Press "Enter" to skip to content

TƏRBİYƏNİN MƏQSƏDİ VƏ TƏRKİB HİSSƏLƏRİ

Hələ bizim eradan əvvəl qədim dünyanın ilk filosoflarından sayılan Sokratın tələbəsi, Aristotelin müəllimi olan Platon hesab edirdi ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Platona görə, tərbiyənin qayəsi insanlarda olan qabiliyyətləri inkişaf etdirməkdir.

Təlim və tərbiyənin vəhdətinə dair bəzi mülahizələr

Hələ bizim eradan əvvəl qədim dünyanın ilk filosoflarından sayılan Sokratın tələbəsi, Aristotelin müəllimi olan Platon hesab edirdi ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Platona görə, tərbiyənin qayəsi insanlarda olan qabiliyyətləri inkişaf etdirməkdir.

Əlbəttə, məqsədim heç də klassiklərin və ya müasirlərin əxlaq və bütövlükdə tərbiyə haqqında fikirləri ilə bağlı kiməsə mühazirə oxumaq deyil. Bununla belə istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.

Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir. Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki, daha doğrusu bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə – şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır.

Pedaqoji proseslə bağlı bəzi mühüm məqamları xatırlatmaqda məqsədim ondan ibarətdir ki, pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafını tənzimləyir. Çünki təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların gənc nəslə ötürülməsi kimi başa düşülürsə, dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin, eləcə də təlim və təhsilin mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi anlaşılır.

Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir.

Halbuki, bir o qədər də uzaq olmayan keçmişimizdə bizdə belə bir təcrübə olub və bunun müsbət nəticələrinin də bilavasitə şahidi olmuşuq. Heç də təsadüfi deyil ki, Sovet dönəmində davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, ideya-siyasi tərbiyə, vətənpərvərlik tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsi, beynəlmiləlçilik tərbiyəsi, fiziki tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, huquq tərbiyəsi, iqtisadi tərbiyə, ekoloji tərbiyə, əqli tərbiyə belə mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi.

Hər bir məktəbdə “Əxlaq kodeksi”“Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun davranışına dair möhürlü xasiyyətnamə də (xarakteristika) verilirdi. İctimai-humanitar fənlər üzrə dərsliklərə tərbiyəvı aspektli mətnlər salınardı. Tərbiyə işində şəxsi nümunə başlıca şərt hesab edilirdi. Tərbiyə olunan ona tərbiyə verəndən çox şey əxz edirdi. Pedaqoji ixtisas verən ali və orta ixtisas məktəblərində müəllim hazırlığında pedaqogika tarixi və nəzəriyyəsinə, psixologiya və yaş fiziologiyasının əsaslarına xüsusi yer ayrılırdı. Əgər desək ki, son zamanlar pedaqogika və psixologiya pedaqoji prosesdən ayrı düşüb, əsla yanılmarıq.

Baxmayaraq ki, 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyı bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur.

Yəqin heç kəsə sirr açmış olmaram, əgər desəm ki, hazırda “uşaq birliyinin rəhbəri” adlandırdığımız təşkilatçının tərbiyə sahəsindəki işi bir zamanlar “pioner baş dəstə rəhbəri”nin fəaliyyəti ilə müqayısəedilməz dərəcədə fərqlidir. Məktəblə az-çox əlaqəsi olanlar bilməmiş deyillər ki, indiki birlik rəhbərlərinin bir çoxu uşaqların tərbiyəsi işini deyil, daha çox məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər. Məktəb psixoloqu ştatı əksər məktəblərdə formal xarakter daşıyır. Tərbiyə işlərinə nəzarət etməli olan direktor müavinlərinə tədis işlərinə baxan müavinlə müqayisədə ikinci dərəcəli münasibət bəslənilir və s.

Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Məktəblərimizdə və bütövlükdə cəmiyyətimizdə baş verən bir çox arzuolunmaz təzahürlər belə bir qənaətə gəlməyə əsas verir.

Qədim Roma filosofu və dövlət xadimi Senekanın “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” fikri bu gün üçün də aktuallığını itirməyib və bu barədə bir daha düşünməyimizə dəyər. Təlim və tərbiyə vəzifələrini vəhdət halında həyata keçrmək üçün isə, heç olmasa fəlsəfə doktoru Etibar Əliyev tərəfindən böyük və gərgin zəhmət hesabına tərtib olunmuş “Yeni təhsil, tərbiyə və elm antologiyası” kitabı hər bir təhsil işçisinin stolüstü kitabına çevrilməlidir.

TƏRBİYƏNİN MƏQSƏDİ VƏ TƏRKİB HİSSƏLƏRİ

verir. Pedaqoji prosesdə də məqsəd aydınlığı böyük əhəmiyyət kəsb edir.

Bu məqsədlər isə cəmiyyətin şəxsiyyət formalaşdırılması işinə verdiyi tələblərə əsasən müəyyən edilir.

Klassik və müasir pedaqoqlar şəxsiyyət formalaşdırılması prosesində məqsəd aydınlığına yüksək qiymət

verirblər. Məsələn K. D Uşinski məqsəd aydınlığını pedaqoji prosesin birinci və əsas məsələsi hesab edirdi.

Onun fikrincə tərbiyənin məqsədi ictimai və xalq mənafeyini üstün tutan, həqiqətə, doğruluğa, xeyrixahlıqa

can atan, bütün insanlığın mənafeyini xalqının və özünün mənafeyi ilə birləşdirməyi bacaran həqiqi insan

yetişdirməkdir. (K.D.Uşinski, seçilmiş pedaqoji əsərləri, Azərnəşr, 1953, s111)

Praqmatizm nümayəndələrindən biri, Amerika pedaqoqu D. Dyui iddia edirdi ki, eyni zamanda paralel

şəkildə həm məqsəd, həm də tərbiyə prosesi mövcuddur. Onun fikrincə tərbiyə inkişafdır və o, heç bir

xarici təsirə tabe deyildir. Bununla da o, tərbiyə prosesini elmilik, obyektivlik və məqsədyönlülükdən

məhrum edirdi. O fərdi tərbiyəyə daha çox üstünlük verirdi.

D.Dyuinin davamçıları müasir proqmatistlər iddia edirdilər ki, mənlik iddiası ilə doğulmuş hər kəs

xarici təsirə qarşı əks təsir göstərir, o özünü yaradıcılıqda təsdiq edir. Əksinə, xaricdən göstərilən tərbiyəvi

təsirlər insanlardakı müstəqilliyi, qabiliyyəti boğur, onun üzə çıxmasını, inkişafını ləngidir.4

Məşhur Azərbaycan ədibi A. Bakıxanov hər şeydən əvvəl tərbiyənin məqsədini müəyyənləşdirməyə

yüksək qiymət vermişdir. Onun fikrincə tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. O, əxlaq və əqli

tərbiyəyə daha çox üstünlük verirdi. Tərbiyənin digər tərkib hassələrini də əxlaq tərbiyəsinin tərkib

hissəsində (estetik, fiziki, əmək və s) verirdi.

