Qloballaşma və deqloballaşma: dünya yeni risklər zonasında
Qeyd edilib ki, yoluxucu xəstəliklər təkamül nəticəsində insan və heyvan orqanizmində parazit həyat tərzi keçirməyə uyğunlaşan mikrocanlılar tərəfindən törədilir. Onların törətdiyi xəstəliklər biomüxtəifliyin formalaşdığı andan baş verib, zaman-zaman insanların kütləvi şəkildə məhvinə səbəb olub. Koronavirus pandemiyasında dünya dövlətlərinin, xüsusən də inkişaf etmiş ölkələrin öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməməsi buna əyani misaldır. Cəmiyyətin gələcək inkişafının davamlı olması üçün bu günün reallıqlarından ciddi nəticə çıxarılmalı, mövcud olan hər bir şeyə yenidən baxılmalı, təkmilləşdirilməsi və yenilərinin yaradılması zəruridir. Bu özünü ilk növbədə təhsildə və elmdə büruzə verməlidir. Çünki təhsilsiz və elmsiz heç bir dövlətin inkişafının uzunmüddətli olması real deyil. Digər tərəfdən, son hadisələr göstərdi ki, hətta elmə, təhsilə böyük əhəmiyyət verən dövlətlər də çarəsiz duruma düşə bilər. Bunu da təbii hesab etmək olar, çünki insanlar hələ də təbiətin və təbiət hadisələrinin qarşısında dayanmaq üçün bütün vasitələrə malik deyil və indiki halda hadisələrdən düzgün nəticə çıxarmaq, mümkün ola biləcək təhlükələri proqnozlaşdırmaq və onlardan qorunmaq üçün alternativ variantlı sistemlər hazırlanmalıdır. Bu özünü ilk növbədə elmdə göstərməli və aşağıda qeyd olunan məsələləri əhatə etməlidir:
Azərbaycan Milli Elmlər Akademiyası
Qloballaşma və pandemiya: problemlər və çıxış yolları
XXI əsrdə qloballaşma prosesi cəmiyyət həyatının bütün sahələrinə təsir göstərir. Beynəlxalq inteqrasiyanın, sərbəst hərəkətliliyin və sərhədlərin nisbətən açıq olmasının nəticəsi kimi səhiyyə məsələləri və insan xəstəlikləri də qlobal xarakter alır və bu faktın nəzərə alınmaması gözlənilməz fəsadlara yol aça bilər. Digər tərəfdən, elmi kəşflərin ikili xarakteri, yəni insan həyatının müxtəlif sahələri üçün əhəmiyyət daşıyan nailiyyətin, eyni zamanda, bütün dünyanı sarsıda biləcək vasitə ola bilməsi günümüzün reallıqlarındandır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademiyanın müxbir üzvü Pənah Muradov söyləyib. O bildirib ki, bu gün dünyanın heç bir ölkəsi özünü sosial-iqtisadi böhranlardan, hər hansı xəstəliyin yayılmasından sığortalanmış hesab edə bilməz. Bu, bir sıra səbəblərdən irəli gəlir:
-Dünya əhalisinin sayının artması ilə əlaqədar olaraq təbiətə insan müdaxiləsinin genişlənməsi, yaşayış yerimizin ümumilikdə antropogen transformasiya olunmuş bir ekosistemə çevrilməsi və bunun nəticəsində Yer üzərində olan canlıların, o cümlədən müxtəlif xəstəlik törədicilərinin də proqnozlaşdırılmayan dəyişikliklərə məruz qalması;
-İnsanların hərəkətliliyinin, miqrasiya proseslərinin dünya miqyasında həddindən artıq dinamiki xarakter daşıması;
-Müxtəlif, o cümlədən bioloji xarakterli eksperimentlərin sınaqdan keçirilmə yeri kimi lokal müharibələrin, hərbi münaqişələrin davam etməsi;
-İnsanların heyvanlara, xüsusən də vəhşi təbiətə aid olanlara münasibətinin dəyişilməsi, təmasın çoxalması və qida kimi qeyri-ənənəvi zooloji varlıqlardan istifadə hallarının genişlənməsi;
-Dünya ölkələrinin sosial, demoqrafik və sanitar-gigiyenik vəziyyətində kəskin fərqlərin mövcudluğu və əksər hallarda onların arzu edilən səviyyədən uzaq olması;
-Biotexnologiyanın məhsulu olan orqanizmlərin məhsuldarlığının aşağı düşməsi, yenilərinin tapılması səbəbindən bəzi ştamm-produsentlərin təbiətə daxil olması nəticəsində bioloji çirklənmə tendensiyasının yüksəlməsi və s.
