Press "Enter" to skip to content

Nikolay Vasilyeviç Qoqol – Seçilmiş əsərləri

Bundan bir neçə ay əvvəl Puşkin Qoqola onun ən böyük əsəri və dünyanın ən məşhur romanlarından sayılan “Ölü canlar”ın mövzusunu vermişdi. “Ölü canlar”ın qəhrəmanı Çiçikov Rusiyanın bir çox şəhərini dolaşır və hiylə ilə zəngin olmağa başlayır. Qoqol bu mövzu ilə bağlı belə yazırdı: “Puşkin “Ölü canlar”ın mövzusunun mənə çox uyğun olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, bu, mənə Çiçikov ilə birlikdə bütün Rusiyanı gəzmək və bir çox insanı canlandırmaq fürsətini verəcək”.

Qoqol müfttiş

(Yüzillik yubileyinә mәxsus)

Rus әdiblәrinin әn mәşhurlarından birisi Qoqoldur.

Rusların milli әdәbiyyatının binasını � qoyan Puşkin vә Qoqol olubdur. Bu iki müqtәdir әdibin qәlәmi sayәsindә rusların әdәbiyyatı tәbii halına vә tәbii rәnginә düşüb, firәnglәrin, ingilislәrin vә nemeslәrin әdәbiyyatı tәsirindәn xilas olmağa başlayıbdır.

Qoqol vә Puşkin milli әdәbiyyatlarını mәişәtlәrinin ayinәyi-hәqiqәtnüması edib, özlәrindәn sonra gәlәn üdәba vә şüәraya salamat bir mәslәk, müstәqim bir yol açıblar. Qoqol hәqiqәtnәvis әdiblәrin (realistlәrin) babası vә pişrәvi mәnzilәsindәdir.

Qoqol vә Puşkin vә bunlardan sonra Nekrasov, Turgenev, Dostoyevski, Qonçarov, L.Tolstoy, Çexov vә hal-hazırda Maksim Qorki vә L.Andreyev әllәrindә mәşәl rusların mәişәtinә daxil olub, onun hәr sәmtinә vә küncünә işıq salıb, millәtin yaralarını, ruhani vә cismani küdurәtlәrini, qәm vә şadlıqlarını görüb vә gördüklәrinin surәtini vә şәklini mahir nәqqaş kimi eyni ilә çәkib, bütün alәmә göstәrib deyirlәr: “Baxın, görün! Budur bizim millәt; bu sayaqdır onun diriliyi vә dolanacağı; budur onun halı, fikirlәri, hissiyyatı vә xәyalatı!”

Nikolay Vasilyeviç tәvәllüd edibdir Malorusiyanın Poltava quberniyasında, Soroçi adlanan qәsәbәdә, miladın 1809-cu ilindә, mart ayının 19-cu günündә. Qoqolun atası Malorusiyanın xırda mülkәdarlarından [olub] xoş xasiyyәt, eyş-işrәt sevәn bamәzә bir şәxs imiş ki, vaxtının çoxunu kefdә-damağda keçirirmiş. Anası isә sadәdil bir arvad imiş ki, hәr sözә inanarmış, çox vaxt ibadәtә mәşğul olarmış vә bәzi vaxtları da sәbәbsiz qәm-qüssә vә xiffәt edәrmiş. Qoqolun tәbiәt vә mәzacında valideyinin bu müxtәlif әxlaq vә әtvarı müşahidә olunarmış. Belә ki, Qoqol gah şad vә xürrәm olub, cümlәni şirin vә bamәzә söhbәtlәri ilә valeh edәrmiş, gah da adamlardan qaçıb, bir guşәdә intәhasız qәm vә әlәmә mübtәla vә xәyalat alәminә müstәğrәq olarmış.

Qoqol on üç sinnә kimi atasının mülkündә asudә vә rahat zindәganlıq edib, kәnd әhlinin dolanacağı ilә aşina olmuşdur. Burada Qoqol malorusların eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ayin vә adәtlәrini, әxlaq vә adablarını bilafasilә müşahidә edib, sonralardan gördüklәrinin tamamisini artıq mәharәtlә yazıb, özünün hәqiqәtnәvis bir әdibi-kamil olduğunu aşkar etmişdir.

On üç yaşına yetişәndә Qoqol tәlim üçün Nejin gimnaziyasına qoyulur. Burada Qoqol meyl vә rәğbәtini әdәbiyyata salıb, tәlim işlәrinә çәndan şövq vә hәvәs göstәrmir; 1828-ci ildә bir növ gimnaziyanı qurtarıb qulluq etmәk şövqünә düşür vә bu qәsdlә Peterburq şәhәrinә azim olur. Amma burada onun işlәri arzusunca getmir vә bir müddәt artıq üsrәt ilә dolanıb, ancaq iki ildәn sonra departamentlәrin birisindә özü üçün alçaq bir çinovniklik xidmәti tapır.

Peterburqda Qoqol mәşhur Jukovski ilә tanış olur vә onun vasitә vә kömәyi ilә kәnardan özünә bir şüğl tapıb, maaş sarıdan işini bir az yüngüllәşdirir. 1831-ci ildә Qoqol Puşkin ilә tanış olur vә bu tanışlıqdan artıq istifadә edir. Puşkinin ona tәsiri çox olur. Onun әvvәlinci әsәrlәrinә diqqәt yetirib tәhsin edir vә gәlәcәkdә Qoqolun böyük vә müqtәdir bir әdib olmağını bildirib, bununla onun tәbinә tab vә qәlәminә qüvvәt verir. Puşkin ilә yaxın olduqdan sonra Qoqola guya tәzә bir hәyat verilir: onun tәbi, istiqamәti-qәlbi nuraniyyәt vә fikri cәladat kәsb edir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirrlәr, pәrdәdә olan çox mәnalar açılıb aydınlığa çıxır.

