Qoruqlar qanun
AzNews.az
Qoruqlar peykdən qoruna bilər
Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “AZƏRKOSMOS” Açıq Səhmdar Cəmiyyəti arasında görüş keçirilib.
Görüşdə nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf və Xalq yaradıcılığı və mədəni marşrutlar şöbəsinin əməkdaşları da iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar məsələlər müzakirə olunub. Vurğulanıb ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında peyk təsvirlərindən istifadə etməklə turizm nümayiş obyektlərinin (qoruqlar və mədəni irs obyektləri) qorunmasına dəstək göstərilməsi nəzərdə tutulub.
Eyni zamanda görüşdə “AZƏRKOSMOS” tərəfindən “Yer müşahidə məlumatlarının mədəniyyət sahəsində tətbiqi” mövzusunda təqdimat olub. Təqdimatda peyklərin xüsusiyyətləri, dövlət proqramının məqsədləri və gözlənilən nəticələr haqqında məlumat verilib. Nümayiş olunan təqdimatda işğal altında qalan torpaqlarımızda, xüsusi ilə Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri yer alıb.
Qeyd olunub ki, ilkin mərhələ üçün yaxın vaxtlarda “AZƏRKOSMOS” tərəfindən mədəni irs sahəsində pilot layihə təqdim olunacaq. Layihədə müəyyən olunmuş ərazidə yerləşən tarixi abidələrin peyk görüntüləri hazırlanacaq.(trend.az)
AzNews.az
Qoruqlar qanun
Vətən müharibəsində şanlı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanıb. Erməni vandallarının uzun illər ərzində işğal etdikləri Qarabağda və ətraf rayonlarda törətdikləri dağıntıların nəticələrinin aradan qaldırılması, bölgədə insan həyatının hərtərəfli bərpa edilməsi üçün hələ uzun müddət əsaslı işlər aparılmalıdır. Bunun üçün Azərbaycan xalqının və dövlətinin möhkəm iradəsi, lazımi maddi imkanları, ən əsası isə tarixi torpaqlarımıza tükənməz Vətən sevgisi var.
Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibənin başa çatmasından dərhal sonra imzaladığı sərəncamlar və göstərişləri əsasında işğaldan azad edilmiş ərazilərdə başlanmış böyük dirçəliş, tikinti-quruculuq işləri uğurla davam etdirilir:
“Azad edilmiş ərazilərdə dirçəliş işlərinin mühüm bir istiqamətini də tarixi abidlərlə bağlı fəaliyyət təşkil edəcək. Ermənilər tərəfindən dağıntılara məruz qalmış tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması qarşıda duran əsas vəzifələrdəndir. Bütün bu fəaliyyətin məqsədi bir neçə mərhələdən ibarətdir: 1. Abidələrin mühafizəsi; 2. Abidələrin tədqiqatları; 3. Abidələrin turizm məqsədi ilə istifadəsi. Bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq qurumların birgə fəaliyyətinin koordinasiya edilməsi vacibdir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası abidələrin axtarış, qeydiyyat və tədqiqat işlərini, Mədəniyyət Nazirliyi onların qorunması və idarə edilməsi, Dövlət Turizm Agentliyi isə turizm məqsədi ilə istifadəsini təşkil etməlidirlər. Məhz bu qurumların sıx əməkdaşlığı abidələrimizin regional və beynəlxalq miqyasda tanınması, təbliğ edilməsi, Qarabağın qədim və orta əsrlər dövrü tarixinin tədqiqatları işinə böyük töhfə verəcəkdir.
Qarşıdakı bu fəaliyyətdə icra ediləcək mühüm işlərdən biri Qarabağ və ətraf rayonlarda tarixi qoruqların yaradılmasıdır. Bu bölgədə hələ 1988-ci ildə “Şuşa tarix-memarlıq qoruğu” təşkil edilmişdi. Lakin həmin dövrdən başlanan, Qarabağın Azərbaycandan qoparılmasına yönələn separatizm hərəkatı və sonra bölgənin Ermənistan tərəfindən işğalı tarixi abidələrlə, eyni zamanda Şuşa qoruğu ilə bağlı fəaliyyəti də dayandırmışdır. Halbuki bu bölgədə həmin illərə qədər yüzlərlə arxeoloji və memarlıq abidələri məlum idi və onların bir qismində elmi tədqiqat işləri aparılmışdır. Bundan sonra bu ərazilərdə aparılacaq araşdırmalar nəticəsində bu vaxta qədər elmə məlum olmayan çoxsaylı abidələrin aşkar ediləcəyi şübhəsizdir”.
