Press "Enter" to skip to content

Türk Xalqları edebiyatı – Elman Quliyev

Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Məhz Heydər Əliyev tərəfindən dəqiqliklə həyata keçirilmiş neft strategiyası respublikamızda ilbəil hiss etdiyimiz iqtisadi inkişafın təməlidir. Dünyada analoqu olmayan “Əsrin müqaviləsi” bağlanmış 21 müqavilədən biridir.

Heydər Əliyev | Müasir Azərbaycan dövlətinin yaradıcısı

Müasir Azərbaycan tarixi dedikdə ilk öncə gözümüz önündə ulu öndərimiz bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış olan Heydər Əliyev canlanır. O özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyurdu: — “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, azərbaycanlıyam”.

Heydər Əliyev dünya tarixində ən ziddiyyətli yüzilliklərdən biri olan iyirminci əsrdə müasir Azərbaycanın qurucusu zirvəsinə yüksəldi. 40 ildən artıq olan bir dövr Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalaşdırmışdır.

Heydər Əliyev təkrarolunmaz, ozunəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir. Azərbaycan tarixinin önəmli bir dövrü — XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Xalqın bütün maddi və mənəvi həyat sferasına onun gətirdiyi zənginliklər ölçüyəgəlməzdir. Dahi şəxsiyyət Heydər Əliyevin taleyi millətin taleyi, xalqın taleyi idi. Azərbaycanın taleyi Heydər Əliyevin taleyi idi.

O, xalqın ayrılmaz hissəsi olan əbədi şəxsiyyət idi. Millətin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi onun xoşbəxtliyi idi.

Heydər Əliyev müdrikcəsinə dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı. O bildirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir. Həyata keçirdiyi tədbirlərdə böyük öndər bu faciənin qarşısını almağa çalışmış və ona nail olmuşdur. Öz uzaqgörənliyi ilə seçilən dahi şəxsiyyət hələ SSRİ kimi böyük imperiyanın tərkibində olan Azərbaycanın 1978–ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur. Bu, Heydər Əliyevin dilinə, dininə, milli dəyərinə bağlılığının, əsl vətəndaş qətiyyətinin parlaq təzahürüdür.

Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusudur. Taleyinə Tanrı tərəfindən yalnız qurmaq və yaratmaq missiyası yazılmış böyük insan rəhbər kadrlarda, həm də işdə köklü dəyişikliklərə nail olmaq üçün təşəbbüs göstərdi. Müasir tələblərə cavab verən yeni kadrların hazırlanması işinə rəhbərlik etdi. O, kadrları xalqın qızıl fondu sayırdı. Heydər Əliyev azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə daha bəxtəvərdir.

Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı–ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı.

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu işində ilk ciddi addımlarından biri “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 09 avqust 1994–cü il tarixli fərmanı idi. Həmin fərman Konstitusiyalı dövlət quruluşunun mühafizəsində, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və qanunçuluğun möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

Azərbaycan Respublikasının 1969–cu ildən başlayan yeni tarixi, müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatında əldə edilmiş nailiyyətlər yalnız və yalnız dahi şəxsiyyət Heydər Əliyevin adı və müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.

“Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatlan aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.

Heydər Əliyevin bir siyasətçi kimi bənzərsizliyi ondan ibarətdir ki, Azərbaycanın çiçəklənməsində marağı olanların hamısının mənafeyi naminə çıxış edirdi. O, bilirdi ki, dünya təcrübəsinin öyrənilməsi və bizim şəraitə tətbiqi yalnız o vaxt bəhrə verə bilər ki, özümüzün inkişaf yolumuz, yəni inkişafın Azərbaycan yolu tapılıb açılmış olsun.

Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Məhz Heydər Əliyev tərəfindən dəqiqliklə həyata keçirilmiş neft strategiyası respublikamızda ilbəil hiss etdiyimiz iqtisadi inkişafın təməlidir. Dünyada analoqu olmayan “Əsrin müqaviləsi” bağlanmış 21 müqavilədən biridir.

Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtdan başlayaraq bərqərar olmuş iqtisadi–sosial və siyasi sabitlik bu ölkələrin Azərbaycana olan marağını artırmış, xarici investisiyaların axınına şərait yaratmışdır.

Respublikamızda qeyri–neft sektorunun da inkişafına dövlət diqqəti güclüdür. Həyata keçirilən aqrar islahatlar və bu islahatların uğuru buna əməli sübutdur. Belə ki, UDM–in dörddə bir hissəsinin istehsal olduğu, əmək qabiliyyətli əhalinin üçdə birini özündə birləşdirən aqrar sahədə islahatların mühüm əhəmiyyətli olduğunu yetərincə qiymətləndirən dahi siyasətçi bu sahə ilə bağlı zəruri addımlar atmışdır. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabiliyyətin, ali şüurun, milli təfəkkürün bariz nümunəsidir.

Xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək halda nümayiş etdirdi. Heydər Əliyev nəinki respublikamızın, həm də bütün Qafqazın təəssübünü çəkər, ona qayğı ilə yanaşardı. Qafqaz xalqının həyatında Şeyx Şamildən sonra Heydər Əliyev ikinci böyük qüdrət sahibi idi ki, bütün Qafqaz əhalisinin qayğısına qalırdı. Dünya ədəbiyyatında öz yeri olan böyük qırğız yazıçısı Çingiz Aytmatov Heydər Əliyevi tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırırdı.

Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.

Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi.

Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri–adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşan, bəzən onu qabaqlayan siyasətçilər cərgəsinə aiddir. Ulu yaradan ümummilli liderimiz Heydər Əliyevə çox şey vermişdir — fenomen yaddaş, dərin təhlil qabiliyyəti, vətəninə bağlılıq, sadəlik, dözüm, səlis nitq, hətta yaraşıqlı qamət və tarix yaratmaq bacarığı.

Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Azərbaycan Prokurorluğu mövcudluğuna, inkişafına, formalaşıb təşəkkül tapmasına, dövlət hakimiyyəti orqanlarında mövqeyinə görə ümummilli liderimiz, böyük öndər Heydər Əliyevə minnətdar olmalıdır. Cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi bütün uğurlar Heydər Əliyev zəkasının məhsuludur. Ulu öndər xalqımızın əldə etdiyi tarixi nailiyyətlərə üstünlük verərək Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 01 oktyabr 1918–ci il qərarı ilə Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanının fəaliyyətə başlamasını əsas götürərək hər il oktyabrın 1–nin Azərbaycan Respublikası Prokurorluğu işçiləri günü kimi qeyd olunması barədə 17 iyul 1998–ci ildə sərəncam imzalamışdır.

Bu gün hər bir prokurorluq işçisi fərəh duyur ki, onlar Heydər Əliyev kimi memarı olan gözəl bir ölkədə çalışır. Bütün bacarığı və işgüzarlığını xalqının daha layiqli təmsil olunmasına, qanunların qorunmasına xidmət edir.

Müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmək üçün ulu öndərimiz yeni, dünyəvi qanunlar yaradılması, dövlətimizin daxili və xarici siyasətinin inkişaf istiqamətlərini nizamlayan, dünyəvi normalara cavab verən qanuni islahatların aparılması üçün vacib baza yaratmışdır: “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat” axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və sair qanunlar qəbul edilmişdir. Ölkəmizdə demokratiyanın yaradıcısı olan Heydər Əliyevin apardığı hüquqi islahatların nəticəsi olaraq Azərbaycanda ədalətli prezident, parlament, bələdiyyə seçkiləri keçirilmiş, seçki qanunları qəbul olunmuş, ölüm hökmü ləğv olunmuş, vətəndaşların Konstitusiya məhkəməsinə müraciət etmək hüququ təmin olunmuşdur.