Qoqolun iki böyük vә mötәbәr әsәrinin mәal vә mәzmununu ona Puşkin nәql edib, hәr iki әsәrin nә sәpkü-sayaqda yazılmasını şәrh vә bәyan etmişdir. Bu әsәrlәrdәn birisi onun “Revizor” ismindә yazılmış komediyasıdır. Bu komediyanı, eşitdiyimizә görә, cәnab Nәrimanbәy Nәrimanov türkә tәrcümә edibdir vә lakin onun yaxşı-yaman tәrcümә olunmağı barәsindә bir söz deyә bilmirik, çünki onu görmәmişik. İkincisi “Çiçikovun sәrgüzәşti”, yaxud “Fövt olmuş nәfslәr” ünvanında yazılmış bir әsәrdir ki, misl vә bәrabәri yoxdur. Hәr iki әsәri sonralardan Puşkin mütaliә etdikdә Qoqolu bağrına basıb kamali-mәmnuniyyәtlә ona demişdir: “Sәn yazan kimi bunları mәn bacarıb yaza bilmәzdim. Hәr halda sәn mәndәn mahirsәn!” Heyfa ki, “Ölmüş nәfslәr”in ikinci cildi qurtarmamış, Qoqol İtaliyada ikәn Puşkin dueldә qәtlә yetişir. Bu xәbәrdәn Qoqol ziyadә qәmnak olub, dostlarından birisinә yazır: “Mәnim hәyatım, mәnim şadlığım vә tamam zövq vә şövqüm Puşkinlә bahәm fövt olub getdi”.

Filhәqiqә, Puşkindәn sonra Qoqol әhәmiyyәtli vә layiqi-tәhsin bir әsәr meydana gәtirә bilmәdi. Ömrünün axır vaxtlarını Qoqol fikir vә әndişәdә keçirib, qeyri-tәbii bir hala vә ağır malxulyayә giriftar olmuşdu. Vәfatına bir az qalmış “Fövt olmuş nәfslәr”in ikinci hissәsini yandırıb tәlәf etmişdir. Vәfatı ittifaq düşüb fevralın 21-dә 1852-ci sәnәdә.

Qoqolun müxtәlif әsәrlәri çoxdur. Tamamisi ilә qәzetә sütunlarında oxucuları aşina etmәk qeyri-mümkündür. Onlardan artıq әhәmiyyәtlisi vә bizim mәişәtimizә az-çox yaxın olanı “Revizor” adında yazılmış komediyasıdır ki, müxtәsәrәn onun mәalını nәql etmәyә iktifa edirik.

Bu komediyada Qoqol xırdaca bir şәhәrin çinovniklәri ilә bizi tanış edib, hәr birisinin öz tәbii halı ilә gözümüzün önündәn keçirir. Bu çinovniklәrin sәrxeyli vә rәisi hesab olunan qalabәyi qorodniçi Anton Antonoviçdir. Bu şәxs elm vә kamalı ilә fәxr edә bilmәsә dә, xudadadi-әql vә tәdbiri ilә hamını aldada bilir. Özü öz hünәrini yaxşı bilib deyir: “Heç bir kәlәkbaz vә maşennik mәnim hiylә vә tәzvirimdәn xilas ola bilmәz. Onların cümlәsini soxulcan edib, qarmağa keçirib balıq tutaram!” Anton Antonoviç öz әqidәsindә sabitqәdәmdir. O öz günahını kamalınca düşünür, amma bununla özünә tәsәlli verir ki, dünyada bir adam tapılmaz ki, onun günahı olmasın. Allah özü dünyanı belә yaradıbdır; heç kәs günahdan pak deyil. Anton Antonoviç yaman rüşvәtxordur. Şәhәrin tüccarı vә alış-veriş adamları qaydanı gәrәk pozmasınlar. Qalabәyinin arvadına vә qızına tәzә çıxan parçalardan donluq göndәrsinlәr, xanımın vә ya özünün ad qoyulan günlәri tәbrik edib, lәyaqәtli hәdiyyәlәr gәtirsinlәr.

Bunlardan әlavә, Anton Antonoviç sövdәgәrlәrlә әlbir olub, podrat işlәrinә qarışır. Kilsә tәmiri üçün xәzinәdәn buraxılan pulu yeyib, lazım olan mәqamlara onun yanıb fövt olmasını xәbәr verir.

Xülasә, hardan ki, bir şey qoparmaq mümkündür, müzayiqә etmir. Doğrudur, onun bu gunә xilafi-zakon işlәrindәn xәzinәyә vә camaata zәrәr yetişir, amma özünә xeyir hasil olur: camaatda sәbr vә xәzinәdә pul çoxdur.

