Press "Enter" to skip to content

Tez-tez verilən suallar

Premium tarif planına keçid üçün aşağıdakı identifikasiya metodlarından istifadə edə bilərsiniz:

Qorxularınızı necə dəf etmək olar tez-tez verilən suallar

Tez-tez verilən suallar

  1. Bəzi mağazalarda satılan malların üzərində qiymətləri göstərilmir. Bu məsələ Qanunla necə tənzimlənir?
    1. Satışa çıxarılmış bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Qiymət kağızının arxa tərəfində isə məsul şəxsin imzası və onun doldurulma tarixinin olması vacibdir.
    2. Mənbə: Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında” 1998-ci il tarixli qərarı
    1. Satıcı məhsul haqqında istehlakçıya hansı məlumatları verməlidir?
      1. Satıcı istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilmə şərtləri, təminat öhdəlikləri, malın işlədilmə, saxlanılma və təhlükəsizlik qaydaları barədə dolğun məlumat verməlidir. Ərzaq məhsullarında isə ən vacib elementlər tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlığa zərər vuran maddələrin miqdarı və digər məsələlərdir. Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək hüququ var.
      1. Məhsulun zəmanət müddəti necə müəyyən edilir?
        1. Zəmanət müddəti – məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda göstərilir. Zəmanətli təmir aparılarkən zəmanət müddəti məhsulun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Məhsul dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
        1. Zəmanət müddəti ərzində alınan məhsulda qüsur və ya saxtalıq aşkar olunduğu zaman istehlakçı hansı hüquqlara malikdir? Alıcının hüquqları hansı halda və necə təmin edilir?
          1. İstehlakçı zəmanət müddəti ərzində məhsulda qüsur və ya saxtalıq aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaldılmasını, qüsurun aradan qaldırılmasını, istehlakçının çəkdiyi xərclərin əvəzinin ödənilməsini, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının məhsulu dəyişmək tələbi, məhsul olduqda dərhal yerinə yetirilməli, məhsul olmadıqda isə ərizənin verildiyi andan iki ay müddətində ödəniş geri qaytarılmalıdır. İstehlakçının aldığı ərzağın keyfiyyətsiz olduğu məhsulun yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya ödənilən məbləği geri qaytarmalıdır. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.
          1. Zəmanət verilməyən məhsul xarab çıxarsa, istehlakçı nə etməlidir?
            1. İstehlakçı satıcı (istehsalçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.
            2. Mənbə: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Maddə 589.2
            1. Onlayn alış-verişdə alıcı nələrə diqqət etməlidir?
              1. Malın hansı formada alınmasından və ya istehlakçıya təqdim edilməsindən asılı olmayaraq qanunvericiliyin tələblərinə ciddi əməl etmək lazımdır. İstehlakçılar əldə etdikləri malı satıcıdan qəbul etməmişdən öncə yoxlamalı, satıcıdan mala dair zəruri sənədləri (qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi) tələb etməlidir. Onlayn qaydada mal (iş, xidmət) alarkən aldanmamaq, riskli hallardan sığortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün ilk növbədə satıcı tərəfindən adı və ünvanı, internet və elektron poçt ünvanı, telefonu, VÖEN-i, habelə malın (işin, xidmətin) qiyməti və s. barədə məlumatların istehlakçıya verilib-verilmədiyinə diqqət yetirilməli, bu cür məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinilməlidir.
              1. Əşyanın yararlıq müddəti nədir və necə hesablanır?
                1. Yararlılıq müddəti əşyanın təyinatı üzrə istifadəyə yararlığına müəyyənləşdirilən müddətdir. Əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanır, istifadəyə yararlığını göstərən vaxt ilə və ya əşyanın yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.
                2. Mənbə: Mülki Məcəllə, maddə 584
                1. Telefonla birgə satılan aksesuarlara zəmanət verilirmi?
                  1. Köməkçi aksesuarların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) zəmanət müddətindən az olmamalıdır.
                  1. Məhsulun təmir müddəti uzandıqda istehlakçı hansı hüquqlara malikdir?
                    1. İcraçı xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və işi vaxtında bitirmirsə, istehlakçının müqavilədən imtina etmək və zərərin ödənilməsini tələb etmək hüququ var. İcraçı, istehlakçıdan qəbul etdiyi əşyanı itirdikdə, korladıqda, zədələdikdə alıcıya keyfiyyət və qiyməti uyğun olan digər məhsul təqdim etməlidir. Bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın dəyərini və dəymiş zərəri 1 (bir) aydan gec olmayaraq ödəməlidir.
