Press "Enter" to skip to content

Azərbaycanın tanınmış professoru vəfat edib – FOTO

Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.

Azərbaycanlı alim Eldar Qocayev vəfat edib

Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor, el ağsaqqalı Eldar Mehralı oğlu Qocayev vəfat edib.

Alim martın 11-də gecə saatlarında dünyasını dəyişib.

Qocayev Eldar Mehralı oğlu 1944-cü ildə anadan olub.

1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb. Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.

Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.

Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

Azərbaycanın tanınmış professoru vəfat edib – FOTO

BAKU.WS xəbər verir ki, alim martın 11-də gecə saatlarında dünyasını dəyişib.

Qocayev Eldar Mehralı oğlu 1944-cü ildə anadan olub.

1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb. Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.

Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.

Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

Görkəmli alim dünyasını dəyişib – Eldar Qocayev həyatının 60 ilini elmimizə həsr edib

Qeyd edək ki, Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da anadan olub. 1962-ci ildə İcevan rayonu Polad kənd orta məktəbini bitirib. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsində təhsil alıb. 1967-72–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib, 1972-ci ildə həmin institutda mürəkkəb yarımkeçiricilərin alınması və elektrofiziki xassələrinin tədqiqinə həsr edilmiş namizədlik dissertasiyasını, 1985-ci ildə isə institutda doktorluq dissertasiyasını müdafiə edib.

1987-ci ildə fizika üzrə professor adını alıb.

1973-90-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb.1976-cı ildə inistitutun Fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik edib. Onun rəhbərliyi ilə kafedranın nəzdində ən müasir tədqiqat işləri aparmağa imkan verən elmi-tədqiqat və tədris laboratoriyaları yaradılıb və həmin dövrdə 3 elmlər namizədi hazırlayıb. Həmin alimlər hal-hazırda Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışırlar.

1987-90-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləyib.

Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.

1990-97-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşmış fakultənin dekanı işləyib.

1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Fizika kafedrasının müdiri seçilib və 2021-ci ilin fevral ayına qədər həmin kafedraya rəhbərlik edib.

Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru,1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, əfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.

Struktur dəyişikliyi ilə əlaqədar AzTU Elmi Şurasının 09.02.2021-ci il tarixli qərarı ilə universitetdə Elektronika və Fizika kafedraları birləşib və yeni kafedra – Mühəndis fizikası və elektronika kafedrası yaradılıb, həmin kafedraya rəhbərlik Eldar Qocayevə həvalə edilib.

Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqalələri xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb. Yeni Azərbaydan Partiyasının üzvü idi.

Allah rəhmət eləsin.

“AzPolitika.info” saytı da mərhum alimimizin doğmalarına, yaxınlarına və elm ictimaiyyətinə başsağlığı verir.

“AzPolitika.info”

Şərhlər

Turan 2023-03-12 14:03:18

Mənə də dərs deyib. Gözəl insan idi. Allah rəhmət eləsin!

Eli 2023-03-12 13:47:48

Allah rehmet eylesin

Firuzə 2023-03-12 11:54:59

Allah rəhmət eləsin, gözəl insan idi. Rusiyadan yazıram. Elmi rəhbərim olub.

Comments are closed, but trackbacks and pingbacks are open.