P.Muradov bildirib ki, COVID-19 pandemiyasının yayılması ilə bağlı bir sıra versiyalar (heyvandan insana keçməsi, təbii mutasiya, bioloji silah və s.) olsa da, biz onlardan hələ ki rəsmi hesab edilə biləcək istiqamət üzərində məsələyə aydınlıq gətirməyə çalışaq. Qeyd edilir ki, virus heyvandan (yarasadan, ilandan və s. zooloji varlıqdan) insana keçib və pandemiyaya səbəb olan xəstəliyi törətməyə başlayıb. Bu heyvanların hamısı dünyanın bəzi ölkələrində insanlar tərəfindən yeyilir və ya onların məhsulları xalq təbabətində geniş istifadə olunur.
Qloballaşmanın yuxarıda sadalanan reallıqları dünyada yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradır. Deməli, pandemiyanın baş verməsi nəzəri baxımdan gözlənilən idi. Eyni zamanda, xəstəlik dünyada gözlənilməz və fərqli bir mənzərə yaratdı. Maraqlıdır ki, bu mənzərədə zəif də olsa, bir asılılıq müşahidə olundu: dövlətin inkişaf səviyyəsi ilə pandemiyaya adekvat münasibət arasında tərs mütənasiblik. Bu gün hamıya məlumdur ki, pandemiya ən ağır şəkildə özünü ABŞ və Avropanın İtaliya, İspaniya, Fransa, İngiltərə, eləcə də Almaniya kimi aparıcı dövlətlərinin nümunəsində ortaya qoydu. Gözlənilənlərin əksinə olaraq, bir sıra orta səviyyəli dövlətlər pandemiyaya qarşı müdafiə tədbirlərinin görülməsində daha çeviklik göstərməklə təhlükənin geniş yayılmasının qarşısını almağa, daha dəqiqi, hələ ki nəzarət altında getməsinə nail ola bildilər. Əminliklə demək olar ki, Azərbaycanda da bu məsələyə münasibət vaxtında verilən reaksiya ilə müsbət mənada inkişaf etdi. Belə ki, ölkə Prezidentinin pandemiyanı cilovlamaq və epidemiyanın yayılmasını dayandırmaq məqsədilə verdiyi tapşırıqlar və bunlar əsasında görülmüş tədbirlər sayəsində ölkənin səhiyyə sisteminin hətta ABŞ və Avropanın aparıcı ölkələri ilə müqayisədə belə zəif görünməməsinə imkan verdi. Qabaqlayıcı tədbirlərin hesabına ciddi təhlükənin geniş şəkildə yayılmasının qarşısı hazırkı mərhələdə uğurla alındı və bu istiqamətdə fəaliyyətin davam etdirilməsi Azərbaycanın bu bəladan minimal itkilərlə çıxmasına nail olacağına ciddi inam yaratdı.
Bütün qeyd olunanlar, yaşayıb gördüklərimizin təhlili bir sıra ümumiləşmələr aparmağa imkan verir. Bu pandemiya dünyada bir sıra problemləri üzə çıxardı:
-Qloballaşmanın genişlənməsi fəsadlar doğurur, dövlətüstü birliklər (məsələn, Avropa Birliyi) hər hansı yoluxucu xəstəliyin pandemiya mərhələsinə keçməsi təhlükəsinin qarşısını almağa qadir deyil;
-İnsanların yaşayış şəraitinə, rifahının yüksəkliyinə görə etalon kimi təqdim edilən Avropa standartları əslində zəifdir və həmin ölkələrdə inkişaf insanların təhlükəsizliyini təmin edəcək istiqamətdə getmir;
-Bu və ya digər dövlətüstü qurumlara daxil olan ölkələrdə müvafiq birlikdən asılı olmayan lokal kommunikasiya, təchizat və təminat sistemlərinin olması zəruridir.