O, əxlaq tərbiyəsinə nəzakətlilik, təvözarkarlıq, səmimilik, doğruçuluq, düzlük, diqqətlilik, düşünərək

danışmaq və hərəkət etmək, sərbəstlik, özüntənqid, təmkinlilik, ehtiyatlılıq, əməksevərlik, və s kimi sifətləri

Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar

qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir.

İctimai iqtisadi quruluş dəyişdikcə tərbiyənin məqsədi də dəyişir. Ona görə müxtəlif ictimai iqtisadi

quruluşlarda tərbiyə də müxtəlif məqsədləri yerinə yetirmişdir.

Müasir dövrdə inkişaf etmiş demokratik ölkələrdə tərbiyənin məqsədi hərtərəfli tnktşaf etmiş insanlar

yetişdirməkdən ibarətdir. Hərtərəfli insan idealı müxtəlif dövrlərdə insanları düşündürmüş, bu isə öz əksini

xalqların yaradıcılığında dövrün mütəfəkkirlərinin əsərlərində tapmışdır. Hərtərəffli inkişaf etmiş insan

idealı müxtəlif xalqların həm yazılı, həm də şiffahi xalq ədəbiyyatında əks olunmuşdur. Xalq yaradıcılığında

təsvir edilən bu qəhrəmanlar fiziki cəhətdən sağlam, gözəl, əxlaqı təmiz, mərd, qorxmaz, döyüşkən, xalqını

və vətənini sevən şəxslər kimi verilmişdir, vəsf edilmişdir.

Zaman keçdikcə hərtərəfli inkişaf etmiş şəxsiyyət idealı reallaşmış, gündəlik tələbata çevrilmiş, zəruri

həyatı keyfiyyətlər kimi formalaşdırılmağa başlanmışdır.

Hərtərəfli inkişaf etmiş şəxsiyyət tələbi müasir dövrdə cəmiyyətin pedaqoji proses qarşısında qoyduğu

əsas tələbdir. Bu tələb uyğun olaraq tərbiyə, təlim təhsilin insan formalaşdırılması işinin məqsədləri

müəyyən edilir. Azərbaycanda tərbiyənin məqsəd və vəzifələri Azərbaycan Respublikasının Təhsil

Qanununun 9-cu maddəsində öz əksini tapmışdır: dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa,

yüksək mədəniyyətə, məsuliyyət hissəsinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf

etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq: soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya

ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən,

onu qoruyan və daim inkişaf etdirən, ailəsini, millətini, Vətənini sevən və daim ucaltmağa çalışan,

ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı

düşünən, biliyinə, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın ən qabaqcıl

ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və bununla yüksək

sivilizasiyalı cəmiyyət qurmağa, azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə

çevirməyə qadir olan İnsan tərbiyə etməkdir. Bu deyilənlərə istinad edərək demək olar ki, Azərbaycan

Respublikasında tərbiyənin məqsədi hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdirməkdən ibarətdir.

Hərtərəfli inkişaf etmiş şəxsiyyət dedikdə yuksək intelektual səviyəyə malik, zəruri əxlaqi

keyfiyyətlərə yiyələnmiş, istehsalın əsas sahələri həqqında müəyyən biliklərə və əmək vərdişlərinə malik,

gözəlliyi sevməyi, qiymətləndirməyi bacaran, yaşadığı dövrün ictimai-siyasi hadisələrinə obyektiv qiymət

4 Педагогика (С.Баранов, Т.В.Великов, В.А.Сластенинов). М.,1976.verən, dövlət və şəxsi hüquqları haqqında elmi məlumata malik, onu müdafiə edə bilən mübariz insanlar

Tərbiyənin bu məqsədinə müvafiq tərkib hissələri müəyyən edilir. Bunları aşağıdakı şəkildə

1. Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması

2. Əxlaq tərbiyəsi

3. Əmək tərbiyəsi

4. Estetik tərbiyə

5. Fiziki tərbiyə

6. Hüquq tərbiyəsi

8. Ekoloji tərbiyə

Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması böyüyən nəslin, ümumiyyətlə insanların təbiət,

cəmiyyət və insan təfəkkürünün obyektiv inkişaf qanunları haqqındakı elmi məlumatlara yiyələnməni əhatə

edir. Bu prosesdə böyüyən nəsil sistemli təhsil müəssisələrində müxtəlif tədris fənləri vasitəsilə zəruri

biliklərə yiyələndirilir və onlarda bu biliklərə müvafiq bacarıqlar, vərdişlər formalaşdırılır. Mənimsədilən

həmin biliklər, elmi məlumatlar əsasında həyata baxış formalaşdırılır, dünyagörüş yaradılır. Beləki,

elmlərin əsasına yiyələndikcə tərbiyə olunanlarda təbiət hadisələrinə, təbii möcüzələrin əsaslarına aid elmi

münasibət yaranır, bu isə onlarda düzgün obyektiv dünyagörüş yaranmasına səbəb olur.

Böyüyən nəslin zəruri elmi biliklərə yiyələnməsi həm də ictimai-iqtisadi tələbdir. Bu tələb cəmiyyətin,

ictimai-iqtisadi quruluşun pedaqoji proses qarşısında qoyduğu əsas vəzifədir. Ona görə də müxtəlif ictimaiiqtisadi quruluşlu cəmiyyətlərdə tərbiyə məqsədi də müxtəlif olmuşdur. Buna səbəb həm də məhsuldar

qüvvələrin inkişaf səviyyəsi, elmi-texniki tərəqqinin vəziyyəti olmuşdur. Müasir yüksək elmi-texniki inkişaf

səviyyəli dövlətlərdə təhsilin müəyyən dövrü məcburidir. Bu insanların, xüsusən də yeniyetmə və gənclərin

yaşadığı cəmiyyətin əsas iqtisadi inkişaf səviyyəsinə cavab verə biləcək vəziyyətə hazır olması tələbindən

irəli gəlir. Elmi məlumatlara yiyələnmə, intellektual inkişaf hər bir şəxsə həyatda, quruculuq işində fəal

iştirak etmə, təbiət və cəmiyyət hadisələrinə obyektiv qiymət vermə, əməyini və həyatını düzgün qurma, öz

yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmə və s. bu kimi imkanlar verir. İnsanlar həyat və fəaliyyətlərinin

müxtəlif dövrlərində elmi məlumatlara yiyələnmə zəruriyyəti qarşısında qalırlar. Bu istehsalatın və xalq

təsərrüfatının digər sahələrindəki elmi yeniliklərin tədbiqi ilə bağlı olur.

