Quran heriflerinin oxunuşu v tcvidi
Qurani-Kərimi oxuyarkən tələsmək bəyənilmir. Hətta Peyğəmbər zamanında bəzi səhabələr çox qısa müddət ərzində Quranı oxuyub bitirdiklərini söyləyəndə, o həzrət etiraz edir və həmin adamları tələsməməyə, oxuduqları barədə düşünməyə çağırırdı. Ayələri tilavət edərkən mənalarını düşünmək, Quranı “yaşamaq” böyük savaba malikdir. İnsan Quran oxuyarkən ruhunu buna uyğun kökləməyi bacarmalıdır. Yəni Allahın mükafatlarından bəhs edən ayələri oxuyanda gərək bunlara görə şükr etsin və onları Allahdan istəsin. Cəhənnəm və əzab ayələrini oxuyanda öz günahlarını yada salsın, Allahın mərhəmətinə sığınsın, tövbə etsin. Keçmiş peyğəmbərlərin əhvalatını oxuyanda onlardan ibrət götürsün. Əxlaqi gözəlliklər barədə tövsiyləri əhatə edən ayələrlə qarşılaşanda, onları yadda saxlasın və gələcək həyatında bunlara riayət etməyə çalışsın və s.
Qurani-Kərimi belə oxumaq gərəkdir – QAYDALAR
Bir gün Peyğəmbər buyurdu: “Ürəklər də dəmir kimi paslanır”. Səhabələr soruşdular: “Bəs qəlbin pasını nə ilə təmizləmək olar?” Peyğəmbər buyurdu: “Quran oxumaqla”.
Yenə Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərinin birində buyurulur ki, gözünüzün haqqını verin. Soruşdular ki, gözün haqqı nədir? Buyurdu: “Quran oxumaq”. Quran oxuyan insanın əxlaqı gözəlləşər (əgər oxuduqlarını həyata tətbiq edərsə), sağlamlığı möhkəmlənər, gözü itiləşər, həm Allahın, həm də insanların yanında hörmət-izzət qazanar. Quran oxunan evin ruzi-bərəkəti bol olar. Peyğəmbər buyururdu ki, evinizi Quran qiraəti ilə nurlandırın; içində Quran oxunan evin bərəkəti çoxalar, ev əhlinin nemətləri aşıb-daşar.
Milli.Az İslam.az-a istinadən bildirir ki, Qurani-Kərimi oxumağa başlamazdan əvvəl bəzi şərtlərə riayət etmək lazımdır. Əvvəla, Quran oxuyan adamın cənabətdən pak olması məsləhətdir; boynunda qüsl olan şəxsin Quran oxuması məkruhdur (bəyənilməzdir). Amma Quranda vacib səcdə edilməsi lazım olan ayələrin yer aldığı dörd surəni oxumaq cənabətli şəxsə qəti surətdə haramdır. Bunlar Səcdə (32-ci), Fussilət (41-ci), Nəcm (53-cü) və Ələq (96-cı) surələridir; bu surələrin istənilən ayəsini oxumaq günahdır. Amma Quranın bunlardan savayı ayələrinin 7-dən çoxunu oxumaq cünüb şəxsə məkruhdur.
Qurani-Kərimin yazısına qüslsüz və dəstəmazsız toxunmaq günahdır. Ümumilikdə Qurani-Kərimin cildinə, vərəqlərinə, sətirlər arasındakı yerə qüslsüz və dəstəmazsız əl vurmaq məkruh (bəyənilməz) sayılır.
Quran tilavətindən qabaq ağzı yumaq və dişləri misvakla təmizləmək də bəyənilir. Peyğəmbər tövsiyə edirdi ki, Quranın yollarını pak edin. Soruşdular: “Quranın yolları nədir?” Həzrət cavab verdi: “Ağız”. Yenə soruşdular: “Ağzımızı nə ilə təmizləyək?” Peyğəmbər buyurdu: “Misvakla”.
