Press "Enter" to skip to content

Qida mhsullarının saxtalaşdırılması v identifikasiyası

– ailədə ilk uşaq

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi qida təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malikdir

Mahiyyət baxımından Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və s. barədə məlumatlar da yer alır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə iri və xırdabuynuzlu heyvanların identifikasiya sisteminin olmaması qida təhlükəsizliyi nəzarəti şəbəkəsinin qurulmasında ciddi çətinliklər yaradır. Ancaq HİQS-dən məlumatlar əldə etməklə heyvanın peyvəndlədiyi vaksinlər və peyvəndləmədən sonra gözləmə dövrü, müalicə üçün işlədilən dərmanların heyvanın orqanizmindən xaricolma müddətini izləmək mümkün olacaq. Sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icrasına imkan verəcək. Bu isə ölkəmizin müvafiq sahədə dünya iqtisadi birliyinə inteqrasiyasını asanlaşdıracaq. Sistemin mərhələli şəkildə yaradılması məqbul hesab olunur. Bunun üçün pilot ərazi seçilərək heyvandarlıq təsərrüfatlarının və istehsal müəssisələrinin qeydiyyatı aparılacaq, heyvan sahiblərinin və əlaqədar qurumların vəzifələri müəyyənləşdiriləcək. Sistemin pilot zonada sınaqdan keçirildikdən sonra ölkədə tətbiqi nəzərdə tutulur.

Bütövlükdə ölkə ərazisini heyvan xəstəliklərindən azad etmək uzunmüddətli və genişhəcmli tədbirdir. Beynəlxalq praktikada ölkənin bir hissəsinin Dünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq heyvan xəstəliklərindən azad bir region kimi formalaşdırılması təcrübəsi tətbiq edilir. Həmin təcrübənin indiyədək tətbiq edilməməsi heyvan və heyvan mənşəli məhsulların Avropa ölkələrinə ixracında, habelə idman atlarının yarışlarda iştirak məqsədilə aparılmasında ciddi çətinliklər yaradır. Abşeron yarımadası coğrafi, habelə nəqliyyat, istehsal və emal strukturu baxımından heyvan xəstəliklərindən azad regiona dair Dünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğundur. Azad regionun formalaşdırılması həmin məsələlərin həllinə kömək edəcək.

Qida mhsullarının saxtalaşdırılması v identifikasiyası

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyinin alimləri iddia edir ki, bəzi müəssisələr süd məhsullarının istehsalını saxtalaşdırır.

Unikal.org apa-ya istinadən xəbər verir ki, alimlər istehsal prosesinin saxtalaşdırılma sxemini detallı şəkildə açıqlayıb.

Alimlər hesab edir ki, saxtalaşdırmanın əsas məqsədi məhsulun maya dəyərinin aşağı salınması yolu ilə daha çox gəlir əldə etməkdir. Müasir saxtalaşdırma metodlarının əksəriyyəti daha ucuz xammaldan istifadə olunmasıdır. Təbii ki, sadalananlar istehlakçının aldadılması və haqsız rəqabətdən xəbər verir.

TƏBİİ SÜDÜN SAXTALAŞDIRILMASI

Federal Agentliyin alimləri iddia edir ki, istehsalçılar bir çox hallarda təbii südün əvəzinə bərpa olunmuş süddən istifadə edir. Üstəlik, bərpa olunmuş südə bitki yağları əlavə olunur və alınan qatqıdan turş süd məhsulları istehsalı olunur. Bir südün başqası ilə dəyişdirilməsinə daha çox keçi südünün satışı zamanı rast gəlmək olar. Məlum olduğu kimi, keçi südü daha yüksək qiymətə satılır.

Təbii süddə yağlılığın səviyyəsi 4,5-6%-dir. Alimlər bildirir ki, saxtalaşdırma yolu ilə istehsalçılar yağlılığın səviyyəsini 2,5%-ə çatdırır və nəticə kifayət qədər iri məbləğdə gəlir əldə olunur.

Alimlər iddia edir ki, istehsalçılar südə SU, NİŞASTA, TABAŞİR, SABUN, SODA, GİPS, ƏHƏNG, MÜXTƏLİF NÖV TURŞULAR VƏ S. qatırlar. Bu qatqılar məhsulun daha gec turşumasına yardım edir. Lakin alimlər bildirir ki, əslində, yuxarıda sadalananların məhsula qatılması turşuluq normasına təsir etmir. Üstəlik, bir çox hallarda ZƏHƏRLƏNMƏLƏRƏ SƏBƏB OLUR.

XAMANIN SAXTALAŞDIRILMASI

Federal Agentlikdən bildirilir ki, bir çox hallarda xamaya SU, QATIQ, YAĞSIZ KƏSMİK, BİTKİ YAĞI, ZÜLAL, KEYFİYYƏTSİZ SÜD KOMPONENTLƏRİ, NİŞASTA VƏ MÜXTƏLİF ƏLAVƏLƏR qarışdırırlar.

