Qorxmaz müəllim, yaxud ömür mətni – Cavanşir YUSİFLİ – Cavanşir YUSİFLİ
Con Drayden XVII əsrin ikinci yarısında klassiklər ilə neo-klassiklər arasındakı “kim doğru yoldadı ?” mübahisəsinə ən obyektiv yanaşan və bir növ barışdırıcı mövqedə duran tənqidçi olub. Onun “Dramatik poeziya haqqında bir esse” ( “Ann essay of Dramatic poesy”) adlı əsəri təkcə mübahisələrə gətirdiyi aydınlığa görə yox, həm də bu mübahisələrinin fonunda öz sənət fikirlərini ifadə etməsi baxımından önəmlidir.
Qorxmaz quliyev dəlidən doğru xəbər
- Fərəc Quliyevin Novruz bayramı təbriki
- Paşiyan əmri icra etdi: o, yeni müharibə istəyir
- Orta dəhlizin inkişaf etdirilməsi mövzusunda razılaşdıq – Ərdoğan
- Monteneqro prezidenti parlamenti buraxıb
- Avropa Liqası: “Mançester Yunayted” 1/4 finala yüksəlib, “Fənərbağça” mübarizəni dayandırıb
- Apple şirkəti yeni iPhone modellərinin qiymətlərini qaldıracaq
- Bugünkü məzənnə
- Prezidentin Mətbuat Xidmətinin məlumatı
- “Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
- Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
“Dəlidən doğru xəbər ” və ya “Şalaxo”
07.02.2020 [17:32] – Gündəm
Ucuz siyasətin şorbası artıq Gürcüstanın az qala brendi olub. “Paccahlıq” quşu təsadüf başına qonan Salome xanımın bu dəfə söylədiklərindən yeni bir siyasi xəngəl naharı hazırlanıb. Seçki ərəfəsində Amerika Rusiya münasibətlərini neytral müstəvidə saxlanılması üçün namizədliyinə yaşıl işiq yandırılan bu üzü Fransız içi kosmopolit xanım deyib ki, əgər biz bölgəni fəth etmək istəsək, yəni cənubi Qafqazda, ya ümumilikdə Qafqazda, Türkiyə və Orta Doğuda söz sahibi olmaq istəsək bunun üç yolu var. Birinci güclü və hər kəsin sayqı göstərəcək, müasir texnoloji silahlarla donanmış, modern ordun olmalıdır. Türkiyə,İran,Rusiya,Azərbaycan kimi. İkinci güclü iqtisadiyyatın olmalıdır. Rusiya,Türkiyə,İran,Azərbaycan kimi. Bu gedişlə və ölkədəki mövcud iqtisadi,demoqrafik,siyasi böhranı da nəzərə alsaq bunların olacağı ümidi yaxın perspektivdə görünmür, amma, “bölgəni fəth etmək üçün böyük bilik, elm, mədəniyyət adlı çox güclü bir silahımız var”. Onun bu çıxışı əslində bir gürcü xanımının, bir gürcü qanının, bir gürcü davranış və mentalitetinin XXI əsrdə çöküşünü hüznlə və kədərlə izləyərək çonqurisini sinəsinə basaraq söyədiyi bir yanıqlı nəğmədir. Həm özünün yaşı və fiziki imkanının həyatın bu sürətinə yetişə bilmədiyinin etirafıdır,həm də, öz şəxsində xalqının üzləşdiyi duruma bir təəssüf hissi ilə çözüm aramaqdır və ona görə ilk oncə “komleksiniz var”- deyə təmsil etdiyi topluma irad tutur. Salome xanım görür, Tiflisin bir dönərxanaya döndüyünü, Marcanaşvilinin türk yeməklərini sərgiləyən bir lokanta sokağı olduğunu, Veranın Çin Koreya dilində danışan bir fahişəxanaya çevrildiyini. Salome xanım eşidir Batumidəki sünni iftarındakı duaları, Marneulidəki azan səsini, Qorinin 30 km- liyindəki rus danışığını. Tbilisidəki Azərbaycanlaşan universitetləri, küçələrdəki yabancı dildə ucalan mahnıları, narkotikləşən gəncliyi, kazinolarda müflisləşən kütləni. İçindəki ağrını dilə gətirir, irad tutur,”komleksiniz var”- deyə. Yəni bunlar durduğu yerdə olmur deyir. İşləmək əvəzinə, birgə gələcək naminə zəhmət yerinə “komleksiniz”ə köklənib kənd adlarını dəyişərsiz, hər döngəyə bir xaç qoyarsız,məktəbləri bağlayarsız, dili yasaq edərsinzsə nəticəsi bu günkü reallıq olur-deyir Salome xanım. Başınız qarışar bu komleksə,bir də gözünüzü açarsız və görərsiz ki, kəndinizi şəhərinizi,”daça”nızı satın alıblar,o adını dəyişdiyiniz kəndlərə qatıblar. Hər döngəsinə,təpəsinə xaç qoyduğunuz o məskənlərin hər birinə bir “Allah evi” tikiblər. O, bağlamaq üçün min türlü “qanunı” diskriminasiyanıza cavab olaraq,dilini öyrənib,universitetinə doluşub sənin öz dilində “hodri-meydan” deyərlər. Mədəni irsinə vurduğunuz “qıfıllar sənin olsun”- deyib yeni internet resurslar, qəzet, jurnal, kanal açıb yüzillik məcmuəni kölgədə qoyarlar. Salome xanımın bu qısa “esse”sində təsvir olunan şəraitin keçən əsrin əvvəllərində mövcud olanlarla eyni mütanəsib olduğunu çoxu bilməsə də Salome xanım bunu bilir və o, zaman bu genetik fondun əslində sovet rusiyası tərəfindən qorunub saxlandığını da, ya oxuyub analız etdiklərindən, ya da, şüuraltı bilir. Cavaxetiyanın, Borçalının, Acarıstanın, Abxaziyanın, Cənubi Osetiyanın o vaxt da, “gedə biləcəyini” və kimin hesabına “getmədiyini”də gözəl bilir Salome xanım. O bir, gürcü xanımı olaraq gördüyü fəlakətlərdən vətənini qurtarmaq üçün, sətiraltı, toplumun təpkisindən çəkinə-çəkinə, ehtiyatla Gürcüstanın gələcəyinə bir yol xəritəsi cızır. Bu, xəritədə ən əsası NATO nağılı yoxdur və ya NATO hesablna “bölgəni fəth edərik”- deyə bir ümid pəncərəsi belə açılmır..Bu xəritə Gürcüstanı ancaq “mədəniyyətlə,elmlə birləşdirə bilərik”- deyir..Daha topla,tüfənglə Abxaziya,Cənubi Osetiya alına bilməz- demək istəyir..oturub danişmaq,mədəni,elmi əlaqələri genişləndirmək,qapıları açmaq zamanıdır deyir Salome xanım. Öz toplumuna birgə yaşadığınız insanlara münasibətdə komleksdən azad olun deyir dövlət başçısı. Salome xanım bu siyasi bəyanatı şərqdə deyir, qərbdə demir və bununla da başqa bir mesaj da verir:- “Ayılın”- deyir,”Gələcək”-dediyiniz şey, üzünü “monqol”- deyib istehza etdiyiniz şərqə tutub,siz isə hələ NATO, “Qeyparad” kimi amorf ifadələrlə gürcü mentalitetinin gözəl ənənələrini unudub Gürcüstanın öz içində özünüzün necə əridiyini görmədən,zaman qayb edirsiniz-deyə fəryad edir.”Şalaxo”, “dolma”, “Sari gəlin”,Şuşa,kilsələr. Kim nə tapırsa mənimdi dediyi bir vaxt gəldiyini bilir Salome xanım. Adamın əlindən “Şalaxo”nu alıb,”Şalaxo” oynadırlar,Qarabağı alıb,”Qarabağ şikəstəsi” oxudurlar. Əslində, haşa Salome xanımdan,atalar bu yerdə deyib:- Dəlidən,doğru xəbər”.
