Qorxu. 3-cü hissə. Qorxuya qalib gəlmək
3. Özünüzə təlqin edin ki, sağlamsınız. 20 gün dalbadal özünüzə təlqin edin ki, “mən sağlamam”. Özünüzə etimadı yüksəldin.
Qorxuların müalicəsi
Terapiyaya başlamazdan əvvəl, ağrıların hansı psixi pozğunluqlar çərçivəsində əmələ gəldiyini müəyyən etmək lazımdır. Fobiyalara şizofreniya, ipoxondriya, depressiya zamanı, eləcə də nevrotik pozğunluqların, panik tutmaların və panik pozğunluqların strukturunda rast gəlinir.
Qorxu hissi somatik xəstəliklərin (hipertoniya, bronxial astma və s.) klinik mənzərəsində mühüm yer tutur. Qorxu həmçinin insanın düşdüyü vəziyyətə uyğun olaraq normal reaksiya kimi də çıxış edə bilər. Bunun üçün də, düzgün diaqnoz müalicə taktikasını müəyyən edir. Patogenez nöqteyi-nəzərdən, xəstəliyin ayrı-ayrı təzahürlərini yox, bütün simptomlarını müalicə etmək lazımdır.
Ağrı qorxusu psixoterapevtik üsullarla effektiv müalicə olunur və fərdi xarakter daşıyan terapiyanın köməyi ilə aradan qaldırılır. Ağrı qorxusundan qurtulma üzrə xüsusi biliklərə malik olmayan bir çox insanlar səhvən düşünürlər ki, bu qaçılmaz hissdir və buna görə də, illərlə bu hisslə yaşayırlar. Psixoterapevtik usullarla yanaşı, bu fobiyanın müalicəsi zamanı homeopatik terapiyadan da istifadə olunur.
İnsanların qorxuları böyük çətinliklə korreksiya olunurlar. Müasir cəmiyyətdə öz qorxularını müzakirə etmək düzgün qəbul edilmir. İnsanlar açıq şəkildə xəstəliklərini, işə münasibətlərini müzakirə edirlər, lakin qorxular haqqında söhbət düşən kimi dərhal vakuum yaranır. İnsanlar öz fobiyalarından utanırlar. Qorxuya qarşı bu cür münasibət uşaq vaxtından aşılanıb.
Qorxuların korreksiyası: bir ağ kağız vərəqi götürün və öz qorxularınızı yazın. Vərəqin ortasında ən böyük və yaşamağınıza maneəçilik törədən fobiyanızı yerləşdirin. Və mütləq bu vəziyyətin səbəblərini araşdırmağa çalışın.
Qorxudan necə qurtulmaq olar
Hər bir insan öz qorxularının öhdəsindən gəlməyi öyrənə bilər, əks halda onun üçün öz məqsədlərinə nail olmaq, xəyallarını gerçəkləşdirmək, uğur qazanmaq və bütün həyat istiqamətlərində özünü sübut etmək çox çətin olacaq. Fobiyalardan qurtulmağın müxtəlif üsulları mövcuddur. Özündə aktiv şəkildə hərəkət etmək və bu zaman yaranan qorxulara fikir verməmək vərdişini inkişaf etdirmək lazımdır. Bu halda, mənfi emosiya yeni bir şey yaratmaq cəhdlərinə cavab olaraq yaranan adi bir reaksiyadır.
Qorxu öz əqidənin əksinə getməyə cəhd edərkən də yarana bilər. Başa düşmək lazımdır ki, hər bir insanda müəyyən zaman ərzində şəxsi dünya görüşü formalaşır və onu dəyişməyə cəhd edərkən qorxunun öhdəsindən gəlmək lazımdır.
