Qərbi azərbaycan indiki erməni stan yazarlar
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini danışıqlara çağırıb
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini danışıqlara çağırıb Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırıb
20 Fevral , 2023 18:48
https://static.report.az/photo/a690ff0d-1789-3726-9ce4-97e2d4145eb3.jpg
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırıb. “Report” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Bəyanatında deyilir. Bəyanatda bildirilir: “Ermənistanın Baş naziri Nikol Paşinyan 20 fevral 1988-ci ildə Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanat verərək, həmin aksiyanın guya kortəbii şəkildə başladığını iddia etmiş və onu insan hüquqlarına aid məsələ kimi təqdim etməyə cəhd etmişdir. Əslində həmin nümayişlər xeyli əvvəlcədən hazırlanmış olmaqla, Azərbaycana qarşı ərazi iddiasına və azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə xidmət edən sistemli bir qəsdin tərkib hissəsi idi. Ermənistan tərəfi bu nümayişlərdən xeyli əvvəl Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etmiş və Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı zorakılıq yolu ilə total etnik təmizləməyə başlamışdı. Ermənistan tərəfinin başlatdığı bu proseslər insan hüquqlarına və beynəlxalq hüquqa zidd olmaqla mono-etnik məkanın yaradılmasına və ərazi ekspansiyasına xidmət edir. Məhz bu irqçi və aqressiv yanaşma ilə Ermənistan öz ərazisindən azərbaycanlıları qovmuş, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini işğal etmiş və oradan da bütün azərbaycanlıları qovmuşdur. Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olmaqla iki ölkə arasında sülh imkanlarını artırıb. Ermənistan rəhbərliyinin yaranmış bu unikal imkandan istifadə edərək, sülh üçün konkret addımlar atmaq, ələlxüsus, indiki Ermənistan ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geriyə qayıtmasına imkan yaratmaq əvəzinə ərazi iddiasını və etnik təmizləməni təcəssüm edən bədnam bir hadisənin ildönümü münasibəti ilə bəyanat verməsi təəssüf doğurur. Azərbaycanlıların qayıdıb öz evlərində yaşamasına imkan verməyən Ermənistan hökumətinin, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik mənsubiyyəti olan Azərbaycan vətəndaşlarının hüquqları məsələsi ilə spekulyasiya etməsi riyakarlıqdır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir”.
“Ermənistan Qərbi Azərbaycan İcmasının bu çağırışına cavab verməlidir”
Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazilriyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.
A.Hacızadə vurğulayıb ki, Ermənistan XİN-in bu ölkənin monoetnik dövlət olmamasını beynəlxalq ictimaiyyəti inandırmaq cəhdlərini Ermənistanın əslində monoetnikliyin çoxmillətli Qafqaz bölgəsində anomaliya olduğunu anlamaq istiqamətində ilk addımları kimi qiymətləndirmək olar: “Azərbaycanın çoxmillətli dövlət kimi uğurları əleyhinə Ermənistanın iddiaları ilə bağlı qeyd edək ki, Azərbaycan ərazisində bir çox etnik xalqların vəhdət və sabitlik şəraitində yaşadığı, dövlətin uğuruna güc qatdığı, Milli Məclis üzvlüyü daxil olmaqla bir sıra yüksək vəzifələr tutduqları yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Respublikasının vətəndaşlığı hüquqla yanaşı bir öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq. Ermənistan tərəfi Azərbaycan ərazisində etnik azlıqları öz uğursuz məkrli siyasətində istifadə etmək niyyətindən əl çəkməli, indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə Qərbi Azərbaycan İcmasının hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir”.
“Beləliklə, Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib dinc birgəyaşayışı, multikulturalizmi seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər”, – XİN rəsmisi qeyd edib.
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlılar doğma yurdlarına qayıtmalıdır
Tarixin müxtəlif vaxtlarında azərbaycanlılar etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunub. Onlar öz ata-baba yurdlarından deportasiya edilməklə pərən-pərən salınıb. Deportasiya edilmiş soydaşlarımızın böyük əksəriyyəti Azərbaycan ərazisində məskunlaşıb.
Soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq hüququ təmin edilməli və tarixi ədalət bərpa olunmalıdır. Bu məqsədlə bir sıra əməli addımlar atılmağa başlanıb. Belə ki, avqustun 3-də Azərbaycanda “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.
Yığıncağın gündəliyinə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), “Qərbi Azərbaycan İcması”nın Nizamnaməsinin təsdiq olunması, “Qərbi Azərbaycan İcması”nın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi məsələləri daxil edilib.
İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.
“Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli bildirib ki, 44 günlük Vətən müharibəsi bizə Azərbaycanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı.
“Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Bu reallıq 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu.
Azərbaycan Qaçqınlar Cəmiyyəti bu günə qədər, əsasən, 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların problemləri ilə məşğul olurdusa, bu gün artıq qarşımızda daha böyük hədəflər – son 220 il ərzində Azərbaycanın tarixi torpaqlarında ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Cəmiyyətin bugünə qədərki adı isə bu məzmunu ehtiva etmədiyi üçün onun adını Qərbi Azərbaycan İcması adı ilə əvəz etməyi məqsədəuyğun hesab etdik.
Biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Burada qeyri-qanuni heç nə yoxdur, insanlar öz doğma evlərinə qayıtmaq, öz evlərində yaşamaq istəyirlər. Bunu heç kəsə qadağan etmək olmaz”, – deyə o bildirib.
Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır.
“Bu ərazidə tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik”, – deyə o əlavə edib.
Ermənilər çoxlu sayda nadir Azərbaycan memarlıq və tarixi abidələrini mənimsəyiblər və ya vəhşicəsinə dağıdıblar! XVII əsrə aid Xan Sərdar sarayı, XVIII əsrə aid Abbas Mirzə məscidi, XVIII əsrə aid Göy məscidi, 19-cu əsrə aid Həsənəli bəyin hamamı, Səlim, Talin, Əfşar karvansaraları . Bu siyahını sonsuza qədər davam etdirmək olar, lakin erməni barbarları və millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən mədəni soyqırımının miqyasını təsəvvür etmək kifayətdir.
Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. “Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Qarşımızda duran ən mühüm məsələlərdən biri həmin irsimizə aid materialları toplayıb ortaya qoymaqdır. Bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatınların diqqətinə çatdırılması məsələsində də heç bir problemimiz yoxdur, xarici ölkələrdə bizim xeyli sayda dəyərli soydaşlarımız var və biz onları bu işə səfərbər edəcəyik”, – deyə o vurğulayıb.
44 günlük müharibədə qələbə çaldıqdan sonra işğalçılar tərəfindən zəbt edilən torpaqları geri qaytaran Azərbaycan qaçqınların hüquqlarının bərpasında ədalətə nail olmaq əzmindədir. Və bu baxımdan Ermənistandan deportasiya olunmuş soydaşları və onların varislərini birləşdirən “Qərbi Azərbaycan İcması” təşkilatının yaranması bu prosesin güclənməsində mühüm rol oynaya bilər. Azərbaycanlılar Qarabağa olduğu kimi tarixən yaşadılqları digər dədə-baba torpaqlarına tez ya gec qayıdacaqlar.
Comments are closed, but trackbacks and pingbacks are open.