Qida məhsullarının saxtalaşdırılması və identifikasiyası
Qida təhlükəsizliyi nədir?
Azərbaycan qida məhsullarının idxalını artırdı
Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilib.
DGK-nın məlumatlarına əsasən, Azərbaycan 2023-cü ildə 11,992 milyon dollar dəyərində 7,32 min ton ət, 4,256 milyon dollar dəyərində 1,89 min süd, 10,398 milyon dollar dəyərində 1,76 min ton süd məhsulları, 46,919 milyon dollar dəyərində 70,87 min ton meyvə və tərəvəz və 10,297 milyon dollar dəyərində 1,92 min ton çay idxal edib.
Azərbaycan, həmçinin, 101,211 milyon dollardan yuxarı məbləğdə 301,82 min ton buğda, qarğıdalı və düyü idxal edib.
Bitki mənşəli piy və yağların idxalı 23,095 milyon dollardan yuxarı məbləğdə olmaqla 15,71 min ton təşkil edib.
Azərbaycan qeyd olunan dövrdə tütün və tütün məmulatlarının idxalını 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 64,39 faiz artıraraq 17,875 milyon dollara çatdırıb.
Əczaçılıq sənayesi məhsullarının idxalı 2022-ci ilin analoji dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 27,08 faiz və ya 1,27 min tondan çox artaraq 5,97 min tona, dəyər ifadəsində isə 24,07 faiz və ya 28,77 milyon dollar artaraq 148,277 milyon dollara çatıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,7 faiz və ya 768,8 milyon dollar azalaraq 7,94 milyarddan 7,17 milyard dollara düşüb.
Xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına cəmi 4,52 milyard dollar düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,447 milyard dollar və ya 24,25 faiz azadır. Xarici ticarət dövriyyəsində ixracın payına ötən ilki 75,16 faizlə müqayisədə 63,03 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycanda idxal illik hesablamada 678,5 milyon dollar və ya 34,4 faiz artaraq 1,972 milyard dollardan 2,651 milyard dollara qalxıb. Xarici ticarət dövriyyəsində idxalın payı ötən ilki 24,84 faizlə müqayisədə 36,97 faiz təşkil edib.
Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət qalmaqla illik hesablamada 2,126 milyard dollardan çox və ya 2,1 dəfə azalaraq 1,869 milyard dollara düşüb, belə ki, 2022-ci ilin yanvar-fevral aylarında saldo 3,995 milyard dollar olub.
Qida məhsullarının saxtalaşdırılması və identifikasiyası
Qida təhlükəsizliyi məfhumunun izahı
1996-cı ildə qida problemləri ilə bağlı keçirilən Dünya Qida Sammitində qida təhlükəsizliyi anlayışı müəyyən edilmişdir. Qida təhlükəsizliyi “bütün insanlar sağlam və aktiv həyat tərzi keçirmələri üçün istənilən vaxt kifayət miqdarda keyfiyyətli qida əldə etdikdə” yaranan vəziyyət olaraq müəyyənləşdirilmişdir. Bir qayda olaraq, qida təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qida üstünlüklərini təmin edən qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Qida təhlükəsizliyi həmçinin insanların aktiv və sağlam həyat tərzi sürmələri üçün istənilən vaxt kifayət qədər qida əldə edə bilmək imkanları əsasında qurulmuşdur. Qida təhlükəsizliyi aclıq, quruluq, müharibələr, iqtisadi qeyri-sabitlik kimi risk faktorları səbəbindən gələcəkdə qida qıtlığını aradan qaldırmaq üçün qida sabitliyini və məhsuldarlığını artırmaqla bağlı tədbirləri özündə ehtiva edir.
- Qida sabitliyi: uzun müddət boyunca qida əldə edə bilmək imkanıdır.
- Qida əldə etmək imkanı: qidanın qiymət baxımından əlçatan və münasib olması və yerləşməsi, o cümlədən insanların və məişət təsərrüfatının üstünlüklərinin nəzərə alınması.
- Qidanın mövcud və əlçatan olması: bu məfhum istehsalat, paylaşdırma və mübadilə yolu ilə qida məhsullarının təchizatı ilə bağlıdır.
Qida təhlükəsizliyi nədir?
Bu sualın cavabı ABŞ Kənd Təsərrüfatı Nazirliyinin və BMT Qida və Kənd Təsərrüfatı Təşkilarının qida təhlükəsizliyi üzrə müəyyən etdiyi iki əsas anlayışla bağlıdır.
- Qida təhlükəsizliyi o zaman mövcud olur ki, bütün insanlar bütün hallarda sağlam və aktiv həyat tərzi sürə bilmək üçün öz pəhriz ehtiyaclarını və qida üstünlüklərini təmin edə bilməkdən ötrü kifayət qədər təhlükəsiz qida məhsullarını fiziki və iqtisadi baxımdan əldə edə bilsinlər (FAO).