Zumrud Qurbanli
Gürcüstan Parlamentinin keçmiş üzvü
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Qorxmaz müəllim, yaxud ömür mətni – Cavanşir YUSİFLİ – Cavanşir YUSİFLİ
Alimlər müxtəlif olur. Xarakteri, istedadı, üslubu etibarı ilə.
Həyat tərzinə görə də onlar fərqlənir.
“Fərq” alim üçün mühüm keyfiyyətdi. Fərq yaratmaq. hər kəsin gücü müqabilində bir iş deyil. Gözəl üslubu, yazı tərzi olan alimlər olub, elə indi də var. Onlar güclü effekt yaradırlar. Ancaq dərini, mətnin dərinliklərini göstərən alim barmaqla sayılacaq qədər də deyildir. Çünki bu halda effekt yaratmağa ehtiyac olmur.
Fərqli alim, fərqli düşünən şəxs böyük nemətdi, bəsitliyin, fikirsizliyin zirvəyə qaldırıldığı məqamda xüsusən.
İndi “elmi məqalə” anlayışı, yəni hər hansı mətləb haqqında elmi səviyyədə danışmaq səriştəsi aradan qalxıb.
Qorxmaz müəllim (professor Qorxmaz Quliyev) elmə gəldiyi ilk gündən bu üslubu, hər hansı mətləb haqqında sakit, arqumentlərin gücünə, bəhs etdiyi bədii, yaxud elmi mətnin məntiqinə əsaslanan tərzi qoruyub saxlayıb. Fikrimizcə, hər hansı alimin tərcümeyi-halında bu, çox mühüm və ciddi məsələdir.
2
Hər bir kəsin bioqrafiyasında hökmən bir əsaslı hadisə baş verir, görənlər görür, görməyənlər qulaqardına vurur. Qorxmaz müəllim mənim həyatımda məhz belə bir hadisədir. O mənim müəllimim olub, təkcə ədəbiyyat müəllimimi? – Xeyr, həm də həyat müəllimi! Onun haqqında ancaq görkəmli alim, yüksək təfəkkürlü filoloq kimi bəhs etsən, çox şey yaddan çıxacaq. Onun haqqında xeyirxah insan kimi danışsan, yenə nəsə çatışmayacaq, bir çimdik duz kimi!
Bizim ömrümüzdə hər an, hər saniyə hiss etdiyimiz şey – bir çimdik duz kimi nəyinsə çatışmaması son mənzilə qədər sürür, bu şeyə biz açıq gözlə baxırıq, günü-günə satırıq, bu gün-sabah, fürsət düşəcək deyə, onu arxa plana keçiririk. Böyük insanlar üçün elə şeylər var ki, sən anında eləməlisən. Bu öhdəliyi-yükü sən bir çiynindən digərinə keçirə-keçirə aldadırsan özünü. O mənə dərs deyəndə haçansa bu sözləri yazacağım ağlımın ucundan belə keçməzdi.
Qorxmaz müəllim hər şeydən öncə özü-özünə yetən, bəs eləyən adamdı. Əsl alim yazdıqlarına həyətində yetişdirdiyi üzüm tənəyi kimi baxır, küləkdən, yağışdan, təbiətin min bir oyunundan qoruyur; daha sonra qonşudakı ac uşaqların tamahından, bəd gözlərdən və sair. Məsiağa müəllimin “Cahan” jurnalında çalışarkən onunla iki-üç dəfə görüşməli oldum. Azərbaycan Dillər Universitetində. İki gözəl yazısı çap edildi. Dördcə nömrədə iki gözəl yazı! İşimiz-gücümüz başqalarının sel misalı yazılarından xilas olmaqdısa, Qorxmaz müəllimin yazısını özümüz kompüterə yazırdıq! Xəttinə baxırdım, oxunmur, sonra bircə sözü oxudunmu, bütün sözlər özü “danışırdı”. Özünün dediyi kimi, kod və kontekst.
Qorxmaz müəllim yüksək əxlaq sahibidi. Buna görə də onun işi mahiyyətlədi, hər bir mətnin içini “oyan” məna savaşıyladı. O onuncu dərəcəli detalları asanca qulaqardına vura bilir. Qorxmaz müəllimin təhkiyəsində heybətli şişirtmələr, həyəcanlanmalar yoxdu, çoxlarının anlamadığı mətnləri bu adamlara çox sadə şəkildə başa salır və onların da boynuna qoyur ki, siz əslində bunu məndən daha yaxşı bilirsiniz. Onun doktorluq dissertasiyası böyük bir problemə həsr edilmişdi: Azərbaycan ədəbiyyatında fərdi üslubun təkamülü və təşəkkülü. Bu əsərdə o qədər öyrənməli mətləblər var ki. Ancaq bizdə çoxunun öyrətmək inadı bu sadə və iddiasız nəsnələri oxumağa mane olur. Vaxtilə Xəlil Rzanın bir kitabı çıxmışdı. Qardaşım oxuyurdu, yaddaşıma ən yaxşı misralar hopurdu. Məsələn, “sən mənə bir ovuc gül toxumu ver, səpim bu dünyanın hər tərəfinə. ” Şair bu mətləbi necə həll eləyirdi, indi yadımdan çıxıb, ancaq misranı yaradan nəfəsin gözəlliyi danılmazdır.
Qorxmaz müəllimin yazılarında “gözəllik yaratmaq” inadı və missiyası əslində tələbələrinin normal yetişməsinə yönəlik bir şeydi. Herman Hessenin “Yalquzaq” romanının tərcüməsinin ilkin çapında Qorxmaz müəllimin ön sözü vardı. Vilayət müəllim, Vilayət Hacıyev gözəl tərcüməçidir, alman dilli ədəbiyyatın nadir bilicisidir. Ancaq etiraf eləyək ki, bu kitaba yazılan ön söz həmin əsərin dərin qatlarının açılmasında misilsiz hadisəydi. Bu yazıya bir də baxın (vaxtında onu gücüm çatan neçə adama oxutdurmuşam-!) və ədəbiyyat haqqında bu tipli yazıların bizim təfəkkürümüzn formalaşmasında nə qədər önəmli rol oynadığına şahid olun. Xaricdə, Avropa ölkələrində bu tipli alimlərin mühazirələrini yazırlar, çünki mühazirə əsnasında, yəni şifahi nitqində alimin nə qədər böyük ideyalar irəli sürdüyü sonralar aşkara çıxır.
