Press "Enter" to skip to content

MEDİA HAQQINDA” QANUNDA DÖVRÜN TƏLƏBLƏRİ NƏZƏRƏ ALINIB. – Professor Qulu Məhərrəmli

funksiyası prosesini, aktual hadisələrin

TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari

1.4 Televiziya obrazları televiziya təhlilinin əsas obyekti kimi.

1.6 Televiziya yayımı işində gerçək şouların yeri və onların

Televiziyanın bədii və yaradıcı istiqamətləri təhlil

metodologiyasının əsas istiqaməti kimi

2.1 Ekran yaradıcılığı və ifadə vasitələri

2.2 Kadrın plastik ifadəliliyi televiziyanın bədii ifadə vasitələrinin

təhlil metodologiyasında başlıca istiqamət kimi

2.3 Televiziyanın bədii ifadə vasitələrinin təhlil metodologiyası:

2.4 Televiziya aparıcısının yaradıcı fəaliyyətinin əsasları

2.5 Televiziya aparıcısının sənətkarlıq göstəricilərinin təhlil

2.6 Televiziya verilişlərinin yaradıcı meyarları

Televiziyanın ictimai funksiyaları televiziya təhlilinin başlıca

istiqaməti kimi

3.1 İnformasiya proqramlarının xüsusiyyəti

3.2 Azərbaycan televiziyalarında informasiya proqramlarına

3.3 Azərbaycan teleməkanında xəbər proqramları

3.5 İnteqrativ funksiya

3.6 Tədris funksiyasının televiziyada yeri və əhəmiyyəti

3.7 Televiziya rekreativ işin təşkilatçısı kimi

Televiziya təhlilinin sosioloji-kulturoloji əsasları

4.1 Televiziyanın sosial funksiyalarının ictimai şüura

4.2 İnformasiyanın cəmiyyətdə yeri.

4.3 Azərbaycan televiziyasında infoteynment

4.5 Televiziyanın yeni nəslə təsir imkanlarının təhlili

4.6 Teleyayımda manipulyasiya və onun təsir mexanizmləri

4.7 Manipulyasiya texnologiyalarının televiziya yayımında

yeri və onun ictimai şüura təsiri

4.8 Rekreativ fəaliyyətin nəzəri əsasları

4.9 Rekreativ əhəmiyyət daşıyan yayımın

4.10 Televiziya reytinqlərinin hesablanması təhlil

metodologiyasının bir vasitəsi kimi.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Televiziya nəzəriyyəsi, onun struktur­məzmun modeli bu küt­

ləvi informasiya vasitəsinin üzə çıxması ilə sənətşünaslığın,

ek ranşünaslığın araşdırma hədəfinə çevrilmişdir. Bu nəzəri

ax tarışların modelləşməsinin müəyyən struktur üzərində qu­

rul maması ziddiyyətlərə, nəzəri sapmalara səbəb olurdu. Yalnız

va hid müəyyən olunmuş metodologiyanın ortaya çıxması sis­

temləşdirməyə xidmət edə bilərdi. Elmi işdə biz gəldiyimiz qə­

naətləri, çoxillik araşdırmanı və dünya elmində gedən prosesləri,

söylənilən nəzəri problemləri əsas götürərək telenəzəriyyənin

mo delini, təhlilin metodoloji əsaslarını yaratmağa çalışmışıq.

Te leviziya nəzəriyyəsinin obyekti və predmeti dəqiq müəyyən

olun maqla nəzəri araşdırmanın əsasında durmalıdır. Televizi­

ya nəzəriyyəsinin obyekti televiziyadır. Onun substansional,

ins titusional, struktur­funksional, qneseoloji­məzmunlu, də yər­

li­məzmunlu və morfoloji xüsusiyyətlərini birləşdirərək nə zə ri

araş dırmamızın predmeti kimi götürürük. Məsələyə bu cür yanaş­

manın əsasında televiziyanın hansısa keyfiyyətinin nəzərdən qaç­

maması, bir­birini tamamlayan, doğuran cəhətlərin tədqiqatdan

kənarda qalmaması durur. Televiziya canlı orqanizmdir, onun

tərkib hissələrini ayrıca, kənarda öyrənmək, hansısa başqa elmin

kontekstində izah tapmaq nəticəsiz işə çevrilə bilər. Televiziya bü­

töv şəkildə bir neçə elmi­nəzəri yanaşmanın metodoloji əsasları ilə

təhlil olunmalıdır və incəsənətin növü kimi bu, sənətşünaslığın,

onun bir istiqaməti olan televiziyaşünaslığın əsas elmi vəzifəsidir.

Televiziya nəzəriyyəsinin predmetini televiziyaya aid olan onun,

metodologiyası daxilində ümumi mövcud xüsusiyyətlər və

münasibətlər kateqoriyası təşkil edir. Predmetini tipik cəhətlər

­ onun durumu, inkişaf tendensiyası, insan və cəmiyyətlə

münasibətlər, xüsusi cəhətlər, yaradıcı axtarışlar təşkil edir. Bu

cəhətlər onun qanunları ilə sıx əlaqədə olmaqla elmin kateqorial

aparatına daxil olaraq anlayış, problem, konsepsiya, terminologiya

anlayışlarını ehtiva etməlidir. Təklif etdiyimiz model məzmunlu

şəkildə biliklərin mümkün tərəflərini əhatə etməli, obyektin

çoxcəhətliliyini əks etdirməlidir. Doğrudur, elmi axtarışların, elmi

məntiqin bütün suallarına cavab vermək, xüsusən də dinamik,

dəyişkən təbiətli televiziya və onun nəzəriyyəsi üçün mümkün­

süzdür. Bizim məqsədimiz televiziyaşünaslığın necə strukturlaş­

masını müəyyən etməkdir. Metodoloji və fərdi araşdırmamızda

əldə olunan qənaətlər yeni elmi araşdırmalara yol açacaqdır.

Digər tərəfdən televiziya nəzəriyyəsini əsas götürərək, digər

elmlərin nəzəri dərinliklərinə baş vurmayaraq, onların əsas el­

mi nəticələrinin bazasında araşdırma aparacağıq. Televiziya nə­

zəriyyəsinin təhlil metodologiyası digər sosial­humanitar elm lərin

metodologiyasına yaxındır. Ancaq onu fərqləndirən cə hət lərdən

bi ri onun araşdırılmasının daha geniş metodlar diapazonunda,

fənd, texniki vasitələrlə araşdırılması müstəvisində qurulması­

dır. Eyni zamanda, televiziya nəzəriyyəsi ayrıca, ümu mi elmi

mü hitdən kənarda mövcud ola bilməz. Elmi araşdırmaların yeni

nəticələri, cəmiyyətdə gedən proseslər, gerçəyi əks etdirən cəhətlər

bu nəzəriyyənin ümumi mənzərəsini təşkil etməli, onun təhlilində

iştirak etməlidir. Televiziya nəzəriyyəsini modelləşdirmək cəh­

dimizdə hərəkət edən elmin magistral isti qam ətlərindən yayınma­

dan, doqmalara söykənmədən dinamik ger çək liyin qavranılması­

nı əsas götürmüşük.

Təklif olunan modelin başlıca cəhəti kimi onun bütün tərkib

hissələrinin televiziya nəzəriyyəsinin predmetli­tematik məz mu­

nuna adekvatlığı, bu münasibətdə homogenliyi qeyd olunmalı­

dır. Televiziya nəzəriyyəsində digər elmlər nə qədər fəal iştirak

etsələr də, bu birbaşa sənətşünaslığın tərkib hissəsidir, elə bu

səbəbdən onu digər elmlərin yolu ilə izah etmək cəhdi qarışıqlıq

yarada bilər. Elmi araşdırmamızda təklif olunan metodologiya

məhz sənətşünaslığın prinsiplərinə söykənir. Televiziyaşünas­

lıq həm ictimai, həm də humanitar elmdir. Televiziya mətbuat

kimi sosial hadisə olaraq möv cuddur, eyni zamanda, mənəvi

tərəqqi işində yaradıcı­istehsal fəaliyyəti ilə bilgilərin, dəyərlərin

müəyyənləşməsi, görüşlərin biçimlənməsi işində insanın yardım­

çısı olur. Sosial və humanitar biliklərin əsasında görüşlər, metodi­

ka və təfəkkür sistemi yaranır. Onun predmetinə bütün elmlərdə

olduğu kimi ontologiyası (tədqiq olunan obyektin mahiyyəti, onun

yaranma qanunauyğun luqları, funksionallığı və inkişafı, tendensi­

yalar və proseslər, mövcudluq formaları) və qneseologiyası (ideya

və konsepsiya, onun öyrənilmə metodu və problemi, kateqoriya­

ları, terminoloji aparatı) kimi elementlər daxildir. Özünün pred­

met sahələri olan müxtəlifyönümlü nəzəriyyələrlə qarşılıqlı əlaqə

televiziyaşünaslığın mövcudluğunu, funksiyasını və inkişafını

göstərən ümumi kateqoriya izah aparatının yaranmasına imkan

Televiziya elminin predmeti və metodologiyasının müəyyən

edilməsi sənətşünaslığın başlıca elmi­nəzəri məsələsi kimi qarşıda

Televiziyanın ictimai­sosial mahiyyəti və əsas istiqamətləri

onun bir elm kimi öyrənilməsi işini qaçılmaz etdi. Aydındır ki,

nəzəriyyənin inkişafı televiziyanın yaradıcı qanunauyğunluqları­

nı analiz etməklə əldə olunan nəticələrin araşdırılması hesabına

mükəmməl bazanın yaradılması mümkün ola bilər. Eyni zaman­

da, televiziyanın özünün inkişafı müəyyən qanunauyğunluqlar­

la həyata keçirilməklə fundamental elmi araşdırmalara, gəlinmiş

elmi nəticələrə söykənməlidir.

