları
  • məhkəmə və hüquqi müdafiə
  • bərpa və qaytarma
  • fövqəladəs hadisələrin mənzil hüquqlarına təsiri.

COHRE vebsaytına baş çəkin: http://www.cohre.org

2010-cu ilin noyabr ayında, COHRE İtaliyaya qarşı məhkəmə işi bağlı verilən qərarda Avropa Şurasının Sosial Hüquqlar Komitəsi (Yenilənmiş Avropa Sosial Xartiyasına əsaslanaraq) roma düşərgələrinin məhv edilməsi və roma insanlarının İtaliyadan çıxarılmasına görə roma əhalisinin hüquqlarını pozduğunu göstərdi. İtalyan olmayan, lakin Avropa İttifaqı ölkələrinin vətəndaşı olan roma insanlarının kütləvi köçürülməsi 2008-ci ildən sonra əhəmiyyətli dərəcədə artmışdır. Hüquq pozuntuları aşağıdakılar üzrə aşkar olunmuşdur: əhalisinin yaşayış məntəqələrinə sahib olma hüququna qarşı; ayrı-seçkilik və hüquqlarının pozulması; sosial, hüquqi və iqtisadi müdafiə; yoxsulluq və sosial sürgündən qorunma; və immiqrant roma ailələrinin qorunması və yardım hüququ. sakinlərin müvafiq olmayan şəraitdə yaşamasına səbəb olan İtaliyanın yürütdüyü siyasət və təcrübə də, həmçinin, tənqid olunmuşdur.

Maddə 31 – Mənzil hüququ Tərəflər mənzil hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər: müvafiq standarta cavab verən mənzilə çıxışın təmin edilməsi, evsizliyin tədricən aradan qaldırılması üçün onun qarşısını almaq və azaltmaq, kifayət qədər resursları olmayanlar üçün də mənzilin qiymətini əlçatan etmək. Avropa Sosial Xartiyası (yenidən baxılmışdır),1996-cı il.

İsveçrədə ətraf mühitlə bağlı narahatlıqlar

Kimyəvi sənayenin zəhərləndirmə siyasəti gələcək nəsillər üçün maneə olmamalıdır. Stefan Weber, Qrinpis kampaniyaçısı

1961-1976 illər arasında bir neçə kimyəvi nəhəng şirkət İsveçrədəki Bonfol köhnə kil çuxuruna 114,000 tondan artıq zəhərli sənaye kimyəvi tullantıları atdı. Bu gün kimyəvi tullantıların atılması qeyri-qanuni olsa da, 1961-ci ildə belə tullantı əraziləri qanunla qadağan olunmurdu. Zəhərli tullantılar yerində qaldı və ətrafdakı icmaları və ətraf mühiti üzvi və qeyri-üzvi çirkləndiricilərin qarışığı ilə çirkləndirməyə davam etdi. 2000-ci il mayın 14-də, Qrinpis təşkilatının təxminən 100 aktivisti, İsveçrənin Ba-zel şəhəri yaxınlığında, Bonfol kimyəvi zibilxanasını işğal etdi və zəhərli tullantıları atan kimyəvi şirkətlərin ərazinin təmizlənməsi üçün tam məsuliyyət daşımasını tələb etdi. Aktivistlər kimyəvi şirkətlər ərazini insan sağlamlığına və ya ətraf mühitə bun-dan daha artıq təhlükə yaratmayacaq bir şəkildə təmizləməyənə qədər ərazini zəbt edəcəklərini bəyan etdilər.

Qrinpis təşkilatının vebsaytına baş çəkin: www.greenpeace.org

Tullantı ərazisinin zəbt edilməsi kimyəvi şirkətləri icma üzvləri və Qrinpis təşkilatı ilə görüşməyə vadar etdi və nəticədə, kimyəvi sənaye ən sonunda 2001-ci ilin fe-vral ayına qədər təmizlik ilə bağlı araşdırmalar aparmaq və 2001-ci ildə təmizlik prosesini başlamaq ilə bağlı razılaşma imzaladı. Sənaye, həmçinin, yerli icmaları və ətraf mühit təşkilatlarını təmizləmə prosesinə cəlb etmək və yerli icmaları tullantı nəticəsində yaranan yeraltı və içməli su çirklənməsi barədə məlumatlandırmaq barədə razılaşdı. 2001-ci ilin iyul ayının 7-də Qrinpis təşkilatı kimyəvi tullantı ərazisinin işğalını sonlandırdı.

