Sələf Xəbər
18 – İmam Əli (ə) buyurmuşdur: “Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”
Qurani kərim
1 – Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”
2 – İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
3 – Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”
4 – İmam Əli (ə) buyurmuşdur: “Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında.”
5 – Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”
6 – İmam Sadiq (ə) buyurmuşdur: “Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”
7 – Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranın mətninə və yazısına baxmaq ibadətdir.”
8 – İmam Sadiq (ə) buyurmuşdur: “Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”
9 – Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”
10 – Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quranı uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən, yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”
11 – İmam Sadiq (ə) buyurmuşdur: “Mömin bir gənc Quran oxusa, (Quran) onun əti və qanı ilə qaynayıb-qarışar və qiyamət günündə onun üçün (əzab qarşısında) bir maneə qərar verilər.”
12 – Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məscidlər Qurana görə bərpa edilmişdir.”
13 – İmam Əli (ə) buyurmuşdur: “Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”
14 – Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.”
15 – İmam Sadiq (ə) Allaha dua edərək demişdir: “İlahi! Məni Quranın halalına əməl edənlərdən, haramından çəkinənlərdən, vaciblərini yerinə yetirənlərdən, hüdud və qanunlarını icra edənlərdən qərar ver!”
16 – İmam Sadiq (ə) Allaha dua edərək demişdir: “(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.”
17 – Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.”
18 – İmam Əli (ə) buyurmuşdur: “Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”
19 – İmam Sadiq (ə) buyurmuşdur: “Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”
20 – İmam Səccad (ə) buyurmuşdur: “Quran mənimlə olduğu halda, şərqlə qərb arasında yaşayanların hamısı ölsə də, mən təklikdən qorxmaram.”
Sələf Xəbər
Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim dünyasını sevərsə, axirətinə zərər vurar. Axirətini sevən isə, dünyasına ziyan vurar. Siz də baqi olanı fanidən üstün tutun.” (Səhihdir. Səhih İbn Hibban: 709).
DÜNYA XƏBƏRLƏRİ
Son Xəbərlər
- Özbəkistanda Həcc ziyarətinə təkrar getmək qadağan edilib Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyulub və təkrar Həcc ziyarətinə getməyə məhdudiyyət tətbiq edilib. Selefxeber.az-ın məlumatına [. ]
- İsrailə məxsus qırıcı məhv edildi Suriya hava hücumundan müdafiə sistemlərinin İsrailə məxsus qırıcı təyyarəni vurub. Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir [. ]
- ABŞ-dakı müsəlmanların sayı açıqlanıb ABŞ-da müsəlmanların sayı 3,45 milyona çatıb. Selefxeber.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bu [. ]
- Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanıldı Türkiyənin Bingöl əyalətində yarım il ərzində İŞİD-lə əlaqədə şübhəli bilinən 26 nəfər saxlanılıb. Selefxeber.az-ın məlumatına görə, [. ]
- Suriyada zədələnmiş Rusiya təyyarələrinin görüntüləri yayıldı – FOTO Rusiyalı jurnalist Roman Saponkov Rusiya Federasiyası Hava-Kosmik Qüvvələrinə məxsus təyyarələrin yerləşdiyi “Hmeymim” hərbi bazasından (Suriya) [. ]
Qurani-Kərimin ən qədim nüsxəsi
1. 255 dəfə baxılıb
Dünyada ən qədim Quran nüsxəsi 7-ci əsrə aid əlyazma hesab edilirdi.
Dünyanın ən qədim Quran fraqmenti Birminqem Universitetinin bu ilin yayında aşkar etdiyi və oktyabrda sərgiyə çıxardığı fraqmentin yaşı məlum olub.
“Sələf Xəbər”in Anspress-ə istinadən məlumatına görə, Böyük Britaniyada Birminqem Universitetinin kitabxanasında aşkar edilən dünyanın ən qədim Quran fraqmentinin tarixçəsi açıqlanıb.
Mütəxəssislərin bu Quran fraqmentinin 1370 il əvvəl yaradılması ilə bağlı iddiası öz təsdiqini tapıb.
Tapılan fraqmentdə 18-ci surədən 20-ci surəyə kimi olan hissə verilib. Aparılan təhlillər onu göstərib ki, surələr və ayələr qoyun və ya keçi dərisi üzərinə 568-645-ci illər aralığında həkk edilib.
