Press "Enter" to skip to content

İnsanın ürəyi, maşının motoru: qulluq et ki, yarı yolda qalmayasan

Həmçinin cihazda işıqların yerdən hündürlüyü ölçüsünü də qeyd etmək lazımdır. Bunlar olmasa, o zaman cihaz işıqların nasaz olması haqqında məlumat verəcək.

Qulaqcığa keçmək üçün maşını necə avtomatlaşdıra bilərəm

Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq

24 may 2023

Azərbaycanın işgüzar turizm potensialı Almaniyada təbliğ olunur

24 may 2023

Nəcməddin Sadıkovun “Tərtər işi” üzrə məhkəmədə dindirilməsi istənilib

24 may 2023

Gürcüstanlı qapıçını “Atletiko” və “Vilyarreal” istəyir

24 may 2023

FHN: Ötən sutka 42 yanğına çıxış olub, 5 nəfər xilas edilib – VİDEO

24 may 2023

Baş Qərargah rəisi: Ermənistan hər dəfə layiqli cavab alır

24 may 2023

Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

24 may 2023

Bakıda qaçırılan avtomobillə qəza törədilib

24 may 2023

Pakistan şirkətinin törəməsi Azərbaycanda gəlirlərini açıqlayıb

24 may 2023

Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi müzakirə edilib

24 may 2023

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub – FOTO

24 may 2023

FHN: Naxçıvanda 50-dən çox evdə suçəkmə işləri aparılıb

24 may 2023

“AZSIĞORTA”nın sədri: Sığortaya “qənaət” edən sahibkar 18 mln. manat ziyanla üzləşdi

24 may 2023

Kəmaləddin Heydərovun Salyan şəhərində vətəndaş qəbulunun vaxtı dəyişib

24 may 2023

Xavyer Kolomina İrəvanda Azərbaycanla sülh prosesinin hazırkı vəziyyətini müzakirə edib

24 may 2023

Bu il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 7,7% artım olub

24 may 2023

Dünya bazarlarının əsas indeks göstəriciləri

24 may 2023

Bakıda 18 yaşlı qız itkin düşüb

24 may 2023

Avropada təbii qaz cüzi ucuzlaşıb

24 may 2023

Siyəzəndə azyaşlı naməlum səbəbdən ölüb

24 may 2023

Bu günə olan valyuta məzənnələri

24 may 2023

Bakıda qadını avtomobil vuraraq öldürüb

24 may 2023

Dünya bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

24 may 2023

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

24 may 2023

NYMEX əmtəə birjasında təbii qazın qiyməti cüzi azalıb

24 may 2023

“Brent” neftinin qiyməti 78 dollara yaxınlaşır

24 may 2023

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb – PROQNOZ

24 may 2023

215 avtobusun hərəkət intervalında gecikmələr var

24 may 2023

Moldova Prezidenti Pravoslav Kilsəsini Rusiyanın agenti hesab edib

24 may 2023

Paytaxtda sıxlıq müşahidə edilən yollar – SİYAHI

24 may 2023

Peskov: “Rusiya Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır”

24 may 2023

İstanbulda qəza olub, yol kənarında iş aparan bələdiyyə işçiləri ölüb

24 may 2023

ABŞ Rusiyaya silah verməməyə çağırıb

24 may 2023

Xırdalan şəhərində ev yanıb

24 may 2023

ABŞ-də silahlı insident nəticəsində 4 nəfər ölüb

24 may 2023

Pentaqon ABŞ və Çexiya müdafiə sazişinin imzalandığını açıqlayıb

24 may 2023

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Ermənistan XİN rəhbərinin müavininin yalanlarından danışıb

24 may 2023

Çinin yeni səfiri ABŞ-yə gəlib

24 may 2023

ABŞ ən mübahisəli məsələlərin həlli ilə bağlı Bakı və İrəvana təkliflər təqdim edib

