Press "Enter" to skip to content

Qurani kerim azerbaycanca

Qurani-Kərimdə şər`i hokümləri çatdıran təqribən 500 ayə nazil olmuşdur. Bu ayələrdən bir neçəsi də namazın vaxtlarını bildirən ayələrdir. Biz də bu ayələri və onların müxtəsər şəkildə izahını sizlərə çatdırmaq istəyirik ki, görəsən Qurani-Kərimdə namazın vaxtları barəsində neçə vaxta işarə olunur.

Qurani-Kərimdə namaz vaxtları

Məlumdur ki, şər`i hökümlərin ələ gəlməsində istifadə olunan islami dəlillərin ən birincisi Qurani Kərimdir. Quranla müvafiq olan şeylər əxz olunur (götürülür), müxalif olan isə rədd olunur. Necə ki, bu barədə Allah Rəsulu (s) belə buyurur:

“Allahın kitabı ilə müvafiq olanı əxz edin, müxalif olanı isə buraxın.”

Mənbə: “Usulul-kafi, cild 1, elm kitabı, bab 22, hədis 1”.

Qurani-Kərimdə şər`i hokümləri çatdıran təqribən 500 ayə nazil olmuşdur. Bu ayələrdən bir neçəsi də namazın vaxtlarını bildirən ayələrdir. Biz də bu ayələri və onların müxtəsər şəkildə izahını sizlərə çatdırmaq istəyirik ki, görəsən Qurani-Kərimdə namazın vaxtları barəsində neçə vaxta işarə olunur.

1: Hud surəsi, ayə 114.

“Gündüzün iki başında, və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.”

Bu ayədə Allah təbarəkə və təala “gündüzün iki başında” buyurmaqla 2 vaxta və “gecənin bəzi saatlarında” buyurmaqla isə 1 vaxta işarə edir. Nəticədə 3 vaxta işarə olunur. Bu 3 vaxtda isə 5 namaz qılınır. Gündüzün bir başında sübh, o biri başında isə zöhr və əsr namazı müştərək vaxtda qılınır. Şam və xiftən namazı isə gecənin bəzi saatlarında qılınır.

2: İsra surəsi, ayə 78.

“Günortadan gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur.”

Bu ayədə Allah təbarəkə və təala “günortadan gecənin qaranlığınadək” buyurmaqla 2 vaxta və “sübh namazını da qıl” buyurmaqla isə 1 vaxta işarə edir. Nəticədə 3 vaxta işarə olunur. Bu 3 vaxtda isə 5 namaz qılınır. Günortadan gecənin qaranlığınadək, yəni zöhr, əsr, axşam və gecə namazları qılınır. Sübh isə sübh namazı qılınır.

3: Ta-ha surəsi, ayə 130.

“Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün ətrafında Ona təriflər de ki, bəlkə razı qalasan.”

Bu ayədə Allah təbarəkə və təala “günəş doğmamışdan” buyurmaqla 1 vaxta, yəni sübh namazının vaxtına, “batmamışdan əvvəl” buyurmaqla isə 1 vaxta, yəni zöhr və əsr vaxtına işarə edir. “gecənin bəzi saatlarında” buyurmaqla isə 1 vaxta, yəni şam və xiftən namazının vaxtına işarə edir. Nəticədə 3 vaxta işarə olunur və bu vaxtlarda 5 namaz qılınır.

Burada dördüncü vaxt da zikr olunmuşdur. O da “Gündüzün ətrafında” olaraq buyrulur. Bu vaxt barəsində 2 ehtimal vardır:

1: Ətraf sözü tərəf sözünün cəmidir. Cəm isə ən azı üçə şamil olur. Yəni, gündüzün əvvəli, ortası və axırı. Bu fikrə əsasən Allah bu ayə ilə axşama qədər olan namazların qılınmasına, yəni sübhə, zöhrə və əsrə təkid edir.

2: Ətraf sözü gündüzün bütün saatlarında qılınan vacib və müstəhəbbi namazlara şamildir. Necə ki, bu barədə məsumlardan (ə) hədis də vardır.

4: Rum surəsi, ayə 17 və 18.

“Elə isə axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu təriflər deyin. Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da, gündüz də Onu təqdis edib şəninə təriflər deyin!”

Birinci ayədə Allah təbarəkə və təala “axşama çatanda” buyurmaqla 1 vaxta, yəni şam, xiftən namazının vaxtına, “səhərə çıxanda” buyurmaqla isə 1 vaxta, yəni sübh namazının vaxtına işarə edir. İkinci ayədə isə, “gün batanda” buyurmaqla 1 vaxta, yəni əsr namazının vaxtına, “gündüz” buyurmaqla isə zöhr namazının vaxtına işarə edir. Nəticədə 4 vaxta işarə olunur və bu vaxtlarda 5 namaz qılınır.