Qalabәyidәn sonra Qoqol sair çinovniklәri meydana çıxarır. Bunlar dәxi bir-birindәn bәdtәr, rәzil vә fürumayә adamlardır. Bunlardan kimisi qalabәyi kimi rüşvәtxor, kimisi tәnbәl, bәzisi axmaq vә sәfeh, tamamisi әxlaqsız, qorxaq, gülünc, gülmәli bәdbәxt kimsәlәrdir. Bu çinovniklәrdәn heç birisi öz işinә mәşğul deyil: sudya Lyapkin-Tyapkin sud işlәrini bilmәrrә unudub, ancaq öz әql vә kamalından dәm vurur. Onun heç bir şeyә etiqadı yoxdur. Kilsәyә getmir, şam yandırmır, allaha inanmır, bu iradlar ona tutulanda o, kәmali-iftixarla cavab verir: “Bu mәrtәbәyә öz әqlimlә çatmışam”.

Mәrizxananın naziri Zemlyanika öz oğurluğu vә fitnә-fәsadı ilә şәhәrdә şöhrәt kәsb edibdir. Mәrizxanada naxoşlar çibin kimi qırılır. Onların müalicә vә mühafizәsi üçün buraxılan pulun tamamisini Zemlyanika yeyib, heç birisinin qeydinә qalmır. Poçt naçalniki Şpekin sadәdil bir adamdır ki, poçta salınan kağızları açıb oxumaqdan ziyadә hәzz aparır. Şәhәr şkolasının müdiri Xlopov çox qorxaq vә hәr şeydәn ehtiyat edәn bir şәxsdir. Hәkim Xristian İvanoviç rus dilini bilmәyәn qәribә bir vücuddur. Mәrizlәrә hәmişә ucuz dәrman verir, çünki, necә ki, Zemlyanika deyir: “Avam adam naxoşluqdan sağalsa, dәrmansız da sağalacaqdır, ölsә, dәrman versәn dә ölәcәkdir”.

Dobçinski vә Bobçinski–bunlar çinovnik deyilsәlәr dә, hәmişә onların dairәsindә gәzib, harada aş olsa, orada başdırlar. Hәr yerdә nә xәbәr olsa, әvvәl bunlar eşidәcәklәr vә birinin üstünә beşini qoyub, ötәnә, keçәnә nәql edәcәklәr.

Bu kampaniyanın hamısı uzaq vә adsız bir şәhәrdә olur ki, haqqında Qoqol deyir: “Әgәr üç il bu şәhәrdәn at çapasan yenә dә heç bir mәmlәkәtә çata bilmәzsәn”. Bunlar burada rahat, kefi kök dolanıb, vaxtlarını yeyib içmәkdә, kart oynamaqda, boş vә bimәzmun söhbәtdә keçirirlәr. Arvadları vә qızları dәxi özlәri kimi günlәrini bәzәk-düzәkdә, roman oxumaqda, qayibanә aşiq olmaqda, qeybәt qırmaqda, aralıq vurmaqda, dalaşıb-barışmaqda zay edirlәr.

Çinovniklәrin bu gunә rahәt vә qeydsiz dolanacağı qәflәtәn iztirab vә tәşvişә çevrilir. Belә bir xәbәr çıxır ki, Peterburqdan mәxfi çinovnik tәyin olunub, bütün quberniyanın işlәrini tәftiş etmәyә; xüsusәn, bunlar olduğu şәhәrin. Bu xәbәr hamının ürәyinә qorxu salır. Çünki heç biri günahdan pak deyil, � hamının üstü pәrdәli eyblәri vә paxırları var.

Cümlәdәn ziyadә qorxu qalabәyinin canına çökür. Artıq әl-ayağa düşüb, başlayır şәhәrin işlәrini qayda vә nizama salmağa.

Qorxunun şiddәtindәn vә vahimәnin tәsirindәn әvvәlcә Bobçinski vә Dobçinski vә onların dalınca şәhәrin tamam çinovniklәri Peterburqdan gәlmiş cavan Xlestakovu ki, xırdaca bir çinovnik imiş, revizor hesab edirlәr. Xlestakov isә yolda pulunu uduzub, burada ciblәri boş qastinsada әylәşib qalıbdır. Qastinsaçı ona yemәk dә vermәyir vә biçarәnin aclıqdan qarnı quruldayır. Qoqol Xlestakovun tipini, yәni onun nә qisim adam olduğunu artıq mәharәtlә tәhrir etmişdir.

Xlestakov özünü öyәn, fikirsiz, yalan danışan, acığı tez tutub tez dә soyuyan, israf xәrc edәn, dәqiqәdә sözünü dәyişdirәn, başda söylәdiyi ilә ortada vә ayaqda söylәdiyi düz gәlmәyәn vә biri-birinә zidd olan, arsız vә qeydsiz vә imsalı hәr yerdә görünәn bir cavan idi ki, hәr kәs olsaydı, әvvәl dәfәdә onun boş vә yüngül bir vücud olduğunu dәrk edә bilәrdi.

Amma nә eylәmәk, qorxu yaman şeydir, qorxudan bunların hamısının gözlәrinә pәrdә çәkilir vә özlәrini itirirlәr. Qalabәyi kimi pürfәn, mühil vә hәrraf adam tora düşür, Xlestakovun boş vә ağılsız olduğunu anlamayıb, onu mәxfi tәyin olunmuş revizor sanır vә belәliklә, çaşıb, әql vә tәdbirini itirir.