İndi, bizim mühitin filoloji pilləsində işlər yaman qarışıb. Hamı bir-birini hədələyir. Ağız deyəni qulaq eşitmir. Ancaq bir vaxt ayırın, Qorxmaz müəllimin, digər klassik alimlərin yazılarını oxuyun, görün hər hansı pyesi, hekayəni, romanı. necə təhlil edərlər. Yoxsa, ordan-burdan iki söz eşidən kimi cumursuz irəli, səsinizi də mikrofona qoşursuz, ayıb.
Əslində bu bir dildir. Əməllərin danışdığı dil.
Qorxmaz müəllimin bir alim-filoloq kimi fərqləndirici cəhətlərindən ən başlıcası, fikrimizcə, özünə qədərki bütün təcrübələrə vaqif olaraq dünya və gerçəkliyə, lap elə tədqiq elədiyi məsələlərə həmin təcrübələrin pəncərəsindən özü kimi baxa bilməsindədir. Onun tədqiqatları fərqli görünməyə meyl etmir, əksinə, adi, lap elə normativ fonda gözə dəymək istəyir, fərqi oxucu tutmalıdır, yazı üçün mühüm şərt olan fərq (ideya-!) oxucunun ixtiyarına buraxılır. Bədii əsər, bədii mətn zaman və məkan dəyişdikcə tükənmədiyi kimi, elmi araşdırma da bütün bu dəyişmələrin amplitudasını ən aşağı kəmiyyətdə olsa belə hesablaya bilməlidir. Nə mənada? Filoloq mətni təhlil etdikdə onu fokus nöqtəsinə gətirir, burada tutub saxlayır, dərinlərə, lap elə göz işləməyən dərinlərə gedə bilmək üçün bu “tutub saxlama anı” maksimum uzanmalıdır. Bu nə qədər mühüm olsa da, ikinci cəhət – əsərin konkret zaman və məkanın boyuna biçilməsi onun gələcəyə yolunu bağlaya bilir. Bütün bunları aradan qaldırmaq və mətni əbədiyyətə qovuşdura bilmək üçün filoloq daxili təcrübəsini işə salmalıdır. Yəni, dəqiq formulların tətbiqindən vaz keçib daxili təcrübəsində həm bəşəriyyətə, həm də yalnız ona xas olan cəhətləri konsentrasiya edə bilməlidir. Oxumaq üçün bizə çoxlu kitablar verilir. Dünya ədəbiyyatının (klassik və müasir) şah əsərləri təhlil olunur, məzmun danışılır, əsərin ehtiva etdiyi ideyaların görüş və ayrılıq yerlərinin konturları cızılır, ancaq bu kitablar sənə heç nə vermir; çünki bütün bu təhlillərdə (özü də ən müasir-!) yazan adamın daxili təcrübəsi iştirak etmir, müəllif özüylə söhbətdən qaçır və beləliklə mətn dilsiz qalır (yaxud, “dilini udur”. )
Burda bir ayrıntı da nəzərə alınmalıdır. Haqqında danışdığımız daxili təcrübə məlum-məşhur nəzəri formula uyğun gələ, üst-üstə düşə və ya ondan köklü şəkildə fərqlənə bilər. Götürək elə, onun “bədii əsər deyimdir” ifadəsini. “Dəlidən doğru xəbər” məqaləsində ayrı-ayrı deyimlərin zaman və məkan boyunca hərəkəti, dinamikası, ictimai-sosial problemlərlə çarpazlaşması və sair göstərilir və bu zaman məlum formul filoloqun zəngin daxili təcrübəsi hesabına dəyişir, haqqında söz açılan mətnlərin müxtəlif aspektləri boy göstərir. Hər şey fərdi yaşantıdır, mütaliə də! Fərdi yaşantı zaman-zaman arxa plana keçsə də, unudulmur, vaxtı yetişəndə hayına yetişir, elə bir “güzgü effekti” yaradır ki, bir mətndən digərinə keçidlər istədiyin zaman gözlərin önündə açıla bilir.
Bu alimin leksikonunda və mətnində veriləcək informasiyanın yolunu kəsən metaforalara və poetik ibarələrə (fantastika-!), həm də təfsir adına yozulan digər anomaliyalara rast gəlməzsən. Hər bir məqalənin ilk cümləsi hansısa düşüncə axınının davamı təsiri bağışlayır (daxili əqli-emosional yaşantı sinxron və diaxron kəsiklərdə yaşayır) və bunu yalnız diqqətlə nəzər saldıqdan sonra fəhm edə bilərsən. Rolan Bart deyirdi ki, ədəbiyyat, bədii mətn bütün potensiyası ilə yalnız nəyəsə işarə etmək gücünə malikdir. O, bəhs etdiyi gerçəkliyə toxuna, onu tutub saxlaya bilməz. Yəni, bədii mətndə konkretlikdən yox, konkretləşmədən qaçış özünü büruzə verir. Qorxmaz müəllim yazır: “. hətta konkret zaman kontekstində özünü büruzə verən məzmunu qabartmaq olmaz. Bu, əslində zorla bədii nümunəni potensial imkanlardan məhrum etmək demək olardı. Mənə elə gəlir ki, sənət əsəri insanın yaratdığı digər artefaktlardan fərqli olaraq sözün müsbət mənasında metafiziki xarakterə malik olmalıdır, yəni zamanın və məkanın fövqündə dayanmalıdır. Bir şərtlə ki, zaman-zaman və məkan-məkan konkretləşə və aktuallaşa bilsin. Bu mənada hər bir bədii nümunə deyimdir. “
Diqqət yetirin: “. Bu baxımdan şəxsən mənim üçün, azərbaycanlı oxucu üçün, ingilis dramaturqu Şekspirin “Kral Lir” faciə-deyimi Məmmədquluzadənin dramaturgiyası, yəni XX əsrin əvvəlləri kontekstində azərbaycanlılaşaraq konkretləşmişdir. Qəribədir, əsl sənət əsərləri yalnız yarandığı dövrdə, yaxud gələcəkdə aktuallaşmır; onlar digər bədii nümunələrlə əl-ələ verib keçmişə də işıq salmaq iqtidarındadırlar; Məmmədquluzadənin deyim-komediyaları Şekspirin əsərləri ilə əməkdaşlığa girib XX əsrin əvvəllərindəki Azərbaycanın hüdudlarını aşmaq, universallaşaraq ümumbəşəri keyfiyyətlər kəsb etmək, dahi ingilis dramaturqunun yaradıcılığının bu günə qədər açılmamış tərəflərini açıqlamaq imkanına malikdirlər.” Yəni, müəllifin dediyi kimi, bəzən tarix etibarıyla əvvəl gələn yox, sonra gələn əsər müəyyən köklü məsələlərin həllində əlahiddə rol oynayır.