                    1. Məhsul haqqında hansı sənədlər istehlakçıya mütləq təqdim edilməlidir?
                      1. İstehlakçının tələbi ilə satıcı (icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri təqdim etməyə borcludur.
                      1. Məhsulun dəyişdirilməsi necə həyata keçirilir?
                        1. Satıcı tərəfindən daha uzun müddət müəyyən edilməyibsə, alıcı qeyri-ərzaq məhsulunu ona verildiyi andan 14 gün müdətində başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Dəyişmək üçün zəruri mal olmadıqda alıcı malı qaytara və ödədiyi pulu geri ala bilər. Geri qaytarılan məhsul işlənmiş olmamalı, istehlak xassələri qorunub saxlanılmalıdır. Eyni zamanda alıcı məhsulu məhz həmin yerdən aldığına dair sübutlar təqdim etməlidir.
                        1. Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
                          1. Nazirlər Kabinetinin 1998-ci il tarixli 114 nömrəli qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilib.
                          2. Həmin məhsullar:
                          3. -qızıl və qızıl məmulatları;
                          4. -qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar;
                          5. -istehsal qüsurları istisna olmaqla bütün növ parçapar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr);
                          6. -parfümer-kosmetika malları;
                          7. -bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
                          8. -məişət kimyası malları;
                          9. -şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
                          10. -uşaq oyuncaqları;
                          11. -istehsal qüsurları istisna olmaqla istifadə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar;
                          12. -ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar;
                          13. -dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
                          1. İstehlakçı məhsulun keyfiyyətini, ölçüsünü, çəkisini və qiymətini aldığı yerdə yoxlaya bilərmi?
                            1. İstehlakçı aldığı məhsulun keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini alandan sonra 3 gün ərzində malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.
                            1. Məhsul alarkən müqavilənin bağlanması zəruridirmi və bu necə həyata keçirilir?
                              1. İstehlakçı və qarşı tərəf arasında münasibətlər bir qayda olaraq müqavilələrlə nizama salınır. İcraçı öhdəliklərini icra etmədiyi hallarda dəymiş zərərə görə istehlakçı hüquqlarını həmin müqavilə əsasında müdafiə edə bilər.
                              1. Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə hansı qaydada aparılmalıdır?
                                1. Xarab olmuş məhsul təmirə verilərkən sənədləşmə yazılı formada rəsmiləşdirilir. Sifarişçiyə isə talon, kassa çeki və ya qəbz verilməlidir. Təqdim edilən sənədlərdə sifarişin qəbul olunduğu tarix, görüləcək işin qiyməti və digər məsələlər əksini tapmalıdır.
                                1. Mənşə sertifikatı nədir və sahibkarlara hansı üstünlüklər verir?
                                  1. Mənşə sertifikatı ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.
                                  1. Keyfiyyət sertifikatı nədir və kimlərə verilir?
                                    1. Keyfiyyət sertifikatı məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sənəddir. Keyfiyyət sertifikatı Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün təsdiqedici kod nömrəsi almış müəssisələr tərəfindən məhsulların ixracı zamanı verilir.
                                    1. Məhsulda yaranan hansı qüsurların aradan qaldırılmasına satıcı cavabdehdir?
                                      1. Əgər alıcı əşyanın qüsurlarının aldığı vaxtdan əvvəl əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
                                      1. Hansı reklam üsullarından istifadəyə yol verilmir?
                                        1. Reklamlarda əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadəyə yol verilmir.
                                        1. Hansı reklamlar istehlakçıların çaşdırılmasına səbəb olur?
                                          1. Əmtəənin mənşəyi, hazırlanma üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və digər məsələlərlə əlaqədar istehlakçını çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə edilməsi;
