Press "Enter" to skip to content

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

!Reklam – Arxiv

Qiymətli kagiz bazari

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə İqtisadiyyat Qiymətli kağızlar bazarına marağı necə artırmalı? – Çıxış yolu

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – İyun 06, 2017 – 13:35

!Reklam – Yazi

Qərb ölkələrində səhm və qiymətli kağızlar bazarı geniş yayılıb. Əhali gəlirlərinin bir hissəsini qiymətli kağızlara qoymaqla əlavə qazanc əldə edirlər.

Azərbaycanda isə hələ də əhalinin qiymətli kağızlar bazarına marağı çox aşağı səviyyədədir. Görəsən, nədən Azərbaycanda bu sahə hələ də ölü nöqtədədir? İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında bildirdi ki, insanların qiymətli kağızlar bazarına marağının aşağı səviyyədə olması ölkədə bu sahənin zəif inkişaf etməsinə gətirib çıxarıb: “Əslində, qiymətli kağızlar bazarının inkişaf etməsi bir tərəfdən vətəndaşa əlavə yığım və gəlir əldə etməyə şərait yaradır. Yəni vətəndaş öz vəsaitini qiymətli kağızda, səhmdə saxlayır ki, bu da ona il ərzində gəlir əldə etməyə imkan verir. Səhm yığım vasitəsi kimi vəsaitin idarə edilməsi baxımından vacibdir. Həm də səhmlərdə vəsaitin saxlanılması nəticə etibarı ilə xarici valyutaya da tələbi azaldır. Çünki xarici valyutaya tələbin azalması yollarından biri də vəsaitin qiymətli kağızlara investisiya edilməsi alətidir. O baxımdan yığımların diversifikasiyası əsasdır. Səhmlərin, qiymətli kağızların satılması dövlət şirkətləri üçün əlavə gəlir mənbəyi deməkdir. Nəticədə bu hal şirkətə daxili borclanma yolu ilə vəsait əldə etməyə imkan yaradır. Amma təəssüf ki, ölkədə qiymətli kağız bazarı zəifdir. Bunun da əsas səbəbi səhm bazarının zəif inkişaf etməsindən qaynaqlanır. Səhm bazarının zəif inkişafı da şirkətlərin koorporativ idarəetmədən istifadə etməməsilə bağlıdır. Azərbaycanda şirkətlər əslində, bir əldən idarəetməyə daha çox üstünlük verirlər. Yəni koorporativ idarəetmənin inkişaf etməməsi də nəticə etibarı ilə səhm bazarının inkişafını tormozlayır. Belədə müəssisələr məhz səhmdar cəmiyyəti deyil, firma və yaxud bir əldən idarə olunan müəssisə kimi fəaliyyət göstərdiyindən yaranmış mövcud vəziyyəti müşahidə edirik”. ELÇİN Yenicag.az

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Azərbaycanda qiymətli kağızlar bazarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Hələ 1900-cu ildə Bakıda fəaliyyət göstərən banklar tərəfindən veksellər və faiz kağızları istehsal edilmişdir. İlk səhmlər 1913-cü ildə Bakı Tacir Bankının nizamnaməsi təsdiq edildikdən sonra buraxılmışdır.

Veksel bazarı Azərbaycan Demokratik Respublikası dövründə də inkişaf etdirilmiş, lakin Sovet hakimiyyəti dövründə məhdudlaşdırılmışdır. SSRİ-də qiymətli kağızlar bazarı 1922-ci ildə Yeni İqtisadi Siyasətə keçidlə əlaqədar yenidən dirçəlmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkənin qiymətli kağızlar bazarının yaradılması və inkişaf etdirilməsi məqsədilə, 1998-ci il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılıb.
Komitə qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı normativ aktların qəbul edilməsi, qiymətli kağızların emissiyası və tədavülü, qiymətli kağızlar bazarı iştirakçılarının və investisiya fondlarının fəaliyyətləri, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı, müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasının həyata keçirilməsi ilə məşğul olur.
Qiymətli kağızlar bazarı depozitar xidmətinin yaradılması və fəaliyyət göstərməsi məqsədi ilə 1997-ci il 18 sentyabr tarixindən etibarən Milli Depozit Mərkəzi fəaliyyətə başlayıb.

Ünvan: AZ1000 Bakı,
Bülbül prospekti 19
Tel: (994 12) 4935058
Faks: (994 12) 5982559
E-mail: [email protected]

Azərbaycanda qiymətli kağızlar bazarına orta biznes cəlb edilə bilərmi?

