Qətran təbrizi
Açar sözlər: Qətran Təbrizi, şair, poeziya, Azərbaycan, türk xalqları
Qətran təbrizi
� Qətran adlı gözəl bir şair . �
Təbrizdən Gəncəyə yolçuluq .
XI əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri sırasında Qətran Təbrizinin də özünəməxsus yeri var. Dövrünün məşhur şairi və dilçi alimi olan Təbrizi farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi sayılır . Qətran Təbrizinin bizə gəlib çatmış � Divan�ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə və qəsidələrdən ibarətdir .
Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuşdur . Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir . O, ilk təhsilini Şadiabadda almış , sonra isə Təbrizdə oxumuşdur .
Qətran Təbrizinin zamanında Şəddadilər dövlətinin paytaxtı olan Gəncə çox inkişaf etmiş bir şəhər idi və Şərqin bir çox ölkələrindən alimlər , şairlər , memarlar , sənətkarlar Gəncəyə axışırdı .
Tarixi mənbələrdən məlum olur ki , bu dövrdə Gəncədə �Dar- əl – kütub � adlı zəngin saray kitabxanası və digər kitabxanalar vardı . Professor R.Əliyev yazır ki , bu dövrdə mütaliə üçün lazım olan hər cür kitabın Gəncədə tapılması mümkün idi . Tədqiqatçılar �Dar- əl – kütub�ın ictimai kitabxana olduğu , hər kəs üçün açıq olduğunu yazırlar . Tədqiqatçı Qafar Kəndli öz araşdırmalarında XI əsrdə Gəncədə zəngin saray kitabxanasının mövcud olmasını qeyd edir .
Belə bir zamanda , Gəncənin elm və mədəniyyət mərkəzi kimi çiçəkləndiyi bir vaxtda Qətran Təbrizi təhsilini başa vurduqdan sonra bura gəlir . O, tezliklə Gəncədə Şəddadilərin sarayına dəvət olunur və az bir vaxtda böyük nüfuz qazanır . Bu həmin dövr idi ki , ölkənin başında Əbdülhəsən Ləşkəri dururdu . Qeyd olunduğu kimi , bir mədəniyyət mərkəzinə çevrilən Gəncənin kitabxanaları çox zəngin və nadir kitab fonduna malik idi . Gəncə böyük mədəniyyət və ticarət mərkəzi olduğundan , dünyanın bütün ölkələrindən gələn tacirlər burada kitaba böyük tələbatın olduğunu nəzərə alaraq kitab gətirməyə də səy göstərirdilər . Kitabşünas alim İmadəddin Zəkiyev � Azərbaycan kitabının inkişaf yolu � adlı əsərində göstərir ki , Gəncə kitabxanasında 10-dan çox xarici dildə kitab saxlanılırdı . Tarixi qaynaqlar göstərir ki , bu zəngin kitabxanalar uzun zaman qorunmuş və gələcək nəsillərə ötürülmüşdür . Bu elm mərkəzində yaradıcılıqla məşğul olan Təbrizinin yaradıcılıq nümunələrindən aydın olur ki , o da bir çox şeirlərini hökmdar Əbdülhəsən Ləşkəri və onunla əlaqədar baş vermiş hadisələrə həsr etmişdir .
Zəmanəsinin güclü qələm sahiblərindən biri
Tədqiqatçılar elə onun bu şeirləri əsasında Gəncədə yaşadığı dövrü öyrənib tədqiq etmişlər . Məsələn , bir şeirində Qətran Rəvvadilər dövlətinin başçısı Əbu Mansur Vəhsudanın Əbdülhəsən Ləşkərinin qonağı kimi Gəncəyə gəlişindən danışır . Təbrizinin yaradıcılığını araşdıran alimlərin fikrincə , bu görüş 1035-1040-cı illər arasında baş verə bilərdi . 1042-ci ildə isə şair artıq Təbrizdə şəhərin yarısını yerlə yeksan etmiş dəhşətli zəlzələnin şahidi olmuşdu . O zaman belə nəticə çıxır ki , Qətran Təbrizə bu təbii fəlakətdən əvvəl qayıtmışdı . Lakin bir çox tədqiqatçılar Qətranın Gəncəyə zəlzələdən sonra gəldiyini göstərirlər . Bu halda şairin yenidən Gəncəyə dönüşünü də istisna etmək olmaz . Təbrizi 1046-cı ildə Təbrizdə böyük İran şairi və filosofu Nasir Xosrovla görüşür . Nasir Xosrov özünün məşhur � Səfərnamə � əsərində Qətran adlı gözəl bir şairlə görüşdüyünü qeyd edir .