                                          2. Əmtəənin satışı, yaxud sövdələşmə zamanı istehlakçının sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
                                          3. İstehlakçını çaşdıra bilən tərzdə öz əmtəəsinin rəqibin əmtəəsi ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya informasiya materialı kimi təqdim olunması;
                                          4. Əmtəənin istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərlə (o cümlədən fərqləndirici nişan və ya marka ilə) təchiz edilməsi və bununla əlaqədar reklamın verilməsi;
                                          5. Müəyyən edilmiş standartlara uyğun olmayan əmtəənin təklif edilməsi, yaxud əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
                                          1. Hansı reklamlar haqsız reklam hesab edilir?
                                            1. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.-ci maddəsinə əsasən:
                                            2. -reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən başqa istehsalçıların əmtəəsinin keyfiyyət və kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və ya əmtəəni göstərməklə müqayisə aparıldıqda;
                                            3. -müxtəlif vasitələrlə bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda;
                                            4. -əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə;
                                            5. -müəlliflik hüquqlarından qeyri-qanuni istifadə olunduqda;
                                            6. -reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə;
                                            7. -reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə;
                                            8. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.-ci maddəsinə əsasən haqsız reklama yol verilmir.
                                            1. Reklam materiallarının saxlanma müddəti nə qədərdir?
                                              1. Reklam materialları (surətləri), habelə onlara edilən dəyişikliklər, reklamın istehsalına, yerləşdirilməsinə və yayımına dair müqavilələr reklamın son yayımından və ya müqavilə müddətinin bitdiyi tarixindən etibarən reklamvericidə, reklam yaradıcısında, reklam istehsalçısında, reklam agentində və reklam yayıcısında azı bir il müddətində saxlanmalıdır.
                                              2. Mənbə: “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun, maddə 18.
                                              1. Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün tikinti-quraşdırma işləri kim tərəfindən, necə aparılır?
                                                1. Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir.
                                                2. Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisindən istifadə üçün sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi müvafiq olaraq təchizatçı müəssisələrin vəsaiti hesabına təmin edilir.
                                                1. Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisinin alqı-satqısı və onlardan istifadə üçün sayğaclarla təchiz edilməsi necə həyata keçirilir?
                                                  1. Su, qaz və elektrik enerjisinin alqı-satqısı təchizatçılarla bilavasitə istehlakçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrin bağlanılması zamanı üçüncü şəxslər, o cümlədən binaların mülkiyyətçiləri, yaxud idarəetməni həyata keçirən şəxslər (təsərrüfat cəmiyyətləri, mənzil-tikinti kooperativləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və s.) hər hansı formada iştirak etmədiyindən onların su, qaz və elektrik təchizatı üzrə yaranan münasibətlərdə tərəf hesab edilmələri istisna edilməlidir.
                                                  2. Lisenziyası olan podratçıların siyahısı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytında yerləşdirilib.
                                                  3. Mənbə: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Maddə 13.
                                                  1. İstismar müddəti bitmiş elektrik sayğacı yenisi ilə əvəz edilərkən protokol tərtib edilməlidir?