Qalabәyi Xlestakovu mehmanxanadan artıq ehtiram vә tәntәnә ilә öz evinә gәtirir. Burada nahardan sonra şәrabın tәsirindәn ağzına gәlәn hәdyanı söylәyir. Guya o, Peterburqda әvvәlinci adamdır, o olduğu balda vә qonaqlıqlarda ancaq vәzirlәr vә generallar olur. Bu ziyafәtlәrdә süfrәyә elә qarpız gәlir ki, qiymәti yeddi yüz manatdır. Sup qazanlarda düz bir [başa] Parijdәn paraxodlarda gәlir, qazanın ağzını açanda әtri hamını valeh edir. Onun preferans yoldaşları Firәngistan, Almaniya vә İngiltәrә sәfirlәri vә bir dә ümuri-xaricә vәziridir. Hәr sәhәr hәlә o yuxudan durmamış onun qapısında qraflar vә knyazlar arı kimi vızıldaşırlar. Bir k ә r ә ona departamentin direktorluğunu t ә klif etdil ә r, amma o q ә bul el ә mirdi. Bu bar ә d ә ona h ә r t ә r ә fd ә n elçi v ә minn ә tçi saldılar, kuryerl ә r dalbadal g ә lib gedirdi, bel ә ki, t ә k kuryerl ә rin hesabı otuz beş min ә çatmışdı. M ә şhur Puşkin onun yaxın dostudur v ә onun özü d ә xi adlı v ә hörm ә tli ә dibl ә rd ә n birisi hesab olunur.

Çinovnikl ә rd ә n heç biri bu sözl ә rin h ә dyan v ә başdan ayağa yalan olduğunu anlamayıb, bu h ә dy ә natı eşitdikc ә d ә xi d ә artıq qorxuşurlar v ә canlarına titr ә tm ә düşür, ә l-ayaqları ә s ә – ә s ә ona pul verirl ә r. Xlestakov qızışıb deyir: “Mәnim hökmlәrim dәfәtәn cari olur!” Doğrudan da, bir tәrәfdәn qalabәyidәn pul borc alır, digәr tәrәfdәn sövdәgәrlәrin şikayәtinә qulaq asıb hiddәtlә deyir: “Mәn onu qulluqdan qovaram!” Bir tәrәfdәn qalabәyinin arvadına aşiq olur, digәr tәrәfdәn qızına elçi düşür vә axırda özündәn ağıllı vә tәdbirli olan nökәri Osipin mәslәhәtinә qulaq asıb oradan gedir.

Qalabәyi vә sair çinovniklәr çox sevinib şad olurlar ki, revizoru razı elәyib yola saldılar. Hamıdan artıq qalabәyi sevinir ki, qızını revizora namizәd etmәklә belә böyük vә möhtәrәm Peterburq çinovniki ilә bir qohumluq әlaqәsini bağladı. Şәhәr әhli onun evinә cәm olub, hәrә bir növ onu tәbrik edirlәr vә gәlәcәkdә onun uca mәrtәbәyә yetişәcәyini şadlıq ilә xәbәr verirlәr. Bu hindә poçt naçalniki Şpekin daxil olub, mәclis әhlinin kefini pozur. Bu cәnab Xlestakovun yoldaşına yazdığı kağızı xәlvәt açıb oxuyub vә ondan bilib ki, Xlestakov әsla revizor deyil vә kağızında onların sәfahәtinә gülür.

Mәclis әhli әvvәlcә Şpekinin sözlәrinә inanmayır vә qalabәyi qeyzlә onu tәhdid edib deyir ki, sәn nә cürәt edib belә bir böyük adamın haqqında bu gunә iftiraları söylәyirsәn, � o mәnim yeznәmdir. � Bu gunә zarafatlar sәnә nәf gәtirmәz. Bu sözlәrin müqabilindә Şpekin Xlestakovun kağızını �� başlayır � � oxumağa vә әhli-mәclis bir-bir özlәrinin övsafi-zәmimәlәrini oxuduqda qızarıb bozarırlar. Amma bununla belә şübhәdәn dәxi çıxırlar. Qalabәyi Xlestakov kimi axmaq vә yelbeyinin birisinә ��� aldanmağına tab gәtirә bilmәyib, acığından az qalır dәli olsun. Bu halda qapı açılıb jandarma daxil olur vә hәqiqi revizorun Peterburqdan gәldiyini vә onları öz hüzuruna bilatәxir tәlәb etdiyini xәbәr verir. Bu dәhşәtli xәbәrdәn әhli-mәclis mat vә mәbhut qalır. � Burada pәrdә salınır.

Qoqolun bu komediyası әvәzsiz bir әsәrdir ki, hәmişә hәyat üzrә baqi qalacaqdır. Onun Qorodniçisi, sudyası, poçtmeystri, Dobçinski-Bobçinskisi, xüsusәn Xlestakovu necә ki, Rusiya dövlәti vardır, onlar da sağ vә salamat qalacaqlar.

Әlli sәnә bundan әvvәl Qoqol yazdığı komediyanın eynini bu halda bizim Qafqazın çox yerlәrindә müşahidә etmәk olur. Onun әdibanә vәsf qıldığı rüşvәtxor, tamahkar, tәnbәl, bacarıqsız, öz vәzifәsini anlamayan, camaata zülm edәn vә hәmәvaxt öz nәfslәrini güdәn çinovniklәr ilә bizim uyezdlәr vә mahallar doludur. Bizim çinovniklәrdәn bәzisi atbaz, bәzisi itbaz, kimisi ovçu, kimisi rüşvәtçi, kimisi fәsadçıdır, amma hәqiqi qulluqçu olanları azdır.