Qurani-Kərimi oxuyarkən sakit bir yerə, diqqətin yayınmadığı bir mühitə çəkilmək, yerdə üzü qibləyə oturmaq, Qurani-Kərimi dizdən yuxarı müstəvidə qoymaq məsləhətdir. Müqəddəs Kitabı rəhilin üzərinə qoyub oxumaq daha yaxşıdır. Yeri gəlmişkən qeyd edək ki, Quranı gəzdirərkən də beldən yuxarı səviyyədə tutmaq müstəhəb sayılıb.
Quranın qiraətinə salavatla başlamaq, sonra şeytanın şərindən Allaha sığınmaq, yəni bu sözləri söyləmək müstəhəbdir: “Əuzü billahi minəş-şeytanir-rəcim”. (Qovulmuş şeytandan Allaha sığınıram). Bundan sonra da “Bismillahir-Rəhmanir-Rəhim” deyib tilavətə başlamaq lazımdır. Hər surəni oxuyub qurtarandan sonra, eləcə də Quran oxunuşunu bitirəndən sonra “Sədəqallahül-Əliyyül-Əzim” deyilir (Uca və əzəmətli Allah doğru buyurub). Quranı xətm edəndən (tam oxuyub bitirəndən) sonra oxunması müstəhəb olan dualar var ki, bunları ya müvafiq dua kitablarından, ya da Quranın ərəbcə bəzi nəşrlərinin son səhifəsindən əldə edə bilərsiniz.
Quranı gözəl səslə oxumaq çox bəyənilir. Hədisdə buyurulduğu kimi, hər şeyin bəzəyi var, Quranın bəzəyi də gözəl səsdir. Bu zaman hərfləri düzgün tələffüz etməyə çalışmaq, harada durub nəfəs almağı bilmək, sətirlərin yuxarı qismindəki təcvid işarələrinə riayət etmək lazımdır. Quranı məlum və məşhur qiraət avazlarından biri ilə oxumaq müstəhəbdir. Quran qiraətini musiqiyə çevirmək, yersiz zəngulələr vurmaq günahdır. Quranı düzgün oxuya bilmək üçün təcvid elmindən xəbərdar olmaq lazımdır. Qurani-Kərimin vacib səcdə ayələrinə çatanda səcdə etmək lazımdır.
Qurani-Kərimi oxuyarkən tələsmək bəyənilmir. Hətta Peyğəmbər zamanında bəzi səhabələr çox qısa müddət ərzində Quranı oxuyub bitirdiklərini söyləyəndə, o həzrət etiraz edir və həmin adamları tələsməməyə, oxuduqları barədə düşünməyə çağırırdı. Ayələri tilavət edərkən mənalarını düşünmək, Quranı “yaşamaq” böyük savaba malikdir. İnsan Quran oxuyarkən ruhunu buna uyğun kökləməyi bacarmalıdır. Yəni Allahın mükafatlarından bəhs edən ayələri oxuyanda gərək bunlara görə şükr etsin və onları Allahdan istəsin. Cəhənnəm və əzab ayələrini oxuyanda öz günahlarını yada salsın, Allahın mərhəmətinə sığınsın, tövbə etsin. Keçmiş peyğəmbərlərin əhvalatını oxuyanda onlardan ibrət götürsün. Əxlaqi gözəlliklər barədə tövsiyləri əhatə edən ayələrlə qarşılaşanda, onları yadda saxlasın və gələcək həyatında bunlara riayət etməyə çalışsın və s.
Qurani-Kərimi evdə oxumadan saxlamaq bəyənilməz işdir. Adam ərəb hərflərini bilirsə, mütəmadi olaraq Quranı açıb oxumalıdır. Əgər ailə üzvləri içində bunu bacaran yoxdursa, onda heç olmazsa Quranı hərdən-bir oxuya bilən adamlara verib oxutdurmaq lazımdır. Hədislərdə deyilir ki, evin bir küncündə istifadəsiz qalıb toz basmış Quran qiyamətdə öz sahibindən Allaha şikayət edəcək.
