Press "Enter" to skip to content

İqtisadiyyatın əsasları

İqtisadiyyatın stabilləşdirilməsinin «lehinə» olan mülahizələr.

DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu

Təbii səviyyə nəzəriyyəsini yoxlamaq məqsədi ilə təbii eksperiment.

Fillips əyrisinin yerdəyişmələri: təklifdə şok dəyişikliklərin rolu.

Antiinflyasiya siyasətinin məsrəfləri.

Səmərəli gözləmələr və antiinflyasiya siyasətinin imkanları.

Pol Volkerə görə antiinflyasiya siyasəti.

Nəticə . 655

XII HĠSSƏ. SON MÜLAHĠZƏLƏR .

Makroiqtisadi

Dövlətin iqtisadi rolu.

İqtisadiyyatın stabilləşdirilməsinin «lehinə» olan mülahizələr.

İqtisadiyyata dövlət təsirinin «əleyhinə» olan arqumentlər.

Normativ və diskresiyalı pul-kredit siyasəti.

Normativ pul-kredit siyasəti «lehinə» olan mülahizələr.

Normativ monitor siyasətin «əleyhinə» olan arqumentlər.

Mərkəzi bankın antiinflyasiya siyasəti.

Mərkəzi bankın deflyasiya siyasətinin «lehinə» olan faktlar.

Sıfır inflyasiyasına can atmağın «əleyhinə» olan fikirlər.

Dövlət büdcəsinin gəlir və xərclərinin tarazlığı.

Bərabərçəkili büdcənin «lehinə» olan mülahizələr.

Balanslaşdırılmış büdcə «əleyhinə» olan arqumentlər.

Vergi qanunvericiliyi və əmanətlər.

«Lehinə»: vergi qanunvericiliyi əmanətləri stimullaşdırmalıdır.

«Əleyhinə»: vergi qanunvericiliyinin dəyişikliklərə ehtiyacı yoxdur.

Lüğət . 673

Son söz. 689

Економиксин принсипляри

Müəllif haqqında

N.Qreqori Menkyu – Harvard Universitetinin professorudur. O, tələbəlik illə-

rində iqtisadiyyatı Prinston universiteti və Massaçuset Texnologiya

İnstitutunda öyrənmişdir. Q.Menkyu müəllimlik fəaliyyəti ərzində müxtəlif

kursları, o cümlədən mikroiqtisadiyyat, makroiqtisadiyyat, statistika və

iqtisadiyyatın əsaslarını oxumuşdur. O, yay ərzində Lonq Biç yelkən idmanı

üzrə instruktor işləyirdi.

Professor Q.Menkyu – məhsuldar müəllifdir. Onun məqalələri «American

Economic Rewiew», «Journal of Political Economy» «Quarterly Cournal of

Economics» akademik Jurnallarda və «The New York Times», «Boston

Globe», «The Wall Street Journal» kimi populyar nəşrlərdə çap olunmuşdur.

Professor Q.Menkyu – «Makroiqtisadiyyat»ın (Worth Publischers [rus nəşri-

MDİ nəşriyyatı, 1994-cü il]) müəllifidir. Q.Menkyunun fəaliyyəti təkcə

müəllifliklə məhdudlaşmır, o həm də Kembric qeyri-kommersiya elm mərkəzi

iqtisadi tədqiqatların Milli Bürosunda monetar iqtisadiyyat üzrə proqram

direktoru, həmçinin Bostondakı Federal Ehtiyat Bankının və ABŞ Büdcə

Xidməti konqresinin müşaviridir. Professor Q.Menkyu Massaçuset ştanının

Uelsli şəhərində həyat yoldaşı Debora, uşaqları Ketrin, Nikolas və Piterlə

İqtisadiyyatın əsasları

İnsan həyatını iqtisadiyyatsız təsəvvür etmək olmaz. Hərçənd, bizim çoxumuz, hətta müəyyən qədər təhsil görmüş olsaq da, iqtisadiyyatın həyat tərzinin əsasını təşkil etdiyini nəzərimizə gətirmirik. Robinzon Kruzonu xatırlayırsınızmı? O, gəmisi qəzaya uğrayıb kimsəsiz bir adaya düşənədək, iqtisadi çətinliyi dəf etmək haqqında düşünmürdü. Ancaq zərurət onu bunu anlamağa vadar etdi. Və ən maraqlısı budur ki, insan bu barədə – iqtisadiyyat qanunları haqqında müəyyən biliyə sahib olmadan iqtisadi tələblərə əməl etməli olur. Yaşayış bunu tələb edir.

