Bizim nəşrlər
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Xalidə Hasilovanın hekayələri Özbək dilinə tərcümə edilərək Daşkənddəki «Renessans press» nəşriyyatında çap edilib.
Quliyev elman özbək ədəbiyyatı
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Bizim nəşrlər
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə professor Elman Quliyevin “Türk xalqlar ədəbiyyatı” kitabı Özbək dilinə tərcümə olunaraq Daşkənddə nəşr edilmişdir.
Nəşri Azərbaycan dilindən Özbək dilinə çevirən tərcüməçi Şahista Kamranlı, rəyçiləri Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinov və dosent Gülbahar Aşurovadır.
Kitaba “Ön söz” yazan Özbəkistandakı Heydər Əliyevin adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dünya mədəniyyətinin formalaşma və inkişafında mühüm rol oynamış türk xalqları haqlı olaraq sahib olduqları zəngin mədəniyyətləri ilə həmişə fəxr etdiklərini, türklərin min illərlə zamanımıza qədər gələn, dünya ədəbi-bədii fikrinin yeni istiqamətini müəyyənləşdirən zəngin və eyni zamanda fərqli ədəbiyyatlarının xüsusi yeri olduğunu qeyd edib. O vurğulayıb ki, professor Elman Quliyevin türk xalqlarının ədəbiyyatının ən qədim dövrdən başlayaraq çağdaş dövrə qədər mərhələlərinin araşdırılması, təhlili və təbliğini özündə əks etdirən “Türk xalqları ədəbiyyatı” kitabını Özbək dilinə çevirib Türk dünyasının böyük mədəniyyət beşiyi olan Özbəkistanda çap etməkdə əsas məqsəd həm türk xalqları ədəbiyyatının Özbəkistanda geniş təbliğini həyata keçirmək, həm də alimin türkoloji araşdırmaları ilə Özbək elmi ictimaiyyətini yaxından tanış etməkdir.
Müəllifin “Türk xalqlar ədəbiyyatı” kitabında müxtəlif mərhələlər üzrə Türk xalqları ədəbiyyatlarının çoxsaylı ədəbi simalarının həyat və yaradıcılıqları geniş şəkildə elmi tədqiq və təhlil edilmişdir.
Nəşrdə sözügedən layihənin Türk xalqlarının mədəniyyət və ədəbiyyatının öyrənilməsi, təbliği işində, o cümlədən ədəbi-mədəni əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağına inam ifadə edilir.
Qeyd edək ki, Türk xalqları ədəbiyyatına dair araşdırmalar aparan alim Elman Quliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının professoru, “Türk odası” və “Türkşünaslıq” elmi-tədqiqat şöbəsinin müdiridir.
Özbək dilinə tərcümə olunmuş Türk xalqları ədəbiyyatı adlı kitabın il ərzində Daşkənd və Bakıda təqdimatının keçirilməsi nəzərdə tutulub.
72. “Siren dastasi” – Xalidə Hasilova
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Xalidə Hasilovanın hekayələri Özbək dilinə tərcümə edilərək Daşkənddəki «Renessans press» nəşriyyatında çap edilib.
Xalidə Hasilovanın “Siren dastası” adlanan hekayələr toplusunu Özbək dilinə tərcüməçi Şokir Dolimov uyğunlaşdırmışdır.
Kitabın ön sözünün müəllifi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
“Ədəbiyyatımızın, nəsrimizin əbədiyaşar Xalida xanımı” başlıqlı ön sözdə Azərbaycan oxucularının əsərlərini sevə-sevə oxuduqları yazıçılardan biri, XX əsr Azərbaycan nəsrinin və publisistikasının tanınmış nümayəndəsi kimi Xalidə Hasilovanın yaradıcılığı haqqında məlumat verilir.
Qeyd olunur ki, ədəbiyyata xidmət müəllifin kimliyi ilə deyil, ədəbi əsərlərinin uğuru ilə qiymətləndirilir. Xalidə Hasilova ədəbiyyata uşaq yazıçısı kimi gəlsə də, sonralar həm uşaqlar, həm də böyüklər üçün yazdığı maraqlı nəsr əsərləri ilə geniş oxucu kütləsinin qəlbini fəth etmişdir. Çoxsaylı kitablar, dram əsərləri nəşr olunmuş yazıçının hekayələri ilk dəfə olaraq qardaş Özbəkistanda Özbək dilinə tərcümə edilərək işıq üzü görür.
“Siren dastası” kitabında yazıçı Xalidə Hasilovanın “Həyatın kəsişməsi”, “İradə”, “Uzaq keçmişdə”, “Meşə qızı”, “Xatirə”, “Gecə söhbəti”, “Yağış dayandı”, “Çoxdan gözlənilən məktublar” və başqa əsərləri yer alıb.
Nəşrin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənddə təqdimatının keçirilməsi və Özbəkistan kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır.
71. Atalar Sözü – Maqollar
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Milli-mənəvi, ədəbi dəyərlərimizin təbliği, tərcüməsi və nəşri” layihəsi çərçivəsində Azərbaycan və özbək xalq yaradıcılığına aid atalar sözləri kitabı işıq üzü görüb.
Ərsəyə gəlmiş bu nəşr Azərbaycan və özbək xalqlarının eyni ortaq tarixi, mədəni, ədəbi köklərə sahib olduğunu daha bariz şəkildə ortaya qoyur və günümüzdə mövcud olan dostluq, qardaşlıq münasibətləri, ədəbi əlaqələrimizə yeni bir töhvədir.
Nəşri dillərimizə uyğunlaşdıran Azərbaycan tərəfindən filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistan tərəfindən isə gənc elmi işçi Şahistə Ortıqova-Kamranlıdır.
Ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sözün bəşəriyyətin ən dəyərli varlığı olduğunu vurğulayaraq, hər bir xalqın, cəmiyyətin, topluluğun öz sözü ilə seçildiyini və tarixdə qaldığını qeyd edib. Samir Abbasov xalq yaradıcılığında sözün dəyəri, yerinin böyük olduğunu və sözün ən dəyirlisinin isə min illər boyu müdrik atalarımızın, babalarımızın elm, hikmət, müdriklik, aqillik, yüksək əxlaqi dəyər meyarlarından süzülüb gəlmiş atalar sözləri olduğunu qeyd edib. Direktor Azərbaycan xalqı ilə eyni kökdən olan özbək xalqının da ortaq milli-mənəvi dəyərlərə, ortaq tarixi keçmişə, ortaq klassik poeziyaya sahib olduğunu, iki qardaş xalqın şifahi ədəbiyyatının, söz-sənət yaradıcılığının bir bulaqdan axan eyni çeşmə kimi səciyyələndirib.
Nəşrdə qeyd olunur ki, atalar sözləri və məsəllər xalqın müdrikliyinin, zəkasının və həyat təcrübəsinin bədii ifadəsidir. Bir sözlə, dilimizin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir. Atalar sözlərinin gənc nəslin formalaşmasına təsiri vardır və o, gənclərin yüksək insani keyfiyyətlərə malik şəxsiyyət kimi formalaşmasına, həyatı biliklər əldə etməsinə, maariflənməsinə yardımçı olur.
Nəşrdə Azərbaycan atalar sözləri Özbək dilində, Özbək atalar sözləri isə Azərbaycan dilində qarşılıqlı tərcümələri yer almış və əsasən də nəşrdə eyni, oxşar atalar sözləri öz əksini tapmışdır. Cari il 6 aprel tarixində Özbəkistan Milli Kitabxanasında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılış mərasimi çərçivəsində nəşrin “Atalar sözü-maqollar” kitabının təqdimatı keçirilib. Təqdimatda hər iki ölkənin alimləri, mədəniyyət xadimləri iştirak ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Atalar sözü-maqollar” kitabının Azərbaycan və Özbəkistanın aparıcı kitabxanalarına, habelə şifahi xalq ədəbiyyatı, folklor sahəsi üzrə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinə əvəzsiz olaraq verilməsi nəzərdə tutulub.
70. «Nizomiy Ganjaviy va Alisher Navoiy ijodida turkona tafakkur va g’oyaviy badiiy asos» (Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar) – Şuxrat Siracəddinov, Gülbahar Aşurova
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çağdaş Azərbaycan ədəbiyyatının gənc nümayəndələrinin əsərləri Özbək dilinə tərcümə layihəsi həyata keçirilir.
Növbəti layihə ilə Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Qayg‘u surati”: kədərin şəkli” şeirlər kitabı Özbək dilində işıq üzü görüb. Kitaba ön sözün müəllifi Özbəkistan Yazıçılar Birliyinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən, tərcüməçi Şahista Kamranlıdır.
Ön sözün müəllifi Özbək şair Qayrat Məcid Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan, şair Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun Özbək dilində ilk dəfə olaraq çap olunan şeirlər kitabının müasir Azərbaycan poeziyası ilə tanışlıq üçün imkan yaradacağına, habelə Özbək ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına, şeirlərdən zövq alacaqlarına ümidini bildirib.
Kitabda şairin “Kədərin şəkli”, “Gələn payız”, “Mənim hekayəm”, “Mən aktyor deyiləm”, “Ümid edirəm ANA KİMİ. ”, “Bakıda gecə olmaq. ” “Sərgi sevir”, “Sabahın şeiri”, “Siz kim olduğunuzu bilirsinizmi?!” və s. şeirləri yer alıb.
Qeyd olunur ki, Fuad Cəfərli müasir Azərbaycan ədəbiyyatında yeni üslubda yazan gənc şairlərindəndir və onun “Qayg‘u surati” kitabı müəllifin son illərdə yazdığı şeirlər toplusudur. Şair poetik nümunələrdə bəşəri hissləri öz dili ilə ifadə etmiş, eyni zamanda, onun müxtəlif mənalı şeirləri fəlsəfi və ruh baxımından bir-birinin davamıdır. Bu şeirlərdə insan ruhu ilə həyatın çətinliyi arasında mübarizə, nəfslə qarşıdurma, ümumiyyətlə ürək ifadələri parlaq bədii obrazlar vasitəsilə çatdırılır. Nəşrdə vurğulanır ki, sözügedən kitab müəllifin özbək oxucuları ilə ilk görüşüdür.
Qeyd edək ki, istedadlı şair Fuad Cəfərli Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Şairin daimi olaraq dövri mətbuatda şeirləri, məqalələri işıq üzü görür. Şair Fuad Cəfərlinin şeirləri bugünə qədər türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən gələcəkdə Fuad Cəfərlinin “Qayg‘u surati” özbək dilində işıq üzü görmüş kitabının Daşkənddə təqdimatı nəzərdə tutulub və nəşr əvəzsiz olaraq Özbəkistan kitabxanalarına hədiyyə olunacaqdır.
69. “Qayg‘u surati” (Kədərin şəkli) – Fuad Cəfərli.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çağdaş Azərbaycan ədəbiyyatının gənc nümayəndələrinin əsərləri Özbək dilinə tərcümə layihəsi həyata keçirilir.
Növbəti layihə ilə Azərbaycanlı gənc şair Fuad Cəfərlinin “Qayg‘u surati”: kədərin şəkli” şeirlər kitabı Özbək dilində işıq üzü görüb. Kitaba ön sözün müəllifi Özbəkistan Yazıçılar Birliyinin müavini, şair Qayrat Məcid, özbək dilinə çevirən, tərcüməçi Şahista Kamranlıdır.
Ön sözün müəllifi Özbək şair Qayrat Məcid Azərbaycan poeziyasının gənc nümayəndələrindən olan, şair Fuad Cəfərlinin ədəbiyyatda özünəməxsus üslubu olduğunu qeyd edərək, onun Özbək dilində ilk dəfə olaraq çap olunan şeirlər kitabının müasir Azərbaycan poeziyası ilə tanışlıq üçün imkan yaradacağına, habelə Özbək ədəbiyyatşünaslar, poeziyasevərlər tərəfindən maraqla qarşılanacağına, şeirlərdən zövq alacaqlarına ümidini bildirib.
Kitabda şairin “Kədərin şəkli”, “Gələn payız”, “Mənim hekayəm”, “Mən aktyor deyiləm”, “Ümid edirəm ANA KİMİ. ”, “Bakıda gecə olmaq. ” “Sərgi sevir”, “Sabahın şeiri”, “Siz kim olduğunuzu bilirsinizmi?!” və s. şeirləri yer alıb.
Qeyd olunur ki, Fuad Cəfərli müasir Azərbaycan ədəbiyyatında yeni üslubda yazan gənc şairlərindəndir və onun “Qayg‘u surati” kitabı müəllifin son illərdə yazdığı şeirlər toplusudur. Şair poetik nümunələrdə bəşəri hissləri öz dili ilə ifadə etmiş, eyni zamanda, onun müxtəlif mənalı şeirləri fəlsəfi və ruh baxımından bir-birinin davamıdır. Bu şeirlərdə insan ruhu ilə həyatın çətinliyi arasında mübarizə, nəfslə qarşıdurma, ümumiyyətlə ürək ifadələri parlaq bədii obrazlar vasitəsilə çatdırılır. Nəşrdə vurğulanır ki, sözügedən kitab müəllifin özbək oxucuları ilə ilk görüşüdür.
Qeyd edək ki, istedadlı şair Fuad Cəfərli Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin müşaviridir. Şairin daimi olaraq dövri mətbuatda şeirləri, məqalələri işıq üzü görür. Şair Fuad Cəfərlinin şeirləri bugünə qədər türk, ingilis, rus, ispan və fars dillərinə tərcümə olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən gələcəkdə Fuad Cəfərlinin “Qayg‘u surati” özbək dilində işıq üzü görmüş kitabının Daşkənddə təqdimatı nəzərdə tutulub və nəşr əvəzsiz olaraq Özbəkistan kitabxanalarına hədiyyə olunacaqdır.
68. Əlişir Nəvai – Beş Risalə – Ramiz Əskər
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş “Beş risalə” adlı kitabın müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgərdir və bu əsər böyük Əlişir Nəvainin beş elmi nəzəriyyəsindən bəhs edir.
Müəllifin bu əsəri əlamətdar tarixə – dahi alim, filosof, mütəfəkkir və elm hamisi Əlişir Nəvainin 580 illik yubileyinə gözəl hədiyyə oldu.
Daha çox filoloqlar, dilçilər, nəvaişünaslar üçün nəzərdə tutulmuş materialın elmi təqdimatına baxmayaraq, materialın təqdimatının aydınlığı və sadəliyi, Nəvainin beş elmi risaləsinə yeni baxış və, eləcə də, geniş oxucu kütləsi üçün də maraqlı olacaq.
67. “Samarqand va Boku olimlarining ilmiy aloqalari tarixidan lavhalar 1960 – 2020” (“Səmərqənd və Bakı alimlərinin elm əlaqələri tarixindən lövhələri 1960 – 2020”)
Daşkənddəki “Renessans press” nəşriyyatında özbək dilində “Səmərqənd və Bakı alimlərinin elmi əlaqələri tarixindən lövhələr (1960-2020)” adlı kitab çap edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Səmərqənd Dövlət Universiteti ilə birgə layihəsi əsasında hazırladığı kitabı Abdurasul Goziyev və Abdixaliq Arziqulov tərtib ediblər.
Kitabda Azərbaycan və Səmərqənd alimlərinin elmi əməkdaşlığından bəhs edilir, bu alimlər haqqında söhbət açılır.
Topluda Azərbaycan alimləri-fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Qoşqar Əhmədov, akademik, AMEA-nın həqiqi üzvü Azad Mirzəcanzadə, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Arif Babayev, fizika-riyaziyyat elmləri doktoru Əmir Həbibzadə, akademik, fizika-riyaziyyat elmləri doktoru Fərəməz Maqsudov, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Yəhya Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ələddin Mahmudov, fizika-riyaziyyat elmləri doktoru, professor Valeri Salayev, professor Əli Cəfərov, professor Fərhad Tağıyev, fizika-riyaziyyat elmləri doktoru Karlen Xudaverdiyev, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Çandirov haqqında məqalələr çap olunub.
Kitabda həmçinin soydaşımız, Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki Səxavət Ociyev və bu universitetin professoru, məhrum azərbaycanlı Yusif Ələskərov haqqında materiallar da yer alıb.
66. “Əlişir Nəvainin hikmətləri” kitabı
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Əlişir Nəvainin hikmətləri” kitabı Bakıdakı “Nüsxə” nəşriyyatında Azərbaycan və özbək dilində çap olunub.
Kitab Özbəkistan Elmlər Akademiyasının Əbu-Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun Klassik Şərq ədəbiyyatı şöbəsi ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib və institutun Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə edilib.
Layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, elmi məsləhətçi tarix elmləri doktoru, professor Bəhram Aduxalimov, nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru Kamilcan Rəhimov, Özbək dilindən uyğunlaşdıran Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahməmməd Dağlaroğlu, Azərbaycan dilindəki mətnləri uyğunlaşdıran Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şəhla Qasımova, redaktorları filologiya elmləri namizədi Səliməxon Eşanova və filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir.