24 may 2023

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

24 may 2023

Bakıda avtomobil yanıb – FOTO – VİDEO

24 may 2023

ABŞ Ermənistanda kiçik nüvə reaktorlarının yaradılması imkanlarını araşdırır

24 may 2023

Beynəlxalq Buker Mükafatının qalibi məlum olub

24 may 2023

Bakıda kafedə dava düşüb, bıçaqlanan var

24 may 2023

Borrell: “Aİ Ukraynanın ən böyük donorudur”

24 may 2023

Vuçiç ölüm hökmünün bərpası üçün mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb

24 may 2023

Ukrayna hərbçilərinə F-16-nın idarə olunması üzrə təlimlər Avropada keçiriləcək

24 may 2023

Cənubi Afrika Rusiyaya silah tədarük etdiyini inkar edib

23 may 2023

Sloveniya Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb

23 may 2023

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 – 2023 Bütün müəllif hüquqları qorunur.

İnsanın ürəyi, maşının motoru: qulluq et ki, yarı yolda qalmayasan.

Motor maşının ikinci ən vacib hissəsidir. Maşınların banı indi çox az adamı maraqlandırır. Onsuz da ən tanınmış maşın firmaları belə, maşınların kuzasına 7 ildən artıq zəmanət vermir. Motor məsələsinə gəldikdə isə işlər daha da korlanır.

Təcrübəli sürücülərin çoxu maşını necə təmir etmək lazım olduğunu bilir. Belə sürücülər maşınları çox zaman özləri təmir edirlər. Ancaq təəssüflər olsun ki, son illər belə sürücülərin sayı həddindən artıq azalıb. Bəlkə inanmayacaqsınız, ancaq öz maşınlarının təkərlərini belə dəyişə bilməyən, motorun yağı ilə sürət ötürücüsünün yağını səhv salan sürücülər də var.

Mövzu ilə bağlı suallarımızı avtomobil ustası, ixtisaslı mexanik Arif Əmirov cavablandırdı.

Yağ əsl yağ olmalıdır.

İlk baxışdan təzə maşına qulluq etmək asan görünür. Lakin belə deyil. Yeni maşınlar satılandan sonra bu maşınlara zəmanət verilir və maşınlar vaxtaşırı servis təmir xidmətinə çağırılır. Ancaq statistik məlumatlara əsasən deyə bilərik ki, yeni maşın alan sürücülərin yarısı zəmanətdən istifadə etmir, servisə gəlmirlər. Əgər yeni maşının sahibi 1000-1500 kilometrdən gec olmayaraq servisə gəlirsə, deməli, həmin maşına qulluq etmək hələ mümkündür. Yox, əgər sürücü, ümumiyyətlə, servisə gəlmirsə, maşının ilk problemləri bu andan etibarən başlayır. İstehsalçıların böyük əksəriyyəti maşınların servisə çağırılma müddətini 15000-20000 kilometrə qədər uzadıblar. Bu maşınlar sınaqdan çıxmış minik vasitələridir. Bu müddət ərzində motorun yağı öz keyfiyyətini itirmir. Lakin hər hansı bir motorist sizə izah edə bilər ki, nəyə görə maşının yağını 8000-10000 kilometrdən tez dəyişmək lazımdır. Bəzi yağ dəyişən ustalar isə 5000 kilometrdən gec olmayaraq maşının yağının dəyişdirilməsini məsləhət görürlər. Satışda hər cür motor yağı mövcuddur. Maşınınızın yağını dəyişdirərkən, modelinə uyğun yağ almağı unutmayın. Bir şeyi də qeyd edək ki, ən bahalı motor yağı belə bir ildən çox işləmir. Yağ parçalanır və yararlılığını itirir.

Antifriz amili.

Motor yağının vaxtında dəyişdirilməsi hələ məsələnin yarısıdır. Avtomobildə antifriz də önəmli məqamlardandır. Sürücülərin böyük əksəriyyəti antifirizi unudurlar. Əslində antifrizin uzağı 2-3 il ömrü vardır. Köhnəlmiş antifriz maşının soyutma sistemini “öldürməyə” başlayır. Antifrizin keyfiyyətini itirməsinin acı nəticələri: avtomobillərdəki hava sistemində müntəzəm kilidlənmələr olur və eroziya yaradır.