Burada bir cəhəti də qeyd edək. Qorxmaz müəllim dünya ədəbiyyatını, dünya ədəbiyyatının bədii mətnlərini, onların giriş-çıxış məqamlarını gözəl bilir. Ancaq Qorxmaz müəllimin əsas ixtisası Azərbaycan ədəbiyyatıdır. Ədəbiyyatşünaslıq mənasında milli ədəbiyyatın dünya ədəbiyyatına inteqrasiyası məhz bundan başlayır: Məmmədquluzadə haqqında, Axundov, Haqverdiyev, Vəzirov. haqqında metafora və epitetlərdən vaz keçilir, onların mətnləri sadəcə dünya ədəbiyyatı və onun ideyaları, estetik konsepsiyaları kontekstində nəzərdən keçirilir, bu məqamda həm də bütün xronoloji sərhəd və ardıcıllıq sırası pozulur, Qorxmaz müəllimin təbirincə desək, bəzən tarix etibarı ilə əvvəl yazılan əsər yox, məhz sonra meydana gələn əsər əvvəlki dolaylara işıq salır, orada bir çimdik duz kimi çatışmayan şeyləri qabardır. Qorxmaz müəllim dünya ədəbiyyatının şah əsərləri – bədii mətnləri arasında virtual əlaqələri öyrənmək, araşdırıb üzə çıxarmaq cəhdləri eyni zamanda bizim ədəbiyyatşünaslıq üçün bir nümunədir.
Bu mənada Qorxmaz müəllimin hər bir məqaləsi konseptual xarakter daşıyır. Haqqında bəhs edəcəyi əsərin korpusundakı bütün elementlər saf-çürük edilir, əsərin ideyası, poetik strukturu, əsaslandığı və yaratdığı gərginlik sahələri həm mətnin öz sərhədləri daxilində, həm də onun digər mətnlərlə əlaqə şəbəkəsində araşdırılır. Təhlillərin uzun bir zaman çərəyini əhatə etməsi bir tərəfdən mürəkkəb və çətin filoloji suallara cavab verməyi təmin etsə də, digər tərəfdən yeni-yeni suallar meydana çıxarır. Hər bir yazıçı, yaxud şairin (Orta əsrlər, Yeni dövr, milli, yaxud xarici ədəbiyyat və sair) ard-arda, yaxud ixtiyari kombinasiyada düzülən bədii mətnlərinin yaratdığı gərginliyin milli ədəbiyyat kontekstinə təsiri, bəzən onu öz əsirinə çevirməsi, ədəbi ənənələri mükəmməlləşdirməklə bərabər həm də onu gücdən salması, əsrlər keçdikcə bu asılılığın ram edilməsi, ədəbi prosesin başqa kontekstlərdə yaşaması. bütün bunlar ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi kimi elm sahələrinin kompleks tətbiqini tələb edir. Daha çox isə yeni ideyaların işlənməsini.
Məqalənin (məsələn, “Dəlidən doğru xəbər”) mərkəzinə bir məsələnin (anomaliya-!) qoyulması onlarla başqa tipli problemlərin meydana çıxmasına səbəb olur və bu da müəllifi dünya ədəbiyyatına ekskurs etməyə məcbur edir. Və bu “məcburi” səyahətdə öyrənirik ki, “. Don Kixotun “anormallığı” müəllifə dünya ədəbiyyatı tarixində ilk dəfə iki bütöv, bölünməz kosmosu – şəxsiyyət və cəmiyyəti qarşı-qarşıya qoymaq imkanı vermişdir.
“. Servantesdən sonra yaranmış ədəbi nümunələrdə insan-dünya əlaqələrinin bədii inikası müxtəlifləşir və mürəkkəbləşir. Lakin “normal” dünya ilə “anormal” şəxsiyyət arasındakı fərq get-gedə azaldığına baxmayaraq tamamilə aradan qalxmır. Bu günə qədər dünya ədəbiyyatının aparıcı istiqaməti məhz bu bədii anomaliyaya söykənir. “
Məqalədə Məhəmməd Füzulidən tutmuş müasir dövrə qədər “situasiya-qəhrəman” qəlibi əsasında dəlilik və divanəlik diskursu öyrənilir. Bəzən deyirlər ki, Füzuli qəzəllərində hiss, duyğu klassik qəlibin içinə oturan kimi donur, dinamika “donuşluğa” çevrilir ki, aşiq-divanənin iztirabları maksimum güclə ifadə edilsin.
Dəlilik, divanəlik. “Dəli yığıncağı”nın Molla Abbası bütün klassik divanələrin “içindən” keçirilir, oxşar və fərqli cəhətlər göstərilir. “. Sadə insandan həqiqi insana yol divanəlikdən keçir” (M.Fuko. “Klassik epoxada dəlilik”). Daha sonra: adı çəkilən faciəvi komediyada biliksizlikdən biliyə, məlumatlılığa keçid. Molla Abbas kimdir? Üzündəki maska nədir? Hansı funksiyanı daşıyır. İnsanın həqiqəti özünü yalnız o, yox olduqda büruzə verir; yalnız o zaman peyda olur ki, başqa bir şeyə çevrilsin, özündən fərqli bir şeyə. Digər klassik divanələrdən fərqli olaraq Molla Abbas maskanı üzündən demək olar ki, aralamır. İstəyir ki, hamı onu tərk etsin. Təkbaşına uçurumun son addımlığına qədər gəlsin. Bunu M.Fuko belə izah edirdi: cüzama tutulmuş adamı hamı tərk edir, onun xilası da elə bundadır: onun üçün qovulma varolmanın xüsusi formasıdır.
Yazının bu hissəsinin sonunda bir cəhəti qeyd etməyi lazım bilirik. Professor Qorxmaz Quliyevin milli ədəbiyyatın bu və ya digər problemi, yaxud şəxsiyyəti haqqında yazısını oxuyanda sənin dilində yaranmış ədəbiyyatın nə qədər böyük olduğunu anlayır və hiss edirsən, başqa müəlliflərin həmin hadisələr haqda yazılarındakı məhəlli cizgilər dərhal göz önündə əriyib gedir. Mirzə Cəlildən nə qədər yazılıb, sayı-hesabı yoxdur. Məqalələr, kitablar, monoqrafiyalar. Ancaq bunların böyük əksəriyyətində Mirzə Cəlilin obrazı yoxdu, sadəcə vərəqlərdən ibarət olan kitablardır. Bunları demək ağırdı, ancaq deməmək daha pisdi.
Bu yazı tərzinə malik olan müəllifin təhkiyəsindən bəhs etməmək düzgün olmazdı. Yuxarıda da qeyd etdiyimiz kimi, müəllif hər hansı yazıya çox ağır və ciddi bir söhbətin yazı üçün münasib sayılan davamı kimi başlayır. Söhbətin əvvəli reduksiyaya uğramır, ancaq müəyyən dönüşlərdən sonra yazılı mətnə qayıdır, ən müxtəlif (bəlkə təsadüfi, bəlkə də xüsusi olaraq seçilmiş) onlarla mətnin içindən keçərək haqqında bəhs edilən hadisənin obrazını qətrə-qətrə yaradır; son nöqtə isə qoyulmur, yəni, sən bunlarla razılaşmaya da bilərsən, müəllifin özü sənə onlarla mənbə təklif edir, oxu, mübahisə elə. Bu tipli yazılarda konkret ədəbi hadisənin həm ümumi keyfiyyəti, həm də xüsusi, əlahiddə bəlirtiləri bir yerdə, bir kontekstdə nəzərdən keçirilir. Nəyin nəylə müqayisə edildiyinin fərqinə varmırsan, çünki sən, sənə təklif edilən ədəbiyyat anlayışının konturlarını görməyə, onları yaddaşına həkk etməyə çalışırsan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Qorxmaz quliyev dəlidən doğru xəbər
Klassizm
Horatsi.