                                                    1. Elektrik sayğacının dəyişdirilməsi zamanı istehlakçının (abonent) iştirakı ilə bağlı tələb nəzərdə tutulmayıb.
                                                    1. Gecikdirilmiş borca görə istehlakçıya məxsus digər borcu olmayan mənzilinin də su təchizatı dayandırıla bilər?
                                                      1. Bir ünvanda yaranmış borca görə istehlakçıya məxsus borcu olmayan digər mənzil və ya obyektin su təchizatı borc tam ödənilənədək dayandırıla bilər.
                                                      1. Uyğunluq sertifikatı nədir?
                                                        1. Uyğunluq sertifikatı sertifikatlaşdırılmış malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən sənəddir. Vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır.
                                                        2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə nəzərdə tutulub.
                                                        1. Sahibkarlar elektron satınalmada necə iştirak edə bilər?
                                                          1. Sahibkarlar asan və ya elektron imza ilə dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) qeydiyyatdan keçir, fəaliyyət istiqamətlərinə uyğun istənilən müsabiqə üzrə real vaxt rejimində iştirak haqqını ödədikdən sonra həmin müsabiqənin əsas şərtlər toplusunu əldə edirlər. Daha sonra tələb olunan müvafiq sənədləri portal vasitəsilə satınalan təşkilata təqdim etməklə elektron satınalmada iştirak edə bilərlər.
                                                          1. Qiymət təklifi həddindən artıq aşağı olduqda müsabiqədən kənarlaşdırıla bilərmi?
                                                            1. Satınalan təşkilat hər hansı sahibkarın təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha çox aşağı olmasını müəyyən etdiyi hallarda, satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən sahibkardan onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat alır. Bundan sonra da şübhələr qaldıqda belə təkliflərin rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilməlidir.
                                                            1. Satınalan təşkilat hansı hallarda qiymət təklifinin kənarlaşdırılması barədə qərar qəbul edir?
                                                              1. Sahibkarlar tərəfindən təqdim edilmiş qiymət təklifi şərtlər toplusunun tələblərinə uyğun gəlmirsə, ehtimal olunan qiymətdən yüksəkdirsə, sahibkar hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa, saxtakarlıq və maraqların ziddiyyəti halları mövcuddursa, satınalan təşkilat təklifin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir.
                                                              1. Satınalan təşkilat hansı hallarda bütün təklifləri kənarlaşdıra bilər?
                                                                1. Satınalan təşkilat tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə, tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda və tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda bütün təkliflərin rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilməlidir.
                                                                1. Tender təklifinin təminatı hansı hallarda geri qaytarılır?
                                                                  1. Tender təklifinin təminatı bu hallarda geri qaytarılır:
                                                                  2. 1.tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqda;
                                                                  3. 2.tender prosedurları ləğv olunduqda;
                                                                  4. 3.İddiaçılar tenderdə ilk üç yerdən birini tutmayıbsa, tenderin nəticələrinə dair qərar qəbul olunduqdan sonra;
                                                                  5. 4.tender təklifinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul etməyən iddiaçılara, tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqdan sonra;
                                                                  6. 5. tender qalibinə, satınalma müqaviləsi imzalandıqdan və müqavilənin yerinə yetirilməsi üçün təminat verildikdən sonra;
                                                                  7. 6. tenderdə ikinci və üçüncü yerləri tutan iddiaçılara, tender qalibi ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdən sonra.