“Radiatoru yuduzdurun, qaynatmayın”

Yeri gəlmişkən, motorun soyutma sisteminin düzgün şəkildə işləməsindən danışarkən radiator amilini unutmamaq lazımdır. Yay aylarında yarpaq-qum, qış aylarında palçıq və s. maşınların radiatoruna dola bilir. Uzun tıxaclarda motoru qaynadan maşınları görsəniz, bilin ki, bunun əsas səbəbi elə radiatorun çirklənməsidir. Bəzi sürücülər radiatorun təmizlənmə məsələsini ən son həddə çatdırırlar. Radiator haqqında son olaraq onu demək istərdik ki, radiatorun vaxtaşırı yuyulmasında yalnız fayda vardır.

Filtrlər yaddan çıxmasın

Filtrlər içərisində birinci növbədə hava filtrini qeyd etmək istərdik. Motorun yağını dəyişərkən ustalar hava filtrini də dəyişməyi məsləhət görürlər. Ancaq biz çox vaxt buna əhmiyyət vermirik və hava filtrini dəyişmirik. Halbuki motorun daxildən təmiz olmasında məhz hava filtrləri böyük rol oynayırlar. Əgər maşınınızda hava filtri təmiz deyilsə, üstəlik, siz həm də keyfiyyətsiz benzindən istifadə edirsinizsə, onda, ilk növbədə motor yağınızın keyfiyyəti aşağı düşəcək, katalizatorun işində nasazlıqlar yaranacaq.

Avtomobilini müşahidə et.

Yanacaq – daha bir yaralı yerimiz. Biz əsasən Aİ 93 markalı benzindən istifadə edirik. Bunun da əsas səbəbi bu markada olan benzinin qiymətinin nisbtən ucuz olmasıdır. Ancaq 95 və 98 markalı benzindən istifadə edən sürücülər də var. Ölkəmizdəki sürücülərin əksəriyyəti benzinin indiki keyfiyyətindən razı deyil. Düzdür, bir neçə il əvvəllə müqayisədə nəzərəçarpacaq keyfiyyət dəyişikliklərinin yaşandığını deyənlər də çoxdur.

Lakin hələ də nəticələr hamı tərəfindən tam qənaətbəxş sayılmır. Xüsusən, paytaxtdan kənarda – ucqar rayonların ərazilərində yerləşən yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətindən narazılıqlar kifayət qədərdir. Hətta belə fikirlər səslənir ki, burada benzin markalarının qiymətlərində fərq olsa da, keyfiyyət eynidir. Hazırda ölkəmizdəki 92 və 95 markalı benzinin rənglərində fərq var. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məlumatına görə, A-95 markalı benzin rəngsiz qaldığı halda, A-92 markalı benzin qırmızı rəngdədir: “Bu, bəzi işbazların avtomobil sahiblərini aldatmalarının qarşısını almaq üçün edilib”. Sürücü özü maşınının qeydinə qalmalıdır. Bunun üçün hər bir avtomobili olan şəxs birinci növbədə maşını üçün keyfiyyətli yanacaqdoldurma məntəqəsi tapmalıdır. Həm də bu yanacaqdoldurma məntəqəsi şəbəkə halında mövcud olmalıdır. Dizel yanacağı ilə işləyən maşınlarda isə vəziyyət tamam fərqlidir. Maşın alanların çoxu turbo dizel yanacaqla işləyən avtomobillərdən qaçırlar. Halbuki dizel yanacağı Azərbaycanda ucuzdur, sərfiyyatı da benzinə nisbətən az olur. Bəs nə üçün avtomobil alıcılarının çoxu dizel yanacağı ilə işləyən maşınlardan qaçırlar? Bu sualı bir neçə tanıdığım sürücüyə verdim, cavab belə oldu: “Azərbaycanda satılan dizelin keyfiyyəti aşağıdır”. Başqa fikirdə olan sürücülər də var: “Alman maşınlarını Almaniyadan başqa, heç bir ölkənin dizeli yaxşı işlədə bilmir”.

Səhərlər maşını qızdırmaq hər zaman xeyirlidir.

