Press "Enter" to skip to content

Formativ qiymətləndirmə necə aparılır

1. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış Maliyyə Nazirliyi, Dövlət Əmlakı Nazirliyi, Təhsil Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Qitmət və qiymətləndirmə

Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2000, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 472)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış Maliyyə Nazirliyi, Dövlət Əmlakı Nazirliyi, Təhsil Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 27 iyun 2000-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə

Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması

Bu Qaydalar «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır.

Qaydalar qiymətləndirmə standartları və normaları, habelə peşəkar qiymətləndiricilərin hazırlanması qaydalarının prinsiplərini müəyyən etməklə üç hissədən ibarətdir:

Qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır.

Qiymətləndirmə standartları aşağıdakılardır:

1.1. Daşınmaz əmlakın qiymətləndirilməsi:

1.1.1. müxtəlif təyinatlı torpaqların qiymətləndirilməsi;

1.1.2. çoxillik əkmələrin qiymətləndirilməsi;

1.1.3. qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi;

1.1.4. sair daşınmaz əmlakın qiymətləndirilməsi.

1.2. Daşınan əmlakın qiymətləndirilməsi:

1.2.1. nəqliyyat vasitələrinin qiymətləndirilməsi;

1.2.2. maşın və avadanlıqların qiymətləndirilməsi;

1.2.3. gəmilərin və üzən qurğuların qiymətləndirilməsi;

1.2.4. heyvan, bitki və mikroorqanizmlərin qiymətləndirilməsi;

1.2.5. sair daşınan əmlakın qiymətləndirilməsi.

1.3. Fəaliyyət göstərən müəssisələrin qiymətləndirilməsi:

1.3.1. istehsal sferası müəssisələrinin qiymətləndirilməsi;

1.3.2. qeyri-istehsal sferası müəssisələrinin qiymətləndirilməsi.

1.4. Qeyri-maddi obyektlərin qiymətləndirilməsi:

1.4.1. əmlak və s. hüquqların qiymətləndirilməsi;

1.4.2. intellektual mülkiyyətin qiymətləndirilməsi;

1.4.3. qiymətli kağızların qiymətləndirilməsi;

1.5. Müvafiq istiqamətlər üzrə aşağıdakı standartlar hazırlanmalıdır:

1.5.1. normativ sənədlər sistemi;

1.5.2. qiymətləndiricilərin peşə etikası kodeksi;

1.5.3. qiymətləndirmənin ümumi anlayışları və prinsipləri;

1.5.4. bazar dəyərinin qiymətləndirmə bazası;

1.5.5. maliyyə hesabatları və əlaqəli sənədləşmələrin qiymətləndirilməsi;

1.5.6. ssuda təminatı, girov və borc öhdəlikləri təminatlarının qiymətləndirilməsi;

1.5.7. əmlakın qiymətləndirilməsi üzrə xidmətlərin təsnifləşdirilməsi;

1.5.8. daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət standartları;

1.5.9. istehsal vasitələri, maşın və avadanlıqların qiymətləndirilməsi;

1.5.10. fəaliyyət göstərən müəssisənin dəyərinin qiymətləndirilənəsi bazası;

1.5.11. intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi;

1.5.12. qeyri-maddi aktivlərin qiymətləndirilməsi;

1.5.13. mineral xammalın qiymətləndirilməsi;

1.5.14. meşə ehtiyatları və meşə torpaqlarının qiymətləndirilməsi;

1.5.15. ətraf mühitin qiymətləndirilməsi prosesində uçota alınması;

1.5.16. gəmilərin və üzən qurğuların qiymətləndirilməsi və sair standartların hazırlanması.

1.6. Qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir.

2.1. Qiymətləndirmə normaları bu sahənin vəzifələrini, əsas məqsədlərini və prinsiplərini, normativ sənədlər sisteminin tərkibini və strukturunu, normaların işlənilməsi, qəbul edilməsi, yenidən baxılması və ya onların üzərində dəyişikliklər edilməsi, ləğv edilməsi və normalara riayət olunmasına nəzarətin əsas qaydalarını müəyyən edir.