Əmək tərbiyəsi və politexnik təhsil böyüyən nəslin, ümumiyyətlə insanların əmək fəaliyyətinə həm

nəzəri həm də təcrübi nöqteyi nəzərdən hazırlanmasını əhatə edir. Əmək tərbiyəsi əməyin elmi əsasları,

onun elmi təşkili haqqında sistemli məlumatlar verir, zəruri əmək bacarıq və vərdişləri, əməyə, əmək

adamlarına, öz əmək fəaliyyətinə münasibət formalaşdırır. Bu proses həm xüsusi dərslər, müxtəlif tip

məşğələlər, həm də ayrı-ayrı fənlərin tədrisi vısitəsilə həyata keçirilir. Bu yolla insanlara onların yaşaması

üçün əmək fəaliyyətinin birinci əsas şərt olduğu dərk etdirilir. Bu iş məktəbdənkanar tərbiyə

müəssisələrində, mədəniyyət müəssisələri və digər tərbiyə müəssisələrində müxtəlif tipli çalışmalar,

tədbirlər, dərnəklər vasitəsilə də həyata keçirilir. Mədəniyyət müəssisələrində müxtəlif texniki dərnəklərdə

istehsalatdakı yeniliklər, texniki yeniliklərə aid elmi məlumatlar verilir., həm də yeni əmək bacarığı və

vərdişi formalaşdırır. Azərbaycan mütəfəkkirlərinin əsərlərində əmək tərbiyəsinə, əməyin insanın

formalaşmasında oynadığı rola yüksək qiymət verilmişdir. Bu Nizami Gəncəvi əsərlərində xüsusilə geniş

verilmişdir. Nizaminin fəkrincə «cəhənnəmdə əməklə məşğul olmaq cənnətdəki əməksiz həyatdan

Politexnik təhsil böyüyən nəsli, təhsil alan şəxsləri istehsalın əsas prinsipləri ilə tanış edir, onlarda ən

sadə əmək alətləri ilə rəftar etmə bacarığı formalaşdırır. Politexnik təhsil tərbiyə olunanlara şüurlu peşə

seçməyə, zehni bilikləri ilə əməli fəaliyyətlərini əlaqələndirməyə, peşələrini istədiyi vaxt dəyişməyə, elmitexniki yenilikləri işinə tətbiq etməyə imkan verir. Politexnik təhsil sistemli təhsil müəssisələrində ayrıca

fənn şəklində tədris edilmir. O, müxtəlif fənlərin tədrisi prosesində həyata keçirilir. Politexnik təhsil peşə

təhsili ilə də qarşılıqlı əlaqədədir.

Peşə təhsili xüsusi gimnaziya, seminariyalar, litseylər, texnikum və s. orta-ixtisas müəssisələrində

istehsal və xalq təsərrüffatının müxtəlif sahələrində çalışa biləcək şəxslər formalaşdırır. Ali təhsil

müəssisələrində isə yüksək ixtisaslı, ali hazırlıqlı, hərtərəfli inkişaf etmiş və müəyyən sahə üzrə formalaşmış

yüksək ixtisaslı şəxslər hazırlanır.

Əxlaq tərbiyəsi böyüyən nəslə cəmiyyətdə mövcud olan əxlaq normaları, davranış qaydaları, onların

mahiyyəti haqqında nəzəri məlumatlar vermək, müvafiq əxlaqi adətlər formalaşdırmaqdan ibarət uzun

müddətli bir prosesdir. Əxlaq tərbiyəsi vasitəsilə böyüyən nəsil zəruri əxlaqi anlayışları mənimsəyir, əxlaqi

keyfəyyətlərə yiyələnir, bəşəri və sosial birgəyaşayış normaları ilə tanış olur. Bu prosesdə onlarda cəmiyyətə, insanlara, ailəyə, hər kəsin özü-özünə münasibəti formalaşdırılır. Əxlaq tərbiyəsi demək olar ki,

insanın ömrünün sonuna qədər davam edir. İnsan həyatının müəyən dövründən sonra əxlaqi keyfiyyətlər

formalaşdırılması işi məktəbdənkanar tərbiyə, mədəniyyət və digər müəssisələrdə icra edilir. Bu

müəssisələrdə aparılan tərbiyə tədbirləri cəmiyyətin aktual tərbiyə problemlərinə həsr edilir.

Yəni ayrı-ayrı istehsal sahələrinin tələb etdiyi zəruri əxlaqı münasibətlərin təcrübi cəhətdən mahiyyəti

açılır, insanlar arasındakı rəsmi iş, etik və s. münasibətlərin istehsala, kollektivin fəaliyyətinə təsiri izah

edilir. Digər tərəfdən cəmiyyətdəki dəyişikliklərlə əlaqədar olan yeni münasibət, yeni vəziyyətdə işçilərin və

digər şəxslərin riayət etməli olduqları qayda və normalar izah edilir. Məsələn, sahibkarlığa istinad edən

cəmiyyətdə yeni istehsal – iş münasibətləri meydana çıxır. Bu isə insanlardan fəaliyyətə yeni münasibətlə

yanaşmağı tələb edir. Belə ki, əvvəllər sosial yarışları qarşılıqlı yardım və köməyə əsaslanırdısa indiki

istehsal rəqabətə istinad edir. Rəqabət isə hər bir işçi işini yaxşı, elmi əsaslarla, keyfiyyətli qurmağa, iş və

kollektiv daxili normalara ciddi riayət etməyə məcbur edir. Əks halda işçi işsiz qala bilər. Bu yeni tələb

təlim-tərbiyə müəssisələri ilə yanaşı mədəniyyət və incəsənət müəssisələrində də insanlara izah edilir,

Fiziki tərbiyə fiziki cəhətdən sağlam, bədəncə möhkəm, çevik, dözümlü, əmək qabiliyyətli şəxsiyyətlər

yetişdirməyə xidmət edir. Fiziki tərbiyə vasitəsilə həmçinin insanlarda müsbət iradi keyffiyətlər də təşəkkül

tapır. Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bunun üçün təlim müəssisələri xüsusi

proqram əsasında fəaliyyət göstərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdə

zəif və nöqsanlı insanların əqli inkişafında da çatışmamazlıq və ya nöqsanlar mövcud olur. Bu nöqteyi

nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri

hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün

mühüm əhəmiyyətə malikdir.

Görkəmli fransız pedaqoqu P. F. Lesqaft da fiziki tərbiyəni yüksək qiymətləndirmiş, onu iradə və

xarakterin formalaşmasında əxlaq tərbiyəsində əqli qabiliyyətləri, fikri fəallığın bədii zövqlərin

yaranmasında, tərbiyəsində mühüm amil, vasitə hesab etmişdir.5

Estetik tərbiyə insanları gözəllik aləminə yaxınlaşdırır, estetik zövqlər yaradır, gözəlliyi görmə,

qavrama, dərk edərək qiymətləndirmə bacarığı formalaşdırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir.

