Press "Enter" to skip to content

Quran azrbaycan dilind

XX əsrin əvvəllərində Bakıda 30-dan artıq xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Əhəmiyyətinin dərəcəsinə görə bunların arasında 1906-cı il martın 4-də nizamnaməsi təsdiq edilmiş, noyabrın 10-da isə Bakı dumasının zalında təntənəli açılışı olmuş tam şəkildə “Nəşri-savad və maarif”, qısaca olaraq “Nəşri-maarif” adlanan xeyriyyə cəmiyyətini xüsusilə qeyd etmək olar. Bu cəmiyyətin başlıca məqsədi Bakı şəhərində və quberniyasında yaşayan müsəlmanlar arasında elm və maarifi, xüsusilə ibtidai təhsili Azərbaycan və rus dillərində yaymaq, hər növ maarifçilik fəaliyyətini dəstəkləmək idi. Həmin cəmiyyətə Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani Idarəsinin sədri Axund Mir Məhəmməd Kərim Mircəfərzadə sədr, vətənpərvər ziyalı Əhməd bəy Ağayev isə katib seçilmişdi.

Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edən şəxs

Azərbaycanda Qurani-Kərimin ilk tərcüməçisi axund Mir Məhəmməd Kərim ağa xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi olub. Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir.

Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar başlamışdı. Çünki mollalar istəmirdilər ki, camaat Qurani-Kərimi dərindən mənimsəsin. Qurandan xəbəri olmayanları aldatmaq, bu müqəddəs kitabı istədikləri kimi şərh vermək bəzi mollalara sərfəli idi.

Mir Məhəmməd Kərim ağa Cəfərzadə həmçinin müqəddəs kitabımızın üç cildlik təfsirini (izahı) hazırlamış və Quranla birgə məşhur neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1904-cü ildə “Kaspi” qəzetinin Bəxariyə mətbəəsində çap etdirmişdir. Onun bu zəhməti müqabilində Hacı Zeynalabdin Tağıyev kitabların ağırlığında Mir Məhəmməd ağaya qızıl da bağışlamışdı.

Mir Məhəmməd Kərim ağanın doğum tarixi mübahisəlidir. Müəlliflər axundun 1853-cü ildə anadan olduğunu yazırlar. Lakin Mir Məhəmməd Kərim ağanın doğum tarixi haqqında ən müfəssəl məlumat Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan, axundun oğlu Böyükağa – əsl adı Mir Cəfərin 1976-cı ilin may ayının 21-də yazdığı qeyddir. O yazır:

“Atam, Mir Məhəmməd Kərim Cəfərzadə 1855-ci ilin iyun ayında anadan olmuşdur. Bu şeir atam Mir Məhəmməd Kərim Cəfərzadənindir.

“Yetmiş səkkiz sinə vardım, daima leylü-nəhar, Bu cahan əsrarının həllində oldum paydar:
Qibət məlumum oldu, ey həkimani – cahan, Bu cahan əsrarının həllində yoxmuş iqtidar””.

Göründüyü kimi, şair bu misraları 78 yaşında yazmışdır. Axundun oğlu qeyd edir ki, bu şeiri atası 1933-cü ilin sentyabrında qələmə alıb. O zaman şeirin 1933-cü ildə yox, 1931-ci ildə yazıldığı müəyyənləşir. Axundun oğlunun sözündən belə nəticəyə gəlmək olur ki, 78 yaşında yazılan bu şeirin müəllifi axund Mir Məhəmməd Kərim Cəfərzadə 1853-cü ildə yox, 1855-ci ildə doğulub. Lakin Mərkəzi Dövlət Tarix Arxivi alimin doğum tarixi haqqında verdiyi arayışda Mir Məhəmməd Kərim ağanın 1853-cü ildə anadan olduğu göstərilir. Bu arayışı daha dəqiq hesab etmək olar. Çünki XX əsrin əvvəllərinə qədər doğum, ölüm, kəbin haqqında qeydlər həmən şəxsin yaşadığı evin yaxınlığındakı məscidlərdə aparılırdı.

