Azerbaycan Onomastikasi – Afaq Qurbanov – Kiril –Baki – 1987 -115 S
Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Onomastika Cəmiyyətinin və Onomastika Elmi Mərkəzinin yaradılması, «Onomastika» elmi-onomastik jurnalının və 25 oktyabr Onomastika Gününün təsis olunması, onomastika problemlərinə həsr edilmiş genişmiqyaslı respublika konfranslarının keçirilməsi də bilavasitə Afad müəllimin adı ilə bağlıdır.
Qida məhsullarının texnologiyasının nəzəri əsasları nusrət qurbanov
Nazirlər Kabineti “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara dəyişiklik edib.
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyənləşib.
Qeyd olunub ki, ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
İxtisaslar
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla)
1
2
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Azerbaycan Onomastikasi – Afaq Qurbanov – Kiril –Baki – 1987 -115 S
Onomastik , dilbiliminin özel isimleri inceleyen bir dalıdır.
Azərbaycan onomalogiyasının təşəkkülü və inkişafında Afad Qurbanovun rolu və «Azərbaycan onomalogiyası» elmi məktəbi
Azərbaycan dilçilik tarixində elmi məktəb yaratmış az sayda dilçilərimiz mövcuddur. XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ hesab olunur və bu mərhələdə Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik şöbəsi – elmi məktəb kimi formalaşması bilavasitə akademik Afad Qurbanovun adı və fəaliyyəti ilə bağlıdır.
Müasir Azərbaycan ədəbi dili zəngin lüğət tərkibinə malik, inkişaf etmiş dillərdən biridir. Bu dilin lüğət tərkibinin böyük bir qatını onomastik leksika – xüsusi adlar silsiləsi təşkil edir. Onomastik leksikaya daxil olan söz qrupları müəyyən ictimai tarixi inkişafın məhsulu olub, mənsub olduğu xalqın həyatını əks etdirən əvəzsiz söz sərvətidir. Onomastik leksikanın hərtərəfli tədqiqi müasir dil, dialektologiya, dil tarixi və s. sahələrin öyrənilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan dilçiliyində uzun müddət tədqiqatdan kənarda qalmış onomastik leksikanın öyrənilməsinə təxminən XX əsrin 50-ci illərindən başlanılmışdır. Lakin bu tədqiqatlar birtərəfli aparılmış, xüsusi adlar qrupunun linqvistik cəhətdən hərtərəfli tədqiqinə meyl təsadüfi xarakter daşımış, onomastik leksikanın öyrənilməsində sistemsizlik, natamamlıq özünü göstərmiş, fundamental araşdırmalar aparılmamış, yalnız etimoloji ehtimallar irəli sürülmüşdür. Bu isə, hər şeydən əvvəl, həmin elm sahəsinin nəzəri və praktik problemlərini özündə əks etdirən əsərlərin olmaması ilə bağlı idi.
Ümumi dilçilik və Azərbaycan dilçiliyinin müxtəlif problemlərinə həsr edilmiş fundamental elmi-tədqiqat əsərlərinin və dərsliklərinin müəllifi, nəzəri və praktik məsələlər üzrə ən məhsuldar alimlərimizdən olan professor Afad Qurbanov öz tədqiqatlarını, əsasən, dilçiliyimizin az öyrənilmiş sahələrinə həsr etmişdir.
Alim uzun illər ərzində onomastika məsələləri ilə daha çox maraqlanmış, tədqiqatlar aparmış, yeni-yeni nailiyyətlər əldə etmişdir. A.Qurbanovun onomalogiyaya dair ilk əsəri 1956-cı ildə Tbilisidə çap olunan «Azərbaycan şəxs adlarının xüsusiyyətləri» məqaləsi olmuşdur. Sonradan tədqiqatçı bir-birinin ardınca «Müasir Azərbaycan ədəbi dili» (1985, «Onomalogiya» bölməsi), «Azərbaycan onomastikası» (1986), «Azərbaycan onomalogiyası məsələləri» (1986), «Poetik onomastika» (1988), «Onomalogiyaya dair elmi-metodik göstərişlər» və s. kimi kitablarını nəşr etdirərək dilimizin bu sahəsinin öyrənilməsinə düzgün elmi istiqamət vermiş, Azərbaycan onomalogiyasının müstəqil bir şöbə kimi formalaşmasının əsasını qoymuşdur.
