Press "Enter" to skip to content

İCTİMAİ MEDİA – Ədəbi və tarixi portretlər

Müasirləri həkimlər onun depressiyasına miningit adı verərək 19-cu əsrlə yayılmış üsullarla müalicə aparırdılar. Onu zorən qaynar vannaya otuzdurub başına buz kimi su tökürdülər. Bu prosedurdan sonra tir-tir titrəyən yazıçını paltarsız saxlayır, burnuna 8 zəli yapışdırıb qan çıxarırdılar. Onun kobud rəftar edir və üstünə çığırırdılar. Qoqol müqavimət göstərəndə əllərini burub ağrıdan çığırdırdılar. Ona görə də bu «müalicə»dən sonra onun vəziyyəti yaxşılaşmırdı. Müasir həkimlər deyərdi ki, Qoqol tempratur fərqindən sonra qan itirilməsindən əmələ gələn ürək-damar tutmasından keçinib. Belə xəstələrə qan çıxarmaq və isti-soyuq kontrastı eləmək qəti olmazmış. Aclıq da üstəlik… Yazıçını zorla yedizdirmək, çoxlu içizdirmək və duzlu məhlulu qanına yeritməklə xilas etmək olardı. Həm də ki, o dövrdə antidepressantlar hələ yox idi. Ölümqabağı evdəkilər onun aydın səsini eşitdilər: «Nərdivan gətirin, nərdivan» Sonra ölüm gözlərini tam bağlamamışdan əvvəl «Ölmək necə də şirindi» dedi.

Qoqol müfəttiş yüklə

Sabit Rəhmanın Qoqol haqqındakı məqaləsi

Mən Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” əsərini lap uşaqlıqda oxumuşam. O zaman hələ Qoqolun kim olduğunu bilmirdim və təəccüb edirdim ki, nə üçün yazıçı bu adama rəhmət oxuyur. Onun Qurbanəli bəy ilə nə əlaqəsi var.

Bir gün atam məni kluba aparmışdı. Orada yerli həvəskarlar tamaşa göstərəcəkdilər. Biz foyedə gəzirdik. Birdən gördük ki, üç-dörd nəfərin arasında dava-dalaş qopdu. Uzunboy, başı daz bir kişi qarşısındakı adama ağzına gələni deyirdi. O adam abrına qısınıb bu söyüşlərə heç bir cavab vermirdi və ətrafdıkalar zarafat bilsinlər deyə, yalandan gülürdü. Daz kişini bu gülüş daha da hiddətləndirirdi. O söyür, axırda bərkdən çımxırdı:

– Sən lap Qoqolun tiplərinə oxşayırsan.

Bayaqdan söyüşlərə əhəmiyyət verməyən adam bu sözü eşidən kimi gülməyini saxladı, ağappaq ağardı və qarşısındakına hücum çəkdi. Qərəz, atam məni çəkib başqa tərəfə apardı, ancaq mənim: “Qoqol kimdir, onun tipi olmaq nə ağır işdir ki, söyüşdən qorxmayan kişi bu sözdən odlandı?” sualıma atam qısaca bu cavabı verdi: “İndicə tamaşaya baxıb Qoqolun kim olduğunu və onun necə tiplər yaratdığını başa düşərsən”.

Həvəskarlar “Müfəttiş” komediyasını oynayırdılar. Bütün zal gülürdü. Mənim cingiltili qəhqəhəm bütün gülüşlərin arasında seçilirdi. Təhqir olunmuş kişiyə haqq verirdim, heç kəs Qoqolun tipi olmağı istəməzdi.

Qoqol Azərbaycan xalqının arasına bu cür gülüş və qəhqəhə ilə girmişdi. Mən “Müfəttiş”i görəndən sonra başa düşdüm ki, nə üçün Cəlil Məmmədquluzadə öz əsərində Qoqolun adını bu qədər minnətdarlıq hissi ilə qeyd eləyir.

O vaxt hələ Qoqolun Azərbaycan dilinə yalnız ikicə əsəri tərcümə olunmuşdu: “Müfəttiş” və “Şinel”. Ancaq elə bu iki əsər göstərirdi ki, Qoqolun yaradıcılığı bir xəzinədir. Sonralar biz cavanlar bu xəzinənin içinə girib heyran qaldıq. Yazıçı bəşəriyyət üçün nə böyük dövlət qoyub gedib! Elə ki, onun əsərlərini bir ucundan tutub oxumağa başladıq, bizə elə gəldi ki, yeni bir dünya kəşf eləmişik.