-Bu gün əsaslı vəsait qoyulan bir sıra sahələrin, xüsusən də hərblə bağlı olanların pandemiya şəraitində yalnız dünyasını dəyişən insanların dəfninə yardım üçün bəzi texnikaları istifadəyə yararlıdır.
Beləliklə, bu gün yaşadığımız dünyanın reallığı ondan ibarətdir ki, istənilən ölkədə ya yeni, ya yenidən təbiətə qayıdan, ya da yeni ekoloji adaptasiya imkanı əldə edən mikrocanlıların törətdiyi təhlükəli xəstəliklər baş verə, yoluxmadan epidemiyaya, ondan da pandemiyaya keçə bilər.
Qeyd edilib ki, yoluxucu xəstəliklər təkamül nəticəsində insan və heyvan orqanizmində parazit həyat tərzi keçirməyə uyğunlaşan mikrocanlılar tərəfindən törədilir. Onların törətdiyi xəstəliklər biomüxtəifliyin formalaşdığı andan baş verib, zaman-zaman insanların kütləvi şəkildə məhvinə səbəb olub. Koronavirus pandemiyasında dünya dövlətlərinin, xüsusən də inkişaf etmiş ölkələrin öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməməsi buna əyani misaldır. Cəmiyyətin gələcək inkişafının davamlı olması üçün bu günün reallıqlarından ciddi nəticə çıxarılmalı, mövcud olan hər bir şeyə yenidən baxılmalı, təkmilləşdirilməsi və yenilərinin yaradılması zəruridir. Bu özünü ilk növbədə təhsildə və elmdə büruzə verməlidir. Çünki təhsilsiz və elmsiz heç bir dövlətin inkişafının uzunmüddətli olması real deyil. Digər tərəfdən, son hadisələr göstərdi ki, hətta elmə, təhsilə böyük əhəmiyyət verən dövlətlər də çarəsiz duruma düşə bilər. Bunu da təbii hesab etmək olar, çünki insanlar hələ də təbiətin və təbiət hadisələrinin qarşısında dayanmaq üçün bütün vasitələrə malik deyil və indiki halda hadisələrdən düzgün nəticə çıxarmaq, mümkün ola biləcək təhlükələri proqnozlaşdırmaq və onlardan qorunmaq üçün alternativ variantlı sistemlər hazırlanmalıdır. Bu özünü ilk növbədə elmdə göstərməli və aşağıda qeyd olunan məsələləri əhatə etməlidir:
-Yoluxucu xəstəliklərin, onların törədicilərinin müəyyən edilməsi, nəzarətə götürülməsi, qarşısının alınması və bunların təşkili üçün adekvat və etibarlı maliyyə mənbələrinin yaradılması;
-İnsanların yeni şəraitə uyğun problemləri dərk etməsi və ona müvafiq davranışlarının dəyişilməsini tənzimləyən yeni hüquqi və sanitar-gigiyenik yanaşmalar hazırlanması.
Pandemiya gündəmdə olan bioloji təhlükəsizlik məsələsinə və buna müvafiq bəzi elm sahələrinin, ilk növbədə mikrobiologiya və virusologiyanın inkişafına yenidən baxılmasını da zəruriləşdirib. Çünki bu elm sahələrinin obyektləri əsrlərdir ki, insanların məhv olmasına səbəb olan “qızdırma”nın törədicisi olan canlılardır.
