Press "Enter" to skip to content

Мир энциклопедий

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək bu işdə əməyi olan hər bir kəsə minnətdarlıqlarını bildirmişlər.

Qısa islam ensiklopediyası 2 cilddə

“Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin xüsusi ad” kitabının təqdimatı olmuşdur

Avqustun 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin xüsusi ad ” üçcildlik ensiklopediyanın birinci cildinin təqdimatı olmuşdur .

Ölkəmizdə ilk dəfə Azərbaycan dilində yerli alimlərin müəllifliyi ilə hazırlanmış bu kitab Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) sifarişi və dəstəyi ilə Dini Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmışdır.

İKGF-in Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov demişdir ki , adı çəkilən ensiklopediya tam şəkildə yenidən işlənib hazırlanmış, Azərbaycan reallıqlarını, ölkəmizdə tarixən mövcud olmuş dini ənənələr nəzərə alınaraq yazılmışdır.

İslam haqqında bütün ilkin məlumatları əhatə edən kitab mütəxəssislərlə yanaşı, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur .

Elçin Əsgərov demişdir ki , kitab azərbaycanlı oxucular üçün islam dini barədə yarana biləcək bütün suallara , termin və xüsusi adlara aydınlıq gətirə biləcək ensiklopedik məlumat mənbəyi kimi nəzərdə tutulmuş ilk nəşrdir.

Diqqətə çatdırılmışdır ki , ensiklopediya ilk olaraq 2 cilddə hazırlanmışdır. Birinci cilddə yalnız islama aid əsas terminlər əks olunmuş , ikinci cilddə isə ilk səhabələrin adları və islam tarixinə aid bəzi xüsusi adlar daxil edilmişdir . İlk iki cilddə 1001 termin və xüsusi ad əhatə olunmuşdur . Sonradan ensiklopediyaya üçüncü cild əlavə edilmişdir ki , burada islam tarixində mövcud olmuş cərəyanlar, məktəblər, səhabələrdən sonrakı dövrlərdə yaşamış böyük alimlər haqqında məlumatlar yer almışdır.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək bu işdə əməyi olan hər bir kəsə minnətdarlıqlarını bildirmişlər.

İslam haqqında məlumatları əks etdirən kitabların daha çox ölkə daxilində, yerli müəlliflər tərəfindən yazılmasının vacibliyini vurğulayan natiqlər dini ictimaiyyəti xaricdə nəşr olunmuş ədəbiyyatın tərcüməsi ilə kifayətlənməməyə çağırmış və bu istiqamətdə işlərin davamlı olaraq aparılmasının vacibliyini vurğulamışlar.

Diqqətə çatdırılmışdır ki , belə ensiklopediyalar gənclərin dini bilikləri daha düzgün və tez mənimsəməsinə təkan verir .

” Elm və təhsil” nəşriyyatında çap olunmuş 320 səhifəlik bu kitabın yaxın vaxtlarda digər iki cildinin də geniş oxucu kütləsinə təqdim olunması nəzərdə tutulmuşdur .

AzərTAc

Azərbaycan.- 2012.- 8 avqust.- S. 5.

Мир энциклопедий

В Баку издан второй том «Краткой энциклопедии Ислама»

  • 30 Апреля 2013
  • просмотров 3419
  • комментариев 7

В Азербайджане издан второй том трехтомника «Краткая энциклопедия Ислама: 1001 специальный термин и имена собственные» (Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad) на азербайджанском языке, который подготовлен местными учеными.

Как передает islam.az, энциклопедия подготовлена к печати Центром религиозных исследований по заказу и при поддержке Молодежного форума Исламской Конференции за диалог и сотрудничество (МФИК ДС, DƏ-İKGF ARM). Руководителем проекта является Эльчин Аскеров (Elçin Əsgərov). Авторский коллектив — Натиг Рагимов (Natiq Rəhimov), Рафиз Манафов (Rafiz Manafov) и Кямран Мамедов (Kamran Məmmədov). Информационная поддержка — islam.az. Книга издана в издательстве «Авропа» (Avropa). Поддержку в издании второго тома энциклопедии оказал Госкомитет по работе с религиозными образованиями.

