Quran azerbaycan dilinde
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir ev yoxdur ki, “Ayətül-kürsü” ayəsi orada oxunsun, məgər o halda ki, şeytanlar 30 gün həmin evi tərk edərlər və ora sehr və sehrbaz gəlməz”.
Quran azerbaycan dilinde
Dövrümüzün ən böyük elmi və arxeoloji nailiyyətlərindən biri də nəhayət ki, dənizin dərinliyindəki “əbədi qaranlığa” işıq salmaq oldu.
Quranın dediyi şüşə qarışqaları, nəhayət ki, elm kəşf etdi
1. 808 dəfə baxılıb
Cameron Currie deyir: “Təbiətdəki ən yaxşı öyrənilmiş həşəratlardan birində bunu tapmış olmamız bizi, həqiqətən, sevindirir”.
Quranın 14 əsr öncə dediyi yeraltı dalğalar məfhumu 1970-ci ildə kəşf edildi
1. 392 dəfə baxılıb
“Daxili dalğalar peyk əsrinə qədər elmə çox az məlum olan qəribə hadisələrdir. ”
Hədis möcüzələri
Ayaq üstə su içməyi qadağan edən hədisin səbəbini tibb elmi artıq kəşf etdi
2. 233 dəfə baxılıb
“O, (Allahın ona salavat və salamı olsun) insanın suyu ayaq üstə içməsini qadağan etdi. ”
Quranın və hədisin 1200 il öncə yeni nəqliyyat haqqında xəbər verməsi
2. 064 dəfə baxılıb
“O, hələ sizin bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”.
Pişik saxlamağın islami hökmü və yeni kəşf edilmiş tibbi faydası
12. 010 dəfə baxılıb
“Onların xorultusu sümüklərin, tendonların (sümük sistemini skletə bağlayan sinir) və əzələlərin sağalmasına səbəb olur»
Quran və hədisin dəniz altındakı od haqqında dediyi həqiqət 1977-ci ildə kəşf edildi
2. 316 dəfə baxılıb
Qeyd edək ki, həyatında bir dəfə də olsun gəmiyə minməyən Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) heç okeanların da dibinə düşməmişdir.
Quran azerbaycan dilinde
Hər kim bu 5 ayəni hər gün 11 dəfə oxuyarsa, hər bir hacəti asan olar və tezliklə öz muradına çatar.
2. “Ali-İmran” surəsinin 2-ci ayəsi. “اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ
3. “Nisa” surəsinin 87-ci ayəsi. اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ لَیَجْمَعَنَّكُمْ إِلَى یَوْمِ الْقِیَامَةِ لاَ رَیْبَ فِیهِ وَ مَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِیثًا
4. “Taha” surəsinin 8-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى
5. “Təğabun” surəsinin 13-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَ عَلَى اللَّهِ فَلْیَتَوَكَّلِ الْمُوْمِنُونَ
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir ev yoxdur ki, “Ayətül-kürsü” ayəsi orada oxunsun, məgər o halda ki, şeytanlar 30 gün həmin evi tərk edərlər və ora sehr və sehrbaz gəlməz”.
İmam Əli (ə) buyurur: “Peyğəmbərdən (s) eştmişəm ki, buyurub: “Hər kim hər vacib namazdan sonra “Ayətül-kürsü”nü oxuyarsa, onu behiştə daxil olmaqdan saxlamaz. Hər kim onu yatağına gedən zaman qiraət edərsə, Allah ona aman verər və həmçinin qonşusuna, qonşusunun qonşusuna və ətrafında olan evlərə”.
İmam Əlinin (ə) səhabələri ən fəzilətli ayə haqqında söhbət edirdilər və İmam (ə) onlara buyurdu: “Siz “Ayətül-kürsü” haqqında nə deyirsiniz? Peyğəmbər (s) mənə buyurmuşdu:
“Ey Əli! Bəşərin seyyidi insandır və ərəbin seyyidi Muhəmmədir (s) ki, burada fəxr olunmalı bir şey yoxdur. Sözlərin seyyidi Qurandır və Quranın seyyidi “Bəqərə”dir, “Bəqərə”nin seyyidi “Ayətül-kürsü”dür””.
