Press "Enter" to skip to content

SON DƏQİQƏ

XƏRABAT

Qılınc və Qələm

İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvi.

İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu «Qılınc və qələm», şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.

  • Marka Qanun Nəşriyyatı
  • Məhsul Kodu 3234
  • Anbardakı sayı 6
  • Qiyməti 9,99 AZN
  • Çatdırılma vaxtı 48 saat

SON DƏQİQƏ

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları ilə birgə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının müzakirəsi keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, universitetdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən kitabların müzakirəsinin keçirilməsi artıq ənənə şəklini alıb. Vurğulanıb ki, bu roman həm Azərbaycan tarixinin öyrənilməsi, həm də ədəbiyyatımızda Nizami dövr yaradıcılığına qiymət vermək cəhətdən dəyərli bir əsərdir.
Sonra M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında 2015-ci il 27 iyul tarixli Sərəncamına əlavələr etməklə 2019-cu il 3 aprel tarixində hamiliyə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında Sərəncam imzalayıb. Universitetdə mövcud olan Jurnalistika və kitabxanaçılıq kafedrasının fəaliyyət göstərməsinin muxtar respublikada kitabxanalara olan kadr ehtiyacının təmin edilməsində əhəmiyyəti vurğulanıb.
“M.S. Ordubadinin həyat və yaradıcılığı” haqda Mərkəzi Kitabxananın metodika və biblioqrafiya şöbəsinin böyük kitabxanaçısı Nuriyyə Mədətova ədibin həyat və fəaliyyəti haqda ətraflı məlumat verib.
“Qılınc və qələm” romanında tarixi həqiqətlər və Nizami obrazı” adlı çıxışında Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmış şöbəsinin müdiri Heyran Ələsgərova qeyd edib ki, əsər Nizami dövründə geniş təbəqələrin vəziyyətini, ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsənətini, sənətkarları, dövlət xadimlərini, xalqın azadlıq mübarizələrini əks etdirən bir romandır. Ordubadi əvvəlki romanlarından fərqli olaraq daha uzaq keçmişdən bəhs etdiyindən burada ətraflı tədqiqat işi aparılıb. Əsər külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılıb. Diqqətə çatdırılıb ki, tarixi sənədliliklə bədii təxəyyülü romanda ustalıqla əlaqələndirən yazıçı digər tarixi romanlarına nisbətən “Qılınc və qələm”də yazıçı surətlərin təqdimində daha sərbəst hərəkət edib.

Məmməd Səid Ordubadi: Qılınc və qələm

Здесь есть возможность читать онлайн «Məmməd Səid Ordubadi: Qılınc və qələm» — ознакомительный отрывок электронной книги совершенно бесплатно, а после прочтения отрывка купить полную версию. В некоторых случаях присутствует краткое содержание. категория: foreign_contemporary / на азербайджанском языке. Описание произведения, (предисловие) а так же отзывы посетителей доступны на портале. Библиотека «Либ Кат» — LibCat.ru создана для любителей полистать хорошую книжку и предлагает широкий выбор жанров:

Выбрав категорию по душе Вы сможете найти действительно стоящие книги и насладиться погружением в мир воображения, прочувствовать переживания героев или узнать для себя что-то новое, совершить внутреннее открытие. Подробная информация для ознакомления по текущему запросу представлена ниже:

Qılınc və qələm
Азербайджанский
Рейтинг книги:
Добавить книгу в избранное
Ваша оценка:

  • Описание
  • Другие книги автора
  • Правообладателям
  • Похожие книги

Qılınc və qələm: краткое содержание, описание и аннотация

Предлагаем к чтению аннотацию, описание, краткое содержание или предисловие (зависит от того, что написал сам автор книги «Qılınc və qələm»). Если вы не нашли необходимую информацию о книге — напишите в комментариях, мы постараемся отыскать её.

Məmməd Səid Ordubadinin tarixi romanlarından sonuncusu olan “Qılınc və qələm”də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılıb. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanda iki qəhrəmana daha geniş yer verilib: bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir. Roman iki hissədən ibarətdir. Bu kitabda hər iki hissə öz əksini tapıb.

Məmməd Səid Ordubadi: другие книги автора

Кто написал Qılınc və qələm? Узнайте фамилию, как зовут автора книги и список всех его произведений по сериям.