Horatsi latın şairi və tənqidçisi olub. Onun sənət haqqında düşüncələri “Şeir sənəti” ( “Ars poetica”) əsərində cəmləşib. Təbiidir ki, Horatsinin kitabı Aristotelin kitabı qədər təfərrüatlı deyil, bu mənada “Poetika”nı oxumadan Horatsini anlamaq olmaz. Lakin əksər sənətşünasların fikrincə, Horatsinin kitabının qiyməti onun təqdim etdiyi forma qəliblərinin sonrakı əsrlərdə də qəbul edilməsidir.
Horatsiyə görə şairin fantaziyası reallıqla bağlarını qoparmamalıdır. Şairin fantaziyası məntiq və ehtimal qanunları ilə tərs mütənasib olmamalıdır, yəni sürünənlərlə quşların, quzularla canavarların bir yerdə olması düzgün deyil. Horatsi üçün bir sənət əsərində polifoniyadan çox, sadəlik vacibdir. Onun fikrincə şair mövzusunu istedadına uyğun seçməli, əsərinin dili hamı tərəfindən anlaşılan sözlərdən ibarət olmalıdır. Horatsi üçün dildəki sözlər bir ağacın yarpaqları kimidirlər, köhnələr öldükcə təzələr cücərirlər.
Horatsiylə Aristotel arasındakı başlıca fərqlərdən biri də əxlaqi əndişədir. Aristoteldəki hədsiz əxlaqi əndişə Horatsidə yoxdur. Horatsiyə görə sənətin əsas məqsədi həm əyləndirə-əyləndirə tərbiyə verməkdir.
Keçi nəğməsi, yaxud klassikliyin təməl qanunları.
Antik Yunanıstanda yarı-tanrı Dionisin şərəfinə şənliklər keçirilərmiş. Burdakı şənliklərdə müxtəlif ayinlər olarmış, bu ayinlər qurbanvermə və rəqs edib transa düşməkdən ibarət imiş. Bu şənliklərdəki rəqslərdən, musiqidən tragediya yaranmışdır. Həmin şənliklərdə təbiətin özünü təkrar etməsini (məsələn, fəsillərin təkrarlanması) canlandırmaq məqsədilə şərabçılıq tanrısı Dionisin həyatından səhnələr rəqslərlə nümayiş olunarmış. Bu təqlidin məqsədi həm də qışı qovub, baharı çağırmaq idi. Əfsanəyə görə Dionisin kədərli taleyinə ağılar deyən dostları keçi ayaqlı satirlər olublar. Buna görə Dionisin şərəfinə keçirilən şənliklərdə ilahilər oxuyan xordakı adamlar da “keçi” cildinə girirdilər. Elə bunun üçün də həmin xorun oxuduğu nəğmələrə “keçi nəğmələri” ( yunanca Tragos+oidie) deyilib. Tragediya sözü burdan yaranıb.
Sonralar bu şənliklər səngiyir, insanların rituallara olan inancında deformasiyalar baş verir və ayinlərdən uzaqlaşma dram sənətinin yaranmasına səbəb olur. Görünür, teatrın məbəd sayılması boşuna deyil.
Klassisizmi anlamaq üçün ən gözəl yol bəlkə də klassik dram əsərlərinin quruluşunu öyrənməkdir. Kəmərlərinizi bağlayın, getdik!
1. Mimesis (Təqlid)
Təqlid sözündən ilk dəfə Platon istifadə etsə də, Platon təqlidə aşağılayıcı nəzərlə baxırdı. Aristotel isə təqlidin insanda “a priori”, yəni əvvəlcədən var olan instinkt olduğunu deyirdi. Aristotel üçün təqlid çox vacib idi. Mimetik təhkiyə əhvalatı indiki zaman illüziyası içində nəql edir. Mimetik təhkiyə real, ya da xəyali hadisələrin, insanların arasındakı münasibətlərin yenidən yaradılmasıdır; real insan, yaxud insanabənzər şeylər ( məsələn, kukla, insan kölgəsi və s) vasitəsilə tamaşaçı gördüklərinin sanki o an baş verdiyini zənn edir. Mimesis həqiqi, ya da qurama hadisələri “bu an, burda, indi” kimi göstərir. Əgər bir personaj təqdim edilməlidirsə, bu personajın təqdimatı danışmaqla yox, onu hərəkətdə göstərməklə olmalıdır.
Aristotelə görə tragediyanın 6 elementi var: Əhvalat, xarakterlər, dil, düşüncələr, dekorasiya və musiqi. Bunlardan ikisi ( dil və musiqi ) təqlidin alətləri, biri (dekorasiya) təqlidin tərzini, qalan üçü isə (əhvalat, xarakterlər və düşüncələr) təqlidin nəsnələrini əmələ gətirir. Aristotel əhvalatı, hadisəni aktın, yəni hərəkətin təqlidi kimi görürdü.
2. Əhvalat/hadisə.
Əhvalat xronoloji irəliləməlidir, süjet isə səbəb-nəticə əlaqələrinə uyğun olmalıdır. Əhvalatın gedişatında xronologiya zənciri qırıla bilməz, lakin süjetdə zaman parçalanmaları ola bilər. Bir çox əsərlərin final səhnəsiylə başlayıb, geriyə dönüşlə nəql edilməsi süjet sayəsində olur.
Klassik mətnlərdə hər hadisə, situasiya, əhvalat mətnin ümumi quruluşuna xidmət etməlidir, əgər xırda bir hissə mətndən çıxarılanda mətnin ümumi quruluşu zədələnmirsə, demək o hissə lazımsız imiş. Əsərin quruluşunda təsadüfə yer olmamalıdır. Aristotel bunu qısaca belə ifadə etmişdir: “Varlığı və ya yoxluğu hiss edilməyən şey, ümumi olanın tərkib hissəsi ola bilməz.”
Əsərin konkret, aydın başlanğıcı və sonu olmalıdır. Finalın ucu açıq qalsa da, fərqi yoxdur, elə əsərlər var ki, oxucuda tamamlanırlar. Lakin deməliyik ki, onsuz da ənənəvi əsərlər dairəvi, qapalı formada yazılır, finalda çevrə qapanmalıdır, bütün sualların cavabı aydınlaşmalıdır.
Aristotelə görə tragediyada xarakter olmasa da, mütləq hadisə olmalıdır. Hadisələr iki cür işlənirlər: birincisi, məzmun və forma kontekstində “nəyin nəql edildiyi”, hadisənin özü, içi; ikincisi isə “necə nəql edildiyi”, kompozisiyanın necə qurulduğu ?
Kompozisiyanın tərkib hissələri bunlardır: ekspozisiya, konflikt, düyün (zavyazka), kuliminasiya və çözüm (razvyazka).
A) Ekspozisiya.
Ekspozisiya ilkin izahat deməkdir. Ekspozisiya həm əsər başlamamışdan əvvəl, həm də əsər boyu oxucunu/tamaşaçını əsərdəki adamlarla tanış etmək, niyə orda olduqları haqqında bilgi vermək, vəzifələri, istəkləri barəsində məlumatlandırmaq məqsədi daşıyır.