Bəziləri maşını xoda salan kimi yerindən tərpədir, bəziləri isə suyun göstəricisinin mavi xətti keçməsini gözləyirlər. Həqiqətdə isə hər şey çox sadədir. Yay aylarında 90 saniyə gözləmək kifayət edir, qışda isə maşını qızdırarkən 2-3 dəqiqə gözləmək lazımdır. Bu müddət kifayət edir ki, yağ motorda tam dövr etsin. Bu müddətdən artıq gözləmək mənasızdır, əlavə yanacaq sərfiyyatı deməkdir.

Sürücü avtomobili ehtiyatla hərəkətə başlatmalıdır ki, termostat dövriyyəyə keçsin. Qış aylarında bunu hiss etmək asandır. Belə ki, termostat dövriyyəyə keçdiyi zaman maşınınızın salonuna isti hava daxil olacaq. Yay aylarında isə ən azı yarım kilometr getdikdən sonra bunu hiss etmək mümkün olur. Maşını qızdırmaq təkcə motor üçün yox, sürət ötürücüsü, amortizator, sükanın reykası və hidrogücləndirici üçün də faydalıdır.

Avtomobilinizi çox sürətli, ya da çox asta sürməyin.

Əgər siz avtomobilinizi çox gücə salırsınızsa, yaxud maşınınızın motorunu həddindən artıq yükləyirsinizsə, onda bunlara mütləq hazır olun. 30 min kilometr sürdükdən sonra maşında nasazlıqlar başlayacaq. 60-70 min getdikdən sonra isə yavaş-yavaş “yağ yeməyə” başlayacaq. Ancaq avtomobilinizi ehtiyatla idarə etsəniz, maşınınızın “yağ yemə” müddətini ən azı 3 dəfə artıra bilərsiniz. Avtomobilinizin motorunu heç vaxt yükləməmək, hər zaman asta sürətlə idarə etmək də problemlərə səbəb ola bilər. Belə ki, maşını aşağı sürətlə idarə etdikdə, bundan başqa, hər zaman qarşılaşdığımız tıxaclar, avtomobilə lazım olan sərfiyyatı və motora gərəkli temperaturu ötürə bilmir. Nəticədə maşındakı porşen və şamlar vaxtından əvvəl korlanır. Avtomobilinizin işə salınmasında problemlər yaşanır və katalizatorun iş fəaliyyəti azalır. Bunun qarşısını almaq üçün həftə sonları maşınınızı bir qədər uzaq məsafələrə sürün. Bu zaman maşınınız istirahət etmiş olacaq.

Texniki baxışdan uğurla necə keçmək olar?

Texniki baxışdan uğurla keçmək hər avtomobil sahibinin arzusudur. Təəssüf ki, bu, heç də asan məsələ deyil. Hətta avtomobil tamamilə saz vəziyyətdə olsa belə, Azərbaycanda aparılan texniki baxış proseduru zamanı nasaz çıxa bilər.

Bununla belə, buna cəhd etmək olar. Bunun üçün isə ilk növbədə avtomobil, həqiqətən də, saz vəziyyətə gətirilməlidir.

Bu, texniki baxışın nəticəsindən də vacibdir. Çünki nasaz avtomobil təkcə özümüzün və ailə üzvlərimizin deyil, ətrafdakı insanların da həyat və sağlamlıqlarına təhlükədir. Odur ki, hədəf cərimələnməmək üçün texniki baxış “talon”u almaq deyil, təhkükəsizliyimiz naminə avtomobili sazlamaq olmalıdır.

Avtomobillər nə zaman texniki baxışa təqdim olunmalıdır?

Əgər avtomobil yenidirsə 4 ilin tamamından sonra, 5-ci ilində texniki baxışdan keçirilir. Məsələn: 2016-cü il istehsalı olan avtomobil 2021-cü ildə texniki baxışa təqdim olunmalıdır.

İstehsal tarixi üzrə 4 ili tamam olmuş avtomobillər isə 2 ildən bir texniki baxışdan keçirilməlidir. Məsələn: 2014-ci ilin avtomobili 2019-ci ildə texniki baxışdan keçirildikdən sonra növbəti dəfə texniki baxışa 2021-ci ildə aparılmalıdr.