P.Muradov qeyd edib ki, hazırda Yer kürəsində məlum canlıların növ sayı 2 milyona yaxın olsa da, onun 8-9 milyon və daha çox olması ehtimal edilir. Yəni canlıların, ən yaxşı halda, 20 faizi qeyd olunub. Bu göstəricinin mikrocanlılarda daha az, yəni 5-10 faiz təşkil etməsi fərz edilir. Bu fakt da onu deməyə əsas verir ki, biz hələ təbiətdə mövcud olan canlıların, xüsusən də onların xəstəlik törətməyə qabil olan növlərinin az bir hissəsinin xüsusiyyətləri haqqında elmi məlumatlara malikik. Odur ki, dünyanın qarşılaşdığı bu cür vəziyyətlərdən, ilk növbədə, yoluxucu xəstəliklərin törəməsinə səbəb olan virus, bakteriya, göbələk və protistlərin fundamental şəkildə hərtərəfli tədqiqi hesabına çıxılmasının mümkünlüyünə alternativ yoxdur. Qeyd edilən problemə Azərbaycan Respublikasında da dövrün tələblərinə uyğun yenidən baxılması, ölkədə ən müasir texnologiyalarla, o cümlədən molekulyar səviyyədə mikrobioloji və virusoloji tədqiqatların aparılması və gücləndirilməsinə ciddi dəstək verilməsi gələcəkdə baş verə biləcək analoji təhlükələrdən yaranan fəsadların qarşısının daha az itki ilə alınmasına zəmin yaradardı.
Qloballaşma və deqloballaşma: dünya yeni risklər zonasında
Bütövlükdə belə bir fikir mövcuddur: hazırda dünyanı təhdid edən ciddi qlobal risklər meydana gəlib. Onları aradan qaldırmaq üçün xeyli əmək sərf etmək lazım olacaq. Belə bir vəziyyətin yaranma səbəbləri də fərqli göstərilir. Son Davos İqtisadi Forumunun əsas devizinin dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formalaşması ilə bağlı olması heç də təsadüfi deyil. Mütəxəssisləri dünyada geosiyasi nizamın yeni beynəlxalq qaydalar və prinsiplər əsasında yenidən formalaşdırılması çox maraqlandırır. Bəs hansı səbəblərdən bu məqsədə hələlik nail olmaq mümkün olmur? Başlıca faktorlar hansılardır? Davos Forumu işığında bu kimi suallara təhlili cavab üzərində geniş dayanmağa ehtiyac gördük.
Dünya nizamsızlığı: bəşəriyyət üçün təhdidlər artır
Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, Davosdakı çıxışı zamanı Hindistanın keçmiş sənaye və ticarət naziri Kamal Nat belə bir tezis səsləndirib: “Yeni dünya nizamı qlobal nizamsızlıqdır və bu, heç də yalnız ticarətdə deyil”. Bir sıra ekspertlər bunu yeni fikir kimi təqdim edirlər, ancaq, əslində, bir neçə dəfə deyilmiş tezisdir. Məsələnin qayəsi də kimin tərəfindən nəyin ifadə edilməsi ilə bağlı deyil. Problem müasir dünyada qloballaşma ilə deqloballaşma (yəni antiqloballaşma) arasında nisbətin kəskin surətdə dəyişməyə meylli olması ilə bağlıdır. Konkret desək, mütəxəssislər hesab edirlər ki, dünya birləşməkdən çox parçalanmağa meyllənib. Bunu təsdiq edən çoxlu sayda nümunələr də gətirilir. Onlar ticarətlə yanaşı, siyasəti, geosiyasəti, mədəniyyəti, ideologiyanı və başqa sahələri əhatə edir. Davos İqtisadi Forumunun əsas mövzusunun da dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formalaşmasına həsr olunması ritorika xatirinə edilməyib. Burada çağdaş dünyamızda müşahidə edilən və bütövlükdə qlobal mühitdə özünü göstərən geosiyasi proseslərin məzmunu ümumiləşdirilib.
Maraqlıdır ki, Avropa, Rusiya, Çin və başqa böyük güclərin ekspertləri bu barədə analizlər aparır, ancaq günahı hər biri başqasında axtarır. Yəni obyektiv araşdırma ilə dünyanı təhlükəyə sürükləyən faktorların analizini aparmağı ya istəmirlər, ya da onu gizlədirlər. Qərb ekspertləri Rusiya və Çini, sonuncular isə qərbliləri günahlandırırlar. Bununla da sanki “dairə qapanır”: təhdidlər artır, parçalanmalar, uçurumlar dərinləşir və real proqramlar həyata keçirilmir.