Bundan sonra Qətran bir müddət Naxçıvanda , yerli hakimlərin saraylarında yaşadıqdan sonra vətəni Təbrizə dönür . Qətran Təbrizi hələ sağlığında ikən istedadlı şair , müdrik filosof və alim kimi bir çox ölkələrdə şöhrət qazanır . Özünün yazdığına görə , onu Xorasanda və İraqda yaxşı tanıyır və sevirdilər .
Araşdırmalar göstərir ki , Qətran poeziya ilə gənc yaşlarından məşğul olmağa başlamış və bu sahədə böyük yaradıcılıq uğurları qazanmışdır . Şeir yaradıcılığında əsas yeri dövrün müxtəlif hökmdarlarını tərif edən qəsidələr tutur . Bu əsərlər müasir oxucu və tədqiqatçılar üçün qəsidələrdə mədh olunan qəhrəmanların saraylarında baş verən tarixi hadisələri öyrənmək və anlamaq baxımından çox qiymətlidir . Məsələn , Qətran Təbrizinin şeirlərində oğuzların Azərbaycana bir neçə yürüşü öz əksini tapmışdır ki , həmin məlumatlar indi bizim üçün böyük əhəmiyyət daşıyır .
Fars dilinin ilk izahlı lüğəti � Lüğəti-Qətran �
Qətran Təbrizi bir çox maraqlı əsərlərin , o cümlədən � Tövsnamə �, � Quşnamə �, � Vamiq və Əzra � adlı əsərlərin , habelə əsasən qəsidələrdən ibarət iri həcmli divanın müəllifidir .
XII əsrdə yaşamış Orta Asiya şairi Rəşid Vətvat yazır ki , o ömrü boyunca bircə həqiqi şair tanımışdır ki , o da həkim ( müdrik ) Qətran Təbrizidir .
� Vikipedia�da şairlə bağlı məlumatda qeyd edilir ki , orta əsr mənbələrinə əsaslanan Azərbaycan tədqiqatçıları Qətran Təbrizinin fars leksikoqrafiyası tarixində fars dilinin ilk izahlı lüğətinin yaradıcısı olduğunu yazmışlar . Bu barədə � Lüğəti-fürs � (�Fars lüğəti �) müəllifi , şair və tərtibçi Əsədi Tusi (XI əsr ), � Sihahül-fürs � müəllifi Məhəmməd Naxçıvani (XIII əsr ) və başqaları qeyd etmişlər .
Məşhur İran şairi Nasir Xosrov Ələvi adını çəkdiyimiz � Səfərnamə�sində Qətranın lüğət üzərində iş prosesini belə təsvir edir : � Təbrizdə mən Qətran adlı bir şairlə görüşdüm . O, avazla yaxşı şeir oxuyur , ancaq fars dilini pis bilirdi . O, Dəqiqi və Mənciqin divanlarını mənə gətirib , avazla oxudu və anlaşılmayan sözləri izah etməyimi xahiş elədi . Sonra mənim izahatlarımı qeydə alıb , öz şeirlərini oxudu �. Əksər alimlər Nasir Xosrovun bu fikirlərini onunla izah edirlər ki , fars dili Qətranın ana dili deyildi və o, farsca yazan ilk Azərbaycan şairi olub .