Jurnalistika, sosiologiya, sosial psixologiya və sənətşünaslıq elmi­

nin nəzəriyyəçiləri televiziya nəzəriyyəsinin sərhədlərini, qanunla­

rını müəyyən ediblər. Burada yayımın uzunmüddətli öyrənilməsi

və sorğu­analizlər hesabına əldə olunan əsas elmi nəticələr baş­

lıca rol oynamaqdadır. Əsas meyar kimi televiziyanın fəaliyyəti

və onun cəmiyyətdə yerinin müəyyən olunması elmi yanaşmanı

hərəkətli, əhatəli, dəqiq nümunələr üzərində qurmağa imkan ve­

rir. Televiziya nəzəriyyəsi bu fəaliyyətin əhatəli öyrənilməsinə im­

kan verən ideyalar, biliklər sistemi formalaşdırmışdır.

Televiziya nəzəriyyəsinin empirik səviyyəsi materialların toplan­

ması, təcrübənin öyrənilməsi əsasında qurulmaqla təşkil olunur.

Nəzəriyyə səviyyəsi isə empirik göstəricilər əsasında televiziyanın

mahiyyəti, inkişaf meyilləri və qanunauyğunluqları əsasında təyin

olunur. Elmin dünyagörüşü və metodoloji səviyyəsi televiziyanın

sosial münasibətlərdə yerini təyin etməyə imkan verir, həmçinin

onun təsvir imkanlarını ölçməyə şərait yaradan sistemin formalaş­

masını asanlaşdırır. Eyni zamanda, televiziyanın fəlsəfi­kulturoloji

mahiyyətini açmağa, ümumi mədəniyyət sistemində yerini təyin

etməyə imkan verir. Televiziya nəzəriyyəsi elmi biliklər siste­

mi olmaqla mövcud materiallar əsasında gəlinmiş nəticə, nəzəri

ümumiləşdirmə, televiziyanın sosial və mədəni həyata təsirini

müəyyən edən qanunauyğunluqlardan ibarətdir.

Bu sahədə aparılan elmi araşdırmaları ümumiləşdirərək aşağı­

dakı elmi biliklərin televiziya nəzəriyyəsinə daxil olmasını vacib

­ Televiziyanın prinsip və funksiyaları;

­ Televiziya yayımının məzmun həlli, janr cəhətləri;

­ Televiziya yayımının bədii, ictimai, mədəni istiqamətləri;

­ Televiziyanın ictimai şüura, insanların davranışına, tərbiyəsinə

­ Televiziyanın digər sənət növləri, mədəniyyət hadisələri ilə

­ Yayımın keyfiyyətinin nəzarətdə saxlanılması, artırılması;

­ Auditoriya ilə əlaqənin əsas cəhətlərinin müəyyən olunması.

Bildiyimiz kimi, elm biliklər toplamaq fəaliyyətidir, faktların və

ideyaların yaranması, təsvir edilməsi, sistemləşdirilməsi, ümu ­

miləşdirilməsidir. Nəzəriyyə isə öz­özlüyündə bilikdir, lakin adi

biliklərdən daha yuxarıda, obyekti bütöv halda göstərməyə ça­

lışan, onun tərəfləri və digər obyektlərlə mövcud əlaqələrini mü­

əy yənləşdirən bilikdir. Elmi fəaliyyət məhz müəyyən biliklər

sis teminə yiyələndikdən sonra elmi araşdırmada yeni addımlar

at malı, gedən prosesin izahını verməklə, metodologiyasını ya­

ratmaqla yeni istiqamətləri müəyyən etməlidir. Bu mənada elmi

işimiz aparılan nəzəri tədqiqatların, praktik müşahidələrin, dün­

ya təcrübəsinin öyrənilməsi, müqayisəli təhlili əsasında yeni me­

todologiyanı təklif edir. Bu, metodologiyanın çoxtərəfli, televizi­

yanın təbiətindən irəli gələn sahələrinin elementlərini özündə əks

etdirməlidir. Tədqiqatımızda buna nail olmağa çalışmışıq.

Televiziya elminin vəzifə və metodlarına nəzər yetirək. Bu mə­

nada televiziyanın keçdiyi tarixi inkişaf yolu, onun mərhələləri,

keçmiş hadisələrin analizi, nəzəriyyəsi ­ bu günədək söylənən elmi

rəylər, konsepsiyalar, nəzəriyyələr və tənqidi ­ mövcud praktika­

nın operativ analizi, qiymətləndirilməsi olduqca vacibdir. Bütün

elmlər kimi televiziyaşünaslıqda da gerçək materialın sonadək

öyrənilməsi, qanunauyğunluqlar, prinsiplər, predmetli təcəssümü

mühüm yer tutur. Ona görə də televiziya nəzəriyyəsini ümumi

nəzəriyyəyə, xüsusi nəzəriyyəyə və empirik müşahidəyə bölmək

olar. Ümumi nəzəriyyə özündə baza doktrinasını, anlayış­kateqo­

riya aparatını birləşdirir. Anlayış­kateqoriya aparatı xüsusi nəzəri

və empirik tədqiqatlarda iştirak edir. Məhz bu, nəzəri­metodoloji

bazanı yaratmağa imkan verir. Xüsusi nəzəriyyə isə tədqiqat

sahəsinin aid olduğu elmə yaxın və onun mövcudluğunda iştirak

edən elmi biliklər, sahələr əsasında qurulur. Bu subelmlər sosial­

humanitar elm sahələrini əhatə edərək özünün məzmun və meto­

doloji elementləri ilə televiziya nəzəriyyəsinə daxil olur. Empirik

biliklər televiziya nəzəriyyəsində mühüm yer tutur. Elmi müşahi­

də, nəzəri axtarışlar teleyayımçıların praktik fəaliyyəti, iş metodla­

rı ilə yaxından tanış olmalı, onları müşahidə etməlidir. Kon septual

bilgi hər an mövcud faktlarla, hadisələrlə tutuşdurulmasa, yox­

lanılmasa özünün mahiyyətini, müasirliyini itirə bilər. Həmçinin

televiziya nəzəriyyəsinin təsnifləndirilməsi nəticəsində televizi­

yanın sahələr üzrə nəzəriyyələri meydana gəlir. Əsas nəzəriyyə də

tədqiqatın fundamental metodologiyası yerləşir və hər komplek sin

tərkibində təcrübənin toplanması, empirik nəticələrin öyrənilməsi

durur. Lakin bir çox hallarda təhlil tədqiqatla izolyasiya şəraitində

aparılmış, bununla da hansısa sahənin öyrənilməsi üzərində nə­

zəriyyə qurmağa cəhd edilmişdir ki, biz bunu tam olmayan, bir­

tərəfli yanaşma hesab edirik. Televiziya tədqiqatı nın metodologi­

yasına, onun ümumi nəzəriyyəsinə söykənməyən təd qiqat gerçəyi

müəyyənləşdirməyə imkan verməyəcəkdir. Öl kəmizdə təd qi qat­

çılar jurnalistikanın sənətkarlığı, keyfiyyəti üzə rində araşdır ma

apararaq bütün diqqəti formaya yönəltmiş olurdular. Lakin televi­

ziya üçün forma mütləq deyil, dəyişkən dir. Onun məzmunu, onu

doğuran proseslərin tədqiqatı ümumi televiziya nəzəriyyəsinin

platformasında aparıldıqda effektiv ola bilər. Sənətkarlıq məsələsi

özünün qeyri­müəyyən izahı ilə deyil, analizin sahələrinə görə

diferensiallaşmalıdır. Məhz bu, sənətkarlığın təbiəti, strukturu

haq qında tam mənzərəni yaratmağa imkan verər. Sənətşünaslığın

mövcud ənənəsinə söykənərək elmi işi televiziyanın poetikası

­ forması, dili, semiotikası əsasında sənətkarlığın ­ teleyayım­

da iştirak edən əsas yaradıcı peşələrin hər birinin sənətkarlıq

mənzərəsini yaratmağa çalışmışıq, onun elmi­metodoloji əsaslarını

poetik müşahidə və mövcud nəzəri araşdırmalar bazasında qur­

muşuq. İlk dəfə yaradıcı peşələrin dəqiq təsnifatını apararaq on­

ların sərhədlərini, imkanlarını və daşıdıqları sosial əhəmiyyətinə

görə əsas tələbləri, yerinə yetirməli olduqları əsas vəzifələri təyin

etməyə çalışmış, bütöv nəzəri mənzərəni qurmağa cəhd etmişik.

Bütün nəzəri biliklər inkişaf etmiş və ziddiyyəti olmayan termi­

noloji aparatla ifa olunurlar. Televiziyaşünaslığın da nəzəri termi­

nologiyasının dəqiq müəyyən olunması həm akademik, həm də

əməli­tətbiqi xüsusiyyətə malikdir, buna ehtiyac vardır. Televiziya

bütün elmlər və ictimai nəzarət üçün açıqdır, eyni zamanda, öz

təbiətinə görə dəyişkən, yeniləşəndir. Bu mənada onun terminolo­

giyası da yeni ifadələr, sözlərlə zənginləşir, müxtəlif elm sahələri

bu proseslərə öz terminoloji aparatı ilə ad verir. Etiraf edilməlidir

ki, terminoloji məsələlər ölkəmizdə öz həllini tapmayıb və bu

sahədə müəyyən boşluqlar mövcuddur. Tədqiqatçı alim Qulu

Məhərrəmli “Kino, teatr, televiziya terminləri lüğəti”ni təqdim etsə

də, bu əsər tamlıqla vahid terminoloji aparatı yaratmağa imkan

vermədi. Müxtəlif tədqiqatçılar əcnəbi dillərdə, digər elmlərdən

götürdükləri terminlərin hesabına fikirlərini izah etməklə, əslində,

bu sahədə qarışıqlıq yaratmış oldular.

Biz elmi işimizdə televiziyaya, onun yaradıcı prosesinə aid ifa­

dələri, adları dəqiqləşdirməklə terminoloji aparatın yaradılma­

sına çalışmışıq. Bu işdə indiyədək ümumi elmi terminlər fondu

və yuxarıda adı çəkilən lüğətin ehtiyatından istifadə olunubdur.