Prokurorluq orqanlarının dövlət hakimiyyətinin bir qolu olan məhkəmə hakimiyyəti sisteminə daxil edilməsi, əsas qanunda əlavə və dəyişikliklər aparılaraq Baş Prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi Heydər Əliyev qayğısının bariz nümunəsidir.

Azərbaycan Prokurorluğu dövlətə və xalqa sədaqət rəmzidir. Bütün düşüncəsini və elmini xalqının güzəranının yaxşılaşmasına həsr edən Heydər Əliyevin yaratdığı ictimai–siyasi sabitlik, prokurorluq orqanlarına inanması, güvənməsi prokurorluq işçilərini daha da məsuliyyətlə işləməyə sövq etmişdir. Ölkəni və xalqı məhvə aparan qüvvələrin üzə çıxarılaraq cinayət məsuliyyətinə alınmasına, mütəşəkkil cinayətkar dəstələrin vaxtında ləğv edilməsində xüsusi xidmətləri olmuşdur.

Heydər Əliyev dühasından qüdrət alan Azərbaycan Respublikası Beynəlxalq təşkilatlarda nüfuz, hörmət qazandıqca, diqqətəlayiq məsələlərin həllində konkret təkliflərlə çıxış etdikcə, qarşılıqlı hüquqi yardımlar barədə daha çox müqavilə və sazişlər bağlanmış, prokurorluq orqanlarının beynəlxalq əlaqələri genişlənmişdir.

Azərbaycan Respublikası Prokurorluğunun ulu öndərin tövsiyəsi ilə Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv seçilməsi ölkəmizdə beynəlxalq hüquq normalarının düzgün tətbiq edilməsində mühüm rol oynamışdır. Azərbaycan prokurorluğunun demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda mühüm rol oynayan bir dövlət orqanı kimi beynəlxalq aləmdə tanınması ulu öndərimizin adı ilə bağlı olmaqla inkişaf tariximizi əks etdirir.

Prokurorluq işçilərinin həyatında ən əlamətdar günlərdən biri də 2000–ci ilin aprelində keçirilmiş görüşdə ulu öndərimizin çıxışı olmuşdur. O, prokurorluq əməkdaşlarına münasibət bildirərək qeyd etmişdir: “Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbii ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır”. Hər yerdə kadrların aparıcı rolunu qeyd edən ulu öndərimiz prokurorluq sistemində də kadrların işə götürülməsində çox demokratik bir üsulun həyata keçirilməsini formalaşdıran “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi haqqında” 19 iyul 2001–ci ildə fərman imzaladı. Əsasnamənin tələblərinə uyğun olaraq 2002–ci ildən başlayaraq prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsinin ən demokratik və mütərəqqi vasitəsi kimi qulluğa qəbulun yeni qaydalarının tətbiqi, qəbulun TQDK ilə birlikdə tam aşkarlıq şəraitində şəffaf keçirilməsi kadrların seçilməsində xüsusi rol oynayır. Bacarıqlı, işgüzar gənclərin seçilməsi kadr potensialını gücləndirməklə yanaşı, işin də səmərəli təşkilinə köməklik etmişdir. Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik prosedur əsasında keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin dövlətin və cəmiyyətin sosial iqtisadi, ictimai–siyasi və mədəni həyatında fəal iştirakına şəraitin yaradılması gənc mütəxəssislərin işlə təminatına zəmin yaradır.

Ulu öndərin diqqət və qayğısı ilə prokurorluq orqanlarında sağlam iqlim yaradılmış, prokurorluq əməkdaşları mənəvi cəhətdən daha da sağlamlaşdırılmışdır. Onların peşəkarlığı, qabaqcıl fikir və ideyalarına hörmətlə yanaşılmış, əməkləri dövlət səviyyəsində qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Prokurorluq orqanlarında işləyən işçilərin maddi və sosial təminatı haqqında” 08 oktyabr 2002–ci il tarixli sərəncamı ulu öndərimizin prokurorluq işçilərinə atalıq qayğısının bariz təzahürü olmuşdur.