Məmməd Səid Ordubadi

Эта книга опубликована на нашем сайте на правах партнёрской программы ЛитРес (litres.ru) и содержит только ознакомительный отрывок. Если Вы против её размещения, пожалуйста, направьте Вашу жалобу на info@libcat.ru или заполните форму обратной связи.

Orxan Kamal
Gülxanım Fətəliqızı
Məhəmməd Əmin Rəsulzadə
Pənahi Makulu
Yusif Vəzir Çəmənzəminli
Məmmədəli ƏSGƏROV

Qılınc və qələm — читать онлайн ознакомительный отрывок

Ниже представлен текст книги, разбитый по страницам. Система сохранения места последней прочитанной страницы, позволяет с удобством читать онлайн бесплатно книгу «Qılınc və qələm», без необходимости каждый раз заново искать на чём Вы остановились. Поставьте закладку, и сможете в любой момент перейти на страницу, на которой закончили чтение.

Məmməd Səid Ordubadi

Qılınc və qələm

(roman)

BİRİNCİ HİSSƏ

XƏRABAT

Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.

Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən, aranlıları səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.

Bu gün Atabəyin qasidi Gəncəyə gəlmişdi. Eyni zamanda illər uzunu cəbhələrdə yaşayan Aran ordusu Arana qayıdırdı. Gəncə hakimi Əmir İnanc bu qələbənin böyük bir şadlıqla qarşılanması üçün Gəncə xalqına qəti fərman vermişdi. Xalq cəbhədən qalib bir surətdə qayıdan ordunu qarşılamaq üçün küçələrə çıxmışdı. Lakin çoxları öz oğul və qardaşlarını qalib qayıdan ordunun cərgəsində görmürdü. Mizraqdan, nizə və qılıncdan salamat qurtaranların çoxu aclıqdan və xəstəlikdən məhv olmuşdu. Matəm və kədəri qələbənin saxta və aldadıcı pərdəsi ilə gizlətməyə çalışanlar küçələrdə böyük bir fəaliyyət göstərirdilər. Nə ağlamağa, nə də ölənlərdən danışmağa imkan var idi. Bu barədə Gəncə hakimi qəti tapşırıq vermişdi. Gəncə xalqına ancaq küçələrə çıxmaq və ‘‘Yaşasın Atabəy Məhəmməd! Yaşasın zəfər!” − deyə qışqırmaq icazəsi verilmişdi.

Qəlbində ağlayanların hamısı yuxarıdakı kəlmələri təkrar edir və qışqırırdı, çünki bu kəlmələri təkrar etməyənlər təqib edilir və adları siyahıya alınıb hökumətə təqdim olunurdu.

Evindən çıxmayanlar ağac və qamçı zərbələri altında küçələrə çıxarılırdı. Əyinində təzə paltarı olmayanlar geri qaytarılır və təzə paltar geyindikdən sonra təkrar küçələrə çıxarılırdı. Ruhanilər, xətiblər dəstələrin qabağına düşüb Quranda yazılan zəfər ayələrini bir-birinin dalınca oxuyurdular. Hər kəs hökumət məmurlarının yanından keçdiyi zaman özünü şad göstərməyə və kədərini gizlətməyə çalışırdı, lakin hər kəs ‘‘yaşasın zəfər” sözünü ancaq hökumət məmurlarının və hökumətə casusluq edənlərin yanından keçəndə qışqırırdı.

Minlərcə Azərbaycanlının məhvi üzərində qurulmuş olan bu qələbənin bütün xalqın yox, ancaq bir nəfərin qələbəsi olduğunu xalqın simasından sezmək olurdu.

Küçələrə çıxanların içərisində iki gənc − İlyasla Fəxrəddin də var idi. Gəncə mühitini titrədən bu süni şadlığı görüncə bu iki yoldaşın ürəyində Atabəy Məhəmmədə və onun Gəncə hakimi Əmir İnanca qarşı dərin bir nifrət oyandı. Gənc İlyas küçələrdən sel kimi axıb Məlikşah meydanına tərəf gedən xalqı Fəxrəddinə göstərib dedi:

− Sən mənə boğazdan yuxarı ‘‘yaşasın” deyən bu xalqın içərisində bir nəfər də olsun xoşbəxt olan və Atabəy Məhəmmədin xoşbəxt olmasını istəyən adam göstərə bilərsənmi?

Fəxrəddin çox yavaşdan cavab verdi:

− Öz hökmranlığını möhkəmlətmək üçün onlar nə iraqlılardan, nə də iranlılardan istifadə edə bilərdilər. Buna görə də hər bir müharibədə azərbaycanlılar iştirak etməli və məhv olmalıdırlar.