Zaman isə dayanmır. Meydana öncələr görünməyən yeni-yeni təhdidlər çıxır. Deqloballaşma tədricən qloballaşmanı üstələyir. Bu məsələnin müzakirə edildiyi Davos Forumunda böyük dövlətlərin iştirakına baxaq. ABŞ Prezidenti, ümumiyyətlə, bu tədbirdə iştirak etmədi. Bundan başqa, hesab edilir ki, Forumda dördüncü sənaye inqilabının başlıca tezis kimi seçilməsi, əslində, Yaponiya və Almaniyanın Çinlə sənaye sahəsində rəqabət qabiliyyətini daha da artırmaq məqsədi daşıyıb. Amerika Prezidentinin isə ümumilikdə dünya istehsal həcmini əsas olaraq ABŞ-a qaytarmaq xəttini yeritməsi onun faktiki olaraq reindustrializasiyaya başlamaq istədiyini göstərir.
Çin nə vəziyyətdədir? Onu hələ də “ümumdünya fabriki” adlandırırlar. Davosda da böyük nümayəndə heyəti ilə iştirak edib. Lakin ekspertlər əmindirlər ki, Pekin hələ Qərbin açdığı yolla gedir. O cümlədən öz regionunda ticarət və maliyyə axınına nəzarət etməyə çalışır. Bu o deməkdir ki, Çin artıq uzaqlaşan “qatarın sonuncu vaqonuna atlanmağa” çalışır. Lakin bu trendin sonunun böhran olduğu haqqında proqnozlar da vardır. İndi Çin iqtisadiyyatının artım sürətinin xeyli yavaşıdığı barədə məlumatlar mövcuddur. Əgər bu tendensiya daha da güclənsə, dünya iqtisadiyyatını nələr gözləyir?
Davos Forumunda iştirak edən Rusiya hansı xətti yeridir? Rusiya dünyaya yeni texnologiyalar verə bilmir. Onun iqtisadiyyatı hələ də daha çox xammalla bağlıdır. Buna görə də qlobal miqyasda əsas olaraq enerji daşıyıcılarının qiymətinin yüksək qalmasına xidmət edən xətt seçib. Paralel olaraq əsas rəqiblərinə qarşı müxtəlif sahələrdə addımlar atır. Hətta Çinlə aparılan danışıqların məzmununda belə bu məqam vardır. Rusiya-Çin rəqabəti xüsusən Mərkəzi Asiya və Uzaq Şərq regionlarında kəskin xarakter alıb. Bunları bir məntiqi müstəviyə gətirdikdə, ümumi mənzərə necə görünür? Təbii ki, deqloballşamanın başlıca mənbəyi dünyanın supergücləri arasında olan qeyri-sağlam rəqabətdir! Onların hər birinin əsas məqsədi dünyanı birləşdirməyə doğru aparan addımlar atmaqdan ibarət deyil. Daha çox öz maraqlarının təmin edilməsi ilə liderlik etməkdir!
Liderlik davası: sıradakı “dəli” kimdir?
Bu zaman həmin qüvvələr özlərinin inkişafına üstünlük verməkdən çox, digərlərinin inkişafını ləngitməyə meyl edirlər. Bu da qlobal miqyasda kifayət qədər çətinliklər, süni maneələr yaradır. Dünyanın müxtəlif regionlarında, maraqların toqquşma sahələrində münaqişələr yaranır. Bununla bağlı kifayət qədər misallar mövcuddur. Məsələn, ABŞ-Çin münasibətləri Cənubi Çin dənizində ticarətə nəzarət ucbatından gərgin məzmun alıb. Vaşinqton Pekinə qarşı ticarət vergiləri siyasətini xeyli kəskinləşdirib. Amerika Avropa, Rusiya, Türkiyə və başqa dövlətlərə qarşı da eyni proteksionist mövqedən çıxış edir. Ekspertlər hesab edirlər ki, bütün bunlar ABŞ-ın sürətlə dəyişən dünyada liderlik mövqeyini saxlamağa çalışması ilə bağlıdır.