Azərbaycanda hüquqi dövlətin banisi, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq regionun lider dövlətinə çevrilmişdir. Bu gün obyektiv bir reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı–ayrı regionlar səviyyəsində yuksələn xətlə sosial–iqtisadi inkişafa nail olan, dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerlərdə olan, bu mövqelərini saxlayan, ölkə həyatının bütün sahələrində demokratik yenidənqurma proseslərini günü–gündən sürətləndirən bir ölkəyə çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bu yüksək inkişafa və böyük uğurlara sosial–iqtisadi və ictimai–siyasi həyatın bütün sahələrini əhatə edən demokratik və köklü islahatlar zəmin yaratmışdır.

Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Öz ulu öndərinə dərin sevgisini, onun siyasi irsinə sadiqliyini əməlləri ilə sübuta yetirən xalqımız Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun gələcəyə istiqamətləndirilmiş tövsiyələrinin həyata keçirilməsi üçün bütün işlərin görülməsini təmin etməklə ümummilli liderinə olan dərin hörmətini nümayiş etdirir, onun müqəddəs ruhu qarşısında mənəvi borcunu ödəyir və Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə etdirir. Qarşıdan ulu öndərimizin 90 illik yubileyi gəlir. Hər bir azərbaycanlı kimi Sumqayıt şəhər prokurorluğunun işçiləri də bu böyük bayramı bütün ömrünü xalqımızın firavanlığına həsr etmiş böyük şəxsiyyətin adına layiq keçirmək üçün daha əzmlə çalışır.

Müəllif: Dağlar ZEYNALOV Sumqayıt şəhər prokuroru baş ədliyyə müşaviri

  • Teqlər:
  • Heydər Əliyev

Türk Xalqları edebiyatı – Elman Quliyev

Dünya xalqlarının mədəniyyəti tarixən bir-birindən təcriddə deyil, əksinə qarşılıqlı təsir dairəsində inkişaf etmiş, yüksək mənəvi dəyərlər qazanmışdır. Şərti də olsa dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir sivil mər¬hələyə yetişə bilmişdir. Hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şəksizdir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca qolu və mərhələsi ol¬maqla yanaşı, həm də əsas tərkib hissəsidir .

Türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. :xx əsr türk ədəbiy-ya¬tının məşhur nümayəndəsi Ə.Nesinin təbirincə desək, “hər bir millətin böyük¬lüyü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir.” Bu mənada türklər öz tarix və mədəniyyətlərinin qə¬dimliyi, zənginliyi baxı- mından dünya xalqları arasında böyüklüyünü, aparıcılı¬ğını tam şəkildə təsdiqləyə bilmişlər. Türklərin təxminən dörd min il bundan əvvəl Altay-Sayan dağları boyunca yaşamaları tarixi fakt kimi təsdiqlənmişdir. Lakin türklərin tarixinin daha əvvəllərə aid olduğu şəksizdir. Türklərin 2800 il siyasi təşkilatlanma, 2700 il ədəbiyyat, 2500 il yazı tarixinə malik olmaları bu fi¬krin həqiqiliyinə tam əminlik yaradır .

Tarixdə “türk” kəlməsi ilk dəfə Göytürklər tərəfindən işlədilmiş, mənsubiyyət ifadə edən ad kimi qəbul olunmuşdur. Lakin “türk” sözünün digər məna çalarlarına da malik olması (güc-qüvvət, törəmək-artınaq, yüyünnək, gözəl və s.), türk xalqının özünəməxsus fərdi keyfiyyət və xüsusiyyətlərini hərtərəfli müəyyənləşdirmək ba¬xımından xarakterikdir .