- Məişət təsərrüfatı üçün qida təhlükəsizliyi bütün insanlar tərəfindən hər zaman sağlam və aktiv həyat tərzi keçirə bilməkdən ötrü ümumən kifayət qədər qida əldə edə bilmək imkanıdır. Qida təhlükəsizliyinə ən azı aşağıdakılar daxildir (USDA):
- kifayət qədər qida və təhlükəsiz məhsulların hazır əldə edilməsi imkanı
- məqsədəuyğun məhsulları sosial baxımdan müvafiq yollarla (yəni qida məhsullarının zəruri ehtiyatlarına müraciət etmədən, qida qalıqlarını toplamadan, təqlid və ya oğurluq etmədən və s. strategiyalarla) zəmanətli şəkildə əldə etmək qabiliyyəti
2006-cı ildə bildirilirdi ki, normal çəkidən çox çəkisi olan insanların sayı ac qalan insanların sayından çox olmuşdur: yəni çəkisi normadan artıq olan insanların sayı təxminən 1 milyarddan çox, aclıq keçirdiyinə görə çəkisi normadan aşağı olan insanların sayı isə 800 milyon olmuşdur. Qeyd edək ki, bütün dünyada təxminən 852 milyon insan kasıblıq üzündən xroniki baxımdan ac qalır, 2 milyarddan çox adam isə kasıblığın müxtəlif səviyyələrinə görə qida qıtlığından əziyyət çəkir, hər gün 17000 uşaq qida çatışmazlığı səbəbindən yaranan aclıq və ya xəstəlikdən ölür ki, bu da hər il aclıqdan 6 milyon uşağın ölməsi deməkdir.
Bəs hazırda qida təhlükəsizliyinə təsir edən mənfi faktorlar hansılardır?
Bu mənfi faktorlar aşağıdakı kimi sadalanır:
Qlobal su böhranı – qrunt su ehtiyatları azalmağa başlamışdır (bura həmçinin Şimali Çin, AB, və Hindistan kimi ölkələr də daxildir). Bunun əsas səbəbi isə geniş şəkildə hədsiz nasoslama (pompalama) və suvarmadır.
İqlim dəyişikliyi (qlobal istiləşmə) – qlobal hərarətin artması məhsullar, meşə ehtiyatları, su təchizatı üzərində dalğavari təsirə malikdir və təbiət tarazlığını dəyişir.
Torpaqların deqradasiyası – intensiv kənd təsərrüfatı torpaq münbitliyinin tükənməsinə və kənd təsərrüfatı məhsuldarlığının azalmasına gətirib çıxarır.
Acgöz torpaq sövdələşmələri – inkişaf etməkdə olan ölkələrdə milyonlarla akr torpaq əraziləri alan korporasiyalar və dövlətlər şəxsi qida ehtiyatlarını uzun müddətə təmin etmək məqsədi güdürlər.
Genetik baxımdan dəyişdirilmiş (GM) qida və qida təhlükəsizliyi
Hazırda genetik baxımdan tərkibi dəyişdirilmiş qidanın verəcəyi nəticələr və GM məhsullarının gələcək təhlükəsizlik aspektləri hələ məlum deyildir. Adi məhsulların GM (tərkibi dəyişdirilmiş) məhsullar ilə qarışığından alınacaq məhsulların qida təhlükəsizliyinə və qida məhsullarının təhlükəsizliyinə göstərəcək dolayı təsirləri ola bilər. Bu, həqiqi bir riskdir və onun barədə hökumətlər mütləq düşünməlidirlər.
Kasıb ölkələrdə belə GM tipli məhsulların yetişdirilməsi Amerika və Avropa ölkələrinin kommersiya maraqları ilə bağlıdır. Hazırda yetişdirilən əsas GM məhsulları soya, yağ mənşəli bitkilər, pambıq və qarğıdalıdır ki, bunlar da öz növbəsində dünyanın qida və tekstil sənayesinə yardım göstərmək üçün işlənilib hazırlanmışlar. Hazırda inkişaf etməkdə olan ölkələr üçün mühüm olan lifli qida məhsulları ilə bağlı özəl şirkətlər tərəfindən çox az sayda GM tədqiqat və araşdırması aparılır.
“Terminator” toxumları steril toxumlar istehsal edə bilmək üçün modifikasiyaya (dəyişikliyə) uğrayır. Bu toxumlar “korporasiyaları təkrar patentləşdirilmiş toxumlardan istifadə etməyə cəhd göstərən və əvəzində heç bir haqq ödəməyən vicdansız fermerlərdən qorumaq məqsədilə” işlənib hazırlanmışdır. Bu yolla fermerlər hər il biotexnologiya şirkətlərindən yeni toxumlar almaq məcburiyyətində qalır. Bütün dünyada fermerlər tərəfindən bununla əlaqədar ümumi narazılıqların olmasına baxmayaraq, bu texnologiya hələ də işlənib hazırlanır.