İndi isə artıq Qoqolun bütün əsərləri dilimizə tərcümə olunub və Azərbaycanın hər güşəsində əldən-ələ gəzir. Uşaqdan tutmuş qocaya qədər Azərbaycanda elə savadlı adam yoxdur ki, bu əsərləri oxuyub ləzzət almasın, gözü yaşarıncaya qədər gülməsin.

Qoqol elə yazıçıdır ki, əsərləri həmişə yaşayacaq, istismarla, dinlə, qara qüvvələrlə mübarizə edən insanların əlində kəskin bir silah kimi işlənəcəkdir. Qoqol elə bil böyük bir məşəldir. Rusiyanın o yumruq və qan hökmranlığı dövründə bu məşəl parlayıb ətrafını elə işıqlandırıb ki, xalqın canına daraşıb qanını soran tüfeyliləri hamıya göstərib. Qoqol mahir bir rəssam kimi bu qaranlıqdan dartıb qopartdığı tiplərin, qorodniçilərin, xlestakovların, çiçikovların, sabakeviçlərin şəklini böyük məharətlə çəkib, xalqın qarşısında nümayiş etdirib ki, baxın, gülün və eyni zamanda ehtiyatlı olun, bunlar sizin düşmənlərinizdir!

Bu tiplər Qoqolun ölməz əsərlərilə bərabər illəri keçib, əsrləri adlayıb, zəmanəmizə qədər gəlib çıxıb. Hal-hazırda kapitalist ölkələrinin hansını istəyirsən gəz, orada yüzlərlə Xlestakov, Qorodniçi, Dobçinski- Bobçinskini görərsən. Məgər ölkə-ölkə gəzib soyuq müharibə qızışdıran və öz mürtəce müharibə ideyalarını yerinə yetirmək üçün ölü canlar axtaran Dalles Çiçikovun 20-ci əsr variantı deyilmi? Məgər İrandakı kəndlilərin halı “Ölü canlar”dakı krepostnoyların halından yaxşıdırmı? Böyük rus tənqidçisi Belinski çox gözəl deyib: Eyni çiçikovlar, yalnız başqa paltarlarda, Fransada və İngiltərədə də vardır. Lakin onlar ölü canlar deyil, azad parlament seçkilərində diri canlar alırlar. Bütün fərq mahiyyətində deyil, sivilizasıyadadır. Əclaf parlamentçilər hər hansı aşağı qəza məhkəməsinin əclaf məmurlarından savadlıdırlar. Lakin mahiyyət etibarilə onlar bunlardan he də yaxşı deyillər.

“Müfəttiş” komediyasını birinci dəfə əlli yeddi il bundan qabaq Azərbaycan səhnəsində oynayıblar. Bu əsər bizim teatrlarımızın repertuarında özünə elə möhkəm yer tutub ki, nəsilbənəsil böyük artistlərimiz üçün məktəb əvəzini verib. Hüseyn Ərəblinski kimi böyük faciə artisti həmişə fəxr edirmiş ki, Xlestakovu oynayır. Bu rol onun tamaşaçılar qarşısındakı imtahan rollarından biri olub.

Qoqolun əsərlərinin təkcə rus xalqı arasında deyil, bütün qardaş xalqlar arasında məşhur olmasına səbəb ondakı böyük vətənpərvərlik hissi, dərin satira və məzəli yumordur. Onun povestləri, hekayələri, komediyaları elə gözəl yumorla yoğrulub ki, oxumağa başlayan əsəri qurtarmamış yerə qoymaq istəmir. Lap cavanlığından – birinci əsərlərindən onu məhşur eləyən bu böyük qüvvədir. Adi oxucunun həyatda görə bilmədiyi detalları, xırdalıqları Qoqol elə məharətlə tapıb təsvir eləyir ki, adam heyran olur. O öz oxucusunu təkcə güldürməklə kifayətlənmir. Bu gülüşlə bərabər, ürəyə acı bir kədər də soxulur, müəlliflə bərabər, sən də dərdlənirsən, yanırsan.

Ölümündən yüz ildən artıq keçdiyinə baxmayaraq, elə bil Qoqol indi də oxucularının, tamaşacılarının arasında gəzir, onları laqeydlikdən, tənbəllikdən çıxarıb mübarizəyə çağırır, çünki o, hər zaman fəal yazıçı olub.

Bizim ədəbiyyatımızdan ən görkəmli adamlar – Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Haqverdiyev Qoqolu sevə-sevə oxuyublar. Onlar da Qoqol kimi çar mütləqiyyətinin, köhnəliyin, mövhumatın qatı düşməni olublar.