Bu gün ölkə banklarındakı biznes kreditlərinin bahalığını ekspertlər haqlı olaraq bankların kredit bazarındakı inhisarçı mövqeyilə də izah edirlər. Məsələn, karantin dövründə mənfəətinin yarısını itirən hər hansı sahibkar vəsait dalınca hara üz tutar? Əlbəttə, banka. Halbuki əksər xarici ölkələrdə oxşar vəziyyətə düşən iş adamı bazarı araşdırıb məsələn, istiqraz buraxa, yaxud şirkət səhmlərinin bir qismini sata da bilər. Bununla da hər ay kredit ödəmək zərurətilə üzləşmədən də lazımi vəsait əldə edib işlərini yoluna qoya bilər. Yeri gəlmişkən, qiymətli kağız bazarının yarımçıq vəziyyətdə olması müxtəlif dərəcədə bütün MDB ölkələrinə xasdır. Hətta Rusiya və Qazaxıstanda iş adamları borc alətlərinin kiçik bir seçimindən şikayət edirlər. Azərbaycanda isə iqtisadiyyatın başqa sektorları ilə haradasa eyni zamanda təşəkkül tapmış qiymətli kağızlar bazarı ötən müddət ərzində maliyyə sisteminin ən zəif halqası olaraq yerində sayıb. Həm də bu bazardakı dövriyyənin əksər hissəsi dövlət qiymətli kağızlarınındır. Belə ki, rəsmi məlumata görə, Bakı Fond Birjasının (BFB) cari ilin 8 ayı ərzindəki dövriyyəsinin 62,5 faizi məhz dövlət qiymətli kağızlarının payına düşüb. Yəni əsasən banklar, iri müəssisə və holdinqlərdən ibarət olan bazar iştirakçıları vəsaitlərini risk daşımayan alətlərə yatırmağa meyllidir. Hazırkı pandemiya üzündən BFB-nin dövriyyəsi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 28,6 faiz azalaraq 10 milyard manata qarşı 7,1 milyard manatadək geriləyib. Belə bir vəziyyəti nəzərə alan hökumət də qiymətli kağız bazarında müəyyən güzəştlər proqramını tətbiq edib. Bu güzəştlər geniş spektri əhatə edir, m əsələn, bazar iştirakçılarına requlyativ tətillər verilir, investisiya şirkətləri ilə bağlı tədbirlərin təxirə salınması və kapital tələblərini pozan investisiya şirkətləri və fond birjasının fəaliyyətində yoxlamaların aparılması, illik maliyyə hesabatlarının dərc olunma müddətlərinin uzadılması və s. Əlbəttə, bütün bunlar bazara yeni oyunçuların daxil olması üçün daha əlverişli şərait yaradır. Bəs hələ pandemiyadan əvvəl orta biznesin qiymətli kağız bazarına cəlb olunması üçün niyə lazımi addımlar atılmayıb? Məsələ burasındadır ki, ötən müddət ərzində özəl müəssisələrin çoxu qiymətli kağız buraxmağın əsas şərtlərini yerinə yetirməyib – öz maliyyə əməliyyatlarının şəffaf uçotunu aparmayıb, sadə dildə desək, “ağ” mühasibatlığın aparılması, kənar auditor rəyi və korporativ idarəetmə standartların tətbiq etmə haqqında rəyi vacibdir. Maliyyə eksperti Cəfər İbrahimlinin fikrincə, səhm bazarındakı vəziyyət fəaliyyətdə olan açıq səhmdar cəmiyyətlərindən asılıdır: “Səffaf mühasibatlığın və korporativ idarəetmənin olmadığına görə onlara kapital yatırımları yüksək riskli sərmayə olaraq dəyərləndirilir, investorlar bu cür əməliyyatlardan uzaq dururlar”. Digər tərəfdən, ekspertin qeyd etdiyi kimi, şirkətlər özləri də səhm bazarında sərmayə cəlb etməkdə, payçıların sayını artırmaqda, idarəetmə strukturunu dəyişdirməkdə maraqlı deyil. Borc bazarına çıxmağa gəldikdə isə bu, bir çox orta sahibkarlıq subyektləri üçün zəruri şərtləri yerinə yetirmədikləri üçün qeyri-mümkündür: “Yenə də qeyd edim ki, şirkətlər şəffaf mühasibatlığa tam keçməkdə maraqlı deyillər, bunun üçün onlara əlavə vəsait lazımdır”. Yəni belə olan halda şirkət bütün gəlirlərini vergi üçün açmalı, üstəlik kənar audit aparmaq üçün də əlavə vəsait ayırmalıdır. Odur ki, sahibkarlıq subyektlərinin indiyədək ən geniş intişar tapmış biznes-strukturun idarəetmə forması qapalı səhmdar cəmiyyətidir. Bəs qiymətli kağız bazarındakı mövcud vəziyyəti dəyişdirmək olarmı? Ekspertlərin fikrincə, bazarın inkişafı üçün səmərəli vasitələrdən biri də qiymətli kağız buraxan emitentlər üçün vergi və digər imtiyazlarının tətbiqi ola bilər. Həmçinin iqtisadiyyatın bütövlükdə “ağardılması” uğurlu nəticə verməsi halında qiymətli kağızlar bazarının inkişafı yolundakı başlıca əngəli aradan qaldıracaq. Üstəlik qiymətli kağızlar bazarının tənzimləyiciləri də hərəkətə gələrək iştirakçılar üçün maliyyə biliklərini artıran proqramın tətbiqını sürətləndirsələr, yəni bank kreditlərinə alternativ alətlərinin mövcudluğunu və üstünlüklərini onlara izah etsələr, bəlkə bizdə də nə vaxtsa qızğın birja hərracları aparılar. Belədə ayrı-ayrı müəssisələrin real dəyərini müəyənləşdirməyə, ölkə iqtisadiyyatında onlara ehtiyacın olub-olmaması daha aydın ortaya çıxarmağa kömək edər. Ekspert Qulu Nuriyev

Comments are closed, but trackbacks and pingbacks are open.