Press "Enter" to skip to content

Qulu Məhərrəmli kafedra müdiri oldu – FOTO

Media problemləri, o cümlədən teleradio jurnalistikası üzrə nüfuzlu mütəxəssis kimi tanınan prof. Q.Məhərrəmli 40-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. Onun “Jurnalistikanın əsasları”, “Radio dalğalarında”, “Danışır Təbriz”, “Mediada debatlar”, “Jurnalistika terminləri”, “Azərbaycan dilinin frazelogiya lüğəti”, “Yeni alınma sözlər”, “Gələcəyə ön söz” əsərləri xüsusi fərqləndirilir. Əsərləri ingilis, alman, rus, koreya, fars və çex dillərində çap edilib.

Qulu Məhərrəmli kafedra müdiri oldu – FOTO

Redaktor.az xəbər verir ki, Q.Məhərrəmli bundan sonra fakültənin “Multimedia və elektron kommunikasiya” (əvvəlki “Televiziya və radio jurnalistikası”) kafedrasına rəhbərlik edəcək. Professor 24 ildir ki, həmin kafedrada çalışır.

Qulu Məhərrəmli təkcə məşhur televiziya aparıcısı, “7 gün”, “Təfsilat”, “Gerçəklik”, “Səhər” (AzTV), “Dost məclisi”, “Gündəm” (Xəzər TV), “Mətbuat aynasında” (GünAz TV) kimi parlaq televerilişlərin yaradıcısı və müəllifi deyil, həm də jurnalistika elmi və dilçilik sahəsində tanınmış alimdir. Bakı Dövlət Universitetinin məzunu olan Q.Məhərrəmli 1978-ci ildə Azərbaycan televiziyasının “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. 1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxan Q.Məhərrəmli daha çox 1993-95-ci illərdə apardığı “7 gün” analitik informasiya proqramı ilə tanınınıb, obyektivliyi və qərəzsizliyi,hadisələrə vicdanlı münasibəti və yüksək peşəkarlığı ilə fərqlənib. Mükəmməl analitik veriliş formatı olan “7 gün” teleməkanımızda jurnalistikanın yeni prinsiplərinin təsdiqində həlledici rol oynayıb.

1995-ci ildə Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunmuş Q.Məhərrəmli, eyn zamanda qısa müddətdə “Xəbərlər” baş redaksiyasına rəhbərlik edib. O, həmin illərdə dövlət başçısını xarici səfərlərdə müşayiət edib, bu səfərlər haqında silsilə verilişlər hazırlayıb. Q.Məhərrəmlinin yaratdığı və 12 il rəhbərlik etdiyi “Səhər” musiqi-informasiya proqramı 25 ildən çoxdur ki, teleməkanımızın ən populyar verilişlərindən biri olaraq qalır.

1982-ci ildən elmi, 1991-ci ildən isə pedaqoji fəaliyyətə başlamış Q.Məhərrəmli 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Müstəqillik dövründə jurnalistika ixtisası üzrə üzrə ilk elmlər doktoru olan Q.Məhərrəmlinin elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, bu sahənin aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur. 1998-ci ildə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasında baş müəllim vəzifəsinə qəbul edilib, 2000-ci ildən baş müəllim, 2002-ci ildən dosent, 2006-cı ildən professordur. 2006-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2014-16-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunda Monitorinq şöbəsinə rəhbərlik edib. Dəfələrlə xarici ölkələrdə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil edib.

Media problemləri, o cümlədən teleradio jurnalistikası üzrə nüfuzlu mütəxəssis kimi tanınan prof. Q.Məhərrəmli 40-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. Onun “Jurnalistikanın əsasları”, “Radio dalğalarında”, “Danışır Təbriz”, “Mediada debatlar”, “Jurnalistika terminləri”, “Azərbaycan dilinin frazelogiya lüğəti”, “Yeni alınma sözlər”, “Gələcəyə ön söz” əsərləri xüsusi fərqləndirilir. Əsərləri ingilis, alman, rus, koreya, fars və çex dillərində çap edilib.

Qulu Məhərrəmli kafedra müdiri oldu – FOTO

Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri vəzifəsinə seçilib.

Modern.az xəbər verir ki, Q.Məhərrəmli bundan sonra fakültənin “Multimedia və elektron kommunikasiya” (əvvəlki “Televiziya və radio jurnalistikası”) kafedrasına rəhbərlik edəcək. Professor 24 ildir ki, həmin kafedrada çalışır.

Qulu Məhərrəmli təkcə məşhur televiziya aparıcısı, “7 gün”, “Təfsilat”, “Gerçəklik”, “Səhər” (AzTV), “Dost məclisi”, “Gündəm” (Xəzər TV), “Mətbuat aynasında” (GünAz TV) kimi parlaq televerilişlərin yaradıcısı və müəllifi deyil, həm də jurnalistika elmi və dilçilik sahəsində tanınmış alimdir. Bakı Dövlət Universitetinin məzunu olan Q.Məhərrəmli 1978-ci ildə Azərbaycan Televiziyasının “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. 1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxan Q.Məhərrəmli daha çox 1993-1995-ci illərdə apardığı “7 gün” analitik informasiya proqramı ilə tanınıb, obyektivliyi və qərəzsizliyi, hadisələrə vicdanlı münasibəti və yüksək peşəkarlığı ilə fərqlənib. Mükəmməl analitik veriliş formatı olan “7 gün” teleməkanımızda jurnalistikanın yeni prinsiplərinin təsdiqində həlledici rol oynayıb.