Mən “Müfəttiş” komediyasında Qorodniçinin tamaşaçılara üzünü tutub: “Kimə gülürsünüz?” – deyə qışqırdığını eşitdikdə “Molla Nəsrəddin” jurnalının birinci nömrəsində Cəlil Məmmədquluzadənin oxuculara müraciətlə dediyi sözlər yadıma düşür:

“Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa, xa!” edib güldünüz ki, az qaldı bağırsaqlarınız partlasın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib “lənət şeytana!” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.

Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəyirsiniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı, diqqətlə baxınız camalınıza “.

Molla Nəsrəddin də Qoqol kimi əlinə satira və yumor məşəli alıb, Azərbaycanın hər bucağını gəzir və xlestakovları, çiçikovları, manilovları ordan-burdan dartıb, çıxarıb xalqın qabağında numayiş etdirirdi. ///Kultura.az

Qaynar.info

İCTİMAİ MEDİA – Ədəbi və tarixi portretlər

Bu layihə İCTİMAİ MEDİA saytının ədəbi-tarixi portretlər qoludur. Burada yayımlanan hər bir yazı həqiqi müəllifinə istinad olunmuşdur və Ədliyyə Nazirliyində Elektron Hökumət layihəsinin proqramında nəzərdə tutulan qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keşmiş formada hesab olunur və həmin materiallar hüquq müstevisinde Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə qorunur. Yazılar yayımlanarkən ilk növbədə müəllifindən mütləq icazə almanız tələb olunur.

29 October, 2009

Qoqol – Milli kaloritli dahi

Nikolay Vasilyeviç Qoqol
(20 mart 1809, Bolşıye Soroçintsı, Poltava quberniyası – 21 fevral 1852, Moskva)

. Qoqol on üç yaşına kimi atasının mülkündә dinc vә rahat yaşadı, kәnd әhlinin dolanacağı ilә tanış oldu. Burada Qoqol malorusların eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ənənə vә adәtlәrini, әxlaq vә adablarını bilafasilә müşahidә edib, sonralardan gördüklәrinin bütünlüğünü artıq mәharәtlә yazıb, özünün hәqiqәtyazan bir әdibi-kamil olduğunu aşkar etmişdir.

«Qələmimdən çıxan əjdahaları mənim gördüyüm kimi kimsə görsəydi qorxusundan tükləri biz-biz olardı»

Psixiatriyada şizofreniklərin bu növünə sosiopat, yəni insanlarla ünsiyyət qarşısında qorxu keçirən deyirlər. Bu tipə Qoqol, Qavard Xyuz, Maykl Ceksonu aid edirlər. Maykl Geksonun ölümündən sonra bu məsələ mətbuatda daha sıx müzakirə edilir və tarixdən nümunələr çəkiləndə adətən Qoqolun da adı sadalanır. Axı o, ömrünün ikinci yarısında manyakcasına steril həyat keçirməyə çalışır, sağlam olmaq barədə daim düşünür və həmişə də müalicə olunurdu. Ona elə gəlirdi ki, xəstəliklər və ölüm onu qarabaqara izləyir.

Nikoşa

Nikolay Qoqol aprelin 1-də Bolşiye Soroçintsı adlı bir yerdə doğulub. Onun ailəsinin kökləri qədim Ukrayna kazak nəslinə gedib çıxır. Ata tərəfində əksəriyyəti keşiş idi. Qoqolun 15 yaşı olanda onun atası rəhmətə gedir.

Anası oğlu Nikoşa ilə nəfəs alırdı və onu dahi hesab eləyirdi. Deyilənə görə valideynlərinin nikahına Müqəddəs Məryəm özü xeyir-dua vermişdi. Atası Vasiliy Afanasyeviç Müqəddəs Məryəmin Axtır adlanan ikonasını ziyarət edəndən sonra yuxusuna Müqəddəs Məryəm gələrək onun ayaqları altında oturmuş uşağı ona göstərib «…Bax, bu sənin arvadındır» demişdi. Az sonra o, qonşuları Kosyarovskinin evində qundağdakı çağanın cizgilərini tanıyaraq həmin uşaq olduğunu başa düşəndə çox heyrətlənmişdi. 13 il o, gələcək arvadını güdmüş sonra onunla evlənmişdi. Onların ailəsində doğulan 11 uşaqdan cəmi beşi salamat qalır. Tale belə gətirdi ki, bu ailədə sağ qalan yeganə oğlan Nikolay oldu. Məktəbdə Qoqol sözəbaxan və oxuyan uşaq deyildi, amma gözəl hafizəsi vardı. İmtahanlara 1-2 gün qalmış kitab arxasında oturub hazırlaşır və belə üsulla sinifdən-sinfə keçirdi. Dillərə heç marağı yox idi amma rəsm çəkməkdə və rus dili üzrə sinifdə ona çatan olmazdı. Məktəbdə tərbiyə üsullarından ən çox tətbiq ediləni kötəklənmə idi. Arabir Qoqola da qamçı dəyirdi. Oxuduğu məktəbdə də hər səhər və axşam dua edilirdi. Hər gün bir saat Əhdi-ətiqdən oxunur və bir-iki şeir əzbərlənirdi. Məktəbin rejimi monastr rejimi kimi idi.