Burada yazılan şərtləri Qurani-Kərimin tərcümə nüsxələrinə də tətbiq etmək müstəhəbdir. Ərəb əlifbasını bilməyən və Quranı orijinaldan oxumağı bacarmayan adam bunu öyrənməyə çalışmalıdır. Amma imkan yoxdursa, heç olmazsa, Quranın azərbaycan dilinə tərcüməsini oxuyub mənasını anlasa da savab qazanar.
Qurani-kərimin oxunuşunu dinləyən adam sakitliyə riayət etməli, Müqəddəs Kəlamın ehtiramını saxlamalı, ayələrin mənasını anlamağa çalışmalıdır.
Quran heriflerinin oxunuşu v tcvidi
Təcvid (ərəb. تجويد) — orfoepik oxunma qaydası və müvafiq Quran elmi (‘ilm ət-təcvid) olub, Quranın düzgün qiraətini öyrədir və mənasının təhrif olunmasını istisna edir.
часов обучения
Bu bölümdə siz “Başlayanlar üçün təcvid” kursu haqqında bütün zəruri bilikləri əldə edəcəksiniz. Burada biz kursun məzmunundan danışacaq, məqsədləri, gözlənən nəticələr və onların əldə edilməsi haqqında məlumat verəcəyik. Bundan başqa, Quranın bizim həyatımızdakı rolunun əhəmiyyəti haqqında düşünəcək, Quranın başa düşülməsi və öyrənilməsində təcvid elminin önəmini anlamağa çalışacağıq. Sonda düzgün niyyət və uğurun üç əsas amili barədə danışacağıq.
- Quranın əhəmiyyəti haqqında
- Təcvid elmi haqqında
- “Başlayanlar üçün təcvid” kursu haqqında
- Düzgün niyyət haqqında
Bu bölümdə siz ərəb əlifbası hərflərinin tələffüzü, yazılışı və bəzü xüsusiyyətləri ilə tanış olacaqsınız. Təqdim olunan tədriz materiallarının hamısını öyrəndikdən sonra ərəb əlifbası biliklərinizin səviyyəsini bilmək üçün master-testdən keçməyi tövsiyə edirik.
- “Ərəb əlifbası” bölümü haqqında
- ا hərfi
- ب ت ث hərfləri
- ج ح خ hərfləri
- د ذ hərfləri
- ر ز hərfləri
- س ش hərfləri
- ص ض hərfləri
- ط ظ hərfləri
- ع غ hərfləri
- ف hərfi
- ق hərfi
- ك hərfi
- ل hərfi
- م hərfi
- ن hərfi
- ه hərfi
- و hərfi
- ء hərfi
- ى hərfi
- Ərəb əlifbası: təcrübə və təsbit
Ərəb dilində oxumağı öyrənmək üçün sadəcə əlifbanın hərflərini bilmək kifayət deyil. Ərəb mətnlərində hərflər hərəkələrlə birlikdə gəlir. Ərəb dilində üç hərəkə var. Bunlar qısa sait səslərdən ibarətdir. Bu dərslərdə siz sözügedən hərəkələrdən biri – “fəthə” ilə tanış olacaqsınız.
- “Fəthə” hərəkəsi: Giriş
- “Fəthə” hərəkəli sözlərin oxunması
- “Fəthə”ni necə tələffüz etməli. Geniş yayılmış səhvlər.
- Fəthəli qalın və incə hərflər. Tələffüzü bənzər olan hərflər.
- Fəthəli hərflər: praktika və təsbit
- Bir dəqiqəlik düşünmə
Bu bölümdə siz, sözdə hərflərin müxtəlif yazılış formalarını öyrənəcəksiniz. Siz, ərəb dilində ilk sözlərinizi oxuyacaq və yazacaqsınız. Çoxsaylı praktik tapşırıqlar və testlər sizin biliklərinizi möhkəmləndirəcək.