Gənc İlyas ətrafını gözdən keçirərək yavaşdan dedi:

− Azərbaycan xalqı qırılıb azaldıqca məmləkətdə ərəb-fars nüfusu çoxalmaqdadır.

İlyasla Fəxrəddin bu sözləri danışa-danışa Toğrul bəy küçəsindən El Arslan və Məsudiyyə küçələrinə girir və Sultan Səncər camesinin qarşısındakı Məlikşah meydanına yaxınlaşırdılar.

Əhali meydanda durub Gəncə xətibinin gəlməsini gözləyirdi. İlyasla Fəxrəddin də məscidin qapısı qarşısındakı hovuzun yanında dayandılar və xətibi gözləməyə başladılar.

Fəxrəddin fikirli halda başını qaldırıb İlyasa dedi:

− Bəli, indi bu saat gələcək, Təbriz və Marağa fəthini elan edəcək, əvvəlcə xəlifənin, sonra da Toğrul və Atabəy Məhəmmədin adına xütbə oxuyacaqdır. Eyni zamanda təzə bir müsibətin elanını da verəcəkdir.

İlyas Fəxrəddinə əyri bir nəzərdə baxıb soruşdu:

− Nə kimi müsibət?

− Atabəy Rey məmləkətinə hücum etməyə hazırlaşır. Rey hakimi səlcuqilər zamanından bəri Atabəylərə verdiyi vergidən boyun qaçırıbdır. Lakin bu müharibə qorxulu bir müharibədir. Çünki Rey hakimi öz ağzı ilə yox, Xarəzm şahlarının ağzı ilə danışır. Gec-tez onlar Rey məmləkətini öz əllərinə alacaqlar.

İlyas yenə də ona sual verdi:

− Sən buna nə cür baxırsan?

− Nə cür baxacam? Azərbaycan torpağı deyil ki, müdafiə edək.

İlyas etiraz edərək dedi:

− Mən səndən bir qardaş kimi rica edirəm, bu fikrini başqalarının yanında demə, çünki tamamilə yalnış bir fikirdir.

Fəxrəddin təəccüblə soruşdu:

− Bu fikrin yalnışlığı harasındadır?

− Doğrudur, Rey bizimki deyil, Həmədan necə? Bizimdir, ya yox?

− Bizimdir, Azərbaycanın qədim paytaxtıdır.

− Elə isə onu bilməlisən ki, Rey Azərbaycan atabəylərinin əlində olmazsa, Həmədanı saxlamaq mümkün deyil, çünki bir çox hadisələrdə reylilərin Qəzvini əldə etdiyi və Təbrizlə Həmədanın əlaqəsinə maneə törətdiyi görülmüşdür. Heyif ki, mən qılınc və mizraq işlətmək işində savadsızam. Buna görə də sənə bir məsləhət görəcəyəm. İndi ki qılınc və mizraq işlətməyə, ox və kaman işlərilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Mən də qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır.

İlyasla Fəxrəddin bu söhbətləri edərkən Gəncə xətibi öz müridləri ilə Gəncə hakimi Əmir İnanc da öz əsgər və qulamları ilə bərabər Məlikşah meydanına daxil oldular. Lakin bunlar xalq tərəfindən çox da təntənə ilə qarşılanmadı.

İlyasla Fəxrəddin də əhaliyə qoşulub Səncər məscidinə daxil oldular. Xətib minbərə çıxıb birinci növbədə, Atabəy Məhəmmədin Marağa və Təbriz altındakı müharibələrdə qazandığı qələbənin xəbərini verdi. Lakin bu xəbər xalqı tərpədə bilmədi; əhali bu xəbəri çox soyuqqanlıqla qarşıladı. Xətib xəlifə və Atabəy Məhəmmədə dua etdiyi zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mənfi münasibət bir daha özünü göstərmiş oldu. Dualara qarşı deyilən “Amin… Amin!” kəlmələri də ürəkdən yox, boğazlardan çıxırdı. “Amin” səsləri o qədər zəif idi ki, camenin mərmər sütunları və qövsi tağları altında itib gedirdi. Ürəkdən “amin” deyənlər ancaq xətibin müridləri və Əmir İnancın nökərləri idi.

Bu vəziyyət həm Gəncə xətibinə, həm də Əmir İnanca çox pis təsir bağışladı.

Comments are closed, but trackbacks and pingbacks are open.