Qoqolun tәbiәt vә xasiyyәtindә hәr bir şeyin künhünә göz yetirmәk, mahiyyәtinә baxmaq vә hәr bir şeyin gülünc tәrәfini vә istehzaya layiq sәmtini görüb-göstәrmәk vardır. Rus әdiblәrindәn heç biri Qoqol kimi adamların üstә elә zәrifanә gülmür vә oxucuları güldürmür. � Qoqolun � gülmәyi qәribә � bir � gülmәkdir. Bizim mәişәtimizdә gülünc, gülmәli vә rişxәndә sәbәb olası ayin-adәtlәr, müxtәlif işlәr vә әmәllәr, danışıqlar vә söhbәtlәr çoxdur. Amma bunların hamısının üzünә adamların falşivi rәftar vә әlaqәlәrindәn toxunmuş bir pәrdә çәkilibdir ki, hәr adama onun alt tәrәfini görmәk qüdrәt vә qabiliyyәti verilmәyibdir. Qoqol isә pәrdәnin altını açıq görür vә onu zәrifanә qalxızıb, altında olan әcayibat vә qәraibata baxıb, naziganә gülür vә bizә göstәrib, bizi dә güldürür.

Qoqol zatәn psixoloq yarandığı üçün � adamların boşluğunu, sәfahәt vә hәmaqәtini, büxl vә hәsәdini, zülm vә şәrarәtini görür vә bunu da görür ki, onlar nә növ zahiri әda vә hәrәkatları ilә istәyirlәr qeyrilәri aldatsınlar vә özlәrini ağıllı, tәdbirli, sәxavәtli, insaflı vә mürüvvәtli göstәrsinlәr. Adamların bu ikiüzlülüyü, bu saxtakarlığı, bu hiylәsazlığı Qoqola gülünc gәlir, o gülür vә bizim gözümüzü dә hәqiqәt hala açıb, bizi dә güldürür. Amma Qoqol acı vә ürәk yandırıcı gülüş ilә gülür. Zahirdә güldüyü adamların halına batindә ağlayır vә bu barәdә o yazır: “Alәmin gözünә görsәnәn gülmәyimin altından nәzәrә gәlmәyәn göz yaşım axır. “.

Necә ki, “Revizor”da, habelә dә “Fövt olmuş nüfus”da Qoqol mәişәtin qaranlıq tәrәfini, zülmәt vә cәhalәtlә dolmuş hissәsini yazıb göstәrir. Puşkinin tәbi durbinә, amma Qoqolun tәbi zәrrәbinә tәşbih olunubdur. Puşkin durbin kimi mәişәtin uzaq yerlәrini vә gözәl mәnzәrәlәrini işıqlı vә qәşәng bir halda göstәrirkәn, Qoqol zәrrәbin kimi yaxında olan vә gözün önündә, şişәnin altında tәrpәnәn nifrәtәngiz hәşәrat vә mikrobları böyüdüb göstәrir. Qoqol belә rәvayәt edir ki, “Ölmüş nüfus”un әvvәlinci bablarını Puşkinә oxuyanda o, fikrә getdi. Onun bu halına tәәccüb etdim, çünki o hәmişә mәnim yazdıqlarıma qulaq asanda gülürdü. Amma indi mәn oxuduqca o bikeflәndi vә axırda bilmәrrә rәngi tutuldu, mütәğәyyiri-hal oldu. Mәn oxumağı qurtardım. O, ürәkdәn bir ah çәkib dedi: “Pәrvәrdigara! Bizim Rusiya nә pürğәm vә pürmәlal mәmlәkәtdir!”.

Bizim әdiblәrimizdәn mәrhum Mirzә Fәtәli Axundov asari-qәlәmiyyәsi ilә Qoqola çox bәnzәyir. Mirzә Fәtәli dәxi öz komediyalarında xәyalat gücü ilә vә savad zoruyla bir şey yaratmayıb, hәr nә yazıbsa, dolanacağımızın eynindәn vә mәişәtimizin övzai-әhvalından götürübdür. Mәrhum Mirzә dәxi zahirdә yazdıqlarının üstә gülürsә dә, batindә ağlayır vә hәqiqәtәn bir az dәrin fikir etsәk görәrik ki, onun Molla İbrahimxәlili, Hacı Qarası, Hatәmxan ağası, Tarıverdisi, Ağa Mәrdanı vә qeyrilәri yazıq vә bәdbәxt adamlardır ki, onların halına gülmәkdәn isә ağlamaq lazımdır.

[Ruslar] büsat açıb c ә şn v ә bayram edir. Bu böyük milli bayram il ә biz d ә xi rus ә dibl ә rini v ә rus mill ә tini t ә brik edib onların q ә drşünas olmaqlarına t ә hsin oxuyuruq.

Aya, Mirz ә F ә t ә li Axundovun yüz illik yubileyi d ә bizim yadımıza düş ә c ә kdirmi v ә bizd ә d ә xi mill ә t hissi v ә milliyy ә t damarı ayılacaqdırmı, biz d ә öz ә dibl ә rimizin şan v ә ş ә r ә fini, q ә dr v ә qiym ә tini d ә rk ed әә yikmi?!