Qorxu, əqidənin qüvvəsindən asılı olaraq, güclü və ya zəif ola bilər. İnsan anadangəlmə uğurlu olmur. Çox vaxt bizi müvəffəqiyyətli insanlar kimi tərbiyə etmirlər. Şəxsi qorxuya baxmadan hərəkət etmək çox vacibdir. Özünüzə deyin: “Hə, mən qorxuram, lakin mən bunu bacaracağam”. Siz yubananadək, sizin fobiyanız böyüyür, sizə qarşı güclü bir silaha çevrilir. Siz nə qədər çox yubansanız, o qədər də o sizin düşüncənizdə çox yer alacaq. Lakin siz hərəkət etməyə başlayan kimi, qorxu dərhal yox olacaq. Belə çıxır ki, qorxu – bir illüziyadır, hansı ki əslində heç mövcud da deyil.
Qorxuya qarşı dərman öz fobiyanızı qəbul etmək, onunla barışaraq ona doğru irəliləməkdir. Onunla mübarizə aparmaq lazım deyil. Özünüzə etiraf edin: “Hə, mən qorxuram”. Bunda heç bir qəbahət yoxdur, sizin qorxmaq hüququnuz var. Siz onu qəbul etdiyiniz zaman o bir az sevinir, daha sonra isə zəifləyir. Siz isə hərəkətə başlayın.
Qorxudan necə qurtulmaq olar?
Məntiqinizi işə salaraq meydana gələ biləcək ən pis ssenarini qiymətləndirməyə çalışın. Əgər heç nəyə baxmayaraq siz hərəkət etməyə qərar vermisinizsə, qorxu yaranan zaman, meydana gələ biləcək ən pis vəziyyət haqqında düşünün. Hətta ən pis variant qeyri-müəyyənlik qədər qorxulu deyil.
Qorxunu nə yaradır?
Qorxunun ən güclü silahı qeyri-müəyyənlikdir. O çox dəhşətli, nəhəng və keçilməz görünür. Əgər sizin qiymətləndirməniz doğrudan da həqiqətə uyğundursa və bu dəhşətli vəziyyət keçib getmirsə, fikirləşmək lazımdır, bəlkə bu fobiya təbii müdafiə reaksiyası kimi çıxış edir? Bəlkə növbəti addımı atmaqdan imtina etmək lazımdır, çünki sizin mənfi emosiyanız sizi fəlakətdən qoruyur. Əgər qorxu əsassız deyilsə və ən pis variant o qədər də dəhşətli deyilsə, o zaman irəli, hərəkətə keçin. Unutmayın ki, qorxu şübhələr, özünə inamsızlıq və qətiyyətsizlik olan yerdə yaşayır.
Qorxuya qarşı dərman – şübhələri aradan qaldırmaqdır və qorxu üçün daha heç bir yer qalmayacaqdır. Bu hal belə bir gücə ona görə malikdir ki, o beyində bizə lazım olmayan şeylərin neqativ təsvirlərini yaradır və insan diskomfort hiss edir. İnsan nəyisə etməyə qərar verəndə, şübhələr dərhal yoxa çıxır, çünki qərar qəbul olunub və geriyə daha yol yoxdur.
İnsanda qorxu yaranan kimi, beyində uğursuzluq və iflasa uğrama ssenariləri fırlanmağa başlayır. Bu fikirlər emosiyalara mənfi təsir göstərir, insanın həyatını isə elə onlar idarə edir. Müsbət emosiyaların çatışmazlığı hərəkətlərdə qətiyyətsizliyin yaranmasına çox güclü təsir edir, hərəkətsizlik vaxtı isə insanda acizlik hissini yaradır. Qətiyyətdən çox şey asılıdır: qorxudan qurtula biləcəksiniz, yoxsa yox.
