Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu təsdiq edirəm: dos. M. S. Xəlilov
Hal-hazırda cəmiyyət həyatının elə bir sahəsi və istiqaməti yoxdur ki, onu müasir kompüter və informasiya texnologiyalarından istifadəsiz təsəvvür etmək mümkün olsun. Hökümət təşkilatları, qeyri-hökumət və özəl qurumlar öz fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarından get-gedə daha dolğun istifdə etməyə çalışırlar. Sosial-iqtisadi, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. fəaliyyət sahələri kompüterdən istifadə etməklə yeni məzmun kəsb etmişdir. Bu baxımdan kompüter elmləri, kompüter mühəndisliyi, informatika müəllimliyi ixtisaslarında “ Kompüterin proqram təminatı” fənninin tədrisi və təbliği son dərəcə aktuallaşmışdır.
Tarixi qələbə, Zəfər günü – 8 NOYABR
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.
“Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.
Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi.Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
8 noyabr 2020-ci il – Qarabağa qovuşduğumuz tarix…
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.
Ərazi bütövlüyümüz təmin olundu – Heç bir statusdan söhbət gedə bilməz
Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu Azərbaycanın tam və şərsiz qələbəsinin əyani sübutudur. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular.
“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur.
Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri
Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu təsdiq edirəm: dos. M. S. Xəlilov
Hal-hazırda cəmiyyət həyatının elə bir sahəsi və istiqaməti yoxdur ki, onu müasir kompüter və informasiya texnologiyalarından istifadəsiz təsəvvür etmək mümkün olsun. Hökümət təşkilatları, qeyri-hökumət və özəl qurumlar öz fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarından get-gedə daha dolğun istifdə etməyə çalışırlar. Sosial-iqtisadi, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. fəaliyyət sahələri kompüterdən istifadə etməklə yeni məzmun kəsb etmişdir. Bu baxımdan kompüter elmləri, kompüter mühəndisliyi, informatika müəllimliyi ixtisaslarında “ Kompüterin proqram təminatı” fənninin tədrisi və təbliği son dərəcə aktuallaşmışdır.
Kursun məqsədi: Fənnin İnformatika müəllimliyi ixtisasında tədris olunmasında məqsəd, tələbələri informasiya sistemlərini yaratmaq və onlar ilə işləmək üçün praktik bilik və vərdişləri aşılamaq, hesablama texnikasının tətbiq sahələrini, fərdi kompüterlərdən istifadə, periferiya qurğularının qoşulması və istifadəsini, fərdi kompüterlərin proqram təminatının növlərini və təyinatını, fayllarla işləmək, informasiyanın təhlükəsizliyini təmin etmək, arxivləşdirmək bacarığını, ixtisasla bağlı elektron mətnlərin tərtibatını və redaktəsini, elektron cədvəllərlə işləmək, elektron prezentasiyalar yaratmaq və onlardan istifadə, qrafik proqram paketlərindən istifadə etməyi öyrətməkdir.
“İnformatika” kafedrası
İnformatika elmi haqqında ümumi məlumat, nəzəri və tətbiqi sahələri, predmeti. İnformasiya haqqında əsas anlayışlar, təsvir üsulları və xassələri haqqında ümumi məlumat. İnformasiyanın yaradılması, ötürülməsi, qəbulu, saxlanılması və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri. İnformasiyanın kodlaşdırılması. ASCİİ və UNİCODE kodları.
Fərdi kompüterin quruluşu, əsas və periferiya qurğuları.
Elektron Hesablama Maşınlarının (EHM) yaranma tarixi və nəsilləri, əhatə etdiyi dövrlər, element bazaları, çəkisi, həcmi, məhsuldarlığı. EHM-in müxtəlif əlamətlərə görə təsnifatı. Superkompüterlər, meynfreymlər və mini EHM-lər. Fərdi kompüterlər (FK). Əsas və periferiya qurğuların təsnifatı, təyinatı. Daxili və xarici yaddaş qurğuları, onların funksiyası və təyinatı
Alqoritmin xassələri və təsvir üsulları.
Alqoritmin mahiyyəti, əsas xassələri və təsvir üsulları. Alqoritmlərin növləri. Məsələlərin kompüterdə həlli mərhələləri.
Say sistemləri.
Say sistemi haqqında əsas anlayışlar. Mövqeli və mövqesiz say sistemləri. İkilik, səkkizlik, onluq və on altılıq say sistemləri. İkilik say sistemində toplama və çıxma əməlləri. Bir say sistemindən digər say sisteminə keçid.
Proqram təminatının növləri, vəzifələri. Əməliyyat sistemləri (ƏS).
ƏS-nin funksiyaları, növləri və təsnifatı haqqında ümumi məlumatlar. MS WINDOWS əməliyyat sistemi ailəsi. MS WINDOWS ƏS-nin əsas və kontekst menyusu. Pəncərənin quruluşu. Sistem qovluqları. MS WINDOWS əməliyyat sisteminin xidmətçi proqramları. Fayl və qovluqlar üzərində əməliyyatlar.
Elektron sənədlərin tərtibatı, emalı. MS Word proqramı.