Professor A.Qurbanov yazmışdır: «Hər bir söz geniş araşdırılmalıdır. Dildə mənasız söz yoxdur və ola da bilməz, hər bir söz və ifadə müəyyən məna daşıyır. Bununla belə, bəzi sözlər bir deyil, bir neçə məna ifadə edə bilər. Dilimizdəki şəxs adlarının, demək olar ki, hamısı apelyativ mənalı leksik vahidlərdir. Apelyativ söz onomastik vahid olandan sonra o, xüsusi ada çevrilir».
Afad Qurbanovun «Onomalogiya məktəbinin yaradıcısı» kimi formalaşmasında, təbii ki, onomalogiyaya həsr etdiyi əsərləri xüsusi rol oynamışdır. Onun onomalogiya məsələlərinə dair 100-ə qədər məqaləsi, onlarca kitabı və bir neçə monoqrafiyası çap olunmuşdur.
Alimin bu sahədəki ən böyük müvəffəqiyyəti 1988-ci ildə nəşr edilmiş və 1989-cu ildə Dövlət mükafatına layiq görülmüş «Azərbaycan dilinin onomalogiyası» adlı mükəmməl və əhatəli monoqrafiyası olmuşdur. Əsərdə Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika problemləri elmi-nəzəri aspektdən şərh edilmişdir.
Professor A.Qurbanov onomalogiya problemlərinə xüsusi əhəmiyyət verərək 2004-cü ildə onomastika məsələlərinə dair 2 cilddən ibarət böyük fundamental monoqrafiya («Azərbaycan onomalogiyasının əsasları», I və II cildlər) nəşr etdirmişdir. Yüksək elmi səviyyədə və səlis dildə yazılan bu ikicildlik Azərbaycan onomalogiyasının nəzəri əsaslarının tədqiqinə həsr edilmiş fundamental monoqrafiyadır. Əsər Türkiyə və Rusiyada da çap edilmişdir.
Bu əsərlər Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik tədqiqinə həsr olunmuşdur. Afad Qurbanov bu əsərlərində fundamental onomastik təlimin nəzəri əsaslarını şərh etmiş, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirmişdir. Hazırda bu sahədəki bütün tədqiqatlar Afad Qurbanovun müəyyənləşdirdiyi qruplaşma əsasında aparılır. Bundan başqa, tədqiqatçı-alim onomastik dil vahidlərinin yaranması və dəyişməsi, poetik və üslubi xüsusiyyətlərinin, orfoqrafik və orfoepik problemlərinin də nəzəri əsaslarını işləmişdir.
Əlavə olaraq, 1988-ci ildən bəri alimin «Dünyada türk adları» (2000), «Azərbaycanlı adları: uşağa necə ad seçməli» (1993), «Ad və insan» (2002), «Azərbaycanlı adları lüğəti» (2002), «Türk xalqlarında advermə ənənələri» (2002) və s. kimi kitabları, onomastikaya dair yüzlərcə məqaləsi çap olunmuşdur.
Professor Afad Qurbanovun yaratdığı onomastika məktəbinin və yazdığı elmi əsərlərin nəinki Azərbaycan dilçiliyinin, həm də türkoloji dilçiliyin sürətlə inkişafında xüsusi rolu olmuşdur. Onun onomastika sahəsindəki elmi fəaliyyəti həm yerli, həm də xarici görkəmli dilçilər, akademiklər tərəfindən çox yüksək qiymətləndirilmişdir.
Akademik M.Şirəliyev «Azərbaycanda onomastika məktəbi və onun gələcəyi» adlı məqaləsində yazır: «A.Qurbanovun «Azərbaycan dilinin onomalogiyası» adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, dünya türkoloji dilçiliyi üçün də çox qiymətlidir. Mən tam məsuliyyətlə deyə bilərəm ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur».