2.1.1. Qiymətləndirmə normaları mövcud iqtisadiyyat qanunvericiliyindən irəli gələn tələblər əsasında işlənməli və aşağıdakıları əhatə etməlidir:

1. Əlavə normativ sənədlər sisteminin terminləri. Burada normativ sənədlərin adları və həmin sənədlərdə istifadə edilən terminlər, onların tərifi və həmin tərifdən hansı sənəddə olması göstərilməlidir.

2. Əlavə normativ sənədlər sisteminin tərkibi. Burada peşə fəaliyyətinə aid normativ sənədlərin, qiymətləndirmə sahəsində xidmətlərin sertifikasiyası üzrə normativ sənədlərin, qiymətləndiricilərin hazırlanması və peşə səviyyələrinin artırılması sahəsində olan normativ sənədlərin adları göstərilməlidir. Əlavədə həmçinin standartların kod göstəricilərinin tərkibi verilməlidir.

2.2. Qiymətləndiricilərin peşə etikası kodeksi

2.2.1. Burada qiymətləndiricilərin praktiki peşə fəaliyyətində hərəkətlərin xarakterini (bu hərəkətlərin düzgün olub-olmaması) müəyyən edən müddəalar və hədlər göstərilməlidir.

2.2.2. Qiymətləndirmə normaları istehlakçılar, lisenziyalaşdırma və s. haqqında qanunvericiliyin, qiymətləndirmə xidmətlərinin keyfiyyətinə nəzarət edən orqanların müddəaları əsasında hazırlanmalıdır. [1]

2.3. Bazar dəyəri qiymətləndirmə normalarının istifadə bazası kimi.

Burada əmlakın bazar dəyərinin ümumi təyinatı, mülkiyyətin qiymətləndirilməsi zamanı qiymətləndirmənin vəzifə və metodları, habelə bazar dəyərinin müəyyən edilməsinin ümumi əlamətləri göstərilməlidir.

2.4. Bazar dəyərindən fərqli olan qiymətləndirmə bazalarının iki məqsədi olmalıdır:

2.4.1. bazar dəyərindən fərqli olan qiymətləndirmə bazalarının təyin edilməsində tətbiq edilən standartların müəyyən edilməsi;

2.4.2. müvafiq qiymətləndirmə bazaları və bazar dəyəri arasında fərqin göstərilməsi.

2.5. Maliyyə hesabatları və əlaqəli sənədləşmə məqsədləri ilə qiymətləndirmə

Qiymətləndirmə normaları nəticələrinin maliyyə hesabatlarında və əlaqəli sənədləşmələrdə qiymətləndiricilər üçün əsas göstərişlər verilməlidir. Burada müvafiq məqsədlərdən ötrü qiymətləndirməyə aid anlayışlar və prinsiplər, həmçinin qiymətləndirmə xidmətinin istehlakçıları, o cümlədən mühasiblər, tənzimləyici orqanların əməkdaşları və s. tərəfindən başa düşülməsi zəruri olan anlayışların izahatı verilməlidir.

2.6. Ssuda təminatı, girov və borc öhdəlikləri təminatlarının qiymətləndirilməsi

Bu sahədə qiymətləndirmə normaları əmlakın girov qoyulması əsasında kredit verən təşkilatlarla sifarişçi hüquqi və fiziki şəxslərin əmlakını qiymətləndirən qiymətləndiricinin rəhbər tutduğu prinsiplərlə müəyyən edilməlidir.

2.7. Əmlakın qiymətləndirilməsi üzrə xidmətlərin təsnifləşdiricisi

Təsnifləşdiricilər qiymətləndirmə xidmətlərinin göstərilməsi zamanı qiymətləndirmə obyektlərini sistemləşdirməklə aşağıdakı məsələləri həll etməlidir:

2.7.1. qiymətləndirmə fəaliyyəti sahəsində standartlaşmanın inkişaf və təkmilləşdirilməsini;

2.7.2. əmlakın qiymətləndirilməsi üzrə xidmətlərin satış həcmlərinin uçotunu və proqnozlaşdırılmasını;

2.7.3. qiymətləndirmə üzrə xidmətlərə olan tələbatın öyrənilməsini;

2.7.4. müxtəlif fəaliyyət növlərinə uyğun təsnifləşdirmənin hazırlanmasını.