B) Konflikt.
Konflikt qəhrəmanın başqa bir adamla, özüylə, təbiətlə, cəmiyyətlə, cəmiyyətin adət-ənənələri ilə toqquşmasından yaranır.
Konflikt iki yerə ayrılır: 1. xarici, 2. daxili.
Xarici konflikt qəhrəmanın çevrəsindəkilərlə, cəmiyyətin adət-ənənələri ilə toqquşmasıdır. Daxili konflikt isə qəhrəmanın düşüncəsindəki təbəddülatlar, yəni özü-özüylə münaqişəsidir.
C) Düyün.
Düyün başlanğıcdakı sakitliyi pozan və dinamika yaradan elementdir. Düyün vasitəsilə gərginlik yaranır, yeni konfliktlərin yaranmasına yol açılır. Baş qəhrəmanın münaqişə və əngəllərlə qarşılaşdığı period düyünün əsas məqamıdır. Əsərdəki düyün nöqtələri təhkiyənin başlanğıc və sonu arasında üzvi əlaqə yaradan elementlərdir.
D) Kuliminasiya.
Kuliminasiya adətən çözümdən əvvəl olur. Əhvalatı gedişatındakı düyünlərin və münaqişələrin çözümünə gedən yolda ən vacib məqam kuliminasiyadır. Katarsis, yəni arınma, təmizlənmə prosesi adətən kuliminasiyada baş verir. Ənənəvi əsərlərdə adətən kuliminasiya iki cür verir: birincisi, peripetie, yəni bəxtin dönməsi, baş verən hadisənin tərsinə dəyişməsi, ikincisi isə anagnorisis, yəni bilgisizlikdən bilgiyə keçmə, aydınlanma, dərketmə.
E) Çözüm.
Əhvalatın son hissədir. Çözümdə bütün konfliktlər həllini tapır, problemlər aradan qaldırılır. Münaqişə edən tərəflərdən biri çözümdə o birinə qalib gəlir. Ənənəvi, klassik əsərlərdə adətən qalib gələn tərəf tamaşaçının/oxucunun oxşamaq istədiyi, özüylə identifikasiya etdiyi şəxs olur. Yaxşılar qalib gəlir, mükafatlandırılır, pislər uduzur və cəzalandırılır. Çözümdə vəziyyət əsərin əvvəlindəki sakit, problemsiz məqama qayıdır.
Xarakterlər.
Xarakter dərindən araşdırılmış insandır. Xarakterin əsas özəlliyi istəkli olmasıdır. Xarakteri hərəkətə sövq edən güclü istəkdir. Hərəkətsiz, aktsız istəyin mənası yoxdur. İstəyin gücü ilə hərəkətə keçən qəhrəman ya bu istək uğruna məhv olmadı, ya da məhv etməlidir. Aristotelə görə xarakterdə olmalı olan ən vacib özəllik “əxlaqlı olmaqdır.”Qəhrəmanın hərəkətləri, seçimləri məntiqli olmalı, məntiqə uyğun şəkildə başlamalı, inkişaf etməli və bitməlidir. Qəhrəman əsər təkamül keçib dəyişməlidir. Bu dəyişmə pill-pillə, məntiqə uyğun şəkildə izah edilməlidir.
Klassisizmin kökləri Platona və Aristotelə qədər gedib çıxsa da, əslində, cərəyanın tam olaraq təşəkkül tapması XVII əsrlə bağlıdır. Sənətə, sənətkara sərt tələblər qoyan bu cərəyanın izləri özündən sonrakı bütün cərəyanlarda görmək mümkündür, lakin bu cərəyana qarşı münasibət heç vaxt birmənalı olmayıb. Bu barədə professor Qorxmaz Quliyev “Dəlidən doğru xəbər” kitabında yazır: “Avropada XVII əsrdə meydana gələn totalitar mütləq monarxiyanın ideoloji prinsiplərini bədii vasitələrlə təbliğ və müdafiə edən klassisizm sosialist realizmini xatırladır. Burada da bütün ədəbi ictimaiyyət üçün məcburi olan ideoloji mövqe və poetik prinsiplər, janrların dəyərləndirməsində sərt iyerarxiya sistemi, digər ideoloji-estetik konsepsiyalara qarşı dözülməzlik, hər kəsə yerini göstərmək və heç bir sənətkarı cızığından çıxmağa qoymamaq, fərdiliyi qanunlar çərçivəsinə salmaq meyli açıq-aydın özünü büruzə verirdi. Klassisizmin aparıcı nəzəriyyəçisi Bualonun ədəbi prosesi nizamlayan “Poeziya sənəti” əsəri pafosu etibarilə Mərkəzi Komitənin ədəbiyyat və incəsənət haqqında məlum qərarlarını xatırladırdı. Məhz bu dözülməzliyin nəticəsi idi ki, təxminən iki əsr ərzinə kontinental Avropada heç bir poetik sistemin çərçivələrinə sığmayan dahi Şekspirin əsərlərinə qiymət qoyan yox idi. İş o yerə gəlib çatmışdı ki, son dərəcə incə poetik duyğuya malik Volter də böyük ingilis dramaturqunu “vəhşi” hesab edirdi. “
Neo-klassisizm və Ser Filip Sidni.
Orta əsrlərdəki uzun qaranlıq dönəmdən sonra qərb ədəbiyyatında nəzəri düşüncəyə töhfə verən ilk önəmli əsər Ser Filid Sidninin “Şeirin müdafiəsi” (“An Apology for Poetry”) kitabıdır. Bu əsər Aristotelin poetikasının xristianlıq fəlsəfəsiylə sintezindən yaranıb. Sidninin fikirlərini anlamaq üçün əvvəlcə İntibah (Renessans) adlanan mədəniyyət hadisəsini bir balaca açmaq lazımdır.
İntibah bir növ xristianlıqla özü arasındakı oxşarlıqları saxlayan və xristianlığı yenidən şərh edən bir proses idi. XIV əsrdə başlayıb, XVI əsrdə öz bitən bu dövrün bir neçə təzahürü var ki, bunlardan klassik humanizm məsələnin fəlsəfi qatını, neo-klassisizm ədəbi qatını, reformasiya isə dini qatını əmələ gətirmişdi.
Klassik humanizm orta əsrlərdəki doqmatik, avtoritar düşüncəyə qarşı rasioanlist və elmi bir üsyan idi. Orta əsrlədə belə bir dini-doqmatik düşüncə hakim idi ki, bu dünya insanı ölümdən sonrakı həyata hazırlayan bir keçid mərhələsidir, insan cənnətdən qovulmuş, doğuşdan əxlaqsız bir varlıqdır. Klassik humanizm buna qarşı çıxdı və orta əsrin qaranlıq illərində yalnış yozumlarla təhrif edilmiş klassik dəyərləri xristianlığın dəyərləri ilə sintez etdi.
