Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi
Rektor R.Mehdiyevin bu gün dövlət xadimi kimi formalaşmasında əsas xüsusiyyətlərdən birinin on illərlə ulu öndər Heydər Əliyevin yaxın silahdaşı kimi fəaliyyət göstərməsi olduğunu bildirib. ADU-nun rektoru vurğulayıb ki, müdrik bir filosof və insan kimi R.Mehdiyev bugünkü Azərbaycan dövlətçiliyinin qorunmasında böyük xidmətləri olan biri kimi yenə də çalışır, elmi və fəlsəfi fəaliyyətini davam etdirir:
Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi
Faydalı linklər
- MUZEY
- Muzeyin tarixi
- Muzeyin strukturu
- Muzeyin qonaqları
- Risalə
- Şərq
- Qaynaq
- Xəzinə
- Məclis
- Əsasnamə
- Mövzular
- İxtisasların nomenklaturası
- Sənəd qəbulu
- Gündəlik məsələlər
- Muzeyin elmi şurası
- Elmlər doktorları
- Fəlsəfə doktorları
- Doktorantura
- Konfrans və seminarlar
- Əfzələddin Xaqani Şirvani adına aran regional filialı
- S.Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzi
- Xurşidbanu Natəvan adına Qarabağ filialı
- Fotoqalereya
- Videoqalereya
- Virtual Muzey
Ünvan:   AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küç., 53              Tel.:   (994 12) 4921069              Baş direktor:   Akademik Rafael Baba oğlu Hüseynov
Copyright © Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, 2011
ADU-da “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabının müzakirəsi keçirilib
Dekabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin rus dilində yazılan “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabının müzakirəsi baş tutub.
ADU-nun rektoru akademik Kamal Abdulla bu günün universitetin elmi həyatında ciddi məqam olduğunu diqqətə çatdırıb: “Biz Azərbaycan elminin aparıcı nümayəndələrindən birinin, Azərbaycan fəlsəfə məktəbinin çox görkəmli nümayəndəsi olan akademik Ramiz Mehdiyevin “Григорианская церковь как инструмент шпионажа против Сефевидского государства. XVII – первая четверть XVIII вв.” əsərinin müzakirəsinə toplaşmışıq”.
K.Abdulla bu əsərin R.Mehdiyevin illərlə apardığı tədqiqatların məntiqli davamı olduğunu söyləyib: “Bu tədqiqatları konseptual şəkildə götürsək, onu azərbaycanşünaslıq adlandırmaq olar. Azərbaycan tarixi, mədəniyyəti, bugünü və gələcəyi ilə bağlı olan düşüncələrini, fikirlərini, ideyalarını Ramiz müəllim bir çox əsərlərində cəmiyyətimizə, elmimizə təqdim edib. Onun bu cür əsərləri onlarladır və hamısı bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr olunan əsərlərdir”. Bu kitablar göstərir ki, Ramiz müəllim azərbaycançılığın qarşısında duran problemləri, onun fəlsəfəsini dərindən dərk edən filosof kimi Azərbaycanın gələcəyinin qorunması ilə bağlı dövlət təcrübəsindən istifadə edən son dərəcə müdrik dövlət xadimidir”.
Rektor R.Mehdiyevin bu gün dövlət xadimi kimi formalaşmasında əsas xüsusiyyətlərdən birinin on illərlə ulu öndər Heydər Əliyevin yaxın silahdaşı kimi fəaliyyət göstərməsi olduğunu bildirib. ADU-nun rektoru vurğulayıb ki, müdrik bir filosof və insan kimi R.Mehdiyev bugünkü Azərbaycan dövlətçiliyinin qorunmasında böyük xidmətləri olan biri kimi yenə də çalışır, elmi və fəlsəfi fəaliyyətini davam etdirir:
“Onun Azərbaycan fəlsəfəsinin müqəddəratı ilə bağlı son dərəcədə qiymətli göstərişləri fəlsəfə elminin Azərbaycan tədris və elm sisteminə çox üzvi şəkildə daxil edilməsində çox böyük metodoloji əhəmiyyəti var”.
Azərbaycanşünaslıq problemlərinin istər qədim dövrdə, istər XVI əsrdə, istərsə də bu gün Azərbaycan və onun ətrafındakı dövlətlərin münasibətinin öyrənilməsində aktuallıq kəsb etdiyini deyən rektor bu baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin, dininin, cəmiyyətinin formalaşması ilə bağlı fikirlərinin son dərəcə maraqlı və azərbaycanşünaslıq istiqamətində aparılan araşdırmalara işıq saçan bir tədqiqat olduğunu qeyd edib. K.Abdulla kitabın Qriqorian kilsəsinin Səfəvi dövlətinə qarşı apardığı dağıdıcılıq işlərinin üzə çıxarılması istiqamətində elmi, ictimai və dövlətçilik baxımdan son dərəcə qiymətli olduğunu vurğulayıb. Rektor K.Abdulla müəllifin göstərdiyi xidmətin ən böyük məzmununun bu gün gənc nəslin bu kitablardan əsl Azərbaycan tarixini öyrənəcəklərindən ibarət olduğunu qeyd edib: “Onlar Ermənistan-Azərbaycan münasibətlərinin təkcə bu günü ilə deyil, həmçinin dünəni ilə də tanış olacaqlar. Bu günün nəticələrini dünənki günümüzlə əlaqələndirərək gələcəyimiz üçün müəyyən istiqamətləri özümüz üçün aydınlaşdıracağıq”.
Daha sonra çıxış edən ADU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının professorları Solmaz Rüstəmova-Tohidi, Niyazi Mehdi, “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri professor Məmməd Əliyev, baş elmi işçisi Eldar Əmirov, Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov, Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Nadir Quliyev, Qafqazşünaslıq kafedrasının dosenti Şəlalə Bağırova, Magistratura şöbəsinin II kurs tələbəsi Sergey Klimov akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərinin elmi, metodoloji, siyasi baxımdan əhəmiyyətli, maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin, kitabın müxtəlif dillərə tərcümə olunması məsələsinə də toxunulub.
Tədbir kitabla bağlı müzakirələrin aparılması ilə yekunlaşıb.
Ramiz Mehdiyevin Qriqorian kilsəsinin casusluğu barəsindəki kitabına təqdimat keçirildi
Yanvarın 16-da AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitabının təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” adlı kitab da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olmaqla yanaşı tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açır.
Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə edib. O, bildirib ki, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Maraqlı məsələlərdən biri ermənilərin tarix boyu müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasətini elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta yetirilib.
AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil Fərzəlibəyli, AMEA Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev kitabın elmi məziyyətləri haqqında danışıblar. Çıxışlarda qeyd olunub ki, nəşrindən keçən qısa müddət ərzində nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsənin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk uğurlu addımdır. Əsər əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır.
Təqdimat mərasimində BDU-nun Qafqazşünaslıq ixtisasında təhsil alan tələbə və magistrlar iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administ-rasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.
Comments are closed, but trackbacks and pingbacks are open.