İncəsənət həyatla barışmaq deməkdir

1828-ci ildə Peterburqa gələndə Qoqol Vətən uğrunda müqəddəs əməllər arzularını özüylə gətirmişdi. Maddi çətinliyi olduğundan çinovnik, aktyor, rəssam kimi özünü sınayır və hətta dərs deməklə çörək pulu qazanırdı. Mətbuatda ilk debutu şair kimi olmuşdu. İlk şeirlərini möhkəm tənqid eləmişdilər deyən Qoqol satışda olan bütün nüsxələri alıb yandırmışdı. Artıq ikinci debutu onun adını Rusiyanın birinci ədibləri sırasına yazdı. «Dikanka yaxınlığındakı xutorda gecələr»i indi hamı görə bildi. O, Pletnyov, baron Delviq, Puşkinlə tanış oldu. Onu sarayda tanıyıb qəbul elədilər. Artıq sivil Peterburq həyatı ucqar rus mədəniyyətindən daha cazibəli və maraqlı görünürdü. «Müfəttiş»in premyerasında çar Nikolay Pavloviç pyesin tamaşası və nəşrinə fərman verdikdən sonra tamaşanın sonunda imperator Qoqola brilyant qaşlı üzüyü şəxsən hədiyyə elədi.

Cavan Qoqol hekayələri yaşına xas olmayan ustalıqla yazırdı. Kənddə böyümüş oğlan üçün zarafat eləmək adi həyat tərzi idi. Yarmarkadan çıxmış oğlan oxucunu cəlb eləməyin yollarını çox yaxşı bilirdi. Lazım gələrdisə hekayələrin altında tanınmamış imza qoyardı ki, oxucu onu yeni müəllif kim qəbul edib maraqlansın. Rudıy Panko imzası da boş yerdə əmələ gəlməmişdi. Rudıy kürən deməkdi. Qoqolun saçı kürən idi. Şəhərin də öz tələbləri vardı. Ona cavab vermək üçün Qoqol evdə verdiyi dərslərin daşını atdı, Peterburq ətrafında bağ kirayələdi, borca girərək modabazlar kimi geyindi.

İndi onun ətrafına çoxlu insan yığışmışdı. Paytaxta cələn yerliləri uşaqlarını ilk əvvəl onun yanına gətirərdi, dostlarını onunla tanış edərdi. Burda rəssamlar, hərbçilər, tələbələr vardı. Qoqolun dərnəyi belə yarandı. Qoqol hamıya gülməli ləqəblər verərdi: Balzak, Düma, Hüqo… Dostları barədə gülməli kupletləri bəstələməyi də sevərdi. Onların vaxtı sənət və ədəbiyyat barədə söhbətlərdə keçərdi. Hamının gözündə zarafatcıl və komik olan Qoqolun mənəvi natarazlığı barədə bir dənə də söz deyilməmişdi. Ona görə də ilk kitabının uğurundan sonra Peterburqun adlı-sanlı ailələrində onun yeri həmişə vardı.

«Müfəttiş» və «Ölü canlar» Puşkinin imiş?!