Mətn prosessorları haqqında ümumi məlumat. MS Word proqramının əsas interfeysi. MS Word proqramının menyu və bölmələrinin təyinatı və onlardan istifadə. MS Word proqramında mətnin fraqmentləri üzərində əməliyyatlar. Mətnin sənədlərinin tərtibatı, redaktə olunması, formatlaşdırılması, saxlanılması və çap edilməsi. MS Word mətn prosessorunun qrafik imkanları. Cədvəl və diaqramların qurulması. Formulaların yazılması.
Elektron cədvəllərin təşkili və redaktəsi. MS Excel proqramı.
Cədvəl prosessorları haqqında ümumi məlumat. MS Excel proqram interfeysi haqqında. Əsas menyu və bölmələrinin təyinatı və təsnifatı. İşçi kitabın sazlanması. Nisbi və mütləq ünvan anlayışları və onların fərqi. Xanalara informasiya daxil edərkən, xananın formatlaşdırılması. Verilənlərin tipləri. Cədvəllərin tərtibi və doldurulması, onlardan istifadənin səmərəliyi. Excel-də diaqramların qurulması, redaktəsi və formatlaşdırılması. Siyahıların yaradılması. Verilənlərin nizamlanması, süzgəclər.
Elektron prezentasiyaların təşkili. MS Power Point proqramı.
Elektron prezentasiyalar haqqında ümumi məlumat. MS Power Point proqram interfeysi. Menyu və bölmələrinin təyinatı və funksiyaları. Elektron təqdimatın strukturu. Elektron təqdimatların təşkilinin mərhələləri və işlənməsi. Tədqiqatların nəticələrinin təqdimatlar vasitəsi ilə verilməsi. Slaydlarla iş.. Slaydlara xüsusi effektlərin (animasiya, səs, diaqram, loqotip və s.) əlavə edilməsi. Təqdimata baxış və onun nümayişi.
Verilənlər bazaları və onların təşkili. MS Access proqramı.
Verilənlər bazası (VB): əsas anlayışlar, onların strukturları, tətbiqi. Verilənlər bazasının idarəetmə sistemləri, onların funksiyaları və növləri. MS Access proqramının interfeys elementləri, bölmələri, verilənlərin tipləri. Sadə cədvəllərin yaradılması, informasiyaların daxil edilməsi, emalı, axtarışı, silinməsi və çeşidlənməsi.
Kompüter qrafikası
Kompüter qrafikasının tətbiq sahələri. Təsvir üsullarına görə kompüter qrafikasının növləri, əsas elementləri. Onların üstün və fərqli cəhətləri. Rəngin dərinliyi (rəng çalarları). Qrafik faylın həcminin hesablanması düsturu. Qrafik faylların formatları. Kompüter qrafikasında istifadə olunan tətbiqi proqramlar.
Mövzu №11. Kompüter şəbəkələrinin növləri və təyinatları.
Kompüter şəbəkələrinin təyinatı və təsnifatı. Əsas anlayışlar (protokol, körpü, şlüz, marşrutizator və s.). Server və işçi stansiya anlayışı. Kliyent-server, fayl-server texnologiyaları. Lokal, qlobal şəbəkələr haqqında əsas anlayışlar. Lokal şəbəkələrin əsas aparat komponentləri. Lokal şəbəkələrin topologiyaları, onların fərqli və üstün cəhətləri.
İnternetin yaranması, inkişaf tarixi və tətbiq sahələri. İnternetdə ünvanlaşma. Domen Name System (DNS). İnternet xidmətləri, brauzerlər. Web-sənədlər və onların təşkili. İnternetə bağlantı üsulları (Dial-Up bağlantı, ADSL və s., simsiz və peyk bağlantıları). Mobil rabitə və İnternet. Axtarış sistemləri.
İnformasiya təhlükəsizliyi problemi. İnformasiyanın qorunması üsulları
İnformasiyanın təhlükəsizliyi. İnformasiyanın kompleks mühafizəsi sistemi. Kompüter virusları, onların təzahür formaları və növləri. Virusdan qorunma tədbirləri. Antivirus proqramlarının təsnifatı və təyinatı. İnformasiyanın arxivləşdirilməsi. Arxivator proqramları.
- M.S.Xəlilov, N.Ə.Həsənova “İnformatika”, Bakı 2015 (dərslik), 415 səh.
- N.Ə.Həsənova, E.N. İsrafilova “İnformasiya sistemləri və informasiya texnologiyaları”, “Mütərcim” nəşriyyatı, Bakı- 2015, 312 səh.
- N.Ə.Quliyev, Z.Ə.Şamilov “İnformatika”, “Vətən” nəşriyyatı, Bakı-2013, 728 səh.
- N.Ə.Quliyev. Elektron imza, elektron kommersiya (İnformatika) Bakı-2008, 344 s.
- E.N.İsrafilova, Ə.Ə.Əliyev Kompüter şəbəkələri. – Mingəçevir – 2008, 51 s.
- Ф.Симонович «Информатика» М.2013, стр. 640.
- Joan Lambert, Curtis Frye, Microsoft Office 2016. Step by step, 2015, pp.592.
- Alan G.Konheim. Computer security and cryptography. Published in Canada-2007, pp.546.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.