- Əlif hərfinin düzgün yazılışı
- ب ت ث hərflərinin düzgün yazılışı
- ج ح خ hərflərinin düzgün yazılışı
- د ذ hərflərinin düzgün yazılışı
- ر ز hərflərinin düzgün yazılışı
- س ش hərflərinin düzgün yazılışı
- ص ض hərflərinin düzgün yazılışı
- ط ظ hərflərinin düzgün yazılışı
- ع غ hərflərinin düzgün yazılışı
- ف ق hərflərinin düzgün yazılışı
- ك ل hərflərinin düzgün yazılışı
- م ن hərflərinin düzgün yazılışı
- ه و hərflərinin düzgün yazılışı
- ي hərfinin düzgün yazılışı
- Bəzi hərflər yazılışda bənzərdir.
Bu bölümdə siz oxumağa başlayacaqsınız. Beləliklə, sizin biliklər asandan çətinə doğru tədricən oxumaq üçün kifayət qədərdir.
Öncə biz fəthəli sadə sözlərin oxunuşunu öyrənəcək, sonra qısa ifadələrə keçəcək və daha sonra uzun cümlələrlə bu bölümü bitirəcəyik.
- Bölümə giriş
- Fəthəli sözlərin oxunması
- Tələffüzü bənzər olan hərf və sözlər.
- Fəthə hərəkəli cümlələrin oxunması
- Bir dəqiqəlik düşünmə
Bu bölümün dərslərində siz ərəb dilinin ikinci hərəkəsi – kəsrə ilə tanış olacaqsınız. Siz əlifbanın bütün hərflərinin bu hərəkə ilə oxunuşunu öyrənəcək və eyni zamanda tələffüz zamanı yol verilən yayılmış yanlışlıqlarla tanış olacaqsınız.
- Kəsrə hərəkəsi. Giriş
- Kəsrəni necə düzgün tələffüz etməli. Kəsrənin tələffüzü zamanı yanlışlar.
- Kəsrə hərəkəli əlifba hərfləri
- Hərflərin fəthə və kəsrə hərəkəli oxunuşu
Bu bölümdə siz iki hərəkə – fəthə və kəsrəli söz və cümlələrin oxunuşunu öyrənəcəksiniz.
- Fəthə və kəsrə hərəkəli hərf birləşmələrinin oxunması
- Fəthə və kəsrəli sözlərin oxunması
- Fəthə və kəsrə hərəkəli cümlələrin oxunması
Bu bölümdə siz ərəb dilinin üçüncü hərəkəsi – “dammə” ilə tanış olacaqsınız.
- Dammə hərəkəsi. Giriş
- Dammə hərəkəli əlifba hərflərinin oxunması
Allahın izni ilə siz artıq ərəb dilinin bütün hərəkələrini öyrəndiniz. Artıq siz söz, cümlə və hətta Qurandan ayələri cəsarətlə oxuya bilərsiniz.
- Üç hərəkəli sözlərin oxunması
- Üç hərəkəli söz birləşmələri və cümlələrin oxunması
Bu bölüm “məd” mövzusuna, yəni uzatmaya aiddir. Siz artıq istənilən hərəkəli söz və ya cümlələri oxumağı öyrəndiniz. Gözəl qiraətin mühüm hissələrindən biri olan – məd ilə tanışlıq vaxti gəlib çatdı. Məd sait səsin iki hərəkə miqdarında uzadılmasına deyilir. Bunların sayı üçdür. İlk məd hərfini öyrənək – Əlif
- Məd anlayışına giriş. Əlif – məd hərfi
- Əlifbanı “əlif” məd ilə oxumaq.