Həmçinin bu sahədəki mövcud beynəlxalq sənədlər, Azərbaycan

Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Milli

Televiziya və Radio Şurasının normativ sənədləri və beynəlxalq

sazişlər, terminlər terminoloji aparatın yaranmasında fəal iştirak

ediblər. Burada fiziki­texniki xüsusiyyətlər və peşəkar­məzmun

tərəfləri nəzərə alınmaqla dəqiq ifadələr, prosesi izah edəcək

terminlər təqdim olunur.

İnformasiya vasitələrinin şəbəkəsinin miqyassız genişlənməsi,

kommunikasiyanın texniki­texnoloji gücünün artması, informa­

siya vasitələrinin həcminin növlərinin çoxalması, sosial və şəxsi

həyatın virtuallaşması, insanın gerçəkdən uzaqlaşaraq kommuni­

kasiya dünyasına qoşulması danılmaz gerçəklik kimi qəbul olun­

malı və bu prosesdə televiziyanın böyük rolu qeyd edilməli, onun

elmi­nəzəri bazasının, təhlilinin vacibliyi, zərurəti şərtsiz kimi

dəyərləndirilməlidir. Televiziyanın öyrənilməsində onun əsas qa­

nunlarının formalaşdırılması, dəqiqləşdirilməsi və məhz bunun

əsasında tədqiqat metodologiyasının qurulması vacib iş hesab olu­

nur. Bu mənada televiziyanın əsas qanunlarına nəzər yetirək:

Birinci qanun kimi onun sənədli əsası, görüntülü olması, pred­

metliliyi və bu reallığı təcəssüm etdirməsi, sosial aləmin bütün

sahələrini əhatə etməsi əsasında yaranan həyata bənzərlik qanu­

nudur. Məhz onun bu cəhəti dəqiq sxemlərin ortaya qoyulması­

na mane olmuş, çərçivələri müəyyən etməyə imkan verməmişdir.

Lakin təməl prinsip özü əsas yanaşma kimi qəbul olunmalıdır.

Çünki televiziyanın bütün sonrakı qanunları məhz onun həyata

İkinci qanun çoxcəhətlilik hesab olunmalıdır. Onun mövcud­

luq formaları, sosial vəzifələri icra, çoxçeşidli yaradıcı üsullardan

istifadə etməsi çoxcəhətliliyini izah edir.

Üçüncü qanun inkişaf qanunudur. İnkişaf qanunu televiziya­

nın dialektik potensialını ifadə edərək həm həyata bənzərliyi,

həm də çoxçeşidliliyi törədir. Cəmiyyətin, texnikanın inkişafını

nəzərə almadan, yeni texnologiyalar, yeni yaradıcı axtarışlar tətbiq

etmədən televiziya mövcud ola bilməz, həmçinin inkişafdan geri

qalan, durğunluq yaşayan televiziyanın heç bir mənası, məzmunu

Televiziyanın dördüncü qanunu onu əhatə edən sosial mühitə

uyğunluq qanunudur. İnkişaf qanunu ilə uzlaşan sosial mühitə

uyğunluq qanunu dəyişən cəmiyyətin ümumi istəklərinə, sosial

sifarişə uyğun fəaliyyətini tənzimləməni, sosial mühitdə möv­

cud prosesləri təcəssüm etdirməni, bədii­estetik, kulturoloji ab­

havada olan yenilənməni çatdırmağı, uyğunlaşmağı, televizi ya­

nın təbiətini əks etdirir. Televiziya verilmiş bu tarixdə yerin həyat

tərzini, mədəniyyətini, milli ənənələrini təcəssüm etdirir və ondan

doğulur. Lakin bu heç də “televiziya cəmiyyətin diktəsi ilə fəaliyyət

göstərir, mühitin, şəraitin çərçivəsində yekunlaşır” demək deyil­

dir. Demokratik cəmiyyətdə kütləvi informasiya vasitəsinin rolu,

onun azadlığı əsas təməldir. Burada dialektik metod üsulu ilə sosi­

umun diktəsinə qarşı çıxa biləcək gerçəyin tapılması kimi peşəkar

fəaliyyətin meydana çıxması əsas tələb olaraq qarşıya qoyulur.

Televiziyanın beşinci qanunu yuxarıda göstərilən tənzimləməni

təmin edən obyektivliyin və subyektivliyin uyğunlaşması qanunu­

dur. Ziddiyyətli əsasların vəhdəti və mübarizəsini əks etdirən bu

qanun ictimai bilgilənmədə vasitə rolunun dəyərini, digər tərəfdən

onun insani, fərdi­şəxsiyyətli ifadəsini təmin edir. Bu ziddiyyətli

vəhdət onun mənəvi, intellektual mahiyyətini təşkil edir. Obyek­

tivlik dedikdə çoxməzmunlu inteqrasiya anlayışı, subyektivlik

dedikdə şəxsiyyətin mövcudluğunun dəqiq, doğru təsvirinə təsiri

Mənəvi­praktik təbiət qanunu televiziyanın altıncı qanunu­

dur. Özündə ideyalar, emosiyalar, biliklər birləşdirən televiziya

həm də əməllər, fəaliyyət, davranış aləminə də müdaxilə edir,

maarifçiliklə, mənəvi tərbiyə ilə məşğul olmaqla bərabər, təşkilati

fəaliyyətə də yönəlir. Televiziya cəmiyyətdə özünün mənəvi is­

tehsalını material şəklinə salaraq təqdim edir. Bu, teleyayımın əsl

mahiyyəti, başlıca fəaliyyət prinsipidir.

Televiziyanın qanunları onun nəzəri əsaslarını və təhlil meto­

dologiyasını biçimləndirməyə kömək etməklə əsas istiqamətlərin

müəyyən olunmasına da imkan yaradacaqdır. Elmi araşdırma­

nın yeniliyi, onun fundamentallığı məhz bu qanunlara söykənən

dəqiq elmi yanaşmadadır. İndiyədək mövcud olmuş sistemsiz

təhlilin əvəzinə televiziyanın mahiyyətinə, qanunauyğunluqları­

na və müxtəlif elmi araşdırmaların qovuşuğunda sistemli təhlili

verən elmi araşdırma aktual, sənətşünaslıqda, televiziyaşünaslıq­

da yeni yanaşmadır.

Televiziyanın bütöv bir anlamda çözülməsi, onun tərkib his sə­

lərinin ayrıca öyrənilməsi deyil, yaradıcı­sosial­ictimai ma hiy­

yətinin, axtarışlarının ümumi şəkildə çözülməsi sənətşünaslığın

qarşısında duran və öz elmi həllini tapmayan başlıca vəzifə idi.

Te leviziyanın əlçatarlığı, hər kəsin onun haqqında rəy bildirməsi,

ictimai nəzarət mövcud olsa da, bütün bunlara aydınlıq gətirəcək

təhlilin meydana çıxması üçün model, təhlil metodologiyası möv­

cud deyildi. Azərbaycanda 1956­cı ilin 14 fevralından yayımlanan

televiziya artıq XXI əsrdə hər bir azərbaycanlının məişətində, ic­

timai həyatında, mədəniyyətdə mühüm yer tutur. Ümummilli

regional və kabel televiziyalarının pərvəriş tapdığı dönəmdə on­

ların fəaliyyətini tənzimləmək üçün mükəmməl elmi təhlil, araş­

dırma sənətşünaslığın vacib, mühüm vəzifəsidir. Etiraf etməliyik

ki, Azərbaycan sənətşünaslığında bu mövzu çox az təhlil olunub,

televiziyanın nəzəri əsasları, demək olar ki, diqqətdən kənarda qa­

lıb. Bu baxımdan televiziyanın təhlil metodologiyasını yaratmaq,

onun mükəmməl formasını, sxemini tərtib edərək mənbələrə,

araşdırmalara söykənmiş halda təqdim etmək, müxtəlif tərəflərini

vahid təhlilə cəlb edərək mükəmməl modeli təklif etmək elmi

tədqiqatın başlıca məqsədidir. Televiziyanın bədii­kulturoloji,

estetik mahiyyəti ilə bərabər sosial, ictimai fəaliyyətini, məhz bu

elmlərin metodologiyasının iştirakı ilə televiziyaşünaslığın meto­

dologiyasının prizması ilə çözülməsi üçün zəmin yaratmaq, bu

təhlili aparmaq da elmi işin əsas məqsədlərindəndir.

Elmi araşdırmada, televiziyanın insan şüuruna, onun davranışı­

na, sosial həyata təsiri, bədii­estetik görüşlərin formalaşdırılması

işində fəaliyyəti, təsir mexanizmləri, manipulyasiya gücü, yaradıcı

yanaşma, yozum, təfsir, dramaturji janr, forma problemləri kimi

olduqca mühüm mövzular aktual, həllini gözləyən olduğundan

onu araşdırmaq, müəyyən bir sistem əsasında təhlil etmək, ölkə

televiziyalarının misalında müqayisəli analizi təqdim etmək, yayı­

mın təşkili və yaradıcı işin elmi təhlilini vermək qarşıya qoyulub.

İndiyədək dünyanın bir çox aparıcı elmi müəssisələrində televizi­

ya yaradıcılığı prosesini, onun sosial, ictimai, bədii məziyyətlərini,

ümumi mənzərəsini çözən sənətşünas, kulturoloq, sosioloq və fi­

losoflar yayım işinin bədii­estetik təzahürlərini, televiziyanın in­

kişaf mərhələlərini, ictimai­sosial, fəlsəfi və mədəni əhəmiyyətini

mükəmməl elmi tədqiqata cəlb edərək nəzəri əsasların, təhlil mo­

delinin hazırlanması üçün zəngin ola biləcək fundamental işlər

görmüşlər. Lakin ölkə sənətşünaslığında televiziya ən az araşdı­

rılan mövzu olmuşdur. Televiziyaya sənət növü olaraq yanaşma,

tədqiq olunaraq bitkin model, üzvi orqanizm kimi baxmaq ənənəsi

olmamış, ayrı­ayrı sahələrin və ya yayım vahidlərinin elmi­nəzəri

təhlilini vermək, qiymətləndirmək hallarına rast gəlinmişdir.