Qorxu insan dərrakəsinin diqqətini mənfi ssenari üzərində saxlayır, qərarı isə müsbət nəticə üzərində cəmləşdirir. Hər hansı bir qərarı qəbul edərkən, biz qorxunun öhdəsindən gələndən sonra hər şeyin necə əla olacağını və sonda gözəl bir nəticə alacağımızı düşünürük. Bu bizə müsbət şeylərə köklənməyə və, ən əsası, beyini xoşagələn ssenarilərlə doldurmağa imkan verir ki, şübhələrə və qorxulara daha heç bir yer qalmır. Lakin yadda saxlayın ki, əgər beyində heç olmasa bir mənfi fikir yaranarsa, bunun ardınca dərhal saysız-hesabsız bənzər fikirlər yaranmağa başlayacaq.
Heç nəyə baxmadan hərəkət edin. Siz qorxduğunuzu bilirsiniz və bu böyük üstünlükdür. Öz qorxunuzu təhlil edin və özünüz üçün bu suallara cavab verin: “Mən dəqiq olaraq nədən qorxuram?”, “Bundan qorxmağa həqiqətən də dəyərmi?”, “Nə üçün mən qorxuram?”, “Mənim qorxmağıma bir əsas varmı?”, “Mənim üçün daha vacib olan nədir: özüm üzərində çalışmaq, yoxsa istədiyim şeyə heç vaxt nail olmamaq?” Özünüzə tez-tez bu cür suallar verin. Öz fobiyalarınızı təhlil edin, çünki təhlil məntiqi səviyyədə baş verir, qorxular isə məntiqdən daha güclü olan emosiyalardır və buna görə də onlar həmişə qalib gəlirlər. Təhlil edib dərk etdikdən sonra insan özü elə bir qənaətə gəlir ki, qorxunun heç bir mənası yoxdur. O sadəcə olaraq həyatı pisləşdirir, onu rahatsız, əsəbi edir və insanı öz nəticələrindən daima narazı salır.
Qorxuya qarşı hisslərin (emosiyaların) köməyi ilə mübarizə aparmaq olar. Bunun üçün, kürsüdə rahat oturaraq, beyninizdə qorxduğunuz şeyləri və onları necə etdiyinizin ssenarisini fırladın. Beyin xəyali və həqiqi hadisələri bir birindən ayırd edə bilmir. Düşüncədə xəyali qorxuya qalib gəldikdən sonra sizə reallıqda qarşınıza qoyduğunuz tapşırığın öhdəsindən gəlmək daha asan olacaq, çünki şüuraltı səviyyədə hadisə modeli artıq öz yerini möhkəm tutub.
Qorxularla mübarizədə özünüinandırma, daha dəqiq desək, müvəffəqiyyətin vizualizasiyası metodu da çox böyük effektivliyə və gücə malikdir. 10 dəqiqəlik vizualizasiyadan sonra insanın əhvalı yaxşılaşır və qorxunun öhdəsindən gəlmək daha asan olur. Yadda saxlayın ki, fobiyalardan təkcə siz əziyyət çəkmirsiniz. Bütün insanlar nədənsə qorxur. Bu normaldır. Sizin hədəfiniz, qorxuya rəğmən hərəkət etməyi, başqa şeyləri düşünərək ona fikir verməməyi öyrənməkdir. Xəstəliklə mübarizə apararkən, insan energetik baxımdan zəifləyir, çünki mənfi emosiya bütün enerjini sorub aparır. İnsan qorxuya tam məhəl qoymadıqda və fikirlərini digər hadisələrə yönəltdikdə, qorxunu məhv edir.
Özünüzdə cəsurluğu məşq və inkişaf etdirin. İmtina cavabı almaqdan qorxarkən imtina cavablarını minimuma endirmək məqsədilə qorxu ilə mübarizə aparmağın heç bir mənası yoxdur. Qorxunun öhdəsindən gələ bilməyən insanlar belə situasiyaları heçə endirirlər və, ümumiyyətlə, demək olar ki, heç nə etmirlər, bu isə onları həyatda bədbəxt edir.
