Milli park, qoruq və yasaqlıq anlayışlarının fərqi nədən ibarətdir
10 İyul , 2018 16:54
Tarixi abidələrin mühafizəsi, təbliği, qoruqların fəaliyyəti müzakirə olunub (FOTO)
Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə “Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Prezident İlham Əliyevin imzaladığı fərmandan irəli gələn məsələlərin həllinə həsr olunmuş müşavirə keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müşavirədə Mədəniyyət Nazirliyinin, Dövlət Xidmətinin məsul əməkdaşları, nazirliyin tabeliyindəki qoruqların rəhbərləri, rayonlardakı abidələrin mühafizəsi üzrə məsul şəxslər iştirak edib.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Prezident İlham Əliyev tərəfindən oktyabrın 22-də Dövlət Xidmətinin 5 regional idarəsinin yaradılması haqqında fərman, “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” isə sərəncam imzalandığını bildirib. Qeyd edib ki, yeni yaradılacaq regional idarələr dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin edəcək. Fərmana əsasən, Dövlət Xidməti daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, bu sahədə müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqini, eləcə də tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin edəcək.
Z.Sultanov vurğulayıb ki, fərmana uyğun olaraq ölkə ərazisində olan bütün tarixi-mədəniyyət abidələr üzrə mühafizəçilər yaradılacaq 5 regional idarənin tərkibində fəaliyyət göstərəcəklər.
Tədbirdə çıxış edən Ə.Qarayev son illər Mədəniyyət Nazirliyində aparılan islahatların əhəmiyyətini yüksək qiymətləndirərək deyib ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsidir.
Nazir aparılan islahatlardan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinin, eləcə də üzərinə düşən məsuliyyətin daha da artdığını diqqətə çatdırıb: “Prezident İlham Əliyev Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” sərəncam da imzalayıb. Bu o deməkdir ki, nazirliyin strukturunda fəaliyyət göstərən Dövlət Xidmətinin həyata keçirdiyi işlər ölkə başçısının diqqət mərkəzindədir. Cənab Prezident xalqımızın mədəni irsinin qorunması, bərpası və təbliğinə böyük önəm verir. Ona görə də biz üzərimizə düşən məsuliyyətli vəzifəni daha yüksək səviyyədə həyata keçirməliyik”.
Ə.Qarayev qeyd edib ki, bizim əsas məqsədimiz ölkə üzrə tarixi-mədəniyyət abidələrinin və qoruqların mühafizəsi, bərpa olunması, təbliği, onların fəaliyyətinin daha da effektiv, müasir tələblər səviyyəsində təşkil edilməsidir: “Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Tarixi abidələrin mühafizəsi, təbliği, qoruqların fəaliyyəti ölkəmizin müasir inkişaf səviyyəsinə uyğun qurulmalıdır. Bu, xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də ödənişli xidmətlərin təşkili kimi məsələləri əhatə edir”.
Nazir vurğulayıb ki, qeyd olunan məsələlərin həll edilməsi qarşımıza qoyulan məqsədlərə nail olmağa imkan yaradacaq.
Müşavirənin sonunda Ə.Qarayev tarixi-mədəniyyət abidələrinin mühafizəsi, qoruqların fəaliyyətinin yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Milli park, qoruq və yasaqlıq anlayışlarının fərqi nədən ibarətdir?
Milli park, qoruq və yasaqlıq anlayışlarının fərqi nədən ibarətdir?
Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, ekoturizm məqsədləri üçün istifadə olan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Dövlət təbiət qoruqları – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədiylə yaradılan təbiət mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Dövlət təbiət qoruqlarında xüsusi mühafizənin vacib ümumi tədbirlərindən başqa, turizm, xüsusi icazə olmadan qoruqların ərazisində olmaq qadağan edilir. Dövlət təbiət yasaqlıqları- təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir. Dövlət təbiət yasaqlıqları torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilə bilər.
Ens.az Qeydiyyat tarixi: 26 June 2017
Nazir: “Qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasıdır”
Nazir: “Qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasıdır” Bakı. 10 iyul. REPORT.AZ/ Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında iyulun 10-da mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə müşavirə keçirilib.
