Qıl qurdu – Bağırsaq infeksiyaları və onlardan qurtulmaq yolları
MÜALİCƏSİ: Xəstə qurd əleyhinə dərmanlar qəbul eləməklə birgə aşağıdakı qaydalara mütləq əməl etməlidir:
Bağırsaq Parazitləri və Müalicəsi
Askarid lumbricoides adlı parazitin səbəb olduğu daha çox məktəbəqədər və erkən məktəb yaşı dövründə uşaqlarda görülən,ümumiyyətlə əlamət verməyən,ancaq nadir də olsa ciddi ağciyər xəstəliyi,öd kisəsi yada bağırsaq tutulması kimi xəstəlikləri yarada bilən bir parazitdir.
Askarid ən çox xəstəlik yaradan parazit olup,isti iqlimin hakim olduğu bölgələrdə daha çox görülür.Erkək parazitin uzunluğu 15-25 sm ,dişilərdə isə 23-35 sm arasındadır.Gövdə diametri isə 0.5 sm qədərdir.Yetişkin parazitin ömrü 1-2 ildir.Bu müddət ərzində dişi parazit orta hesabla gündə 200 000 yumurta yumurtalaya bilir.Həm erkək, həm də dişi parazit daşıyan uşaqların nəcisində döllənmiş yumurtalar olur. Bunlar nəcis vasitəsi ilə xaric edildikdən sonra 5-10 gün içində,uyğun şəraitdə,içlərində balca qurdlar olan yumurtalar halına çevrilirlər.Bu mərhələdən sonra yoluxma qabiliyyətinə malik yumurtalar 6 il qədər canlı qala bilirlər.Əgər yalnız dişi parazit insan nəcisində varsa,bunların yoluxma xüsusiyyəti yoxdur.
Yoluxması
Ən çox yoluxma şəkli parazit yumurtaları olan nəcis ilə torpaq, qida yada suların ağızdan qəbul edilməsi ilə olur.İnsan nəcisinin gübrə olaraq istifadə edildiyi ərazilərdə yetişən bitkilərin çiy yeyilməsi ilə də yoluxma olur.
Əlamətləri
– Kolik şəklində qarın ağrısı
– Mədə bulanması,qusma
– İştahasızlıq
– Allergik səpgi
– Ağızdan burundan parazitin çıxması,gaitada görülməsi
– Nadir hallarda Sətəlcəm (löffler pnevmoniyası)
– Bağırsaq tutulması
Diaqnozu
Nəcisdə tipik yumurtaların görülməsi ilə yada parazitin özünün görülməsi ilə diaqnoz qoyulur.Diaqnoz üçün təkcə gaita analizi yetərli olmaya bilər,ən az 3 dəfə analiz və konsentrasiya etmə üsullarından sonra daha etibarlı nəticə əldə edilə bilər.
Müalicəsi
Həkimin məsləhət gördüyü askaridə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir.
Qorunma Yolları
3 əsas yanaşma növü vardır.
– Paraziti olanların müalicəsi
– Nəcis ilə yoluxmanın qarşısının alınması
– Gigiyena qaydalarına tam riayət edilməsini təmin edəcək təhsilin verilməsi
Oksiyur (qıl qurdu)
Təsiri enterobius vermikularis adlı sarımtıl-ağ rəngdə kiçik bir parazitdir.Erkək parazitin boyu 3-6 mm ,dişinin boyu isə 8-13 mm olur,diametri 0.3 mm civarındadır.Cütləşmiş bir dişi 100 000 qədər yumurta qoyur.Ömrü orta hesabla 2 aydır.Dişilər gecələr anusa doğru hərəkət edərək yumurtalarını anusa ətrafına qoyurlar və ölürlər.Xüsusilə anus və ətrafının qaşınması ilə ətrafa saçılan yumurtalar uyğun temperatur və rütubətli şəraitdə,altı saat ərzində içlərində balaca qurdlar olan yoluxucu yumurtalar halına çevrilirler.Bu yumurtalar quruya 3-10 gün qədər dayanıqlıdırlar.Qıl qurdu bütün yaş və sosial-iqtisadi qruplarda görülməklə bərabər,uşaqlıq çağında xüsusilə 5-14 yaş arasında daha çox görülür.
Yoluxması
Ən çox yoluxma anus ətrafı bölgənin qaşınması zamanı əllərə və dırnaqlara bulaşan yumurtaların ağız yolu ilə qəbul edilməsi nəticəsində əmələ gəlir.Parazit yumurtaladıqdan sonra 6 saat ərzində yoluxma funksiyasına çatır və bu hal 20 gün davam edir.