Bəs Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bu tendensiyaya təsiri yoxdurmu? Mütəxəssislərin fikrincə, demək olar ki, yoxdur. Bunun iki anlamı var. Birincisi, bütövlükdə dünyada elə bir beynəlxalq təşkilat mövcud deyildir ki, beynəlxalq hüquq normaları çərçivəsində supergüclərə təsir edə bilsin. Onda onlar niyə mövcuddurlar? Formallıq xatirinə, yoxsa gözlərə kül üfürmək üçün? Yəni böyük güclərə beynəlxalq təşkilatlar öz maraqlarını pərdələmək və törətdikləri cinayətləri ört-basdır etmək, imkan olanda ona hüquqi don geyindirmək üçünmü lazımdır? Dağlıq Qarabağda, Ukraynanın şərqində, Suriyada, İraqda, Əfqanıstanda və başqa məlum yerlərdə törədilən cinayətləri beynəlxalq təşkilatlar “pərdələyəcəksə”, hansı qloballaşmadan danışmaq olar? İkincisi, beynəlxalq təşkilatlarda ciddi islahatlar aparmaq lazımdır. Yaxud fərqli tənzimləmə mexanizmləri işləmək gərəkdir. Təəssüf ki, bunların heç biri hələ yoxdur.
Deyəsən, ÜTT rəhbərliyi də ikinci xətti vacib sayır. Davos Forumunda bu təşkilatın başçısı Robertu Azevedu deyib: “. hərtərəfli ticarət sistemləri və ÜTT sürətlə dəyişən dünyaya reaksiya vermək üçün təcili olaraq inkişaf etməsələr, “qara günlərə” qalacaqlar” (bax: Александр Лосев. Давос-2019: Новый мировой порядок – это глобальный беспорядок / ru.valdaiclub.com, 24 yanvar 2019).
Bəli, artıq yalnız ÜTT deyil, bütün beynəlxalq təşkilatlar “qara gündədirlər”! Çünki onları dinləyən yoxdur. Əsasən də liderlik havası başından çıxmayan Amerika, Çin, Avropa İttifaqı və Rusiya! Bunlar “Amerika dünyası”, “Çin dünyası”, “Avropa dünyası”, “Rus dünyası” yaratmaq qayğısında ikən, real yaşadıqları və hər bir insanın yurdu olan Yeri, Bəşəriyyəti məhvə sürükləyirlər. Bu qüvvələr hansı dünyada mövcud olacaqlar? Onların hər birinin yaratmaq istədiyi “dünya” daha çox xarabalığa bənzəmirmi?
Bu müddəaların işığında qloballaşma ilə deqloballaşmanın nisbəti doğrudan da problemli görünür. Dünya sanki risklər zonasına düşmüş olur. Böyük güclər arasında rəqabət gücləndikcə, bu proses dərinləşir. Bəlkə də, bəşəriyyət risk zonasındakı “doyma nöqtəsi”nə çatmayıb. Ancaq deqloballaşmanın indiki səviyyəsi belə dünyanı bir neçə dəfə məhv etmək üçün yetərlidir. Bu yoldan niyə dönülməsin ki?
Bunun necə reallaşa biləcəyini də dünyada çox gözəl bilirlər. Ədalət, beynəlxalq hüquq, ikili standartlardan imtina, fərqli mədəniyyət və din mənsublarına tolerant yanaşma! Bu, seçim məqamı deyil, bəşəriyyətin varlığının təməl şərtlərdir. Əks halda, boşuna müzakirələr “acı bağırsaq” kimi uzanacaq və bunun fonunda bəşəriyyətin ömrü qısalacaq! Bu kimə sərf edir? Bəşər övladı bunu arzulayırmı? Sorğu keçirilsə, nadir istisnalardan başqa (hər halda “şeytanlar” mövcuddur) böyük əksəriyyət “yox” deyəcək!
Qalır siyasəti yeniləşdirmək. Davos Forumu bu baxımdan çox əlamətdar oldu. Aparılan müzakirələr bir daha göstərdi ki, hər şey bir kənara, siyasət dəyişməsə, dünya dirəndiyi dalandan çıxa bilməyəcək. Bunun üçün artıq “bir dəlinin quyuya daş atmasına” imkan vermək olmaz. Sırada o qədər dəli var ki.