Peterburqa ilk gəlişində Qoqol Puşkinə təqdim edilmək üçün vasitə axtarırdı. İlk dəfə Qoqol Puşkinin yanına özü tək və təqdimatsız gəldi. Evin qapısını döyüb gözlədi. Nökər qapıya çıxıb dedi ki, barin yatıb. Qoqol düşündü ki, Puşkin səhərəcən yəqin ki, şeir yazıb ona görə də bu saatda hələ ki, yuxudan durmayıb. Amma nökər izah elədi ki, Puşkin səhərəcən kart oynadığından hələ ki, ayılmayıb. Bu Qoqolun mənliyinə zərbə oldu və məktəblinin içində yaratdığı ideallaşmış şair obrazını darmadağın elədi. Onlar bir də 2 ildən sonra görüşdülər. Puşkinə onu cavan və çox şeylər vəd edən bir yazar kimi təqdim elədilər. Onlar görüşəndə Puşkinin 31, Qoqolun 21 yaşı vardı. Qoqol xutor zadəganlarından idi, nə yaxşı ədaları, nə parlaq bilikləri vardı. Puşkin isə Qoqolun istedadını həmən gördü, bu isə bütün çatışmazlıqları örtə bilərdi. Puşkinlə dostluğu ilə fəxr eləyən cəmi 2-3 adam olardı, onlardan biri də Qoqol idi. Uğur zirvəsində olan şair az tanınan cavan yazıçının evinə gələr, yeni hekayələr tələbi ilə kağızları eşib tökər, əlinə keçəni oxuyardı. Axı Qoqol hər şeyi öz bildiyi kimi qoşardı. Yeni sözlər tapar, köhnə rus sözlərinə yeni can verərdi, lap bəzən qramatika qanunlarını pozsa belə maraqlı və gülməli alınardı. Qoqol Puşkinlə o qədər hiyləgərcəsinə rəftar edirdi ki, hətta onun özü üçün hazırladığı bir neçə süjeti yalvarıb ondan almışdı. «Müfəttiş» və «Ölü canlar» Puşkindən götürülmə süjetlər idi. Sonralar Puşkin şikayətlənirdi ki, hiyləgər maloross onun süjetlərini oğurlayıb.

«Sizin ruhunuza dəlicəsinə vurulmuş…»

Peterburqdan başını götürüb xaricə gedəndə anasına yazdığı məktublar əsas verir ki, burda ürək məsələlərinin olduğunu düşünək: «Tanrı xətrinə, onun adını məndən soruşmayın. O, çox yüksəkdir, çox! Və mənə sakitliyimi pozub yaratdığım laxlayan dünyamı dağıtmağa görə göndərilib». Romantik kəndli oğlan deyəsən kubar qadınının sevgisindən qaçıb sərhədlərin arxasında gizlənmək istəyir? Bəlkə də bu ilk məhəbbətdir? Daha sonra bir neçə sevgiyə eyham kimi anlaşıla biləcək kiçik macəralar. Onlardan biri Kaluqa qubernatorunun həyat yoldaşı Aleksandra Osipovanın adını çəkirlər. Ona yazdığı məktubları Qoqol sonralar bir qədər dəyişdirilmiş halda çap eləmişdi. Qoqol məktubları belə imzalayırdı: «Sizin ruhunuza dəlicəsinə vurulmuş…». Qoqolun şəxsi həyatından yalnız onun əsərlərindən xəbər tutmaq olar. Zamanında hətta şaiyələr gəzirdi ki, Qoqol qrafinya Anna Viyelqorskaya ilə maraqlanırdı və hətta ona evlənmək təklifi də eləmişdi. Amma qohumları ilə söhbətdə ona nəzakətlə xatırladırlar ki, aralarında olan hörmətə baxmayaraq o, qrafinyanın tayı deyil. Bəlkə ondan sonra yazıçı «Mən indi daha çox monastra yarayıram, nəinki kubar həyatına» yazırdı.

«Çəkdiyim iztirabları bilsəydiz…»

Qoqol ömrü boyu maniakal depressiv psixozdan əziyyət çəkib. Maniya zamanında yazıçının parlaq əsərlər yaratmağa çoxlu qüvvəsi, enerjisi, yaradıcılıq ideyaları olardı. Amma az sonra bu qara zolaqla əvəzlənər və həyatın rəngləri tamam dəyişərdi. O dövrün həkimləri düzgün diaqnoz qoya bilməmiş və ona görə də səhv üsullarla müalicə edirdi. Həkimlər onu belə məqamlarda yaş döşəkağıya səriməklə, ruhanilər isə ciddi pəhrizlə müalicə edərmiş. Bu üsullardan sonra xəstənin halı daha da pisləşərdi. İlk tutması 31 yaşında Romada olarkən olub. Depressiya bəzən elə səviyyəyə çatırdı ki, özünü öldürmək, ya da suda böğmaq yeganə çıxış yolu və dərman kimi görünürdü: «Mənə nə olub, bilmirəm? Bu qocalıqdımı ki, əlimi qaldırmağa taqətim yoxdu. 42 yaşında qocalmaq deyilsə bu nə haldı ki, mən düşürəm? Çəkdiyim iztirabları, əziyyətləri bilsəydiz…».