Kitabda şairin müxtəlif əsərlərində yer almış hikmətli kəlamları və ibrətamiz deyimləri cəmləşib. Bu kəlamların qələmə alındığı vaxtdan əsrlər keçsə də onlar öz təsir gücünü, tərbiyəvi əhəmiyyətini bu günümüzə qədər gətirib çıxarıb.
Qeyd edək ki, “Əlişir Nəvainin hikmətləri” adlı əsər Özbəkistanın, Türk dünyasının böyük şairi Əlişir Nəvainin 580 illik yubileyi münasibəti ilə Azərbaycan dilinə tərcümə edilmiş və çap edilmişdir.
65. “Mələklərin soyqırımı” – Oqtay İsmayıllı
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” adlı əsəri Azərbaycan və Özbək dilində işıq üzü görüb.
Poemada “Ulu mədəniyyət beşiyi”, “Xocalıya aparan yol”, “azərbaycanlı və erməni ananın tərbiyəsi”, “Qiyamətin başlanğıcı”, “Təpəgözün doğulması”, “Məhşər: 26 fevral 1992”, “Öz soyunu lənətləyən əsgər”, “Babəkin ikinci edamı”, “Sızıldayan qar topası”, “Ailə rekviyemi”, “Zəncirlənmiş uşaq”, “Xocalı səmasında ruhların söhbəti”, “İlahiyə kitab”, “İblisin kitabı”, “Gülüstan torpağını qan yudu”, “Bütün qohumlarını itirmiş Xocalı sakinini elegiyası”, “Zamanın çağırışı”, “Birlik himni”, “Xocalıya and içirəm” adlı hissələrdə tarixən Azərbaycan, Türk millətinə qarşı ermənilərin nifrət aşılaması, tarixi Azərbaycan torpaqlarına iddiaları, təcavüz, şəhər və kəndlərimizin, mədəni, dini abidələrimizin barbarcasına dağıdılması, məhv edilməsi, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin erməni təcavüzkarları tərəfindən yer üzündən silinməsi, Xocalıda məsum dinc sakinləri, uşaqları, qocaları, qadınların xüsusi amansızlıqla məhv edilməsi öz əksini tapmışdır.
Əsərdə Xocalı soyqırımının bütün dəhşətləri, erməni millətçiləri tərəfindən insanlığa qarşı həyata keçirilən qətliam kimi təqdim olunur, soyqırımın iştirakçıları, əlləri Azərbaycan xalqının qanına batan Xocalı canilərinin obrazı yaradılmış, bu soyqırımın bütöv bir insanlığa qarşı cinayət olduğu qeyd olunur.
Qeyd edək ki, “Mələklərin soyqırımı” adlı poema Özbəkistandaklı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” layihəsi çərçivəsində elan olunan “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsinə təqdim edilmiş və əsər müsabiqənin qalibi seçilərək xüsusi mükafata layiq görülmüşdür.
Poema Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə özbək dilinə tərcümə edilərək ikidilli nəşr kimi çap olunmuşdur. Poemanı Özbək dilinə tərcüməçi Raxmat Babacan çevirmişdir.
Bir il müddətində yazılmış əsər tamamlanan ay (may, 2020-ci il) müəllif Oqtay İsmayıllı dünyadan köçmüşdür.
Poemaya “Ön söz” yazan Özbəkistandaklı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Mələklərin soyqırım”ı adlı bu poemanın erməni işğalı, xalqımıza qarşı tarixən törədilmiş qanlı qətliamları, soyqırımları unutmamaq, ədəbiyyatın, poeziyanın dili ilə insanlarımıza, dünyaya çatdırmaq üçün gözəl bir əsər kimi dəyərləndirir.
S. Abbasov müəllif O. İsmayıllının Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda apardığı 44 günlük Vətən müharibəsini, əldə etdiyimiz qələbəni, Xocalıda əlləri o, məsum insanlarımızın qanlarına batan, onları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının, işğalçı Ermənistan ordusunun öz cəzasına çatmasına, darmadağın edilərək torpaqlarımızdan qovulmasını görməməsindən təəssüflə qeyd edərək, Xocalı soyqırımı haqqında poema yaradan, onu dünyaya çatdıran və bu əsərlə ölməzlik qazanan Oqtay İsmayıllının ruhu şad olduğunu qeyd edib.
O, “Mələklərin soyqırımı” adlı poemanın Azərbaycanda, Özbəkistanda, başqa ölkələrdə yüksək səviyyədə qarşılanacağına inandığını bildirib.
O, müəllifin arzusu olaraq nəşrin gələcəkdə işğaldan azad olunmuş Qarabağda təqdimatının keçiriləcəyini bildirib.
64. “Qəzəllər” – Seyid Əzim Şirvani
Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirvaninin bu il tamam olan 185 illiyinə layiqli hədiyyə hazırlanıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, bu günlərdə Daşkənddə Seyid Əzim Şirvaninin qəzəlləri toplusu ayrıca kitab halında nəşr olunub. İlk dəfədir ki, XIX əsr Azərbaycan poeziyasının bu parlaq təmsilçisinin əsərləri belə geniş həcmdə xarici oxuculara təqdim edilir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi son illərdə respublikamızın Özbəkistanla ədəbi-mədəni əlaqələrinə töhfə sayılası bir sıra dəyərli işlər görüb. Bu istiqamətdə həyata keçirilmiş layihələr cərgəsində Nizami Gəncəvi “Xəmsə”sinin tam halda özbək dilinə tərcümə edilərək nəfis şəkildə nəşr olunması xüsusilə diqqətəlayiqdir.
Seyid Əzim Şirvanınin Daşkənddə işıq üzü görən “Qəzəllər” kitabının ilk məziyyəti isə ondan ibarətdir ki, adı Yaxın və Orta Şərq xalqları arasında məşhur olan bu şairin daim qiraətçilərin və xanəndələrin ifasında Azərbaycandan kənarda da məşhur olmuş şeirləri birinci dəfə belə geniş həcmdə və yüksək keyfiyyətli tərcümədə təqdim olunur. Daşkənddəki “VneşinvestProm” nəşriyyatında gözəl bədii tərtibatda buraxılmış “Qəzəllər” kitabının tərcüməçisi Özbəkistanın tanınmış şairi Tohir Qahhardır. Kitaba Seyid Əzim Şirvaninin 233 qəzəlinin bədii tərcüməsi daxil edilib.
Kitaba yazdığı geniş müqəddimədə Azərbaycan Milli Məclisinin deputatı, akademik Rafael Hüseynov əvvəlcə Seyid Əzim Şirvaninin həyatı, ədəbi irsi, Azərbaycan maarifi və qəzetçiliyinin inkişafındakı xidmətləri barədə ətraflı məlumat verdikdən sonra belə bir ümidini ifadə edir ki, ilk dəfə Əlişir Nəvainin şirin özbəkçəsində danışan Azərbaycan şairi məhz belə uğurlu tərcümənin vasitəsilə müasir özbək oxucularının da ən sevilən şairlərindən birinə çevriləcək. Akademik Rafael Hüseynovun qələmə aldığı müfəssəl müqəddiməni Seyid Əzim Şirvaninin əlyazmalarından fraqmentlər, tarixi fotolar, eləcə də Azərbaycan rəssamlarının müxtəlif illərdə çəkdikləri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində saxlanan rəsm əsərlərinin reproduksiyaları bəzəyir. Qeyd etmək lazımdır ki, yeni kitabın bədii tərtibatı da Nizami muzeyində gerçəkləşdirilib. Nəşrin hazırlanmasında yaxından iştirak etmiş Kərimulla Məmmədzadə, Gülbahor Aşurova, İbrohim Haqqulov, Erqaş Oçilov, Kəbirə Haşımova böyük şeir-sənət ustadının xatirəsinə layiq kitabın ortaya çıxması üçün ciddi səy göstəriblər.
Yaxın vaxtlarda Seyid Əzim Şirvaninin özbəkcə nəşr edilmiş “Qəzəllər” kitabının Daşkənddə və Bakıda təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
63. “Adı Lalə idi o qızın” – Xasiyyət Rüstəm
Tanınmış özbək şairi, Özbəkistanın populyar “Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” adlı poeması (Azərbaycan və özbək türkcəsində olmaqla) nəfis tərtibatla gün üzü görüb.
Əsəri özbəkcədən gənc özbək yazarı Rəhmət Babacan, şair-publisist Əkbər Qoşalı və şair Elşən Əzim uyğunlaşdırıb. Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin ortaq nəşri olan kitabın məsləhətçiləri Millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədovdur.
Şeirləri dünyanın bir çox dillərinə çevirilmiş Xasiyyət Rüstəmin Azərbaycanda gün üzü görən ikinci kitabının rəyçiləri Millət vəkili dr. Cavanşir Feyziyev, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimovdur.
Qeyd edək ki, kitabın “Önsöz” və “Təqdim” yazılarını Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yazıb.
Kitabın redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.
“Adı Lalə idi o qızın” əsərində birinci Qarabağ savaşı zamanı öz ata-baba yurdundan didərgin düşən Lalənin acı həyat hekayəsindən, ailəsinin yaşamış olduğu ağrı-acı¬lardan, bu ağrı acıların onun uşaq yaddaşında buraxdığı dərin izlərdən və son za¬manlarda Ermənistanın Azərbaycana qarşı apardığı növbəti işğalçılıq siyasətindən bəhs edilir. Təsadüfi deyil ki, poema, Tovuza düşmən hücumlarının başlandığı 12 iyuldan etibarən yazılıb və 16 iyulda tamamlanıb.
62. “Leyli ağaclar” – Xasiyyət Rüstəm
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə müasir Özbək ədəbiyyatının tanınmış nümayəndəsi, Özbəkistanın populyar “Kitab dünyası” qəzetinin baş redaktoru, şairə Xasiyyət Rüstəmin “Leyli ağaclar” adlı kitabı Azərbaycan dilində nəfis tərtibatla işıq üzü görüb.
Əsəri özbəkcədən uyğunlaşdıranlar Afaq Şıxlı, Eluca Atalı və Şermurad Sübhandır. Nəşrdə Xasiyyət Rüstəmin həm şeirləri, həm də müxtəlif illərdə yazdığı gündəliyi öz əksini tapıb.
Nəşrə Millət vəkili Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şairə Afaq Şıxlı ön söz yazmışlar. Əsərinin redaktou və proloq müəllifi Əkbər Qoşalıdır.
Qeyd edək ki, müasir Özbək poeziyasının nümayəndəsi Xasiyyət Rüstəmin əsərləri dünyanın çoxsaylı xalqlarının dillərinə tərcümə olunmuşdur. Şairin “Leyli ağaclar” adlı kitabına onun müxtəlif illərdə yazdığı şeirlərdən və “Gündəliy”indən seçmələr daxil edilib.
Ön sözdə qeyd olunur ki, öz şairliyi, ziyalılığı, nəcibliyi ilə tanınan şairə Xasiyyət Rüstəm ədəbi yaradıcılığı ilə yalnız Özbəkistanda deyil, bütün türk dünyasında tanınır və onun nəşr olunan “Leyli ağaclar” adlı kitabı Azərbaycan Mədəniyyət Mərkəzinin Özbək ədəbiyyatına dair həyata keçirdiyi ikinci layihədir. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrin Azərbaycanda Özbək ədəbiyyatı ilə maraqlananlar, tədqiqatçılar üçün maraqlı, faydalı olmaqla yanaşı, ədəbi əlaqələrimizə bir töhfə olacağına əminliyini ifadə edib.
Nəşr olunan kitaba şairin “Həyat”, “Dünya”, “Anam”, “Sevincə”, “Bir fevral səhəri” və s. şeirləri daxil edilib. Kitabda şairin müxtəlif dövrlərdə qələmə aldğı “Gündəliy”indən də seçmələr verilmişdir.
Nəşrdə Xasiyyət Rüstəmin ədəbiyyat sevgisi, onun poeziyaya baxışına nəzər salınır və müəllifdən sitat verilir: Məni ədəbiyyatsızlıqla sınağa çəkmə deyən şairə ulu yaradana dua edir ki, “Mənim də dayandığım bir aləm, bir dünya var, bu ədəbiyyatdır! Əgər o olmazsa, mənin tarazlığım itər! Eyni gün, eyni anda torpağa gömülərəm! Tanrım, məni ədəbiyyatsız buraxma, ədəbiyyatsızlıqla imtahana çəkmə! Yalvarıram, yoxsa, həyat məni tərk edər, özümə də sahib ola bilmərəm. ”
61. “Menga si’gar ikki jahon” Sherlar. (Məndə sığar iki cahan) şerləri – İmadəddin Nəsimi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən Özbəkistanda “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi elan edilmişdir.
Bu layihədə hər kəs, eləcə də hər iki ölkənin ədəbi dairələrinin nümayəndələri iştirak edirdi. Müsabiqənin şərtləri böyük filosof və şair Nəsiminin həyat və yaradıcılığı, şeirləri, dastanları, qəzəlləri, bir sözlə, bu mövzuya aid bütün materialları göndərməyə imkan verilmişdir. Kitabda oxucuların nəzərinə təqdim etdiyimiz ən yaxşı şeirləri və seçilmiş əsərləri özündə cəmləşdirir.
Layihənin müəllifi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Məndə sığar iki cahan” kitabına giriş məqaləsində, Nəsimi ilinin layihəsi əsasında keçirilən tədbirlər haqqında məlumat verərək hər iki xalqın mədəni və ədəbi əlaqələrin dərin tarixi köklərə bağlılığını və bu gündə uğurla inkişaf etdiyini bildirdi.
60. “Дашнаки от Ферганы до Карабаха” (Daşnaklar Fərqanədən Qarabağa)-Şuxrat Barlas (Salamov)
Bakıda özbək publisisti və tarixçisi Şuxrat Barlasın (Salamov) bir kitabı nəşr olunmuşdur: “Daşnaklar Fərqanədən Qarabağa.” Turan xəbər verir ki, kitabda daşnakların türk xalqlarının ərazilərindəki cinayətləri vurğulanır.
Müəllif 1992-ci ildən daşnak cinayətləri ilə bağlı faktlar toplamağa başlamışdır. Kitabda Orta Asiyada təsvir olunan hadisələr Rusiyanı Türküstanın müstəmləkə etməsi fonunda baş vermişdir.
Ən böyük zorakılıq dalğası bolşeviklərlə birlikdə bölgəyə erməni silahlı qüvvələrinin gəlməsi ilə başlamışdır. Müəllif yazırdı ki, 1917-1918-ci illərdə bolşeviklərin köməyi ilə “Türküstan muxtariyyəti” “Daşnaktsutyun” terrorçular tərəfindən dağıdılmışdır. Türkistan ideyasının daşıyıcılarını məhv etmək üçün barbar üsullardan istifadə olunurdu. 1918-ci ildə Fərqanə Vadisində daşnak qətliamını tarixə bəllidir. Elə həmin illərdə daşnaklar Zəngəzurdakı 30-dan çox azərbaycan kəndinin əhalisinin tamamilə məhv edərək, Azərbaycan torpaqlarını qoparmaq ideyasını fəal şəkildə irəli sürdülər.
Bu soyqırımın təşkilatçısı Garegin Nzhdeh indi Ermənistanda əbədiləşdirilir. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində ermənilər Türküstanda fəal şəkildə məskunlaşdılar. Birinci Dünya müharibəsi ərəfəsindəki erməni məsələsi Rusiya üçün mühüm əhəmiyyət kəsb edirdi. Buna baxmayaraq, rus zabitləri çoxsaylı sənədlərdə ermənilərin dinc müsəlman əhaliyə qarşı törətdikləri cinayətləri qeyd etmişdirlər.
Beləliklə, Kokandda daşnakların gəlişindən sonra bütün mağazalar dağıdılır. kütləvi qırğınlar baş vermişdir. Andijanda axtarış bir həftə boyunca soyğunçuluq, qətl və təcavüzlə müşayiət olundu. ” 1897-ci ildə 120 min nəfərdən olan Kokandın əhalisi 1926-cı ildə 69300-ə endirildi. Şəhər dağıdıldı və yandırıldı. Daşnaklar xəstələr və işçilərlə birlikdə xəstəxananı yandırdılar. Kokand pambıq fabrikinin 50 işçisi ailələri ilə birlikdə öldürülmüşdür.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının birinci hissəsi olan “Şərəfnamə” əsəri Daşkənddəki “Zamin Nashr” nəşriyyatında özbək dilində çap edilib.
Əsəri özbək dilinə Özbəkistanın Xalq Şairi Camal Kamal tərcümə edib.
Kitabın layihə rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, məsul redaktor və “Ön söz”ünün müəllifi Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru Nurboy Jabborov, redaktoru həmin Universitetin dossenti Gülbahar Aşurova, tərtibçi isə Azərbaycandan – filologiya elmləri namizədi Kərimula Məmmmədzadədir.
