Press "Enter" to skip to content

Uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib

Kitab İslam haqqında bütün ilkin məlumatları əhatə edərək daha geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, mütəxəssislər üçün də maraqlı olacaq.

Qısa islam ensiklopediyası 2 cildd

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Qısa İslam ensiklopediyası. İslama dair 1001 termin və xüsusi ad: I cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib

Uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib.

5 Aprel , 2018 17:24

https://static.report.az/photo/ed03e8d4-213f-4c4e-abe8-a992fdb89965.jpg

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ensiklopediya hazırlanarkən ona daxil edilən hər bir termin və anlayışın məzmunu dəfələrlə müzakirə olunub, ekspertiza edilərək bir daha aydınlaşdırılıb, məqalələr müvafiq qurumlara göndərilərək baxılıb, redaksiya heyətinin üzvlərinin, eyni zamanda bu sahənin ekspertlərinin tövsiyə və təklifləri nəzərə alınıb. Ensiklopediya, əsasən, uşaq və yeniyetmələr üçün nəzərdə tutulsa da, əslində geniş oxucu kütləsinə xitab edir. 750-ə yaxın məqalədən ibarət ensiklopediyanın hazırlanmasında bütün yaş kateqoriyaları nəzərə alındığından məqalələr mümkün qədər sadə, anlaşıqlı və axıcı dildə yazılıb. Üzərində Cənubi Qafqazın ən böyük məscidi sayılan Heydər məscidinin təsvir olunduğu mavi-göy cilddə tərtib olunmuş ensiklopediyanın peşəkar səviyyədə hazırlanması üçün bir çox ölkənin təcrübəsi araşdırılıb, məqalələr yazılarkən lakoniklik, konkretlik və obyektivlik prinsiplərinə əməl olunub. Bu zaman müxtəlif dillərdə çap olunmuş elmi, dini ədəbiyyata, internet resurslarına, xüsusən də ölkədə işıq üzü görən nəşrlərə müraciət edilib. “Qısa İslam ensiklopediyası”nda müxtəlif dini abidələrin, görkəmli şəxsiyyətlərin rəsmlərinin, İslam-Şərq miniatürlərinin və s. müşayiəti ilə verilib. Qeyd edək ki, ensiklopediyanın hazırlanması və nəşri üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, akademiklər İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Gövhər Baxşəliyeva və digər mütəxəssislərdən ibarət redaksiya heyəti yaradılmışdı.

“Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad” kitabı işıq üzü görüb

“Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad” kitabının təqdimat mərasimi keçirilib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.Mehdiyev/

“Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad” kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində yerli alimbrin müəllifliyi ilə hazırlanmış “Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad” adlı üçcildlik ensiklopediyanın 1-ci cildi işıq üzü görüb.

Ensiklopediya İslam Konfransı Gənclər Forumunun sifarişi və dəstəyi ilə Dini Araşdımıalar Mərkəzi tərəfrindən 2011-ci ildə hazırlanıb və bu il ilk cildi nəşr edilib.

Adıçəkilən ensiklopediya digər ölkəbrdə bu sahədə əvvəllər nəşr olunmuş mövcud ensiklopediyalardan tərcümə yolu ilə deyil, tam şəkildə yenidən işlənib hazırlanıb, Azərbaycan reallıqlarını, Azərbaycanda tarixən mövcud olmuş dini ənənələri nəzərə alaraq yazılıb.

Ensiklopediya ilkin olaraq 2 cilddə hazırlanıb. 1-ci cilddə yalnız İslama aid əsas terminlər əks olunub, 2-ci cildə isə ilk səhabələrin adları və İslam tarixinə aid digər xüsusi adlar daxil edilib. İlkin iki cilddə 1001 termin və xüsusi ad əhatə olunub. Sonradan ensiklopediyaya 3-cü cild əlavə edilib ki, burada İslam tarixində mövcud olmuş cərəyanlar, fikir məktəbləri, səhabələrdən sonrakı dövrlərdə yaşamış böyük alimbr haqqında məlumat verilir.

Kitab İslam haqqında bütün ilkin məlumatları əhatə edərək daha geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, mütəxəssislər üçün də maraqlı olacaq.

Təqdimat mərasimində rəsmi qonaqlar, millət vəkilləri, elmi ictimaiyyət nümayəndələri və dini icma rəhbərləri iştirak edib.

Təqdimatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (DƏ-İKGF ARM) rəhbəri Elçin Əsgərov, Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov və digər qonaqlar çıxış edib.

Layihənin ümumi rəhbəri olmuş Elçin Əsgərov ensiklopediyanı təqdim edərək, onun zərurəti və əhəmiyyəti barədə məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxışında bu layihənin əhəmiyyətini qeyd edib, İslam haqqında məlumatları əks etdirən ədəbiyyatın daha çox ölkə daxilində, yerli müəlliflər tərəfındən yazılma zərurətini vurğulayıb, dini ictimaiyyəti xaricdə nəşr olunmuş ədəbiyyatın tərcüməsi ilə kifayətlənməməyə, İslam haqqında Azərbaycanda da yerli müəlliflər tərəfındən kitablar yazmağa dəvət edib.

Millət vəkili Qənirə Paşayeva ensiklopediyanın əhəmiyyətindən danışaraq bu cür tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov ensiklopediyanın ərsəyə gəlməsi və özəl xüsusiyyətlərindən bəhs edib.

Comments are closed, but trackbacks and pingbacks are open.