Abdullah ibni Ufə nəql edir: “Gecə yuxuda gördüm ki, Qiyamət olmuşdur və məni gətirdilər, hesabımı asan aldılar. Məni behiştə apardılar və mənə çoxlu saraylar göstərdilər.
Mənə dedilər: “Bu sarayların qapılarını say”. Mən də saydım və 50 qapısı var idi. Sonra dedilər: “Evlərini say”.
Gördüm ki, 175 ev vardır. Mənə dedilər ki, bu evlər sənindir. O qədər sevindim ki, yuxudan ayıldım və Allaha şükür etdim. Səhər olan kimi İbni Sirinin yanına getdim və yuxumu ona danışdım.
O, dedi: “Məlumdur ki, sən Ayətül-kürsünü çox oxuyursan”.
Dedim: “Bəli”. “Bəs sən haradan başa düşdün? Çünki bu ayənin 50 sözü və 175 hərfi vardır”.
Mən onun hafizəsinin zirəkliyindən təəccüb etdim. O, mənə dedi: “Hər kim “Ayətül-kürüsü”nü çox oxuyar, ölümün çətinlikləri ona asan olar””.
“Ayətül-kürsü”nü şəfa niyyətilə oxumaq: “Hər vacib namazdan sonra əllərinizi gözünüzə qoyun və “Ayətül-kürsü”nü oxuyun və sonra bu duanı edin:
“”اللهم احفظ حدقتی بحق حدقتی علی بن ابیطالب(علیه السلام)”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ayətül-kürsü”nü hər namazdan sonra oxuyarsa, səma yarılar və birləşməz o zamana qədər ki, Allah Təala onu oxuyana tərəf rəhmət nəzəri salar.
Mələyi hakim edər ki, həmin zamandan sabaha qədər (yaxşı) işlərini yazsın və pis işlərini məhv etsin”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Hər bir vacib namazdan sonra “Ayətül-kürsü” oxu. Çünki peyğəmbərdən, siddiq və şəhiddən başqa heç kəs onu hər namazdan sonra oxumağı qorumur.
Hər kim hər namazdan sonra “Ayətül-kürsü”nü oxuyarsa, Allah Təaladan başqa heç kəs onun ruhunu qəbz etməz. O kəs kimi olar ki, İlahi peyğəmbərlərlə şəhid olana qədər cihad etmişdir.
Öləndən sonra fasiləsiz behiştə daxil olar. Siddiq və abid insandan başqası “Ayətül-kürsü”nü oxumağı qorumaz”.
İmam Baqir (ə) buyurur: “Hər kim hər namazdan sonra “Ayətül-kürsü”nü oxuyarsa, yoxsulluq və çarəsizlikdən amanda olar. Ruzisi artar, Allah öz fəzlindən ona çoxlu mal bəxş edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ayətül-kürsü”nü hər vacib namazdan sonra oxuyarsa, namazı Allah Təala tərəfindən qəbul olar, Allah amanında olar, Allah onu günahdan və bəlalardan saxlayar”.
Həzrət Peyğəmbər (s) buyurur: “5 şey hafizəni gücləndirər: şirniyyat yemək, (heyvanın) boyuna yaxın hissə(sin)dən əti yemək, mərci yemək, çörəyi soyuq yemək, “Ayətül-kürsü”nü oxumaq”.
Hər kim elm istəyir, gərək bu 5 şeyə riayət etsin: 1. Aşkar və gizlində təvqaya riayət etmək. 2. “Ayətül-kürsü”nü oxumaq. 3. Həmişə dəstəmazlı olmaq. 4. Gecə namazı qılmaq, hətta əgər iki rükətli olsa belə. 5. Yeməyi güc toplamaq üçün yemək, mədəni doldurmaq üçün deyil.
Hər kim “Ayətül-kürsü”nü gün batan zaman oxuyarsa, hacəti yerinə yetər.
Comments are closed, but trackbacks and pingbacks are open.