- Əlif – uzatma hərfidir. Söz və cümlələrin oxunması
- Kiçik uzatma əlif hərfi
Öncəki bölümlərdə siz əlif hərfli məd anlayışını öyrəndiniz. Bu bölümün mövzusu – ي hərfli məd.
- ي məd hərfi
- Əlifba hərflərinin ي məd hərfi ilə oxunması
- ي məd hərfli söz və cümlələrin oxunması
- Kiçik hərf ي
Öncəki bölümlərdə biz ا və ي uzatma hərfləri haqqında öyrəndik. Bu bölümün dərslərində biz daha bir məd hərfi و haqqında öyrənəcəyik. Həmçinin iki hərəkə miqdarından daha uzun olan bəzi məd formaları ilə tanış olacağıq.
- و məd hərfi
- Əlifba hərflərinin و məd hərfi ilə oxunması
- Kiçik uzatma و hərfi
- İki hərəkə miqdarından daha uzun məd
Sükun – bir növ hərəkənin əksidir. O, sait səsin olmamasını göstərir. Hər bir hərf sükunlu olarkən özünəməxsus xüsusiyyətə malikdir. Buna görə, onları düzgün tələffüz etməyi öyrənmək lazımdır.
- Sükunlu hərflər. Giriş
- Sükunlu hərflərin oxunması
- Qalqalə, qalqalə hərfləri
- ر sükunlu hərfi. Bəzi hərflərin üstündə olan “dairəcik” işarəsi
- Sükunlu hərflərin tələffüz müddəti. Tələffüzdə bəzi səhvlər.
- Sükunlu hərflər. Çalışmalar və praktika.
Şəddə (شدّة) ikiləşməni göstərir.
Üzərində şəddə olan hərf iki hərfdən ibarətdir, birincisi sükun, ikincisi isə hərəkəli. Şəddə bir sözdə yan-yana gələn iki eyni hərfin tələffüzünü asanlaşdırır.
- Şəddəli hərflər haqqında hər şeyi biləcək və onları düzgün tələffüz etməyi öyrənəcəksiniz.
- Şəddəli ن və م hərfləri ilə əlaqəli qaydalarla tanış olacaqsınız
- Təcvidin vacib terminlərindən olan ğunnə (غنّة) haqqında biləcək və onun düzgün tələffüzünü öyrənəcəksiniz.
- Şəddəli və fəthəli hərflər
- Şəddəli və kəsrəli hərflər
- Şəddəli və damməli hərflər
- Şəddəli ن və م hərflərinin qaydaları. Ğunnə anlayışı
Həmzə iki cür olur: ayırıcı və birləşdirici.
Ayirici həmzə (ərəbcə همزة قطع) hər zaman yazılır və oxunur. Məs. يَأۡكُلُونَ və ya قَدۡ يَئِسُواْ.
Birləşdirici həmzə (ərəbcə همزة وصل) ilk hərfi sükun olan sözün oxunuşunu asanlaşdırır. Ayırıcı həmzəni göstərən işarə belə yazılır: ٱ
Bu dərsdə siz birləşdirici həmzə ilə əlaqəli qaydaları öyrənəcək və onu təcrübədə tətbiq edəcəksiniz:
- birgə oxumada birləşdirici həmzə
- iki sözün birgə oxunuşu; birinci söz məd hərfi ilə bitir, ikinci isə birləşdirici həmzə ilə başlayır.
- müəyyən artikldə birləşdirici həmzə haqqında
- digər sözlərdə birləşdirici həmzə haqqında
- Ayırıcı həmzə
- Birləşdirici həmzə. Bağlı oxuma
- Birləşdirici həmsə haqqında
- Həmzənin növləri. Təsbit üçün çalışmalar.
Bu dərsdə siz müəyyən artikldə ل hərfinin növlərini öyrənəcəksiniz.