Ayrı-seçkiliyə Qarşı Mübarizə – Avropa Roma Hüquqları Mərkəzi (ERRC)

Avropa Roma Hüquqları Mərkəzi (ERRC) Roma icmalarının üzləşdiyi insan hüquqları məsələlərinin Avropa və onun hüdudlarından kənarda siyasi gündəmdə olmasını təmin etmək üçün çalışır. ERRC-nin ətraflı tədqiqatları Romaların in-san hüquqları ilə bağlı vəziyyətinə, xüsusilə qarşılaşdıqları zorakılıq, onlara qarşı ayrı-seçkiliyin struktur formaları və Romaların iqtisadi və sosial hüquqlardan istifadəsinə imkan verilməməsi barədə ətraflı məlumat toplamağa imkan verdi. ERRC məlumatlılığın artırılması, siyasətin inkişafı və strateji məhkəmə prosesləri vasitəsilə Roma icmalarının insan hüquqları ilə bağlı vəziyyətinə kömək etməyə çalışır. Kampaniyalar Romalara qarşı zorakılıq və nifrət nitqlərini, məktəbdən təcrid etməni, əmlakdan məcburi məhrum etməni və onlara qarşı məcburi sterilizasiyanı ifşa etmişdir. ERRC-nin məqsədi öz insan hüquqları təhsili üzrə fəaliyyəti sayəsində roma aktivistlərini bərabərlik uğrunda mübarizə aparmağa cəlb etməkdir. Bu, təcrübə proqramları, tədqiqatyönümlü proqramlar, təlimlər və “Öz Hüquqlarını Bilmək və Onlar Uğrunda Mübarizə Aparmaq: Roma aktivistləri üçün bələdçi” təlimat vəsaiti kimi nəşrlər vasitəsilə həyata keçirilir.

“ERRC-nin 2010-cu ilin əvvəlində Bolqarıstan, Macarıstan, Çexiya, Slovakiya və Rumıniyada polis, QHT-lər və insan alverinə qarşı mübarizə sahəsində ekspertlər ilə apardığı tədqiqat nəticəsində [insan alveri] qurbanlarının Bolqarıstanda 50-80%-ni, Macarıstanda 40-80%-ni, Slovakiyada 70%-ni və Çexiya Respublikasının bəzi hissələrində 70%-ə qədərini Romaların təşkil etdiyi aşkar olunmuşdur”. Roma Hüquqları ilə bağlı Faktlar, EHRR

Brilliant müharibələri

Global Witness – təbii qaynaqlı münaqişə və korrupsiyaya və bu səbəbdən or-taya çıxan ətraf mühit və insan hüquqları pozuntularına qarşı kampaniya həyata keçirən QHT-dir. Bu təşkilat qeyd olunanların səbəb olduğu qəddarlığı ifşa etmək və günahkarları ədalət qarşısına çıxarmaq üçün fəaliyyət göstərir.

Onun kampaniyalarından biri qan brilyantları və ya münaqişə brilyantları ad-lanan, qanuni və beynəlxalq səviyyədə tanınmış hökumətlərə qarşı çıxan və bu hökumətlərə və ya BMT Təhlükəsizlik Şurasının qərarlarına qarşı hərbi aksiyaların maliyyələşdirilməsi ilə məşğul olan qüvvələr və ya qruplar tərəfindən nəzarət edilən ərazilərdən çıxarılan daşlarla bağlı olmuşdur. Global Witness tərəfindən gətirilən sübutlar belə ehtiyatların Afrikadakı milyonlarla insanın ölümünə və köçünə səbəb olan münaqişələri maliyyələşdirmək üçün istifadə olunduğunu təsdiqləyir. Sözügedən almazlardan, həmçinin, Əl-Qaidə kimi terror qrupları tərəfindən öz fəaliyyətlərini maliyyələşdirmək və pul yuyulması məqsədilə istifadə olunur. Onlar digər QHT-lərlə əməkdaşlıq etmiş və qlobal bir sənayedən üstün qlobal bir kampaniya ortaya çıxana qədər davamlı şəkildə lobbiçilik etmişlər. 2000-ci ilin may ayında almaz ticarəti və istehsalı ilə məşğul olan əsas ölkələr, almaz sənayesinin nümayəndələri və Global Witness də daxil olmaqla bir sıra QHT-lər Kimberleydə (Cənubi Afrika) bir araya gəlib 2003-cü ildə Kimberley prosesi kimi tanınan beynəlxalq almaz sertifikatlaşdırma sxemi qurdular. Sxem çərçivəsində üzv ölkələr tərəfindən satılan bütün almazlar sertifikatlaşdırılmışdır, belə ki, alıcılar onların münaqişədən kənar olduğundan əmin ola bilərlər. Global Witness bu sx-emin rəsmi müşahidəçisidir və brilyantların bir daha heç bir zaman münaqişəni alovlandırmayacağını və bunun əvəzinə, inkişaf üçün müsbət qüvvə olacağını təmin etmək məqsədilə sxemin qaydalarının gücləndirilməsi və effektiv həyata keçirilməsi üçün kampaniyaya davam edir. Global Witness münaqişə brilyantları ilə mübarizə fəaliyyətinə görə 2003-cü ildə Nobel Sülh Mükafatına layiq görüldü.