Данная книга подготовлена не путем перевода уже изданных за рубежом энциклопедий, а является авторским проектом, которая воплотила в себе азербайджанские реалии и исторически сложившиеся традиции.

Первоначально энциклопедия была подготовлена в двух томах. В первый были включены основные исламские термины, а во второй — имена первых сподвижников пророка и специальные термины. Затем к энциклопедии был добавлен третий том, в котором нашли отражение исламские течения, а также информация о великих ученых, которые жили уже после первых сподвижников.

Книга рассчитана на широкую читательскую аудиторию, в то же время может быть полезной и для специалистов.

Мир энциклопедий. Презентация первого тома энциклопедии состоялась в августе 2012 года.

“Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad” kitabı işıq üzü görüb

Trend-in məlumatına görə, Azərbaycan Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində yerli alimlərin müəllifliyi ilə hazırlanmış “Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad” adlı üçcildlik ensiklopediyanın 1-ci cildi işıq üzü görüb.

Ensiklopediya İslam Konfransı Gənclər Forumunun sifarişi və dəstəyi ilə Dini Araşdımalar Mərkəzi tərəfindən 2011-ci ildə hazırlanıb və bu il ilk cildi nəşr edilib.

Adıçəkilən ensiklopediya digər ölkələrdə bu sahədə əvvəllər nəşr olunmuş mövcud ensiklopediyalardan tərcümə yolu ilə deyil, tam şəkildə yenidən işlənib hazırlanıb, Azərbaycan reallıqlarını, Azərbaycanda tarixən mövcud olmuş dini ənənələri nəzərə alaraq yazılıb.

Ensiklopediya ilkin olaraq 2 cilddə hazırlanıb. 1-ci cilddə yalnız İslama aid əsas terminlər əks olunub, 2-ci cildə isə ilk səhabələrin adları və İslam tarixinə aid digər xüsusi adlar daxil edilib. İlkin iki cilddə 1001 termin və xüsusi ad əhatə olunub. Sonradan ensiklopediyaya 3-cü cild əlavə edilib ki, burada İslam tarixində mövcud olmuş cərəyanlar, fikir məktəbləri, səhabələrdən sonrakı dövrlərdə yaşamış böyük alimlər haqqında məlumat verilir.

Kitab İslam haqqında bütün ilkin məlumatları əhatə edərək daha geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, mütəxəssislər üçün də maraqlı olacaq.

Təqdimat mərasimində rəsmi qonaqlar, millət vəkilləri, elmi ictimaiyyət nümayəndələri və dini icma rəhbərləri iştirak ediblər.

Təqdimatda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (DƏ-İKGF ARM) rəhbəri Elçin Əsgərov, Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov və digər qonaqlar çıxış edib.

Layihənin ümumi rəhbəri olmuş Elçin Əsgərov ensiklopediyanı təqdim edərək, onun zərurəti və əhəmiyyəti barədə məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov çıxışında bu layihənin əhəmiyyətini qeyd edib, İslam haqqında məlumatları əks etdirən ədəbiyyatın daha çox ölkə daxilində, yerli müəlliflər tərəfındən yazılma zərurətini vurğulayıb, dini ictimaiyyəti xaricdə nəşr olunmuş ədəbiyyatın tərcüməsi ilə kifayətlənməməyə, İslam haqqında Azərbaycanda da yerli müəlliflər tərəfındən kitablar yazmağa dəvət edib.

Millət vəkili Qənirə Paşayeva ensiklopediyanın əhəmiyyətindən danışaraq bu cür tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov ensiklopediyanın ərsəyə gəlməsi və özəl xüsusiyyətlərindən bəhs edib.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.