Estetik tərbiyə insanlarda gözəl hisslər yaratmaqla onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir.

Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyə də əxlaq, əqli, fiziki, əmək, hüquq və s. kimi

keyfiyyətlərlə qarşılıqlı əlaqədədir.

Hüquq tərbiyəsi də tərbiyənin tərkib hissələrindən biridir. Hüquq tərbiyəsi vasitəsilə insanlar hüquqi

biliklərə yiyələnir cəmiyyətdə mövcud olan hüquq normaları, onların mahiyyəti, hüquqi pozuntularının

konkret nəticəsini öyrənirlər. İnsanlar cəmiyyətdə vətəndaşın hüquqları haqqında zəruri biliklərə

yiyələnirlər. Hüquq tərbiyəsi vasitəsilə tərbiyə olunanlarda cəmiyyətdə mövcud huquq normalarına

İdeya – siyasi tərbiyə də hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm cəhətlərindən biridir.

İdeya siyasi tərbiyə vasitəsilə ictimai-siyasi hadisələrə obyektiv yanaşma və qiymətləndirmə bacarığı

Bu yolla yeniyetmə və gənclərdə düzgün münasibət, yüksək əhval ruhiyyə, mübarizlik, düzgün,

obyektiv ictimai-siyasi mövqe tərbiyə olunur. İdeya siyasi tərbiyə təlim prosesində müxtəlif fənlərin tədrisi

prosesində həmçinin sinifdən və məktəbdənkənar tədbirlər vasitəsilə aşılanır. İdeya siyasi tərbiyə işində

mədəniyyət müəssisələri, ədəbiyyat və incəsənət, kütləvi informasiya vasitələri əhəmiyyətli yer tutur. Həmin

vasitələrlə insanlar mövcud ictimai-siyasi hadisələrin mahiyyəti ilə tanış olur, siyasi cərəyanlar, partiyaların

yaranma şəraiti, səbəbi, məqsədi, prinsipləri ilə tanış olurlar. Siyasi hadisələrlə kortəbii və şüurmuz qoşulma

hallarını təhlil edərək, siyasi siyasi hadisələrin mahiyyəti haqqında müqayisələr apararaq, həm siyasi

biliklərə yiyələnirlər, həm də bu hadisələri düzgün qiymətləndirə bilirlər. Bu isə onlarda fəal həyat

mövqeyi, şüurlu ictimai-siyasi münasibət formalaşdırır.

Tərbiyənin tərkib hissələri bir-biri ilə qarşılıqlı əlaqədədir və bunlar eyni zamanda qarşılıqlı vəhdətdə

həyata keçirilir, formalaşdırılır.

Müstəqil iş üçün sual və tapşırıqlar:

1. Tərbiyənin ictimai – iqtisadi inkişafdan asılılığı.

2. Tərbiyə məqsədlərinə tarixi yanaşma.

3. Müasir insanlara verilən tələblər.

5 Педагоэика. Б., Азярняшр, 1964, с.386.ƏQLİ TƏHSİL VƏ ELMİ DÜNYAGÖRÜŞÜN FORMALAŞDIRILMASI

Şəxsiyyət formalaşdırmağın mühüm və əsas tərkib hissələrindən bir də əqli təhsil və bu əsasda elmi

dünyagörüş formalaşdırılmasıdır. Əqli təhsil vasitəsilə insanlar təbii və ictimai hadisələrin baş vermə

qanunauyğunluqlarını dərk edirlər. Onların beynində maddi aləmin, obyektiv gerçəkliyin elmi mənzərəsi

yaradılır. Bu yolla insanlara təbiət, cəmiyyət və insan təfəkkürü haqqında zəruri biliklər verilir. Bu biliklər

istehsal prosesi ilə əlaqələndirilir. Beləliklə də böyüyən nəsl dərk olunmuş obyektiv gerçəklik qanunlarından

cəmiyyətin və şəxsiyyətin xeyrinə istifadə yollarını öyrənirlər. Əqli təhsil sistemli şəkildə də tədris

müəssisələrində aparılır. Böyüyən nəsl müxtəlif fənlərin tədrisi prosesində müxtəlif təbiət hadisələrinin

mahiyyətini öyrənir, öyrənilmiş biliklərə müvafiq bacarıq və vərdişlərə yiyələnirlər. Əqli təhsilin aşağıdakı

– böyüyən nsli bilik, bacarıq və vərdişlərlə silahlandırmaq;

– əhsil alanların zehni bilikləri və intellektual səviyyələrini inkişaf etdirmək;

– zehni əmək mədəniyyəti formalaşdırmaq;

– əqli biliklərə müstəqil yiyələnmə bacarıqları formalaşdırmaq;

– böyüyən nəsldə, bütün təhsil alanlarda özüntəhsilə maraqlar yaratmaq;

– təhsil alanları istehsalın elmi əsasları ilə tanış etmək;

– elmi məlumatlara şüurlu münasibət formalaşdıraraq yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək;

– mənəvi zənginlik yaratmaqla, elmi dünyagörüş formalaşdırmaq.

Elmi məlumatlara yiyələnmiş hər bir adam quruculuq işində daha fəal iştirak edir, öz fəaliyyyətini elmi

əsaslar üzərində qurmağa çalışır, yaradıcılıq göstərir. Bu həmçinin müasir mürəkkəb istehsal prosesinin,

inkişaf etmiş sənayeyə əsaslanan cəmiyyətin öz vətəndaşlarına verdiyi tələblərdir. Yəni cəmiyyət əqli təhsil

qarşısında mövcud sənayeni idarə edə biləcək, xalq təsərrüfatının müxtəlif sahələrində çalışa biləcək yüksək

intellektual səviyyəyə malik şəxsiyyətlər yetişdirmək tələbi qoymuşdur.

Əqli təhsil mənəvi zənginlik yaratmaqla əxlaqi saflığın da əsasını qoyur. Biliklərə yiyələnmə prosesin

də insanlar həm də nəcib əxlaqi keyfiyyətlərə yiyələnirlər. Bu prosesdə insanların özünə, öz gücünə inam

yaranır, bu inam isə təşəbbüskarlıq və yaradıcılıq meyllərinin yaranmasına səbəb olur.

Əqli təhsil zehni qabiliyyətlərin, idrak proseslərinin, xüsusən də təfəkkürün inkişafına imkan yaradır.

Daha doğrusu, əqli təhsil prosesi insanların psixi proseslərinin inkişaf etdirilməsinin əsas vasitəsidir.