Xəstəlik tutması zamanı Qoqol günlərlə yeməksiz və susuz ikona qarşısında dua etməkdə keçirirdi. Dua zamanı o, tezliklə öləcəyini deyən səslə eşidirdi. Hələ məhv eləmədiyi kitabının taleyinə yanaraq «Ölü canlar»ın ikinci cildini qraf Tolstoya verməyə çalışır. Amma Tolstoy istəmir ki, Qoqol onu etibar edilmədiyini düşünsün deyə imtina edir. Ola bilər ki, bu kitabın məhvi ilə dünya ədəbiyyatı şedevrlərdən birini itirir. Səhəri gün Qoqol qraf Tolstoya dedi ki, yalnız bəzi hissələri yandırmaq istəyirdi, amma qəddar ruhun əmrilə hamısını yandırmalı oldu. Kitabın məhvindən sonra Qoqol həyatının mənasını da itirir. Sonrakı 10 gün yazıçı boş mənasız ifadəsiz baxışlarını tavana dikib uzanmış vəziyyətdə qalır. Ölümünədək kimsəylə bir kəlmə də kəsmədən dünyasını dəyişir.

Bəzi versiyalara görə Qoqol letarqik yuxuya gedibmiş və diri ikən basdırılıb. Sonra isə qəbirdə ayılaraq hava çatışmamazlığından vəfat edib. Bu şaiyələr faktlarla təsdiq edilməyib. Amma onların yayılmasında yazıçını özü günahkardı. O, hələ sağlığında diri ikən basdırılmaqdan qorxurdu. Çünki malyariya yoluxandan sonra uzun sürən yuxu ilə müşayiət edilən ürəkkeçmələri olurdu. Ona görə də qorxurdu ki, onu ölmüş bilib basdırarlar. Bu səbəbdən o, 10 il yatağa uzanıb yatmamışdı. Gecələri kresloda, ya da divanda yarıuzanmış şəkildə mürgü döyərdi. Hətta vəsiyyət eləmişdi ki, çürümə əlamətləri görünməyənədək bədənini basdırmasınlar.

«Ölmək necə də şirindi»

Qoqol axirət dünyasından qorxduğu üçün daim dua edir və ruhunu xilas eləməyə çalışırdı. Təqvimdən 10 gün əvvəl oruc tutaraq lazım olduğundan artıq çalışırdı. Əslində bu oruc deyil, tam aclıq idi. Bulemiya, yəni ifrat iştahası olan Qoqol üçün bu ölümə bərabər addım idi. Çünki o, sağlam vaxtı həddən artıq çox və kolorili yeyir, amma kökəlmirdi.

Müasirləri həkimlər onun depressiyasına miningit adı verərək 19-cu əsrlə yayılmış üsullarla müalicə aparırdılar. Onu zorən qaynar vannaya otuzdurub başına buz kimi su tökürdülər. Bu prosedurdan sonra tir-tir titrəyən yazıçını paltarsız saxlayır, burnuna 8 zəli yapışdırıb qan çıxarırdılar. Onun kobud rəftar edir və üstünə çığırırdılar. Qoqol müqavimət göstərəndə əllərini burub ağrıdan çığırdırdılar. Ona görə də bu «müalicə»dən sonra onun vəziyyəti yaxşılaşmırdı. Müasir həkimlər deyərdi ki, Qoqol tempratur fərqindən sonra qan itirilməsindən əmələ gələn ürək-damar tutmasından keçinib. Belə xəstələrə qan çıxarmaq və isti-soyuq kontrastı eləmək qəti olmazmış. Aclıq da üstəlik… Yazıçını zorla yedizdirmək, çoxlu içizdirmək və duzlu məhlulu qanına yeritməklə xilas etmək olardı. Həm də ki, o dövrdə antidepressantlar hələ yox idi. Ölümqabağı evdəkilər onun aydın səsini eşitdilər: «Nərdivan gətirin, nərdivan» Sonra ölüm gözlərini tam bağlamamışdan əvvəl «Ölmək necə də şirindi» dedi.

Başsız Qoqol

Yazıçının həyatı ilə bağla bir mistika indiyədək açılmayıb. 1931-ci idə Qoqolun 1852-ci ildə basdırıldığı Danilova monastrında yeniyetmə cinayətkarlar üçün təcridxana yaratmaq fikrinə düşürlər. Burdakı məzarları Novodeviçye monastrına köçürürlər. Köçürülməli məzarları açanda tabutun içində bircə Qoqolun kəlləsi tapılmadı. Qəribə və fantastik bir fakt! Qəbri açan ustalar tabutun çox dərində baçdırdığını və çətinliklə tapıldığını təsdiqləyir. Tabutda tütün rəngində kostyum geymiş adamın hətta alt paltarları da salamat idi. Amma baş yox idi. Sovet alimləri qəbri köçürənədək kimisi Qoqolun qabırğasını, kimisi tabutun parçasını, kimisi isə yazıçının başmaqlarını özünə yadigar götürdü.