Qida təhlükəsizliyi sadəcə kasıblıqla bağlı məsələ deyildir, özündə bütöv qida sistemini ehtiva edən və hər birimizə bu və ya digər yolla təsir edən daha qlobal problemdir.
Qida təhlükəsizliyi ilə bağlı bəzi faktlar
- Qida təhlükəsizliyinin olmaması ABŞ-ın Əhalinin Siyahıyaalınması Bürosu tərəfindən müəyyənləşdirilmişdir.
- Mal-qaraya və ya məhsullara mənfi təsir edən xəstəliklər xüsusilə fövqəladə planların mövcud olmadığı halda qidanın əlçatanlığına məhvedici təsir göstərir.
- Məhsul “suverenliyi” adlandırdığımız yanaşma beynəlxalq korporasiyaların biznes təcrübələrini neokolonializm formasında nəzərdən keçirir.
- BMT-nin qida və kənd təsərrüfatı təşkilatı (FAO) bildirirdi ki, 2010-2012-ci illər ərzində təxminən 870 milyon insan xroniki aclıqdan əziyyət çəkirdi.
- ABŞ Kənd Təsərrüfatı Departamenti qida təhlükəsizliyinin olmamasını “sosial baxımdan mümkün yollarla qidanın əldə edilə bilməməsi və ya məhdud əldə edilməsi prosesi, və ya qidalanma baxımından yararlı və təhlükəsiz məhsulların məhdud və ya qeyri-müəyyən sayda mövcud olması prosesi kimi nəzərdən keçirir”.
- Qida təhlükəsizliyi üzrə 1996-cı ildə keçirilən Dünya Sammiti elan etmişdi ki, “qida siyasi və iqtisadi təzyiq aləti kimi istifadə olunmamalıdır”.
Statistika: Dünyada qida məhsulları və aclıq
- Dünyada 842 milyon insanın yemək yemək üçün kifayət qədər vəsaiti yoxdur. 1990-cı ildən bəri bu rəqəm 17%-ə düşmüşdür.
- İnkişaf etməkdə olan ölkələrdə altı uşaqdan birinin (təxminən 100 milyon uşaq) çəkisi normadan aşağıdır.
- Çox aşağı və kasad sayda qidalandırma xüsusiyyətlərinə malik qida növləri 5 yaşa qədər olan uşaqlar arasında ölüm hallarının təxminən yarısını (45%) təşkil edir, bu da hər il 3.1 milyon uşaq ölümü deməkdir.
- Ac insanların böyük qismi (827 milyon) inkişaf etməkdə olan ölkələrdə yaşayır və həmin ölkələrdə əhalinin 14.3%-i qidasızlıqdan əziyyət çəkir.
- Qadın fermerlərin də eynilə kişi fermerlər qədər resurslara əlçatma imkanı olsaydı, o zaman dünyada ac insanların sayı 150 milyona qədər azala bilərdi.
- Asiyada ac insanların sayı hədsiz dərəcədə çoxdur (500 milyondan artıq). Lakin Afrikada, Saxara səhrasından cənuba doğru onların sayı hədsiz geniş şəkildə yayılır (əhalinin 24.8%-i).
Mənbə: http://www.fao.org/publications/sofi/en/ - İnkişaf etməkdə olan ölkələrdə ibtidai məktəb yaşlı uşaqların 66 milyonu məktəbə ac gedirlər, onların 23 milyonu elə Afrikanın payın düşür.
- WFP (Dünya Qida Proqramı) hesablamalarına görə 66 milyon bütün ac məktəbyaşlı uşaqları il ərzində qida ilə təmin etmək üçün 3.2 milyard ABŞ dolları dəyərində vəsait tələb olunur.
- Dünyada hər dörd uşaqdan biri inkişafda geri qalır. İnkişaf etməkdə olan ölkələrdə bu proporsiya hər üç uşaqdan birinədək arta bilər.
- Dünyada inkişafdan qalan uşaqların elə 80%-i 20 ölkədə yaşayır.
Mənbə: www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736%2807%2961694-8/abstract
Bütün bu yuxarıda sadaladığımız hallardan göründüyü kimi qida təhlükəsizliyi məsələsi qloballığı və son dərəcə böyük əhəmiyyəti ilə seçilən vacib və aktual mövzulardan biridir.
Qida məhsullarının saxtalaşdırılması və identifikasiyası
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Maraqlı Qida məhsullarının etiketləri haqda nə bilirik?