Azərbaycanda bir sıra alimlər televiziyanın bu və ya digər

problemlərini çözmüş, tutarlı elmi işlər meydana qoymuşlar. Bu

baxımdan Elşad Quliyevin “Televiziya iki əsrin ayrıcında”, “Tele­

viziya: nəzəriyyə, inkişaf meyilləri” kitabları, Qulu Məhərrəmlinin,

Zeynal Məmmədlinin, Aydın Dadaşovun, Cahangir Məmmədlinin

dəyərli araşdırmaları, həm nəzəri, həm də praktik əhəmiyyəti

olan kitabları ölkəmizdə televiziya yayımının mənzərəsini, axta­

rışları, yaradıcı siyasəti, peşəkarlıq problemlərini nəzərdən ke­

çirməyə imkan vermişdir. Bu tədqiqatların əksəriyyətində filoloji

yanaşma, jurnalistikanın baxış bucağı ilə baxmaq tendensiyala­

rı açıq görünür. Qulu Məhərrəmli və Zeynal Məmmədli öz elmi

fəaliyyətlərində televiziya jurnalistikasının problemlərini, onu

yaradıcı tərəflərini, ədəbi materialın təzahür formatını tədqiq

etmişdirlər. Cahangir Məmmədlinin “Jurnalistikaya giriş” kita­

bında həmçinin telejurnalistikanın yaradıcı istiqamətləri öz əksini

tapmışdır. Lakin bütün bu müəlliflərin elmi fəaliyyətinə, araşdır­

malarına yüksək önəm verərək, onların zəhmətini dəyərləndirərək

deməliyik ki, bu işlərin heç biri televiziyaya tam, bütöv baxışı for­

malaşdırmır. Adı çəkilən araşdırmalar fraqmental görünür, hansı­

sa tərkib elementinin təhlili ilə kifayətlənir. Bu da təbii və doğru­

dur. Çünki televiziyanın bütöv yaradıcı mənzərəsini, axtarışlarını

çözmək sənətşünaslığın problemidir. Jurnalistika, dramaturgiya

burada vacib komponent kimi çıxış etsə də, hələ televiziyanın özü

deyil. Televiziya nədir, necə olmalıdır, onun verilişləri, yayımı necə

təhlil olunmalıdır, təhlilin istiqamətləri, modeli kimi məsələlər

sənətşünaslıqda öz elmi həllini tapmamışdır. Məhz bu modelin

mövcud olmaması sənətşünasları çətinə salaraq televiziya təhlilini

diqqətdə saxlamağa imkan verməmişdir. Mətbuat səhifələrində

təhlil xarakterli yazılar, araşdırmalar mövcud olsa da, bu daha çox

resenziya formasında olmuş, fundamental təhlil kimi yox, seyrçi

baxışının təzahürü kimi görünmüşdür.

Televiziya və onun təsir etdiyi elmi sahələrə aid indiyədək çap

olunmuş kitabları toplamaqla istər Rusiya, Türkiyə, istər sə də

ABŞ, Böyük Britaniya, Belçika, Fransa, Finlandiya, İtaliya və başqa

ölkələrin teleyayım təcrübəsi toplanaraq, bu ba rə də yazılmış elmi

məqalələr, elmi araşdırmalar, hazırda xarici öl kə lərdə yayımla­

nan kanalların fəaliyyəti izlənməklə, dünya təc rübəsi öyrənilərək

yerli yayımçıların fəaliyyəti ilə müqayisəli şəkildə paralellər apa­

rılıb. Həmçinin ölkədə yayımlanan kanalların müxtəlif mövzulu

verilişləri toplanaraq tədqiqat vaxtı praktik baxımdan nəzərə çar­

pan məsələlərin çözülməsində yardımçı vasitə kimi istifadə edilib.

Azərbaycan televiziyasının tarixi, onun yaradıcılıq axtarışları nın

mükəmməl qələmə alınmaması, indiyədək bu sahənin bütünlük­

lə nəzərdən qaçırılması ucbatından tədqiqat vaxtı bu istiqamətdə

işlər apararaq şəxsi arxivlərdən, videomateriallardan istifadə

edərək inkişaf meyillərinin müəyyən olunması yolu ilə dolğun

məlumatların yaradılmasına çalışılıb.

“Televiziya funksiyaları Azərbaycan teleməkanında” disserta­

siyası və “Azərbaycan televiziyası” monoqrafiyasında biz tele­

viziyanın nəzəri problemlərinə toxunmuş, ölkə telekanallarının

verilişləri və bu sahədə aparılan tədqiqatların sistemli analizini

verməklə ictimai funksiyaların təcəssümü istiqamətində konstruk­

tiv həllin tiplərinin təsnifatını yaradaraq ilk dəfə təqdim etmişdik.

Bu elmi işimizdə adı çəkilən tədqiqatı daha da dərinləşdirərək,

təhlili genişləndirərək televiziya təhlilinin metodoloji əsaslarını,

təhlil tipini, xüsusiyyətlərini yaratmağa çalışmış, məhz bu

kontekstdən analiz verməyə cəhd edərək təhlil metodologiyasının

nəzəri əsaslarının yaranması problemini həll etmişik. Televiziya­

nın mahiyyəti, cə miyyətə təsiri, teleyayım quruluşu, onun forma­

ları, analiz me xa nizmləri, iştirak edən komponentlərin əsasları,

nəzəri tərəfləri ta pılaraq meydana çıxarılmış, teleyayım işinin

keyfiyyətinin ar tı rıl ması, yaradıcı işin daha da mükəmməlləşməsi

üçün olan ma neələrin aradan qaldırılması yolları göstərilmişdir.

Kitabda televiziyanın fə aliyyəti, onun təsirini və yerini araş­

dıran bir çox alimlərin elmi işi, bu sahədə çıxan araşdırmalar və

məqalələr toplanmış, onların bazası əsasında analiz aparılaraq

bütöv bir konstruksiyanın, modelin yaradılmasına çalışılmışdır.

Tədqiqat zamanı əldə olunan elmi biliklərin, analiz zamanı üzə çı­

xan nəticələrin əsasında mövcud problemlərin əsl səbəbləri tapıl­

mış, onların aradan qaldırılması yolları göstərilmişdir.

Zəngin arxiv və videomaterialların, ölkə və xarici televiziyaları­

nın monitorinqi, müxtəlif sosioloji sorğuların, reytinq hesablama­

larının, araşdırmaların nəticələri üzərində ilk dəfə kontent­analiz

apararaq bu nəticələri tam yeni elmi mənzərədə təqdim etmişik.

Yayımda iştirak edən bütün vahidlərin (veriliş, şou, film, serial və

s.) məzmunu, ideya­forma özəlliyi, tamaşaçı şüuruna təsiri, mani­

pulyativ cəhətləri, bədii yaradıcılıq aspektləri, onların təhlil qay­

daları əldə olunan materialların təhlili ilə aşkarlanır. Tədqiqatın

əlavə elmi yeniliyi televiziyanın təkcə kütləvi informasiya vasitəsi

kimi deyil, həm də incəsənət növü olaraq təqdim olunması, onun

bədii yaradıcı bucaq baxışı ilə təhlil edilərək sənət meyarlarının ilk

dəfə müəyyən edilməsindədir.

Elmi işin növbəti yeniliyi: indiyədək televiziya proses olaraq

sənət şü naslığın tərkib komponenti kimi tədqiq olunmadığından,

təh lilin metodoloji əsasları yaradılmadığından ona elmi­nəzəri

və təcrübi işlər əsasında gəlinmiş qənaətlərlə yanaşmada, yayım

işinin qurulmasından bu günədək meydana gələn bir sıra önəmli

yaradıcı­estetik problemlərin, sənətşünaslığın bilavasitə predmeti

olan sahələrin inkişaf meyillərinin, ictimai­mədəni prosesdə, siya­

si dəyişmələr müstəvisində televiziyanın oynamalı olduğu dürüst

rol və gerçək durum araşdırılaraq tədqiqata cəlb olunmuşdur.

İlk dəfə televiziyanın təhlil metodologiyası, nəzəriyyəsi araş­

dırılmış, təhlilin bədii və yaradıcı prinsiplər, ictimai funksiya­

lar, sosial və kulturoloji əsaslarının dəqiq təsnifatı verilmiş, bu

təsnifat Azərbaycan teleməkanı üçün tətbiq olunaraq araşdır­

ma aparılmış, yayım növlərinin və vahidlərinin ideya­məzmun

yükü əsas götürülərək janr, tip və növlərinə görə elmi işdə sis­

temləşdirilmişdir. Yayım vahidlərinin funksiyasına, ictimai əhə­

miyyətinə, bədii­estetik mahiyyətinə görə təhlilin prinsipləri iş­

lənmiş, ona sənət növü kimi baxılaraq müxtəlif elm sahələrinin

təh lil prinsipi ilə silahlanmış fəaliyyət sisteminin işlənib hazır­

lanmasına nail olunmuş, gələcəkdə konkret tip, janr və qrupla­

rın nəzəri araşdırmaya cəlb olunması üçün elmi­nəzəri baza bi­

Elmi işdə ilk dəfə Azərbaycan televiziyalarının yaradıcı prosesi

təhlil obyekti kimi götürülərək dövlət, ictimai və kommersiya ka­

nallarının qarşılıqlı müqayisədə müxtəlif məzmunlu verilişlərinin

təhlilini verməklə sistemli təhlilə nail olunmuş, önə çıxan prob­

lemlərin çözülmə yolları təklif olunmuşdur.