2.8. Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları

Qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir.

2.9. İstehsal vasitələri, maşın və avadanlıqların qiymətləndirilməsi

2.9.1. istehsal vasitələri, maşın və avadanlıqlara aid edilən aktivlərin identifikasiyası;

2.9.2. istehsal vasitələri, maşın və avadanlıqlara tətbiq edilən anlayışların təyinatı;

2.9.3. istehsal vasitələri, maşın və avadanlıqların qiymətləndirilməsi haqqında hesabat standartlarının müəyyən edilməsi;

2.9.4. istehsal vasitələri, maşın və avadanlıqların qiymətləndirilməsi zamanı istifadə edilən qiymətləndirmə normaları və metodları.

2.10. Fəaliyyət göstərən müəssisənin qiymətləndirmə normaları bazasının müəyyən olunmasında müəssisənin dəyərinin qiymətləndirilməsi hədlərinin və onların aktivlərinin istehlak dəyəri ilə bağlı izahatları verilməlidir.

2.11. Qiymətləndirmə normaları intellektual mülkiyyətin qiymətləndirilməsi sahəsində qiymətləndirmə obyektinin xarakterizə edilməsi zamanı istifadə edilən əsas anlayışları, qiymətləndirmənin məqsədlərini, dəyərin növlərini və beynəlxalq təcrübədə əksini tapmış prinsiplərə əsaslanan hesablama metodlarını, qiymətləndirmənin nəticələri və hesabatların məzmununu müəyyən etməlidir.

2.12. Qeyri-maddi aktivlərin qiymətləndirilməsi

Burada qeyri-maddi aktivlər anlayışının, identifikasiya ediləcək aktivlərə tətbiq edilən dəyər növlərinin və qiymətləndirmə hesabatları normalarının müəyyən edilməsi, habelə onların metodikası arasında mövcud fərqlər izah edilməlidir.

2.13. Mineral xammalın qiymətləndirilməsi

Bu normalar mineral resursların qiymətləndirilməsi sahəsində qiymətləndiricilərə istiqamətlər vermək məqsədi güdür. Burada qiymətləndirmə zamanı qiymətləndiricilərin rəhbər tutmalı olduqları ümumi anlayışlar və prinsiplər göstərilməlidir.

2.14. Meşə ehtiyatları və meşə torpaqlarının qiymətləndirilməsi

Qiymətləndirmə normaları meşə ehtiyatları və meşə torpaqlarına aid aktivlərə identifikasiya ediləcək dəyərləri, meşə ehtiyatlarının və meşə torpaqlarının qiymətləndirilməsinə dair normaları müəyyənləşdirməklə qiymətləndirilmə zamanı istifadə edilən metodları müəyyən etməlidir.

2.15. Ətraf mühitin qiymətləndirilməsi prosesinin uçota alınması

Burada əsas məqsəd mülkiyyətin dəyərinə təsir edə bilən, qiymətləndirici tərəfindən rəhbər tutulan ümumi anlayış, prinsip və fikirlərin nəzərə alınmasıdır.

2.16. Gəmilərin və üzən qurğuların qiymətləndirilməsi

Gəmi və qurğuların qiymətləndirilməsi sahəsində qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin aparılması zamanı zəruri olan məlumatların keyfiyyəti və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, bu sahədə müvafiq normaların və standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları əks olunmalıdır.

Peşəkar qİymətləndİrİcİlərİn hazırlanması

3.1. Peşəkar qiymətləndiriciləri aşağıdakı kimi hazırlamaq mümkündür:

3.1.1. ali məktəblərdə peşəkar qiymətləndiricilərin hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması;

3.1.2. xarici ölkələrdən qiymətləndirici ekspertlərin dəvət olunması və yaxud xarici ölkələrdə qiymətləndiricilərin hazırlanması və s.