Bulqakov da «Master və Marqarita» romanında bu faktdan istifadə eləmişdi. Əsər boyu bir neçə yerdə sahibsiz kəllə dığırlanaraq adamları qorxudurdu. Köhnə qəbirin üstündə bürünc xaç qara başdaşı üzərinə qoyulmuşdu. Orda yazılmışdı: «Mənim acı sözlərimə hələ çox güləcəklər». Yeni məzarda Qoqolun qəbrini Tomskinin müəllifliyi ilə büstü yonulmuş heykəl bəzəyir. Bu dəfə başdaşında «Dahi rus sənətkarına Sovet hökümətindən» yazılıb. Əvvəlki qara başdaşı lazımsız əşya kimi monastrın həyətində atılmışdı. Bulqakovun arvadı bu başı ərinin qəbri üçün layiqli bilib satın aldı. Həmin daşdan yonulmuş başdaşı indi Bulqakovun qəbrinin üstündədir. Bununla da «Əziz müəllim, məni çüyün şinelinlə örtərmisin» deyən Bulqakovun da arzusu yerinə yetdi.

Müfəttiş WikiLeaks

Sabutay Dostoyevski yazırdı “biz hamımız Qoqolun şinelindən çıxmışıq”. Amma bu gün dünyanın sirlərini və əslində qapalı olmuş jurnalistikanı şineldən çıxaran müfəttiş WikiLeaks dünyanı titrətməkdədir.
Qoqolu və WikiLeaksı qarşılaşdırmağım heç də təsadüfi deyil. Qoqolun “Müfəttiş” əsərinin məzmunu, daha doğtusu, əsərin sonunda oxunan məktub mənə WikiLeaks saytını xatırladır… Əsərdə qüsurlarını bilən və örtməyə çalışan kiçik şəhərin bürokratik elitasının komedik durumu təsvir edilir. Öz cinayətlərini ört-basdır edən bürokratik qrup müfəttişə yarınmaqla, ona rüşvətin müxtəlif qılıqlarında hədiyyələr təqdim etməklə cinayətlərini gizlətmək istəyir. Yetər ki, onlara kimsə mane olmasın, insanları qoyun kimi idarə etsinlər, var-dövlətlərini artırsınlar. Onlar bunu bacardıqlarını düşünürkən sadəcə təsadüfi bir adamı müfəttiş saydıqları üzə çıxır. Ən sonda isə yalançı müfəttişin yazdığı məktub oxunur. Bu məktub isə məhz bu bürokratik elitanı ifşa edir. Hər kəsin, belə demək mümkünsə zibili üzə çıxır. Bax elə belə… ….
Səudiyyə Ərəbistanının kralı ABŞ nümayəndələri ilə söhbətlərində İranın nüvə proqramını dayandırmaq üçün ABŞ-ı bu ölkəyə hüçum etməyə təhrik edib. «Gürcüstanın Romadakı səfiri bizə deyib ki, Gürcüstan hökuməti inanır ki, Putin Berluskoniyə «Qazprom»la «ENI»nin idarə etdiyi istənilən kəmərdən gəlir faizi söz verib. Onun əsas arzusu Putinə bənzəməkdir. O, tez-tez Putin tərəfindən ötürülmüş fikirləri səsləndirib. Gürcüstan böhranı vaxtı Berluskoni təkid edirdi ki, Gürcüstan işğalçıdır”.