İstehsal tarixindən 10 il keçmiş avtomobillər hər il texniki baxışdan keçirilməlidir.

Avtomobilləri texniki baxışdan Bakıda – Zabrat-Maştağa yolu üzərində yerləşən texniki baxış məntəqəsində və bölgələrdə rayon DYP məntəqələrində keçirmək olar.

Texniki baxışdan keçmək üçün nəqliyyat vasitəsi aşağıdakı texniki göstəricilərə malik olmalıdır:

  • 1. Dəm qazı
  • 2. Şinlərin protektoru (ən az 1.6 mm)
  • 3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa – palçıq qaytaranlar (brızqoviklər)
  • 4. Çatsız şüşələr (alın şüşə, yan şüşə və AZS 122-2004 standartına uyğunluq)
  • 5 İşıqlarınız saz vəziyyətdə olmalıdır. (İşıqları öncədən servisdə yoxlatdırıb, sazlayıb rəsmi arayış almağınız məsləhətdir. Əgər texniki baxış zamanı “işıqlarınız nasazdır” deyilsə, bu arayış karınıza gələ bilər)
  • 6. Təhlükəsizlik kəməri
  • 7. İşlək əyləc sistemi
  • 8. Yağ və ya yanacaq sızması olmamalıdır

Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması vacibdir. Tibb çantasının tərkibinə diqqət edin: bu, müvafiq siyahıya uyğun olmalıdır. Siyahını isə

“Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin QƏRARI əsasında yoxlaya bilərsiniz.

Qanuna əsasən texniki baxış üçün dövlət rüsumu sadəcə 30 manatdır. Yol vergisi yoxdur. 30 manatı bank, kassa, pos-terminal və online ödəmək mümkündür.

Texniki baxış zamanı nə və necə yoxlanılır?

Texniki baxış məntəqəsinə gəldikdən sonra baxış aparılan boksdan birinin önündə dayanın.

Avtomobilinizdə videoqeydiyyat cihazı varsa, sizdən onu söndürməyi istəyə, səbəb olaraq xüsusi əhəmiyyətli obyekt olduğunu deyə bilərlər. Halbuki, xüsusi əhəmiyyətli obyektlərə mülki şəxslər buraxılmır. Deməli, bura xüsusi əhəmiyyətli yer deyil. Bu, sizin üçün prinsipial əhəmiyyət daşımırsa, cihazı söndürə, daha sonra istədiyiniz vaxt yenidən işlək vəziyyətə gətirə bilərsiniz. Azərbaycan qanunvericiliyi bunu qadağan etmir.

İlk olaraq texniki pasport və avtomobilin məlumatları yoxlanılır: icbari sığorta, rəng, şassı, ban nömrəsi, tibb çantası, yanğınsöndürən, qəza-durma nişanı və onların yararlılığı.

Dəm qazının yoxlanılması

Ölçmə işi aparmazdan öncə mühərriki işə salın. Mühərrik sönüklü vəziyyətdə cihazı səsboğucusuna daxil edərlərsə və siz bundan sonra mühərriki işə salarsınızsa, nəticələr pis ola bilər. Mühərrik işlək vəziyyətdə olmalıdır. “Qaz vermək” tələb olunsa, etiraz edin – ölçmə sabit vəziyyətdə aparılmalıdır. Bu müddətdə mühərriki söndürməyin.

Qeyd : 2010-2012 1 iyul istehsal tarixinə qədər olan avtomobillər AVRO 2, 1 iyul 2012-dən sonra gələn avtomobillər isə AVRO 3 standartı əsasında yoxlanılmalıdır.

Həmçinin dəm qazının yoxlanılması Rusiya Federasiyasında qəbul edilmiş və bizdə də keçərli olan GOST-a uyğun aparılmalıdır. Həmin GOST-la BURADA tanış ola bilərsiniz.