ل hərfi müəyyən artikldə iki cür olur: qəməri və şəmsi
Qəməri ل hərfi (ər.لَام قَمَرية ) yazılır və oxunur, amma növbəti hərf ikiləşmir, məs. ٱلۡبُيُوتَ
Şəms hərfi ل yazılır amma oxunmur, amma növbəti hərf ikiləşir, məs. ٱلتَّكَاثُرُ
Bundan başqa siz Allah (ٱللَّهُ ) sözünün tələffüzü və yazılışındakı özəllikləri biləcək, bu sözdə ل hərfinin qalınlıq və incəlik halları ilə tanış olacaqsınız.
- Qəməri hərf ل
- Şəms hərfi ل
- Allah ( ٱللَّهُ ) sözü. ل hərfinin qalınlıq və incəliyi.
İsim və sifətin qeyri-müəyyənliyini göstərmək üçün ərəb dilində “tənvin” anlayışı mövcuddur.
Tənvinin üç növü var: tənvin damm, tənvin kəsr və tənvin fəth
Müəyyən artikl və tənvin eyni sözdə rast gəlinə bilməz.
- Tənvin. Növləri və tələffüz
- Tənvinli söz və parçaların oxunması
- Tənvinlə bağlı daha bir neçə sual
Bu bölüm Quran qiraəti zamanı düzgün şəkildə fasilə verməyə həsr olunub.
Fasilə vermə qaydalarını bilmədən Quranı düzgün oxuya bilməzsiniz. Bu ana qədər siz sözləri, söz birləşmələri və ayələri elə oxuyurdunuz ki, sanki oxumanı fasilə vermədən davam edəcəksiniz. İlk mərhələdə tədrisi mürəkkəbləşdirməmək üçün belə edilirdi. İndi isə siz bütün mühüm mövzuları həm nəzəri, həm də praktik baxımdan yaxşı bilirsiniz və siz fasilə vermə qaydalarını öyrənməyə hazırsınız.
Quran qiraətində xüsusi qaydalar var ki, bunlara əsasən fasilə zamanı sözlərin sonluqları dəyişir. Dİqqət edin ki, Quranda fasilə həm ayənin sonunda, həm də ortasında baş verə bilər. Harda fasilə vermənizdən asılı olmayaraq, qaydaları dəqiq şəkildə tətbiq etməlisiniz.
- Durma zamanı son hərəkəsi sükuna çevrilən sözlər
- Durma zamanı sonluğu Əlif məd hərfinə çevrilən sözlər
- Durma zamanı sonluğu sükunlu ه hərfinə çevrilən sözlər
- Durma zamanı sonluğu dəyişməyən sözlər
- Üzərində sükun olduğu halda ر hərfində oxumanı durdururkən tələffüz
- Durma və “məd lin”
- Quranda fasilə vermə işarələri
- Durma. Çalışma və praktika
Qurani-kərim öyrənmək və oxumaq
Sual: Quranı-Kərimi öyrənərkən və oxuyarkən diqqət ediləcək xüsuslar nələrdir?