3.2. Ekspert qiymətləndiricilərə daha çox tələbatın yarandığını nəzərə alaraq, ilkin mərhələdə aşağıdakı sahələr üzrə qiymətləndiricilərin hazırlanması məqsədəuyğun sayılır:

3.2.1. daşınmaz əmlakın qiymətləndirilməsi;

3.2.2. maşın və avadanlıqların qiymətləndirilməsi;

3.2.3. intellektual mülkiyyətin qiymətləndirilməsi;

3.2.4. zərgərlik məmulatlarının qiymətləndirilməsi;

3.2.5. biznesin qiymətləndirilməsi;

3.2.6. qiymətli kağızların qiymətləndirilməsi və s.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 7 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 7 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675) ilə “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”nın 2.2.2-ci bəndindən “lisenziyalaşdırma və s. haqqında” sözləri çıxarılmışdır.

Formativ qiymətləndirmə necə aparılır?

Bu dəyişiklərdən sonra ibtidai təhsil səviyyəsində summativqiymətləndirmələrin sayı təxmini100, ümumi orta təhsil səviyyəsində isə hər sinif üzrə təxminən 25 vahid azaldılıb.

X-XI siniflərdə 22 summativqiymətləndirmələğv edilib. Ümumilikdə tam orta təhsil səviyyəsi üzrə summativqiymətləndirmələrin sayı 347 vahid azaldılıb.

Summativsayındakı bu kəskin azalma formativ qiymətləndirməyə olan tələbatı artırır və onun tam düzgün, standartlara uyğun aparılmasını zəruri edir.

Formativ qiymətləndirmə nədir və o digər qiymətləndirmənövlərindən nə ilə fərqlənir?

Formativ qiymətləndirmə şagirdin bilik vəbacarıqların nə vəziyyətdə olmasını izləmək, qarşıya çıxan problemləri aradan qaldırmaq məqsədilə aparılır. O, tədrisin düzgün istiqamətlənməsinə xidmət edir. Bu, dərsi müşayiət edən prosesdir və müntəzəm həyata keçirilir.

Onu digər qiymətləndirmənövlərindənfərqləndirən əsas cəhətlər isə şagirdin gündəlik dərsə hazırlıq səviyyəsini əks etdirərək,hər gün həyata keçirilməsi, qiymət və ya balla deyil, meyarlar şəklində, sözlərlə ifadə olunmasıdır.

Formativ qiymətləndirmə necə aparılır?

Formativ qiymətləndirmənin aparılması qaydalarına görə, müəllim məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Formativ qiymətləndirməşagirdlərin standartlarda tələb olunan bacarıqlara yiyələnməsi məqsədi daşıyır. Müəllim şagirdin fəaliyyətini konkret mövzular üzrə izləyir. Eyni standart dərslikdəki bir neçə mövzu ilə uzlaşırsa, həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti dərslərdə də istifadə edilə bilər. Eyni standart bir neçə dərsdə reallaşdığına görə jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.

Formativ qiymətləndirməüçün yalnız testlərdən deyil, yazı işləri, çalışmalardan da istifadə edilə bilər. Qiymətləndirmənin bu növündə müəllim nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır. Nəticələr formativ qiymətləndirmədəftəri və məktəbli kitabçasında sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”,”mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadəedilməməlidir.

Meyarlar necə müəyyənləşdirilməlidir?

Şagird fənlər üzrə meyarlara uyğun olaraq zəif, orta və yüksək qiymətləndirilə bilər. Məsələn, müəllim Azərbaycan dili fənnindən mühakimə yürütmə, fikri əsaslandırma, sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirmə kimi meyarlar müəyyənləşdirə bilər.

