Qrupa necə qeydiyyatdan keçmək olar?
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında da müəyyən edilir ki, mülkiyyətçi ona məxsus yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün inzibati orqana müraciət etməlidir. Daxili İşlər Nazirliyi şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üzrə səlahiyyətli inzibati orqandır. Daxili İşlər Nazirliyinin müvafiq ərazi qurumu kimi Polis İdarəsi ərazi üzrə bu səlahiyyəti həyata keçirir.
Qan xərçənginin əlamətləri hansılardır? – Müsahibə
Son zamanlar qan xəstəlikləri insanların qorxulu yuxusuna çevrilib desək, yanılmarıq. Bəs bu xəstəliklərin vaxtında aşkar edilməsi və düzgün diaqnoz qoyulması üçün nələr etmək lazımdır?
Bu və digər suallarla bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının hematologiya şöbəsinin müdiri Valeh Hüseynov AzNews.az-a müsahibə verib.
– Valeh doktor, son vaxtlar daha çox yayılmış qan xəstəlikləri hansılardır?
-Ümumiyyətlə, qan xəstəlikləri iki böyük qrupa bölünür: bədxassəli qan xəstəlikləri (buna xalq arasında qan xərçəngi də deyilir) və qanın bədxassəli olmayan digər xəstəlikləri. Qanın ikinci qrupa aid edilən xəstəliklərini də bir neçə qrupa bölmək olar. Bunlara irsi (talassemiya) və qazanılmış qan xəstəlikləri, qanın laxtalanma problemi, müxtəlif mənşəli qan azlığı və s. aid edilir.
Son zamanlar bizə qan azlığı problemi ilə üz tutan xəstələrin sayı daha da çoxalıb. Qan azlığının yaranmasının əsas səbəbləri çox müxtəlifdir. Qanda dəmirin və bəzi vitaminlərin çatışmaması nəticəsində yaranan qan azlığı ilə yanaşı, qanaxma və digər xəstəliklərlə əlaqədar yaranan qan azlığına da çox rast gəlinir. Qanın tərkibində bəzi maddələrin əmələ gəlməsi nəticəsində qanda parçalanma dediyimiz “hemolitik” anemiyalar yaranır. Hemolitik anemiyalar irsi və qazanılmış ola bilər.
Qan azlığı olan xəstələrdə hemoqlobinin səviyyəsi aşağı olur, buna anemiya deyilir. Hemoqlobinin səviyyəsi aşağı olduğu halda, həmin xəstələr həkimə müraciət etməli, onlarda bunun əsas səbəbi aşkar edilməlidir. Bəzən bu xəstəliyin səbəbi digər xəstəliklərdən də qaynaqlana bilir. Məsələn, qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, həmçinin yoluxucu xəstəliklər nəticəsində də qan azlığı yaranır.
Ona görə də qan azlığı aşkar edilən xəstələrdə mütləq yanaşı əlamətləri də yoxlamalıyıq. Əsasən də limfa düyünlərinin və dalağın böyüyüb-böyümədiyinin müayinəsi aparılmalıdır. Əgər xəstədə göstərilən problemlər varsa, bu zaman mütləq qanın bədxassəli xəstəlikləri araşdırılmalıdır.
Qan azlığı ilə müraciət edən xəstələrdə ən çox rast gəldiyimiz, dəmir defisitli anemiyalardır. Bu zaman mütləq qanda dəmirin miqdarı, eyni zamanda “depo dəmiri” deyilən ferritinin miqdarı yoxlanılmalıdır. Əgər göstərilən komponentlərin səviyyələri aşağıdırsa, belə xəstələrdə dəmir defisitli anemiya səbəbi ilə bir neçə ay müalicə olunmalıdırlar.
Bəzən dəmirin səviyyəsi normal olur, amma xəstələrdə “mikrostar” deyilən, qan azlığı meydana çıxır. Bu da talassemiya daşıyıcılığına işarə verə bilər. Ona görə bu növ xəstələrdə mütləq irsi xəstəliklərin olub-olmadığı yoxlanılmalıdır.