Hazırki dövrdə türk mədəniyyət və ədəbiyyatının təkcə hər hansı milli zə¬mində yox, ümumtürk anlayışları səviyyəsindən və bu səviyyənin nəzəri-estetik prinsiplərinin dərki baxımından öyrənilməsi vacibdir .

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, xalqlar öz zəngin mənəvi aləmin¬dən uzun müddət nəinki uzaq düşmüş, həm də müəyyən siyasi tələblər daxi..

Elman Quliyev

Elman Quliyev – Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor.

Quliyev Elman Hilal oğlu 1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə «M. Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)» mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir.

1999-cu ildə «Mirzə Uluğ bəy»)Özbəkistan) mükafatı almış, 2007-ci ildə C. Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, ilk dəfə «İlin alimi»(2007, 2010) və «İlin müəllimi»(2011) müsabiqələrinin qalibi olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.

Bir çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş, elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011) və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Xüsusi Dövlət təşəkkürünə (2012) layiq görülmüşdür.

Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat mərkəzinin rəhbəridir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutu və AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnsitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Əsas mükafaları

  • «Mirzə Uluğ bəy» mükafatı
  • 2007-ci ildə C. Rumu – 800 (YUNESKO) müsabiqəsinin laureatı.
  • «İlin alimi»
  • «İlin müəllimi» müsabiqələrinin qalibi.
  • «Tərəqqi» medalı.
  • «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalı.
  • «Xüsusi Dövlət təşəkkürü».

Əsas əsərləri

  • «M. Şəhriyar: Gəldim sizi görməyə» (Bakı, 1992).
  • «S. Tahir. Lirika» (Bakı, 1992).
  • « M. Şəhriyar. Heydərbabaya salam» (Bakı, 2004),
  • «Türk xalqları ədəbiyyatı» (Bakı, 1998).
  • «Şərq xalqları ədəbiyyatı» (Bakı, 1998).
  • «Ümumi ədəbiyyatı» (Bakı, 2005).
  • «Qədim türk ədəbiyyatı» (Bakı, 2010).
  • «Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri» (Bakı, 1997).
  • «Seyid Məhəmmədhüseyn Şəhriyar» (Bakı, 1999).
  • «Müasir Özbək ədəbiyyatı tarixi» (Bakı, 1999).
  • «Heydərbabaya salam » necə varsa» (Bakı, 2001).
  • «Türkiyə türk ədəbiyyatı» (Bakı, 2003).
  • «Şəhriyar poeziyası və milli təkamül» (Bakı, 2004)
  • «Şəhriyar poetikası» (Bakı, 2006, həmmüəlliflə).
  • «Özbək ədəbiyyatı» (Bakı, 2009).
  • «Türk xalqları ədəbiyyatınınyaradıcılıq problemləri» (Bakı, 2010, həmmüəlliflərlə).
  • «Orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2010).
  • «Türk xalqları ədəbiyyatı» (Bakı, 2009; 2011).
  • «Şərq xalqları ədəbiyyatı», 2 cilddə, (Bakı, 2011).
  • «Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı » (Bakı, 2012).

Avqust 05, 2021
Ən son məqalələr

Aida Qəmbər

Aida Tağızadə

Aidon

Aidə Əmirova

Ailanthus

Ailanthus vilmoriniana

Ailə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Azərbaycan)

Ailə (film, 1998)

Ailə Arasında (film, 2017)