Biliklərə yiyələnmə birbaşa idrak prosesidir. Materialların mənimsədilməsi zamanı təhlil tərkib, müqayisə

kimi təfəkkür əməliyyatlarında istifadə edilir ki, bu da idrakı inkişaf etdirir. Hər yeni öyrədilən materialın

əvvəlki məlumatlarla əlaqələndirlməsi, anlayışlar yaradılması, təfəkkürlə yanaşı hafizəni də inkişaf etdirir.

Material ixtiyari və davamlı diqqət əsasında öyrənilir. Diqqətin uzun müddət öyrənilən obyekt üzərində

cəmləşdirilməsi onu həm də inkişaf etdirir, materialı mənimsəmə, dərk etmə, öyrənmə arzusu, meyli iradi

gərginlik, özünü məcburetmə əsasında baş verir ki, bu da iradəni möhkəmləndirir və inkişaf etdirir.

Mənimsənilmiş materialın şərhi, başqalarına çatdırılması nitqi inkişaf etdirir və s. Göründüyü kimi biliklərə

yiyələnmə insanlarda psixi hadisələri, idrak proseslərini səmərəli şəkildə inkişaf etdirir.

Biliklərə yiyələnərkən böyüyən nəsil və ümumiyyətlə öyrənənlər təbiət, cəmiyyət və insan

təfəkkürünün inkişaf qanunları haqqında düzgün elmi məlumatları mənimsəyirlər.

Təbii və ictimai hadisələrin baş vermə səbəblərini öyrənirlər. Bu isə onlarda elmi dünyagörüş

formalaşdırmağın əsasını qoyur. Elmlərə yiyələnmiş insanlar nadanlıq və xurafatdan uzaq olur, təbiət və

cəmiyyət hadisələrinə obyektiv, real münasibət bəsləyirlər. Elmi dünyagörüşə malik olan hər kəs onun

ətrafında baş verən hadisələri təhlil edə bilir, siyasi-ictimai hadisələrə düzgün qiymət verirlər. Elmi

dünyagörüş şəxsin tutduğu mövqe və vəziyyətdən asılı olmayaraq, mövcud cəmiyyətə, ətraf aləm

hadisələrinə obyektiv elmi münasibətlər sistemidir. Bu münasibətlər insanların baxışları və əqidəsi şəklində

təzahür edir. İnsanların ətraf aləm hadisələrinə ilk münasibətləri baxışları kimi çıxış edir. Bu baxışlar

getdikcə insanların davranış və hərəkətlərində möhkəmlənərək əqidəyə çevrilir. Baxışların yaranması və

təzahüründə intellektual səviyyə əhəmiyyətli yer tutur. Beləki, intellektual səviyyəsi yüksək olan insanlar

ictimai-siyasi və təbiət hadisələrinə elmi nöqteyi-nəzərdən, elmi əsaslara istinad edərək yanaşır. Bu isə

onlarda elmi baxışlar formalaşmasına səbəb olur.

Dünyagörüş biliklər əsasında yaranır, lakin bilik deyildir. Bu inanılmış biliklərin həyata keçirilməsidir.

Dünyagörüş elmi biliklərlə yanaşı özündə əqidə, baxış və davrınışı da birləşdirir. Elm, baxışlar, zəruri

əxlaqi hərəkət və davranışlar vəhdət halında dünyagörüş yaradır. Vahid və hərtərəfli dünyagörüşə malik

şəxslər isə bütün hadisələrə istər təbiət istərsə də cəmiyyət hadisələrinə eyni obyektiv mövqedən yanaşır.

Hadisələrə yanaşma tərzinə görə müxtəlif dünyagörüşlər mövcud olmuşdur. Mütərəqqi-mürtəce;

materialist-idealist; metafizik-materialist və s. Elmi dünyagörüşə malik insan fəaliyyətində elmi müddəaları rəhbər tutur, təbiət və cəmiyyət

hadisələrini təhlil edərək obyektiv qiymətləndirir, hər hansı bir faydalı əməklə məşğul olur, işsizlik və

fəaliyyətsizliyə qarşı çıxır, optimist və mübariz olur, öz üzərində müntəzəm çalışır, lazım gəldikdə özün

tərbiyə və özüntəhsillə məşğul olur.

İnsanlarda elmi dünyagörüşün əsası hələ kiçik yaşlarından qoyulur. Bu sistemli təlim müəssisələrində

ki, təlim prosesində təlim-tərbiyə prinsiplərinə riayət etməklə ayrı-ayrı fənlərin tədrisi prosesində həyata

keçirilir. Təbii və dəqiq elmlərin tədrisi prosesində təbiətin sirləri açılır, humanitar fənlərin tədrisi

prosesində isə cəmiyyətin inkişaf qanunlarını mahiyyəti dərk edilir və s. Materialların tədrisi prosesində

əsası qoyulan elmi dünyagörüş sinfdənkanar tədbirlər vasitəsilə möhkəmləndirilir və inkişaf etdirilir.

Dünyagörüş formalaşdırılması ziddiyyətli prosesdir. Onun formalaşmasına müxtəlif alimlər insanların

özlərinin malik olduğu hərəkət və davranışlar da təsir göstərir. Ona görə də dünyagörüş uzun müddətə

formalaşır. Bu proses təlim müddəti bitdikdən sonra insanların fəaliyyəti zamanı da davam edir. Buna görə

də insanlarda elmi dünyagörüşün formalaşdırılmasında mədəniyyət müəssisələri, KİV və fəaliyyət

müəssisələrində aparılan təlim-tərbiyə işi tədbirləri əhmiyyətli rol oynayır.

Bu müəssisələrdə aparılan tərbiyəvi işlər cəmiyyətin tərbiyə proqramı şəxsiyyət formalaşdırılması işinə

verilən tələblər əsasında qurulmalıdır.

Müstəqil iş üçün sual və tapşırıqlar.

1. Əqli təhsilin mahiyyəti.

2. Bilik və dünyagörüş.

3. Dünyagörüşün formalaşma mərhələləri. ƏXLAQ TƏRBİYƏSİ

Əxlaq tərbiyəsi hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biridir.

İnsanda əxlaqi keyfiyyətlərin formalaşması və təkmilləşməsi həyatı boyunca ictimai–iqtisadi tələblərdən

asılı olaraq, əmək və başqa insanlarla ünsiyyət prosesində ömrünün sonuna qədər davam edir. Bu prosesə

həmçinin insanın özünün həyat movqeyi, cəmiyyətə münasibəti, hərəkət və rəftarları da təsir edir. Əxlaq

tərbiyəsi tərbiyəcinin böyüyən nəsilə, tərbiyə olunanlara asılanacaq zəruri əxlaqi keyfiyyətlərin

məqsədyönlü və mütəşəkkil aparılması, əxlaqi hisslərin münasibətlərin yaradılması, davranışların

formalaşdırılması prosesini əhatə edir.