Nikolay Vasilyeviç Qoqol – Seçilmiş əsərləri

XIX əsr rus realist ədəbiyyatının yaradıcılarından olan N.V.Qoqolun bu kitabına onun yaradıcılığında romantik vüsəti və realizmin dərinliyi ilə seçilən bir sıra povestləri – “Taras Bulba”, “Viy”, “İvan İvanoviçin İvan Nikiforoviçlə dalaşması haqqında povest”, “Şinel” və bürokratik polis üsuli-idarəsinə qarşı yazılmış məşhur “Müfəttiş” komediyası daxil edilmişdir.

Dahi rus yazıçısı, nasiri, dramaturqu, tənqidçisi və publisisti Nikolay Vasilyeviç Qoqol 1809-cu il aprelin 1-də Ukraynada, Bol-şiye Soroçintsı stanitsasında patriarxal zadəgan ailəsində doğulub. Onun ailəsinin kökləri qədim Ukrayna kazak nəslinə gedib çıxır. Qanşıq dövrlərdə şlyaxta zadəganlarıyla qohum olduğundan babası yazırdı ki, Qoqol soyadlı əcdadları Polşa millətinə aiddir. Onun babaları Qoqol soyadını Yanovski əlavəsi ilə birlikdə daşıyırdı. Qoqol özü sonradan bu əlavəni soyadından götürmüşdü, hesab edirdi ki, polyaklar bunu bilərəkdən uydurublar. Onların 400 nəfər kəndlisi və min akrdan artıq torpağı vardı. Ata tərəfində əksəriyyəti keşiş idi.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Nikolay Vasilyeviç Qoqol

O, Rusiyanın ən məşhur yazıçılarından biridir. Eyni zamnda şair, dramaturq, tənqidçi və publisistdir. Rusiya ilə yanaşı həm də Ukrayna ədəbiyyatının klassiki hesab edilir. Adı rus dahiləri arasında Aleksandr Puşkindən sonra gəlir.

Həyatı
Ukrayna əsilli rus yazıçı Nikolay Vasilyeviç Qoqol Yanovski 1809-cu il 20 martda (bəzi mənbələrdə 31 mart və ya 1 aprel) Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә dünyaya göz açıb. Qoqol orta səviyyəli torpaq sahibi olan ailənin övladı idi. Uşaqlığı kənd həyatına bağlı keçib. Kazak mədəniyyətinin təsiriylə böyüyən Qoqolun əsərlərində də bu, öz əksini tapıb.

Qoqolun atası Vasili Afanasyeviç Qoqol Yanovski eyş-işrəti sevən, vaxtının çoxunu kefdə keçirən xırda mülkədar idi. Nikolayın 15 yaşı olanda atası vəfat edib. Anası Mariya İvanovna sadəlövh, vaxtının çoxunu ibadətlə keçirən, səbəbsiz yerə kədərlənən, darıxan qadın idi. Anasının bu xarakteri Qoqola da öz təsirini göstərib. Əhvalı yüksək olarkən qəfildən kefsiz olub təkliyə çəkilə bilirdi. Uşaq yaşlarından Qoqol malorusların çalıb-oynamalarını, nәğmәlәrini, adət-ənənələrini müşahidə edərək sonradan əsərlərində qeyd edib.

Qoqol ilk təhsilini evdə alıb, müəllimi isə mədrəsə tələbəsi olub. Sonra Niyejin liseyində təhsil alan Qoqol liseyi 1828-ci ildə bitirib.

Lliseydə yaxşı oxumasa da ədəbiyyata böyük həvəsi vardı. Liseydə oxuduğu illərdə Rusiyada dərc olunan bütün kitabları oxuyur, məktəb qəzetlərinə hekayələr və şeirlər yazırdı. O illərdə Qoqolun aktyorluq qabiliyyətinin olduğu da üzə çıxmışdı və məktəb tədbirlərində komik rolları ilə böyük uğur qazanmışdı.

Karyerası
Gənclik illərində şeirə, ədəbiyyata marağı daha da artan Qoqol 1828-ci ildə tövsiyə məktubları alaraq Sankt-Peterburqa gedib. Bura ilə bağlı böyük, parlaq ümidləri olan Qoqol məmur olmaq istəyirdi. Ancaq bu böyük şəhərin acı gerçəyi ilə qarşılaşdıqca bütün xəyallarının yox olduğunu başa düşürdü.

Tövsiyə məktubları bir işə yaramamışdı, iş tapa bilmirdi. Bu zaman Qoqol başqa bir üsulu sınamağa cəhd edərək məktəbdə yazdığı uzun bir şeirini kitab şəklində dərc etdirib. Ancaq tənqidçilərin sərt sözlərindən sonra kitablarının hamısını yığaraq yox edib. Orda olduğu müddətdə də aktyorluğunu sınamaq istədi. Amma teatr tamaşalarında canlı oynamaq istədiyi üçün pafoslu səhnə dili və performans axtaran teatr müdirləri tərəfindən bəyənilmədi.

1830-cu ilin yazında bir nazirlikdə kiçik məmur işi tapa bildi. O zamanlar anasına yazdığı məktubda deyirdi: “Şöbə müdirlərinin axmaq yazılarını təmizləməklə məşğul oluram. Halbuki, bu axmaq işə nifrət edirəm”.

Qoqolun sevmədiyi bu iş bir il davam edib, 1831-ci ildə bir zadəgan məktəbində tarix müəllimliyinə başlayıb.