Ən çox oxunan

Sarı jurnalistika

Sarı peloziya

Sarı qız

Sarı rododendron

Sarı torpaqlar

elman, quliyev, azərbaycan, yazıçılar, birliyinin, üzvü, filologiya, elmləri, doktoru, professor, elman, hilal, oğlu, quliyevdoğum, tarixi, 1958doğum, yeri, lerik, kələxanelm, sahəsi, filologiyaelmi, dərəcəsi, filologiya, elmləri, doktoruelmi, adı, professormü. Elman Quliyev Azerbaycan Yazicilar Birliyinin uzvu filologiya elmleri doktoru professor Elman QuliyevElman Hilal oglu QuliyevDogum tarixi 1958Dogum yeri Lerik KelexanElm sahesi FilologiyaElmi derecesi Filologiya elmleri doktoruElmi adi ProfessorMukafatlariHeyati RedakteQuliyev Elman Hilal oglu 1958 ci ilde Lerik rayonu Zuvand mahalinin Kelexan kendinde anadan olmusdur 1991 ci ilden ADPU da isleyir 2004 cu ilde M Sehriyar yaradiciliginin tekamulu milli problemler kontekstinde movzusunda doktorluq disertasiyasi mudafie etmisdir 1999 cu ilde Mirze Ulug bey Ozbekistan mukafati almis 2007 ci ilde C Rumi 800 YUNESKO musabiqesinin laureati ilk defe Ilin alimi 2007 2010 ve Ilin muellimi 2011 musabiqelerinin qalibi olmusdur Azerbaycan Respublikasi Prezidentinin 2012 ci il 18 aprel tarixli Serencami ile Tereqqi medali ile teltif edilmisdir Bir cox beynelxalq elmi konfranslarda meruze ile cixis etmis elmi eserleri Turkiye Iran Iraq Turkmenistan Simali Kipr ve s xarici olkelerde cap edilmisdir Turk edebiyyati problemlerinin oyrenilmesi sahesindeki ugurlarina gore En yaxsi tedqiqatci vetenperver alim qizil medalina 2011 ve Turkiye Respublikasinin Azerbaycandaki sefirliyinin Xususi Dovlet tesekkurune 2012 layiq gorulmusdur Hazirda ADPU nun Azerbaycan edebiyyati tarixi kafedrasinin professoru Turk odasi ve Turk arasdirmalari elmi tedqiqat merkezinin rehberidir AMEA nin Nizami adina Edebiyyat Insitutu ve AMEA nin akademik Z Bunyadov adina Serqsunasliq Insitutu nezdinde fealiyyet gosteren Dissertasiya Suralarinin hemcinin Azerbaycan Yazicilar Birliyinin uzvudur Esas mukafalari Redakte Mirze Ulug bey mukafati 2007 ci ilde C Rumu 800 YUNESKO musabiqesinin laureati Ilin alimi Ilin muellimi musabiqelerinin qalibi Tereqqi medali En yaxsi tedqiqatci vetenperver alim qizil medali Xususi Dovlet tesekkuru Esas eserleri Redakte M Sehriyar Geldim sizi gormeye Baki 1992 S Tahir Lirika Baki 1992 M Sehriyar Heyderbabaya salam Baki 2004 Turk xalqlari edebiyyati Baki 1998 Serq xalqlari edebiyyati Baki 1998 Umumi edebiyyati Baki 2005 Qedim turk edebiyyati Baki 2010 Mirze Ibrahimov Edebi estetik gorusler ve senetkarliq meseleleri Baki 1997 Seyid Mehemmedhuseyn Sehriyar Baki 1999 Muasir Ozbek edebiyyati tarixi Baki 1999 Heyderbabaya salam nece varsa Baki 2001 Turkiye turk edebiyyati Baki 2003 Sehriyar poeziyasi ve milli tekamul Baki 2004 Sehriyar poetikasi Baki 2006 hemmuellifle Ozbek edebiyyati Baki 2009 Turk xalqlari edebiyyatininyaradiciliq problemleri Baki 2010 hemmuelliflerle Orta esrler turk xalqlari edebiyyati Baki 2010 Turk xalqlari edebiyyati Baki 2009 2011 Serq xalqlari edebiyyati 2 cildde Baki 2011 Qedim ve orta esrler turk xalqlari edebiyyati Baki 2012 Menbe https az wikipedia org w index php title Elman Quliyev amp oldid 5506860, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Comments are closed, but trackbacks and pingbacks are open.