İnsanın əxlaqi keyfiyyətləri, onun daxili aləminin təzahürü kimi meydana çıxan davranışların

formalaşması ömrünün sonuna kimi davam edir. İnsan əxlaqi keyfiyyətləri ilə birlikdə hazır şəkildə

doğulmur. Onda formalaşan insanpərvərlik, düzlük, doğruçuluq, pislik, tənbəllik, əmək sevərlik kimi başqa

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq ictimai şüurun əsas formalarından biri kimi həm fəlsəfi, həm sosioloji, həm psixoloji, həm də pedaqoji ədəbiyyatda geniş şəkildə şərh olunur. Əxlaqın tərbiyəsi çox vaxt xalq içərisində ismətin, namusun tərbiyəsi kimi işlənsə də istər etnopedaqoji, istərdə də elmi-pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi insana məxsus olan mənəvi keyfiyyətlərin və davranış normalarının məcmusu kimi səciyyələndirilir. “Əxlaq – insanın mənəvi, dərin keyfiyyətləri, cəmiyyətə və başqalarına qarşı münasibətləri müəyyən edən normaları davranış qaydalarını özündə birləşdirir”. Pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi tərbiyənin forması, kökü, zəruri şərti, nəticəsi, əksər hallarda tərkib hissələrindən biri kimi izah edilmişdir. Əxlaq tərbiyəsi hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biridir. İnsanların əxlaqi keyfiyyətləri təhlil edilərkən «əxlaqlı», «yüksək etikalı», «mədəni əxlaqlı», «əxlaqsız» kimi anlayışlardan istifadə edilir.Əxlaq tərbiyəsi baza kimi «etikaya» istinad edir.

Elmi pedaqogikada “əxlaq tərbiyəsi” ifadəsini ilk dəfə olaraq elmi pedaqogikanın banisi sayılan böyük çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişdir. O, bir sıra əsərlərində həm “əxlaq qaydaları”, həm də “əxlaq tərbiyəsi” ifadələrini işlətmişdir. Komenskidən təxminən 400 il əvvəl şərqin böyük mütəfəkkiri Nəsirəöddin Tusi “Əxlaqi Nasiri” də əxlaq tərbiyəsinin böyük bir sistemini vermişdir. Keçmiş SSRİ məkanında mövcud olan bütün direktiv və proqram sənədlərdə əxlaq yalnız kommunist əxlaqı kimi verilir. V.İ.Lenin kommunist əxlaqının mahiyyətini şərh edərək göstərir ki, kommunist mənəviyyatının əsası kommunizmi möhkəmlətmək və başa çatdırmaq uğrunda mübarizədən ibarətdir. Tusi pedaqogikasında başlıca amil sayılan əxlaq tərbiyəsi nəzəriyyəsini mütəfəkkir alim 3 mənbədən-özünün ailə tərbiyəsindən, Azərbaycan xalqının tərbiyə ənənələrindən və özünəqədərki nəzəriyyəçilərin tərbiyə haqqındakı fikirlərindən seçdiyi səmərəli toxumların əlaqələndirilməsi, tənqidi təhlil yolu ilə ümumiləşdirilməsi və dərin elmi süzgəcdən keçirilməsi əsasında yaratmışdır. Keçmişin, öz dövrünün təlim-tərbiyə məsələləri üzrə təcrübəsini düzgün dərk etdiyindən, Nəsirəddin Tusi gələcək nəsillərin tərbiyəsinə ağıllı istiqamət vermək imkanına malik olmuşdur.

Nəsirəddin Tusi də bu yolla gedərək milli-mənəvi dəyərlərinizə və qüdrətli söz sahiblərinin fikirlərinə əsaslanaraq həm xalqımız üçün, həm də bütün dünya xalqları üçün səciyyəvi olan əxlaq tərbiyəsi sistemi yaratmışdır. N.Tusi, hər şeydən əvvəl, “əxlaq normaları” müəyyən etməyə cəhd göstərmişdir. Hansı ki, bu əxlaqi normalar uşaqların davranışının, ünsiyyətinin, insanlara, təbiətə, cəmiyyətə olan bütün münasibətlərinin tənzimlənməsinə xidmət edir.

Tusiyə görə insanın mənəvi ehtiyacları, mənəvi qüvvələri, kamalı, fəzilətli şərafətli fakir, əql, şüur və iradə vasitəsilə təmin və idarə edilir. Insanın xoşbəxlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir, əgər insan düzgün, ardıcıl, məqsədəuyğun xətlə hərəkət etsə, tədricən elm, mədəniyyət, bilik və hikmətə yiyələnsə, təkamülə qadir olan fitri istedadı hədləri aşaraq, onu bir mərtəbədən başqa bir mərtəbəyə, bir dərəcədən o biri dərəcəyə yüksəldər, dübbədüz gətirib arzu elədiyi məqsədə, ali məqama çatdırar. Lakin yaradıldığı fitri dərəcədə oturub qalsa, cilovu öz nəfsinin ixtiyarına versə, nəfsi onun aşağıya, heyvani mərtəbəyə sövq edər, yuxarıdan aşağıya yuvarladılan daş kimi az bir müddət ərzində onu rəzalət çirkabının ən dərin yerinə salar. Odur ki, deyiblər: “Nəfs elə bir şeydir ki, onu öz başına buraxsan alçaqlığa meyl göstərib bataqlığa batan, cilovlayıb istiqamət verən, fəzilət yüksəkliyini fəth edib kamala çatar”

Filosof Aristotel özünün “Əxlaq” və “Məqulat” əsərlərində demişdir ki, pis adamlar təlim və tərbiyə əsasında yaxşılaşa bilərlər, lakin bunun qəti və həmişə belə olacağını demək çətindir. Hər halda nəsihət, məsləhət, təlim, tərbiyə ardıcıl olsa və ədalətli tənbehlə əlaqələndirilsə, nəticəsiz qalmaz. Bəziləri var ki, çox tez tərbiyələnirlər və fəzilətin təsiri dərhal, vaxt gözləmədən özünü göstərir. Elələri də var ki, onların fəzilə doğru hərəkətləri, tərbiyəyə doğru sürətləri yavaş və ləng olur.

Əxlaq tərbiyəsi tərbiyəçinin rəhbərliyi ilə böyüyən nəsldə, ümumiyyətlə insanlarda cəmiyyətin müəyyən etdiyi əxlaq normaları və davranış qaydaları formalaşdırmaqla cəmiyyət üçün yaralı, öz hərəkət və münasibətlərini şüurlu sürətdə idarə edən şəxsiyyətlər formalaşdırma prosesidir. Onun məqsədi cəmiyyətin əxlaqi–ictimai tələblərinə javab verən insanlar, vətəndaşlar yetirməkdən ibarətdir. Əxlaq tərbiyəsi düzgün əxlaqi anlayışlar yaratmaq, bu anlayışlara müvafiq adətlər, rəftarlar formalaşdırmaq kimi vəzifələri yerinə yetirir.