5: Qaf surəsi, ayə 39 və 40.

“Sən onların dediklərinə səbr et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!. Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!”

Birinci ayədə Allah təbarəkə və təala “gün doğmamışdan əvvəl” buyurmaqla 1 vaxta, yəni sübh vaxtına, “batmamışdan əvvəl” buyurmaqla isə 1 vaxta, yəni zöhr və əsr namazlarının müştərək vaxtına işarə edir. İkinci ayədə isə “gecənin bir vaxtında” buyurmaqla isə 1 vaxta, yəni şam və xiftən namazlarının müştərək vaxtına işarə edir. “Səcdələrdən sonra” buyurmaqla isə 1 vaxta işarə olunur. Hədislərə əsasən bu vaxtdan məqsəd nafilə namazlarıdır. Nəticədə 4 vaxta işarə olunur. 3 vaxt vacibi namazlara, 1 vaxt isə nafilə namazlarına.

6: Tur surəsi, ayə 48 və 49.

“(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan. (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et! Gecənin bir vaxtında və ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de!”

Birinci ayədə Allah təbarəkə və təala “namaza qalxdıqda” buyurmaqla 1 vaxta, “gecənin bir vaxtında” buyurmaqla 1 vaxta, “ulduzlar batandan sonra” buyurmaqla isə 1 vaxta işarə edir. Nəticədə 3 vaxt olur və bu vaxt ərzində 5 namaz qılınır.

7: İnsan surəsi, ayə 25 və 26.

“Səhər və günün əvvəl və axırında Rəbbinin adını zikr et!. Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de!”

Birinci ayədə Allah təbarəkə və təala “səhər” buyurmaqla 1 vaxta, yəni sübh namazının vaxtına, “günün əvvəl və axırında” buyurmaqla 1 vaxta, yəni zöhr və əsr namazlarının vaxtına işarə edir. “Gecənin bir qismində” buyurmaqla isə 1 vaxta, yəni şam və xiftən namazlarının vaxtına işarə edir. Nəticədə 3 vaxta işarə edilir və bu vaxt ərzində isə 5 namaz qılınır.

Bu ayələrdə 5 vaxtın olduğunu görmədik. Yəni, namazlar üşün məxsusən 5 vaxt təyin olunmamışdır. Vaxtlar əsasən 3 və bəzilərində isə 4 olaraq göstərilmişdir. 4-cü vaxtın izahını isə oxuduq.

Vəssəlamu ələykum və rəhmətullah.

Məlumatlardan istifadə zamanı istinad zəruridir.

Qurani kerim azerbaycanca

31.Logman suresi (исполнитель: Qurani-Kerim (azerbaycan dilinde) )