1989-cu ildə İstanbulda nəşr edilən «Türk dünyası araşdırmaları» adlı sanballı elmi məcmuənin bir neçə səhifəsi bu əsərin təhlilinə həsr olunmuşdur. Rəyçi Xəlil Açıqgöz yazır: «Möhtərəm professor Afad Qurbanov illərdən bəri gözlədiyimiz türk və Azərbaycan onomastikasının nəzəri və əməli problemlərini böyük bir diqqətlə işləmişdir. Ona nə qədər təşəkkür etsək azdır. Kitabın qısa zamanda Türkiyə türkcəsilə nəşrini təmənna edirik. Əsər ölkəmizdə də nəşr edilərsə, türk onomastik araşdırmaları daha aydın işıqlandırılar».
Həmin kitab haqqında Almaniyanın Münhen şəhərində yaşayan tədqiqatçı Yasin Aslanın rəyi də diqqəti cəlb edir: «Bir azərbaycanlı olaraq Azərbaycan xalqına və elminə göstərdiyiniz xidmətlər üçün Sizi təbrik edir, müvəffəqiyyətlərinizin davam etməsini arzu edirəm. Vətən Sizin kimi övladları ilə fəxr etməlidir».
Afad Qurbanovun onomastika sahəsindəki sanballı işlərindən biri də Azərbaycan Ensiklopediyası xətti ilə təşkilatçılığı və redaktorluğu ilə 7 minə yaxın coğrafi adı əhatə edən «Azərbaycanın Toponimlər Lüğəti»ni ortaya çıxarmasıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Onomastika Cəmiyyətinin və Onomastika Elmi Mərkəzinin yaradılması, «Onomastika» elmi-onomastik jurnalının və 25 oktyabr Onomastika Gününün təsis olunması, onomastika problemlərinə həsr edilmiş genişmiqyaslı respublika konfranslarının keçirilməsi də bilavasitə Afad müəllimin adı ilə bağlıdır.
Professor Afad Qurbanovun yaratdığı «Azərbaycan onomalogiyası» elmi məktəbi bütün dünyada (ABŞ, Kanada, Finlandiya, Fransa, Belçika, Norveç, Türkiyə, Rusiya, İran və s.) tanınmışdır. Bir çox xarici ölkələrdə A.Qurbanovun rəhbərliyi ilə onomastik tədqiqatlar aparılmışdır. Məhz A.Qurbanovun rəhbərliyi ilə onomalogiyanın problemlərinə dair müxtəlif mövzularda onlarca namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir.
Onun şəxsi təşəbbüsü, təşkilatçılığı və gərgin əməyi nəticəsində 1986-cı ildən başlayaraq Azərbaycan onomastikası problemlərinə həsr olunan 13 respublika konfransı keçirilmişdir. Konfranslar əhatə miqyasına görə çox geniş olmuşdur. Burada keçmiş Sovetlər İttifaqının, demək olar ki, əksər müttəfiq respublikalarının elmi ictimaiyyət nümayəndələri iştirak etmişlər. Konfransların materialları tez bir zamanda kitab şəklində çap edilmişdir. Sonralar isə bu konfranslar ənənə xarakteri alaraq iki ildən bir keçirilməyə başlanmışdır.
Eyni zamanda, A.Qurbanovun təşəbbüsü ilə sədr müavini olduğu SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin tərkibində Türk onomastikası bölməsi yaradılmış və onomastik araşdırmalar bütün SSRİ-nin türkdilli respublikalarında aparılmağa başlanılmışdır.
Afad Qurbanov Azərbaycan dilçiliyi sahəsində elə bir ənənə qoyub getmişdir ki, bu ənənə hələ uzun tarixlər boyu yaşayacaq və onu da yaşadacaqdır.
Movzu: Canlı orqanizmlərin sistematikaksının əsasları. Müasir sistematikanın vəzifələri.
2 Movzu: Canlı orqanizmlərin sistematikaksının əsasları. Müasir sistematikanın vəzifələri. Təsnifat, nomenklatura və filogenetikka, Taksonomik kateqoriyalar və taksonlar, binar nomenklatura. Sistemlərin tipləri və metodları. İbtidai bitkilər. Ali sporlu bitkilər. Çılpaqtoxumlular.