Müşahidələr və aparılan tədqiqatlar göstərmişdir ki, əxlaqı nöqsana səbəb çox

vaxt onun mahiyyəti haqqında düzgün məlumatın olmamasıdır. Ona görə də əxlaq tərbiyəvi tərbiyə olunanlarda əxlaqi biliklər, məlumatlar və bu biliklərə istinad edən əxlaqi şür formalaşdırmasından başlandıqda daha səmərəli nəticə verir. Şüurlu sürətdə dərk edilmiş əxlaq norma və qaydaları insanları hər zaman və hər yerdə şüurlu sürətdə hərəkət etməyə məcbur edir. Şüurlu qavranılmış əxlaq insan davranışının tənzimləyicisinə çevrilir. Formalaşmış düzgün əxlaqi istiqamətlər insana həm özünü həm də başqalarının hərəkətlərini, davranışını təhlil edərək obyektiv qiymət vermə imkanı yaradır. Düzgün əxlaqi münasibətlər insanlara müxtəlif situasiya və vəziyyətlərdə vicdanla, etik normalara uyğun şüurlu seçim imkanı verir. Əxlaqi ideal əxlaqın şüurluluğunun xüsusi forması vacib tərkib hissəsi kimi təzahür edir. İdeal hər kəsin arzu etdiyi əxlaqi keyfiyyətlərə malik insan obrazlarıdır. Daha doğrusu şəxsin özünün olmaq istədiyi insan nümunəsidir. Yəni hər adam idealında gördüyü müsbət əxlaqi keyfəyyətləri özündə də yaratmağa, formalaşdırmağa çılışır. Əxlaqi anlayışlar aşılanması tərbiyənin ilk mərhələsindən başlanır, müxtəlif fəaliyyət sahələrində davam etdirilir. Belə ki, sistemli təlim və tərbiyə müəssisələrində çəmiyyətdə mövcud ümumi əxlaq normaları və onlara riayət etmənin zərurliyi aşılanır, izah edilir. Müxtəlif fəaliyyət sahələrində isə həmin fəaliyyət üçün zəruri olan əxlaqi keyfiyyətlər, hərəkətlər haqqında anlayışlar yaradılır. Məsələn istehsal əxlaqı, pedaqoqa verilən (həm orta həm də ali məktəb pedaqoqları) əxlaqi tələblər, tələbələrə verilən əxlaqi tələblər, diplomatiya əxlaqi, biznes əxlaqı, mədəni fəaliyyət əxlaqı və s. Bunlar isə müvafiq təhsil və fəaliyyət müəssisələrində köməkçi tərbiyəvi fəaliyyət vasitəsilə həyata keçirilir. Məsələn istehsalat əxlaqı istehsalat müəssisələrindəki mədəniyyət müəssisələrində keçirilən tərbiyə tədbirləri (əxlaqi söhbət, disput, ədəbi –bədii gecələr və s.) vasitəsilə çatdırılır və s.

Əxlaq tərbiyəsinin məzmununa ümumbəşəri dəyərlərlə yanaşı cəmiyyətdə mövcud olan birgə yaşayış qaydaları, yeni sosial və məişət münasibətləri də daxildir. Əxlaq ictimai şüur forması olduğuna görə onun məzmunu da cəmiyyətlə bərabər dəyişir, hər cəmiyyət özünün iqtisadi-ictimai tələblərinə uyğun əxlaq normaları, qaydaları müəyyən edir. Bu qaydalar bütün cəmiyyət üzvləri üçün zəruri-məcburi, hamı üçün

məqbul hesab edilən qaydalardır. Bu norma və qaydaların əksi, ona zidd hərəkətlər isə cəmiyyət üçün qeyriməqbul, hərəkətlər hesab olunub nə cəmiyyət, nə də ki, digər cəmiyyət üzvləri tərəfindən qəbul edilmir.

Əxlaq tərbiyəsinin məzmununa vətənpərvərlik, dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik tövazökarlıq insanlara humanist münasibət, onu əhatə edən mühitə – təbiətə qayğılı münasibət və s. daxildir.

Vətənpərvərlik – öz doğma vətəninə, ölkəsinə, diyarına məhəbbət, onun düşmənlərinə qarşı barışmazlıq ifadə olunan əxlaqı keyfiyyətlərdir. Bu aparıcı əxlaqi keyfiyyət olub digər əxlaqi keyfiyyətlərin əsasını qoyur. Belə ki hər bir müsbət əxlaqi keyfiyyətin əsasını öz millətinə, vətəninə, xalqına, doğma, kiçik kəndinə məhəbbət təşkil edir. Bütün müsbət keyfiyyətləri insanlara, vətəninə olan müsbət münasibətlər stimullaşdırır. Vətənpərvərlik tarixi anlayışdır. Xalqın, insanların vətənpərliyinin əsasını onların yaşadığı, fəaliyyət göstərdiyi vətənə, onları qoruyan, müdafiə edən, maddi vəziyyətini yaxşılaşdırmağa, fəaliyyətinin mədəni səviyyəsini yüksəltməyə çalışan dövlətə, ictimai quruluşa məhəbbət, müsbət münasibət təşkil edir.

Vətənpərvərlik tərbiyəsi insanın yaşadığı mikro mühitdən, doğma ata yurdunu, kəndini, gücə və şəhərini sevməkdən başlayır. Bu məhəbbət böyük vətənə, onu qoruyan dövlətə yaradılacaq məhəbbətin əsasını təşkil edir.

Milli vətənpərvərlik tərbiyəsi sistemli təlim müəssisələrində təlim və dərsdənkənar tədbirlər vasitəsilə həyata keçirilir. Məsələn tarix dərslərindən xalqın keçdiyi şərəfli tarixi yolu, müharibələrdə qələbə və məğlubiyyətini, onların səbəblərini və s. öyrənərkən öyrənənlərdə doğma vətənlərinə məhəbbət, onun suverenliyi, müstəqilliyi üğründa mübarizlik, düşmənlərinə qarşı nifrət, milli sayıqlıq hissləri tərbiyə olunur. Kimya, biologiya, coğrafiya dərslərində ölkənin malik olduğu təbii sərvətləri öyrənməklə onlarda milli iftixar hissi və s. tərbiyə olunur.

