Qida mhsullarının texnologiyasının nzri sasları
– Əsasən zəhərlənmə halları nədən olur?
İnsan həyatında qida məhsulları
Bütün həyatı boyu insan orqanizmində dayanmadan maddələr mübadiləsi gedir. Bunun üçün orqanizmə böyük miqdarda enerji lazımdır. İnsan orqanizminin həyat enerjisinin isə əsas mənbəyini qida təşkil edir.
Dərinin, saçların, dırnaqların sağlamlığı, insanın daxili orqanlarının normal fəaliyyəti düzgün və hərtərəfli qidalanmadan asılıdır. Normal qidalanmayan orqanizm ona lazım olan maddələri almır və getdikcə insanın immuniteti azalır, səhhəti pisləşməyə başlayır. Tez-tez soyuqdəymələr, qanazlığı, yaz yorğunluğu, dişlərdə kariyes halları müşahidə edilir. Qida məhsullarına zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr və su aiddir.
Zülallar orqanizmin hüceyrə və toxumalarının əsasını təşkil edir. Onlar orqanizmin yoluxmalara qarşı mübarizəsində iştirak edir.
Əgər insan qida ilə az zülal alırsa, fiziki və zehni gücü azalır, mədə-bağırsaq sisteminin fəaliyyəti pisləşir, qocalma prosesi tezləşir.
Zülallar heyvan mənşəli və bitki mənşəli olur. Heyvan mənşəli zülallar yumurta ağında, süd məhsullarında, ət və balıqda olur. Bitki mənşəli zülallar isə göbələyin, qozun, fındığın, şabalıdın və paxlalı bitkilərin toxumlarının tərkibində rast gəlinir.
Yağlar orqanizmin əsas enerji mənbəyidir. Onlar hüceyrələrin tərkibinə daxildir və orqanizmin maddələr mübadiləsində fəal iştirak edir.
Yağlar bitki və heyvan mənşəli olur.
Günəbaxan, qarğıdalı, kətan, zeytun, kokos və soya yağları bitki mənşəli yağlardır. Onlar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır.
Kərə yağı, heyvanın iç yağı və balıq yağı isə heyvan mənşəli yağlardır. Əgər insan qida ilə həddindən artıq çox yağ alırsa və az enerji sərf edirsə, heyvan mənşəli yağlar qalın dərialtı piy qatı yaradır və orqanizmdə yığılır. Bunun nəticəsi olaraq piylənmə və artıq çəki meydana çıxır.
Karbohidratlar. Məlumdur ki, karbohidratların hesabına orqanizmin əsas enerji xərcləri bərpa olunur. Karbohidratlar, əsasən, bitki mənşəli ərzaqlarda olur. Karbohidratlarla ən zəngin qida məhsulu dənli bitkilərdir. Dənli bitkilərdən sonra qidalanmada karbohidratlarla zəngin ikinci yeri tərəvəzlər tutur.
Karbohidrat çatışmazlığı zamanı orqanizm zəifləyir, halsızlıq, başgicəllənmə, tez-tez aclıq halları baş verir.
Karbohidratların artıq qəbulu piylənməyə gətirib çıxardır.
Tərəvəz və meyvələrin tərkibində olan karbohidratlar çox xeyirli hesab olunur. Bu karbohidratlar, demək olar ki, bağırsaqda həzm edilmir və enerji mənbəyi deyillər. Onlar bağırsağın işini tənzimləyir, toxluq hissi yaradırlar.
- Hamının xoşladığı turş dadı olan C vitamini orqanizmin yoluxmalara qarşı müqavimətini artırır. Bunun üçün də onu soyuqdəymə zamanı qəbul edirlər. C vitamininin əsas mənbələri təzə tərəvəz, meyvə, giləmeyvə, xüsusən itburnu, şirin bibər, qara qarağat, sitrus meyvələri və həmçinin turşuya qoyulmuş kələmdir
Bilmək lazımdır ki, C vitamini hava və günəş işığının təsirindən, istidən asan parçalanır, həmçinin uzun müddət saxlandıqda istifadə üçün yararsız olur. - A vitamininin dərinin sağlamlığında böyük rolu vardır. O, gözlərin selikli qişalarının və yaxşı görmənin bərpası üçün olduqca gərəklidir. A vitamini, həmçinin orqanizmin yoluxmalara qarşı müqavimətini artırır, bir çox vacib həyati proseslərə təsir edir.
Bu vitamin xüsusən böyüyən orqanizm üçün vacibdir. A vitamininin çatışmazlığı zamanı görmə qabiliyyəti korlanır və dəri qabıq verməyə başlayır. A vitamini bitki mənşəli ərzaqlarda — çaytikanının, yerkökünün, şirin bibərin və başqa narıncı və qırmızı rəngli meyvələrin tərkibində vardır.
Tərəvəzlər bişirilərkən bu vitamin kifayət qədər yaxşı qalır, amma günəş şüalarının təsiri altında parçalanır. Yağlarla birlikdə qəbul ediləndə yaxşı həzm edilir. Bunun üçün yerkökü salatına mütləq xama və yağ əlavə edirlər. - D vitamini sümüklərin sağlamlığı üçün vacibdir. O orqanizmdə günəş şüaları altında yaranır. Heyvan mənşəli ərzaqlarda — yağlı balıqda, qaraciyərdə, kürüdə, yumurtada və süddə D vitamini var.