Professor qeyd edib ki, bütün tarixi abidələrin eyni səviyyədə mühafizəsi vacibdir və bu məsələ qanunvericilikdə də öz əksini tapıb. Lakin daha böyük elmi, tarixi əhəmiyyət kəsb edən abidəyə və ya abidələr qrupuna qoruq statusunun verilməsi onların yerləşdiyi ərazilərdə böyük tikinti işlərinin qadağan edilməsini və yaxud xüsusi nəzarətlə qismən aparılmasını, memarlıq abidələrinin, aparılmış arxeoloji qazıntı işlərinin nəticələrinin imkan daxilində konservasiya edilərək turizm məqsədi ilə istifadəsini və s. idarəçilik işlərini nəzərdə tutur:
“Şübhəsiz, Qarabağ və ətraf ərazilərdə aparılacaq elmi tədqiqat işləri nəticəsində bölgədə tarixi qoruqların təşkili üçün potensial sahələr müəyyən ediləcəkdir. Amma indiki zamanda bu bölgədə bir sıra ərazilərdə kompakt yerləşən abidələri tarixi qoruqlarda birləşdirmək mümkündür. Bu baxımdan ilk növbədə Xocavənd və Füzuli rayonlarının ərazisində axan Quruçay və Köndələnçay çaylarının hövzələrindəki abidələri qeyd etmək olar. Bu çayların arasındakı dağlıq, dağətəyi və düzən ərazidə Azıx və Tağlar mağaralarındakı ibtidai insan düşərgələri (Xocavənd rayonu), Neolit, Xalkolit və Tunc dövrlərinə aid Günəştəpə, Qaraköpəktəpə, Kültəpə, Xantəpə, Uzuntəpə, Meynətəpə (Füzuli rayonu) və s. arxeoloji abidələr məlumdur. Lokal bir ərazidə yerləşən bütün bu abidələr Azərbaycanın qədim tarixinin müxtəlif dövrlərini özündə yaşadır. Adları göstərilən Neolit-Tunc dövrü yaşayış yerləri bu bölgədə bir neçə min ili əhatə edən tarixi dövrlər arasında varislik məsələlərinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər Quruçay və Köndələnçay vadisi abidələrinin tarixi qoruq elan edilməsinin vacibliyini şərtləndirir. Bu abidələrdən aşkar edilmiş tapıntıların qorunması və turistlərə nümayiş etdirilməsi üçün Füzuli şəhərində muzeyin yaradılması da məqsədəuyğundur”.
N.Müseyibli əlavə edib ki, tarixi qoruq yaradılması üçün digər abidələr qrupu olaraq Kəlbəcər rayonu ərazisindəki Tunc dövrünə aid qayaüstü təsvirlər nəzərdə tutula bilər. Dəlidağın yamaclarında ötən əsrin 70-ci illərində aşkar edilmiş bu təsvirlərin sayı minlərlədir. Azərbaycan xalqının qədim əcdadlarına məxsus bu abidələr məlum səbəblərdən ətraflı tədqiq edilməmişdir. Onların yayılma arealının dəqiqləşdirilməsi, qeydiyyata alınması, tədqiq edilməsi üçün arxeoloji ekspedisiyanın təşkil edilməsi əsas vəzifələrdən biridir:
“Ümumiyyətlə, yaxın gələcəkdə Qarabağ bölgəsində Tərtərçay, Qarqarçay, Həkəriçay və digər çayların hövzələrində yığcam halda yerləşən abidələrin qoruqlar halında birləşdirilməsi perspektivləri öyrənilməlidir. Eyni zamanda bəzi qədim şəhər qalıqları, alban xristian dini-memarlıq abidələri tarixi qoruqlara çevrilə bilər.
Bölgədə artıq başlanmış və bundan sonra daha da genişlənəcək tikinti-quruculuq və təsərrüfat işləri yerləri yalnız mütəxəssislər tərəfindən müəyyən edilə bilən arxeoloji abidələrin vəziyyətinə mənfi təsir göstərə bilər. Buna görə də bütövlükdə işğaldan azad edilmiş bölgədə aparılacaq araşdırmalar nəticəsində abidələrin mühafizəsi, müəyyən ərazilərdə tarixi qoruqların yaradılması üçün AMEA və Mədəniyyət Nazirliyi birgə layihələr hazırlayaraq dövlət rəhbərliyinə təqdim etməlidirlər”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Qoruqlar qanun
“Çıraqqala” Tarix-Memarlıq Qoruğu – 2006-cı il, 27 sentyabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Şabranın rəmzi hesab olunan Çiraqqala Azərbaycanın ən qədim tarixi mədəniyyət abidələrindən biridir. Qala rayonun 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində qərar tutub. Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Qalanın qərar tutduğu sıldırım qaya el arasında “Çıraqqaya” adlanır. Görünür, hələ qala-sədd tikilməmişdən öncə adamlar düşmən gəlişini bu qalanın başında tonqal qalamaqla xəbər verirlərmiş. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış. Çiraqqala ərazinin ən hündür dağ zirvəsindəki nəhəng qaya üzərində tikilmiş müdafiə xarakterli qaladır. Gilgilçay səddinin baş qarovulxanası olub. Silindirvari bürclərlə möhkəmləndirilmiş qala divarları qapalı quruluş əmələ gətirir. Qayanın zirvəsində qala divarlarına bitişik baş bürc ucalır. Qalanın divarları və yarımdairəvi bürcləri (12 bürc) daşdan tikilmiş, yalnız baş bürcə kərpiçdən üzlük çəkilmişdir. Qalanın V-VI əsrlərdə Sasanilər dövründə tikildiyi və XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Adından göründüyü kimi qala müdafiə məqsədi ilə kəşfiyyat xarakterli tikilidir. Qala əsasən düşmən ordularının gəlişi və digər məlumatları tonqal vasitəsi ilə Azərbaycanın diqər qalalarına və məntəqələrinə çatdırırdı. Çıraqqala əsasən Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edirmiş. Bundan əlavə qalanın dənizə və digər yerlərə gizli yeraltı yolları mövcuddur. Çıraqqala təkcə tarixi, yaşı ilə deyil, həm də qoynunda şəfa qaynağı olan bulaqları ilə məşhurdur. 360 çarpayılıq “Qalaaltı” sanatoriyasında il boyu mədə-bağırsaq, öd yolu, qara ciyərindən şikayəti olan minlərlə xəstə şəfa tapıb doğma ocağına qayıdır. Sanki bu şəfa bulaqları tarixlə tanışlıq üçün keçmişdə bu günü, bu günlə gələcəyin arasında körpüdür. Çıraqqala rayon mərkəzindən 20 km aralıqda yerləşir. Həmin məsafəyə asfalt örtüyü döşənmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.