Əlamətləri
– Ümumiyyətlə çox əlamət verməz
– Ən çox görülən əlaməti anus ətrafında xüsusilə gecələr artan şiddətli qaşıntıdır
– Burunda qaşıntı, diş qıcama
– İshal, qarın ağrısı
– İştahsızlıq,çəki itkisi
– Nəcisdə qan olması
Diaqnozu
Qıl qurdunun nəcisdə görülməsi ya da səhər erkən saatlarda anus ətrafında yumurtaların axtarışı ilə olur.yumurta axtarışı üçün tətbiq olunan selefon üsulu həm asan, həm də yaxşı nəticə verən üsuldur.Bunun üçün selefonu (seloteyp) əvvəl anal regiona möhkəm bastırılır,sonra lam üzərinə yapışdırılıb mikroskopik müayinə edilir.
Müalicəsi
Həkimin məsləhət gördüyü Oksiyur (qıl qurdu) parazitinə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir.
Qorunma Yolları
– Gigiyenik qaydalarına tam əməl edilməsi
– Paraiztli şəxslərin müalicəsi
– Ailə fərdlərinin yoxlanılması
– Uşaqların dırnaqlarının qısa olamsı,çamaşırlarının yataq örtüklərinin qaynadılaraq təmizlənməsi,anus bölgəsinin təmiz saxlanılması
Giardia
Giardia lambianın səbəb olduğu bir parazit kökənli infeksiyadır.Xüsusilə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə daha çox görülür.
Yoluxması
Giardia kistləri bulaşmış su və ərzaqların qəbul edilməsi,insandan insana birbaşa təmas,oral və ya anal seksual təmas,oyuncaqlar və ev heyvanları xəstəliyin yayılmasında başlıca rol oynayırlar.Filtirilizasiya sistemi yetərli olmayan regionlarda və kənd yerlərində bulaşmış suların içilməsi ilə epidemiyalar yarana bilər.
Əlamətləri
Xəstəlik özünü 3 şəkildə göstərə bilər.
– Heç əlamət verməyə
– Kəskin ishal şəkli: Sərt,sulu,açık rəngdə bəzən yağlı görünümde,pis qoxulu tualetə getmək ilə başlayır.Buna halsızlıq,kolik tərzində qarın ağrısı,qarında şişkinlik,qusma,halsızlıq,yüngül temperatura,iştahsızlıq da əlavə etmək olar.
– Xroniki ishal şəkli: uzun müddət davam edən yağlı pis qoxulu tualetə getmək,qarın ağrısı,qarın şişliyi və çəki itkisi ilə özünü göstərir.
Diaqnozu
İshal xəstələrdə nəcisdə giardianın kista ya da torofozoitinin görülməsi ilə qoyulur.
Qorunma Yolları
– Xəstə uşaqların müəyyənləşdirib müalicə edilməsi
– Ana-ata və baxıcıların şəxsil gigiyenik mövzusunda maarifləndirilməsi
– Uşaq bağçalarında ətraf mühitin sağlamlığa əlverişli hala gətirilməsi
Giardia yolcularda,kamplarda tətil edənlərdə və xüsusilə turistlərdə problem ola bilməkdədir.Təmiz içmə və istifadə etmə suyunun təmin olunması ən mühüm məqam olub,suyun təmizlənməsində davamlı olaraq istifadə edilən çökdürmə,süzdürmə,xlorlama və süzülmə üsulları ilə ortadan qaldırılmasıdır.Giardia kistalarını xaric etməkdə ən təsirli və təhlükəsiz yol suyun 3 dəqiqə müddətdə qaynadılmasıdır.
Müalicəsi
Həkimin məsləhət gördüyü giardia parazitinə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir.
Tenya (Zolaq)
Bişirilməmiş yada az bişirilmiş xəstə inək ətinin yeyilməsi ilə Tenya Saginata,donuz ətinin yeyilm əsi ilə də Tenya Solium əmələ gəlir.Parazit 10-15 metrə qədər ola bilir.Nəcis ilə atılan yumurta torpaqda 8 həftə yaşaya bilir.
Əlamətləri
Adətən əlamət verməzlər.Qarın ağrısı,iştahsızlıq,çəki itkisi kimi şikayətlər ola bilər.
Diaqnozu
Nəcisdə parazitin yada rəngli və hərəkətli segmentinin görülməsi yada mikroskopik olaraq yumurtaların müəyyənləşdirilməsi ilə olur.
Qorunma Yolları
Ətin yaxşı bişirilərək yeyilməsi ən mühüm tədbirdir.
Müalicəsi
Həkimin məsləhət gördüyü tenya parazitinə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir..Tenya nəcis ilə çıxmağa başlayanda uşaq oturduğu yerdən qaldırılmamalı,tenyanın tamamilə düşməsi gözlənilməlidir.Tenya zorla çıxarılmağa çalışılmamlıdır,çünkü başı düşmədikcə tenyadan xilas olmaq mümkün deyil.