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Mart 14, 2019 – 17:15
!Reklam – Yazi
Qida məhsul alarkən etiket məlumatlarını oxumağı unutmayın!
Müasir dövrdə sürətlə inkişaf edən texnologiyalar, ortaya çıxan yeni qida komponentləri istehlak etdiyimiz qida məhsullarının tərkibi barədə bir-sıra suallar meydana çıxarır. Elə bu səbəbdən qida məhsullarının etiketini diqqətlə oxuyaraq istehlak etmək tövsiyə olunur. Günümüzdə rastlaşdığımız məqamlardan biri də istehlakçıların daha çox tövsiyə və ya reklam üzərindən eşidib bildiyi qida məhsuluna üstünlük verməsi, nəticədə müxtəlif problemlərlə qarşılaşmasıdır. Məhsul seçimi edərkən çox vaxt qablaşma üzərində olan xırda şriftlərlə yazılmış yazıları oxumağa zaman ayırmırıq ki, bu da son nəticədə bir sıra xoşagəlməz halların yaranmasına şərait yaradır. Əslində hər bir istehlakçı bu məlumatları oxumalı və seçimini həmin məlumatlara uyğun olaraq müəyyən etməlidir. Bəzi istehsalçılar bizim zaman ayırmama və diqqətsizliyimizdən faydalanaraq, məhsulun tərkibini oxunmaz, kiçik şriftlərlə yazır, eyni zamanda konservantlar, qida boyaları və əlavələri haqqında məlumat vermir, rəngarəng reklam şəkillərinə yer verərək bir növ istehlakçıların diqqətini yayındırmağı bacarırlar. Nəticədə isə, tərkibində çiyələk olmayan “çiyələkli yoğurt”, və ya mal əti olmayan “mal əti sosis”ləri almış oluruq. Qida etiketi qida məhsulunun “şəxsiyyət vəsiqəsi” kimidir. Etiketləmə haqqında bütün istehsalçıların əməl etməli olduğu və bütün istehlakçıların isə mütləq şəkildə bilməli olduğu zəruri hesab edilən elementlər mövcuddur. İstənilən qida məhsulunun etiketində aşağıdakılar əks olunmalıdır: Adı; Tərkibi; Miqdarı (kütlə, həcm) İstehsal tarixi; Son istifadə tarixi; Saxlama şərtləri; İstehsalçının adı və ünvanı; İstifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər; Qida dəyəri göstəriciləri. Etiket üzərində olan simvol və işarələr: Hər hansı bir yeyinti məhsulunun qablaşdırılmasında, hazırlanmış materialın qida məhsullarına uyğun olduğunu göstərən bu işarə olmalıdır. 1. Bu, birdəfəlik istifadə üçün nəzərdə tutulan butulkalardır. Bu tərkibdə butulkalardan içərisindəki mayeyə ağır materiallar və maddələr qarışa bilər ki, bu da insanın hormonal balansına təsir göstərir. 2. HDP və ya HDPE- Bu çox yaxşı plastikdir və demək olar ki, heç bir zərərli maddə yaymır. Mütəxəssislər əgər mümkündürsə, suyu məhz belə butulkalarda almağı məsləhət görürlər. 3. PVC və ya V- Bu materialdan olan əşyalardan ən az iki təhlükəli kimyəvi maddə ayrılır və hər iki maddə orqanizmin hormonal balansına mənfi təsir göstərir. 4. LDPE- Bu plastik həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında istifadə olunur. Bu materialdan tərkibindəki kimyəvi maddələr ayrılmır. Ancaq o, yalnız su konteynerləri üçün təhlükəsizdir. Ərzaq mağazasında ondan hazırlanan paketləri almaq məsləhət görülmür. 5. PP – Bu plastik ağ və ya yarımşəffaf rəngdə olur. Siropların və yoqurtların qablaşdırılması üçün istifadə olunur. İsidilən zaman ərimir. Demək olar ki, təhlükəsizdir. 6. PS – Adətən kofe stəkanları və fast-food məhsullarının konteynerlərinin hazırlanması üçün istifadə olunur. Ancaq isidildikdə ondan təhlükəli kimyəvi birləşmələr ayrılır. 7. PC və ya xüsusi işarələri olmayan plastiklər – Bu, plastikin ən təhlükəli növüdür. Su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunur. Daha bir tövsiyə: plastik qabda nəsə almaq istəsəniz, iki dəfə düşünün. Yenə də şüşə qablar daha təhlükəsizdir. Nəzərə almaq lazımdır ki, qida məhsullarını seçərkən etiket məlumatlarınin oxunması və işarələrə diqqət yetirilməsiz xüsusi əhəmiyyət kəsb edir. Bu istehlakçının məlumatlı olması ilə yanaşı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin öz işinə daha da məsuliyyətlə yanaşmasına köməklik göstərər.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.