Ənənəyə əsasən Nizami Gəncəvinin Özbəkistanda özbəkcə nəşr olunan kitablarının üz qabığının arxa səhifəsində dahi Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrindəki heykəllərinin şəkilləri öz əksini tapır.
“Şərəfnamə” Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, “İqbalnamə” isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. İskəndərnamə tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər. Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti Şərəfnamədə, 3625 beyti isə İqbalnamədə cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır.
İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmişdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunmuş “Əzəli dostluq riştələri adlı sənədli film hazırlanıb.
Filmdə tariximizin, mədəniyyətimizin ən parlaq səhifələri, dostluq əlaqələrinin yaranması, qədim, orta əsrlər və hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazanılan uğurlar, müstəqillik dövründə bu dostluğumuzun dərinləşdirilməsi, strateji partnyorluq səviyyəsinə çatdırılmasında ulu öndər Heydər Əliyevin, Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük xidmətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfərləri, Daşkənddə Heydər Əliyev küçəsində ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin heykəllərinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair keçirilən tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.
Sənədli filmin rejissoru tanınmış kino xadimi Eldar Məmmədovdur. İlk dəfə olaraq filmdə ötən əsrin 70-ci illərində Azərbaycanda Özbək, Özbəkistanda Azərbaycan mədəniyyət dekadaları, günləri, habelə Ulu Öndər Heydər Əliyevin mədəniyyət günlərinin açılışında iştirakına dair nadir kadrların öz əksini tapıb.
Ekran əsərində Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlılar, onların qardaş ölkənin mədəniyyətinə, ədəbiyyatına verdiyi töhvələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Daşkənddə “Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı elmi-populyar kitab nəşr olunmuşdur.
Kitabın tərtibçisi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Səadət Muxammedovadır.Nəşr “Müasir özbək poeziyasının xüsusiyyətləri” və “Müasir Azərbaycan poeziyasının xüsusiyyətləri” adlı bölmələrdən ibarətdir.
Kitabda müasir özbək və Azərbaycan poeziyasından nümunələr təhlil edilmiş, özbək və Azərbaycan şairlərinin orijinalda və özbək dilində şeirləri yer almışdır.Nəşrdə özbək alimləri Səadət Muxammedova, Marquba Mirqasımova, Nəsibə Jumaniyazova, Babaxan Şərif, Nafosat Urakova və Azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Həşimova və Əsad Cahangirin məqalələri öz əksini tapmışdır.Kitabdakı məqalələr özbək, Azərbaycan və rus dillərindədir.
59. “Феномен Амира Тимура” (Əmir Teymur fenomeni)- Teymur Atayev
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən müəllif Teymur Atayevin “Əmir Teymur fenomeni” adlı kitabı çap olunmuşdur. Böyük sərkərdə və dövlət xadimi Əmir Teymur (1336-1405) haqqında, müəllif oxucuya təqdim olunan bioqrafik eskizlərdə bu fövqəladə şəxsiyyəti “açmağa” çalışmışdır. Teymur dövlətinin əsas elementləri onun hərbi və siyasi qərarlarına təsir edən amillər (“qərəzsiz ədalət şamı”, səmərəli bir ordu) qeyd edilmişdir. Temurun həyatı və şəxsiyyəti ilə əlaqəli bəzi cəhətləri, fəlsəfə, həndəsə, musiqi, simvolizm, dünya ədəbiyyatı, sənət və s göstərilmişdir.
Teymur hakimiyyətinin dini (İslam) komponentinin vacib rolu vurğulanmışdır. Teymurun həyatını və dövrün baxışları kontekstində araşdıran müəllif: Onun yaradıcı vəya dağıdıcı? olduğu sualını axtarır. Kitabın bölmələrindən biri də Teymur obrazının Avropa ədəbiyyatında, rəngkarlıqda və musiqidə əks olunmasına həsr edilmişdir. Kitab populyar bir elmi üslubda təqdim olunur və həm peşəkar tarixçilər, politoloqlar, jurnalistlər, tələbələr, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
58. Rusiyalı tarixçi Oleq Kuznetsovun “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqətlər” kitabı Özbək dilində Daşkənddə çapdan çıxıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Rusiyalı tarixçi, tarix elmləri namizədi Oleq Kuznetsovun “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqətlər” kitabı Daşkənddə çapdan çıxıb.
Nəşrin tərcüməçisi Özbək tərcüməçi Babaxan Şərifdir.
Kitabda münaqişənin tarixi, onun yaranma səbəbi, Azərbaycanlılara qarşı həyata keçirilən aqressiv siyasət, Rusiyanın Stanislav Tarasov tərəfindən tarixin saxtalaşdırılması və münaqişənin əsl səbəbinin təhrif edilməsi öz əksini tapıb.
Qeyd edək ki, Rusiya Federasiyasının “Minuvşeye” nəşriyyatının buraxdığı müəllif Stanislav Tarasovun “Qarabağ münaqişəsinin mifləri” kitabına daxil olan məqalələrin obyektivliyi əks etdirməməsi, kitaba daxil edilmiş esselərdə ötən əsrin əvvəllərində Cənubi Qafqazda Sovet hakimiyyətinin qurulduğu illərdən indiki dövrədək məlum olan bir çox tarixi hadisələrin və faktların saxtalaşdırması səbəbindən Oleq Kuznetsov bu mövzuya yenidən müraciət etməli olmuşdur.
Kuznetsov konkret tarixi faktlar və arxiv sənədləri əsasında Tarasovun kitabındakı uydurmaları aşkarlayır, Rusiya tarixinin təhrif olunduğunu əyani şəkildə sübut edir.
Müəllifin sözlərinə görə, kitabı yazmaqda məqsədi Rusiya və onun qonşularla münasibətləri tarixin hansı səbəblərdən təhrif edilməsinin və belə sifarişlərin kimə sərf etdiyinin müəyyən etməsi olub.
Kitab əslində Dağlıq Qarabağ problemi haqda, Ermənistan-Azərbaycan münaqişəsi barədə deyil, rus tarixşünaslığının bir sıra təmsilçilərinin mənəvi düşkünlüyündən bəhs edir, siyasi konyuktura, öz şəxsi maddi maraqları naminə rus tarixşünaslığını zərbə altına qoyanlardan bəhs edən hüquqi tarixi əsərdir.
Konkret desək, əsər Stanislav Tarasovun öz mənfəəti naminə Rusiyanin xarici siyasətini təhrif etmiş çap materialına sanballı, tarixi faktlarla əsaslandırılmış cavabdır”.
Tanınmış rusiyalı tarixçi alim Oleq Kuznetsov Qarabağ münaqişəsi və ermənilərin tarixi haqqında bir sıra kitabların, monoqrafiyaların, elmi araşdırmaların müəllifidir. O, “Gülüstana gedən yol: Tarixə dərə-təpələrlə səyahət”, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” sanballı elmi əsərləri ərsəyə gətirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbək dilində Daşkənddə çapdan çıxmış kitabın Özbəkistan Respublikasının kitabxanalarına, elm, tədqiqat müəssisələrinə əvəzsiz olaraq hədiyyə edilməsini nəzərdə tutur.
Qeyd edək ki, bugünə qədər Özbəkistanda Özbək dilində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Özbək tarixçi-alim Şuxrat Salamovun bir sıra nəşrləri çap edilib.
57. “Хамса” (Xəmsə) – Nizami Gəncəvi
Son zamanlar görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin qlobal miqyasda araşdırılması və təbliği dövrün tələbi olaraq layiqli səviyyədə aparılır.
Özbəkistanda da Nizami Gəncəvinin əsərlərinə böyük maraq göstərilir və usta şair xalq tərəfindən sevilir. Daşkənddə böyük şairin büstü qoyulmuşdur və həmçinin Daşkənd Dövlət Pedaqoji Universiteti onun adını daşıyır. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə, Daşkənd Dövlət Pedaqoji Universitetində dahi şairin əsərlərini, ədəbi irsini, habelə iki dövlət arasında dostluq münasibətlərini geniş şəkildə təqdim edən Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi yaradıldı.
Bu il böyük Azərbaycan şairinin 875 illik yubileyi ilə əlaqədar Özbəkistanda bir sıra tədbirlər keçiriləcəkdir. Qeyd edilən tədbirlər çərçivəsində Özbəkistanda ilk dəfə Nizami Gəncəvinin Xəmsə poeması özbək dilinə tərcümə edildi və nəşr olundu. Qardaş Özbəkistanda Nizaminin yaradıcılığının təqdimatı, çoxsaylı məqalələrin yerli mətbuatda dərc edilməsi, poetik irsinin təbliği, Mərkəzin inkişafı və genişləndirilməsi bu gün aktual olan vacib vəzifələrdir.
Azərbaycanın qədim Gəncə şəhərində anadan olmuş dahi şair Nizami Gəncəvi təkcə Azərbaycanda deyil, Şərqdə və Qərbdə parlaq söz ustası kimi tanınır və yaratdığı əsərlər dünya ədəbiyyatı xəzinəsinə daxil edilmişdir.
Sözün, sənətin beşiyi olan, qədim Arran – Azərbaycan böyük ustadların doğma yurdudur. Nizami Gəncəvi parlaq yaradıcılığı ilə onlardan ən parlaq və bənzərsizidir. Tərcümə müəllifi “epiloq” da kitabın qardaş Azərbaycana və Özbəkistanın müstəqilliyinin 25 illiyinə həsr etdiyini vurğulayır.
56. “İskandarnoma” (İsgəndarnamə) – Nizami Gəncəvi
Böyük Azərbaycan şairi, filosofu və mütəfəkkiri Nizami Gəncəvinin əsəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə edilərək nəşr edilmişdir. “İsgəndərnamə” Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin 1200-1203-cü illər arasında yazdığı “Xəmsə” toplusundakı beşinci əsəridir. Poema, Nizaminin Makedoniyalı İskəndər haqqında müxtəlif hekayə və rəvayətlərinin yaradıcı işlənməsidir. Şairin lirik şeirlərdə və digər şeirlərdə qaldırdığı sosial problemlər bu əsərdə tam bədii əksini tapmışdır.
“İskəndərnamə” poeması iki hissədən ibarətdir: birinci hissə “Şərəfnamə “, ikinci hissəsi “İqbalnamə “adlanır. ” İskəndərnamə” poemasını dastan adlandırmaq olar. Əsər Nizaminin həcm baxımından ən böyük olan əsərlərindən biridir və özündə 10460 şeri əhatə edir.
” İskəndərnamə”- in ilk kitabı olan “Şərafnama”, dövlət başçısı Şah İskəndərdən bəhs edir. Əsər qəhramanın, dünyaya gəlməsi, təlim-tərbiyəsi və ailə qurduğu dövrləri əhatə edir. Hindistana, Çinə, İrana etdiyi məşhur səyahətləri haqqında qeyd edilir. İqbalnamə adı (taleyi kitabı) Xəmsə dövrünə daxil olan İskəndər adı, son kitabın iki hissəsindən ikincisidir (beşlik). Kitabın ilk iki səhifəsinə baxdıqda çox sayda “subxan” (tərif) Yaradana, Məhəmməd Peyğəmbərə, həmçinin beş kitabının hamısında Nizami əvvəl Allahı və Peyğəmbərini tanıtmağı aşılayır. Bu vərəqin arxa tərəfi İqbalnamənin ilk dörd vərəqini tamamlayır. Hörmətli oxucu, bu əsər beşliyin (Xamsa) beşinci dastanıdır.
Burada Cahangirin böyük filosoflarla söhbətlərindən, peyğəmbərlik ideyalarını necə kəşf etməsindən, cənub, şimal, şərq və qərbə səyahətləri və gözlənilməz vaxtsız ölümü haqqında danışır. Bu hadisələrin köməyi ilə Nizami həyat və ölüm, şərəf və vicdan, cəmiyyət və ədalətə münasibətini ifadə edir.
Bu əsərlər Şərq ədəbiyyatının, xüsusən də Azərbaycan ədəbiyyatının böyük nümunələri olmaqla, bütün bəşəriyyətin mülkiyyətidir və böyük ədəbiyyatımızla fəxr etməyə haqqımızın olduğunu göstərir. Nizaminin əsərləri dünya ədəbiyyatının yüksək nümunəsidir.
55. “Layli va Majnun” (Leyli və Məcnun) – Nizami Gəncəvi
Özbəkistandakı Azərbaycan Heydər Əliyev Mədəniyyət Mərkəzinin növbəti layihəsinə əsasən parlaq Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri Daşkənddə nəşriyyatı tərəfindən özbək dilində nəşr edilmişdir.
Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə etdiyi “Leyli və Məcnun” (Leyli və Məcnun) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsidir. Əsəri orijinaldan Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən tərcümə edilmişdir.
Layihənin müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, redaktorları filologiya elmləri namizədləri Ergash Achilov, Gülbaxor Ashurova, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Sirojiddinov və məşhur professor Naim Kərimovdur.
Kitabda Nizami Gəncəvinin bu qədim sevgi əfsanəsini ustad qələmlə bəzədiyi, bədii yüksəkliklərə qaldırdığı, ilahi bir sevgi hədiyyəsi yaratdığı vurğulanır. Şairin yaratdığı bu sevgi əsəri dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir. Leyli və Məcnun Yaxın və Orta Şərqdə məşhur olan faciəli bir sevgi hekayəsidir. Əsər real hadisələrə əsaslanır və VII əsrdə müasir Səudiyyə Ərəbistanı ərazisində yaşayan Qais ibn əl-Mulauvax adlı bir ərəb gəncin həyatını təsvir edir. Leyli və Məcnunun faciə hekayəsi Yaxın Şərq və Zaqafqaziya mədəniyyətlərinə ciddi təsir göstərmişdir. XII əsrdə Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvi bu hekayəni Xəmsə poemasına etmişdir. Leyli və Məcnun mövzusu məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun operasında öz əksini tapdı. Leyli və Məcnun motivləri sufi və bəxai müəlliflərinin əsərlərində də rast gəlinir.
54. “Xusrav va Shirin” (Xosrov və Şirin) – Nizami Gəncəvi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsinə əsasən, usta Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri Daşkənd şəhərində özbək dilində nəşr edilmişdir.
Qeyd edək ki, “Xosrov və Şirin” əsəri Özbəkistanın tanınmış xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə edilmişdir.
Layihə rəhbəri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rəyçi akademik, Özbəkistanın tanınmış alimi Bəxtiyar Nazarov, giriş sözünün müəllifi akademik, ANNA Fizuli Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, redaktoru Gülbahor Aşurovadır.
Ənənəyə görə, Daşkənddə özbək dilində nəşr olunan Nizami Gəncəvinin kitablarının üz qabığının son səhifəsində dünyanın müxtəlif ölkəlrində ucaldılmış büstlərinin fotoşəkilləri təqdim olunur. “Xosrov və Şirin” kitabının üz qabığının ön hissəsində isə şairin dünyaya gəldiyi Gəncə şəhərində ucaldılmış büstü qoyulmuşdur.
Ön sözdə, sevgi əfsanəsi olan “Xosrov və Şirin” əsərinin Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Xəmsə” sindən “Beşlik” in ikinci böyük əsəri olduğunu və 1180-ci ildən onun yaradıcılığının incisi sayılan bu əsəri yazmağa başladığı vurğulanır. Akademik Teymur Kərimli Nizaminin “Xosrov və Şirin” şeirində sevgi anlayışı yaratmaq və estetik fikir həll etməyin maraqlı olduğunu və böyük şairin yenilikçi üslubunun göstəricisi olduğunu, sənətinin qüdrətinə oxucu təəccübünü artırdığını qeyd etmişdir. Nizami, “Kainatda hər şey cazibə qüvvəsi ilə bağlıdır” deyərək, ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürdüyünü söylədi və Azərbaycan şairi bu cazibəni “Sevgi” adlandırdı – təbiət hadisələri ilə insan münasibətləri arasındakı ayrılmaz əlaqəni sübut etmişdir.
Özbək dilində nəşr olunan “Xosrov və Şirin” kitabında dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan əsər haqqında bənzərsiz miniatür şəkillər var. Bunların arasında Fizuli ANNA adına Əlyazmalar İnstitutunda, Britaniya Muzeyində, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Saltıkov-Şchedrin adına Dövlət Kütləvi Kitabxanasında, Rusiya Elmi Akademiyasının Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsində, Azərbaycan Ədəbiyyat Muzeyində saxlanan əlyazmalardan miniatürlər var.
Mədəniyyət Mərkəzinin layihəs ilə çap edilən kitablar, o cümlədən Xəmsə əsəri, Özbəkistan və Azərbaycanın aparıcı kitabxanalarına, elmi, təhsil və tədqiqat müəssisələrinə hədiyyə edilmişdir.