Qıl qurdu – Bağırsaq infeksiyaları və onlardan qurtulmaq yolları
Bağırsaq qurdu dedikdə insanların bağırsaqlarında illərlə yaşayan parazitlər nəzərdə tutulur. Onlar orqanizmə çirkli sular, təmiz yuyulmamış meyvə-tərəvəz, yaxşı bişməmiş ətdən, xəstə heyvandan, yumurtaları tökülmüş yataq dəstindən yoluxur.
Milli.Az medicina.az-a istinadən bağırsaq parazitlərinin yoluxma faktorları və qorunma üsullarını təqdim edir.
Gecələr anus nahiyəsində qaşıntı, iştahsızlıq, qan azlığı, həzm pozğunluqları, qusma və ishal, yatarkən ağızdan normadan artıq suyun gəlməsi. bunlar hamısı bağırsaq qurdlarının əlamətləridir. Bağırsaq qurdları sidik yollarının infeksiyalarından tutmuş bağırsaq keçməzliyinə qədər bir sıra xəstəliklərə səbəb ola bilirlər.
QIL QURDU
Ən çox uşaqlarda rast gəlinən qurddur. Bu qurd insan bədəninə natəmiz əl və ya qida vasitəsilə daxil olur. Onun yumurtaları xaricə töküldükdən sonra uzun müddət tələf olmurlar. Bağırsaqda artıb çoxalan qurdlar anusdan xaricə yumurtalarını qoyduqda tələf olurlar. Ancaq xarici mühitə davamlı yumurtalar natəmiz yataq dəsti və ya alt paltarımıza toxunan əllər vasitəsilə yenidən əllərimiz vasitəsilə ağzımıza, oradan da bağırsağa daxil olur . Qıl qurdlar orqanizm üçün elə də təhlükəli qurd sayılmasa da, ondan xilas olma yolu çox çətindir.
MÜALİCƏSİ: Xəstə qurd əleyhinə dərmanlar qəbul eləməklə birgə aşağıdakı qaydalara mütləq əməl etməlidir:
– dırnaqlarını dibindən tutmalı
– tez-tez əllərini yumalı
– yatanda qurd yumurtaları yatağa tökülməsin deyə kip və uzunayaqlı yataq paltarı geyinməli
– anus nahiyəsinin gigiyenasına diqqət yetirməli
– alt paltarlarını qaynatmalıdır.
Bitki tərkibli müalicə:
Kök
Soğan
Sarımsaq
Zeytun yağı
Sirkə
Süd
Hazırlanma və istifadə qaydası: Rəndələnmiş kök, döyülmüş soğanla birlikdə suda qaynadılır. Süzülərək əldə edilən qarışığa sirkə əlavə edilərək qarışdırılır. Hazırlanan bu qarışıqla anus ətrafı, rahatsızlıq, qaşıntı zamanı gündə 2 dəfə yuyulmalıdır. Sarımsaqlar döyülüb əzildikdən sonra süd ilə bişirilir. Süzülərək alınan qarışıqdan yeməkdən sonra və yatmadan öncə bir fincan isidilərək içilir. Rahatsızlıq, qaşıntı zamanı anus ətrafını hər gün 3 saatdan bir sirkəli su ilə yumaq da müsbət təsir göstərir.
Milli.Az
ÇevirSözlük.com | Azerice – Rusça cümle çeviri nedir?
Azerice dilinden Rusça diline (google translate aracılığıyla) hızlı cümle ya da kelime çeviri yapmanıza yardımcı olan bir sözlük sistemidir. Dünya dilleri arasında yapılacak olan cümle ve kelime çevirilerinizi kolaylaştırır. ÇevirSözlük.com Dünya’da en yaygın olarak kullanılan bir çok dili içinde barındırmaktadır. Bu diller arasında herhangi bir ücret ödemeden ve sınırlama olmaksızın istediğiniz cümle ya da kelime çevirilerinizi hızlı bir şekilde yapmanız mümkündür.
Kullanım ve Gizlilik
Cevirsozluk.com aracılığıyla yapılan tüm çeviri verileri toplanmaktadır. Toplanan veriler herkese açık, anonim olarak paylaşılır. Dolayısıyla Çevir Sözlük kullanarak yapacağınız çevirilerde kişisel bilgi ve verilerinizin yer almaması gerektiğini hatırlatırız.
Cevirsozluk.com kullanıcılarının çevirilerinden oluşturulan içerikte argo, küfür vb. uygun olmayan öğeler bulunabilir. Oluşturulan çeviriler her yaş ve kesimden insanlar için uygun olamayabileceğinden dolayı, rahatsızlık duyulan hallerde siteminizin kullanılmamasını öneriyoruz. Kullanıcılarımızın çevirilerle eklediği içeriklerde telif hakkı ya da kişiliğe hakaret vb. öğeler bulunuyorsa site yönetimiyle iletişime geçilmesi halinde gerekli düzenlemeler yapılacaktır.
Comments are closed, but trackbacks and pingbacks are open.