Orta əsr müəlliflərinin əksər qismi bu lüğəti yaradıcısının adı ilə sadəcə � Lüğəti-Qətran �, yaxud � Fərhəngi-Qətran � ( hər iki ifadə � Qətranın lüğəti � anlamına gəlir ) kimi qeydə alır . Sonralar isə bu lüğət � Təfasir fi lüğatül-fürs � (�Fars dili sözlərinin izahları �), yaxud da qısa şəkildə � Təfasir � (� İzahlar �) adlandırılır . Qətran Təbrizi Azərbaycan və İran xalqlarının poeziya və leksikoqrafiya tarixində dərin izlər buraxmışdır .
Qətran Təbrizi 1080-ci ildə Təbrizdə dünyasını dəyişmiş və Surxab məhəlləsindəki məşhur Şairlər məqbərəsində dəfn olunmuşdur .
� Azadlıq�ın Araşdırmaçı Jurnalistlər Qrupu K İ V-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 27 mart.- S.14.
Qətran təbrizi
Açar sözlər: Qətran Təbrizi, şair, poeziya, Azərbaycan, türk xalqları
Katran Tabrizi and the Turkish spirit
Summary
Katran Tabrizi is an Azerbaijani poet of the 11th century. In his work, he reflected the political history of Azerbaijan. These are known as “history verses”. Tabrizi wrote poetry on various topics. If you look closely at his work, you can see that he retained the Turkish spirit, way of thinking, Turkish culture in his works, retained the patriotic spirit that we see in Nizami, Fizuli, Khagani.
The poetic ideas expressed in “Dada-Gorgud”, “Divani-lugati-Turk”, “Gutadgu-bilik” are very similar. Turkish culture here is very close to Katran Tabrizi; purity, courage, loyalty.
Like many medieval poets, Katran Tabrizi wrote in Persian for socio-political reasons.
Key words: Gatran Tabrizi, poet, poetry, Azerbaijan, turkic peoples
MƏQALƏNİ YÜKLƏ [175,21 Kb] (yüklənib: 39)
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
+994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]
Qətran Təbrizi
Qətran Təbrizi – (1009 və ya 1012, Təbriz – 1072 və ya 1088, Təbriz) — Təbriz yaxınlğında Şadiabad kəndində anadan olmuş şair və dilçi alim, farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi.
A [ redaktə ]
- Ağıllı adamlar kin bəsləməzlər.
B [ redaktə ]
- Bacarıq səhv etməkdə deyil, onu düzəltməkdədir.
D [ redaktə ]
- Düşmən bizə sövq etsə, təəccüblü sanılmaz,
Dəhşətli olar dost edə dosta xəyanət. [1]
Ə [ redaktə ]
- Əvvəl düşün, sonra danış. [2]
G [ redaktə ]
- Gizli görülən işin cəzası gizlində verilir.
- Gördüyün işi əvvəlcə ağıl tərəzisi ilə ölç.
H [ redaktə ]
- Həm gözəl, həm də vəfalı olmaq böyük xoşbəxtlikdir.
- Hər kəs öz taleyinin çilingəridir.
- Hər sözü dilə gətirmək mümkündür, lakin hər sözü ağla qandırmaq şətin və müşküldür.
M [ redaktə ]
- Məftun olanların ürəyini şirin dillə əsir etmək olar.
- Min şahiddən bir etiraf yaxşıdır.
- Min yalan bir doğruya dəyməz.
S [ redaktə ]
- Səni özün kimi anlamasalar, sən özünü başqaları¬na anlada bilməzsən.
- Söz ruhun ölçüsüdür, ağıl isə tərəzidir,
Ölçü sözə lazımdır, ancaq miqdarı tərəzi təyin edir.
Ş [ redaktə ]
- Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. [3]
V [ redaktə ]
- Vətənsiz insan nəğməsiz quş kimidir.
Z [ redaktə ]
- Zülmə nifrət edib ədaləti sevənə hamı ürəkdən bağlı olar.
İstinadlar [ redaktə ]
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.81
- ↑ “Hikmət xəzinəsindən incilər” Bakı, 2009.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.342
- Əlifba sırasına görə şəxslər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Fars şairlər
Comments are closed, but trackbacks and pingbacks are open.