                                                                  Tez-tez verilən suallar

                                                                  “Könüllü DOST” “DOST” mərkəzlərində könüllü fəaliyyətini həyata keçirən proqramdır. Könüllülər “DOST” mərkəzlərində vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi,müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa sahələrdə fəaliyyət gösətərirlər. Gənclər könüllülük fəaliyyəti ilə həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.

                                                                  DOST Agentliyinin fəaliyyətinin məqsədi və istiqamətləri nədir?

                                                                  Agentliyin fəaliyyətinin məqsədi “DOST” mərkəzlərində xidmətlər göstərilməsini təşkil etməkdən, “DOST” mərkəzlərini idarə etməkdən, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirməkdən, müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın artırılması ilə bağlı tədbirlər görməkdən ibarətdir. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: – “DOST” mərkəzlərini idarə etmək, onların fəaliyyətinə nəzarəti və fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək; – “DOST” mərkəzlərində xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün tədbirlər görmək; – “DOST” mərkəzlərinin inkişafını, həmin mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, onların elektron qaydada həyata keçirilməsini və təkmilləşdirilməsini, habelə innovasiyaların tətbiqini təmin etmək; – Müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə tədbirlər görmək.

                                                                  “DOST” mərkəzlərində könüllülərin iş qrafiki necədir?

                                                                  “DOST” mərkəzlərində könüllülərin iş qrafiki: I növbə: 09:00 – 12:00 II növbə: 12:00 – 15:00 III növbə: 15:00 – 18:00 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində könüllülərin iş qrafiki: I növbə: 9:00 – 11:30 II növbə: 11:30 – 14:30 III növbə: 14:30 – 17:00

                                                                  “DOST” mərkəzlərində könüllü olsam, hansı işləri görəcəyəm?

                                                                  2 aylıq fəaliyyət dövrü ərzində Könüllü DOSTlarımız aşağıdakı işlərlər məşğul olurlar: – Vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi; – Vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak; – Vətəndaşların məlumatlandırılması; – Elektron sistemlərdən istifadə üzrə köməklik; – Vətəndaşlara xüsusi diqqət və qayğı göstərilməsi; – Rəy sorğularının keçirilməsi; – Könüllü qruplarının idarə olunması.

                                                                  Qeydiyyatdan keçdikdən neçə müddət sonra müsahibəyə cəlb olunacağam?

                                                                  Könüllülüklə bağlı müraciətlərin hər birinə müəyyən zaman əsasında baxılır. Nəzərinizə çatdırmaq istədrik ki, müsahibələrə çağırış müəyyən “DOST” mərkəzi və növbələr əsasında sistem tərəfindən aparılır. Əgər seçdiyiniz Mərkəz və növbə üzrə müsahibələr keçirilirsə və sistem tərəfindən hazırlanan siyahıda adınız varsa, bu zaman siz də müsahibəyə cəlb olunacaqsınız.

                                                                  Müsahibədə nəticələri nə vaxt göndərilir?

                                                                  Müsahibə nəticələri müsahibə keçirildiyi tarixdən sonra 10-14 iş günü ərzində qeydiyyatdan keçdiyiniz zaman qeyd etdiyiniz elektron poçt ünvanına göndərilir.

                                                                  Qeydiyyatdan keçmişəm, nəyə görə cavab gəlmir?

                                                                  “Könüllü DOST” proqramına qoşulmaq üçün artıq 80000-dən çox müraciət qəbul etmişik. Lakin, hazırda cəmi 6 “DOST” mərkəzimiz var. “Könüllü DOST” olmaq istəyinizi təqdir edirik, ancaq müraciətlərin hamısına bu an üçün müsbət cavab verə bilmirik. Müraciətlərin hər biri diqqətlə dəyərləndiriləcək. Ümid edirik, siz də tezliklə DOST ailəsinin bir üzvünə çevriləcəksiniz. Anlayış göstərdiyiniz üçün minnətdarıq.

                                                                  “Distant DOST” altproqramına necə qoşula bilərəm?

                                                                  “Distant DOST” altproqramı yalnız müxtəlif mikrolayihələr olduğu təqdirdə aktiv olur. Altproqramın aktiv olması haqqında məlumat əldə etmək üçün mütəmadi olaraq səhifəmizi izləməyi davam etməyiniz xahiş olunur.

                                                                  Müsahibələr hansı meyarlar üzrə keçirilir?

                                                                  Müsahibə meyarları şəxsi keyfiyyətlər, bilik və bacarıqlar üzrə qiymətləndirilir: Şəxsi keyfiyyətlər dedikdə: 1) Məsuliyyətlilik; 2) Baxımlılıq və səliqəlilik; 3) Bədən dili və göz təması; 4) İzahetmə və dinləmə; 5) Özünəinam. Bilik və bacarıqlar dedikdə: 1) İxtisas üzrə biliklər; 2) Özünüinkişaf potensialı; 3) Sahə üzrə məlumatlılıq; 4) Könüllü fəaliyyəti haqqında məlumatlılıq; 5) Komanda ilə işləmə bacarığı.