3 Hesab olunur ki, yer kürəsində 3 milliona yaxın janlı organizm var. HECEYRƏSİZ ORQANİZMLƏR İMPERİYASINONCELLULATA 1.VİRUSLAR ALƏMİ 2.VİRUSOİDLƏR ALƏMİ HÜCEYRƏLİ QURLUŞA MALİK OLAN OQANİZMLƏR İMPERİYASI-CELLULATA PROKARİOTLAR İMPERİYAALTI (əsasən bakteriyalar aiddir) EUKARİOTLAR İMPERİYAALTI 1.GÖBƏLƏKLƏR ALƏMİ 2.BİTKİ ALƏMİ 3.HEYVANLAR ALƏMİ 4.PROTOKTİSTLƏR (PROTİSTLƏR) ALƏMİ GÖBƏLƏKLƏRƏBƏNZƏR ORGANİZMLƏR PROTOKTİST-YOSUNLAR PROTOKTİST- ANEMALOİDLƏR (Bu orqanizmlərin vegetativ orqanları yoxdur(tallomlardan ibarətdilər) və rüşeym mərhələləri olmur)
4 Bitkilərdə forma müxtəlifliyi Yer kürəsi tarixində törəmiş canlı aləmin mühüm hissəsini bitkilər təşkil edir. Onlar vaxt keçdikcə və məkan dəyişdikcə müxtəlif coğrafi ərazilərdə dəyişgənliyə uğramış, müxtəlif quruluş qazanmış, bir çox bitki formalarına başlanğıc vermişdir. Bitki aləminin törəməkdə olan müxtəlif quruluşlu nümayəndələri yer kürəsinin yeni-yeni güşələrini tutaraq ən müxtəlif ərazilərdə yayılmışlar. Beləliklə, yer kürəsinin tarixi boyu həyat şəraiti dəyişdikcə müxtəlif quruluşlu bitkilərdə mühitə uyğunlaşaraq dəyişmiş və təkmilləşmişdir. Nəticədə, təkhüceyrəli orqanizmlərdən çoxhüceyrəli tallomlu bitkilər, onlardan isə köklügövdəli bitkilər əmələ gəlmişdir.hazırda bitkı növlərinin sayı dən artıqdır( 2010cu ilin məlumatı). Bunlardan: Mamırkimilər dən artıqdır Ali sporlu bitkilər dən artıqdır Çılpaqtoxumlular 1000-dən artıqdır Çiçəkli bitkilər dən artıqdır. Göründüyü kimi müasir dövrdə çiçəkli bitkilər geniş yayılaraq bitki aləmində hakim mövqe tuturlar. Onların hətta sonradan su şəraitinə uyğunlaşmış nümayəndələridə vardır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 fəsilə, 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir
5 Avtotrof bitkilər Bu bitkilər bilavasitə qeyri-üzvü maddələrlə qidalanıb, həmin maddələrdən üzvü maddələr hazırlayır, öz orqanizmlərini qururlar. Bütün yaşıl bitkilər avtotrof bitkilərə aiddirlər. Onlar, yuxarıda qeyd edildiyi kimi, qyeri-üzvü maddələri üzvü maddələrə çevirən bəzi bakteriyaları göstərmək olar. Bu bakteriyalarda xemosintez hadisəsi fotosintez hadisəsini əvəz etdiyi üçün, onlara xemotrof bitkilər də deyilir. Hetorotrof bitkilər Bakteriya vo göbələklərin çoxu yaşıl olmadığı kimi öz-özünə üzvi qida da hazırlaya bilmir. Bıı səbəbə görə onlarda hazır üzvü maddə ilə qidalanmaya ehtiyac duyulur. Bıına görə də bu bitkilər parazit və ya saprofit həyat tərzi keçirir. Parazit göbələk və bakteriyalar bitkilərin və ya heyvanların üzərində parazitlik edərkən çox vaxt onların xəstələnməsinə səbəb olur. Saprofitlərin və parazitiərin qidalanma qaydaları heterotrof qidalanma adlanır. Çiçəkli bitkilərdən də parazit olanları vardır, məsələn qızıl sarmaşıq, kohrə və s. kimi. Miksotrof bitkilər Bu qrupa daxıi olan bitkilər islər qeyri-üzvü, istərsə də üzvü maddələrlə qidalana bilir. Məsələn ağacların çətiri üzərində parazitlik edən bağamburc kolu ağacın hazır üzvü maddələrindən istifadə etməsi ilə yanaşı, yaşıl olduğuna görə, qeyri-üzvü maddələrdən fotosintez yolu ilə üzvü maddələrdə hazırlaya bilir. Bu cür bitkilər müxtəlif üsullarla qidalandıqları üçün onların qidalanma qaydaları miksotrof qidalanma adlanır, bu qayda ilə qidalanan bitkilərə isə miksotrof bitkilər deyilir.