Qeyd edək ki, 2015-ci ildə Nizami irsinin Özbəkistanda təbliği məqsədi ilə, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi layihəsinə start verildi. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Mədəniyyət Mərkəzi ilə Özbəkistanın xalq şairi Camal Kamal arasında, Nizami Gəncəvinin “Xəmsa” kitabına daxil edilmiş bütün beş əsərin özbək dilinə tərcüməsi haqqında müqavilə imzalanmış.
53. “Махзан Ул – Асрор. Сирлал хазинаси” (Sirlər Xəzinəsi) – Nizami Gəncəvi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı özbək dilinə tərcümə edilərək nəşr edilmişdir. Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin 1173-1799-cu illər arasında yazdığı “Xəmsə” toplusundan ilk şeiri. Şeir sayğac “sari” ilə yazılmış 2260 məsnəvidən ibarətdir.
Əsər bir girişdən və iyirmi fəsildən (söhbətlərdən) ibarətdir və sonrakı hər bir söhbət əvvəlki hissənin mənasından irəli gəlir. Söhbətlər məsəllərlə izah olunur. Hər fəsildə şairin özünə ədəbi təxəllüsü olan bir apostrof (müraciət) ilə başa çatır. Yüksək ritorik bir üslubda yazılmış “Sirlər xəzinəsi” romantik bir epik şeir deyil, məqsədi məhkəmə dünyəvi ədəbiyyatının məhdudiyyətlərini aşmaqdır, Nizami, Allahın yaradıcılığı arasında daha yüksək sosial mövqedə olan insanlara diqqət çəkərək ideal bir həyat tərzini təbliğ edir və həmçinin yazır. İnsan mənəvi taleyi barədə düşünməlidir. Bir neçə fəsildə Nizami padşahların vəzifələrindən bəhs edir, lakin bütövlükdə padşah himayəsindən daha çox bütün bəşəriyyətə istinad edir.
“Sirlər Xəzinəsi” ndə ilk söhbət Adəmin yaradılışına həsr edilmiş və Quran və İslam ənənələrinə uyğun inkişaf etmişdir. Ancaq eyni zamanda, söhbət insanın dünyadakı üstünlüyü haqqında fikirlərlə doludur, insanın dünyadakı vəzifələri ilə bağlı fikirləri də əks etdirir. Şeirin ikinci söhbəti ədalətin qorunmasına həsr olunmuşdur: Nizami ədalət əldə etmək üçün hökmdarların ədalətli olmasını və mənəvi nemətlərə qayğı göstərməsini tövsiyə edir. Üçüncü söhbət müəllifin yaşadığı dövrün həyat və çətinliklərindən bəhs edir. Sonrakı dövrlərdə qocalıq, insanlarla heyvanlar arasındakı əlaqə və başqaları haqqında vacib fəlsəfi suallar ortaya çıxır.
İslam adət ənənəsində gül dini mətnlərdə və sənətdə bir çox cəhətdən ifadə olunan Məhəmməd Peyğəmbərlə əlaqələndirilir. Gül gözəllik rəmzi hesab olunurdu. “Sirlər Xəzinəsində” Nizami iki məhkəmə həkimi arasındakı bir yarışmada bir gülün mistik simvolizmini ortaya qoydu. Nizaminin dediyi məsəl psixoloji təklifin gücünü göstərsə də, bir gül ətirinin mistik təbiəti həm Nizaminin şeirində, həm də orta əsr poeziyasının klassik mətnlərində metafora rolunu oynayır.
52. “Yetti Go’zal” (Yeddi Gözəl) – Nizami Gəncəvi
Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsinə əsasən özbək dilində, Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi, mütəfəkkir, Nizami Gəncəvinin “Yeddi Gözəl” əsəri çap edilmişdir.
Akademik Rafael Hüseynov “Nizaminin solğun gözəlliyi” adlı ön sözdə Şərq İntibahının ən müstəsna şəxsiyyətlərindən olan Nizamini son minillikdə ərəb, fars, türk, hind və digər dillərdə yazan bütün şairlərlə müqayisə edir. Heç bir şairin ədəbi təfəkkürün inkişafına o qədər də müsbət təsir göstərmədiyi qənaətinə gəldikdə, Nizaminin özünün sonrakı Masnavalarında özündə cəmləşdirən saf və fədakar sevginin cazibədar səhnələrini – “Xosrov və Şirin ”, “ Leyli və Məcnun ”, “ Yeddi gözəl ”əsəri qədim və müsəlman mütəfəkkirlərinin düşüncələrini yenidən nəzərdən keçirərək sələflərinin təlimlərindən tamamilə fərqli, keyfiyyətcə yeni bir sevgi anlayışı yaratmağa davam edir. Emosional gücü, kamilliyi, bu janrdakı dünya ədəbiyyatının ən gözəl inciləri ilə bəzəyən personajların “Həftə peykər” ni əsəri canlı obrazıdır.
Sonda Nizami Gəncəvinin özbək ədəbiyyatına təsirini, Əlişir Nəvai tərəfindən türk dilində Xəmsə əsərinin yaranmasını, tarixin müxtəlif sınaqlarından keçmiş Azərbaycan ilə Özbəkistan arasındakı dostluq ənənələrinin davam etdirilməsini vurğulayır və dahi şair Nizaminin bu gün həm Azərbaycanda, həm də Özbəkistan sevildiyi qeyd olunur.
51. “Оч Эшикни” (Qapını aç) – Qənirə Paşayeva
Kitabın tərcüməçisi şair və tərcüməçi Xasiyyət Rüstəmova, tərtibçilər Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.
Kitabdakı “Ön söz”ün müəllifi İmdod Avşardır. “Ön söz”də Qənirə Paşayevanın həyatı və yaradıcılığı haqqında məlumat verilir, onun əsərlərinin məziyyətlərindən danışılır.
Yazıda deyilir ki, Qənirə Paşayeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Materialda Qənirə Paşayevanın deputat kimi fəaliyyəti haqqında da söhbət açılır.
50. “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” Lüğət
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunan Azərbaycan-özbək və özbək-özbək lüğəti dövrün tələbinə layiqli cavab oldu.
Qeyd etmək lazımdır ki, lüğət üzərində işləyərkən digər lüğətlər nəzərdən keçirilb, öyrənildi və bəzi məqamlar nəzərə alınmışdır.
Bu lüğətin nəşrinin aktuallığı, bütün sahələrdə xalqlarımız arasında dostluq əlaqələrinin genişlənməsi və dövrün, daha da çox ünsiyyətə və biliyə ehtiyacın artması ilə şərtlənir. Bu gün klassiklərin və müasirlərin kitabları xalqlarımızın dillərinə tərcümə olunur və bu işdə bizə Azərbaycanca- Rusica və Rusca- Azərbaycanca lüğətləri köməklik edir.
Bir neçə vacib detalı vurğulamaq istərdim: bu çox rahat oxuna biləcək bir şrift, keyfiyyətli kağız, cədvəllərin olması, müəyyən bir sözün tələffüzünü və axtarışını asanlaşdıracaq.
49. “Azərbaycan-Özbək ədəbi əlaqələri (1920-1960-cı illər)” Qulamhüseyn Əliyev
Bu kitab Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanmış və təqdim edilmişdir.
Tədqiqatçı alim-filoloq Qulamhüseyn Əliyev, 1920-1960-cı illərdə və ondan əvvəlki dövrlərdə Azərbaycan-Özbəkistan münasibətlərini əsərdə ətraflı tədqiq etmişdir.
Kitab bu dövrün ədəbi prosesini araşdıran ilk elmi əsərdir. Azərbaycan-Özbək ədəbi əlaqələrini araşdıran iki ölkənin tədqiqatçı, ədəbiyyatşünas alimləri üçün elmi və nəzəri mənbə olan nəşr, dərin analitik materialla zəngindir.
Qeyd etmək lazımdır ki, müəllif Səmərqənd və Buxarada bir neçə işgüzar səfərlərdə olmuş, bir müddət Daşkənddə yaşamışdır. Özbək dilini mükəmməl bilməsi ona iki xalqın ədəbiyyatı arasında dərin oxşarlıqları bu əsərində göstərmişdir.
48. “Ovçu” (Ovçu) – – yazıçı Yunus Oğuz.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində yazıçı-publisist, dramaturq və alim-tarixçi Yunus Oğuzun “Ovçu” romanı özbək dilində çap olunmuşdur. Roman, 2016-cı ilin aprel hadisələrinə həsr edilmişdir.
Müəllifə sözlərinə görə, roman müasir tariximizlə bağlı yazdığı ilk əsərdir. O, azadlıq, vətənpərvərlik və şərəfli tariximizi əks etdirən əsərlər yaratmağa davam etməyi planlaşdırdığını qeyd etmişdir. “Ovçu” romanında yaradılan qəhrəmanlıq, öz torpağına olan sevgi və vətənpərvərlik obrazları gənclər üçün bir nümunədir.
Bu nəşr gənc nəslin vətənpərvərlik ruhunun inkişafında müsbət rol oynayacaqdır.
Kitab Özbəkistan oxucuları tərəfindən yüksək qiymətləndirilib.
47. “Bir səfirin manifesti” – yazıçı Hafiz Paşayev.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə Azərbaycan Xarici İşlər nazirinin müavini, ölkəmizin ABŞ-dakı ilk səfiri, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabı çap edilmişdir.
Professor, ölkəmizin ABŞ-dakı ilk səfiri Hafiz Paşayevin Azərbaycanın Amerikadakı diplomatik nümayəndəliyinin necə başladığı, diplomatiyanın həlledici rolu, sülh və dostluq siyasəti, təbliğatı haqqında yazdığı “Bir səfirin manifesti” kitabında göstərmişdir.
Azərbaycan haqqında həqiqətlər, həll olunmayan problemlərin düzgün həllini tapmaq nə qədər vacibdir. Diplomatiya, həll olunmayan görünən problemləri həll etməyin ən yüksək sənətidir. Və “kövrək” dünyamızda diplomatiyanın rolunu qiymətləndirmək çətindir.
“Bir səfirin manifesti” kitabı həm gənc, həm də professional diplomatlar üçün dəyərli dərslik olacaqdır.
46. Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin “Cananı sevərmən” adlı kitab Daşkənddə Özbək dilində çap olunub.
2019-cu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Azərbaycanla yanaşı xarici ölkələrdə də çoxsaylı tədbirlər, layihələr həyata keçirilir.
Orta Asiyanın zəngin mədəni və ədəbi ənənələrə malik Özbəkistanda Nəsimi yaradıcılığına böyük maraq var, hələ Sovet dövründə Nəsimi əsərləri qardaş ölkədə çap olunub.
Verilən məlumata görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Nəsiminin qəzəlləri Özbək dilinə tərcümə olunmuş və Daşkənddə çapdan çıxmışdır.
“Cananı sevərmən” adlı kitab böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunub. Qəzəlləri orjinaldan Özbək dilinə tanınmış Özbək alim, tərcüməçi Tahir Qaxxar çevirib.
Layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrə yazdığı “Ön söz”də Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlər yaratmış dahi Nəsiminin ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətlərini qeyd etmiş, Nəsimi yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. S.Abbasov Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edildiyini qeyd edib, Nəsiminin əsərlərinin Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya, eləcə də Orta Asiyada geniş şöhrət qazandığını yazıb.
Nəşrin elmi məsləhətçisi filologiya elmləri doktoru Sona Vəliyevadır. “Cananı sevərmən” adlı kitabda Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəsimi irsinə dair əlyazmaların surətləri, habelə Nəsiminin rubailəri əsasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darabadinin hazırladığı miniaturların surətləri yer alıb.
Kitabın Daşkənddə və Bakıda Azərbaycan və Özbək alimlərinin iştirakı geniş təqdimat mərasiminin keçirilməsi, habelə Özbəkistan və Azərbaycanın aparıcı kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır.
45. Özbəkistanda şair Fərid Hüseynin “Səmərqənd divanı” adlı kitabı çap olunub.
Özbəkistanda gənc şair Fərid Hüseynin kitabı işıq üzü görüb. “Səmərqənd divanı” adlı poetik silsiləsi Azərbaycan, özbək rus və dillərindədir.
Kitab Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr edilib. Layihənin rəhbəri Samir Abbasovdur. Kitabın özbək və Azərbaycan dilindəki variantının ön sözünü görkəmli Xalq yazıçısı Anar yazıb. Nəşrin rus variantının ön sözünü isə tərcüməçi Nicat Məmmədov qələmə alıb.
Kitabı orjinaldan özbək dilinə özbək alim, tərcüməçi Tahir Qahhar, rus dilinə Nicat Məmmədov tərcümə edib. Nəşrin Azərbaycan və rus dilindəki variantlarının redaktoru Səlim Babullaoğludur.
Kitabda Cavanşir Yusifli, Səlim Babullaoğlu, Əsəd Cahangir, Kənan Hacının ayrı-ayrı vaxtlarda dövrü mətbuatda “Səmərqənd divanı” haqqında yazdıqları və bildirdikləri fikirlər yer alıb.
Fərid Hüseynin “Səmərqənd divanı” poetik silsiləsi şairin fanilik hissinə, insan həyatının mənasına ucaltdığı poetik şərh hesab oluna bilər. Dünyanın faniliyi, ötəriliyi, bu şeirlərdə olduqca dərin şəkildə, fərqli məzmunda – bir şəhərin tarixi ekskursu kimi öz əksini tapmışdır.
Kitab iki doğma xalqın, dövlətin – Azərbaycan və Özbəkistanın ruhunun, təfəkkürünün, dünyagörüşünün yaxınlığının poetik ifadəsi baxımından da olduqca qiymətlidir. “Səmərqənd divanı” Azərbaycan və Özbəkistan ədəbiyyatına, ədəbi-mədəni əlaqələrinə dəyərli töhfədir.
Qeyd edək ki, cari ilin 19 aprel tarixində Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində müəllifin iştirakı ilə kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
44. “Xoşbəxtliyin bazarı varmı. ” – Qoşqar Narqabil
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən, 2019-cu ildə “Xoşbəxtlik üçün bir bazar varmı?” adlı komediya Azərbaycan dilinə tərcümə edildi, çünki Mədəniyyət Mərkəzinin əsas vəzifələrindən biri xalqlarımız arasında ədəbiyyat sahəsində daha da sıx əməkdaşlıqdır. Buna görədə əsərin qardaş xalqlarınn doğma dillərinə tərcümə olunması üzərində iş aparılır.
Kitabın müəllifi müasir özbək ədəbiyyatında tanınmış yazıçı publisist, şair, Özbəkistan Yazıçılar Birliyinin üzvü Qoşqar Narqabildir. Nəşrin redaktoru və giriş məqaləsinin müəllifi filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnatova, rəyçi şair və publisist Əkbər Qoşalıdır.
Əsərin qəhrəmanları bir qurumda işləyən 7-8 nəfərdir. Bütün vəzifələrini ləğv etdikdən sonra məqsədlərinin qeybət və boşluq olduğunu düşünərək boş söhbətlər edirlər. Təəssüf ki, belə “işçilər” hər yerdə tapılır və bu komediya oxucularına yaxın və başa düşülən olan işin aktuallığıdır.
Qoşqar Narqabil bir dramaturq kimi uğuru, izləyiciyə və oxucuya cəmiyyətin kiçik və böyük problemlərini sadə və başa düşülən bir dildə izah etməsidir. Onun personajlarının simaları çox ifadəlidir. Oxucuların diqqətinə çatdırılan komediya Daşkənd və Özbəkistanın digər bölgələrinin səhnələrində dəfələrlə uğurla ifa edilmişdir.
Əsər Azərbaycan dilinə ilk dəfə nəşr olunur.
43. “Pochta qutisi” – Cəlil Məmmədquluzadə
1904-cü ildə çap olunan “Poçt qutusu” hekayəsi uğurlu yazı və əsas fikirlər toplusu – müəllifin sonrakı işlərinin başlanğıc nöqtəsi olmuşdur.
Bu kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çap olunmuşdur.
C.Məmmədquluzadənin sənəti çoxşaxəlidir. Buraya hekayə, povestləri, novelalrı, dram və publisitik yazıları daxildir. M.F.Axundov yaradıcılığında realizm ənənəsini davam etdirən C.Məmmədqulizadə xalqın həyatına dönür, sərbəst və məhrum olmadan yaşamasına mane olan, insan ləyaqətini təhqir edən hər şeyə qarşı silah götürür.
Yazıçının silahı gülüş, onun müxtəlif formaları, təzahürləri, çalarları və rəngləridir.
Cəlil Məmmədquluzadənin nəsrində ifrat lakonizm, hekayənin sadəliyi, hazırcavab, süjetin inkişafındakı sənətkarlıq, kəskin satira, incə işarə və xəyal – Azərbaycan şifahi xalq sənətkarlığının ən yaxşı nümunələrinə xas olan keyfiyyətləri ilə fərqlənir.