Milli.Az
Müasir Dünyada Qloballaşma
Köynəyinizdəki etiketə baxsanız, ehtimal ki, onun indi oturduğunuz ölkədən başqa bir ölkədə edildiyini görərsiniz. Üstəlik, qarderobunuza çatmadan bu köynək, Tayland əlləri tərəfindən tikilmiş Çin pambıqları ilə yaxşı hazırlana bilərdi, Sakit okean boyunca İspaniyalılar tərəfindən bir Los Angeles limanına göndərilən bir Fransız yük gəmisində göndərilirdi. Bu beynəlxalq mübadilə qloballaşmanın yalnız bir nümunəsidir, coğrafiya ilə əlaqəli bir müddətdir.
Qloballaşmanın tərifi və nümunələri
Qloballaşma, xüsusən də iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində ölkələr arasında artan qarşılıqlı əlaqə prosesidir. Yaponiyada McDonald’s, Minneapolisdə oynanan Fransız filmləri və Birləşmiş Millətlər qloballaşmanın təmsilçiləridir.
Nəqliyyat və telekomunikasiyada təkmilləşdirilmiş texnologiya
Qloballaşmanı mümkün edən şey, insanların və əşyaların hərəkət və ünsiyyət qurma qabiliyyəti və səmərəliliyidir. Keçmiş illərdə dünyanın hər yerində insanlar ünsiyyət qurma qabiliyyətinə sahib deyildilər və çətinlik çəkmədən qarşılıqlı əlaqə qura bilmədi. İndiki vaxtda bir telefon, ani mesaj, faks və ya video konfrans zəngi dünyanın hər yerindəki insanları birləşdirmək üçün asanlıqla istifadə edilə bilər. Əlavə olaraq, vəsaiti olan hər kəs bir neçə saat ərzində təyyarə reysi sifariş edə və dünyanın yarısında özünü göstərə bilər. Bir sözlə, “məsafənin sürtünməsi” azalır və dünya məcazi olaraq kiçilməyə başlayır.
İnsanlar və Kapital Hərəkatı
Şüur, fürsət və nəqliyyat texnologiyasındakı ümumi artım, insanlara yeni bir ev, yeni bir iş axtarışı və ya təhlükəli bir yerdən qaçmaq üçün dünya ətrafında hərəkət etməyə imkan verdi. Miqrasiyanın əksəriyyəti inkişaf etməkdə olan ölkələrin daxilində və ya onların arasında baş verir, ehtimal ki, aşağı yaşayış standartları və aşağı əmək haqları fərdləri iqtisadi uğur qazanmaq üçün daha çox şansı olan yerlərə itələyir.
Əlavə olaraq, elektron köçürmə asanlığı və qəbul edilən investisiya imkanlarının artması ilə kapital (pul) dünya miqyasında köçürülür. İnkişaf etməkdə olan ölkələr, böyümə üçün çox yer olduğu üçün investorların kapitallarını yerləşdirmələri üçün məşhur bir yerdir.
Bilik diffuziyası
‘Difüzyon’ sözü sadəcə yayılmaq mənasını verir və yeni tapılan biliklər məhz budur. Yeni bir ixtira və ya bir şey etmə üsulu ortaya çıxdıqda, uzun müddət gizli qalmır. Bunun yaxşı bir nümunəsi, əl əkinçilik əməyinin olduğu uzun bir ərazi olan Cənub-Şərqi Asiyada avtomobil əkinçilik maşınlarının meydana çıxmasıdır.
Qeyri-Hökumət Təşkilatları (QHT) və Çoxmillətli Korporasiyalar
Müəyyən məsələlər barədə qlobal məlumatlandırma artdıqca, onlarla məşğul olmağı hədəfləyən təşkilatlar da artdı. Hökümət deyilən təşkilatlar, hökumətlə əlaqəsi olmayan insanları bir araya gətirir və milli və ya dünya səviyyəsində mərkəz ola bilər. Bir çox beynəlxalq QHT sərhədlərə əhəmiyyət verməyən məsələlərlə (qlobal iqlim dəyişikliyi, enerji istifadəsi və ya uşaq əməyi qaydaları kimi) məşğul olur. Qeyri-Hökumət Təşkilatlarına Beynəlxalq Amnistiya və ya Sərhədsiz Həkimlər aiddir.