Əməyə və əmək adamlarına şüurlu münasibət də əxlaq tərbiyəsində əsaslı yer tutur. Əmək tərbiyəsinin sosial–ictimai tərəfini insanların əmək fəaliyyətinin əsasını vətənin xeyrinə şüurla çalışması; əməyi birinci və əsaslı yaşayış vasitəsi kimi dərk etməsi; bütün əmək növlərinə məhəbbət və hörmət, şüurlu fəaliyyət növü seçmək və s. təşkil edir. Əvvəlcə evdə, sonra isə məktəbdə müxtəlif fəaliyyət növləri ilə məşqul olan hər bir insan belə bir qənaətə gəlməlidir ki, həyatda hamı hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmalı, xalq təsərrüfatının bu və ya digər sahəsində çalışmalıdır. Bu tələb hər bir insan üçün məcburi həyati tələbdir.

Əməyə şüurlu münasibət tərbiyəsi dedikdə hər kəsin öz əmək fəaliyyətinə vicdanla yanaşması, doğruculuğu, düzlüyü, işində yaradıcılığı nəzərdə tutulur.

İşinə vicdanla yanaşmaq həmçinin hər kəsdən fəaliyyət zamanı ciddi cəhd, dözümlülük, hövsələ tələb edir. Əməyə düzgün münasibətin ictimai – əxlaqi cəhətini düzgün peşə seçmə təşkil edir. Bu isə insanların əməyə şüurlu münasibəti ilə bağlıdır. Müasir xüsusi sahibkarlıq dövründə əməyə belə şüurlu münasibət, imkan, maraq və bacarıqdan asılı olaraq peşə seçmə xüsusilə vacibdir. Tərbiyə olunanların diqqəti özünün fiziki və intelektual səviyyəsinə yönəldilməli, hər kəs özünün malik olduğu fiziki və əqli imkanlarını obyektiv qiymətləndirməsi bacarmalıdır. Peşə seçməyə də məhz bu imkanlar baxımından yanaşılmalıdır. Hər kəs elə peşə seçməlidir ki, həmin peşə ilə həm özünə, həm də cəmiyyətə fayda verə

bilsin. Çünki Sovetlər birliyi dövründə peşə seçmə nisbətən şablon və marağın nəzərə alınmaması şəklində həyata keçirdi. Məsələn, orta ümumtəhsil məktəblərini bitirən hər kəs mütləq ali məktəbə daxil olmalı idi. Bu münasibətə ictimai rəy çox güclü idi. Ona görə də orta məktəbi bitirən hər bir gənc mütləq ali məktəbə daxil

olmağa çalışırdı. Burada ön planda ali məktəbə daxil olma gedirdi. Seçilmiş sahədə faydalı əmək isə arxa plana keçirdi. Bu isə istehsalatda durğunluq yaranmasına, əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olurdu.

Əxlaq tərbiyəsinin mühüm komponentlərindən biri də intizamlıdır. İntizam tərbiyəsi əxlaq tərbiyəsinin qiymətli, əhəmiyyətli və vacib keyfiyyətidir. Belə ki, intizam insanın bütün fəaliyyətinin ilk göstəricisidir.

Ona görə də hələ tərbiyənin ilk mərhələsində onun səmərəli şəkildə formalaşmasına ciddi fikir verilir. İntizam yaşından asılı olmayaraq hər kəsin özünün–özünə rəhbərliyi, fəaliyyətinin şüurlu istiqamətidir.

Humanizm mühüm əxlaqi keyfiyyətdir. Bu, başqa insanlara, onların əməyi, fəaliyyəti, şəxsiyyətinə hörmət üzərində qurulur. Şəxsiyyətin hərtərəfli inkişafı şərtlərindən biri də humanistlikdir. Humanizm dedikdə həm də başqa insanların xoşbəxtliyi uğrunda mübarizə, onların istedad, bacarıq və yaradıjclıq qabiliyyətlərinin üzə çıxarılması, inkişafı üçün şərait yaratmaq, insanlar arasında səmimi münasibətlər yaratmaq da başa düşülür. Humanist münasibətlər bütün insanlara ictimai mövqeyindən asılı olmayaraq bərabər hüquqlu şəxslər kimi baxmaq: insanların ehtiyaclarına diqqətli olub onlara kömək etmək: insanların qəlbinə dəyməmək – onlara qarşı diqqətli olmaq; başqalarını anlamaq, başa düşmək bacarığı və hövsələsi; zəifləri müdafiəyə hazır olmaq və s. daxildir. Bu münasibətlər insanların bütün həyat boyunca onlara aşılanmalıdır. Humanizmin əsasını başqalarına hörmət və qayğıkeşliklə yanaşmaq təşkil edir.

Başqalarına hörmətlə yanaşan insanlarda isə özündən razılıq, başqalarına yuxarıdan aşağı baxma münasibətləri olmur, onlar yüksək ünsiyyət mədəniyyətinə malik olurlar.

Başqalarını incitməmək, təhqir etməmək, onlar üçün arzu olunmaz vəziyyət yaratmamağa əsaslanan diqqətlilik insanlara əmək sevərlilik kimi yanaşma özü insanı yuxarıda qeyd edilən şəkildə hərəkət etməyə məcbur edir.

Dözümlülük və genişürəklilik insanlarda başqalarının zəif cəhətlərini, çətinliklərini başa düşərək onları bağışlamaq haqqında pis fikrə düşməmək münasibətləri formalaşdırılır. Bura həmçinin başqalarının çətinliklərini vaxtında görüb hiss edərək ona imkan dairəsndə kömək etmək, heç olmazsa dərdinə şərik olmaq da daxildir. Bu münasibətlər insanlarda kiçik yaşlarından formalaşdırılmalıdır, əks halda onlarda başqalarına, onları əhatə edən insanlara qarşı etinasızlıq və qəddarlıq yarana bilər.

Humanizmin mühüm tərkib hissələrindən biri də zəifləri müdafiə etməkdir. Bu uşaqlarda kiçik yaşlarından başlanır və əvvəlcə heyvanları, bitkiləri qoruma, göcalara, analara kömək formalarından başlayaraq getdigcə mürəkkəbləşən işlər şəklində aparılır. Humanist münasibətlər tərbiyənin digər tərkib hissələri kimi sistemli təlim-tərbiyə müəssisələrində paralel şəkildə həmçinin təhsil müddəti bitdikdən sonra müxtəlif müəssisə və təşkilatlarda da aparılır. Yaşlı insanlar və gənclərlə tərbiyənin bu sahəsində işlər mədəniyyət müəssisələrində, pedaqoji gerçəkliyin digər sahələrində daha geniş şəkildə aparılır. İdarə və müəssisələrdə ayrı-ayrı tədbirlərin tərkibində verilir. Məsələn, mədəniyyət və ya ayrı-ayrı fəaliyyət sahələrində başqa xalqlara, millətlərə zorakılıq (həmin dövrdə real şəkildə mövcud olan) aktlarına qarşı etiraz tədbirlərində, xəstələrə, qaçqın və köçkünlərə,

Comments are closed, but trackbacks and pingbacks are open.