6 Bitki sistematikası Bitki sistematikası botanikanın ən qədim zamandan inkişaf edən sahələrindən biridir. TAKSONOMİYA( TAKSONLARI TƏSNFATLANDIRMAQ SİSTEMİ ) NOMENKLATURA(TAKSONLARI ADLANDIRMAQ SİSTEMİ) FİLOGENETİKA( TAKSONLAR ARASIDA QOHUMLUQ ƏLAQƏSİNİ MÜƏYYƏN EDİR) XÜSUSİ BÖLÜMLƏRİ:Mikologiya göbələklərin, alqologiya yosunların, lixenologiya şibyələrin, dendrologiya – ağac və kolların sistematikasını öyrənir. Xemosistematika-bitkilərin müqaisəvi kimyəvi tərkibini öyrənir və s. Sistematikanın metodlarına müqayisəli morfoloji metod, müqayisəli anatomik metod, müqayisəli embrioloji metod, palinoloji metod, karioloji metod, ekoloji-genetik metod, coğrafi metod, paleobotanik metod, ekoloji metod, hidstoloji və sitoloji metodlar, biokimyəvi metod və s. aiddir. Sistematik sistemlər: süni, təbii və genealoji sistemlər mövcuddur. Süni bioloji sistemlər bir və az sayda bir neçə morfoloji əlamət əsasında qurulur. Botanika elmində süni sistemlər IV əsrdən XVIII əsrin ortalarına qədər hökmranlıq etmişlər. Onlardan ən məşhuru K.Linneyin sistemidir. Süni sistemlərdən fərqli olaraq təbii sistemlərdə təsnifat üçün bir neçə əlamətdən istifadə olunur. Təbii sistemlər daha çox bioloji informasiyaya malikdirlər. İlk təbii sistem Jüsye tərəfindən yaradılmışdır. Genealoji sistemlər XIX əsrin sonunda meydana gəlmişlər. Bu sistemlərdə bitki orqanizmlərinin oxşar və fərqli əlamətləri ilə yanaşı, tarixi qohumluq filogenez də nəzərə alınır. Bir neçə filogenetik sistem mövcuddur. Onlardan ən geniş yayılmış Enqlerin sistemi hesab olunur. Azərbaycanda bitki sistematikası sahəsində bir çox alimlər, o cümlədən A. Qrossgeym, L Prilipko, M. Qasımov, H. Qədirov, S Musayev və başqaları çalışmışlar.
7 Müasir sistematikada bitkilər «aləm(regnum)-şöbə (Divisio) sinif (Classis) sıra (Ordo) fəsilə(familia) cins(genus) növ(species)» kateqoriyaları üzrə təsnif edilir. Binar nomenklatura Linney tərəfindən bitki növlərinin elmi adlarının qeyd olunma qaydalarında hər növün adları 2 sözdən ibarət olur. Onlardan I cinsi, I və II isə bir yerdə növlərin adını göstərir. I həmişə isim, II isə sifətdir. Bu iki sözdən sonra hərf şəklində və ya qısaldılmış formada ilk dəfə bu taksonu təsvir edən alimin familyası göstərilir. Məsələn: Valeriana officinalis L.