İşıqların yoxlanılması

Avtomobilin işığı yoxlanılan zaman yoxlama cihazı çirklidirsə, onu təmizlətdirin. Digər yoxlanışa keçənə qədər nəticəni öyrənin. Çünki avtomobilinizdə işıq nizamlayıcısı varsa, ola bilər onun vəziyyəti səhv rejimdədir. Onu düzəltdirib yenidən yoxlatdırın. Cihaz dəqiq nizamda olmalıdır. Fara güzgüləri üzrə kalibrləmə hər fara üçün ayrıca aparılmalıdır və hər ikisi yoxlanılmalıdır.

Cihazın arxasında xüsusi halqa vasitəsilə hər avtomobilə uyğun ayarlamalar var. Ona görə bu ayarlara diqqət edin: avtobusun işıqlarını sizin avtomobildə yoxlamasınlar…

Yoxlama cihazından istifadə qaydaları ilə BURADA tanış ola bilərsiniz. Əgər prosedur zamanı sapmalar olarsa, təlimatın tələblərinin pozulmasını qeyd edin.

İşıq nizamlama cihazının təlimatı: İNCLİNATİON SET bölməsinə diqqət edin. Onlar işığın müəyyən edilmiş düşmə bucağını tapmalıdırlar. Əgər bu yoxdursa, yerli normativlərə əsaslanmalıdırlar. Milli normativimiz olmadığına görə Rusiya Federasiyasında qəbul edilmiş BU GOST-dan istifadə edilir.

Həmçinin cihazda işıqların yerdən hündürlüyü ölçüsünü də qeyd etmək lazımdır. Bunlar olmasa, o zaman cihaz işıqların nasaz olması haqqında məlumat verəcək.

Amortizasiya və əyləclər

Qanunvericiliyə əsasən amortizasiyaların nasazlığı istismarı qadağan etmir və texniki baxışda bu, tələb edilə bilməz.

Daha çox sürücülər məhz əyləc yoxlanılmasından “2” alırlar.

Avtomobilin əyləc sistemi “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinin tələblərinə uyğun gəlməlidir: saatda 40 km sürətdə minik avtomobilinin tormoz məsafəsi (əyləc yolu) 12,2 m olmalıdır. Əl əyləci 23 dərəcə bucaq altında avtomobilin hərəkətsizliyini təmin etməlidir.

Texniki baxışdan uğurla keçmək üçün düz istiqamətdə stendə doğru hərəkət etmək lazımdır. Sükanı fırlatmayın və hər zaman düz saxlayın. Sizdən əl əyləcini dartmağı xahiş etdikdə birdən (sərt) dartmayın. Bunu yavaş edin, birdən dartdığınız təqdirdə avtomobilin arxası sürüşəcək və siz texniki baxışdan keçməyəcəksiniz. Ümumiyyətlə, bu yoxlanış zamanı təkərlərin balansı düzgün olmalıdır. Təkərlərdəki hava təzyiqini də əvvəlcədən yoxlayın və düzəldin.

Əyləc sistemləri və avtomobilin texniki sazlığı ilə bağlı ƏSAS götürülməli GOST da Rusiyaya aiddir.

Əgər avtomobildə texniki nasazlıq varsa, bu iki nüsxəli aktla rəsmiləşdirilməli və texniki nasazlıq barəsində nəticə bu akta əlavə edilməlidir.

Sadəcə “get, maşının xarabdır” deməklə geri göndərilə bilməz.

Xatırladaq ki, qanunvericilikdə edilən son dəyişikliklərə əsasən, texniki baxış zamanı nazaslıq qeydə alınmış avtomobillər növbəti baxışa bu qüsurları aradan qaldıraraq aparılmalıdır.

Əlavə olaraq texniki nasazlıqların aradan qaldırılması ilə bağlı servisdən rəsmi arayışınız olarsa, bu, texniki baxışdan uğurla keçməniz üçün ciddi əsas ola bilər.

QEYD: Məqalədə avtostop.tv, azpdd.com saytlarındakı materiallarından və digər mənbələrdə dərc edilmiş qanunvericilik aktlarından istifadə olunub.

Digər publikasiyalar
  • Mövzu üzrə
  • Müəllifin digər yazıları

Comments are closed, but trackbacks and pingbacks are open.