Lakin mahiyyətində klassik humanizm heç də tamam-kamal dünyəvi, materialist və naturalist bir hadisə deyildi, çünki onun tərəfdarları içində əl-kimyaya, astrologiyaya və Ptolomeyin astronomiyasına inananlar vardı. Nəticədə demək olar ki, İntibah humanizmi Yunan-Roma ( Greko-Romen) mədəniyyətinin elementlərinə xristianlığın calaq edilməsi ilə yaradılmış bir mədəniyyət hadisəsi idi. Qeyd edək ki, Klassik humanizm də insanı tanrımərkəzli bir dünyanın içində görürdü.
Klassik humanizmdə insan bütün iradəsini tanrının iradəsinə təslim etməli, Tanrının səltənətini yer üzündə qurmağa çalışmalıdır, yəni insan məhduddur, lakin o, intizamlı bir özünütəhsillə ideal ruh-bədən nizamına vaqif ola bilər. Əgər Tanrı mütləq ağlın özüdürsə, onda insan ağlı ilə Tanrıya ən yaxın varlıqdır. Klassik humanizm mahiyyətcə xristiançı və platonistdir. Platonda Tanrı və əbədi ideya/formalar kimi təsvir edilən metafizik aləmin yerini, İntibahda cənnət anlayışı tutmağa başladı.
Neo-klassiklərə görə insan başqa-başqa ölkələrdə doğulsa da, başqa əsrlərdə başqa adət-ənənələrə inansa da, ayrı-ayrı yaşayış formaları olsa da, əslində hər yerdə eynidir, daha doğrusu dünyanın hər yerində insanın təbiəti eyni cürdür. İnsanların ehtirasları, duyğuları, sevgisi, nifrəti əslində dəyişməzdir. Deməli insanın ümumbəşəri mahiyyətini əks etdirmək, fərdi olanı, regional olanı, anormal olanı bir tərəfə atıb ümumini ifadə etmək deməkdir, beləcə sənətçi ümumi olanı təsvir etməklə, əslində, mahiyyəti ifadə etmiş olur.
Qayıdaq Filip Sidniyə. Sidninin əsəri Aristotelçi düşüncə ilə xristianlığın sintezindən və şərhindən doğuldu. Filip Sidni öz əsərinin girişində yazır ki, bütün sənət və elm sahələri təbiəti analiz edib, onu təqlid etməklə məşğuldurlar. Bütün sənət adamları ifadə vasitəsi kimi nəzmdən istifadə edirlər, çünki nəzmin insan ruhuna təsiri böyükdür. Ancaq şeirlər nəzm arasında, şeirlə kor-təbii şəkildə təbiəti yamsılayan adamlar arasında fərqlər var.
Şair təkcə təbiəti təqlid edən deyil, o həm də təbiətdən asılılığı rədd edəndir. Şair xəyal gücü, fantaziyası vasitəsilə təbiətdə gördüyü şeylərin ideal ölçülərini, gerçək mahiyyətini tapan şəxsdir; bunu edərkən şair reallıqla da bağlarını qoparmamalıdır. Bu yanaşma Aristotelin “Poetika”sındakı şair obrazının xristianlığa əsasən yozulması nəticəsində yaranıb.
Sidni şairin yaratmaq qüdrətindən söhbət açarkən onu tanrılaşdırmamağa diqqət edir. Sidniyə görə şair həm reallığı, həm də ideal olanı eyni dərəcədə ifadə etməyə borcludur.
Neo-klassik şeir də klassik şeir kimi zövq verərək öyrətmək, insana özünü tanıtdırmaq və kamilləşdirmək məqsədi ilə yazılır. Neo-klassik qayda “poetik ədalətdir”. Buna belə də ifadə etmək olar: yaxşılar mükafatlandırılmalı, pislər cəzalandırılmalıdır, yəni xristianlıqda olduğu kimi ilahi ədalətin sənətdə təzahür etməsi. Neo-klassizmi klassisizmdən ayıran əsas fərq üç vəhdət prinsipidir. Bu məsələyə qayıdacağıq.
Ben Conson. ( Ben Jonson )
Ben Conson özündən əvvəlki Filip Sidni ilə özündən sonrakı Con Drayen və Aleksandr Poup arasında körpü rolunu oynayan ədəbiyyatçıdır. Onun ədəbiyyat haqqında fikirləri “Kəşflər” (“Discoveries”) adlı kitabında cəmlənib.
Ben Conson üçün sənətdə əsas məsələ rasionallıqdır. O, hətta Şekspiri tənqid edir ki, onun əsərlərində hər şey istedadın ixtiyarına buraxılıb. Conson üçün Şekspirin əsərləri texniki baxımdan çox qüsurlu əsərlərdir, çünki Şekspir bir sənət əsəri üçün formanı kamil edəcək qaydalara əməl etməmiş, çox əsər yazmağı, az yazıb yaxşı yazmaqdan üstün tutmuşdur.
Consona görə asan yazmaq, yaxşı yazmağın nəticəsidir. Əvvəlcə yaxşı yazmağı öyrənmək lazımdır, asan yazmaq öz-özünə baş verəcək.
Conson yazır ki, bədii əsərdə istifadə edilən məcazlar qeyri-adi, vərdişdənkənar olmamalıdır. Ona görə şair əvvəlcə klassik əsərləri diqqətlə oxumalı, araşdırmalı, onları təqlid edə-edə öyrənməlidir.
Conson da Sidni kimi şeirin əxlaqi funksiyasına çox önəm vermişdir. Consonun sənət haqqında fikirlərini tipik neo-klassisizmə aid edən elementlər onun şeir haqqında düşüncələridir. Şair təkcə istedada arxalanmamalı, yazı qaydalarını bilməli, intizamlı məşqlərlə bu bilikləri özündə vərdiş halına gətirməlidir. Yaxşı şair böyük klassik modelləri bilməlidir.
Ben Conson şeirdə orijinallığın əleyhinə olmuşdur.
Consona görə klassik bir modeli təqlid etmək, onu forma və məzmun baxımından yenidən yaratmaq deməkdir; o, buna “obyektiv təqlid” deyirdi.
Pyer Kornel.( Pierre Corneille)
Məşhur dramaturq Kornel ədəbiyyat haqqında fikirlərini “Söhbətlər” (“Discourse”) və “İncələmələr” (“Examens”) adlı əsərlərində toplamışdır. Kornelin sənət haqqında fikirləri fransız neo-klassiklərinin əsərdə məzmundan çox, formaya nə qədər önəm verdiklərinə ən yaxşı örnəkdir. Fransız neo-klassiklərinə görə bir səhnənin o biri səhnəyə necə bağlanması dram əsəri üçün çox vacibdir. Bu mənada səhnənin boş qalmaması, ən az bir nəfərin səhnədə qalmadı şərtdir.
Kornel üçün simmetriya, bütövlük vacib məsələ idi və o, əsərin bütövlüyü deyəndə səbəb-nəticəni əmələ gətirən düyün/çözülmə elementlərini nəzərdə tuturdu. Onun yozumunda Aristotelin “Poetika”sındakı düyün bir əsərdə hadisələr baş verməmişdən əvvəl olan elementdir. Kornel üçün əsərdə düyün çox vacibdir, çünki əsərin sonrakı hissəsi düyünün məntiqli və ehtimal qanunlarına uyğun olması ilə bilavasitə bağlıdır.
