Press "Enter" to skip to content

Bu gündən xaricdən gətirdiyiniz mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək – Vətəndaşların NƏZƏRİNƏ – FOTO

Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000-1 500 manat, hüquqi şəxslər isə 3 000-4 000 manat məbləğdə cərimə ediləcəklər.

TELEFON SATIŞI ELANLARI

Ucuz Telefon Qiymətləri ilə tanlş olmaq istəyirsiz? Mobil telefon satışı elanları ilə maraqlanırsız? Tut.az Pulsuz Elanlar saytı bu və digər məsələləri həll etmək üçün ideal vasitədir!

İndi ucuz telefon almaq ya da Telefon Qiymətləri ilə tanlş olmaq üçün mağaza-mağaza gəzmək ehtiyac yoxdur! Bizim sayt vasitəsilə siz tez və rahat Mobil telefon satışı elanları yerləşdirib istədiyiniz effekti əldə edə bilərsiz. Hər gün müxtəlif mövzularda elanlar bizim sayta əlavə olunur. Istədiyinizi rahat tap az vaxt sərf et – sabaha saxlamayın, elə indi başlayın!

TELEFON SATIŞI ELANLARI BÖLMƏSİNDƏ UĞURLU ELANIN SİRRİ

Telefon satışı elanları yerləşdirib tez bir zamanda effekt əldə etmək üçün nə etmək lazımdır? Bunun üçün sadə qaydalara riayət etməlisiniz:

– elana uyğun kateqoriya seçin

– bütün sahələri lazımi məlumatlarla doldurun

– “Təsvir” sahəsindəki alqı-satqı obyektini mümkün qədər ətraflı təsvir edin

– düzgün əlaqə məlumatlarını daxil edin

Telefon alqı-satqı elanın effekti daha da artırmaq üçün ödənişli alətlərdən istifadə edə bilərsiniz – bunun sayəsində:

1. Elanın prioritetini artıraraq, onu son elanlar bölməsində və axtarış nəticələrində birinci yerə qaldırırn

2. Elanı saytın ana səhifəsində xüsusi ayrılmış blokda digər elanlarla yanaşı və eyni zamanda VIP blokun içərisinidə təsadüfi qaydada aktivlik müddətlərinin sonunadək görsədin

3. Elanlarınızı baku.ws , oxu.az , azxeber.com , media.az , olke.az kimi populyar xəbər saytlarında 5 gün müddətinə yerləşdirin.

Hər hansı bir sualınız var? Müştəri Dəstək Xidməti 24/7 onlayn çat və (012) 525-83-08 Telefon Qaynar Xətt vasitəsilə xidmətinizdədir.

Bu gündən xaricdən gətirdiyiniz mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək – Vətəndaşların NƏZƏRİNƏ – FOTO

Bu gündən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək.

Day.Az xəbər verir ki, telefonu gətirən şəxslər onun dəyərinin 36 faizi həcmində rüsum ödəməli və malları gömrükdə bəyan etməli olacaqlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən, fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.

Ancaq indiyə kimi praktikada bu normaya əməl edilməyib. İndi bəyannaməsiz telefonların gətirilməsinin qarşısı ciddi şəkildə alınacaq. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat ala bilərsiniz. Mobil cihazın bəyan edilməsi üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://e.customs.gov.az/for-individuals/passenger-declaration.

Artıq bununla bağlı Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında da müvafiq bildirişlər göstərilir.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın gətirdiyi telefonun dəyəri 800 dollardan artıq olduqda, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir:

“Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Məsələn, vətəndaş özü ilə dəyəri 1000 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 200 dollardan ödənilir”.

Gömrük sərhədindən keçən mobil telefonun bəyan edilməməsi inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, IMEI (“International Mobile Equipment Identity” – beynəlxalq mobil avadanlıq identifikatoru) qeydiyyatı üçün telefonun qiymətindən asılı olaraq 20-150 dollar ödəmək lazımdır.

Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcəklər.

Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil telefonun IMEI nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000-1 500 manat, hüquqi şəxslər isə 3 000-4 000 manat məbləğdə cərimə ediləcəklər.

Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600-800 manat, vəzifəli şəxslər 2 000-2 500 manat, hüquqi şəxslər isə 9 000-12 000 manat cərimə ödəyəcəklər.

Qht lər telefonlar

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Mobil telefonların qeydiyyat qiyməti dəyişdi – Qərar

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Avqust 02, 2018 – 16:25

!Reklam – Yazi

Baş nazir Novruz Məmmədov “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

Yenicag.az-ın xəbərinə görə, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib. Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək. Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulur.
Digər telefonlar isə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat; bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək. Qeyd edək ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.