KƏSMİYİN SAXTALAŞDIRILMASI

Keyfiyyətsiz yağsız kəsmiyin cəmi 0,5% yağlılığı olur. Lakin onun tərkibində 17% zülal var. Məhsulun 100 qramında cəmi 60 kkal kalorilik olmalıdır. Təəssüf ki, bəyan olunan yağlılığın səviyyəsi heç də hər zaman reallığa əsaslanmır. Saxtalaşdırılmış məhsulda yağlılığın səviyyəsi 10%-dən artıq olur.

KƏRƏ YAĞININ SAXTALAŞDIRILMASI

Bildirilir ki, kərə yağının istehsalı prosesində istehsalçılar marqarin və başqa hidro yağlardan istifadə etməklə saxtakarlığa əl atırlar.

PENDİRİN SAXTALAŞDIRILMASI

Burada əsas yük suyun üzərinə düşür desək, yanılmarıq. Bundan başqa, süddən alınan yağ bitki yağı ilə əvəzlənir. Həmçinin, qatqıya zülal əlavə olunur və yağlılıq azaldılır.

Süd məhsulları istehsalçıları yuxarıda qeyd edilən üsullara əl atmaqla ciblərini şişirdir.

Düzdür, Federal Agentliyin sədr müavini Nikolar Vlasov bildirir ki, bəzi hallarda saxtalaşdırma halları müəssisə rəhbərlərinin xəbəri olmadan da baş verir. “Yəni, istehsal prosesini adi işçilər saxtalaşdırır. Bizə bəzi müəssisə rəhbərləri müraciət edərək istehsal olunan məhsulun keyfiyyətini yoxlamağımızı tələb edir. Zavodun direktoru dəli deyilsə, saxtalaşdırdığı məhsulu dövlət orqanında yoxlatdırmaz! Bu, ondan xəbər verir ki, saxtalaşdırma prosesi müəssisə rəhbərlərinin xəbəri olmadan aparılır”, – deyə N. Vlasov qeyd edib.

Rusiyada istehsal olunan süd məhsullarının Azərbaycanda da satılması bu məsələni bizim üçün daha da həssas edir. Düzdür, Azərbaycanda da süd istehsalçıları kifayət qədərdir və onların istehsal etdiyi məhsullara tələbat yüksəkdir. Onlar istehsal prosesində hər hansı saxtakarlığa əl atır, ya yox, deyə bilmərik. Birincisi, əlimizdə fakt yoxdur, ikincisi, aidiyyati dövlət qurumları bir saxtakarlıq aşkarlamayıb, aşkar edibsə də, ictimailəşdirməyib.

Qayıdaq Rusiya istehsalı olan süd məhsullarına. Onlar istehlakçıların daha çox üz tutduğu iri marketlərdə satılır. Reklam və ya antireklam xarakterli olmasın deyə, hər hansı marka üzərində dayanmaq fikrimiz yoxdur. Əvəzində bir qədər öncə adını çəkdiyimiz Nikolay Vlasovun Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyinin rəsmi saytındakı yazılı bəyanata müraciət edirik. Qurumun sədr müavinin bəyanatının sonunda bir cədvəl yerləşdirilib və həmin cədvəldə saxtakarlığa əl atmayan (3 kateqoriyaya bölünüb) istehsalçıların adları açıqlanıb.

İştahasız uşaq. SƏBƏBLƏR VƏ PROBLEMİN HƏLLİ

İştah nədir? Bu insanda ac olduğu zaman yemək yeməyə olan həvəsidir.

Tam nevroloji sağlam uşaqlarda iştahasızlıq 25%, nevroloji problemi olan uşaqlarda isə 80% hallarda rast gələ bilir. Aşırı iştahasızlıq anoreksiya adlanır. Uşaqlarda ən çox 6-36 ay arasında rast gəlinir.

İştahasızlıq – uşağın böyümə və inkişafı üçün lazım olan qidalardan hər hansı səbəbə görə imtina etməsidir. Bəs bu səbəblər nədir? Ümumiyyətlə uşaqlarda 1-2 % hallarında ciddi iştahasızlıq səbəbləri vardır.

Risk faktorları bunlardır:

– vaxtından əvvəl doğulma

– ailədə ilk uşaq

– nevroloji və və ya anatomik problemlərin olması

– işləyən ana-atanın olması

– düzgün olmayan qidalanma

– baxımın düzgün olmaması

– ailə içi psixoloji problemlərin olması.

İştahasızlıq səbəbləri bu cür sıralamaq olar: orqanik, psixoloji, qidalandırma xətaları.