İlk dəfə olaraq televiziyanın ictimai şüura təsir yolları və me­

xanizmlərini müəyyən edərək onun verilişlərdə iştirakı, həmçinin

psixoloji təsiri, rekreativ fəaliyyəti, reytinq göstəriciləri, ekran

yaradıcılığı və ifadə vasitələri, bədii ifadə vasitələrinin təhlil me­

todologiyası, verilişlərin yaradıcı meyarları, aparıcıların sə nət­

karlıq göstəricilərinin təhlil mexanizmləri çözülmüş, televiziyaya

mədəni­ictimai proses kimi yanaşılaraq, onun daşımalı olduğu

sosial və estetik vəzifələrin icraolunma mənzərəsi təhlil, analiz,

aparılan sorğular və reytinqlər nəticəsində işlənib hazırlanmış­

dır. Ye ni dönəmdə televiziyanın yaratdığı problemləri, mədəni

irsə, də yərlərə münasibəti əsas götürülərək, onun özünün ya rat­

dığı yeni mədəniyyətin başlıca meyarları, bu mərhələdə üzə çı­

xan gözlənilməz durumları çözülərək, prosesin kulturoloji təhlili

verilməklə mövcud problemlərin həlli yollarının göstərilməsi elmi

işin yeniliyi və əhəmiyyətidir.

İlk dəfə Azərbaycan telekanallarının praktiki, maddi­texniki,

bədii durumları əsasında texniki­iqtisadi, yaradıcı­estetik, ictimai

tələbləri sistemli şəkildə analiz olunmuşdur.

Mediatənqid və onun tərkib hissəsi olan

televiziya tənqidi TV­nin sosial­mədəni

funksiyası prosesini, aktual hadisələrin

qiy mətləndirilməsi və analiz, təhlil üzə­

rin də qurulmaqla onun yaradıcı simala­

rının fəaliyyətini, axtarışlarını, veriliş,

proq ramların yaradıcı mənzərəsini, mə­

dəni əhəmiyyətini, kütləvi kommunika­

si ya prosesində, kulturoloji aspektdə tut­

duğu yeri dəqiq müəyyənləşdirməyə,

bu nunla da teleyayımçıların və yaradı­

cıların fəaliyyətini yönləndirməyə, istiqa­

mətləndirməyə xidmət edən kütləvi kom­

munikasiya, jurnalistika, sənətşünaslığın

ta rixi və nəzəriyyəsi üzərində qurulan xü­

susi bir sahədir. Çox istiqamətli fə a liyyət

televiziyanın təbiətindən irəli gə lən, onun

kollektiv sənət olması, bir ne çə funksiya­

nı eyni vaxtda yerinə yetirməsi ilə bağlı­

dır. Televiziyaşünaslığın təhlil predmeti

te leyayımın təşkili, proqramlaşdırılma sı,

teleməhsulun yaradıcı­kulturoloji əhə miy ­

yəti, dəyəri, seyrçiyə təsir imkanla rı, iq­

tisadi­marketinq əhəmiyyəti, reytin qi dir.

Televiziyaşünaslıq sənətşünaslığın, ek ­

ranşünaslığın bir istiqaməti olmaqla öz

əha təsinə fəlsəfə, psixologiya, estetika, kul­

tu rologiya, sosiologiyanı daxil edir. Televi­

ziyanın kütləviliyi, informasiya vasitə­

si olması onun təhlilində sosial­ictimai

elm lərin qənaətlərinin, araşdırmalarının

nəzərə alın masını tələb edir. Əks halda

““MEDİA HAQQINDA” QANUNDA DÖVRÜN TƏLƏBLƏRİ NƏZƏRƏ ALINIB. ” – Professor Qulu Məhərrəmli

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrində “Media haqqında” qanun layihəsinin müzakirəsi başlayıb. Media təmsilçilərinin, ekspertlərin deputatlarla birgə apardıqları müzakirə, habelə KİV-də, sosial şəbəkələrdə bu ətrafda başalayan diskusiyalar layihəni gündəmin əsas mövzularından birinə çevirib.

Bakı Dövlət Universitetinin professoru, tanınmış televiziya mütəxəssisi Qulu Məhərrəmli layihə ilə bağlı fikirlərini “AzPolitika.info” ilə bölüşüb.

O, bildirib ki, indiki halda “Media haqqında” qanunun hazırlanması, ictimaiyyətə təqdim olunması müsbət hadisədir.

Professor müsbət məqamlardan biri kimi layihənin müasir, texnoloji cəhətdən yenilənən, konvergensiya, qloballaşma şəraitində olan mediada hüquqi münasibətlərin tənzimlənməsinin nəzərə alınaraq hazırlandığını qeyd edib: “Qanunda bir çox yeni müddəalar var. Belə ki, layihəyə onlayn, yazılı, elektron medianın tənzimlənməsi ilə bağlı günün, dövrün reallıqlarını nəzərə alan maddələr daxil edilib. Bunlar çox lazımlı və vacib məqamlardır. Bütövlükdə qanunun ümumi fəlsəfəsi media-hakimiyyət, media-dövlət, media-cəmiyyət arasında hüquqi münasibətləri tənzimləmək, müəyyən sərhədləri qoymaqdan ibarətdir”.

Q.Məhərrəmli vurğulayıb ki, layihə hazırlıq mərhələsindədir, parlamentin iki komitəsində işçi qrupları ilə müzakirə ediləcək, səslənən təkliflər və iradlar nəzərə alınacaq.

Professorun sözlərinə görə, bunlarla yanaşı layihədə nəzərə alınması vacib olan bir sıra nüanslar var: “Birinci növbədə, biz çalışmalıyıq ki, qanunda söz və mətbuat azadlığına zərər verəcək heç bir müddəa olmasın. Layihədə Avropa Konvensiyası ilə uyğun gəlməyən bir sıra müddəalar var. O cümlədən, informasiyanın alınıb işlənməsi və çatdırılması ilə bağlı. Burada ümumi müsbət cəhət media reyestrinin hazırlanmasıdır. Bunu ona görə müsbət qarşılayıram ki, proseslər sürətlə gedir, yeni media qurumları yaranır, bağlanır və s. Bununla bağlı lazımi bilgiləri əldə etmək bəzən çətinləşir. Amma jurnalistlərin reyestrdən keçirilməsi ağlabatan deyil. Ona görə də, o maddə layihədən çıxarılmalıdır.

İkinci ciddi bir məsələ internet mediası ilə bağlıdır. Yəni internetin media profilinin tənzimlənməsinin qoyulmasıdır. Düzdür, qanunda açıq şəkildə “Youtube” kanalları ilə bağlı məsələ yoxdur. Bunlar layihədə “platforma yayımçısı” kimi adla göstərilir və onların lisenziyalaşdırılması tələbi qoyulur. Məncə, cəmiyyətdə narahatlıq yaradan məqamlardan biri budur, o maddəyə yenidən baxmaq lazımdır. Dünyanın heç yerində internet mediası, “Youtube” kanalları bu şəkildə tənzimlənmir”.

Qulu Məhərrəmli qeyd edir ki, layihədəki bəzi anlayışlara da yenidən baxmaq lazımdır: “Jurnalist kimdir, onun hansı hüquqi statusu var, bu çox məhdud şəkildə izah olunur. Bu anlayış yalnız əmək, hüquq müqaviləsinə bağlanır. Bugünkü jurnalistika fəaliyyəti daha geniş spektri əhatə edir. Bununla bağlı YUNESKO-nun hələ 30 il əvvəl verdiyi təkliflər var. Orada azad media fəaliyyəti ilə məşğul olanlar – frelanserlər, blogerlər də jurnalist adlandırılır. Ümumiyyətlə, KİV-də çalışan, yaradıcı fəaliyyətlə məşğul olan hər kəs, o cümlədən müstəqil şəkildə məlumatın alınması, işlənməsi, yayılması ilə məşğul olan peşə sahibləri jurnalist hesab olunur. Yəni söhbət cəmiyyəti məlumatlandırma kontekstində fəaliyyətdən gedir. Jurnalist anlayışını dar çərçivədə qəbul etmək olmaz”.

Professor qeyd edib ki, önəmli məsələlərdən biri də qanunda Avropa Konvensiyasına və ölkə Konstitusiyasına uyğun olmayan maddələrin aradan qaldırılmasıdır: “Ümid edirəm ki, bizim hüquqşünaslar bu qanun layihəsinin daha yaxşı cilalanmış variantını ictimai müzakirəyə çıxara biləcəklər. Həmçinin, burada gizli çəkilişlərin aparılması ilə bağlı maddə də mübahisə yarada bilər. Eləcə də, başqa məsələlər var ki, onların hamısına baxmaq lazımdır”.

“AzPolitika.info”

Şərhlər

GƏNCƏ 2021-12-13 11:55:43

Qulu müəllim belə vacib qanunların hazırlanmasında Sizin kimi təcrübəli,bu işi bilən mütəxəssislərin bilik və bacarığından niyə istifadə olunmur? Naşı və qərəzli “başbilənlər”nə vaxta kimi başbilənlik edəcəklər.

Vətəndaş 2021-12-12 20:02:10

Mediya bir tərəflidirsə ona qanun nəyə gərək? Mediyada tənqidlər də olmalıdır.iz isə yalnız hökumətin qərarlarını tərifləyən mediya mövcuddur.Bunlara qanun nə ıazım?y

Telereportaj

Televiziya vizual vasitədir, jurnalistə hadisə yerindən kadrlar, imkan daxilində yaxşı kadrlar lazımdır. Bu, televiziya redaksiyalarında xəbərlərin seçilməsi funksiyasına öz təsirini göstərir. Mühüm xəbəri müşayiət edən uğursuz və cansıxıcı kadrlar ona gətirib çıxara bilər ki, nəticədə əhmiyyəti daha az, lakin illüstrasiyası daha yaxşı xəbər onu sıxışdırar. Hadisənin mərkəzində operativ çəkiliş aparmaq imkanı televiziyanı informasiya ötürən misilsiz vasitəyə çevirir. Baş verən reallığı göstərən autentik kadrlar tamaşaçının yaddaşına həkk olunur, hadisənin inkişafını izləməyə və onu qavramağa kömək edir. Məhz buna can atmaq lazımdır. Televiziya xəbərləri mətnlə deyil, kadrların dili ilə, illüstrasiyalı videosıra ilə verən vasitə olmalıdır.