Anemiyaların digər səbəblərindən biri də qeyd etdiyimiz kimi, bədxassəli qan xəstəlikləridir. Bu zaman qana xas olmayan və nadir görünən hüceyrələrin (atipik hüceyrələr) qanda olub-olmadığı müəyyən edilir. Həmin xəstələrdə limfa düyünlərinin, daxili orqanların (xüsusilə də dalağın) və sümük iliyinin müayinəsi aparılmalıdır.
Bildiyimiz kimi, qanda olan ana hüceyrələri və onların yaranması sümük iliyində olur. Ona görə də sümük iliyində nə baş verdiyini bilmək üçün sümük iliyini “biopsiya” və ya “aspirasiya” deyilən müayinələrlə yoxlamaq lazımdır. Xəstənin diaqnozunun düzgün qoyulması sümük iliyinin dəqiqliklə müayinəsindən birbaşa asılıdır.
– Bəd xassəli qan xəstəliklərinin əlamətləri nədir?
– Bu xəstələrdə daha çox səbəbsiz hərarətin olması, çəkinin azalması, qan azlığının yaranması, dalağın böyüməsi, bədəndə qansızmaların olması, bəzən isə bir bölgədə böyümüş limfa düyünü bu xəstəliyin əsas əlamətləri ola bilər. Yorğunluq, halsızlıq, sümük ağrıları da bəd xassəli qan xəstəliklərində rast gəlinir.
Bu xəstəliklər zamanı insanların böyük əksəriyyəti immun sisteminin zəifləməsi nəticəsində infeksiya hallarına yoluxma halları ilə müraciət edirlər. Məsələn, müraciət edən çox insan var ki, onlar uzun müddət boğaz ağrısından, sümük ağrılarından, tez-tez qripə yoluxma hallarından əziyyət çəkirlər. Onlar buna qarşı müalicələr edirlər, amma nəticədə sağalmırlar. Bunu araşdıran zaman immun sistemini zəiflədən hallar ortaya çıxır.
Bəzən qan azlığı və sümük ağrıları olan xəstələr, revmatik və infeksion xəstəliklər kimi uzun müddət müalicə olunur və gecikmiş halda artıq hematoloqlara müraciət edirlər. Mənim məsləhətim odur ki, insanlar dəqiqləşdirilməmiş diaqnozla müalicə almasınlar. Bu bizim tez-tez rastlaşdığımız mənzərədir. Bu hal xüsusilə bölgələrimizdə daha geniş yayılıb. Ona görə də insanlar arasında bu xəstəliklə bağlı maarifləndirmə işləri genişləndirilməlidir. Çünki, düzgün və vaxtında qoyulmuş diaqnoz xəstənin şəfası deməkdir.
-Qan azlığı olan xəstələrin ilkin müalicəsi hansı şəkildə aparılır?
-Əgər xəstə müayinə olunub və diaqnoz dəqiqləşibsə, ilkin müalicələrə başlamaq lazımdır. Amma qan azlığının profilaktikasından danışırıqsa (söhbət ən çox rast gəlinən “dəmir defisitli” anemiyalardan gedir), bu zaman mütləq qidalanmaya fikir vermək lazımdır. Dəmirlə zəngin olan qidalar (ət məhsulları və meyvələr) gündəlik qida rasionunun əsas tərkib hissəsini təşkil etməlidir.
-Belə xəstələr ən çox nələrə diqqət etməlidir?
-Onlar qidalanmaya, düzgün şəkildə istirahətə və yuxunun normal olmasına önəm verməlidirlər. Bir çox qan xəstəliklərinin yaranmasında şüalanmanın, radiasiyanın, immun sisteminin zəifləməsinin, bəzi virusların, kimyəvi maddələrin və s. rolu böyükdür. Ona görə də insanlar öz həyat tərzinə, qidalanmasına fikir verməlidir. Bu, təkcə qan xəstəliklərinin deyil, bir çox xəstəliklərin qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb edir. Ən önəmli məsələlərdən biri də xəstələrin mütəmadi olaraq həkim müayinəsindən keçmələridir. Hər bir şəxs heç olmasa ildə bir dəfə bütün müayinələrdən keçərək orqanizmində nələrin baş verdiyindən xəbərdar ola bilər.