Təsəvvür edin ki, cəsurluğun məşq etdirilməsi idman zalında əzələlərin məşq etdirilməsinə bənzəyir. Əvvəlcə məşq qaldırılması mümkün olan yüngül çəki ilə aparılır, daha sonra isə daha ağır çəkiyə keçirik və artıq onu qaldırmağa çalışırıq. Qorxularla da anoloji situasiya yaşanır. Əvvəlcə kiçik qorxularla məşq edirik, sonra isə daha güclü olanlara keçirik. Məsələn, böyük auditoriya qarşısında ictimai çıxışlar qorxusu az sayda insan qarşısında, tədricən auditoriyanın sayını bir neçə dəfəyədək artıraraq, məşq etməklə aradan qaldırılır.
Qorxunun öhdəsindən necə gəlmək olar?
Adi ünsiyyəti məşq etdirin: növbədə durarkən, küçədə, nəqliyyatda. Bunun üçün neytral mövzular seçin. Bunun mənası ondadır ki, əvvəlcə kiçik, sonra isə daha mühüm qorxuların öhdəsindən gəlmək lazımdır. Daima məşq edin.
Başqa üsullarla qorxunun öhdəsindən necə gəlmək olar? Özünüzə inamı artırın. Müəyyən bir qanunauyğunluq var: özünüz haqqınızda nə qədər müsbət fikirdə olsanız, fobiyalarınızın sayı da o qədər az olacaq. Özünə əminlik qorxulardan qoruyur və bu zaman onun obyektivliyinin heç bir əhəmiyyəti yoxdur. Buna görə də, yüksək özünə əminlik hissinə malik olan insanlar, özlərini obyektiv qiymətləndirən insanlarla müqayisədə, daha çox şey etməyə qadirdirlər. Sevgi hissini yaşayarkən, insanlar öz istəkləri naminə çox güclü qorxunun öhdəsindən gələ bilirlər. İstənilən müsbət emosiya qorxuların öhdəsindən gəlməyə kömək edir, mənfi emosiyalar isə yalnız buna maneəçilik törədirlər.
Qorxunun öhdəsindən necə gəlmək olar?
Belə bir gözəl deyim var ki, cəsur o insan deyil ki heç nədən qorxmur, cəsur o insandır ki, yaşadığı hisslərə rəğmən hərəkət edir. Kiçik addımlarla mərhələli şəkildə hərəkət edin. Yüksəklik qorxunuz varsa, tədricən yüksəkliyi artırın.
Həyatınızın ayrı-ayrı məqamlarına böyük əhəmiyyət verməyin. Həyatınızın epizodlarına nə qədər sadə və qeyri-ciddi yanaşsanız, o qədər də narahatlığınız az olacaq. Qərarları qəflətən qəbul etməyə üstünlük verin, çünki hərtərəfli hazırlaşma və fikri beyində fırlatma həyəcana və narahatçılığa səbəb olur. Şübhəsiz ki, işləri planlaşdırmaq lazımdır, lakin onların üzərində çox ilişib qalmaq tövsiyə olunmur. Əgər siz hərəkət etməyə qərar vermisinizsə, hərəkət edin və ağlınızın tərəddüd etməsinə fikir verməyin.
Burada konkret situasiya ilə yaxından tanış olmaq kömək edə bilər. İnsan ona konkret olaraq nəyin lazım olduğunu anlamayanda və onun nə istədiyini bilməyəndə qorxur. Nə qədər çox qorxuruqsa, o qədər də yöndəmsiz hərəkətlər edirik. Bu halda qəfillik kömək edəcək, lakin siz imtina cavablarını və mənfi nəticələr almaqdan qorxmayın. İstənilən halda siz bunu etmisiniz, cəsarət göstərmisiniz və bu sizin kiçik nailiyyətinizdir. Səmimi və mehriban olun, yaxşı əhval-ruhiyyə qorxularla mübarizədə kömək edir.