Televiziyanın xəbərlər redaksiyasında iş jurnalistlərdən qrup halında çalışmaq bacarığı tələb edir. Radioreportyor çox zaman təklikdə işləyir, o, jurnalist, səs operatoru və montajçı vəzifəsini yerinə yetirir. Müasir texnika çəkiliş və səsyazma prosesini xeyli asanlaşdırsa da, televiziya reportyoru hələ də təkbaşına işləyə bilmir. Səsin və təsvirin yazılışı, montaj və jurnalistin adi işi onun vəzifəsinə daxildir. Bir çox ölkələrdə çəkiliş qrupu cəmisi iki nəfərdən – reportyordan və operatordan ibarətdir. Onlar imkan daxilində həmahəng işləməyə məcburdurlar. Həm jurnalist, həm də operator onlara verilmiş tapşırıq haqqında dəqiq təsəvvürə malik olmalıdırlar: Süjetin məqsədi nədir və onlar nəyə nail olmalıdırlar. Onlar tamaşaçının mühakiməsinə çıxarılacaq materialın həmmüəllifidirlər. Buna görə də işdə qarşılıqlı anlaşma olmalıdır. Reportyor qarşıdakı süjet barədə düşüncələrini operatorla bölüşür, süjeti necə təsəvvür etdiyini ona bildirir. Opreator təşəbbüs göstərərək həmkarına materialın illüstrasiyası üçün nəyi və necə çəkməyin mümkün olduğunu təklif edir. Bir qayda olaraq çəkilişdə ən yaxşı nəticələrə yalnız o operator nail olur ki, süjetin predmeti və ideyası ilə reportyorun özü qədər yaxşı tanış olsun. Öz növbəsində jurnalist də operatorun işinin metodları haqqında təsəvvürə malik olmalıdır.

Reportyor, operator və videomontaj rejissoru çəkilmiş materialın işlənməsi zamanı sıx əlaqədə olmalıdırlar. Onlar yalnız bunun sayəsində öz auditoriyalarına nə isə mühüm və maraqlı bir şey təqdim edə bilərlər. Ancaq stress vəziyyətində, avadanlığın və işçi heyətinin kəskin çatışmazlığı şəraitində biz çox vaxt ən sadə, rasional, bəzən də bayağı həll yolu ilə kifayətlənirik.

Çəkiliş qrupu üçün ən ağır işlərdən biri əvvəlcədən necə inkişaf edəcəyi bilinməyən hadisə yerindən material çəkməkdir. Reportyor və operator birlikdə elə simvollar tapmalıdırlar ki, onlar süjetin predmetini təcəssüm və əks etdirə bilsin. Belə hallarda reportyor operatorun köməkçisi, əlavə iki gözü olmalıdır.

Hadisənin inkişafı: Görəsən, adamın otağa girməsini televizorla göstərməkdən asan bir şey varmı? Əslində, bir operatorun ekranda vur-tut on saniyə yer tutan bu səhnəni təkbaşına və bir dəfəyə çəkməsi praktiki olaraq mümkün deyil. Operator hərəkəti müxtəlif rakurslarda, müxtəlif nöqtələrdən çəkməli olur.

Müsahibə obyketi kameraya tərəf hərəkət edir. Bağlı qapının iri – orta planı.

Müsahibə obyekti koridor tərəfdən əlini qapının dəstəyinə uzadır. İri planda qapının dəstəyi.

Müsahibə obyekti kamera ilə üz-üzə dayanmışdır, çəkiliş otağın içindən aparılır.

Müsahibə obyekti kresloda oturmuş halda.

Operator on parçaya bölünüb eyni anda müxtəlif iri planları çəkərək hər yerdə ola bilməz. Bu işin öhdəsindən eyni zamanda işləyən iki, yaxud üç operator gələ bilər. Bir operatorun bu işə gücü o şərtlə çata bilər ki, hadisənin ardıcıllığı bir qədər dəyişdirilsin. Eyni hərəkət bir neçə dəfə təkrar olunmalıdır ki, operator onu lentə çəksin, daha doğrusu, bir neçə dubl aparsın. Təəssüf ki, bu heç də həmişə mümkün olmur, çünki proses bizim çəkdiyimiz adamların müəyyən köməyini tələb edir. Əvvəlcə müsahibə obyekti (MO) koridordan keçməlidir, qapıya çatmalı və əlini dəstəyə uzatmalıdır ki, operator onu ümumi planda çəkə bilsin. Bundan sonra müsahibə obyekti divara qədər gəzintisini bir neçə dəfə təkrar etməlidir ki, onu iri planda çəkmək mümkün olsun. Qapı azı dörd dəfə açılmalıdır ki, iki plan ala bilək – koridor tərəfdən iri və orta plan, otağın içində inkişaf edən hadisənin daha iki planı. Sonra müsahibə obyekti qapıdan kresloya doğru bir neçə dəfə hərəkət etməlidir ki, operator onun yer dəyişməsini kabinetin müxtəlif nöqtələrindən çəkməyə imkan tapsın. Bunlar ona görə edilir ki, reportyorun müsahibə aldığı adamı tamaşaçılara təqdim etmək üçün giriş kadrları əldə edilsin.

Yuxarıda göstərilən priyom televiziya süjetini başlamaq üçün çox çeynənmiş üsuldur. Jurnalist ona əməl etməyə heç də borclu deyil. Əlbəttə, giriş kadrları zəruridir, ancaq kim deyə bilər ki, onlar bizim gətirdiyimiz nümunədəki kimi bariz olmalıdır? Bir sıra redaksiyalarda bu gün hamılıqla qəbul edilmiş iş metodunun yeniləşdirilməsi imkanları barədə mübahisələr səngimək bilmir. Bizə tərəf gələn adamı göstərən kardlar sırasına Norveç jurnalistləri «gaing» deyirlər. Bu sözü «gəzgin» kimi tərcümə etmək mümkündür. Televiziya dramaturgiyasının bu priyomunu «gəzginin lənəti» adlandıran tənqidçilər hardasa haqlıdırlar. Koridorla gedən adamın səhnələri reportyorun və operatorun səyləri ilə həyata keçirilən tamaşadan başqa bir şey deyil. Mizansəhnələr çəkiliş qrupu ilə müsahibə verən arasında bir qədər qeyri-təbii münasibətlər yaradır. Reportyor və operator amansız tənqidçilərdən rejissora çevrilirlər. Onlar zavallı alimə və ya nazirə yavaş-yavaş, yaxud sürətlə yeriməsi, kameraya, yoxsa kənara baxması, qapını nə təhər açması, masa arxasında necə oturması barədə göstərişlər verirlər. Koridorla işləyən kameraya doğru getmək, qapını açmaq, kabinetə daxil olmaq, masanın arxasında əyləşmək, həm də bu zaman təbii və rahat görünmək ilk baxışda olduğundan xeyli çətindir. Bir çox çəkilişləri təkrar etmək yalnız ona görə lazım gəlmir ki, operator müxtəlif irilik planları çəkə bilsin, həm də ona görə lazım gəlir ki, müsahibə obyekti kifayət qədər təbii hərəkət edə bilmir, yerişi rəvan olmur, ona verilən göstərişləri unudur. Nazir, alim, yaxud müəssisə rəhbəri məsul şəxslərdən həvəskar artistə, reportyor isə Nuh əyyamı dövrünün rejissoruna çevrilirlər: «Bircə dəfə də! Cənab nazir, bir az daha yavaş yeriyə bilməzsinizmi? Kameraya baxmağa çalışa bilərsinizmi?» Gerçək şəraitdə spontan iş etika və peşəkarlıq baxımından daha münasibdir. Müsahibə qəhrəmanının adi əyatında normal olan şeyləri çəkməyə çalışın. Çətin ki, nazir, yaxud professor işdə boş koridorda var-gəl etsinlər. Yəqin ki, professor gün ərzində dərs deyir, kompüterdə çalışır, sorğu ədəbiyyatı oxuyur, qeydlər edir və yaxud hesablamalar aparır. Nazir isə məruzə edir, seçicilərlə görüşür, müxtəlif iclaslarda iştirak edir. Müsahibə qəhrəmanının istənilən spontan və təbii hərəkəti qurama süjetlərdən daha yaxşıdır. Bir qayda olaraq operator üçün hadisənin inkişafını və çəkiliş obyektinin hərəkətlərini reportaj kamerası ilə lentə almaq ştativli kamera ilə işləməkdən daha asandır.

Əhatə: Hətta ən kiçik inofrmasiya süjetində də başlanğıc və sonluq vardır. Reportyor və operator çəkiliş vaxtı əllərində olan və ya çəkilməsi vacib olan giriş və nəticə kadrları barədə fikirləşməlidirlər. Unutmaq olmaz ki, reportyor «lid» zamanı süjeti müşayiət edən və proqramın zastavkası ilə uzlaşan kadrlara da malik olmalıdır. İsveçin SVT1 televiziyasının «Aktuelt» xəbərlər proqramı zastavka olaraq proqramın loqotipindən istifadə edir. Loqotip ekranda sol tərəfdən peyda olur ki, bu da çəkiliş və giriş videosırasının kompanovkası üçün müəyyən əhəmiyyət daşıyır. Müsahibə aparmaq üçün yer axtararkən çalışın ki, şərait imkan daxilində təbii, həm də maraqlı olsun. Videosıra yalnız əlavə informasiya mənbəyi deyil, həm də müsahibənin məzmununun emosional dərki olmalıdır. Müsahibə verənin kürəyi tərəfdə arxa planda yerləşən şeylər çox zaman simvolik məna daşıya bilər. Atom elektrik stansiyasının direktoru ilə onun kabinetində çəkilmiş söhbətə, fonda isə tezliklə bağlanacaq reaktora baxmaq tamaşaçı üçün maraqlı ola bilər. Yeni dəmir yolu xətti çəkmək üçün şəhərin tarixi hissəsini sökmək barədə qərar qəbul etmiş yol idarəsinin rəisi ilə dəmir yoluna mənzərə açılan yerdə söhbət etmək daha yaxşıdır. Müsahibənin keçirildiyi yer həm reportyorun, həm də onun müsahibinin əhval-ruhiyyəsinə təsir göstərir. Müsahibə ətrafında şərait, həm də onun keçirildiyi yer qədər arxa plan da önəmlidir. Əgər dünya şöhrətli cərrah əməliyyat zalında müsahibəyə razılıq vermişsə, onu ağ xəstəxana divarı fonunda çəkməyin mənası yoxdur. Onu əməliyyat zalının fonunda çəkmək daha yaxşı olar (bir şərtlə ki, həmin anda əməliyyat aparılmasın, əks təqdirdə, bu, kadrların hannibalizminin tipik nümunəsi olar). Kompozisiya baxımından müsahibə verənin arxasında tünd, yaxud açıq ləkə olması tələb edilir ki, təsvir ekranda yastı görünməsin. Sifət ön tərəfdən düşən şüa ilə işıqlandırılmalıdır. İşıqlandırmanın minimal səviyyəsini istənilən vaxt azı bir neçə dəqiqəliyə tapmaq mümkündür. Bəzən kameranın kiçik lampası, yaxud yaxın ətrafda əks olunan işıq tamamilə kifayət edir. Kadr ortadan bir qədər iri ola bilər. Çiyin, yaxud sinə kadrın aşağı kənarı üçün yaxşı sərhəddir. Yaxşı olar ki, tamaşaçı müsahibə verənin hər iki qulağını görsün. Operator və reportyor imkan daxilində birbirinə yaxın dayanmalıdırlar ki, müsahibin sifəti kadrda olsun və o, suallara cavab verərkən reportyora baxsın. Söhbət zamanı arxa fon imkan daxilində görünməlidir.