Bakı quberniyasının qazisi

Mir Məhəmməd Kərim ağa Cəfərzadə ilk təhsilini yaşıdları kimi, doğulduğu Bakı şəhərindəki mədrəsədə almışdı. O, öz istedadı və bacarığı ilə seçilirdi, öz üzərində yorulmadan çalışmaqla daha yüksək biliklər qazanmaq üçün elmin müxtəlif sahələrinə müraciət edirdi. Fitri istedadını görən ata təhsilini davam etdirmək üçün Mir Məhəmməd Kərim ağanı Iraqın Bağdad şəhərinə göndərmişdi. Mir Məhəmməd Kərim ağa burada on il tam təhsil aldıqdan sonra vətənə qayıtmışdır. İsmailiyyə binasının təməlqoyma mərasimində o, Bakının qazısı olaraq dua oxumuşdu. Mir Məhəmməd Kərim ağa Cəfərzadə öncə İçərişəhərdəki “Şah məscidi”ndə axund, sonra isə yüksək bilik və bacarığına görə Bakı quberniyasının qazisi təyin edilmişdi. O, şəhərin ictimai-mədəni həyatında, xalqının maariflənməsində fəal iştirak edirdi. Bəzi qaragüruh ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənərək avam camaatı ayağa qaldırır və bəzən onları “cihad”a çağırmaqdan belə çəkinmirdilər.

Lakin qız məktəbini açmaq təklifini H.Z.Tağıyev bəyənmişdi və buna görə də, şəhərin maarifpərvər axundlarından bir neçəsini öz vəsaiti hesabına islamın müqəddəs sayılan yerlərinə – Məkkəyə, Kərbəlaya, Xorasana, Məşhədə və s. yerlərə göndərir və tapşırır ki, orada olan mötəbər, rəsmi din xadimlərindən sənədlər alsınlar ki, müsəlman qızları şəriət məktəblərində təhsil ala bilər və burada heç bir qəbahət görmürlər. Bununla da, axund Mir Məhəmməd Kərim ağa və başqa sağlam fikirli ruhanilər qaragüruhçuların təqiblərindən xilas olurlar.

XX əsrin əvvəllərində Bakıda 30-dan artıq xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Əhəmiyyətinin dərəcəsinə görə bunların arasında 1906-cı il martın 4-də nizamnaməsi təsdiq edilmiş, noyabrın 10-da isə Bakı dumasının zalında təntənəli açılışı olmuş tam şəkildə “Nəşri-savad və maarif”, qısaca olaraq “Nəşri-maarif” adlanan xeyriyyə cəmiyyətini xüsusilə qeyd etmək olar. Bu cəmiyyətin başlıca məqsədi Bakı şəhərində və quberniyasında yaşayan müsəlmanlar arasında elm və maarifi, xüsusilə ibtidai təhsili Azərbaycan və rus dillərində yaymaq, hər növ maarifçilik fəaliyyətini dəstəkləmək idi. Həmin cəmiyyətə Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani Idarəsinin sədri Axund Mir Məhəmməd Kərim Mircəfərzadə sədr, vətənpərvər ziyalı Əhməd bəy Ağayev isə katib seçilmişdi.

“Antisovet Quran”a görə güllələnmə

Mir Məhəmməd Kərim ağa ədəbi fəaliyyətlə də məşğul olub. O, şərq dillərindən – əsasən ərəb dilindən bir sıra əsərləri Azərbaycan dilinə tərcümə etmişdir. O, böyük ərəb yazıçısı, alimi Cürci Zeydanın İslam tarixinə aid on yeddi romanından beşini Azərbaycan dilinə çevirmişdir. Bunlardan “Əzrayi-Qüreyş”, “Kərbəla yanğısı”, “Osmanlı inqilabı”, “İslamın mədəniyyət tarixi”, “On yeddi Ramazan” tarixi romanlarını göstərmək olar. Mir Məhəmməd Kərim ağa Şam və Fələstində müsəlmanlarla xristianlar arasında gedən ikiyüzillik (490-690) müharibəni təsvir edən “Səlib müharibəsi” romanını yazmış və 1913-cü ildə nəşr etdirmişdir.
30-cu illər repressiyaları Mir Məhəmməd Kərim ağa Cəfərzadədən də yan keçməmişdir. “Üçlük” nəzarəti altında gedən repressiyanın qurbanları siyahısında nəinki ziyalılar, əksinqilabçılar, inqilabdan əvvəl müxtəlif partiya üzvləri, fəhlələr, kəndlilər, hətta dini xadimlər də var idi. Həmin din xadimlərindən biri də ictimai həyatımızda əvəzsiz xidmətləri olan axund Mir Məhəmməd Kərim Cəfərzadə də var idi.