Qorxuların öhdəsindən gəlməyə həmçinin özünüdərketmə kömək edir. Elə olur ki, insan ətrafdakı insanlardan dəstək almadığı üçün, özü, öz imkanları, güc-qüvvəsi haqqında heç nə bilmir. Şiddətli tənqid olunduqda, bir çox insanlarda özünə inam hissi kəskin surətdə azalır. Bu ona görə baş verir ki, insan özü özünü yaxşı tanımır və özü haqqında məlumatı başqa insanlardan alır. Bilmək vacibdir ki, başqa insanların fikri subyektiv bir anlayışdır. Bir çox insan nəinki başqalarına qiymət verməyə, heç öz işlərindən baş çıxarmağa qadir deyil.
Özünü dərk etmək – özünü olduğun kimi qəbul etmək və özün kimi olmaq deməkdir. Adətən, insan özü özündən utanmayanda qorxusuz hərəkət edir. Qətiyyətli şəkildə hərəkət edərək – siz özünüzü ifadə edirsiniz. Qorxuların öhdəsindən gəlmək – öyrənmək, inkişaf etmək, müdrikləşmək və daha güclü olmaq deməkdir.
Qorxu. 3-cü hissə. Qorxuya qalib gəlmək
İnsan həyatında hər şey müvəqqətidir. Lakin, yerinə görə müvəqqəti olmaqla yanaşı uzun müddət davam edə bilər. Məsələn, hisslər. Müxtəlif növ hisslərə rast gəlmək mümkündür. Toxunmaq istədiyim vacib olan qorxudur. Qorxu həm insanın həyatında müəyyən vaxtlarda, həm də şüuraltı təsir nəticəsində yarana bilər. Şüualtı təsirə misal kimi uşaqlar özlərini pis aparanda böyüklər tərəfindən polisin onu tutacağı ilə qorxutmağını göstərmək olar. Həmin uşaqlar hətta yaşlandıqda belə polis geyimində olan kiminləsə qarşılaşdıqda ondan çəkinəcək, ehtiyat edəcək. Digər hallarda isə insan həyatda müəyyən zamanlarda qorxuya səbəb olacaq vəziyyətlərə rast gəlir.
Qorxu çox təhlükəli bir hissdir. Demək olar ki, insan həyatının bütün mərhələlərində onunla qarşılaşır. Uşaqlıqda fiziki cəhətdən gücü biri tərəfindən döyülmək qorxusu, gənclikdə işindən qovulmaq qorxusu, sonra sevdiyin insanları itirmək qorxusu, sonda isə ölüm qorxusu. Bir sözlə insan həyatı qorxudan ibarətdir.
Qorxu idarəetmə vasitəsi kimi də istifadə olunur. Məsələn, ölkəmizdə hərbi xidmətdə, iş prosesində, təhsil müəssisələrində, ailədə və s. Münasibətlər qorxu üzərində qurulur. Ailədə ana uşaqları ata ilə qorxudur. Hörmət etməyi öyrətmək əvəzində qorxunu canına yeridir. İş prosesində işçinin ondan qorxmasını gözləyən rəhbərliyə nə demək olar ki. Məhz istədiklərini görməyəndə işçini süründürürlər. Təsəvvür edin ki, öz işçisi ilə qarşılaşanda onu gülərüzlə, səmimi şəkildə salamlaması əvəzində bunlar ciddi sima almağı, çəkinməyi, qorxmağı tələb edirlər, gözləyirlər.