8 Göbələklər aləmi -Fungi Göbələklərin ə qədər növü var. Göbələklər təbiətin canlı amilləri sırasına daxil olan bir canlılardır. Bu canlı təbiətin hər cür şəraitində yaşamağa uyğunlaşmışdır. Onu torpağda, ağacın oduncağı və yarpağı üzərində, çürümüş ərzağın, çörəyin, ölmüş heyvanın və hətta insanın və heyvanın bədənində tapmaq mümkündür. Göbələkləri öyrənən elm mikologiya adlanır. Göbələk aləminin əsas şöbələri – Myxomycota Oomycota Glomeromycota Hyphochytriomycota Labirinthulomycota Chytridiomycota Zygomycota Ascomycota Basidiomycota Deuteromycota
9 Spesifik xüsusiyyətləri: Göbələklər-heterotrof orqanizmlər olub, mitselidən ibarətdir.onlar müxtəlif turşu birləşmələri (limon, oksalat, sirkə və başqa turşuları) sintez edir.absorbsion qidalanmaya malikdirlər. Göbələk hüceyrəsinin quruluşu: 1-hüceyrə örtüyü; 2-plazmalemma; 3-sitoplazma; 4- nüvə membranı; 5- nüvə membranında poralar; 6- nüvəcik; 7-vakuol; 8- ribosomlar; 9-endoplazmatik retikulum; 10-yağ birləşmələri; 11-lizosomlar;
10 Inonotus obliquus(çaqa)əyriborulu qov göbələyi Bazidiomisetlərin xüsusi bir növü tozağacı göbələyi, tibbdə dəmləmə şəklində xərçəng xəstəliyi əleyһinə istifadə edilir.
11 Claviceps purpurea (ÇOVDAR MAHMIZI) Askomisetlərə aid olub, Çovdar bitkisinin əsasən çiçək yatağında inkişaf edərək mitseli,konidida daşıyıcılar və şəffaf təkhüceyrəli konidilər əmələ gətirir. Onun bu dövrü sfaseliya adlanır.bitkinin yoluxmuş hissəsindən həşəratları özünə cəlb edən şirin şirə ifraz olunur ki,nəticədə konidilər həşərat vasitəsilə sağlam bitkilərə keçərək xəstəliyi yayır. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır,digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən(alkaloidlərdən) tibdə geniş istifadə olunur.onların təsirindən uşaqlığın əzələlər büzüşür və nəticədə qanaxma dayanır.həmin maddələr şiddətli zəhərlənmələr (erqotizm)verir.
12 Erqotizm (Antonov xəstəliyi)
13 Şibyələr şöbəsi LICHENES (Phycomycota)= göbələk+yosun və ya sianobakteriya Xanthoria Cladonia Morfoloji tipləri: Qazmağabənzər, yarpaqşəkilli və kolşəkilli Bu qrupa 400 cinsə aid növ daxildir. Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində çox geniş yayılmışdır. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır. Buna görə də şibyələr bitkilərin yayılması üçün ilkin şərait yaradır.
14 Yosunlar (lat. Algae) protoktistlər aləmonə aid olub, əksər torpaqlarda, əsasən də üst horizontlarda geniş yayılmışdır. Bataqlıq torpaqlarda və düyü tarlalarında yosunlar aerasiyanı yaxşılaşdırır, həll olmuş CO2 mənimsəyir və suyu oksigenlə zənginləşdirir. Yosunlar süxurların aşınmasında və ilkin torpaqəmələgəlmə proseslərində fəal iştirak edir Laminaria japonica Aresch.; Laminaria saccharina (L.) Lamour. Fəs.Laminariaceae Əsasən Ağ dənizidə, bütün Şimal və Şərq dənizlərındə 20 m dərinlikdə geniş yayılmışdır.yod və digər mikroelementlərlə zəngindi, polisaxarid tərkiblidir.işlədici kimi; zob,şəkər və ateroskleroz xəstəlikləri zaman istifadə olunur.
15 Ali bitkilər yarımaləmi EMBRYOPHYTA Ali sporlu bitkilər Rhyniophyta Bryophyte Lycopodiophyta Marchantiopsid a Toxumlu bitkilər Equisetophyt a Polypodiophyta Pinophyta Gymnosperma e Magnoliophyta Anglospermae Polypodiopsida Salviniidae Bryopsida Musci Polypodiidae Lycopodipsid a Isoetopsida Aspleniaceae Marsileidae Salviniaceae Azollaceae
16 AYIDÖŞƏYİKİMİLƏR ŞÖBƏSİ POLYPODİOPHYTA POLYPODIOPHYTA Dryopteris filix-maskökümsovun tərkibində fenol birləşmələri vardır və qurdqovucu vasitə kimi tətbiq edilir. Ayıdöşəyikimilər və ya qijilar ali sporlu bitkilərin ən qədim qrupları sırasına daxildirlər. Onlar bütün yer kürəsində geniş yayılmışlar və çox müxtəlif şəraitdə həyat sürürlər.