Ölkələr dünya ilə əlaqəli olduqları üçün (artan rabitə və nəqliyyat vasitəsi ilə) dərhal bir şirkətin bazar adlandıracağı şeyi meydana gətirirlər. Bunun mənası budur ki, müəyyən bir populyasiya müəyyən bir məhsul və ya xidmət almaq üçün daha çox insanı təmsil edir. Getdikcə daha çox bazar açıldıqca, dünyanın hər yerindən iş adamları bu yeni bazarlara çıxmaq üçün çoxmillətli şirkətlər yaratmaq üçün bir araya gəlirlər. İş yerlərinin qlobal miqyasda getməsinin digər bir səbəbi, bəzi işlərin xarici işçilər tərəfindən yerli işçilərə nisbətən daha ucuz qiymətə həyata keçirilməsidir. Buna autsorsinq deyilir.
Əsas qloballaşma, sərhədlərin yumşalmasıdır və ölkələrin inkişaf etməsi üçün bir-birindən asılı olduqları üçün onları daha az əhəmiyyətli hala gətirir. Bəzi alimlər hökumətin getdikcə artan iqtisadi dünya qarşısında nüfuzlarının getdikcə azaldığını iddia edirlər. Digərləri, bu qədər mürəkkəb bir dünya sistemində tənzimləmə və nizama ehtiyac olduğu üçün hökumətlərin daha da əhəmiyyətli hala gəldiyini israr edərək buna etiraz edirlər.
Qloballaşma yaxşı bir şeydir?
Qloballaşmanın həqiqi təsirləri və bu həqiqətən yaxşı bir şey olduğu barədə qızğın mübahisələr var. Yaxşı və ya pis, bunun olub-olmamasına dair çox mübahisə yoxdur. Qloballaşmanın müsbət və mənfi tərəflərinə nəzər salaq və bunun dünyamız üçün ən yaxşısı olub olmadığına özünüz qərar verə bilərsiniz.
Qloballaşmanın müsbət tərəfləri
- İnkişaf etməkdə olan ölkələrə daha çox pul töküldükcə, bu ölkələrdəki insanların iqtisadi cəhətdən uğur qazanması və həyat səviyyələrini artırması üçün daha çox şans var.
- Qlobal rəqabət yaradıcılığı və yeniliyi təşviq edir və malların / xidmətlərin qiymətlərini nəzarətdə saxlayır.
- İnkişaf etməkdə olan ölkələr, bu texnologiyaların inkişafı ilə əlaqəli bir çox artan əziyyət çəkmədən mövcud texnologiyanın faydalarını əldə edə bilirlər.
- Artıq iş birliyində üstünlük, qarşılıqlı əlaqələndirmə və əlaqələndirmə qabiliyyəti və problemlərdən qlobal bir məlumatlılıq olduğu üçün hökumətlər ortaq hədəflərə doğru daha yaxşı bir şəkildə işləyə bilirlər.
- Xarici mədəniyyətə film, musiqi, qida, geyim və daha çox formada daha çox giriş var. Bir sözlə, dünyanın daha çox seçimi var.
Qloballaşmanın mənfi tərəfləri
- Outsourcing, bir ölkədəki bir əhaliyə iş təmin edərkən, başqa bir ölkədən bu iş yerlərini əlindən alır və çoxlarını imkansız buraxır.
- Dünyanın dörd bir yanından fərqli mədəniyyətlər qarşılıqlı əlaqə qurmağı bacarsa da, əriməyə başlayır və hər birinin konturları və fərdiliyi azalmağa başlayır.
- Dünyadakı xəstəliklərin və yerli olmayan ekosistemlərdə dağıdıcı ola biləcək invaziv növlərin yayılma ehtimalı daha çox ola bilər.
- İnsanlar və ətraf mühitin təhlükəsizliyi üçün ağır nəticələrə səbəb ola biləcək çox az beynəlxalq tənzimləmə mövcuddur.
- Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi Qərb tərəfindən idarə olunan böyük təşkilatlar inkişaf etməkdə olan bir ölkəyə kredit almağı asanlaşdırır. Lakin, Qərb fokusu tez-tez qeyri-Qərb vəziyyətinə tətbiq olunur və nəticədə uğursuz irəliləyişlə nəticələnir.
Comments are closed, but trackbacks and pingbacks are open.