Tarlada fermerlə müsahibə çəkəndə diqqət edin ki, müsahibə obyektinin arxasında işləyən traktorçu, yaxud yaxında otlayan inək görünmə sahəsində olsun. Eyni zamanda arxa fon tamaşaçının diqqətini dağıtmamalıdır. Əgər sizin müsahibiniz kürəyi gül dibçəyinə tərəf durursa, çalışın bu, kadrda elə görünməsin ki, guyaməsul işçinin, yaxud məşhur alimin başında kaktus bitir. Arxadakı tablonun çərçivəsi isə onun başını çərçivəyə almış kimigörünməməlidir.

Kadrın kompozisiyası dəqiq olmalıdır. Qeyri-mürəkkəb kompozisiya sahəsi olan sadə kadrları başa düşmək və dərk etmək asandır. Ön plan kadrın dərinliyinə nail olmaq baxımından vacibdir. Əks təqdirdə, videosıranın yastı görünməsi riski artar. Çarpaz işıq təsvirə həcm, çiçəklərə rəngarənglik qazandırır.

Yerləşmə: Müsahibə iştirakçılarının ən sadə şəkildə yerləşməsi bu qayda üzrədir: müsahibə obyekti reportyorun qarşısında dayanır, reportyorun arxasında isə (bir qədər sağda, yaxud solda) operator durur. Operator müsahibə verənin təsvirini iki plan arasında dəyişdirir, yəni ara-sıra kamera ilə ona yaxınlaşır və uzaqlaşır. Bir plan – geniş iri-orta (kəmər): müsahibə obyektinin təxminən qarnından yuxarısı çəkilmişdir. Bəzən ön planda reportyorun boynunu da göstərmək olar. İsveç jurnalistləri bu priyoma «ənsəyə atəş» deyirlər. Müsahibə verənin sifətinin iri planı (çiyindən başlayaraq yuxarı hissəsinin) ikinci standart həlldir. Danışan adamın başı üstündə bir qədər boşluq – «hava» qoyun, profildən çəkilən şəxs üçün isə sağdan və ya soldan daha çox hava buraxın. Unutmayın ki, kadrların məkanı (çəkiliş obyektinin nəzərləri tuşlanan sol və ya sağ tərəf) onun arxasında qalan məkana nəzərən daha geniş olmalıdır. Əsasən qabaq tərəfdən çəpinə çəkmək yaxşıdır. Çəkiliş planları müxtəlif olmalıdır ki, montajçı onları birbaşa, ard-arda, sərt keçidlərə yol vermədən (buna peşəkar dildə «hoppanma», «səksənmə» deyirlər) montaj etməyə imkan tapsın. Müsahibə zamanı və ondan sonra operator bir neçə keçid çəkməlidir.

Kadrda iki nəfər (həm reportyor, həm də müsahibə obyekti) ekranda söhbət əsnasında görünürlər.

a) Reportyor sual verir, müsahib qulaq asır. Operator jurnalistin kürəyindən çəkir, kadrda onun yanağı, bəlkə də sual verən anda əlinin, yaxud çiyninin hərəkəti görünür. Dodaqların tərpənişi hiss olunmur, reportyorun hansı sualı verməsindən asılı olmayaraq bu kadrlardan vstavka kimi istifadə etməyə imkan yaradır.

b) Respondent danışır, reportyor dinləyir. Çəkiliş arxa tərəfdən, müsahibin böyründən, onun dodaqlarının hərəkəti görünməyəcək məsafədən aparılır.

İri planda dinləyici

a) Müsahibə obyekti

Reportyor sual verir, operator müsahibə obyektini iri planda çəkməyə davam edir, obyekt ona verilən sualı dinləyir.

Reportyor müsahibinin cavabına qulaq asır. Belə hallarda etika baxımından bir neçə variant çəkmək yaxşı olar, çünki reportyorun üzündəki təbəssüm və ya başını təqdirlə tərpətməsi tamaşaçıda belə bir təəssürat oyada bilər ki, guya reportyor onun sözlərinə rəğbət bəsləyir. Reportyorun üzündəki qəzəbli ifadə isə eşitdiklərinə qarşı onun mənfi münasibəti kimi başa düşülə bilər. Başqa sözlə, jurnalistin üzünün ifadəsi müsahibənin məzmununa redaksiyanın üstüörtülü şərhi kimi dərk edilə bilər. Öz sualının cavabını dinləyən jurnalistin üzünün ifadəsini göstərən kadrlar imkan daxilində neytral olmalıdır.

Ekranda jurnalist müsahibə obyekti boyda (ölçüdə) görünməlidir. Əks təqdirdə, kadrlar qəribə və qeyri-təbii görünəcək. Zərurət olduqda reportyor ümumi planda elə çəkilməlidir ki, ekran daha çox onun müsahibinə «məxsus» olsun. Çünki müsahibənin əsas adamı məhz odur.

Dinləyən reportyoru göstərən kadrlar müsahibə obyektinin otağı tərk etməsindən sonra da çəkilə bilər. Ancaq bu, jurnalistdən müəyyən artistlik istedadı tələb edir, çünki o, təbii görünməli, qarşısında adam varmış kimi danışmalı, müsahibinin bir az əvvəl durduğu nöqtəyə baxmalıdır. Əgər operator qabaqcadan belə bir çəkilişlə işləyəcəyini bilirsə, o zaman müsahibə əsnasında müsahibə verənin çiyninin hündürlüyünə göz qoymalıdır ki, sonra tuşlama bucağını və kameranın yerləşdirilmə səviyyəsini asanlıqla tapa bilsin.

Reportyor bu kadrlardan keçid məqsədilə istifadə edə bilmək üçün sualları kameraya da təkrar edə bilər. Kameraya oxunmuş suallar montajı xeyli asanlaşdırır və müsahibənin iki kamera ilə aparıldığı təəssüratını oyadır. Reportyor əvvəlcə verdiyi sualları sözbəsöz təkrar etməlidir ki, söhbətin məzmunu təhrif olunmasın. Belə hallarda sığortalayıcı metodlardan birini işə salmaq mümkündür: sualların çəkilişi zamanı müsahibə obyektindən otaqda olmasını xahiş etmək olar ki, reportyor sualların ilkin mətnindən çox uzaqlaşsa, o öz iradlarını bildirsin. Əks təqdirdə, sualları müsahib getdikdən sonra da yazmaq olar, ancaq yuxarıda xatırlatdığımız kimi, bu, operatordan müəyyənteatr vərdişləri və baxışı bir nöqtədə toplamaq bacarığı tələb edir. Bu metodun üstünlüyü ondadır ki, reportyorun tələsməsinə ehtiyac yoxdur. Lazım olsa, o öz suallarını lentdən dəfələrlə dinləyə bilər, hətta onları dəqiqliklə yenidən sözbəsöz yaza bilər. İki kamera vasitəsilə yazılan uzun müsahibələr İsveç telejurnalisti üçün ən azı cah-cəlaldır. Belə olduqda bu və ya digər dərəcədə uydurma keçidlərə ehtiyac qalmır. Suallar və onların cavabları dərhal yazılır, kamera müsahibin təbii və öz-özünə yaranan reaksiyasını tuta bilir. İki kamera ilə çəkilmiş müsahibəni montaj etmək çox asandır, bir şərtlə ki, hər iki operator öz kameralarını sinxronizə etmiş olsunlar. Onlar vahid çəkiliş planı barədə əvvəlcədən sözləşməlidirlər ki, kadrda sifətin böyüklüyü, yaxud iki adamın kadrdakı təsviri kameranın birində digərində olduğundan çox da fərqlənməsin. Çəkilişin plan iriliyini seçərkən operator proqramın qrafik profilini də nəzərə almalıdır. Hər bir redaksiyada çəkilişin özünəməxsus yazılmamış qanunları var. Məsələn, müsahibə verənin sifətinin iri planda nə qədər gösətriləcəyi barədə. Onu da unutmaq olmaz ki, adamın adını və vəzifisini göstərən titrlər üçün də filan qədər boş yer qoymaq lazımdır. Bəzi redaksiyalar titrlər üçün ekranın yuxarı sol küncünü, bəziləri isə kadrın aşağı hissəsini seçirlər. İsveçdə xarici dillərdən müsahibənin tərcüməsi subtitrlərin köməyi ilə həyata keçirilir ki, bu da müəyyən kadr kompozisiyası tələb edir.

Kameranın rakursu: Çəkiliş vaxtı kameranın hansı yüksəklikdə yerləşməsi təsvirin auditoriya tərəfindən necə qəbul edilməsinə mühüm təsir göstərir. Aşağı rakurslardan çəkilmiş adam ekranda cüssəli, zabitəli, hətta heybətli görünür. Yuxarıdan çəkilmiş adam isə tamaşaçılara cılız və zavallı adamcığaz təsiri bağışlayır. Kino vəteleviziyanın dili bizim tamaşaçılarda belə bir alışqanlıq yaradıb: kadrda soldan sağa doğru hərəkət edəni sanki külək qovur, sovurur, sağdan sola gedən isə öz yolunda maneələrə rast gələn adam kimi qəbul olunur.