Mühakimə qabiliyyəti meyarına əsasən, “Mühakimə yürütməkdə çətinlik çəkir” ifadəsi şagirdin mühakimə yürütmə qabiliyyətinin zəif, “mühakimələri mətndəki əsas fikri qismən əhatə edir” ifadəsi orta, “əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir” ifadəsi isə yaxşı olduğunu göstərir. Və ya şagirdin fikrini əsaslandırma qabiliyyətinin orta səviyyədə olmasını “faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir” cümləsi ilə əks etdirmək olar.

Müəllimləri narahat edən əsas məsələ:

Əvvəlki qaydalara görə, müəllim formativ qiymətləndirilməni aparır, şagirdin nəticəsini məktəbli kitabçasında sözlə, müəllimin formativ qiymətləndirmə dəftərində isə səviyyələr üzrə rum rəqəmi ilə qeyd edirdi. İndi isə müəllim şagirdin nəticələrini yalnız sözlə həm məktəbli kitabçası, həm də müəllimin formativ qiymətləndirmə dəftərində qeyd etməlidir. Əksər müəllimlər 45 dəqiqə ərzində bütün şagirdləri bu şəkildə qiymətləndirməyin fiziki baxımdan mümkünsüzlüyündən narahatdırlar.

Əslində isə yeni qaydalarda bütün bunlar nəzərə alınıb. Formativ qiymətləndirməgündəlik aparılsa da, hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilmə nəticəsinin məktəbli kitabçası və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması kifayətdir.

Qeyd edək ki, müəllim dərs ilinin yarımillərinin sonunda müəllimin formativ qiymətləndirmə dəftərindəki qeydlər əsasında təhsilalanınyarımillik fəaliyyətinin qısa təsvirini hazırlayır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

Yekun qiymətlər isə summativqiymətləndirmədəyarımillər üzrə olan balların toplanıb ikiyə bölünməsi, həmin bala uyğun qiymət çıxarılması üsulu ilə həyata keçirilir.azedu.az

Təlimdə nəzarət və qiymətləndirmə

Nəzarət təlim prosesinin mühüm ünsürlərindən biridir. Nəzarət yoxlama və qiymətləndirmə ilə birlikdə təlimin son pilləsini təşkil edir. Nəzarət dedikdə, əldə olunan nəticəni qarşıya qoyulmuş məqsədlə tutuşdurmaq başa düşülür. Müəllim həm təlim prosesinin gedişinə, həm də nəticəsinə (şagirdlərin bilik və bacarıqlarının səviyyəsinə) nəzarəti həyata keçirir.

Pedaqoji nəzarətin bir neçə funksiyası vardır: yoxlama funksiyası (mənimsəmə səviyyəsini üzə çıxarmaq), diaqnostik funksiya (çətinlikləri, onların səbəblərini müəyyən etmək), proqnostik funksiya (təlimi, mənimsəməni təkmilləşdirmək yollarını müəyyən etmək), tərbiyə funksiyası (məsuliyyət, özünə inam hissi formalaşdırmaq, müəllim və şagirdləri fəallaşdırmaq).

Təlimdə nəzarət bir çox cəhətdən əhəmiyyətlidir. O, həm şagird və müəllim üçün, həm də valideynlər, məktəb rəhbərliyi və dövlət üçün vacibdir. Şagird bu yolla öz təlim uğurları və ya uğursuzluqları haqda məlumat əldə edir (daxili əks əlaqə), təlimə səy və məsuliyyətini artırır. Müəllim şagirdlərin təlim səviyyəsi haqda məlumat alır (xarici əks əlaqə), öz iş metodlarını təkmilləşdirir. Valideynlər, məktəb rəhbərləri və dövlət orqanları nəzarət (yoxlama və qiymətlər) sayəsində təlim vəziyyəti ilə tanış olur, təlimə nəzarət və rəhbərliyi gücləndirirlər.

Nəzarət müxtəlif növlərdə olur. Keçirilmə vaxtı və həll etdiyi vəzifələrə görə cari (gündəlik), tematik (iri mövzu və bölmə üzrə), dövri (vaxtaşırı, rüblərin sonunda) və yekun nəzarəti (ilin sonunda) fərqləndirilir.