Yalnız ağıllı insanları bir sual düşündürə bilər. Qorxudan necə xilas olmaq olar? Düşünürəm ki, insan papağını qarşısına qoyub düşünməlidir. Axı nə vaxta qədər qorxaraq yaşamaq olar? Qorxuların üstünə getmək lazımdır. Məsələn, uşaqlıqda fiziki güclü biri səni döyürsə, mütləq müqavimət göstərmək lazımdır. İş prosesində heç zaman işini itirməkdən qorxmamaq lazımdır. Qorxaraq yaşamaq olmaz. Qulağa sırğa etmək lazımdır ki, sənin qədrin bilinməyən yerdə durmaq faydasızdır. Ən azından hələ heç kim acından ölməyib. Sevdiklərimizi itirməkdən qorxmaqdansa, onlarla daha çox vaxt keçirmək, dəyər vermək, gözəl günlər yaşatmaq lazımdır. Baxın, qorxaraq yaşamaq qidanı tələsik yeməyə bənzəyir. Tələsərək qidanın dadını itirməklə ondan zövq almaq mümkün deyil. Ona görə də qorxaraq yaşamaqla həyatın dadını itirə bilərik.
Qorxu insanın sağlamlığı poza bilər. Ondan xilas olmaq üçün bütün vasitələrdən istifadə etmək lazımdır. Birazca mərd olmaq, cəsurluğun dadını bilmək mütləqdir. Ən azından bir kəlməni xatırlamaq əsas şərtdir. 10 il qorxaraq yaşamaqdansa, cəmi 1 gün sərbəst yaşamaq min dəfə daha yaxşıdır. Qartal kimi uzun illər yaşamağı arzulamaqdansa, insan kimi qısa bir ömrü layiqli yaşamağı öyrənmək mütləqdir.
Qorxuya necə qalib gəlmək olar pdf
Həzrət Peyğəmbər (s) buyurur: “Xəstəlik, günahları məhv edər”.
İmam Səccad (ə) buyurur: “Bir gecə qızdırmaq – bir illik günahların kəffarəsidir”.
Bu gün insanlar xəstəlik üzündən çoxlu əsəb keçirir və yersiz yerə stresə düşürlər. Xəstəliyə qalib gəlmək üçün mütəxəssislər bir neçə yol təklif edirlər ki, onlarla tanış olaq.
1. Özünüzə etiraf edin ki, qorxursunuz. Hər bir insanda qorxu hissi özünü bir cür büruzə verər. Misal üçün, o zaman ki, nəyəsə əsəbiləşirik, deməli, nədənsə qorxuruq. Qorxu mənbəyini müəyyən etmək asan iş deyildir.
Ancaq əgər onun haqqında düşünsək, kökünü tapa bilərik. O zaman ki, bir şeydən qorxuruq – çalışaq ki, ondan uzaq olaq və onun haqqında düşünməyək. Özümüzə deyək ki, qorxmaq – zəiflik deməkdir.
2. Həyat tərzini dəyişdirmək. Həyat tərzinizi dəyişərək bu qorxuya qalib gələ bilərsiniz. Misal üçün gündəlik idmanlar, kofeini azaltmaq, sağlam qidalanmaq, gecəni yaxşı yatmaq kimi əməlləri yerinə yetirmək.
Yadda saxlayın ki, siz hər şeyi kontrol altında saxlaya bilməzsiniz. Ancaq stressi azalda bilərsiniz.
3. Özünüzə təlqin edin ki, sağlamsınız. 20 gün dalbadal özünüzə təlqin edin ki, “mən sağlamam”. Özünüzə etimadı yüksəldin.
4. Sağlam gəzintiyə çıxın. Boş vaxtınızı necə keçirəcəyinizə aid proqramınız olsun. Kitab oxuyun, gəzin, film izləyin, əzizlərinizlə söhbət edin.
5. Təhrikedici fikirlərə diqqət etməyin. İmkan verməyin ki, bu fikirlər zehninizə daxil olsun.
6. Mətbuatın dediklərinə çox şübhə ilə yanaşın. Çünki mətbuat bəzən insanları qorxutmaq üçün əlindən gələni edir. Ona görə də qoymayın ki, onlar sizin hisslərinizlə oynasınlar. (Deyerler.org)
Comments are closed, but trackbacks and pingbacks are open.