Bizlər orta məktəbi bitirməmiş sərbəst yaşamaq, müstəqil olmaq istərdik.Elə ki, orta təhsili başa çatdırdıq, özümüzə sənət seçmək, ömür yolumuzun sonrakı illəri haqqında çətin fikrə gəlməli oluruq. Kimisi elm adamı, başqası rəssam, kimlər isə sahibkar və ya həkim, jurnalist və ya menecer olmaq istəyir. Doğrusu, bu peşələr haqqında anlayışımız çox bəsit olur. Əslində, həkim olmaq istəyən kəs heç öz orqanizminin funksiyalarını yaxşı bilmir. Çünki, biz bu peşələr haqqında hələlik ümumi anlayışa malikik.

Bundan narahatçılıq keçirməyə dəyməz, hər şeyin öz vaxtı var. Elə iqtisadi bilikləri qavramağın, istəkləri reallaşdırmağın özü də bəşəri bir tələbdir. Bəşəriyyətin səhəri açılandan, lap ibtidai dövrlərdə də adamlar yaşamaq üçün müəyyən məqsədlər, vasitələr, üsullar axtarıb tapmalı olmuşlar. Yaşamaq üçün mübarizə həmişə olub, var və olacaqdır. Bunsuz həyat amorf-ətalət siqlətli, mənasız bir şey olardı.

Belə müdrik söz var: iştah dişin altındadır. Götürək iqtisadiyyatı. Biz iqtisadiyyatın nə olduğunu o zaman dərk edirik ki, pul qazanırıq və onu xərcləməli oluruq. Necə qazanmalı və necə xərcləməli – bu həyata maraq doğurur.

İnsanlar yaşamaqla bağlı istəklərini reallaşdırmaq üçün hər şeyə əl atıblar: qanlı, talanlı müharibələr ediblər. Lap elə bu günümüzə nəzər salaq. Qarabağ müharibəsi -xalqımızın ağrılı-acılı, yaralı yeridir. Erməni separatçıları namərdlik edərək, öz çoxdankı istəklərinə qovuşmaq üçün – ərazi iddialarını reallaşdırmaq, münbit torpaqları ələ keçirmək məqsədilə qonşusu Azərbaycanın ərazisinin beşdə birini işğal etmişlər. Bu ədalətsiz istəkdir. İmperiya – iddialı hakim dairələr xalqları dəfələrlə belə fəlakətlərə düçar etmiş, sonda özləri də məhvə məhkum olmuşlar. Tarix güzəranın yaxşılaşması üçün müharibələrin labüd olmadığını çoxdan sübut edib.

Əmin-amanlıqda yaşamaq üçün mütərəqqi məqsədlər və vasitələr var: insan əməyini yüngülləşdirmək, zəhmət müqabilində daha çox fayda-mənfəət əldə etmək üçün yeni texnika, texnologiya ixtira etmək, biologiyanı insanın sağlam böyüməsinə yönəltmək, tibbi nailiyyətlərlə nahaq ölümlər üzərində zəfər çalmaq və s.

Bir sözlə, elm və həyat təcrübəsi sübut edir ki, rifahın, dolanışığın səviyyəsi-ölkə vətəndaşlarının əmtəə istehsalının, xidmətinin yaxşı təşkili ilə bağlıdır. Yalnız belə olduqda insanlar rahat, təhlükəsiz həyat sürə bilər və hərtərəfli təmin olunar.

Nəinki, iqtisadçı alimlərin nəzəri fikirləri, lap bizim gözümüz qarşısında baş verən möcüzəli hadisələr-sıçrayışlı inkişaflar da bunu təsdiq edir.

Bir vaxtlar ölkənin varı – təbii sərvətlərin, resursların zənginliyi ilə, münbit torpaqların çox olması ilə, bol suyun, meşələrin mövcudluğu ilə müəyyən edilirdi.