Təlimə nəzarət bir sıra metodlarla həyata keçirilir: sorğu, müsahibə, müşahidə, yoxlama yazı işləri, test yoxlamaları, əməli və qrafik işlərin icrası və s. (Bu haqda “Təlim metodları” mövzusunda bəhs edilmişdir).

Pedaqoji nəzarətin səmərəsi üçün ona bir sıra tələblər verilir:

a) nəzarət zamanı müəllim xeyirxah, diqqətli və qayğıkeş olmalı, pedaqoji takt, dözüm göstərməlidir. O, şagirdlərin səhvlərini səbirlə düzəltməli, bu zaman kobudluğa və əsəbiliyə yol verməməlidir;

b) nəzarət hərtərəfli olmalı, təlimin həm kəmiyyətini, həm də keyfiyyətini aşkara çıxarmağa yönəlməlidir;

c) nəzarət müntəzəm olmalıdır: müəllim təlimin bütün gedişində, dərs boyu şagirdin təliminə nəzarət etməli, onu tənzim etməlidir. Bu halda şagirdlərin təlimə məsuliyyəti, səyi və fəallığı artır;

ç) nəzarət konkret və müyəssər olmalıdır: aşkara çıxarılan müsbət və mənfi cəhətlərin nədən ibarət olması dəqiq müəyyən edilməli, verilən tapşırıqlar və məsləhətlər konkret və gücə uyğun olmalıdır. Bu, nəzarətin təsirini artırır.

Təlimdə nəzarət yoxlama, uçot və qiymətləndirmə ilə sıx bağlıdır. Yoxlama nəzarət vasitəsidir. Uçot nəzarətin müəyyən sənədlərdə (jurnal, imtahan vərəqi, müvəffəqiyyət cədvəli və s.) əksidir. Qiymət təlim müvəffəqiyyətinin kəmiyyət göstəricisi, balla ifadəsidir.

Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi. Qiymətləndirmə təlim prosesini tamamlayan pillədir. O, təlimin səmərə və keyfiyyətini yüksəltməyə, əks əlaqəni təmin etməyə, müəllim və şagirdlərdə məsuliyyət hissini artırmağa, təlimi stimullaşdırmağa imkan verir. Hamı öz işinə verilən qiymətə qarşı böyük maraq və həssaslıq göstərir. Şagirdlərdə isə bu maraq daha güclü olur.

Qiymət çox incə bir pedaqoji vasitədir: o, şagirdləri həvəsləndirə də bilər, ruhdan sala da bilər. Hər şey qiymətin necə verilməsindən, onun ədalətli olub-olmamasından asılıdır. Müəllim qiymət verərkən bəzi şərtləri gözləməlidir:

a) qiymət obyektiv, ədalətli olmalı, şagirdin faktiki bilik və bacarıq səviy­yəsini düzgün əks etdirməlidir. Qiyməti şişirtmək və ya “kəsmək”, bu zaman əliaçıqlıq və xəsislik etmək eyni dərəcədə zərərlidir: birinci halda uşaqlarda arxayınçılıq, ikinci halda isə inamsızlıq baş verir;

b) verilən qiymət şagirdlər tərəfindən dərk olunmalıdır: müəllim qiyməti (rəqəmi) sadəcə elan etməklə kifayətlənməməli, onu əsaslandırmalıdır. Yəni şagirdə nə üçün “2” və ya “3” (“4”, “5”) aldığını sözlə xarakterizə etməlidir. Bu halda şagird öz nöqsanlarını başa düşər, müəllimi ədalətsizlikdə təqsirləndirməz;

c) qiymətləndirmə zamanı şagirdin təkcə nəyi öyrənməsini deyil, həm də necə öyrənməsini – şüurlu, yoxsa mexaniki öyrəndiyini, materialı dərk etdiyini, yoxsa əzbərlədiyini nəzərə almaq lazımdır. Bu, əzbərçiliklə mübarizədə, şagirdlərin təlimə şüurlu yanaşmalarında mühüm rol oynayır;

ç) qiymətləndirmədə şagirdin təlimdə, dərs boyu fəaliyyəti nəzərə alınmalıdır. Təkcə keçmiş mövzuya görə qiymət verdikdə şagird arxayınlaşır və dərs boyu fəallıq göstərmir. Bunu nəzərə alıb bir çox müəllimlər qiyməti dərsin sonunda (şagirdin dərsdəki fəaliyyəti əsasında) elan edirlər.