Sənət əsərlərinin məzmununun sadəliyinə və müntəzəmliyinə baxmayaraq, hər biri dərin, ideoloji yük daşıyır. Cəlil Məmmədquluzadə bədii qüsursuz, yüksək ideoloji əsərləri ilə təkcə Azərbaycanın deyil, bütövlükdə dünya mədəniyyətinin xəzinəsinə mühüm töhfələr verən Azərbaycan ədəbiyyatı və ictimai düşüncə xadimlərindən biridir.
42. Nizami Gəncəvinin daha bir əsəri “Xosrov və Şirin” poeması Daşkənddə özbək dilində çap edildi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Daşkənddəki “Bilim və intellektual salohiyyat” nəşriyyatında özbək dilində çap edilib.
Qeyd edək ki, “Xosrov və Şirin” poemasını Özbəkistanın xalq şairi Camal Kamal özbək dilinə tərcümə edib.
Kitabın layihə rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rəyçi akademik, Özbəkistanın tanınmış alimi Bəxtiyar Nəzərov, “Ön söz”ünün müəllifi akademik, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, redaktoru dossent Gülbahar Aşurovadır.
Artıq Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Camal Kamalın tərcüməsində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İskəndərnamə” əsərinin “İqbalnamə”, “Şərəfnamə” əsərləri özbək dilində Daşkənddə çap olunub.
Əldə etdiyimiz məlumata görə Camal Kamal tərəfindən artıq Nizami Gəncəvinin son əsəri “Yeddi gözəl” əsəri də özbək dilinə tərcümə edilərək, çap olunması məqsədi ilə Mədəniyyət Mərkəzinə təqdim olunub.
Ənənəyə əsasən Nizami Gəncəvinin Özbəkistanda özbəkcə nəşr olunan kitablarının üz qabığının arxa səhifəsində dahi Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrindəki heykəllərinin şəkilləri öz əksini tapır. “Xosrov və Şirin” kitabının üz qabığında isə şairin doğulduğu Gəncə şəhərində ucaldılan heykəli öz əksini tapıb.
“Ön söz”də vurğulanır ki, məhəbbət və insanliq dastanı olan “Xosrov və Şirin” poeması Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Xəmsə” – “Beşlik”inin ikinci böyük əsəridir və şairin əsərlərinin mirvarisi sayılan bu poema üzərində iş 1180-ci ildə işə başlayıb. Akademik Teymur Kərimli qeyd edir ki, Nizaminin “Xosrov və Şirin” poemasında məhəbbət konsepsiyasının qoyuluşu və ideya-estetik həlli maraqlıdır və böyük şairin novator üslubunun başlıca göstəricilərindən birinə çevrilərək, onun sənətinin gücü qarşısında oxucu heyrətini daha da artırır. ““Kainatda hər şey cəzbə bağlıdır!” deyən Nizami ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürmüş olur və bu cazibəni “eşq” adlandıran Azərbaycan şairi təbiət hadisələri ilə insan münasibətləri arasında qırılmaz bir bağın olduğunu təsdiq etmiş olur.”
Özbək dilində çap olunan “Xosrov və Şirin” kitabında dünyanın müxtəlif muzey, kitabxanalarında əsərə aid saxlanılan unikal miniaturların rəsmləri də yer alır. Bunların arasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Britaniya Muzeyində, Rusiya Federasiyasının Sankt-Peterburq Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasında, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsində, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan əlyazmalardan verilmiş miniaturlar vardır.
Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilir.
Qeyd edək ki, Nizami irsinin Özbəkistanda tanıdılması və geniş təbliği məqsədilə 2015-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi xüsusi layihəyə start vermişdir. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Mədəniyyət Mərkəzi ilə Özbəkistanın xalq şairi Camal Kamal arasında Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsərin bütövlükdə özbək dilinə tərcümə olunması ilə bağlı müqavilə imzalanıb və bu layihəyə start verilib.
41. Yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” özbək dilində.
Kitab Azərbaycanın Özbəkistandakı Səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunub.
Nəşrin tərcüməçilər Özbək alimləri Usman Kuçkar və Şokir Dolimovdır və kitab Daşkənddəki “Mashur press” nəşriyyatında işıq üzü görüb.
Yazıçı tərəfindən qələmə alınmış, postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materialları özündə əks etdirən kitabla ölkə başçısının əsl portretinin yaradıb.
Kitabda müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş və dövlət başçısının uğurlu fəaliyyətini geniş təhlil edərək Prezidentin daxili və xarici, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrində siyasətinin ən müxtəlif aspektlərinə işıq salmışdır.
Nəşrdə Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda böyük inqilabi dəyişikliklərin olduğunu, ölkənin iqtisadi mənzərəsinin tamamilə dəyişdiyini və Azərbaycanın heç vaxt indiki səviyyədə olduğu kimi qüdrətli olmadığını bildirilib.
Kitabın tərcüməçisi Şokir Dolimov İlham Əliyevin regionda Azərbaycanın müstəqil siyasət aparan dövlət olaraq nüfuzunun yüksəlməsi, ölkədə nəhəng infrastruktur layihələrinin reallaşdırılması, beynəlxalq tədbirlərə – Avropa oyunları, İslam oyunları, Qlobal forumlara ev sahibliyi etməsini ölkənin artan nüfuzunun göstəricisi olduğunu söyləyib.
O, kitabın Özbəkistan ictimaiyyəti, tədqiqatçılar üçün olduqca maraqlı bir mənbə olduğunu vurğulayaraq, müəllifə və kitabın çapına görə Azərbaycan Səfirliyinə öz təşəkkürünü bildirib.
40. “Кузмунчок” (Göz muncuğu) – Anar Rzayev
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Kuzmunçok” kitabı (Göz muncuğu) özbək dilinə tərcümə edilərək nəşr edilmişdir.
Xalq yazıçısı Anar Azərbaycanın ən istedadlı yazıçılarından biridir və Azərbaycan ədəbiyyatının canlı klassiklərindən hesab olunur. Anarın yaradıcılığı azərbaycanlıların milli kimliyinin formalaşmasında böyük rol oynamışdır. Bu gün xalq yazıçısının əsərləri yalnız ökədə deyil, ölkə hüdudlarından kənarda da sevgi ilə oxunur. “Göz muncuğu” kitabı da özbək oxucuları tərəfindən sevilib.
Bu əsərdə baş qəhrəman Əhliman onu uzun müddət narahat edən suallara cavab axtarır. Kitabı oxuduqdan sonra oxucu, qəhrəmanın hansı yolu seçəcəyini öyrənəcəkdir. “Pis gözdən gələn tumurcuq” dərin məna daşıyan bir hekayədir, başa düşmək o qədər də asan deyil.
Hekayənin bütün fikri insanın dərindən öyrənilməsi fəlsəfəsindədir. Bu kitab bir insanın daxili portretinə bənzəyir. Anarın qələmi, bir sıra maraqlı əsərlərə sahibdir, əsasən dövrümüzün problemlərini qabarıq göstərir.
Kitablarında müasir bir insanın simasını açmağa, hansı çətinliklərlə üzləşdiyini, ənənəvi anlayışların və zehniyyətin insanların həyatına necə təsir etdiyini göstərməyə çalışır. Yazıçının “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Oteldəki otaq”, “Dantenin ildönümü”, “Mən, Sən, O və Telefon” və digər əsərləri ilə məşhurdur.
Kitab geniş oxucu kütləsinə tövsiyə olunur
39. “Özbək şeir çələngi” adlı Azərbaycan və Özbək dillərində
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə Daşkənddə “Extremum – press” nəşriyyatında çapdan çıxmış “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı kitabın təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan dilində Özbək ədəbiyyatının tanınmış simalarının əsərlərinin işıq üzü görməsi təqdirəlayiq hadisədir və bu işi həyata keçirən azərbaycanlı tərcüməçi Şahməmməd Dağlaroğlu, özbək tərcüməçi Şaxlo Qasımova Özbək ədəbiyyatının tanınmış söz ustalarının şeirlərini Azərbaycan dilinə çevirməklə gözəl bir abidə yaradıblar.
Kitabda ilk dəfə olaraq Özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin tanınmış əsərləri Azərbaycan və Özbək dillərində oxucuya təqdim edilir. Kitabın hər iki dildə tərtibinin gələcəkdə onun hər iki tərəfdə oxunacağına və maraqla qarşılanacağına ümid etdiyini bildirdi.
Nəşrdə tərtibçilərin təkrarsız yaradıcılıqları ilə Özbəkistanda məşhur olan qələm sahiblərinin əsərləri ilə yanaşı, bir sıra gənc şairlərin də şeirlərinə yer verməsini təqdirəlayiq hal kimi qiymətləndirdilər.
Qeyd edək ki, “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı ikidilli kitabın tərtibçiləri Azərbaycanlı şair Şahməmməd Dağlaroğlu, özbək şairə, tərcüməçi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
“Узбек шеърияти гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
38. Daşkənddə Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı çap edilib.
Daşkənddəki “Kamalak-PRESS” nəşriyyatındafilologiya elmləri doktoru Almaz Ülvinin özbək və rus dillərində “Özbək ədəbiyyatı və Azərbaycan” (Tədqiqatlar, ədəbi poprtretlər, söhbətlər) kitabı çap edilib.
Kitabın məsul redaktorları və “Ön söz”ün müəllifləri Qozakboy Yoldaşev və Sırdaryoxon Otanova, redaktoru Muhayyo Yoldaşevadır.
Kitabda müəllifin Azərbaycan-özbək ədəbi əlaqələri sahəsindəki tədqiqat əsərləri salınıb.
“Ön söz”də deyilir ki, Almza Ülvi özbək-Azərbaycan ədəbi əlaqələrio sahəsində tanınmış alimdir.
Onun bu mövzudakıl məqalələri Bakıda, Daşkənddə və Müstəqil Dövlətlər Birliyinin digər şəhərlərində çap edilib.
Bildirilir ki, müəllif böyük özbək şairi Əlişir Nəvai ilə bağlı silsilə məqalələr yazıb və bu iş davam etdirilir.
Topluda müəllifin Babur, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Maqsud Şeyxzadə, Zülfiyyə haqqında məqalələri də yer alıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” kitabı Daşkənddə özbək dilində çap edilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və AZƏRTAC-ın birgə layihəsi əsasında “Tamaddun” nəşriyyatında çap olunan kitabı orijinaldan alim və tərcüməçi Babaxan Məhəmməd Şərif tərcümə edib. Nəşrin redaktoru Leyla Xasanovadır.
Kitab “Siyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı”, “Klassik geosiyasət: XIX əsrin ikinci, XX əsrin birinci yarısında Qərb geosiyasi məktəblərinin əsas ideya və nəzəriyyələri”, “İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri”, “XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasəti”, “Rusiya geosiyasət məktəbi: formalaşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları”, “Türklərin geosiyasi baxışları və nəzəriyyələri”, “Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)”, “Dünyanın siyasi strukturunun formalaşdırılması: geosiyasi dövrlər və modellər”, “Müasir dünya sistemi və onun geosiyasi reallıqları” adlı fəsillərdən ibarətdir.
Nəşrdə geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışlarının yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin və müasir tədqiqatçıların baxışları təhlil edilir.
Kitabda müxtəlif dövrləri və fərdi geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Həmçinin orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə və yeni dünya nizamı ilə bağlı məsələlər təhlil olunur.
Kitabda bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri haqqında müfəssəl məlumat verilir, oxucuların geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən zəngin materiallar təqdim edilir.
Daşkənddə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Bakıda səkkiz dildə nəşr edilən “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” və “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabları əsasında “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti və Xocalı soyqırımı” kitabı çap olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çərçivəsində Daşkənddəki “İstiqlol nuri” nəşriyyatında çap edilən kitabda mətnlər dörd dildə – özbək, Azərbaycan, rus və ingilis dillərində verilib.
Birinci fəsildə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri araşdırılır. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımına və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Bu fəsildə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı Şuşa, İrəvan quberniyası, Zəngəzur, Naxçıvan, Şərur, Ordubad, Qars və başqa bölgələrdə də davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlının qətlə yetirilməsi faktlara əsasən təhqiq olunur.
İkinci fəsildə isə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır, xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bu hissədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı vandalizm aktları xarici mənbələrə əsasən geniş təhlil edilir.
37. Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanı.
2018-ci ildə tanınmış yazıçı-publisist Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanı Azərbaycan Mədəniyyət Mərkəzində Mərkəzimizin layihəsi ilə çap olunmuşdur.
Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır. Tarixçi alim, Atabəy Eldənizin müasiri Əl-Hüseyni yazır ki, “Bağdad və onun ətrafından başqa, bütün ölkələr Eldənizin hakimiyyəti altına düşdü”.
Y.Oğuzun növbəti “Atabəy Eldəniz” romanı onun yaradıcılığında tarixi roman janrının davamlı inkişaf proseslərində olduğunu göstərir.
Əsərdə Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) yaranması, fəaliyyəti, bu dövlətin qurucularının hünər və qəhrəmanlığı bütün tarixi miqyası və ictimai-siyasi qüdrəti ilə əksini tapıb. Azərbaycan anlayışının yalnız coğrafi ərazi deyil, mənəvi vətən və torpaq, cəmiyyət və dövlət kimi təşəkkülü, formalaşması, yüksəlməsi roman boyu oxucunun gözü qarşısında canlı lövhələrdə əks olunur.
“Atabəy Eldəniz” kitabı həm də elmi əsər hesab edilə bilər. Çünki bu əsərin yazılmasında elmi araşdırmaların nəticələrindən istifadə olunub.
“Yunus Oğuzun “Atabəy Eldəniz ” romanında tarixi faktların bədii formada təqdim edilməsi onun daha asan qavramasına səbəb olur: “Tarixi faktların mistik fikirlər olmadan təqdim edilməsi tarixin gənc nəslə çatdırılması üçün çox əhəmiyyətlidir. Bu baxımdan “Atabəy Eldəniz ” əsərində tarixi şəxsiyyət yaradılıb. Tarixi şəxsiyyəti səciyyələndirən əsas xüsusiyyət inadkarlıq və cəsarətdir. Yunus Oğuz əsərində bunu yarada bilib”.
Kitabı Özbək dilinə tərcüməçi Rüstəm Cabbarov çevirib.
36. “Molla Pənah Vaqif şiirləri: dünya dillərində” adlı kitab
Kitabda XVIII əsrin böyük Azərbaycan şairi, dövlət adamı Molla Pənah Vaqifin Azərbaycan türkcəsində yazılmış şeirləri Özbək, Qazax, Qırğız, Türkmən, Tatar, Başkırt, İngilis, İtalyan, Rus, Ukrayna, ümumilikdə 12 dilə tərcümə olunaraq verilib.
Kitab TÜRKSOY təşkilatının layihəsi, Azərbaycfan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə 2017-ci ildə Türkiyənin Ankara şəhərində çap olunub. Qeyd edək ki, “Molla Pənah Vaqif şiirləri: dünya dillərində” adlı kitabın Özbək bölməsi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə həyata keçirilib.
Kitabda Erkin Vahidov, Şoislam Şomuhamedov, Zülfiya, Mirtemir, Rüstəm Kamilov, Cumaniyaz Cabbarov kimi tanınmış özbək ədəbiyyatşünaslarının tərcümələri yer alıb. Kitabın tərtibçisi Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlıdır.
Kitabın ön sözünün müəllifi TÜRKSOY-un baş direktoru Düsen Kasenov nəşrin tanınmış Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə hazırlandığını və layihənin həyata keçirilməsində görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova öz təşəkkürünü bildirir.
35. Özbək müəllif Xocalı soyqırımı haqında Özbək dilində kitab yazdı.
Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı Abduvali Saybnazarovun “Xocalı soyqırımında ölən insanlıq” adlı kitabı özbək və rus dillərində çap edilib.
Kitabda “Xocalı-şəhiddlər şəhəri” adlı bölmə ilə açılır. Orada Xocalının coğrafiyası, tarixi və mədəniyyəti, 18-ci əsrə aid Əskəran qalası haqqında məlumat verilir1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdikləri bildirilir.
Kitabda bildirilir ki, amansızlıqla öldürülən 613 nəfərin arasında 106 qadın, 63 uşaq, 70 qoca olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfərin xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirildiyi, 1275 nəfərin itkin düşdüyü, 150 nəfərin taleyi haqqında heç bir məlumat olmadığı qeyd edilir.
Topluda deyilir ki, Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklər Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse, Oradur kimi cinayətlərlə bir sırada durur.
Əsərdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və 20 mindən çox adamın öldürüldüyü, 1 milyondan çox əhalinin qaçqın və məcburi köçkünə çevrildiyi haqqında məlumat verilir.
Kitabda qeyd olunur ki, Ermənistan öz işğalçılıq siyasəti nəticəsində Azərbaycanın zəbt olunmuş ərazilərində mədəniyyət abidələrini dağıdıb. Bununla da Ermənistan müharibə zamanı mədəniyyət abidələrinin qorunmasına dair Haaqa və Paris konvensiyalarını kobud surətdə pozub. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini hələ də yerinə yetirməyib.
Nəşrdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrri Xocalı faciəsi haqqında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tariixi kökləri, şahidlərin Xocalı faciəsi zamanı gördükləri dəhşətlər və digər məsələlər işıqlandırılır.
Qeyd edək ki, kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.
34. “Bəxtiyar Vahabzadənin 90 şeiri” türk dillərində kitabı.
Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabı TURKSOY təşkilatı tərəfindən Ankarada nəşr olunmuşdur.
Kitabın materiallarının toplanmasında, nəşrində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin zəhməti olmuş və təşkilatın sədri Düsen Kaseinov kitaba giriş sözndə Mərkəzə öz təşəkkürünü bildirmişdir.
Kitaba yazılmış Ön sözdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin fikirlərinə yer verilir və qeyd olunur ki, Bəxtiyar Vahabzadə xalq dilinin tükənməz xəzinəsindən faydalanaraq, Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirmiş, ana dili, ədəbi dilin inkişafına böyük töhvələr vermişdir.
Kitabda şairin türkdilli xalqların dillərində – Azərbaycan, Özbək, Qazax, Qırğız, Türkmən və Türk dillərində seçilmiş şeirləri verilmişdir.
Kitabda Bəxtiyar Vahabzadənin Özbəkistanın tanınmış tərcüməçi alimləri Pulad Mumin, Nasriddin Muhammadiyev, Cumaniyaz Cabbarovun özbək dilinə tərcümə etdikləri şeirləri çap olunmuşdur.
Kitab qardaş Özbəkistan ədəbiyyatsevərləri üçün, habelə Bəxtiyar Vahazadə əsərləri ilə maraqlananlara dəyərli bir mənbə olacaqdır.
Bəxtiyar Vahabzadə görkəmli şair, dramaturq və ədəbiyyatşünas, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü idi.
B.Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 14 yanvar 2015-ci ildə müvafiq Sərəncam imzalanmışdır.
Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması B.Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi”.
33. “Крах” Национализм – Aнтогонизм (“Krax” Milliyyətçilik – antoqonizm) – Şuxrat Salamov
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən, 2018-ci ildə özbək yazıçısı və publisisti Şuxrat Salamovun “Krax” Milliyyətçilik – antoqonizm adlı kitabı nəşr olunmuşdur.
Milli müstəqillik ideyası millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinə möhkəm əsaslanır. Özbəkistan Bütün yaşayan millətlər və millətlər üçün vahid bir Vətən prinsipi bəllidir. Özbəkistan torpaqlarında yaşayan hər bir kəsə bura vətənidir. Doğma yurdda və doğma xalqın taleyində baş verən faciəli hadisələr vətənini sevən hər bir insan üçün tarixdir. Xalqın və vətənin taleyi həmişə elm adamlarını, yazıçıları, şairləri həyəcanlandırmalı və ruhlandırmalıdır. Hər bir adekvat insan üçün xalqının faciəsi mənəvi əzab, və kədər ağrısıdır. Bu nəşrin məqsədi oxucunu kütləvi şovinizm təzahürünün səbəb və nəticələrini anlamağa çağırmaqdır.
Dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın qarşısında yeni çağırışlar meydana çıxdı, indi fəaliyyət sahəsində hər birimiz öz azadlığımızın və Vətənimizin müstəqilliyinin ideallarını təsdiqləmək üçün çalışırıq. Keçmişlə bağlı müzakirələr və ölkələrinin bugünkü müstəqilliyinin bilinməsi əməllərdə, sözlərdə və düşüncələrdə fərdi sərbəstlik təzahürü yaradır, məhz buna görə tarix öyrənməliyik.
32. Hüseyn Cavidin “Seçilmiş əsərləri” özbək dilində
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “Kaspi” qəzeti, təhsil şirkətinin layihəsi ilə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, klassiklərimizin əsərləri özbək dilinə tərcümə olunaraq Daşkəndddə çap edilməkdədir.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dramtaturgiyasının tanınmış nümayəndəsi Hüseyn Cavidin “Seçilmiş əsərləri – “Əmir Teymur”, “Peyğəmbər”, ”Şeyx Sənan” və “Səyavuş” əsərləri özbək dilinə tərcümə edilərək Daşkənddəki “Kamolak” nəşriyyatında çap edilib.
Layihənin rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, kitabın tərtibçisi Qulu Kəngərli, elmi məsləhətçi filologiya fənləri doktoru Sona Vəliyevadır.
Kitabda 3 əsəri – “Əmir Teymur”, ”Şeyx Sənan”, “Səyavuş” mərhum özbək tərcüməçi Usman Kuçkar, “Peyğəmbər” əsərini isə tərcüməçi Tahir Qahhar özbək dilinə tərcümə edib.
Kitabın ön sözünün müəllifi akademik, AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının orta əsrlər dövründə keçdiyi inkişaf mərhələsi, ədəbi cərəyanlar haqqında fikirlərini bölüşərək, Hüseyn Cavid yaradıcılığına nəzər salır və qeyd edir ki, Hüseyn Cavid XX əsrin başlanğıcında Azərbaycan romantik şeirinin məşhur nümayəndəsidir. Ön sözdə Hüseyn Cavidin yaradıcılığı, yazdığı ölməz əsərlər təhlil olunur və onun şeir üslubunun fərqli, romantik-fəlsəfi mahiyətə malik olduğu vurğulanır.
Ön sözdə akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə dram janrında əsər yazan romantik sənətkarlardan olan Hüseyn Cavidin ölkəmizdə romantik dramaturgiya məktəbinin əsasını qoyduğunu yazır və öz yaradıcılığı ilə özündən sonra ədəbiyyatımıza ölməz əsərlər bəxş etdiyini qeyd edir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbək dilində “İstiqlal – nuri” nəşriyyatında çapdan çıxmış azərbaycanlı şairə-publisist Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabın Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabda Vətən, Azərbaycan, Qarabağ – yurd həsrəti, sevgi, təbiətə məhəbbət mövzularında şeirlər yer almışdır.
Layihənin rəhbəri və kitabın ön sözünün müəllifi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Kitaba yazılan ön sözdə qeyd edilir ki, Məhsətilər, Natavanlar yetişdirən Azərbaycan xalqı XX əsrdə bir sıra tanınmış ədəbiyyat nümayəndələri – şairələri ilə öyünür. Mirvari Dilbazi, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Mədinə Gülgün, Həkimə Bulluri, Əzizə Əhmədova və başqa poeziya nümayəndələrinin əsərləri ədəbiyyatımızın zəngin xəzinəsinə aid edilir. Müasir dövr Azərbaycan ədəbiyyatının nümayəndələri sirasında öz dəsti-xətti, qələmi ilə seçilən daha bir imza – şairə – publisist Sona Vəliyevanın şeirlərinin Özbək oxucuları üçün maraqlı olacağına və kitabın Özbək oxucularına öz ana dillərində təqdim edildiyi qeyd olunur.
Ön sözdə müasir dövr Azərbaycan ədəbiyyatının nümayəndələri sırasında öz dəsti-xətti, qələmi ilə seçilən şairə – publisist Sona Vəliyevanın şeirlərinin Özbək oxucuları üçün maraqlı olacağına və onlara öz ana dillərində Azərbaycan poeziyası ilə yaxından tanış olmaq imkanının verildiyini bildirib.
Azərbaycan ədəbi mühiti həmişə öz zənginliyi ilə seçilmiş və Özbəkistan ədəbiyyatı daim qardaş Azərbaycan ədəbiyyatı ilə əlaqəli, bir birindən faydalanaraq inkişaf etmişdir. Müstəqillik dövrü Azərbaycan poeziyasının nümayəndələrinin əsərləri Özbək oxucuları üçün də xüsusi maraq kəsb etdiyini bildirən alimlər azərbaycanlı şairənin kitabını yüksək qiymətləndirdilər.
Sona Vəliyevanın kitablarını vərəqləyərkən Azərbaycanın tarixi, onun bugünü, Qarabağda qanlı hadisələr, Xocalı soyqırımı, azərbaycanlı köçkünlərin həyatının insanın gözündə canlandığını və şair ürəyinin çırpıntıları öz əksini tapır.
31. “Sharafnoma” (Şərafnama) – Şeyx Nizami Gəncəvi
Kitablar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr edilmişdir. Şeyx Nizami Gəncəvi böyük bir Azərbaycan şairi, mütəfəkkiridir. Qədim dövrlərdən bəri insanlar ağıllı, xeyirxah, ədalətli bir hökmdar xəyal edirdilər. “İskəndərnamə” nin ilk kitabı olan “Şərafnoma” belə bir dövlət başçısı Şah İskəndərdən bəhs edir. Əsər qəhramanın, dünyaya gəlməsi, təlim-tərbiyəsi və ailə qurduğu dövrləri əhatə edir. Hindistan, Çin, İrana etdiyi səyahətləri göstərilir. Böyük Nizaminin əsəri dünya ədəbiyyatının yüksək nümunəsidir. Nizaminin yaratdığı beşlik – “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”, “Xosrov və Şirin” nəinki Azərbaycan, həm də dünyanın xəzinəsinəsinin incisi sayılır.
30. Leyla Əliyevanın “Dünya yuxutək əriyir. ” şeirlər toplusu özbək dilində.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Kaspi” təhsil şirkətinin birgə layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir. ” şeirlər kitabı Özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub.
“Dünya yuxutək əriyir. ” şeirlər kitabının tərtibçisi – ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Ön sözdə deyilir ki, gənc yaşlarından öz yaradıcılığı ilə həssas oxucu auditoriyasının diqqətini çəkən və məhəbbətini qazanan şairə Leyla xanım Əliyeva bir çox şeir kitablarında qəlbinin incə notlarını kağız üzərinə köçürərək, insanlara təbiilik, sadəlik və humanistlik kimi ülvi hisslər aşılayır.
Tərtibçi qeyd edir ki, dünyanın adi gözlə görülməyən ilahi gözəlliklərinə vurğunluq həm şair, həm də rəssam olan Leyla xanımın əsərlərinin mayasını təşkil edir və bu əsərlərdə həqiqətən əsl həyat mənzərəsi canlandırılır.
Kitabda “ön söz”də vurğulanır ki, şairə Leyla xanım Əliyeva öz əsərlərində yaşadığı mühitdə baş verən hadisələri, yaşanan ağrıları, həyatın işığını və qaranlığını, xeyirini və şərini, sevincini və kədərini, yaxşılığı və pisliyi səmimi poeziyanın dili ilə oxucuya çatdırır.
Nəşrdə şairə Leyla Əliyevanın Özbək dilinə tərcümə olunmuş “Mənə güc ver Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim” “İnsanlar”, “Getmə”, “Bakı”, və s. çoxsaylı şeirləri ilk dəfə olaraq Özbəkistan oxucularına öz ana dillərində təqdim olunur.
Qeyd olunur ki, Özbəkcə nəşr olunmuş “Dunyo tushdek erib bormoqda. ” şeirlər toplusunda şairə Leyla Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Elegiya” əsəri milyonlarla insanın qəlbini riqqətə gətirir. Bu şeirdə şairə ayrılıq, həsrət hissi ilə yanan incə qəlbinin çırpıntalırını dilə gətirir.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Daşkənddəki “Kamalak” nəşriyyatında çapdan çıxan kitabda şairənin ümumilikdə 45 şeiri özbək dilində işıq üzü görüb və kitabı Özbəkcəyə çevirən tərcüməçi, Özbək şairə Şahlo Qasımovadır.
29. Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.
Camal Kamal kitaba yazılan epiloqda qeyd edir ki, hər bir insan sevgi ilə yaranıb, adları dünyaya sevgi, eşq dastanı ilə yazılan çoxlu qəhrəmanlar var: Tahir və Zöhrə, Romea və Cületta, Aşıq Qərib və Şahsənəm, Antoni və Kleopatra və s. Amma onlar arasında “Leyli və Məcnun” surətləri tamam fərqlidir. Bu bir ilahi məhəbbət timsalıdır.
Kitaba yazılan ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, kitabın redaktoru filologiya elmlər namizədləri Erqaş Açilov, Gülbahar Aşurova, rəyçilər Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və tanınmış professor Naim Kərimovdur.
Ön sözdə Samir Abbasov vurğulayır ki, Türk dünyası ölkələrindən biri və ən zəngin ədəbiyyat, sənət, poeziya beşiyi olan Azərbaycan, bütün bəşəriyyəti heyrətdə qoyan, qeyri-adi, sözlə ifadə olunmayan istedada malik böyük Nizami Gəncəvi ilə fəxr edir, qürur duyur. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin bütövlükdə Özbək dilinə tərcümə edilərək Özbəkistanda çap edilməsi ilə bir tarix yazıldığını və kitabların qardaş ölkənin tədqiqatçıları üçün Nizami Gəncəvini daha dərindən öyrənməkdə zəngin və əvəzsiz bir mənbə olacağına ümid etdiyini söyləyir.
Kitabda qeyd olunur ki, Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmi ilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmış, ilahi bir sevgi dastanı yaratmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir.
28. “Husayn Jovid İjodi dunyo dramaturgiyasining yuksak namunasidir! Xalqaro konferensiyasining maruzalari” (Beynəlxalq konfransın mövzuları. Hüseyn Cavid sənəti dünya dramaturgiyasının yüksək nümunəsidir)
“Hüseyn Cavid sənəti dünya dramaturgiyasının yüksək nümunəsidir” toplusu , Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çap olunmuşdur.
Bura 9 noyabr 2018-ci ildə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilmiş beynəlxalq konfransın məruzələrinin mövzuları daxil edilmişdir. Kitab, tarix elmləri doktoru, Özbəkistan-Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinovun məqaləsi ilə başlayır. Nəşrdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, Özbəkistan Milli Universitetinin dosenti, Özbəkistan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və ədəbi tərcümə şöbəsinin müdiri Adhambek Alimbayev və digər müəlliflərin məruzələri göstərilmişdir.
Qeyd edək ki, “Hüseyn Cavid yaradıcılığı və Azərbaycan və Özbəkistan arasındakı ədəbi əlaqələr” mövzusunda çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki xalq arasındakı ədəbi və mədəni əlaqələrin əhəmiyyətini və aktuallığını vurğulamışdır. Diplomat, həmçinin ədəbiyyat və incəsənət sahəsindəki münasibətlərin xalqlarımızın və mədəniyyətlərimizin mənafeyinə uyğun olaraq bundan sonra da möhkəmlənəcəyini və inkişaf edəcəyini qeyd etmişdir.
27. “İqbolnama” (İqbalnama) – Şeyx Nizami Gəncəvi
Kitab Özbəkistandakı Azərbaycan Heydər Əliyev Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində tərcümə olunaraq nəşr edilmişdir. Əziz oxucu, bu əsər “Beşlik” in (Hamsa) beşinci dastanıdır. Burada material Cahongirin böyük filosoflarla söhbətlərindən, peyğəmbərlik ideyalarını necə kəşf etdiyi, cənub, şimal, şərq və qərbə səyahətləri və gözlənilməz vaxtsız ölümü haqqında danışır. Bu hadisələrlə Nizami həyat və ölümə, şərəf və vicdana, cəmiyyətə və ədalətə münasibətini ifadə edir. Şərq ədəbiyyatının, xüsusən də Azərbaycan ədəbiyyatının böyük nümunələri olmaqla, bu əsərlər bütün bəşəriyyətin mülkiyyətidir və böyük ədəbiyyatımızla fəxr etməyə haqqımız var. Bunu bilmək və oxumaq təkcə mənəvi zövq deyil, mədəniyyətinə və ədəbiyyatına hörmət edən hər bir insanın borcudur.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Iqbalnamə’” əsəri Daşkənddə “Extremum Press” nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.
Kitabın ön sözünün müəllifi Daşkənddəki Ə.Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov, Boqicon Toxliyevdir.
Ön sözdə professor Şuxrat Siracəddinov Azərbaycan-Özbək ədəbi əlaqələrində Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirmiş, Nizaminin təsiri ilə nəinki Özbək ədəbiyyatının, bütün Şərq ədəbiyyatının inkişafa nail olduğunu və zənginləşdiyini qeyd edir. O, vurğulayır ki, İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmiş, Şərqdə yazılmış Əmir Xosrov Dəhləvinin “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Caminin “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvainin “Səddi-İsgəndəri” və başqa əsərləri Nizami İsgəndərnaməsinin təsiri ilə yaradılmış əsərlər sırasındadır.
Kitabın tərcüməçisi, Özbəkistanın xalq şairi Camal Kamal girişdə qeyd edir ki, “İqbalnamə” dahi şairin beşinci əsəri “İskəndərnamə”nin ikinci kitabı, Nizami yaradıcılığının dürdənəsidir.