31. Logman suresi1 (Mekkede nazil olmu$dur, 34 ayedir) Bismillahir–rehmanir-rehim! 1. Elif, Lam, Mim! 2. Bunlar hikmetli Kitabin (Quranin) ayeleridir. 3. (O Quran) yax$i emeller edenlere bir hidayet [bad word] yolu gosteren rehber) ve rehmetdir. 4. O kesler ki, namaz qilar, zekat verer2 ve axirete tam yeqinlikle inanarlar. 5. Onlar oz Rebbi terefinden (gosterilmi$) [bad word] yoldadirlar. Nicat tapanlar da (axiret ezabindan qurtarib savaba yeti$enler de) onlardir! 6. Insanlar icerisinde elesi de vardir3 ki, nadanligi uzunden (tutdugu i$in gunahini anlamadan xalqi) Allah yolundan (islam dininden) dondermek ve bu minvalla onu mesxereye qoymaq ucun menasiz (oyun-oyuncaq) sozleri satin alar. Mehz belelerini alcaldici bir ezab gozleyir. 7. Ve ayelerimiz ona oxundugu zaman onlari e$itmirmi$, qulaqlarinda agirliq (karliq) varmi$ kimi tekebburle arxasini cevirer. (Ya Resulum!) Sen de ona $iddetli bir ezabla (axiretde cehennem odunda yanacagi ile) mujde ver! 8. Iman getirib yax$i i$ler gorenleri Neim cennetleri gozleyir. 9. Onlar orada ebedi qalacaqlar. Allahin (mominlere verdiyi cennet) vedi haqdir. O, yenilmez quvvet sahibi, hikmet sahibidir! 10. Allah gorduyunuz goyleri direksiz yaratmi$ (yaxud O, goyleri gore bildiyiniz bir direk olmadan xelq etmi$), sizi yirgalamasin (atib-tutmasin) deye, yerde (mohkem durmu$) daglar berqerar etmi$ ve ora (yer uzune) curbecur heyvanlar sepelemi$dir. Biz goyden yagi$ yagdirdiq ve (onunla) yerde her bir gozel (qiymetli) novden (bitkiler, meyveler) yeti$dirdik. 11. Bu (gordukleriniz) Allahin yaratdiqlaridir. Indi siz de Mene (Allahdan) ba$qalarinin ne yaratdigini gosterin. Xeyr, zalimlar (mu$rikler) aciq-a$kar eyri yoldadirlar (haqq yoldan azmi$lar). 12. Heqiqeten, Logmana: “Allaha $ukur et!” (deye) hikmet verdik. Kim (Allahin nemetlerine) $ukur etse, ozu ucun $ukur eder. Kim nankor olsa, (bilsin ki) Allah onun [bad word] mohtac deyildir, (ozluyunde) $ukure (terife) layiqdir! (Onun butun i$leri beyenilendir!) 13. (Ya Resulum!) Yadinda olsun ki, bir zaman Logman oz ogluna nesihet ederek bele demi$di: “Oglum! Allaha $erik qo$ma. [bad word] da, Allaha $erik qo$maq boyuk zulmdur! (Agir gunahdir!)” 14. Biz4 insana ata-anasina (yax$iliq etmeyi, valideynine yax$i baxmagi, onlarla gozel davranmagi) tovsiye etdik. Anasi onu (betninde) cox zeif bir halda da$imi$di. (U$agin sudden) kesilmesi ise iki il erzinde olur. (Biz insana buyurduq:) “Mene ve ata-anana $ukur et. Axir donu$ Menedir! 15. Eger (ata-anan) bilmediyin bir $eyi Mene $erik qo$magina cehd gosterseler, (bu i$de) onlara itaet etme. (Qalan) dunya i$lerinde onlarla gozel kecin (onlara itaet et). Tovbe edib Mene teref donenlerin (islami qebul edenlerin) yolunu tut. Sonra (qiyamet gunu) Menim [bad word] qayidacaqsiniz. Men de (dunyada) ne etdiklerinizi (bir-bir) size xeber vereceyem!” 16. (Logman oyud-nesihetine davam ederek) dedi: “Oglum, (dunyada gorduyun her hansi yax$i, yaxud pis i$) bir xardal denesi agirliginda olsa da, bir qayanin (da$in) icinde, yaxud goylerde ve ya yerin tekinde olsa da, Allah onu (qiyamet gunu) ortaya getirer (onun haqq-hesabini ceker). Heqiqeten, Allah letifdir (butun ince, nazik i$leri bilendir; lutfkardir), (her $eyden) xeberdardir! 17. Oglum! Namaz qil, (insanlara) yax$i i$ler gormeyi emr et, pis i$leri qadagan ele. (Bu yolda) sene uz verecek musibetlere doz. Heqiqeten, bu (dediklerim) vacib emellerdendir! 18. Adamlardan tekebburle uz cevirme, yer uzunde lovga-lovga gezib dolanma. Heqiqeten, Allah hec bir ozunden razini, lovgalanib fexr edeni sevmez! 19. Yeri$inde muvazinet gozle (ne cox yeyin, ne de cox asta get) ve (dani$anda) sesini qaldirma. Cunki en cirkin ses uzunqulaq sesidir5!” 20. (Ey

Послушать/Cкачать эту песню

Mp3 320kbps на стороннем сайте

Quranın beş möcüzəvi ayəsi

Hər kim bu 5 ayəni hər gün 11 dəfə oxuyarsa, hər bir hacəti asan olar və tezliklə öz muradına çatar.

1. Ayətül-kürsü.
2. “Ali-İmran” surəsinin 2-ci ayəsi. “اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ
3. “Nisa” surəsinin 87-ci ayəsi. اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ لَیَجْمَعَنَّكُمْ إِلَى یَوْمِ الْقِیَامَةِ لاَ رَیْبَ فِیهِ وَ مَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِیثًا
4. “Taha” surəsinin 8-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى
5. “Təğabun” surəsinin 13-ci ayəsi. اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَ عَلَى اللَّهِ فَلْیَتَوَكَّلِ الْمُوْمِنُونَ
Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir ev yoxdur ki, “Ayətül-kürsü” ayəsi orada oxunsun, məgər o halda ki, şeytanlar 30 gün həmin evi tərk edərlər və ora sehr və sehrbaz gəlməz”.