Qiymət meyarları. Biliyi qiymətləndirmək üçün müxtəlif meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir. Məsələn, Şərqi Avropa ölkələrində 5 bal (“5” pis, “1” isə yüksək qiymət sayılır). Bolqarıstanda 6 bal, İtaliya və Hollandiyada 11 bal, Fransa və İranda 20 bal, ABŞ-da 100 bal qiyməti işlədilir.

Məktəbimizin tarixində müxtəlif dövrlərdə müxtəlif qiymət sistemi olmuşdur: 1920-ci illərdə 2 bal (kafi, qeyri-kafi), 30-cu illərdə 5 bal (sözlə), 40-cı illərdən etibarən rəqəmlə 5 bal qiyməti, 1989-cu ildən isə 4 bal (5,4,3,2) qiyməti tətbiq olunmuşdur. Hazırda orta məktəblərimizdə 9 bal, ali məktəblərimizdə isə 100 bal sistemi eksperimentdən keçirilir.

Qiymət balları müxtəlif göstəricilər əsasında verilir. Qiymətləndirmədə nəzərə alınan cəhətlər (göstəricilər) bunlardır: a) biliyin həcmi (proqram materialı tam və ya qismən mənimsənilib?); b) biliyin dərk edilməsi (şüurlu, yoxsa mexaniki öyrənilib?); c) biliyin tətbiqi (şagird nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?); ç) biliyin ifadə olunması (şagird fikirlərini düzgün, ədəbi dildə ifadə edə bilirmi?). Bu göstəricilərdən çıxış edərək qiymət meyarları aşağıdakı kimi müəyyən olunur:

“5” (əla) o halda verilir ki, şagird proqram materialını tam bilsin, şüurlu dərk etsin, biliyi müstəqil tətbiq etsin, onu düzgün ədəbi qaydada ifadə edə bilsin.

“4” (yaxşı) o halda verilir ki, şagird “5” qiymət üçün nəzərdə tutulan tələbləri ödəsin, lakin bəzi cüzi səhvlərə (məs., danışığında və ya yazıda əhəmiyyətsiz səhvlərə) yol versin.

“3” (kafi) o halda verilir ki, şagird proqram materialını əsasən bilsin, nəzəri biliyi müəllimin köməkliyi ilə tətbiq etsin, şifahi və ya yazılı nitqində kobud səhvlərə yol versin.

“2” (qeyri-kafi) o halda verilir ki, şagird materialın çox hissəsini bilməsin, müəllimin yardımçı suallarına inamsız cavab versin, biliyini tətbiq edə bilməsin, fikirlərini ifadə edərkən çoxlu kobud səhvlərə yol versin.

Şagirdin gündəlik qiymətləri əsasında yekun qiymətlər çıxarılır. Qiymətlər qarışıq olarsa (həm “2”, “3”, həm də “4”, “5”), bu halda orta qiymət çıxarmaq düzgün olmaz. Bəzi fənlərdən (dillər, riyaziyyat) son qiymətlərə üstünlük vermək olar, çünki bu fənlərdə (xüsusən çalışmalar, cümlə təhlili, məsələ həllində) əvvəlki biliklər də üzə çıxır. Lakin ictimai, humanitar fənlərdə bu qaydanı tətbiq etmək düzgün olmaz. Bu fənlərdən müəllim yekun qiymətləri çıxararkən iri mövzu və bölmələr üzrə şagirdlərin biliyini aşkara çıxarmağa və qiymətləndirməyə çalışmalıdır.

  • Teqlər:
  • qiymətləndirmə metodları

Comments are closed, but trackbacks and pingbacks are open.