                                                                  “Ehtiyat” könüllü nədir?

                                                                  Müsahibə nəticəsi uğurlu olmuş hər bir şəxs “Ehtiyat” könüllü bazasına əlavə olunur. “Ehtiyat” könüllü bazasından çağırılma seçdiyiniz DOST Mərkəzi və seçdiyiniz növbə üzrə vakant yer olduğu təqdirdə həyata keçirilir.

                                                                  Müsahibə nəticəsi uyğunsuzdursa, təkrar qeydiyyatdan keçə bilərəm?

                                                                  “DOST” mərkəzlərində könüllü qismində fəaliyyət göstərmək istəyən müraciətçilərin say çoxluğunu nəzərə alaraq, müsahibə nəticəsi uyğunsuz olan şəxslərin təkrar müsahibəyə cəlb olunması təəssüflər olsun ki, hal-hazırda mümkün deyil.

                                                                  © 2023 Könüllü DOST – Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi

                                                                  Qorxularınızı necə dəf etmək olar tez-tez verilən suallar

                                                                  İstifadəçilərimiz tərəfindən bizə tez-tez ünvanlanan sualların siyahısını təqdim edirik. Ola bilsin ki, Sizi maraqlandıran sual bu siyahıda öz əksini tapıb. Əks halda *1919 Məlumat Mərkəzimiz və ya [email protected] e-poçt ünvanımıza müraciət edə bilərsiniz.

                                                                  E-PUL İLƏ ƏLAQƏ SAXLAMAQ

                                                                  Əgər bizim məlumatlar bazasında Sizi maraqlandıran suala cavab tapa bilmədinizsə, bu zaman bizim mütəxəssislər ilə zəng etmək və ya mesaj yazmaqla əlaqə saxlaya bilərsiniz.

                                                                  Qeydiyyat və daxil olma

                                                                  Bu, pulsuz və çox asandır. Saytda QEYDİYYAT bölməsində mobil telefonunuzun nömrəsini daxil etmək və şifrə yaratmaq lazımdır. Bundan sonra telefon nömrənizin saytda qeydiyyatını təsdiq etmək üçün şifrə olan SMS alacaqsınız. Qeydiyyatdan keçəndən sonra öz profilininzə daxil olun.

                                                                  Diqqət!
                                                                  Qeydiyyatdan keçmək üçün istifadə etmək istədiyiniz telefon nömrəsi aktiv olmalıdır!

                                                                  Qeydiyyatda olan mobil nömrəni qeyd edib, şifrə olan bölməsini boş saxlayaraq, “Şifrəni unutmuşam” düyməsini basın və təlimatlara riayət edin.

                                                                  Masterpass sistemində kartı yadda saxlamaq üçün qaydalar: Hesablarım bölməsinə daxil olub, Mәnim kartlarımı seçin vә bank kartınızı qeyd edilәn tәlәblәrә uyğun olaraq Masterpassa əlavə edirsiniz. Әmәliyyatı icra edәrkәn, kartınızdan tәsadüfi məbləğ (0.50azn-ə qədər) çıxılacaq. Hәmin mәblәği zәruri xanaya yazaraq, qeydiyyatı tamamlayın. Çıxılan mәblәğ avtomatik olaraq kartın balansına geri qaytarılacaq. Əgər SMS bankçılıq aktiv deyilsə, kartdan çıxılan məbləğ haqda məlumatı bankınıza müraciət edərək əldə edə bilərsiniz.

                                                                  www.E-PUL.az saytında aşağıdakı kartlar qeydiyyatdan keçirilə bilər: BolKart (Bank of Baku) və istənilən Visa və MasterCard.