Day.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: “Peyğəmbərdən (s) eştmişəm ki, buyurub: “Hər kim hər vacib namazdan sonra “Ayətül-kürsü”nü oxuyarsa, onu behiştə daxil olmaqdan saxlamaz. Hər kim onu yatağına gedən zaman qiraət edərsə, Allah ona aman verər və həmçinin qonşusuna, qonşusunun qonşusuna və ətrafında olan evlərə”.
İmam Əlinin (ə) səhabələri ən fəzilətli ayə haqqında söhbət edirdilər və İmam (ə) onlara buyurdu: “Siz “Ayətül-kürsü” haqqında nə deyirsiniz? Peyğəmbər (s) mənə buyurmuşdu: “Ey Əli! Bəşərin seyyidi insandır və ərəbin seyyidi Muhəmmədir (s) ki, burada fəxr olunmalı bir şey yoxdur. Sözlərin seyyidi Qurandır və Quranın seyyidi “Bəqərə”dir, “Bəqərə”nin seyyidi “Ayətül-kürsü”dür””.
Abdullah ibni Ufə nəql edir: “Gecə yuxuda gördüm ki, Qiyamət olmuşdur və məni gətirdilər, hesabımı asan aldılar. Məni behiştə apardılar və mənə çoxlu saraylar göstərdilər. Mənə dedilər: “Bu sarayların qapılarını say”. Mən də saydım və 50 qapısı var idi. Sonra dedilər: “Evlərini say”. Gördüm ki, 175 ev vardır. Mənə dedilər ki, bu evlər sənindir. O qədər sevindim ki, yuxudan ayıldım və Allaha şükür etdim. Səhər olan kimi İbni Sirinin yanına getdim və yuxumu ona danışdım. O, dedi: “Məlumdur ki, sən Ayətül-kürsünü çox oxuyursan”. Dedim: “Bəli”. “Bəs sən haradan başa düşdün? Çünki bu ayənin 50 sözü və 175 hərfi vardır”. Mən onun hafizəsinin zirəkliyindən təəccüb etdim. O, mənə dedi: “Hər kim “Ayətül-kürüsü”nü çox oxuyar, ölümün çətinlikləri ona asan olar””.
“Ayətül-kürsü”nü şəfa niyyətilə oxumaq: “Hər vacib namazdan sonra əllərinizi gözünüzə qoyun və “Ayətül-kürsü”nü oxuyun və sonra bu duanı edin:
“”اللهم احفظ حدقتی بحق حدقتی علی بن ابیطالب(علیه السلام)”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ayətül-kürsü”nü hər namazdan sonra oxuyarsa, səma yarılar və birləşməz o zamana qədər ki, Allah Təala onu oxuyana tərəf rəhmət nəzəri salar. Mələyi hakim edər ki, həmin zamandan sabaha qədər (yaxşı) işlərini yazsın və pis işlərini məhv etsin”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Hər bir vacib namazdan sonra “Ayətül-kürsü” oxu. Çünki peyğəmbərdən, siddiq və şəhiddən başqa heç kəs onu hər namazdan sonra oxumağı qorumur. Hər kim hər namazdan sonra “Ayətül-kürsü”nü oxuyarsa, Allah Təaladan başqa heç kəs onun ruhunu qəbz etməz. O kəs kimi olar ki, İlahi peyğəmbərlərlə şəhid olana qədər cihad etmişdir. Öləndən sonra fasiləsiz behiştə daxil olar. Siddiq və abid insandan başqası “Ayətül-kürsü”nü oxumağı qorumaz”.
İmam Baqir (ə) buyurur: “Hər kim hər namazdan sonra “Ayətül-kürsü”nü oxuyarsa, yoxsulluq və çarəsizlikdən amanda olar. Ruzisi artar, Allah öz fəzlindən ona çoxlu mal bəxş edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ayətül-kürsü”nü hər vacib namazdan sonra oxuyarsa, namazı Allah Təala tərəfindən qəbul olar, Allah amanında olar, Allah onu günahdan və bəlalardan saxlayar”.
Həzrət Peyğəmbər (s) buyurur: “5 şey hafizəni gücləndirər: şirniyyat yemək, (heyvanın) boyuna yaxın hissə(sin)dən əti yemək, mərci yemək, çörəyi soyuq yemək, “Ayətül-kürsü”nü oxumaq”.
Hər kim elm istəyir, gərək bu 5 şeyə riayət etsin: 1. Aşkar və gizlində təvqaya riayət etmək. 2. “Ayətül-kürsü”nü oxumaq. 3. Həmişə dəstəmazlı olmaq. 4. Gecə namazı qılmaq, hətta əgər iki rükətli olsa belə. 5. Yeməyi güc toplamaq üçün yemək, mədəni doldurmaq üçün deyil.
Hər kim “Ayətül-kürsü”nü gün batan zaman oxuyarsa, hacəti yerinə yetər.

Comments are closed, but trackbacks and pingbacks are open.