Əsərdə hökmdar İskəndərin filosoflarla söhbəti, onun səyahətləri, İsgəndərin peyğəmbərlik səfərinə çıxması, qəhrəmanın xəstəliyi və ölümü ilə əlaqəli olaraq oxucuya kədərli səhnələr və təbiət səhnələri təqdim edilir, habelə İsgəndərin ölümünü göstərən səhnələr və sonrakı final hissədə filosofların, hətta Nizaminin öz ölümü təsvir edilir.
26. “Fоялар Жанги. XİX – XX a.a. Туркистон ва Жанубий Кавказ” (Fikirlər müharibəsi. XİX – XX əsrlər. Türküstan və Cənubi Qafqaz) – Şuxrat Salamov
Kitab Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr edilmişdir.
Bu işin məqsədi böyük dünya güclərinin geosiyasi oyunlarının xarakterik cəhətlərini dərk etməyə çağırışdır.
Hazırda, tarixi faktlara əsaslanaraq oxuculara dünya tarixinin aktual və kəskin problemlərini araşdırmalarının nəticələri təqdim olunur.
Bütün bu suallar faciəvi nəticələrə səbəb olan imperiya, müstəmləkə və sovet-bolşevik çox yönlü reallıqlar kontekstində araşdırılır.
Kitab geniş oxucu kütləsinə, mütəxəssislərə – tarixçilərə və tarixi və konfliktoloji problemlərlə maraqlananların hamısına ünvanlanıb.
25. “Dengiz ko’chmanchiları” (Dəniz Mühacirləri) – Firuz Mustafa
Naşir, dramaturq, filosof və tərcüməçi Firuz Mustafa Azərbaycan ədəbiyyatının məşhur nümayəndələrindən biridir. Qırxdan çox elmi və bədii kitabın müəllifidir. Onlarla pyesi teatr səhnələrinə qoyulub. Əsərlərinin fərqli bir xüsusiyyəti psixologiyadır.
Oxucuya təqdim olunan kitabda insanla təbiətin qarşılıqlı münasibətlərindən bəhs olunur. Əsərdə baş verən hadisələr bir-birlərini maraqlı bir film çərçivəsində tamamlayır və oxucuya canlı kimi görünür.
Qeyd edək ki, “Dəniz miqrantları” əsəri rus və ingilis dillərinə tərcümə edilmiş və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən nəşr olunmuş və özbək dilinə tərcümə edilmişdir.
Müəllif əsərin heç kəsi laqeyd qoymayacağına ümid etdiyini bildirir.
Bu kitabı geniş oxucu kütləsinə tövsiyə edirik.
24. “Kelagayi Ozarbayjon ipagining durdonasi” (Kəlağayı – Azərbaycan ipəyinin incisi)
Kitabda Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan kəlağayı, onun hazırlanması, nəfis ipəyə vurulan füsunkar naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-cü ilin noyabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi barədə məlumat verilir. Qeyd olunur ki, iki min ildən artıq tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar orta əsrlərdə ölkəmizə gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, Övliya Çələbinin əsərlərində də yer alıb. Ölkəmizə ilk dəfə olaraq ipəkqurdu Böyük İpək yolunun inkişafı zamanı Çindən gətirilib və ticarət yollarının – Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanda ipəkçiliyin inkişafına səbəb olub. Azərbaycanın Şamaxı, Qarabağ, Şəki, Gəncə, Naxçıvan kimi bölgələrindən xam ipək ixrac edilib, XIX əsrin 30-50-ci illərində Rusiya imperiyasında Qafqaz üzrə hazır ipək məhsullarının 85 faizi Azərbaycanda istehsal olunub.
Kitab sənət adamları, sənət adamları və geniş oxucu kütləsi üçün maraqlı olacaq.
23. Yunus Oğuzun “Sultan Alp Arslan” romanı özbək dilində
Yazıçı publisist, tarixi əsərlər müəllifi Yunus Oğuzun “Sultan Alp Arslan” romanı Daşkənddə özbək dilində işıq üzü görüb. Görkəmli özbək ədibi Usmon Kuçkorun tərcüməsində “Sulton Alp Arslon” adlanan kitab “MUMTAZ SOZ” nəşriyyatında çap edilib.
Romanın məsul katibi filologiya elmləri doktoru, professor Xamidulla Boltabayevdir. Qeyd edək ki, bu, Y.Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” əsərlərindən sonra özbək dilində çap edilən üçüncü romanıdır.
Yazıçının “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ nəzarətsiz zona” (ingilis dilində),”Türkün tarixinə yeni bir baxış” kitabları, “Nadir şah” və digər romanları çap olunub. O, “Qədim türklər və passionarlıq nəzəriyyəsi” adlı elmi əsərin müəllifidir.
Y.Oğuzun əsərləri Özbəkistandan başqa, Türkiyə, Rusiya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Ukrayna və digər ölkələrdə çap edilib.
22. “Zamonaviy Ozarbayjon She’riyatı Antologiyası” (Müasir Azərbaycan Poeziyasının Antologiyası)
Bu nəşr Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çap olunmuşdur. Hamıya məlumdur ki, xalqlar arasında ədəbi və mədəni əlaqələr həmişə məcazi olaraq insanları bir araya gətirən bir körpü olmuşdur. Bunun yaxşı bir nümunəsi Azərbaycan və Özbək xalqları arasındakı ədəbi əlaqədir. Böyük şair və yazıçılar həmişə bir-birlərindən ilham almışdırlar. Beləliklə, Əlişir Nəvai dahi Nizami Gəncəvini özünün müəllimi hesab edir və Lütfi, Məşrab, Ogahinin əsərləri Azərbaycan xalqının qəlbində iz qoymuşdur. Kitabın giriş məqaləsi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova məxsusdur.
Diqqətinizə təqdim olunan kitabda XX- əsr Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərləri öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, burada orta nəsil şairlərinin işləri ilə yanaşı gənc nəslin nümayəndələri də təmsil olunur.
21. “Узинг кел” (Özünüz gəlin) -Eluca Atalı
Azərbaycan şairəsi Eluca Otalı 1966-cı ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakultəsini bitirib. “Azərbaycan kitabsevərləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu nəşr Eluca Atalının şeir və hekayələr toplusudur. Yazar müxtəlif mövzulara – Vətən, sevgi, təbiət, insanlar arasındakı münasibətlər, həyatın mənası haqqında fəlsəfi düşüncələr və digər mövzularda toxunmuşdur. Kitab geniş oxucu kütləsi üçün maraqlı olacaq.
20. Daşkənddə Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə olaraq özbək dilində çap edildi.
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında araşdırılması və təbliği istiqamətində son vaxtlar olduqca önəmli addımlar atılmaqdadır.
Bəşəriyyətin yetirdiyi ən nəhəng və parlaq dühalardan biri kimi qəbul edilən Nizaminin layiqli səviyyədə, yeni dövrün tələblərinə uyğun tədqiqi və tanıdılmasına yönələn bütün addımlar, Nizaminin adıyla yanaşı, ümumən Azərbaycana aid aktual məsələləri gündəmə gətirir.
Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda da böyük maraq vardır və dahi şair xalq arasında çox sevilir. Daşkənddə dahi şairin büstü və onun adına Daşkənd Dövlət Pedaqoji Universiteti fəaliyyət göstərir. Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd Dövlət Pedaqoji Universitetində Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi yaradılmış və Mərkəz Nizami irsini, yaradıcılığını, iki ölkə arasında dostluq əlaqələrini geniş təbliğ edir.
Bu il Özbəkistanda Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirir. Sözügedən tədbirlər çərçivəsində şairin bütöv əsərlərinin “Xəmsə”sinin ilk dəfə olaraq Özbək dilinə tərcüməsinin həyata keçirilməsi, Nizami yaradıcılığının qardaş ölkədə təbliği, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsi və Nizami irsinin təbliği Mərkəzinin fəaliyyətinin genişləndirilməsi əsas məsələlərdəndir.
Özbəkistanda Nizami Gəncəvi əsərlərinin tərcüməçisi kimi tanınan şair Olimcan Buriyev dahi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsəri tərcüməsini həyata keçirmişdir. O, uzun müddət apardığı gərgin iş nəticəsində orjinaldan özbək dilinə Nizami Gəncəvinin beş əsərini – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” əsərlərini daxil edərək tərcümə etmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Səfirlik və onun nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə “Nizami Gəncəvi: Xəmsə” adlı kitabı özbək dilində Daşkənddəki “İstiqlol nuri” nəşriyyatında çap edilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur. Ön sözdə qeyd edilir ki, Azərbaycanın qədim Gəncə şəhərində anadan olan dahi şair Nizami Gəncəvi öz qüdrəti ilə nəinki Azərbaycanda, Şərqdə və Qərbdə nəhəng söz ustadına çevrilmiş və onun yaratdığı beş əsər dünya ədəbiyyatının inciləri sırasına daxil olmuşdur.
O.Buriyev kitaba yazdığı “Epiloq”da vurğulayır ki, söz, sənət beşiyi olan qədim Arran eli – Azərbaycan nəhəng ustadlar yetişdirmişdir. Onlardan öz yaradıcılığı ilə ən parlaq və təkrarsız incilər yaradan dahi Nizamidir.
Tərcüməçi “epiloq” da qeyd edir ki, kitabı qardaş Azərbaycanın və vətəni olan Özbəkistanın dövlət müstəqilliyinin 25 illik yubileyinə həsr edir. Kitabın sonunda üz qabığında Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsinin fotoşəkli öz əksini tapmışdır.
Qeyd edək ki, O.Buriyevin “Nizami Gəncəvi: Xəmsə” adlı özbək dilində kitabı Özbəkistanın elmi və tədris müəssisələrinə, habelə Özbəkistan kitabxanalarına paylanması nəzərdə tutulmuşdur.
19. Nizami Gəncəvi “Sirlər xəzinəsi” kitabı özbək dilində.
Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın dahi şairi, söz ustadı Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Maxzan ul-asror” adlanan kitab “Kamalak” nəşriyyatında çap olunub.
“Sirlər xəzinəsi” əsərini orjinaldan Özbək dilinə Özbəkistanın xalq şairi Camal Kamal özbək dilinə çevirib. Kitabın redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.
Kitabda Camal Kamal Azərbaycan ədəbiyyatını Şərqin ən zəngin, ən möhtəşəm ədəbiyyatı adlandırıb, qeyd edib ki, məhz dünya ədəbiyyatının nümayəndələri həmişə Nizamidən, Füzulidən və b. simalardan ilham alıblar.
“Sirlər xəzinəsi” Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsidir. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. “Sirlər Xəzinəsi” zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir.
Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin əfvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və peyğəmbərə də böyük ideallar naminə müraciət edir, qədim düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk illərinin həyatını qaytarmağa çağırır.
18. Daşkənddə “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab.
2016-cı ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab çap olunmuşdur. Kitabın tərtibçisi filologiya elmləri doktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllimi Saodat Muhammadovadır.
Nəşrin əsas məqsədi – müasir özbək və azərbaycan poeziyasının xüsusiyyətləri ilə elmi içtimayyəti tanış etməkdir. Nəşrdə özbək, azərbaycan alimlərinin məqalələri yer almışdir.
Kitabın ön sözündə Özbəkistan və Azərbaycan xalqlarının müasir şairlərinin ədəbi əlaqəlarindən bəhs edilir. Bu elmi – populyar nəşr aparılan tadqiqat işlərinin nəticəsidir, nəşrdə müasir özbək və azərbaycan poeziyasının xüsusiyyətlərini əks edildiyi qeyd olunur.
Nəşrdə özbək və azərbaycan alimlərinin poeziyaları haqqında məqalələri toplanıb. Bunlardan özbək alimləri Marğuba Mirqasımova, Saodat Muxammedova, Nəsibə Cumaniyazova, Nafosat Urakova və azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Əzim qızı Həşimovanın özbək, azərbaycan və rus dillərində məqalələri verilmişdir.
Nəşrin əsas üstünlüyü də azərbaycan şairlərinin şerləri özbək dilində, özbək şairlərinin şerləri isə azərbaycan dilində tərcümə edilərək verilməsidir.
İlk dəfə olaraq müasir özbək şairlərindən Çulpan, İqbal Mirzo, Qayrat Macid, Utkir Xıdırov, Malika Səlimovanın şerləri azərbaycan dilinə tərcümə olunmuş, müasir azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Qulu Ağsəs, Xanım İsmayıl qızı, Afaq Şıxlı, Elçin İskəndərzadə, Elçin Mirzəbəyli, Firuz Mustafa, İbrahim İlyaslı, Maarif Soltan, Ağamehdi Mehdəliyev, Əli Əmirov və digər şairlərin lirik şerləri nəşr olunmuş, şairlərin poetik, fəlsəfi duyğuları, lirik ifadələri öz əksini tapmışdır.
“Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitab filoloqlara, elm xadimlərinə və iki qardaş dövlətin ədəbiyyatsevərləri üçün faydalı mənbədir.
17. Anarın “Mən, sən, o və telefon” adlı kitabı özbək dilində.
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki “Davr press” nəşriyyat evində Azərbaycanın Xalq Yazıçısı Anarın “Mən, sən, o və telefon” adlı kitabı özbək dilində çap edilib.
“Dünya ədəbiyyatı xəzinəsi” seriyasında çap olunan kitabın tərcüməçisi tanınmış tərcüməçi Usman Kuçkar, məsləhətçisi AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir. “Ön söz”ün müəllifi AMM-in direktoru Samir Abbasovdur.
Kitaba yazıçının “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Dədə Qorqud” və digər əsərləri salınıb.
Kitabda Anarın həyat və yaradıcılığı haqqında məlumat verilir, yazıçının yaradıcılığı haqqında görkəmli yazıçı və şairlərin fikirləri çap olunur. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anarın yaradıcılığı haqqında fikirləri də yer alıb.
Kitabdakı “Ön söz”ün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
16. “Карабах: война идей” kitabı rus dilində.
2016-cı ildə Özbək təhqiqatçısı Şuxrat Salamovun “Карабах: война идей” (“Qarabağ: ideyaların müharibəsi”) kitabı Tbilisidə “Universal” nəşriyyatında çap olunub.
Müəllif kitabdakı materiallara və mənbələrə çıxış, habelə akademik dəstəyə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Kitabda təkcə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, ermənilərin zaman-zaman bu münaqişəyə necə hazırlaşdıqları, müharibə ideyasının necə təbliğ etdikləri barədə məlumatlar əksini tapıb. Kitab həm dərslik, həm də tədqiqatçılar üçün zəngin məlumat mənbəyidir.
Nəşrdə erməni millətçilərinin zaman-zaman Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif cinayətlər, qırğınlar, terror aktlarının törətməsi, soyqırımlar həyata keçirməsi haqqında məlumat verilir.
Bu kitabda erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb”
Qeyd olunur ki, Ermənilərin ideyaları, tarixi saxtakarlıqları yeni-yeni münaqişələrə yol açır. Kitabda vurğulanır ki, erməni millətçilərinin müharibə ideologiyasının bəşəriyyət üçün təhlükəlidir. “Bu gün müharibə ideologiyası ilə yanaşı, sülh, mədəniyyətlərarası dialoq ideologiyası da var. Azərbaycan bu gün multikulturalizm ideologiyasını təbliğ edir, özünün sülhsevərliyini nümayiş etdirir.
15. “Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана” adlı iki dilli (özbək və rus) kitab
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана” adlı iki dilli (özbək və rus) kitab nəşr olunmuşdur. Kitab Daşkənddəki “Kamalak-PRESS” nəşriyyatında çap edilib.
Sözügedən nəşr özbək dilində ilk layihədir ki, Azərbaycan mədəni irsinə dair məlumatları özündə əks etdirir. Kitabda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan “YUNESKO-nun “Qeyri-maddi mədəni irs siyahısı”na daxil edilmiş mədəni irs elementləri, milli musiqi alətləri haqqında, habelə Azərbaycan Milli Kulinariya Mərkəzinin məlumatlarından istifadə edilib.
“Azərbaycanın mədəni irsi” adlı kitabda Azərbaycan xalça, muğam və aşıq sənəti, Novruz bayramı, kəlağayılar, Lahıc – misgərlik sənəti, Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, milli musiqi alətlərimiz, milli kulinariyamızın nümunələri geniş olaraq öz əksini tapmışdır. Nəşrdə Azərbaycan xalq rəqsləri – “Köçəri”, “Yallı”, “Uzundərə”, “Turacı”, “Nəlbəki” və digər rəqslərimiz haqqında məlumatlar da geniş işıqlandırılmışdır.
Kitabda milli musiqi alətləri “Balaban”, “Kamança”, “Qaval”, “Ney”, “Ud”, “Tulum”, “Tütək”, “Rübab” və s. haqqında geniş məlumat verilib, Azərbaycan mətbəxinin əvəzsiz yeməkləri – müxtəlif növ dolmalar, plovlar, kəbablar, “piti”, “lavaş” və şirniyyatlarımız, onların şəkilləri, hazırlanma metodları, xalqımıza aid olduğunu təsdiq edən faktlar, məlumatlar öz əksini tapmışdır.