Qala-Maştağa rayonu antisovet elementlərin (ASE) fəallarının siyahısının çıxarışında göstərilirdi: “Mir Məhəmməd Kərim Mir Cəfər oğlu – 70 yaşında, keçmişdə Qazi, səsdən məhrum edilmiş, məşğuliyyəti müəyyən edilməmiş, Mərdəkan kəndindən, mühakimə olunmamış. Keçmiş Zaqafqaziya “Qazi”si, gizli şəkildə dinin təbliği ilə məşğuldur, çadranın atılmasına qarşı təbliğat aparır və qadınların ictimai işlərdə iştirakının əleyhinədir. Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının müavini, təhlükəsizlik mayoru: Borşev əsli ilə düzdür: XDIK-nın rayon şöbəsinin rəisi Ziyalov 13 fevral 1938-ci ildə tərtib olunmuş “Axtarış protokolu”nda göstərilir ki, M.K.Cəfərzadənin evində axtarış aparılan zaman C/V 183877 saylı pasport və müxtəlif antisovet quranlar aşkar edilib”. 14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Cəfərzadənin həbsi üçün həmin gün order yazılır. Həmin gün də Axund Mir Məhəmməd Kərim ağa XDIK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. Axund Mir Məhəmməd Kərim ağa 1938-ci ildə güllələnib.

“Azadlıq”

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Quran azrbaycan dilind

51. əz-Zariyat surəsi

52. ət-Tur surəsi

53. ən-Nəcm surəsi

54. əl-Qəmər surəsi

55. ər-Rəhman surəsi

56. əl-Vaqiə surəsi

57. əl-Hədid surəsi

58. əl-Mücadələ surəsi

59. əl-Həşr surəsi

60. əl-Mumtəhinə surəsi

61. əs-Saff surəsi

62. əl-Cumuə surəsi

63. əl-Munafiqun surəsi

64. ət-Təğabun surəsi

65. ət-Talaq surəsi

66. ət-Təhrim surəsi

67. əl-Mulk surəsi

68. Nun surəsi

69. əl-Haqqə surəsi

70. əl-Məaric surəsi

71. Nuh surəsi

72. əl-Cinn surəsi

73. əl-Muzzəmmil surəsi

74. əl-Muddəssir surəsi

75. əl-Qiyamə surəsi

76. əl-İnsan surəsi

77. əl-Mursəlat surəsi

78. ən-Nəbə surəsi

79. ən-Naziat surəsi

80. Əbəsə surəsi

81. ət-Təkvir surəsi

82. əl-İnfitar surəsi

83. əl-Mutəffifin surəsi

84. əl-İnşiqaq surəsi

85. əl-Buruc surəsi

86. ət-Tariq surəsi

87. əl-Əla surəsi

88. əl-Ğaşiyə surəsi

89. əl-Fəcr surəsi

90. əl-Bələd surəsi

91. əş-Şəms surəsi

92. əl-Leyl surəsi

93. əz-Zuha surəsi

94. əl-İnşirah surəsi

95. ət-Tin surəsi

96. əl-Ələq surəsi

97. əl-Qədr surəsi

98. əl-Bəyyinə surəsi

99. əz-Zilzal surəsi

100. əl-Adiyat surəsi

101. əl-Qariə surəsi

102. ət-Təkasur surəsi

103. əl-Əsr surəsi

104. əl-Huməzə surəsi

105. əl-Fil surəsi

106. əl-Qureyş surəsi

107. əl-Maun surəsi

108. əl-Kovsər surəsi

109. əl-Kafirun surəsi

110. ən-Nəsr surəsi

111. Əbu-Ləhəb surəsi

112. əl-İxlas surəsi

113. əl-Fələq surəsi

114. ən-Nas surəsi

SON MƏLUMATLAR

Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır – FƏRMAN

Sağlam arıqlamaq üçün faydalı resept

İdeal cinsi əlaqə müddəti nə qədər olmalıdır?

Maliyyə piramidası fırıldaqçıları: Psixologiya pozulur, razılıq verilir və beləcə.

Makaron bişirərkən. – Xanımlar, bunu mütləq edin!

Məşhur və sağalmaz xəstəliyin müalicəsi tapıldı: dərmanı okeanın dibindəymiş

Bu il 7 milyon insan öləcək: Hava səs və tozla…

Azərbaycanda hemodializ müalicəsi dövlət hesabına həyata keçirilir? – Açıqlama

Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir

Keçəlliyin qarşısını alır, saçı ağarmağa qoymur, şəkərə təsir edir -…

Tiktok-da TREND: qızlar burun spreyləri iyləyib dərilərini qaraldırlar

HƏKİMLƏR

Aytəkin Quliyeva

Ülviyyə Qaraqurbanlı

Cavid Musazadə

Copyright © 2011-2023. Saglamolun.Az -Sağlamlıq saytı. Layihə və tərtibat: Buta design

Comments are closed, but trackbacks and pingbacks are open.