Press "Enter" to skip to content

Qida mhsulları texnologiyasının nzri sasları

Qida mühəndisliyi yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə əlaqədar sahədir. ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular. Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrindən lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir. Bundan əlavə mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlıqların və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir. Texnoloji proseslərə nəzarət edir, emalatxananın işini yaxşılaşdırmağa kömək edən yeni həllər və avadanlıqlar axtarır. Bu sahə fizika, riyaziyyat və kimya ilə maraqlananlar üçün uygundur.

Qida borusu xəstəlikləri

Qida borusu insanın həzm sisteminin bir hissəsidir. Yarıməzələvi borucuqdan ibarət olub, udlaqdan qəbul edilmiş qidanın mədəyə ötürülməsini yerinə yetirir. Qida borusu xəstəlikləri zamanı ən əsas və diqqət yetirilməli əlamətləri üç hissəyə ayırmaq olar. 1) udqunmanın pozulması. 2)qıcqırma. 3) udqunma zamanı ağrı və s.
Qida borusunun axalaziyasıqida borusu peristaltikasının pozğunluğu və qida borusunun aşağı sfinkterinin boşalması (zəifləməsi) başa düşülür. Axalaziya, adətən 20-40 yaşlarında başlayır və disfagiya (udmanın pozulması), döş qəfəsində ağrı, requrgitasiya (qidanın geri qayıtması) və gecə öskürəyi əlamətləri ilə özünü göstərir.

Diaqnoz rentgenoqrafiyanın göstəriciləri, qida borusu manometriyası, ezofaqoskopiya, müayinələrinin əsasında qoyulur. Müalicə zamanıilk növbədə qida borusunun dilatasiyası aparılır, müalicə effekt vermədikdə isə cərrahi əməliyyat həyata keçirilir.
Qida borusu-mədə reflüksü
Bu xəstəlik mədə möhtəviyyatının qida borusuna atılması ilə xarakterizə olunub, ən çox nəzərəçarpan əlaməti isə requrgitasiya ilə birlikdə qıcqırmadır. Qida borusu reflüksünün ağırlaşmalarından stenoz, ezofagit, qida borusu xorası, Berret meteplaziyasını göstərmək olar. Diaqnoz anamnez, rentenoqrafiya, endoskopiya, qida borusu manometriyası və digər müalicələr əsasında qoyulur. Müalicə konservativ və cərrahi əməliyyatla aparılır.
Qida borusu dəliyinin yırtıqları
Bu xəstəlik mədənin diafraqma üzərində əyilməsi olub, ya anadangəlmə və ya da travmadan sonra meydana çıxır. Sürüşən yırtıqlar zamanı qida borusu-mədə birləşməsi və mədənin bir hissəsi diafraqma üzərində yerləşir. Rentgenoloji müayinə zamanı əhalinin 40%-də rast gəlinir. Paraezofageal yırtıqlar zamanı qida borusu-mədə birləşməsi normal yerləşir, lakin mədənin bir hissəsi qida borusuna aid olur və bu yırtıq kiçilməyə meylliliyi ilə səciyyələnir. Rentgenoloji müayinənin diaqnostikada böyük rolu var. Müalicə demək olar ki, həmişə cərrahi yolladır. Qida borusu xəstəlikləri həyatımızı zəhərləyir. Bununla barışmaq və özbaşına sağalacağını gözləmək olmaz!
Qida borusu haqda ingilis dilində məqalə

Qida mhsulları texnologiyasının nzri sasları

Qida məhsulları üzrə mühəndis yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə məşğul olur. Qida məhsulları üzrə mühəndisin vəzifələrinə ət kombinatlarında, çörək bişirilən müəssisələrdə, məhsulun keyfiyyətinə riayət edilməsinə və həmçinin hazırlanmasına nəzarət edilməsi, istehsal prosesində yeni texnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin yaxşılaşdırılması daxildir.
Qida məhsulları üzrə mühəndislik ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi öyrənir. Həmçinin bu ixtisasın tələbələri qida əlavələrini, konservantları, onların lazımi miqdarda istifadəsini, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir.
Bu ixtisas üzrə təhsilini başa vuran məzunlar süd məhsullarının istehsalı, balıq və dəniz məhsullarının istehsalı kimi qida sənayesinin müxtəlif sahələrində, həmçinin şirniyyat zavodları, çörək zavodları, şərabçılıq, elmi tədqiqat laboratoriyaları, restoranlar və kafelərdə çalışa bilər.