Nəşrin reallaşdırılmasında əsas məqsəd Azərbaycan mədəniyyətinin, mədəni irsinin saxtalaşdırılması, mənimsənilməsinin qarşısını almaq və bu barədə dünya ictimaiyyətinə obyektiv məlumatların çatdırılmasıdır.
Kitabın redaktoru və tərcüməsini tanınmış Özbək alim Usman Kuçkar həyata keçirmişdir. “Ön söz”ün müəllifləri Azərbaycanınn Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
“Ön söz”də Azərbaycan ərazisinin bəşər sivilizasiyasının ilk meydana gəldiyi məkanlardan olduğu və burada yaşamış insanların çox böyük və dəyərli maddi mədəniyyət nümunələri yaratdığı qeyd olunur.
Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi, mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələrin həyata keçirildiyi və bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanır. Qeyd olunur ki, məhz Heydər Əliyev Fondunun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanır, dünyada geniş təbliğ olunur və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.
Nəşrdə Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkənin mədəni irsinə, mədəniyyət abidələrinə çox böyük ziyan dəydiyi, açıq səma altında muzey olan Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi – Şuşa şəhərində və digər ərazilərdə xalqımıza məxsus maddi mədəniyyət nümunələrinin talan və məhv edilməsi yazılır.
Dağlıq Qarabağ və ona heç bir aidiyyatı olmayan 7 rayonda 13 dünya, 292 ölkə əhəmiyyətli abidə, muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi – tarixi və mədəniyyət nümunələrini yerlə-yeksan edilməsinin beynəlxalq təşkilatların rəsmi sənədlərində də öz əksini tapdığı, Azərbaycanın Ağdam şəhərindəki dünyada yeganə hesab olunan “Çörək muzeyi”, 13 mindən artıq nadir eksponatlı Kəlbəcər və Laçın şəhər tarix-diyarşünaslıq muzeylərinin darmadağın edildiyi “Ön sözdə” xüsusi vurğulanır.
Qeyd edilir ki, oxuculara təqdim olunan bu kitabda tarixi abidələrimizlə yanaşı, ilk dəfə olaraq Azərbaycan musiqi alətləri haqqında məlumat verilir. Nəşrdə musiqi tariximizdə ifa olunan, hazırda geniş istifadə olunmayan musiqi alətlərinə dair məlumatlar da yer almışdır.
“Ozarbayjoning madaniy merosi: Культурное наследие Азербайджана” adlı kitab həm Özbəkistanda, həm də dünyada maraqlananlara Azərbaycan mədəni və qeyri-maddi irs nümunələri haqqında məlumat və biliklər əldə etməyə yardımçı olacaqdır.
14. “Туркестан и Южный Кавказ ХIХ – ХХ в.в. Дашнаки от Ферганы до Карабаха” (Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək)- Şuxrat Salamov
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap edilmişdir.
Kitabda “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabında Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs olunur, ermənilərin bu ölkəyə qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir. Həmçinin tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradıldığı vurğulanır.
Ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir.
Kitab mütəxəssislər üçün hazırlanmışdır – tarixçilər və təbii ki, Özbəkistan və Cənubi Qafqaz tarixinin problemləri ilə maraqlanan geniş oxucu kütləsi.
13. “Озарбайжон – Oловлар Юрти. Азербайджан – Страна Огней“ (Azərbaycan – alovlar yurdu ölkəsi)
“Ozarbaigon – Olovlar Yurti” Kitabı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində, Özbəkistan mətbuatında 2014-2015-ci illərə aid məqalələr dərc edilmişdir. Məqalələrdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri və iqtisadiyyatı öz əksini tapmışdır.
Materiallar geniş yayılması üçün toplanır və sistemləşdirilir. Kitabın məzmunu oxucularda böyük maraq oyatmışdır.
Qeyd edək ki, məqalələr nominasiya üzrə qruplaşdırılmışdır. Kitabın məzmunu görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş məqalə ilə açılır.
Kitab geniş oxucu kütləsinə tövsiyə olunur.
12. “Низомий Ганджавий” – (Nizami Gəncəvi ) Natan Mallayev
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Natan Muradoviç Mallayevin əsəri, 12-ci əsr Azərbaycan şairləri arasında möhtəşəmliyi ilə yüksək zirvədə dayanan və dünya poeziyasının aparıcı simalarından biri olan İlyas Yusif oğlu Nizami Gəncəvi (1141-1203) həyat və yaradıcılığına həsr edilmişdir.
Böyük Azərbaycan şairi Gəncəvi ləqəbi ilə Gəncə şəhərində anadan olub, yaşayıb və doğma şəhərdə dünyasını dəyişib.
Şair həyat boyu şeir və elmlə məşğul olmuşdur. Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır.
Müəllif qeyd edir ki, dahi Nizami Gəncəvinin əsəri bu gün oxucuların böyük marağına səbəb olur, çünki onun əsərləri milliyyətindən asılı olmayaraq hər bir insan üçün yaxın və başa düşüləndir.
Kitab geniş oxucu kütləsi üçün hazırlanmışdır.
Əsər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində çap olunmuşdur.
11. “Малика ва Жодхур” (Malika və cadugər) Yunus Oğuz kitabı Özbək dilində
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə 2015-ci il noyabrın 13-də Əlişir Nəvai adına Milli Kitabxanada yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çapdan çıxan “Şah arvadı və cadugər” romanının təqdimatı keçirilmişdir.
Əsəri orjinaldan özbək dilinə şair və tərcüməçi Usman Kuçkar çevirib.
“Əmir Teymur” romanından sonra bu əsər Yunus Oğuzun özbək dilində çap olunan ikinci əsəridir.
“Şah arvadı və cadugər” adlanan əsərdə Azərbaycan tarixinin maraqlı dövrünə işıq tutan tarixi romandır və əsərdə əsasən Şah Abbasın anası Xeyranisə xanımdan söhbət açılır.
Romanda demək olar ki, bütün əsas məsələlər bu obrazın ətrafında cərəyan edir. Romanda XVI əsrin keşməkeşli hadisələrindən bəhs edilir.
10. “Муъжизавий Нафталан: Озарбойжон” (Müalicəvi Naftalan: Azərbaycan)
2015-ci ilin 30 mart tarixində Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda Azərbaycanın Naftalan:müalicə-istirahət mərkəzi haqqında “Муъжизавий Нафталан: Озарбойжон” adlı məlumat nəşri hazırlanmışdır. Məlumat nəşri iki dildə – özbək və rus dillərindədir.
Nəşrin hazırlanmasında əsas məqsəd Azərbaycanın turizm resurslarının təbliği və Naftalana maraq göstərən, habelə burada müalicə almaq istəyən Özbək turistlərini informasiya dəstəyi göstərməkdir.
Kitabda ilkin olaraq Azərbaycanın qərbində yerləşən Naftalan şəhəri haqqında məlumat verilir, öz möcüzəsi və şəfası ilə bütün dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xarakteristikası, burada yaradılmış və müasir standartlara cavab verən şərait, otel, sanatoriyaların xidmətləri geniş işıqlandırlır.
İlk dəfə olaraq məlumat nəşrində maraqlananlar Naftalan şəhərində fəaliyyət göstərən otellər, buradakı xidmətlər, qiymətlər barədə məlumat əldə edə bilərlər.
9. Azərbaycanlı gənc yazar Pərvin Nurəliyevanın “Qar yağacaq” hekayələr kitabı Özbək dilində
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın gənc yazarı Pərvin Nurəliyevanın “Qar yağacaq” adlı hekayələr kitabı Özbək dilinə tərcümə edilərək nəşr olunmuşdur.
Kitabın tərcüməçisi tanınmış alim Babaxan Məhəmməd Şərifdir və kitab Daşkənddəki “Extremum Press” nəşriyyatında çap olunmuşdur. Kitaba yazılmış ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır.
P. Nurəliyevanın “Qar yağacaq” adlı hekayələr kitabında “Şirinlik”, “Sevimli. nəfis. mən. ”, “Fiona”, “Samir üçün” və s. hekayələr, habelə “Balerina” kinohissə yer almışdır.
Kitabın sonunda alim, tərcüməçi Babaxan Şərif “Pərvin – Azərbaycan ədəbiyyatının ümidi” adlı məqaləsi verilmişdir.
O, Sovet dövrü Azərbaycan ədəbiyyatına nəzər salır, gənc yazarlar arasında XXI əsrin yeni istedadlı nəslinin yetişdiyini qeyd edir.
8. “XX əsr Azərbaycan şeiriyyəti antologiyası” kitabı
2014-cü il 12 fevral tarixində Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan ədəbiyyatı şeiyyəi antologiyası” kitabının təqdimatı keçirilmişdir.
7. «Умрдан узун кеча» (Ömürdən uzun gecə)
Özbək tərcüməçi-jurnalist Rüstəm Cabbarovun “Ömürdən uzun gecə” Azərbaycan yazıçılarının hekayələri” kitabı çap olunmuş və Özbəkistan Milli Kitabxanasında təqdimatı keçirilmişdir. Kitabda müasir Azərbaycan yazıçıları (Anar, Sabir Rüstəmxanlı, Vaqif Soltanlı, Ulvi Bünyadzadə, İlqar Fəxmi, Elçin Hüseynbəyli və s. ) öz əksini tapmışdır.
6. “Узбекско-Азербайджанского и Азербайджано-Узбекского разговорник” (Özbək-Azərbaycan və Azərbaycan-Özbək danışıq kitabçası )
“Özbək-Azərbaycan, Azərbaycan-Özbək danışıq kitabçası” 2014-cü ildə çap olunmuş və Özbəkistan Milli Kitabxanasında təqdimatı keçirilmişdir. Kitab hər iki dili öyrənmək istəyən və danışıqda gündəlik həyatda istifadə etmək üçün əla vasitədir.
5. «Тема Азербайджана в средствах массовой информации Узбекистана» (Özbəkistan kütləvi informasiya vasitələrində Azərbaycan aid məqalələr)
Тема Азербайджана в средствах массовой информации Узбекистана» kitabı çap olunmuş və ictimaiyyətə təqdim olunmuşdur.
Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək mətbuatında Azərbaycan mövzusunu maksimum işıqlandırmaq və təbliğ etmək məqsədi ilə hər il “İlin ən yaxşı məqalə müsabiqəsi” elan olunur və mükafata layiq görülən məqalələr toplu halında qeyd olunan kitabda nəşr olunur.
Kitabda materiallar özbək və rus dillərində verilmişdir. Kitabda Azərbaycan, onun dövlətçiliyi, tarixi, mədəniyyəti haqqında çoxsaylı məqalələr əks olunmuşdur.
4. “Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda” kitabçası
İki dildə (Özbək və Azərbaycan) dilində çap olunan nəşrdə Azərbaycan, onun zəngin mədəniyyəti, təbiəti, görməli yerləri haqqında məlumat verilir. Kitabçada ayrıca bölmə olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında materiallar verilmişdir.
Kitabçada Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələr geniş işıqlandırılmış, Mərkəzin nəzdindəki muzeylər, kitabxana, dərnək və kurslar haqqında geniş məlumatlar öz əksini tapmışdır.
İki ölkə arasında tarixən mövcud olan münasibətlər, mədəni-ədəbi əlaqələr, qarşılıqlı səfərlər də geniş işıqlandırılmışdır.
3. “Калб гавхари“ (Qəlb gövhəri) -Məhəmməd Fizuli
Azərbaycan və Özbək xalqlarının ədəbi əlaqələrində tarixən bağlılığ özünü göstərmişdir, Şair və yazıçılarımız hər zaman bir-birlərindən ilham almışdırlar. İki qardaş xalqlarımız arasında daha da yaxınlaşma və qarşılıqlı anlaşma məqsədi ilə böyük Fizulinin (1494-1556) əsərləri toplusu Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında özbək dilinə tərcümə edilmişdir. Məqsəd Fizuli yaradıcılığını özbək oxucusuna öz doğma dillərində çatdırmaqdır.
ВYaxın şərqin ən böyük lirik Azərbaycanlı şair və mütəfəkkir, dünya sənətinin aparıcı sənətkarlarından biri Məhəmməd Süleyman oğlu Fizuli 1494-cü ildə anadan olub. Fizuli Azərbaycan ədəbiyyatında misilsiz lirik poeziyanın ustasıdır. Şairin qələmə aldığı azərbaycanca, farsca, ərəbcə “Divan”ı, Böyük “Leyli və Məcnun” aşiqanə romantik poeması, “Bəngü Badə”, “Həft cam”(Yeddi cam) alleqorik poemaları, “Şikayətnamə”də daxil olmaqla məktubları, “Səhhət və Mərəz”, “Rindü Zahid” adlı alleqorik, ictimai-fəlsəfi nəsr əsərləri, “Hədiqətüs-sühəda” kimi türkcə nəsr əsəri, “Hədisi-ərbəin” tərcüməsi, “Mətləül-etiqad” kimi yazılmış elmi-fəlsəfi əsəri daxildir.
Fizulinin qəzəlləri, dastanları, rübailəri, hikmətləri – əsrlər boyu tükənməyən bədii gücünü və sehrli cazibəsini saxlayan, zehinləri fəth edən və qəlbləri həyəcanlandıran lirika inciləridir.
Bu kitab geniş oxucu kütləsi üçün təqdim olunur.
2. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” (“Maxzan-ul Asror”)
(2013) Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə Özbəkistanda Nizami Gəncəvinin “Sirlər xəzinəsi” (“Maxzan-ul Asror”) əsəri özbək dilinə tərcümə edilmişdir.
Tərcüməçi, alim Olimcan Buriyev tərəfindən özbək dilinə tərcümə olunan kitab Daşkənddəki Əlişir Nəvai adına Ədəbiyyat Muzeyində çap olunmuşdur.
Kitaba “Ön söz”ün müəllifi akademik Əziz Kayumov, təzkirəçi professor Xamidcan Xamididir.
1. Yunus Oğuzun “Əmir Teymur” kitabı
(2014) Kitaba yazıçının Teymurləng haqqında iki romanı – “Zirvəyə doğru” və “Dünyanın hakimi” daxildir.
Kitabı özbək dilinə Özbəkistan oxucusunu Azərbaycan yazıçılarının bir çox əsərləri ilə tanış edən tanış edən tanınmış özbək yazıçı Usman Kuçkar tərcümə edib.
Kitabın özbək dilində tərcüməsini təşkil edən və rəyçi Qulu Kəngərlidir. Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə “Əmir Teymur” kitabının geniş təqdimatl keçirilmişdir.
Kitabın Yazıçının bu əsərləri bundan əvvəl rus, türk və qazax dillərinə də tərcümə olunub. Eyni zamanda, Moskvada da rus dilində böyük tirajla nəşr olunaraq populyarlıq qazanıb.
Azərbaycanlı alimin “Türk xalqları ədəbiyyatı” kitabı özbək dilində
ADPU-nun professoru Elman Quliyevin Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə özbək dilinə tərcümə edilmiş “Türk xalqları ədəbiyyatı” kitabı VIII Bakı Beynəlxalq Kitab Sərgisində təqdim edilib.
Tədbiri AMM-nin direktoru Samir Abbasov açaraq Azərbaycan klassik ədəbiyyatının özbək dilinə tərcüməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, son illərdə AMM-nin layihəsi ilə 100-dən çox nəşr özbək dilində nəşr işıq üzü görüb. Samir Abbasov professor Elman Quliyevin özbək dilinə tərcümə edilmiş “Türk xalqları ədəbiyyatı” adlı tədqiqat əsərinin əhəmiyyətindən danışaraq, nəşrin özbək tədqiqatçılar, habelə qardaş ölkədə fəaliyyət göstərən universitetlərin müvafiq fakültələrində əlavə dərs vəsaiti kimi faydalı olacağını vurğulayıb.
Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru Obijon Shofiyev, özbək şairə, “Kitob dunyosi” qəzetinin baş redaktoru Xosiyət Rüstəm nəşrin tədqiqat üçün maraqlı mənbə olduğunu və türkdilli ölkələrdə yayılmasının vacibliyini qeyd ediblər.
Professorlar Yaqub Babayev, Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, yazıçı-publisist Nurəddin Ədiloğlu kitabın özbək dilində nəşrinin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, kitab Özbəkistanın Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin qərarı ilə əlavə dərs vəsaiti kimi tövsiyə edilib.
Sonda müəllif Elman Quliyev türk xalqları ədəbiyyatının öyrənilməsindən danışaraq, nəşrin Azərbaycan-özbək elmi-mədəni əlaqələrinə də töhfə olacağını deyib. Müəllif kitabın özbək dilində nəşrinə görə Heydər Əliyev adına AMM-yə minnətdarlığını bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.