İkinci dünya müharibəsi başa çatdıqdan sonra ictimai-iqtisadi inkişafın yeni vüsəti bu fikrə ciddi düzəliş verdi. Cənubi-Şərqi Asiyanın təbii sərvətlər cəhətdən heç də zəngin olmayan ölkələrində bənzərsiz sıçrayışlar qeydə alındı. Doğrudur, təbii sərvətlərin çoxluğu həyat tərzinin yüksəlməsi üçün mühüm istehsal amillərindən biridir. Ancaq nəinki bu resurslar tükənəndən sonra, hətta bunların mövcudluğu şəraitində də belə ölkələr zamanın inkişafı ilə ayaqlaşa bilirlər. İki ölkənin həyatına – zəngin sərvətli şimal qonşumuz Rusiyanın və təbii sərvətlər sarıdan kasıb-kasad ölkə sayılan Yaponiyanın inkişaf səviyyəsinə nəzər salaq: birində rifah səviyyəsi aşağı, digərində isə yüksəkdir.

Kürdədehli Simran,Uçot-İqtisad,Qrup 480

İqtisadi qanunlar və iqtisadi kateqoriyalar

Cəmiyyətdə iqtisadi proseslər daxili, özünəməxsus qa­nun­larla ida­rə olunur. Iqtisadi qanunlar sosial-iqtisadi proseslərin inkişaf qa­nun­la­rıdır. Hegel qeyd edirdi ki, bütün qanunlar kimi, iqtisadi qa­nun­lar da «iki hadisə arasındakı əlaqəni»1 ifadə edir.
Iqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim tək­rarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və pro­seslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir.
Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter da­şıyır. Yəni onlar insanların şüurundan, istək və arzula­rın­dan asılı ol­ma­yaraq meydana çıxır və fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi qanunların obyektiv xarakterdə ol­masını etiraf etmək subyek­tiv amillərin rolunu azaltmaq kimi başa dü­şülməməlidir. Baş­qa sözlə, insanlar iqtisadi qanunların qarşısında aciz deyildir­lər, onlar həmin qanunları dərk və bundan özlərinin mə­na­fe­lə­ri­nə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sü­rət­lən­di­rə bilərlər. Lakin iqtisadi qanunların obyektiv xarakterdə olmasını in­kar edənlər də vardır. Onlar bu qanun­la­rın insanların iradəsin­dən, dər­rakəsindən, psixologiyasından ası­lı olduğunu qeyd edirlər. Hətta bu qa­nunları fetişləşdirənlə­rə də rast gəlinir. Onlar sözdə iqtisadi qa­nun­la­rın obyektiv xarakterini qəbul etsələr də, obyektivliyi kortəbiilikdə, qa­nun­ların fəaliyyəti­nin qarşısının alınmasının mümkün olmamasında gö­rürlər.
Təbiət qanunları kimi cəmiyyətin inkişafının iqtisadi qanunları da obyektiv xarakter daşısalar da, bunları bir-birindən fərqləndirən cə­hət­lər də vardır. Belə ki:
1) Təbiət qanunları insanların iştirakı olmadan meyda­na gəlib, fəa­liyyət göstərir, iqtisadi qanunlar isə insan cəmiyyəti ilə eyni vaxtda mey­dana gəlib fəaliyyət göstərməyə başlamışdır;
2) Təbiət qanunları uzunmüddətli, əbədidir. Iqtisadi qa­nunlar isə tarixi inkişafın müəyyən pilləsində meydana gəlir, fəaliyyət göstərir, on­ları doğuran səbəblər, şərait ara­dan çıxdıqda, onlar da aradan çıxır, öz yerini yeni qanun­lara verirlər.