Tuzladakı təkərli rampalar

Mən tamamilə əminliklə deyə bilərəm ki, Tuzla bütün Bosniya və Herse-qovina ərazisində təkərli oturacaq istifadəçiləri üçün ən rahat şəhərdir. Kampaniya iştirakçısı, Tuzla

1996-cı ildə Tuzlada (Bosniya və Herseqovina) fiziki qüsur məsələləri ilə məşğul olan bir QHT yol hərəkəti ilə bağlı maarifləndirmə aparmaq qərarına gəlmişdir. Lotos təşkilatı fiziki qüsurlu insanlar və yol hərəkəti mövzularında maarifləndirmə aparmağı qarşısına məqsəd qoymuş və fiziki qüsurlu insanlar üçün xüsusi parkinq yerlərinin yaradılması, bu insanların ictimai nəqliyyatdan istifadəsinin asanlaşdırılması və uyğun səki və yolların yaradılması kimi konkret məqsədlər müəyyənləşdirməyə nail olmuşdur. Onlar seçki kampaniyası başlamazdan əvvəl bir həftə ərzində tədbirlər keçiriblər. Həmin vaxtın sonunda ictimaiyyətin məlumatlandırılması artırılmış və Tuzladakı bütün səkilərin rampaları yenidən qurulmuşdur!

QHT-lər “Human Rights Watch” və “Amnesty International”ın açıqlamalarına etirazlarını bildiriblər

Azərbaycanı Laçından Xankəndiyə gedən yolu bağladığına görə ittiham edən “Human Right Watch” və “Amnesty International” təşkilatına sosial şəbəkələrdə yerli qeyri-hökumət təşkilatları (QHT) tərəfindən cavab verilib.

Day.Az xəbər verir ki, onlar qeyd ediblər ki, Laçın-Xankəndi yolunda etiraz aksiyalarını davam etdirənlərin məqsədi yolu bağlamaq deyil.

“Yol açıqdır və sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər üçün zəruri qida vasitələrinin təminat maşınları, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi – Laçın yolu vasitəsilə sərbəst keçidinə aksiya iştirakçıları tərəfindən gündəlik əsasda şərait yaradılır”, – QHT-lərin məlumatında deyilir.

QHT-lər eyni zamanda, ermənilər tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni yollarla istismarına və bu qanunsuzluğa göz yumulması faktını insan hüquq müdafiəçisi təşkilatlarının diqqətinə çatdırıb, onları bu məsələyə etirazlarını bildirməyə çağırıblar.

QHT-lər UNESCO-nu Ermənistandakı Azərbaycan irsinə qarşı laqeyd olmamağa çağırıblar

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Ermənistan ərazisində Azərbaycan xalqının irsinə qarşı törədilmiş “mədəni soyqırımı”n araşdırılması xahişi ilə UNESCO-ya müraciət ediblər.

“Report” xəbər verir ki, bu barədə məktub UNESCO-nun direktoru Odre Azula ünvanlanıb.

“Biz Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsi xahişi ilə sizə müraciət edirik. Ümid edirik ki, üzərinə öhdəlik götürmüş Ermənistan UNESCO missiyasının həyata keçirilməsinə mane olmayacaq və bir missiyanın obyektiv hesabatı nəticəsində bütün dünya Azərbaycan xalqının irsinə qarşı törədilmiş əməllər barədə xəbər tutacaq”, – müraciətdə deyilir.

“Niderland – Belçika Azərbaycanlıları Koordinasiya Şurası (The Coordination Council of the Netherlands-Belgium Azerbaijanis), Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (Association Dialogue France-Azerbaïdjan), Fransanın Nant şəhərində yerləşən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası (L’Association culturelle D’Azerbaïdjan en France à Nantes), Benilüks Azərbaycanlıları Konqresi («BENELUX» Azerbaijanis Congress), Azərbaycan–Niderland “Odlar yurdu” Cəmiyyəti (Azerbaycan – Nederland “Odlar Yurdu” vereniging) və bir sıra digər QHT-lərin ünvanladığı müraciətdə deyilir ki, Ermənistanın apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın Ermənistan ərazisində çoxəsrlik tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşib.

QHT-lər bildiriblər ki, Ermənistanda həyata keçirilən etnik təmizləmə və azərbaycanlıların zorla bu ölkədən çıxarılması mədəni abidələrin məhv edilməsi ilə müşayiət olunub: “XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların öz doğma torpaqlarından kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilib”.

Onlar qeyd ediblər ki, Ermənistan məqsədyönlü şəkildə bu ərazilərin yerli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər, sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib.

Sözügedən QHT-lərin UNESCO-ya ünvanlanan öncəki müraciətlərində Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscidin qəsdən dağıdıldığı barədə bir çox dəqiq faktlar da təqdim edilib.

“Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb”, – müraciətdə deyilir.

Müraciətdə bunun Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarət olduğu qeyd olunub. Əlavə olunub ki, bütün bunlar Ermənistanın heç bir ümumbəşəri dəyərləri tanımadığını göstərir.

Comments are closed, but trackbacks and pingbacks are open.