                                                                  Ödənişin statusunu kabinetdəki Tarixçə menyusunda yoxlaya bilərsiniz. Əgər ödənişi tapmadınızsa, yaxud ödənişlə bağlı digər problem yaranmışdırsa, xüsusi online müraciət formasını doldurub bizə göndərin, problemin həlli üçün mütəxəssislərimiz Sizinlə əlaqə yaradacaqlar, yaxud *1919 nömrəsinə zəng edin.

                                                                  Qəbzi şəxsi kabinetinizdə çap edə, yaxud elektron poçt ünvanınıza göndərə bilərsiniz. Tarixçə menyusunda ödənişi tapın, “çap et”, yaxud “elektron poçta göndər” düyməsini qeyd edin.

                                                                  E-Pul.az portalında qeydiyyatdan keçmiş bütün istifadəçilər yerinə yetirdikləri hər bir ödənişə görə bonuslar qazanırlar. Ödənilən hər bir manata görə bonusun hesablanma qaydası linkdə https://www.e-pul.az/epay/resources/pdf/bonus_epul.pdf göstərilib.

                                                                  1.Avtomatik ödəniş etmənin üstünlüyü nədən ibarətdir?
                                                                  Ödənişlərinizi dövriliyə, məbləğə və xidmətə uyğunlaşdıra bilərsiniz. Sistemdə qeydiyyata alınmış kartlar arasında seçdiyiniz kartdan avtomatik ödəniş xidməti vəsaiti ödəyəcək. Bu servis E-Pul hesabı olan istifadəçiyə özünün bilavasitə iştirakı olmadan sistematik ödənişlərin avtomatik silinməsinə imkan verir.
                                                                  2. Avtomatik ödənişləri istənilən vaxt saxlamaq mümkündürmü?
                                                                  İstifadəçi dövri ödənişləri saxlamaq qərarına gəlirsə, bu halda onun şəxsi kabinetində müxtəlif imkanlar yaranır. O, hər hansı bir xidmət üzrə avtomatik ödənişləri müvəqqəti saxlaya və ya tamamilə onu avtomatik ödənişlər siyahısından çıxara bilər.

                                                                  Ödəniş

                                                                  1.Tarixçə özündə hansı məlumatları əks etdirir?
                                                                  E-Pul.az-da qeydiyyata düşdükdən sonra edilən bütün ödənişlər haqqında məlumat burada öz əksini tapır. İstifadəçi zəruri ödəməni tarix üzrə, şirkətin adı üzrə, məbləği üzrə əldə edə bilər.
                                                                  2. Axtarılan ödənişdə hansı məlumatlar əks olunur?
                                                                  İstifadəçi axtarılan ödənişə müraciət etdikdən sonra əldə edəcəyi məlumatlar bunlardır:Keçmiş ödənişlər üzrə edilmiş ödəmələrin tarixi, ödəniş edilmiş xidmətin adı, ödəniş edilmiş xidmətin məbləği, tranzaksiya həyata keçirilmiş kart barədə məlumat, ödəniş almış şirkətin adı və ya şəxsin məlumatları.

                                                                  1.Virtual kartdan necə istifadə edə bilərəm?
                                                                  Azərbaycanda ilk dəfə E-Pul.az-da Virtual karta sahib ola bilərsiniz. Bu, plastik kartın mövcud olmayan, yəni virtual fotmasıdı. Siz bu kartdan internet alış-verişlərində və ödənişlərin yerinə yetirilməsində rahatlıqla istifadə edə bilərsiniz.
                                                                  2. Virtual kartın məbləği nə qədər ola bilər?
                                                                  Virtual kartı maksimum 500 AZN məbləğində aça bilərsiniz. Kart üçün xidmət haqqı minimum 2 AZN və ya ödənilən məbləğin 2%-i təşkil edir.
                                                                  3.Virtual kartın məlumatları harda görə bilərəm?
                                                                  Sms vasitəsi ilə kartın ilk və son 4 rəqəmi, etibarlığı və CVC kod göndərilir, 16 rəqəm isə qəbzi əldə edərək qəbzdə qeyd olunur.
                                                                  4.Virtual kartın balansını artıra bilərəm?
                                                                  Bəli, aşağıdakı vasitələrlə mümkündür:
                                                                  •Pul Kisəsi
                                                                  •Plastik kart

                                                                  Borclar bölməsində istifadəçi borclu olduğu ödəməalanların siyahısını yarada bilir. Sistem istifadəçinin hesabını yoxlayaraq, borcun məbləği və mənbəyi haqqında məlumat verir. Bu isə borcların gecikdirilməsinin qarşısını alır.