1995-ci ildə Azərbaycan Televiziyasının ilk siyasi icmalçısı təyin olunmuş Q.Məhərrəmli, eyni zamanda qısa müddətdə “Xəbərlər” baş redaksiyasına rəhbərlik edib. O, həmin illərdə dövlət başçısını xarici səfərlərdə müşayiət edib, bu səfərlər haqqında silsilə verilişlər hazırlayıb. Q.Məhərrəmlinin yaratdığı və 12 il rəhbərlik etdiyi “Səhər” musiqi-informasiya proqramı 25 ildən çoxdur teleməkanımızın ən populyar verilişlərindən biri olaraq qalır.

1982-ci ildən elmi, 1991-ci ildən isə pedaqoji fəaliyyətə başlamış Q.Məhərrəmli 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Müstəqillik dövründə jurnalistika ixtisası üzrə ilk elmlər doktoru olan Q.Məhərrəmlinin elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, bu sahənin aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur. 1998-ci ildə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasında baş müəllim vəzifəsinə qəbul edilib, 2000-ci ildən baş müəllim, 2002-ci ildən dosent, 2006-cı ildən professordur. 2006-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunda Monitorinq şöbəsinə rəhbərlik edib. Dəfələrlə xarici ölkələrdə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil edib.

Media problemləri, o cümlədən teleradio jurnalistikası üzrə nüfuzlu mütəxəssis kimi tanınan professor Q.Məhərrəmli 40-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. Onun “Jurnalistikanın əsasları”, “Radio dalğalarında”, “Danışır Təbriz”, “Mediada debatlar”, “Jurnalistika terminləri”, “Azərbaycan dilinin frazeologiya lüğəti”, “Yeni alınma sözlər”, “Gələcəyə ön söz” əsərləri xüsusi fərqləndirilir. Əsərləri ingilis, alman, rus, koreya, fars və çex dillərində çap edilib.

Qulu məhərrəmli jurnalistikanın əsasları

Qulu Məhərrəmli yeni dərsliyini təqdim etdi

� BDU-nun jurnalistika fakultəsində tanınmış telejurnalist, filologiya elmlər doktoru professor Qulu Məhərrəmlinin �Jurnalistikanın əsasları� dərsliyinin yeni nəşrinin təqdimat mərasimi olub.

Təqdimat mərasimini giriş sözü ilə açmış fakultənin dekanı, professor Şamil Vəliyev medianın ictimai həyata və insanların şüuruna təsirinin artdığı bir vaxtda jurnalistikanın mahiyyətinin dürüst dərk olunmasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Bu baxımdan təqdim edilən dərslik jurnalistika ilə bağlı zəngin təməl biliklər verir, onun missiyası, mahiyyəti, vəzifələri və prinsipləri haqqında dolğun təsəvvür yaradır. Müasir jurnalistikamızın parlaq simalarından olan Q.Məhərrəmlinin qələmindən çıxmış bu dərsliyin tələbələrimiz üçün faydalı vəsait olacağına inanırıq.

Televiziya və radio jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimli dərsliyin müasir jurnalistika təcrübəsi əsasında yazıldığını və yüksək Qərb standartlarına uyğun olduğunu vurğulamışdır. O, dərsliyin ikinci nəşrinin də populyarlıq qazanmasını materiallarn strukturu, mövzuların aktuallığı və anlaşıqlı dillə çatdırması, həmçinin müəllifin zəngin jurnalistika təcrübəsi ilə izah � etmişdir.

Daha sonra çıxış edən professor Yalçın Əlizadə, professor Nəsir Əhmədli və dosent Sevinc Əliyeva qeyd etmişlər ki, təməl bilgilər olmadan, yəni jurnalistikanın əlifbasını � qayda və prinsiplərini mənimsəmədən bu sahədə ciddi uğur qazanmaq çətindir. Ona görə də professor Q.Məhərrəmli dərslik üzərində işləyərkən, könlünü jurnalist adlanan peşəyə verənləri bu qaydalarla dərindən tanış etmiş, bir yaradıcılıq sahəsi kimi medianın dolğun mənzərəsini yaratmışdır.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin layihəsi olan �Jurnalistikanın əsasları� dərsliyi ilk dəfə dörd il əvvəl �Elm və təhsil� nəşriyyatında çap olunmuş, ötən ilin sonunda isə �Qanun� nəşriyyatında kütləvi tirajla işıq üzü görmüşdür. Müəllif yeni nəşrdə bəzi bölmələri yenidən işləmiş, zəruri əlavələr etmiş, faktik materialların əksəriyyətini təzələmiş, dünya jurnalistikasında gedən müasir meyilləri əhatə etməyə çalışmışdır.

Sadıqlı Nərmin

525-ci qəzet.- 2013.- 1 may.- S. 2.

Comments are closed, but trackbacks and pingbacks are open.