- E vitamini əzələlərin möhkəmlənməsi, dərinin normal vəziyyəti üçün lazımdır. O maddələr mübadiləsində iştirak edir və yağların həzm olunmasına kömək edir. Ən çox o bitki mənşəli yağların tərkibində olur. E vitamini isti emala dözümlüdür, amma günəş şüalarının təsiri altında parçalanır.
- B qrupu vitaminləri karbohidratların həzmini tənzimləyir, qan-damar, mədə-bağırsaq və sinir sistemlərinin işinə təsir edir. Bir çox dənli və paxlalı bitkilərin tərkibində B qrupu vitaminləri var.
İsti emal zamanı B qrupu vitaminlərinin 20—40% -i itir. - PP vitamini mədə-bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir, xırda damarları genişləndirir. PP vitaminləri mənbələri ət məhsulları və dənli bitkilərdir. Dondurulmuş ərzaqlarda PP vitamini yaxşı qalır, isti emal zamanı isə onun 15—30% -i itir.
Mineral maddələr sinir, qan-damar, mədə-bağırsaq sisteminin normal işini təmin edir. Onlar, həmçinin orqanizmin müqavimətini artırır, immuniteti yüksəldirlər.
Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik
- Teqlər:
- yağlar
- , vitamin
- , vitaminlər
- , vitaminli qidalar
- , D vitamini
- , C vitamini
- , B qrupu vitaminləri
- , qidalanma
- , nutrisiologiya
Qida mhsullarının texnologiyasının nzri sasları
Barcha fanlardan o’zbek tilida referatlar mega to’plami, arxiv mutlaqo bepul.
Chiqindisiz va kam chiqindili texnologiyalar
Подробности Автор: root root Родительская категория: Рефераты Категория: Экология (Рефераты) Опубликовано: 16 Декабрь 2016 Просмотров: 6373
3.5 1 1 1 1 1 1 1 1 1 1 Rating 3.50 (4 Votes)
Файл | Размер файла: |
---|---|
Chiqindisiz va kam chiqindili texnologiyalar.docx | 18 kB |
Chiqindisiz va kam chiqindili texnologiyalar
Рефераты
Авиация (Рефераты) (43)
Английский Язык (Рефераты) (549)
Архитектура Строительство (Рефераты) (211)
Астрономия (Рефераты) (269)
Безопасность БЖД (Рефераты) (205)
Биология (Рефераты) (521)
Ботаника (Рефераты) (257)
Бухгалтерия (Рефераты) (348)
Ветеренария (Рефераты) (40)
География (Рефераты) (661)
Геология (Рефераты) (539)
Конституционное право (Рефераты) (937)
Журналистика (Рефераты) (171)
Зоология (Рефераты) (135)
Информатика (Рефераты) (3054)
История (Рефераты) (2260)
Кулинария (Рефераты) (33)
Литература (Рефераты) (881)
Логика (Рефераты) (88)
Математика (Рефераты) (1784)
Машиностроение и механика (Рефераты) (626)
Медицина (Рефераты) (811)
Международные отношения (Рефераты) (26)
Менеджмент и Маркетинг (Рефераты) (867)
Металлургия (Рефераты) (64)
Метрология (Рефераты) (190)
Музыка и Искусство (Рефераты) (424)
Налоги (Рефераты) (388)
Наука и техника (Рефераты) (767)
Немецкий язык (Рефераты) (47)
Педагогика (Рефераты) (856)
Политология (Рефераты) (204)
Предпринимательство (Рефераты) (197)
Промышленность (Рефераты) (606)
Психология (Рефераты) (815)
Религия (Рефераты) (128)
Русский Язык (Рефераты) (76)
Социология (Рефераты) (356)
Страхования (Рефераты) (87)
Таможенная система (Рефераты) (142)
Транспорт (Рефераты) (233)
Туризм (Рефераты) (449)
Физика (Рефераты) (1610)
Физкультура (Рефераты) (684)
Философия (Рефераты) (323)
Финансы (Рефераты) (552)
Французский Язык (Рефераты) (23)
Химия (Рефераты) (1575)
Чувство Родины (Рефераты) (194)
Экология (Рефераты) (637)
Экономика (Рефераты) (1808)
Логистика (Рефераты) (0)
Этика Эстетика (Рефераты) (374)
Делопроизводство (Рефераты) (2)
Языковедения (Рефераты) (361)
Остальные рефераты (1695)
Для абитуриентов (986)
Культура и искусство (Рефераты) (530)
Косметология (Рефераты) (0)
Диссертации (753)
Электронное правительство (реферат) (1)
Метрология (реферат) (0)
Агрономия (Рефераты) (13)
Barcha huquqlar O’zbekiston Respublikasining amaldagi qonunlariga binoan himoya qilingan. Sayt materiallaridan to’liq yoki qisman tijorat yo’lida foydalanish qat’iyan man etiladi!