17 PLAUTKİMİLƏR (QURDAYAĞA) LYCOPODIOPHYTA ŞÖBƏSİ Sporofit nəsil kök, gövdə və xırda pulcuqlu və ya bizşəkilli yarpaqlara malikdir. Bitkilərinin əksəriyyətinə mikrofiliya (yarpaqların xırda olması) xasdır. Gövdələrində nəzərə çarpan buğum və buğumarası yoxdur. Kök və gövdələri dixotomik şaxəlidir. Otşəkilli formaları iqlim şəraitinə daһa çox uyğunlaşdıqlarından һazırki dövrə gəlib çıxmışdır.
18 Lycopodium clavatum sporları kibritotu tozu Lycopodium adı altında һəblərin üzərini örtmək üçün (qeyri-һiqroskopik maddə kimi), uşaq səpkilərinin tərkibində və poladəritmə sənayesində istifadə edilir. Lycopodiophita Quzu plaunu – Huperziya selago növü də tibbi əhəmiyyətə malikdir ki, o da sporlu sünbüllərin (strobillərin) olmaması ilə fərqlənir. Sporangiyalar yuuxarı yarpaqların qoltuğunda yerləşmişlər. Zəhərli bitkidir. Alkoqolizmin müalicəsində istifadə olunur. Huperzia selago Lycopódium clavátum
19 QATIRQUYRUĞUKİMİLƏR ŞÖBƏSİ EYUİSETOPHYTA (SPHENOPHYTA) Müassir qatırquyruğukimilər ot bitkiləridir. Onların zoğları aydın nəzərə çarpan üzvlü buğumaralarından təşkil olunmuş, yarpaqlar reduksiya olunaraq pulcuqlara çevirilmişdir. Bunlar bərabər sporlu bitkilərdir. Qametofit (ilk cücərti) bir cinsli və ya ikicinslidir və ölçüsü bir neçə millimetr olan çox kiçik yaşıl bitki ilə təmsil olunmuşdur. Çöl qatırquyruğu Equisetum arvense. Bu çoxillik ali sporlu bitki olub, başqa növlərindən fərqli olaraq iki cür yerüstü gövdə əmələ gətirir: sporlu və vegetativ. Elmi təbabətdə dərman məqsədilə ancaq yay fəslində yetişən zoğlarından, yəni vegetativ gövdə və budaqlarından sidikqovucu vasitə kimi istifadə olunur Equisetum arvense
20 PINOPHYTA GYMNOSPERMAE Cycadopsida Gnetopsida Pinopsida Pinidae Ephedrales Ephedraceae Pinales Taxales Pinaceae Cupressales Cupressaceae Taxodiaceae Taxaceae
21 Çılpaqtoxumlular şöbəsi Pinophyta(Gymnospermae) Çılpaqtoxumlular ali bitkilərin ən qədim qrupu olub, bütün qitələrdə geniş yayılmışlar, əsasən ağaclarla,nadirən odunlaşmış lianlar və kollarla təmsil olunmuşlar. Qozaların pulcuqlarında açıq (çılpaq) yerləşən və heç bir şeylə mühafizə olunmamış toxumlar vasitəsilə çoxalırlar. Onların qeyri cinsi nəsli (sporofit) çox güclü inkişaf etmiş, yaxşı inkişaf etmiş köklər, gövdələr və yarpaqlara malikdirlər, həm də bir çox nümayəndələrin yarpaqları iynəşəkillidirlər, bəzən pulcuqludurlar.
22 Juniperus communis- adi ardıc həmişəyaşıl ağac və ya kol bitkisidir. Qozaları sidikqovucu xassəyə malikdir. Qatırquyruğunabənzər acılıqe.equisetina, orta acılıqe.intermedia və d. növləri tibbi əhəmieeətə malikdirlər. Onlarında tərkibində müxtəlif allergik xarakterli və d. xəstələrin müalicəsində spazmolitik vasitə kimi tətbiq edilən efedrin alkaloidi vardır.
23 DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN! Farmakoqnoziya və botanika kafedrasının dosenti Nərgiz Məmmədova
Comments are closed, but trackbacks and pingbacks are open.