10 İyul , 2018 16:54
https://static.report.az/photo/8339a52c-9afc-4736-9d2c-a2340247b66a.jpg
Bakı. 10 iyul. REPORT.AZ/ Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında iyulun 10-da mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə müşavirə keçirilib. Nazirlikdən “Report”a verilən məlumata görə, müşavirə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqların nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsinə həsr olunub. Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul əməkdaşları, nazirliyin tabeliyindəki qoruqların rəhbərləri iştirak edib. Gündəlikdə duran məsələlər barədə məlumat verən Əbülfəs Qarayev Mədəniyyət Nazirliyində aparılan son islahatlardan söz açıb. İslahatların əhəmiyyətini yüksək qiymətləndirən nazir qeyd etdi ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilib. Nazir aparılan islahatlardan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinin, eləcə də üzərinə düşən məsuliyyətin daha da artırıldığını diqqətə çatdırıb: “Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən dövlət xidmətinə Prezident İlham Əliyevin sərəncamı ilə Zakir Sultanov rəis təyin olunub. Bu o deməkdir ki, nazirliyin strukturunda fəaliyyət göstərən xidmətin həyata keçirdiyi işlər ölkə başçısının diqqət mərkəzindədir. Ölkə başçısı xalqımızın mədəni irsinin qorunması, bərpası və təbliğinə böyük önəm verir. Ona görə də biz üzərimizə düşən məsuliyyətli vəzifəni daha yüksək səviyyədə həyata keçirməliyik”. Əbülfəs Qarayev qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi nazirliyin tabeliyində fəaliyyət göstərən qoruqların fəaliyyətini daha effektiv şəkildə qurulmasını təmin etmək üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdinə verilməsidir. Nazirliyin tərkibində mövcud olan qoruqlar bundan sonra birbaşa dövlət xidmətinin tabeliyinə verilir. Bunlar Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, “Pir Hüseyn xanəgahı” tarix-memarlıq qoruğu, Lahıc tarix-mədəniyyət qoruğu, “Çıraqqala” tarixi-memarlıq qoruğu, “Şabran şəhəri” tarixi qoruğu, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, Gəncə Dövlət tarix-mədəniyyət qoruğu, Nizami Gəncəvi məqbərəsi kompleksi, Qəbələ Dövlət tarix-mədəniyyət qoruğu, İlisu Dövlət tarix-mədəniyyət qoruğu, Zaqatala tarix-mədəniyyət qoruğu, Şuşa Dövlət tarix-mədəniyyət qoruğu və Quba şəhərindəki Soyqırımı Memorial Kompleksidir. Nazir vurğulayıb ki, indi qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsidir: “Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Hazırda Ağsu və Qəbələdəki qoruqlarda elmi tədqiqat işləri aparılır. “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda da Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə tədqiqat işlərinə başlanılıb. Bu araşdırmalar bütün qoruqlarımızı əhatə etməlidir”. Qeyd edilib ki, regionların mədəniyyət müəssisələri kimi qoruqların da fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrların işə cəlb olunması diqqətdə saxlanılmalıdır: “Qoruqların işi ölkəmizin müasir inkişaf səviyyəsinə uyğun qurulmalıdır. Bura xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də ödənişli xidmətlərin təşkili kimi məsələlər daxildir. Qoruqların dəqiq xəritələri hazırlanmalı, mühafizə zolaqları müəyyən olunmalıdır. Eyni zamanda qoruqların hər birinin saytı yaradılmalıdır və bu saytlarda həmin qoruqlar haqqında müfəssəl məlumatlar yerləşdirilməli, onların daxil olduğu marşrutlar göstərilməlidir”. Vurğulanıb ki, nazirliyin tabeliyində olan qoruqların bir qismi turizm məqsədləri ilə daha geniş istifadəsinin təşkil edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin tərkibinə verilib. Həmin qoruqların da gələcək fəaliyyəti nazirliklə qarşılıqlı əməkdaşlıq çərçivəsində, Mədəniyyət haqqında qanunun tələblərinə uyğun olaraq həyata keçiriləcək. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov çıxış edərək qoruqların gələcək fəaliyyətinin təmin olunması istiqamətində atılacaq addımlardan danışıb. Qeyd edib ki, qoruqların fəaliyyətinin gücləndirilməsi üçün müvafiq strukturun qurulması, ödənişli xidmətlərin təşkil olunması diqqətdə saxlanılacaq. Vurğulanıb ki, qoruqların inkişafı məqsədilə ölkəmizdə fəaliyyət göstərən bir sıra müvafiq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilməlidir. Müşavirənin sonunda Əbülfəs Qarayev qoruqların fəaliyyətinin yüksəldilməsi, qoruq ərazilərində tədqiqat işlərinin aparılması, tədbirlərin təşkili istiqamətində tapşırıq və tövsiyələrini verib.
Comments are closed, but trackbacks and pingbacks are open.