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt, Uzaq
  • Сектор: Azerbaijan

Əlaqəli

Universitet 6

  1. Azərbaycan Kooperasiya Universiteti
  2. Azərbaycan Texnologiya Universiteti
  3. Azərbaycan Dövlət İqtisad Universiteti
  4. Azərbaycan Dövlət Aqrar Universiteti
  5. Azərbaycan Turizm və Menecment Universiteti
  6. Lənkəran Dövlət Universiteti

Qida mhsulları texnologiyasının nzri sasları

Qida mühəndisliyi yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə əlaqədar sahədir. ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular. Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrindən lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir. Bundan əlavə mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlıqların və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir. Texnoloji proseslərə nəzarət edir, emalatxananın işini yaxşılaşdırmağa kömək edən yeni həllər və avadanlıqlar axtarır. Bu sahə fizika, riyaziyyat və kimya ilə maraqlananlar üçün uygundur.

İxtisasın tarixi

İlk dəfə ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular.Ölkəmizdə 1941 – ci ildən etibarən tədrisinə başlanılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Saxtakarlığa yol verməyərək insan sağlamlığına zərərli olmayan qida məhsullarının hazırlanması;
  • ➝ Qidanın tarladan süfrəyə qədər istehsalının bütün addımlarının öyrənilməsi;
  • ➝ Qidanın keyfiyyətinin ölçülməsi;
  • ➝ Qidanın rəf ömrünün uzadılması;
  • ➝ Qidanın zərərli mikrobial inkişafının qarşısının alınması;
  • ➝ Qidanın fermentlərini və teksturasına təsir edən amillərə nəzarət edilməsi;
  • ➝ Qidada deaktiv ediləcək mikroorqanizmaya qərar verilməsi;
  • ➝ Qidanın saxlanma mühitinin seçilməsi;
  • ➝ Texnoloji sənədləri və yeni məhsulların istehsalı üçün resept hazırlayır; onun maya dəyərini, vaxt xərclərini, xammalın istehlak nisbətlərini hesablayır;
  • ➝ Müəssisədə sanitar norma və qaydalara riayət edilməsinə nəzarət;
  • ➝ Qida istehsalında istifadə olunan avadanlıq və sistemlərin dizaynı, texniki xidməti, modernləşdirilməsi;
  • ➝ İş prosesinin optimallaşdırmağa kömək edəcək yeni texnologiyaların tətbiqi;
  • ➝ Yaranan problemləri təhlil edir, onların həlli üçün təkliflər vermək;
  • ➝ Tədqiqat, böyük dünya şirkətlərinin təcrübəsinin öyrənilməsi;
  • ➝ Avadanlıqların istismarının təhlili, istehsal qüsurlarını azaltmaq üçün həll yollarının axtarışı;
  • ➝ Sahələrdə və şirkətin filiallarında işçilərin təlimi;
  • ➝ Texniki sənədlərin hazırlanması: broşuralar, təlimatlar, qeydlər, marşrut xəritələri və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
  • → Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Koorperasiya Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
  • ➝ Azərbaycan Turizm və Menecment Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Qida Təhlükəsizliyi İnstitutu
  • ➝ Qida standartları qurumları
  • ➝ Otellər
  • ➝ Restoranlar
  • ➝ “EKO Aqroistehsalat Şirkəti” MMC
  • ➝ ATEF Şirkətlər Qrupu MMC
  • ➝ Atropatena QSC
  • ➝ ATENA MMC
  • ➝ Hakanfoods Azerbaijan Trading
  • ➝ Azersun Holding
  • ➝ AzGranata

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar(kompetensiyalar)

Bu ixtisas üzrə xüsusi bacarıq tələb edilmir. Təməl kompetensiya isə bunlardır :

  • ➝ Diqqətcillik;
  • ➝ Məsuliyyətlilik;
  • ➝ Ünsiyyət bacarığı;
  • ➝ Analitik düşüncə;
  • ➝ Tələbkarlıq;
  • ➝ Təşəbbüskar;
  • ➝ Təlimatları dəqiq yerinə yetirmək bacarığını;
  • ➝ Şirkətlə işləyən mövcud təchizatçılarla əlaqənin saxlanılması;
  • ➝ Kollektivlə və komandada işləməyi bacarmalıdır;
  • ➝ Fiziki dözümlülük;
  • ➝ Yaxşı müşahidə qabiliyyəti;
  • ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • ➝ Mühəndislik bacarıqları.

İxtisasın gələcəyi

İnsanın bədən qoxusundan psixologiyasına qədər hər şeyi yüksək nisbətdə qida ilə əlaqəlidir. Artan xəstəliklər, insan sayı, sürətli gündəlik həyat, şəhər həyatına keçid sağlam, eyni zamanda rəf ömrü uzun olan qidaya ehtiyac yaradır. Bunu təmin etmək isə qida mühəndislərinin işidir.

Əmək haqqı

Bu ixtisas üzrə orta aylıq əmək haqqı 400 – 2000 AZN aralığında dəyişir.

Comments are closed, but trackbacks and pingbacks are open.