Orqanik: İştahasızlığın səbəbi mədə-bağırsaq sisteminin xəstəlikləri (kəskin qastroenterit, ishal, qastroezofaqal reflü və s.), onların patologiyaları ola bilər. Məsələn, udma aktının normal olmaması, ağızda yaraların və çürük dişlərin olması və s.

Xroniki xəstəlikər, məsələn vərəm zamanı uşaqda iştahasızlıq ola bilər.

Uşaqda dəmir defisitli anemiyalar zamanı “grelin” adlı maddənin sintezinin pozulması nəticəsində iştahasızlıq əmələ gəlir. Bu defisiti aradan qaldırdıqda isə iştahasızlıq şikayəti də aradan qalxmış olur.

Psixoloji: Qidalanmaya təsir edən hər hansı bir mental xəstləliklər (autizim, bəzi psixi xəstəliklər).

Qidalandırma xətaları: Sadə də olsa bəzi səbəblər vardır ki, onlar məhz iştahsızlığı yarada bilər. Məsələn, ananın uşağı zorla yedirtməsi, daima onun ağzının kobud şəkildə silinməsi, vaxtından əvvəl qatı qidalara başlanması, aşırı cəza verilməsi və ya qiymətləndirilməsi.

Uşaq tərəfdən hansı səbəblər ola bilər:

– hələ bu kimi qidalanma üçün tam inkişaf etməməsi,

– “neofobi” – hər hansı yeni qidanı qəbul etməkdən imtina,

– travmatik qida verdikdən sonra uşaqda əmələ gələn qaşıq qorxusu,

– uşağın hədsiz dərəcədə aktiv və ya fikrinin dağınıq olması.

Ümumiyyətlə yemək verən zaman uşağa görə davranmaq lazımdı. Belə ki, adi uşaqda bu şikayətlər yoxdur. Onlar aktivdirlər və xəstələndikdə və ya hər hansı narahatçılıqları olan zaman iştahasızdırlar.

Çox hərəkətli uşaq. Onlar gün ərzində 2 dəfə yaxşı yeyib sonrakı hallarda isə az yeyirlər. Buna görə narahat olmaq lazım deyil.

Çox qapalı uşaqlar isə sevdikləri tərəfindən yedizdirilmələrini istərlər və qidaya qarşı çox seçicidirlər.

Diqqət əksikliyi olan uşaqlar. Onlar səssiz və sakit şəraitdə yeməyi sevirlər.

Əgər uşaq yeməyə qarşı seçicidirsə, onun da dərmanı yoxdur.

Bundan başqa uşaqlarda iştahasızlığa səbəb kimi səliqəsiz yemək yemə, televizorla yedirtmə, səs-küylü şərait, yeməyin hədsiz duzlu, istiotlu olması, böyük qaşıqla, kobud yedirdilməsi və s. göstərilir.

Uşaqda əlavə qidaya keçən zaman mütləq oturma, udma, bağını dik tutma kimi funksiyaları yerinə yetirməlidir.

1 yaşa kimi uşaqlarda son illərdə “neofobi” deyilən bir hal qeyd edilir. Hansı ki, bu halda yeni qidaları uşaq qəbul etmir və ya etmək istəmir. Bu haldan qorxmaq lazım deyil. Zamanla uşaq bu hala alışacaqdır.

Uşağın boyu və çəkisi normalara uyğundursa, o zaman uşağın yediyi ona yetir. Ümumiyyətlə yersiz verilən vitaminlərdən qaçmaq lazımdır. Belə ki, bu zaman onların toksiki təsiri də qeyd edilir. Bundan əlavə fol turşusu və niasin preparatlarının verilməsi də uşağın iştahanı normallaşdıra bilər. Lakin sonradan yenə əvvəlki vəziyyətə qayıdacaq.

Sizin uşaqlara sevə-sevə verdiyiniz vitaminlər ağır xərçəng xəstəliyi zamanı əmələ gələn kaxeksiya üçün nəzərdə tutulmuşdur. Məsələn, omega3, siproheptadin, megestral asetat və s. kimi tərkibli dərmanlar bu siyahıya aiddir.

Niasin adlı “iştaha açıcı” dərmanın isə çox istifadə edildikdə uşaqda 2-ci tip şəkərli diabetin əmələ gəldiyi sübuta yetirilib.

İştaha açıcı qidalara acı bibər, istiot, adaçayı, nanə, darçın, qırmızı bibər aiddir.

Uşaqlarda iştahasızlıq olduqda mütləq 1-ci növbədə orqanik və psixolojik səbəblər aradan qaldırılmalıdır. Əgər bu səbəblər qeyd edilmirsə, onda digər səbəblərini araşdırmaq və aradan qaldırmaq lazımdır. İşatahaaçıcı dərmanlardan istifadə edilməməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.