180 dərəcəli ox, yaxud təmas oxu: Televiziya çəkilişinin əsas qanunlarından biri 180 dərəcəli ox qaydasını qorumaqdır. Bu, xəyali bir xətt olub müsahibə verəndən, yaxud çəkiliş obyektindən kameranın fokusuna qədər uzanır. Çəkiliş aparan operator çəkiliş boyu bu xəttin bir tərəfində olmalıdır. Bu xətti kəsib keçmək çəkiliş obyektinin hərəkətinin, yaxud nəzərlərinin istiqamətini pozur. İstənilən adam, yaxud əşya şərti xəttin bir tərəfində öndən, yaxud arxadan çəkilə bilər. Operator xəttin bir üzündən o biri

üzünə keçdikdə çəkiliş obyektinin hərəkət istiqaməti də dəyişəcək. 180 dərəcəli oxun müxtəlif tərəflərindən çəkilən nümayiş birbirinin üzərinə doğru hərəkət edən iki düşmən qrup kimi görünəcək.

Reportyorun və müsahibə verənin gözlərinin təması müsahibənin yalnız psixoloji aspekti üçün deyil, onun ekranda necə görünməsi baxımından da əhmiyyət kəsb edir. Keçidlər zamanı sualları dinləyən reportyorun nəzərləri başqa tərəfə deyil, məhz müsahibin üzünə dikilməlidir. Əgər operator çəkilişi reportyorun arxasından aparırsa, onda respondentin nəzərləri kadrda sola yönələcək. Operator reportyoru çəkməyə başlayanda şərti təmas xəttini keçməməlidir. O, müsahibə verəndən sol tərəfdə dayanmalıdır. Pinq-ponq oyununun çəkilişi hərəkət istiqaməti üçün təmas xəttinə riayət edilməsinin nə qədər vacib olduğunu göstərən klassik nümunədir. Əgər operator şərti xətti keçsə və oyunçuları xəttin sağından və solundan çəksə, ekranda elə görünəcək ki, guya oyunçular topu ancaq bir istiqamətə vururlar.

Çıxışların çəkilişi: Məruzə və çıxışların çəkilişində də eyni prinsip tətbiq olunur. Şərti xətt çıxışçıdan kameraya doğru uzanır. Çəkiliş məkanın yalnız yarısından aparıla bilər. Məruzəçi publikaya, publika isə ona baxmalıdır. Əgər operator şərti xətti keçsə, elə görünər ki, guya publika və natiq müxtəlif yönlərə baxırlar. Birbirinin ardınca gələn publika kadrları 180 dərəcəli oxun müxtəlif tərəflərindən çəkilə bilər və bu, videosıraya əlvanlıq verər. İndiki halda isə söhbət publikaya nəzərən natiqin çəkilişi zamanı riayət olunmalı qaydalardan gedir. Çıxışların çəkilişi reportyordan operatorla sıx əməkdaşlıq etməsini tələb edir. Kamera o vaxt işə salınmalı və natiqə tuşlanmalıdır ki, o nə isə mühüm bir məsələ haqqında danışmağa başlasın. Əgər onun çıxışının mətni vvəlcədən zaldakılara paylanmışsa, bu, işi xeyli asanlaşdırar. Digər hallarda operatordaim hazır vəziyyətdə dayanaraq reportyorun işarəsini gözləməlidir. Hətta qısa informasiya süjeti üçün də natiqin tribunadan iri planı ilə kifayətlənmək olmaz. Zalın panoram görünüşləri, öndən və arxadan natiqin ümumi görünüşü çəkilməlidir. Çıxışçı tribunada müxtəlif rakurslarda çəkilməlidir, yandan, yaxud elə məsafədən bir neçə kadr çəkilməlidir ki, məruzəçinin dodaqlarının tərpənişi görünməsin, ancaq onun nəsə dediyi anlaşılsın. Belə kadrlardan kəskin montaj keçidlərindən qaçmağa kömək edən əlavələr kimi istifadə oluna bilər.

Ən çox yayılmış keçid növləri bunlardır: iri planda natiqin əli, natiqin əlyazması, zaldakı publika. Auditoriya diqqətlə dinləyən, sakit, yaxud çılğınlıqla alqış tutan (əgər həmin zalda alqış ümumən mümkündürsə) momentlərdə çəkilməlidir. Bu kadrlarhamısı lazımdır, çünki natiqin nitqi alqışlarla çəkiləndə ekranda müvafiq kadrlar görünməlidir. Mətbuat konfranslarında alqış nadir şeydir. Operator sual verən, qulaq asan, sualları cib dəftərçəsinə qeyd edən jurnalistləri çəkir. Fotoqraflar və operatorlar dəstəsini də çəkmək mümkündür. Düzdür, bunlar ən bayağı keçidlərdir, lakin qaça-qaçda montaj olunan informasiya süjetlərində onlardan istifadə etmək çox təbiidir. Çıxışlar və ya mətbuat konfransları zamanı öz qeyd dəftərçənizdə vacib fikirləri qeyd etməklə özünüzə böyük yaxşılıq etmiş olursunuz. Bu qeydlər sayəsində materialın montajı prosesini xeyli asanlaşdırmaq və sürətləndirmək mümkündür, o şərtlə ki, operator çəkilişdən əvvəl real zaman kodunu qursun və saatını sizinki ilə yoxlasın. Bu üsul montaj vaxtı sizi maraqlandıran yeri lentdə dərhal tapmağa imkan verər. Radioreportyorlar müasir rəqəmli DAT maqnitofonlarından daha çox istifadə edirlər. Bu cihazlar cari zamanı avtomatik şəkildə qeyd edirlər, bu da lentdə çıxışın bu və ya digər hissəsini axtarmağı asanlaşdırır. Başqa maqnitofonlarda isə rəqəm işarəsini əllə qoymaq mümkündür. Lent üzərində sonrakı iş zamanı o işarəni tapmaq çox asan olur.

Stendup: Norveçlilərin «fösinq», isveçlilərin «stoup» dedikləri şeyə ingilisdilli jurnalistlər «stendup» (stəndap) deyirlər. Bu üç sözün mənası eynidir: hadisə yerindən reportaj. Haradasa arxa planda müharibə gedir, tamaşaçıların qarşısındakı reportyor isə bu qaynar nöqtədə, yaxud hadisə yerində nələr baş verdiyi barədə danışır. Qumbaralar partlayan, atışma gedən müharibə zonasında çəkiliş aparmaq təhlükəlidir, ona görə də reportyor ekranı öz bədəni ilə doldurmalıdır. Xəbəri kadrlar vasitəsilə göstərən telesüjetəlrin ən yaxşı telesüjetlər olduğunu inkar etmək mümkün deyil. Lakin bir çox hallarda stendup mühüm funksiya daşıyır və ən yaxşı çıxış yoludur. Söhbət o hallardan gedir ki:

– Reportyorun dediklərini əks etdirən videosıra yoxdur.

– Materialın bir hissəsindən digər hissəsinə dəqiq və sərrast keçid etmək vacibdir.

– Reportyoru qeyri-adi şəraitə «daxil etmək» lazımdır. Bu halda çəkiliş elə yerlərdə aparılmalıdır ki, onlar reportyorun dediklərinə əlavə informasiya mənbəyi təşkil edə bilsinlər. Fon çox mühüm rol oynayır və müxbir baş verənlərin tərkib hissəsinə çevrilməlidir. Tanış olmayan şəhərin konturları, yol-nəqliyyat hadisəsinin izləri, qaçqınlar üçün çadır şəhərciyi, bombardmandan zərər görmüş kənd… Kərpic divardan başqa hər şey fon rolunu oynaya bilər.

– Reportyor təhlil aparmağa, baş verənlərin əsil mahiyyətiniaçmağa çalışır. Bu halda o, tamaşaçılara birbaşa ekrandan müraciət edərək onları öz sözlərinə inandırmağa nail olur.

– Reportyor özü hansısa hadisənin iştirakçısı olmuş, nəüçünsə həyəcan keçirmişdir, şəraiti, ab-havanı, mücərrəd hissləri təsvir etməyə çalışır.

– Nəyi isə nümayiş etdirir: «Qalıqlarını uzun müddətdən bəri tapmaq mümkün olmayan filan təyyarənin qara qutusu bu anda əlimdədir…»

Kadrların kompozisiyası baxımından çəkiliş zamanı saysızhesabsız imkanlar var. Reportyor ayaq üstə, oturaraq, hətta uzanmış halda reportaj apara bilər. Onu hərəkət halında da çəkmək mümkündür. O, qəfildən kadrda peyda ola bilər, arabir də görünə bilər, yaxud panoramlaşdırmanın köməyi ilə də daxil ola bilər. Arxa planda qeyri-adi şəraiti göstərən kameranın reportyordan uzaqlaşması tamaşası üçün bir növ sürpriz ola bilər. Birbaşa kameraya danışan reportyor özü üçün elə bir nöqtə tapmalıdır ki, tamaşaçı ilə təmas üçün orada nəzərlərini toplaya bilsin.

Ədəbiyyat

Məhərrəmli Qulu. Kino Televiziya və Radio Terminləri. İzahlı Lüğət. Bakı, 2002

Məhərrəmli Qulu. Radio dərsləri. Nurlan nəşriyyatı. Bakı, 2007

Məhərrəmli Qulu. Televiziya jurnalistikasının əsasları. Bakı, 2005

Məmmədli Zeynal. A-dan Z-yə telexəbər. Bakı, 2009

Məmmədli, Cahangir. Müasir jurnalistika. Bakı Dövlət Universitetinin Nəşriyyati, Bakı, 2003

Vaqner Den. Xırdaformatlı teleistehsal. Bakı, 1998

Comments are closed, but trackbacks and pingbacks are open.