CAVAB: Quranı-Kərimi öyrənmək, öyrətmək və oxumaq çox savabdır. Quranı-Kərimi təcvidə uyğun öyrənib, hər gün az da olsa oxumağa çalışmaq lazımdır! Bu xüsusdakı hədisi-şəriflərdən bəziləri bunlardır:
“Quran öyrənən və öyrədən ən xeyirlinizdir.” [Buxari]
“Quran oxuyan kimsə ağlını itirməz.” [Tirmizi]
“Quran oxunan yerə rəhmət və bərəkət yağar.” [Buxari]
“Quran oxunan evin xeyri artar, sakinlərini sıxmaz, mələklər toplanar, şeytanlar oradan uzaqlaşar. Quran oxunmayan ev içindəkilərə dar gələr, sıxıntı verər, bərəkətsiz olar. Mələklər uzaqlaşar, şeytanlar oraya dolar.” [Darimi]
“Hər gecə on ayət oxuyan qafillərdən sayılmaz.” [Hakim]
“Quran oxuyun! Qiyamətdə sizə şəfaət edər.” [Müslim]
“Kim bir ayət öyrənərsə qiyamətdə onun üçün nur olar.” [Darimi]
“Bir ayət öyrənmək yüz rükət [nafilə] namaz qılmaqdan daha yaxşıdır.” [İbni Macə]
Quranı-Kərimi oxumaq sünnət, dinləmək isə fərzdir. Yəni dinləmək daha çox savabdır. Mushafa [Quranı-Kərimə] baxaraq dinləmək daha savabdır. Hədisi-şəriflərdə buyruldu ki:
“Quran oxunan yerə rəhmət yağar, mələklər hazır olar.” [Buxari]
“Qurandan bir ayət dinləyən saysız, çox savaba qovuşar.” [İ.Əhməd]
“Quranı öyrənib gecə-gündüz oxuyana imrənmək [qibtə etmək] lazımdır.” [Müslim]
“Quran oxuyanla dinləyən savabda ortaqdır.” [Deyləmi]
“İnsanların ən çox ibadət edəni ən çox Quran oxuyandır.” [Deyləmi]
“Quranı-Kərim oxuyub əzbərləyən, halalını halal, haramını haram bilən, Cənnətə girər. Bundan başqa [müsəlman] əqrəbasından hamısı da Cəhənnəmlik olan on nəfərə şəfaət edib, onları Cəhənnəmdən qurtarar.” [Tirmizi]
Quranı-Kərimin fəziləti.
Sual: Quranı-Kərim oxumağın fəziləti nələrdir?
CAVAB: Quranı-Kərimi öyrənmək, öyrətmək və oxumaq çox savabdır. Quranı-Kərimi təcvidə uyğun öyrənib, hər gün az da olsa oxumağa çalışmaq lazımdır! Bu xüsusdakı hədisi-şəriflərdən bəziləri belədir:
“Evlərinizdə Quran oxumağı artırın! Quran oxunmayan evin xeyri azalır, şərri çoxalır, o ev xalqına darlıq gəlir.” [Darə kutni]
“Quran oxunan evin bərəkəti artar. Quran oxunmayan ev bərəkətsiz olur.” [Darimi]
“Quran oxuyun! Çünki qiyamətdə şəfaət edər.” [Müslim]
“Ən üstün ibadət Quran oxumaqdır.” [İbni Kani]
“Quran əhli Cənnət əhlinin rəisləridir.” [Hakim]
“Quran oxuyanlar Cənnət əhlinin arifləridir.” [Darimi]
“Quran oxunan ev göy əhlinə yerdən ulduz göründüyü kimi görünür.” [Beyhəki]
“Quran əhli Əhlullahdır.” [Hatib] (Əhlullah Allah dostu, övliya deməkdir.)
Quran oxumağı unutmaq
Sual: Quran oxumağı öyrəndikdən sonra oxumağı və əzbərlənmiş surələri unutmaq günahdırmı?
CAVAB: Bəli, ikisi də günahdır. (İ.Əxlaqı)
Ən Son Yenilənənlər
Orucun və Ramazan ayının fəziləti..
İblisin mələklərdən soruşduğu suallar..
Oruc açarkən..
Şəvval ayında oruc..
Allah bəs, baqi həvəs..
Ən Son Əlavə Olunanlar
Orucun kəffarəsi..
Oruc açarkən..
Şəri də Allah yaradır..
İnsanın said və şaki olacağı bəllidirsə..
Allah bəs, baqi həvəs..
Mövzulara hər gün yeni sual və cavablar əlavə olunmaqdadır
Son yenilənmə:
Texniki problemlər ilə əlaqədar [email protected]elislam.com ünvanına yaza bilərsiniz
© Copyright © 2022. Bütün huquqlar qorunur
В корзине: 0 шт.
Comments are closed, but trackbacks and pingbacks are open.