Kornel üç vəhdət prinsipinə də çox həssas yanaşmışdır; ona görə bir qəhrəmanın başına gələn hadisələr 24 saatın ( bir günün) içində baş verməli, bu bir günlük müddət səhnədə iki saatın içində ifadə olunmalıdır. Bu hadisələr həm də konkret məkanda baş verməlidir. Kornelin fikirləri sonrakı illərdə digər neo-klassist müəlliflər tərəfindən məzmuna zərər verdiyi üçün keçərsiz hesab edilmişdir.
Con Drayden. ( John Dryden )
İngilis ədəbiyyat tarixində ilk böyük tənqidçi Con Drayden hesab edilir. Drayden digər neo-klassist tənqidçilərdən fərqli olaraq, qatı qaydalardan uzaq durmuş, obyektivliyə söykənmiş, lazım gələndə öz fikirlərini belə dəyişdirməkdən, redaktə etməkdən çəkinməmişdir. Buna görə Drayden libarel neo-klassist tənqidçi kimi XIX əsrdə romantiklər tərəfindən də təqdir edilmişdir.
Con Drayden XVII əsrin ikinci yarısında klassiklər ilə neo-klassiklər arasındakı “kim doğru yoldadı ?” mübahisəsinə ən obyektiv yanaşan və bir növ barışdırıcı mövqedə duran tənqidçi olub. Onun “Dramatik poeziya haqqında bir esse” ( “Ann essay of Dramatic poesy”) adlı əsəri təkcə mübahisələrə gətirdiyi aydınlığa görə yox, həm də bu mübahisələrinin fonunda öz sənət fikirlərini ifadə etməsi baxımından önəmlidir.
Drayden klassik əsərlərdə məzmunun formadan daha önəmli olduğunu və formanın məzmuna bağlı qalmasından yana idi. Sənətdə əsas insan təbiətidir, klassik müəlliflər insan universal təcrübəsini ifadə etməkdə neo-klassiklərdən üstündürlər. Klassistlər insan təbiətini dəqiq müşahidə etmiş, əsas xətlərini müəyyənləşdirmiş və bunları öz əsərlərinin içində əritmişlər. Neo-klassistlər isə klassik əsərləri təqlid edərkən formanın məzmundan doğduğunu göz ardına vurmuş və forma əndişəsi içində sənətin mahiyyətini, yəni insan təbiətini təhrif olunmuş şəkildə ifadə ediblər. Draydenin bu fikri bütü neo-klassist müəlliflər aid deyil, o, neo-klassistlərin də insan təbiətini, insanın dünyadakı universal təcrübəsini yaxşı ifadə əsərlərini obyektiv şəkildə qiymətləndirmişdir. Drayden ən qarışıq fikirlərin də sadə və hamının başa düşəcəyi dildə ifadəsini vacib saymışdır.
Nikola Bualo. (Nicola Boileau)
Klassisizm nəzəriyyəsi daha çox poeziya, teatr və dramaturgiyanı əhatə edirdi, ədəbiyyatın başqa janrları, xüsusilə bədii nəsr, klassisizmdən kənarda qalır, müstəqil janr kimi inkişaf edirdi. Təsadüfi deyil ki, XVII əsr fransız ədəbiyyatında roman janrının problemləri klassisizmdə nəinki işıqlandırılmır, hətta bir çox tənqidçilər, o cümlədən Bualo romana mənfi münasibət bəsləyirdi.
Bualo özünün məşhur əsəri “Poeziya sənət”ini klassik müəlliflərdə olduğu kimi – məsələn Horatsi kimi – şeirlə yazmışdır. Əsərin birinci nəğməsi şeirlə yazılan əsərlərin qayda-qanunlarından, ikinci nəğməsi müxtəlif poetik janrların forma xüsusiyyətlərindən , üçüncü nəğməsi əsasən dramaturgiyadan , faciə və komediya janrlarının prinsiplərindən, dördüncü nəğməsi isə Bualonun əxlaqi görüşlərindən, ədəbiyyatın vəzifələrindən bəhs edir.
Bualo istedadı şair üçün ən birinci şərt kimi qəbul etsə də, yaradıcılıq işində təkcə istedada arxayın olmağın əleyhinə idi. Onun fikrincə, şairdə istedaddan, ağıl ilə, zəka ilə mühakimə yürütmək qabiliyyətindən başqa, ölçü hissi də olmalıdır ; şair yazdığını cilovlamağı bacarmalıdır, çünki mənasız uzunçuluq, boş təfərrüat estetik gücü azaldır. Bualo şairlərə məsləhət görürdü ki, sizi nə qədər məcbur etsələr də, yaradıcılıq prosesində tələsməyin; o, öz fikrini maraqlı bir deyimlə ifadə edirdi: “Tələsin, amma asta tələsin ! “
Bualo üç vəhdət prinsipinin ən alovlu müdafiəçilərindən biri idi. Onun düşüncəsinə görə səhnə əsərində üç vəhdətin – məkan, zaman və hərəkət vəhdətinin gözlənilməsi zəruridir. Əsər yalnız bir günün içində, qısa zaman ərzinə mümkün ola biləcək hadisələr göstərilməlidir.Bualo düşünürdü ki, əsərdəki hadisələr əgər bir məkanda və bir gün ərzində baş verməsə, ağıl bunu qəbul etməz . Bualo bu düşüncəyə əsasən Lope De Veqanı tənqid edib yazırdı : “Əsərin əvvəlində qıvrımsaçlı yeniyətmə olan qəhrəman, bir də görürsən ki, axırda ağsaqqal bir qocaya çevrilir.”
Aleksand Pop.( Alexandre Pope)
Pop məşhur əsəri “Tənqid haqqında esse” də ( “Essay on Criticism”) özünə qədərki nəzəriyyəçilərin toxunmadığı bir məsələyə toxunmuşdur. Aleksandr Pop sənətdə pis şairlərdən çox, pis tənqidçilərin ziyanlı olduğunu yazmışdır. Popa görə pis şair sadəcə səbrimizi tükətməklə məşğuldur, pis tənqidçi isə yaxşını pisdən ayırmaq hissimizə zərbə vurur, onu təhrif edir.
Onun fikrincə tənqidçi zövqlü olmalıdır. Bütün neo-klassistlər kimi Pop da şairin, həm də tənqidçinin klassik xətt üzrə yaxşı təhsilli olmasını vacib sayır. Pop yazır ki, tənqidçi hər şeydən əvvəl yaxşı insan olmalı, araşdırdığı dövrün özəlliklərini gözəl bilməli, əxlaqlı olmalıdır.
Tənqidçi gələcəyi yazıçılarını, şairlərini istiqamətləndirdiyi üçün cəsarətləndirici, öyrədici tərəflərini ön plana çıxartmalıdır. Tənqidçi unutmamalıdır ki, təvazökarlıq ən uca keyfiyyətdir. Qısacası, yaxşı tənqidçi hər şeydən əvvəl yaxşı insan olmalıdır.
Pop tənqidə və tənqidçiyə münasibətdən başqa qalan məsələlərdə özündən əvvəlkilər kimi düşünürdü.
- Rəşad Dağlı məhkəməyə gətirildi – Video
- Məşhur aktyor vəfat etdi
- Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olacaq
Comments are closed, but trackbacks and pingbacks are open.