Bütün bu şanssızlıq və uğursuzluqlar içində Qoqol ədəbiyyata olan marağından əl çəkmirdi. Doğulduğu torpaqlarda baş verən hadisələri də izləyir, anasına yazdığı məktublarda həmişə Ukraynadakı hadisələri, cütçülərin vəziyyətini soruşurdu. Sevimli Ukraynası ağlından heç çıxmırdı. Elə bu zamanlarda Ukraynanı canlandıran “Dikanka axşamları” adlı əsərini ərsəyə gətirəcək hekayələr yazmağa başlayıb. Bu hekayələr 1831-1832-ci illərdə iki cilddə nəşr olunub və çox böyük uğur qazanıb. Hekayələrin təbiiliyi, duyğuları hər kəsə təsir edirdi. Puşkin bir məktubunda bu hekayələrlə bağlı belə yazmışdı:

“Dikanka axşamları”nı indi oxuyub bitirdim. Hekayələr məni təəccübləndirdi. Çox təbii və içdən bir sevinc var, bəzi hissələri isə çox duyğulu idi. Bu növ əsərlər bizim ədəbiyyatımızda o qədər yenidir ki, üzərimdəki təsiri hələ də keçməyib. Deyilənə görə, kitab çap olunan zaman nəşriyyatdakılar gülməkdən dayana bilmirmiş”.

Lakin Puşkin də, oxucularla tənqidçilər də o hekayələri örtən sevincin gizlətdiyi kədərin fərqinə vara bilmirdilər. Məsələn, kitabda bəlkə də ən şən hekayələrindən biri belə bitir: “Bu qəmli insan ürəyi! Onu heç nə düzəldə bilməz”.

Qoqol hekayələrində o zaman bütün Avropanı bürüyən romantizm cərəyanından xilas ola bilməyib, qeyri-adi hadisələrə, fövqəltəbii güclərə çox yer verib. Amma bunu o zamankı Ukrayna insanlarının dünyagörüşünə bağlayaraq və bəzi xalq məsəlləri ilə qarışdıraraq verib. Bu baxımdan, bu ilk hekayələrin romantizmiylə yanaşı güclü realist fikirlər də var.

Qoqolun əsərlərinə xas olan hüznlə qarışıq sevinc bu hekayələrdə də sona qədər müşahidə edilir. 1833-1835-ci illərdə Qoqol sonradan “Mirqorod əhvalatları” adı altında toplayacağı hekayələrini yazıb. Bu hekayələrdə yazıçı həqiqəti daha qabarıq göstərməyə başlayıb. Ukraynanın kiçik ferma sahiblərini “Keçmiş dövr bəyləri” və kiçik şəhər həyatını “İvan İvanoviç ilə İvan Nikiforoviçin necə döyüşdüklərinin hekayəsi” hekayəsində mövzu kimi seçib.

“Keçmiş dövr bəyləri”ndə keçmiş illərin rahat, sakit, tənbəl həyatını canlandırıb. “İvan İvanoviç ilə İvan Nikiforoviçin necə döyüşdüklərinin hekayəsi”ndə isə kiçik bir şəhərdə həyatın necə boş-boşuna keçdiyini izah edib. Bundan əlavə, “Taras Bulba”da da köhnə Ukraynanın parlaq günləri qeyd edilib.

1834-1835-ci illərdə tarixlə məşğul olmağa başlayan Qoqol Peterburq Universitetinin tarix professoru olmaq üçün çalışıb. Böyük Ukrayna tarixi yazmağa başlayan yazıçı orta əsrlər tarixi ilə bağlı bir sıra məqalələr hazırlayıb. Lakin bu iş üçün elmi qaynaqları zəif idi. Buna görə də 1835-ci ildə universitetdən uzaqlaşaraq özünü ancaq ədəbiyyata həsr edib. Artıq nə məmurluq, nə də professorluq deyil, yalnız ədəbiyyatla məşğul olmaq istəyirdi. Yazıçının sonrakı əsərlərində də romantika özünü büruzə verirdi. O hələ də əsərlərində fövqəltəbii qüvvələrə, metafizik hadisələrə yer verirdi. Amma bunlar daha çox hekayələrini çatdırmaq üçün bir vasitə idi. Əsərlərinin təməlində isə ən kiçik detala qədər enən realizm var idi. Artıq Qoqolun əsəri həyatın aynası idi. Təkcə Ukrayna həyatının deyil, Peterburqun da. Qoqolun hekayələrində, komediyalarında artıq yalnız ferma bəylərini deyil, şəhərli tacirləri, sənətkarları, məmurları da görmək mümkün idi.

Qoqol ən böyük əsərlərini bu vasitə ilə yaradırdı. Peterburqda yaxından gördüyü pul, mövqe ehtirası, ictimai bərabərsizlik kimi problemlər “Peterburq hekayələri”ndə özünü göstərib. Kitabdakı ilk hekayə “Nevski bulvarı” 1834-cü ildə yazılıb. Topludakı ən gözəl hekayə sayılan “Kaput” 1839-1840-cı illərdə yazılıb. Bu hekayələrlə Qoqol rus ədəbiyyatında yeni bir cığır açıb. Cəmiyyətin aşağı təbəqələrində yaşayan insanlara qarşı dərin sevgi bu cığırın əsas xüsusiyyətidir.