2009-cu il martın 6-da isə səfir Dersin (DERSE) imzası ilə MƏXFİ qrifi altında göndərilən məlumatda Azərbaycanda İranın çirkli pullarını yuyan biznesmenlər və onlara bunda kömək edən Azərbaycan strukturları barədə məlumat verilir (Azərbaycan sizin üçün yalnız İranı öyrənmə məntəqəsidir?). Hillari Klinton bu ölkədəki Amerika səfirliyinə göstəriş verib ki, öyrənsinlər-görsünlər, Argentina prezidenti Kristina Fernandezin ağlı başındadır, yoxsa yox? Klinton diplomatlardan xahiş edib ki, prezidentin həkimə gedib-getməməsini araşdırsınlar.
Və sair…. … Əsərdə məktubla ifşa olunanlar böyük vəzifə sahibləridir, WikiLeaks saytıyla ifşa olunan, bank hesabları daşan dövlət məmurları… “Müfəttiş”də də açıqlanan məktubda elita üzvlərinin bir-birini kütbeyin adlandırdıqları, satqınlığa hazır olduqları, sarsaqlıqları və bütün mənfiliklərə rəvac verdikləri üzə çıxır. Qoqol bu əsəri ilə Rusiyanın çürüdüyünü göstərirdi. WikiLeaks isə açıqladığı sənədlərlə dünyanın siyasi idarəedilməsinin çürüdüyünü göstərir. Əsərdə oxunan məktubu hər kəs öz adına çatdıqda dayandırmaq istəyir, bu mənə saytın qarşısının alınmasını xatırladır. Əyriliyi görüb güzgünü sındırmaq istəyi… … Qoqol, “”Müfəttiş”i pis və ədalətsiz hər şeyi göstərmək və bir anda hamısına gülmək üçün yazdım” deyir. Puşkin isə bu əsəri oxuyarkən “aman Allahım” demişdi. Biz isə ən azı WikiLeaks saytını oxuduqca sarsılırıq və… deyəsən, hələ çox “aman Allahım” deyəcəyik. Çünki ən azı Azərbaycanla bağlı hissələr komediyanın, bilmirəm, yəqin ki, daha yeni bir cərəyanıdır. Yəqin ki, yeni-yeni məlumatların üzə çıxması davam edəcək. Amma çox maraqlıdır. Uzun illər qərb dairələri Azərbaycanda demokraya istəyini lazımınca dəyərləndirməyiblər. Daim iqtisadi yüksəliş və sairədən dəm vurublar. Gizli məktubları isə başqa şey deyir. Bu kursu nəyə əsaslanıb aparırdılar? Eskuderonun hərəkətlərindən tutmuş hər şeyə qədər ABŞ-n tutduğu səssizlik nəyə əsaslanırdı? Uzun illər aparılan repressiyalara ABŞ-ı sadəcə seyrçi saxlayan nə idi? Axı, onların diplomatlarının gizli məktublarından da görünür ki, az qala Murad Köhnəqalanın hansı kafeyə borclu qaldıqlarını da yaxşı bilirlər. Zira, 2005-də 40-50 minlik mitinqçilərə dəstək verməyib bunu kiçik qüvvə sayırlar, amma 200 nəfərlik Saakaşviliyə hər cür yardım edirlər. Doğrudan da, biz gürcülər qədər də demokratik cəmiyyətə hazır deyilik? Nədən Azərbaycanın demokratik cəmiyyət istəyinə bu cür biganədirlər? İstəmirlər? Nədən kor-kor, gör-gör, Ermənistanı işğalçı kimi tanımırlar? Axı, Qafqazın demokratikliyinin məhv edilməsində bu münaqişələrin böyüməsi böyük rol oynadı. Qafqazlarda boğulan demokratiya Asiyada da demokratik addımları zəiflətdi. Qarabağ münaqişəsi qaldıqca, hələ Gürcüstan demokratiyası da təhlükədə olacaq. Kim bilir Azərbaycan müxalifətinin planları hansı səfirlik tərəfindən, nəyin müqabilində satılır? Və ya narazı elektorat bir tərəfdən də Qərb təmsilçilərinin əliylə necə sakitləşdirilir? Oliqarxların gizli bank hesabları əldə edilməklə, ara-sıra müxalif qüvvələri kiçik silsiləli mitinqlərə həvəsləndirməklə sonda istənilən bir paymı alınır? Zira, xalqın marginallaşmasında və durğunluğunda bu şouların rolu olmadımı? WikiLeaks saytı bəlkə bunları da açıqlayacaq. … ABŞ diplomatlarının gizli məktubları mənə yalançı müfəttişin məktublarını xatırladır. O, hər şeyi bilmiş, lakin özü bir avara Xlestakovdur. Hər şeyi bitdə-bitdə bilən, amma bunları dəyişmək missiyası olmayan Xlestakov obrazıdır. Müfəttiş əsərinin sonluğunda əsil müfəttişin gəldiyi xəbəri yayılır. Əsərdə bu yeni müfəttişin adı çəkilmir. Budur, bəlkə də yeni müfəttişin adı WikiLeaksdır, hansı ölkənin domenində olmasından asılı olmayaraq, o, bütün dünya üçün gəlib. İ.S. WikiLeaksın yaradıcısı Assancı həmişə “mənəviyyat, ədalət və hökumət nə edə bilər, nə edə bilməz” sualları maraqlandırır. Onun bu prinsipi dünya mediasında yeni bir mərhələnin başlanğıcını qoyur. Bu, daha açıq cəmiyyət yarada, dövlət, şirkət, korporasiya sirləri deyilən bir bataqlığı yox edə bilər. Məhz bu bataqlıq dünyanın çürük idarəedilməsinə gətirib çıxarıb… “Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Comments are closed, but trackbacks and pingbacks are open.