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) 571-632-ci illərdə yaşadığı üçün hesab edilir ki, bu Quran fraqmentini yazan şəxs Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) müasiri olub və Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) görmək və ya dinləmək imkanına malik olub.
Həmin fraqmentin daha əvvəl Misirin ən qədim məscidi olan Əmir ibn əl-As məscidində saxlandığı da ortaya çıxıb.
Britaniyalı alimlər əmindirlər ki, Birminqem əlyazmasının eynisi Fransanın Milli Kitabxanasında da mövcuddur.
Birminqem Universitetinin tapıntısına qədər dünyada ən qədim Quran nüsxəsi 7-ci əsrin sonlarına aid əlyazma hesab edilirdi.
Sələf Xəbər: Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Bütün dünyada milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) cildli halda 600-dən çox səhifəsi olan Quranı əzbər bilir (114 surədən (fəsil) və 6200-dən çox ayədən ibarət). Qurani-Kərimin əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu 2 ilə əzbərləyirlər (orta hesabla gündə 1 səhifə əzbərləməklə), bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs hətta 2-4 aya baş verir. Müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl, hələ Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə hələ bu günə qədər də böyük nəsildən kiçik nəslə ötürülür. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur.
Beləliklə, Uca Allah Quranın əzbərini və başa düşülməsini asanlaşdırmışdır. Buna aşağıdakı Quran ayəsi dəlalət edir: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (Qurani- Kərim, “Qamər” surəsi, 22-ci ayə)
Dünyada heç bir dini kitabda insanların, müsəlmanların öz müqəddəs kitabını əzbər bildiyi kimi əzbər bildikləri bir dini kitab mövcud deyildir. Məsələn, dünyada xristianların sayı 2 milyardı keçsə də, hər hansı bir xristianın (əlbəttə ki, tam komissiya yoxlaması ilə, necə ki bu bütün Quran əzbərləmə mərkəzlərində baş verir) bütün İncili başdan-ayağa bilməsinin heç olmasa bir rəsmi bəyanatı barədə məlum deyildir. Və əgər bir gün Allahın hökmü ilə bütün dinlərin müqəddəs kitabları məhv edilsə və yer üzərindən silinsə, o zaman müsəlmanlar Quranı Uca Allahın VII əsrdə göndərdiyi şəkildə bərpa edə bilərlər. Bu sadəcə bir uşaq səbəb ilə mümkün ola bilər! Lakin dünyada çox gənc, Quranın 600 səhifəsini də əzbər bilən hələ çox uşaq var. Bir çox müsəlman ölkələrində uşaqlar Quranı artıq 4 yaşda əzbər bilirlər. Bəzən bəzi ərəb ölkələrində fenomen şəklində bu hətta 3 yaşlı uşaqlarda da rast gəlinib.
Həmçinin, bir təəccüblü fakt da mövcuddur ki, Quranı əzbərləmiş yüz minlərlə mənşəcə ərəb olmayan insan var. Çoxlu sayda hafiz Türkiyədə və Şərqi Asiyanın müsəlman ölkələrində yaşayır.
Beləliklə bütün dünyada Quran əzbərləmə məktəbləri Uca Allahın bütün əsrlər boyunca Quranı düşmənlərin və bədxahların təhriflərindən qorumasının səbəblərindən biridir.
Quranı zikr üçün asanlaşdıran və onu hər hansı təhrif və dəyişiklikdən Qoruyan Allaha həmd olsun: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq”. (Qurani-Kərim, “Hicr” surəsi, 9-cu ayə)
Digər xəbərlər
- Özbəkistanda Həcc ziyarətinə təkrar getmək qadağan edilib
9 Yanvar, 2018 18:31 3. 444 dəfə baxılıb - İsrailə məxsus qırıcı məhv edildi
9 Yanvar, 2018 17:55 3. 675 dəfə baxılıb - ABŞ-dakı müsəlmanların sayı açıqlanıb
5 Yanvar, 2018 17:28 3. 486 dəfə baxılıb - Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanıldı
5 Yanvar, 2018 17:10 2. 485 dəfə baxılıb - Suriyada zədələnmiş Rusiya təyyarələrinin görüntüləri yayıldı – FOTO
5 Yanvar, 2018 16:48 1. 641 dəfə baxılıb - Ərəb koalisiyası Yəməndə Husilərin əsas təchizat xəttini bağlayıb
4 Yanvar, 2018 18:53 1. 440 dəfə baxılıb
Comments are closed, but trackbacks and pingbacks are open.