Qoqol o illərdə yenə də teatr işləri ilə məşğul olub. 1842-ci ildə çap olunan “Evlənmə” adlı pyesinə 1833-cü ildə başlayıb. 1834-cü ildə “Müfəttiş”i yazmağa başlayıb və 1836-cı ildə bu əsər teatrda oynanmağa başlayıb. “Müfəttiş”in oyandırdığı reaksiyalar, pyes barədə yazılan sərt tənqidlər Qoqolun onsuz da zəif olan əsəblərini daha da pozub. Bundan sonra yazıçı Rusiyanı tərk edərək İtaliyaya gedib.

Bundan bir neçə ay əvvəl Puşkin Qoqola onun ən böyük əsəri və dünyanın ən məşhur romanlarından sayılan “Ölü canlar”ın mövzusunu vermişdi. “Ölü canlar”ın qəhrəmanı Çiçikov Rusiyanın bir çox şəhərini dolaşır və hiylə ilə zəngin olmağa başlayır. Qoqol bu mövzu ilə bağlı belə yazırdı: “Puşkin “Ölü canlar”ın mövzusunun mənə çox uyğun olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, bu, mənə Çiçikov ilə birlikdə bütün Rusiyanı gəzmək və bir çox insanı canlandırmaq fürsətini verəcək”.

Qoqol Romada Puşkinin tövsiyəsi ilə ən böyük əsəri olan “Ölü canlar”ı yazanda Puşkinin ölüm xəbərini alıb. Bu xəbər onun üçün “Rusiyadan gələ biləcək ən pis xəbər” idi. O vaxta qədər Puşkini düşünmədən, diqqətə almadan heç bir şey yazmayan Qoqol üçün bu, həqiqətən də çox ağır xəbər idi.

1842-ci ildə Qoqol iki vacib əsəri sayılan “Ölü canlar”ın birinci cildini və “Şinel” povestini bitirərək nəşr etdirib. “Şinel”də sadə insanların yaşadıqları acılar, məruz qaldıqları haqsızlıqlar və yoxsulluq oxucuya dərindən təsir edəcək formada, professionallıqla qələmə alınıb.

Dostoyevski bu əsərlə bağlı deyirdi: “Hamımız Qoqolun “Şinel”indən çıxmışıq”.

Bu əsərlə diqqəti cəlb edən Qoqol həmin dövrün hökuməti tərəfindən rus insanını təhqir etməkdə, onun mənfi yönünü göstərməkdə, xalqına xəyanətdə günahlandırılıb. Yazıçının istədiyi xalqını təhqir etmək yox, onu bu vəziyyətə salan dövrü bütün gerçəkliyi ilə göz önünə çıxarmaq idi. Məruz qaldığı bu münasibət onun ruhi sağlamlığına da ciddi zərər vurub.

Yazıçının “Ölü canlar” romanı böyük uğur qazanıb. Ancaq o, öz əsərindən məmnun deyildi. Birinci cild Rusiyanın pis tərəfini göstərirdi. İkinci və üçüncü cild isə rus cəmiyyətinin müsbət tərəfini ortaya qoyacaq və bu cəmiyyətin daha yaxşı vəziyyətə keçə bilməsi üçün gediləcək yolları göstərəcəkdi. Buna görə də Qoqol əsərinə roman deyil, dastan adını verib.

Onun fikrincə “Odissey” necə köhnə yunan cəmiyyətinin həyatını hər istiqamətdən göstərirsə, “Ölü canlar” da eynilə Rusiyanın həm daxilini, həm də xaricini ortaya qoyacaqdı. Lakin Qoqol “Ölü canlar”ın ikinci cildindən heç cür razı qalmırdı. Buna görə, 1845-ci ildə bu cildin əlyazmasını oda ataraq yandırıb. 1850-ci ildə yazdığı ikinci cildi yenidən məhv edib. Bu gün əlimizdə olan ikinci cild Qoqolun evində ələ keçən bəzi qeydlərdən və parçalardan ibarətdir.

Son illəri və ölümü
Puşkinin ölümündən sonra Qoqolun məşhurluğu daha da artıb. Bu maraq Qoqolda liderlik hissi yaradıb və özündə cəmiyyəti dəyişdirmək, insanlara yol göstərmək istəyi formalaşdırmışdı. Bu dövrdə yazıçının köhnə yaradıcılığını itirdiyini demək olar.

Bu dövrdə Qoqolun dinə qarşı münasibəti daha da yüksəlib, əvvəllər tənqid etdiyi kilsəni artıq tərifləməyə başlayıb. Bu davranış pərəstişkarlarının reaksiyasını çəkib, ancaq o, bu reaksiyalara dini şərhlər verib, Tanrının könlünü almaq üçün ona daha da yaxınlaşmağa qərar verib.

1848-ci ildə müqəddəs torpaqları ziyarət etmək üçün Fələstinə gedib. Moskvaya geri dönən Qoqol orada Matvey Konstantinovski adlı rahibin təsiri ilə 1852-ci ildə “Ölü canlar” romanının ikinci hissəsinin əlyazmalarını yandıraraq məhv edib.

Bu hərəkətindən 10 gün sonra, 21 fevralda (bəzi mənbələrdə 4 mart) 43 yaşında Moskvada vəfat edib.

  • Teqlər:
  • rus ədəbiyyatı
  • , Qoqol
  • , Nikolay Vasilyeviç Qoqol
  • , yazıçılar
  • , rus yazıçısı
  • , rus yazıçıları

Comments are closed, but trackbacks and pingbacks are open.