Iqtisadi qanunları üç qrupa bölmək olar; 1) Spesifik iqtisadi qanunlar; 2) Ümumi və ya ən ümumi iqtisadi qanunlar; 3) Bir neçə sosial-iqtisadi quruluşda və ya iqtisadi sistemdə fəaliyyət gös­tə­rən iqtisadi qanunlar.
Spesifik iqtisadi qanunlar inkişafın bir pilləsini digə­rindən fərq­ləndirir. Bu qanunlar istehsal, bölgü, mübadilə və istehlakın konk­ret formalarına xas olan qanunlardır. Məsələn, kapital yığımı qanunu, rə­qa­bət qanunu kapita­lizmə xas olan spesifik iqtisadi qanunlardır. Spesifik iqti­sadi qanunlar sistemində əsas iqtisadi qanun xüsusi yer tu­tur. Bu qanun istehsalın məqsədini ifadə edir, yəni istehsal nəyə və kimə xid­mət edir? ayrı-ayrı adamların var­lanmasınamı, yoxsa cəmiyyətin bü­tün üzvlərinin ri­fa­hının yaxşılaşdırılma-sı­na­mı? Deməli, əsas iqtisadi qa­nun insanla­rın iqtisadi mənafe­ləri ilə sıx əlaqədardır. Iqtisadi mənafelər in­sanların birgə əmək prosesində, müəyyən iqtisadi münasi­bətlər çər­çi­və­sində formalaşır. Insanların əməyə ilkin söv­qe­dici səbəbi olan iqtisadi mə­nafelər iqtisadiyyatın və bü­tövlükdə cəmiy-yətin tərəqqisinin hə­rə­kət­ve­rici qüvvəsidir. Tarixi inkişafın gedişi inandırıcı surətdə göstərir ki, əmək bölgüsü ilə eyni vaxtda hər bir fərdin (ayrıca ailənin) iqtisadi mə­na­feyi ilə bütün fərdlərin ümumi mənafeləri arasındakı ziddiyyət də mey­dana çıxır. Həm də qeyd etmək lazımdır ki, bu ümumi mənafe ayrı-ay­rı fərdlər arasında qarşılıqlı asılılıq olduğuna görə obyektiv xarakter daşıyır. Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərin­ləşməsi, mül­kiy­yət formalarının və təsərrü-fatçılıq metodlarının təkmilləşdirilməsi ilə əla­qədar olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi me­xanizmi də mürəkkəb­ləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə söv­qe­di­ci səbəb acından ölmək təhlükəsi, adət və ənənələr, nüfuz, quldarlıq və feodalizmdə isə başlıca olaraq qeyri-iqtisadi məcburiyyət olmuşdur.
Kapitalizm, iqtisadi məcburiyyətin, adamların məna-fe­ləri­nə iq­ti­sadi təsiretmənin xüsusi, olduqca çevik və səmə­rəli sistemini ya­rat­mış­dır. Məsələn, rəqabət mübarizəsində məğlub olmaq və müflisləşmək təh­lükəsi sahibkarları isteh­salı təkmilləşdirməyə, onu ən yeni və yüksək məh­suldarlıqlı avadanlıqlarla təchiz etməyə məcbur edir.
Ümumi və ya ən ümumi iqtisadi qanunlar iqtisadi in­kişafın bü­tün mərhələlərində fəaliyyət göstərir və onlara əmək məhsuldarlığının yük­səldilməsi, təlabatın daim art­ması qanunlarını misal göstərmək olar. Bu qanunlar aşağı­dakı xüsusiyyətlərə malikdir. Onlar: 1) Ən ümumi iq­ti­sadi əlaqələri və münasibətləri səciyyələndirir; 2) Həmişə iqtisadi tə­rəq­qi qanunları kimi çıxış edir. Spesifik iqtisadi qanunlar isə bu xü­su­siy­yətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və in­ki­şaf etdiyi dövrdə feodal rentası qanunu cəmiyyətin inkişafına təkan ver­miş, ictimai tərəqqi qanunu olmuşdur. Lakin kapitalizm cəmiyyəti mey­­dana gəlib formalaşdıqdan sonra həmin qanun ictimai tə­rəqqini lən­gitmişdir; 3) Cəmiyyətin inkişafı ilə əlaqədar ola­raq ümumi iqtisadi qa­nunlar nəinki tarix səhnəsindən çı­xır, əksinə yenə də qalmaqda davam edir, rolları daha da artır.
Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tə­da­vülü qanunu və s. misal göstərmək olar. Onlar cəmiyyətin in­ki­şa­fı­nın, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə edirlər.
Iqtisadi qanunlar iqtisadi kateqoriyalar vasitəsilə təza­hür edir. Iq­tisadi kateqoriyalar-iqtisadi hadisə və proses­lərin ümumi cəhətlərini ifa­də edən və obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mül­kiyyət, istehsal, bölgü, mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kre­dit, əmək bölgüsü və s. misal göstərmək olar. Beləliklə, iqtisadi qa­nun­larla iqtisadi kateqoriyalar arasında qarşılıqlı əlaqə vardır. Iqtisadi ka­teqoriyalar – obyektiv iqtisadi qanunla­rın məzmununu təşkil edən sa­bit səbəb – nəticə əlaqələrini aş-kara çıxarmağa, hadisə və proseslərin za­hiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə im­kan verir.

  • Teqlər:
  • iqtisadi nəzəriyyə

Comments are closed, but trackbacks and pingbacks are open.