Onu da xüsusi qeyd edim ki, xərçəng xəstəliyində nə qədər tez diaqnoz qoyularsa, müalicə daha effektiv olar və müsbət nəticə əldə edilər. Təbii ki, düzgün edilən müalicə ən vacib amildir və bu da xəstəlikdə uğurlu nəticənin təminatıdır.
Qrupa necə qeydiyyatdan keçmək olar?
2019-09-11 10:33:00
Valideynlərin nəzərinə: Hazırlıq qruplarına yalnız bu sənədlərlə qeydiyyatdan keçmək olar
2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq. Hazırda valideynləri maraqlandıran məqamlardan biri də övladlarını qeydiyyatdan keçirmək üçün hansı sənədlərin tələb olunması ilə bağlıdır. AzEdu.az xəbər verir ki, qeydiyyat proseduru 2 mərhələdən və aktivləşdirmədən ibarətdir. Birinci mərhələdə sistem valideyn və ya qanuni nümayəndəyə aşağıdakı üç sənədin əsasında onlayn qeydiyyatdan keçməyi təklif edir. Xatırladaq ki, onlardan yalnız birini seçmək olar: -Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi; -Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə); -BMT QAK-ın himayə sənədi. Valideyn və ya qanuni nümayəndələrin onlayn qeydiyyatı yalnız göstərilən sənədlər əsasında aparılır. Digər sənədlər əsasında qeydiyyatdan keçmək üçün isə şəhər və ya rayon üzrə alternativ qeydiyyat mərkəzlərinə müraciət etmək lazımdır. Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər. Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.
Lamiyə Süleymanlı
Bu bölməyə aid digər xəbərlər
Xırdalanda tikilən bu məktəb şagird sıxlığını azaldacaq – Nazirlik
2023-05-19 12:39:07
Təkrar sertifikasiyaya gəlməyən müəllimlərlə əmək müqaviləsi pozulacaq – XƏBƏRDARLIQ
2023-05-18 11:53:34
Nazir sertifikasiya təlimlərindən imtina edən müəllimlərin sayını açıqladı
2023-05-16 16:24:55
Mərhum deputatın qızı dünyanın 15 universitetindən təqaüd və qəbul yeri qazanıb
2023-05-16 12:28:23
Lisey və gimnaziyalara qəbul QAYDALARI
2023-05-16 11:25:33
Fənn olimpiadalarına gedən şagirdlər – buraxılış vərəqələrini çap edə bilərlər
2023-05-16 10:22:18
Kimya olimpiadalarının nəticələri AÇIQLANDI
2023-05-15 10:00:51
1-ci siniflərin məktəb seçimi BAŞLAYIR
2023-05-15 09:17:57
Məktəb direktorları üçün Google-dan HƏDİYYƏ
2023-05-12 09:35:00
Filippində 200-dən çox məktəbli zəhərlənib
Mənzildə qeydiyyatda olan kənar şəxs qeydiyyatdan necə çıxarılır?
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:
- yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
- başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
- ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
- öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
- yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
- qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
Yaşayış sahəsində qeydiyyatda olan, lakin faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılması üçün ilkin olaraq hara müraciət oluna bilər?
Şəxsin mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə Polis İdarəsinə inzibati qaydada müraciət edə bilər. Bu məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında da müəyyən edilir ki, mülkiyyətçi ona məxsus yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün inzibati orqana müraciət etməlidir. Daxili İşlər Nazirliyi şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üzrə səlahiyyətli inzibati orqandır. Daxili İşlər Nazirliyinin müvafiq ərazi qurumu kimi Polis İdarəsi ərazi üzrə bu səlahiyyəti həyata keçirir.
Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaq üçün məhkəməyə hansı halda müraciət oluna bilər?
Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
Bununla yanaşı, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır.
Göründüyü kimi, yaşayış sahəsindən kənar şəxslərin qeydiyyatdan çıxarılması üçün maraqlı şəxs məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi
Comments are closed, but trackbacks and pingbacks are open.