                                                                  Dəvəti qəbul edən hər bir dosta görə 1000 bonus hədiyyə, eləcə də ilk 3 ay ərzində hər dostun etdiyi ödənişlərə görə qazandığı bonusun 10%-nə sahib ola bilərsiniz.

                                                                  Məlumatların şifrələnməsinin ən yeni proqram-aparat həlləri, yüksək səviyyəli platformalar və məlumatların ikitərəfli təhlükəsizlik kanalları E-Pul.az elektron ödəniş sisteminin və ödəmələrin təhlükəsizliyini təmin edir. E-Pul.az PCI DSS təhlükəsizlik standartının tələbləri informasiya infrastrukturunun bütün səviyyələrdə imtinaya davamlılığını təmin etməyə yönəlmişdir.
                                                                  Həmçinin, dünyada tətbiq edilən ən təhlükəsis sistem olan Masterpass sisteminə Qafqazda ilk dəfə olaraq E-Pul.az inteqrasiya olunmuşdur.

                                                                  Pul Kisəsi xidmətində hansı tariflər var?

                                                                  E-Pul Pul Kisəsi üzrə 2 tarif planı mövcuddur: StandartPremium.

                                                                  • Standart tarif planında maksimum balans 100 AZN/USD, istifadə limiti isə 1000 AZN/USD təşkil edir.
                                                                  • Premium tarif planında limitlər ləğv olunur. İstənilən məbləği Pul Kisəsinin balansına yükləmək olar.

                                                                  Premium tarif planına keçid üçün aşağıdakı identifikasiya metodlarından istifadə edə bilərsiniz:

                                                                  • Ofisə gəlmək
                                                                  • Sifariş etmək
                                                                  • Asan İmza

                                                                  E-Pul.az-da qazandığınız bonusları Azercell və Bakcell danışıq dəqiqələrinə dəyişə bilərsiniz.
                                                                  Azercell və Bakcell mobil operatorları üzrə 5000 bonus xalı 10 danışıq dəqiqəsinə dəyişmək mümkündür.
                                                                  Azercell danışıq dəqiqələri ay ərzində maksimum 150 dəqiqə ola bilər. Bakcell üzrə limit tətbiq olunmayıb. Hər 2 mobil operator üzrə birdəfəlik maksimum 100 dəqiqə əldə etmək olar.
                                                                  Bu dəqiqələr daxili zənglər üçün 3 gün müddətində nəzərdə tutulub.

                                                                  Facebook Messenger istifadəçiləri E-Pul.az ödəniş sisteminin yeni E-Pul.az Mesencer-Bot-u ilə ünsiyyət qurub, onun vasitəsi ilə Mobil, Kommunal ödənişləri yerinə yetirə bilər, həmçinin, xidmət ilə bağlı suallarını verə bilərlər.
                                                                  E-Pul.az Bot-unu şəkildəki QR kod ilə dostluğa əlavə etmək olar. Bu, İOS üçün sadəcə kamera, Android üçün xüsusi proqram ilə şəklini çəkməklə reallaşır və ya Messenger əlavəsində E-Pul.az səhifəsini axtarış hissəsindən taparaq, ora keçid etmək lazımdır. “Əsas Menyu” hissəsindən “Mobil Ödənişlər”, “Stasionar telefon” və ya “Kommunal ödənişlər” etmək mümkündür.

                                                                  • +994 50 266 44 22
                                                                  • m.me/eeepulaz
                                                                  • [email protected]

Comments are closed, but trackbacks and pingbacks are open.