Qida zəhərlənmələri zamanı nə etməli?
Yay aylarında daha çox insan qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edir. Səbəbi isə bir sıra faktorlardan asılıdır.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Yay aylarında daha çox insan qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edir. Səbəbi isə bir sıra faktorlardan asılıdır. Qida zəhərlənmələrinin əsas əlamətləri, ondan qorunmaq yolları və digər sualları ATU-nun II daxili xəstəliklər kafedrasının dosenti, baş toksikoloq İsmayıl Əfəndiyev cavablandırır.
Trend Azərbaycan Tibb Universitetinin yaydığı həmin müsahibəni təqdim edir.
– Yay mövsümündə niyə qida zəhərlənmələrinin sayı artır?
– Birinci növbədə iqlim şəraitinə görə. Biz bilirik ki, hava hərarəti çox olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Eyni zamanda bilirik ki, yayda bəzi mövsüm xarakterli məhsullar, məsələn: meyvə, tərəvəz çox yeyilir. Bu da müəyyən səbəblərə görə zəhərlənmələrin sayını artırır.
– Əsasən zəhərlənmə halları nədən olur?
– Əsas zəhərlənmə səbəbləri qida məhsullarının düzgün saxlanılmamasından baş verir. Soyuq zəncirin pozulması, istehsal tarixi ötmüş malların qəbulu, dondurma, müəyyən ət məhsulları, məsələn, dönər kimi qidaların yay zamanı saxlanılma müddəti çox az olur. Eyni zamanda, düzgün şəraitdə saxlanılmamasıdır. Bu da qida zəhərlənmələrinə yol açır. Yay aylarında qarpızdan zəhərlənmələr çox aktuallıq kəsb edir. İnsanlar düşünürlər ki, qarpızdan zəhərləniblər. Əksinə, bu halların 99%-i qarpızdan və ya qarpızın tərkibindəki nitratlardan başqa, kimyəvi maddələrdən zəhərlənmə deyil. Sadə bir qida zəhərlənməsidir. Biz bilirik ki, qarpız ağacda yox, torpaqda bitir və satışa veriləndə açıq yerlərdə saxlanılır. Çox zaman qarpızı yumadan birbaşa kəsirlər. Bu zaman onun tərkibində olan şirin möhdəviyyətə mikroblar salınır. Bir neçə saatdan sonra həmin mikroblar, patogenlər orada inkişaf edir. Beləliklə, qarpızı yedikdən sonra zəhərlənmə əlamətləri başlayır. Ürək bulanma, qusma, hərarət və s. İnsanlar belə hallarda qarpızdan zəhərləndiyini düşünür. Lakin bu, qida toksikoinfeksiyasıdır.
– Zəhərlənmə əlamətləri necədir?
– İlk növbədə bilmək lazımdır ki, qida zəhərlənməsi üçün bəzi hallarda inkubasiya dövrü bir neçə saat olur. Yəni səhər bir süd məhsulu yeməklə özünüzdə prodromal dövr hiss edəcəksiniz. Prodromal dövr dedikdə ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur.
– Zəhərlənmə müşahidə olunarkən ilkin yardım kimi nə etmək lazımdır?
– Birinci növbədə çalışmaq lazımdır ki, mədə-bağırsaq yuyulması (çoxlu miqdarda sodalı ya marqanisli su içmək), bağırsağı təmizləyici imalə etmək. Əgər bu mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib 1 stəkan suya qatıb içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısı alınır. Lakin əgər artıq zəhərlənmə inkişaf etmişsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi, infeksion toksiki, xəstə şok keçirə bilər, başqa insanlara xəstəlik yoluxa bilər və s.
– Qida zəhərlənmələəri neçə növ olur və ən ağırı hansıdır?
– Ən ağır növ kimi, ən çox ölüm halları rast gəlinən Botulizm hesab olunur. Botulizm bilirsiniz ki, düzgün şəraitdə hazırlanmamış konservlərdən olur. Və anaerob şəraitində, yəni oksigen olmayan şəraitdə həmin botulotoksin əmələ gəlir və insanda botulizm adlı xəstəlik baş verir. Başqa ağır qida zəhərlənmələrindən taun xəstəliyini deyə bilərik. Çox nadir hallarda buna rast gəlinir. Qalan qida zəhərlənmələri adətən stafilokok və s. kimi mikrob törərədici xəstəliklərdir. Və bunlar da yüngül ağır və orta keçə bilər.
– Bəs bağırsaq infeksiyaları zəhərlənmədə nə rol oynayır?
– Bağırsaq infeksiyaları qida toksik infeksiyalarının sadəcə olaraq adıdır. Bu xəstəliklər hamısı eynidir. Bəziləri qida zəhərlənməsi deyir, bəziləri bağırsaq infeksiyaları, bəzsiləri qida toksik infeksiyaları deyir. Bütün bu adlar eyni xəstəliyin sinonimləridir.
- qida zəhərlənməsi
- İsmayıl Əfəndiyev
Comments are closed, but trackbacks and pingbacks are open.