Qurani kərim kitabı yüklə
5 – Salih (ə) 14 – Musa (ə) 23 – Yəhya (ə)
Microsoft Word qurani-kerim-de-qida-kinci-n-r-2015. doc
olunmuş onlarla kitablarındakı məlumatlardan istifadə olunmuşdur.
Kitabda su, süd, ət, yumurta, balıq, zeytun yağı, çörək, meyvə-
tərəvəz, bal, şəkər, sirkə, xörək duzu və digər qida məhsullarından
müsəlmanların istifadə etmələrinin islam dininin tələblərinə uyğun
olaraq geniş izahı verilmişdir. Eyni zamanda qida qəbulu
mədəniyyəti, yeyib-içmək ədəbi, islamda və müasir dövrdə səmərəli
qidalanmanın əsas prinsipləri kitabda öz əksini tapmışdır. Kitabda
Ramazan orucunun mənası, tarixi, orucluğun insan sağlamlığı üçün
həmiyyəti, oruc tutmağın islami qaydaları haqqında da ətraflı
məlumat verilir. Kitabda şərabın haram olması və siqaretin insan
orqanizminə zərəri haqqında məlumatlar da öz əksini tapmışdır.
Kitabda Quran ayələrindəki qida məhsullarına həsr olunan Allah
kəlamlarına istinad edildiyindən oxuculara məsləhətimiz budur ki, bu
kitabı natəmiz yerlərə qoymasınlar.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəlliflik hüququ qorunur və kitabın
icazəsiz nəşr olunması qadağandır
© Əhməd-Cabir, 2013
© Əhməd-Cabir, 2015
Qafqaz Müsəlmanları darəsinin sədr
müavini – müfti vəzifəsində çalışmış
(aprel 1969 – fevral 1986) atam Hacı
smayıl Hacı Qədir oğlunun əziz
xatirəsinə ithaf edirəm
B SM LLAH R-RƏHMAN R-RƏH M
(Rəhimli, Mərhəmətli Allahın adı ilə)
Allaha həmd olsun, şükür Ondadır, tərif Onundur,
fəzilət sahibi Odur, mərhəmət Onun əlindədir, səna və
ehsan da Onun ünvanınadır. Mən şəhadət verirəm ki,
Ondan başqa Tanrı yoxdur, Ondan başqa Rəbb yoxdur.
Mən iqrar və etiraf edirəm ki, O, Muhəmmədi (Ona
Allahın salavatı (xeyir-duası) və salamı olsun- (s.ə.v.)
huda yolu (doğru yol) və haqq dini ilə göndərmişdir.
O, gələn vəhyləri bizə çatdırmış, millətə möhtac olduq-
larını öyrətmişdir. Allahın ən ülvi salavatı, ən kamil
salamı ona və onun ailəsinə, onun bütün səhabələrinə
(tərəfdar, silahdaş) və ardıcıllarına ünvanlanmışdır.
Kitab bəşər maarifi və mədəniyyətinin tərəqqi və tə-
kamülü yolunda lazım olan bütün xüsusiyyətlərə malik
olmaqla insan fikrini daşımaqda, onu başqalarına çatdır-
maqda və mədəniyyətin yüksəlişində mühüm rol oynayır.
übhəsiz ki, islam təfəkkürü və mədəniyyəti zən-
gin qaynaqlara və real dünyagörüşünə malik olduğuna
görə, insan təfəkkürü və fikrinin ən üstün və mütərəqqi
Biz bu həqiqətə vararaq və bu gerçəyi dərindən
başa düşdükdə imkan daxilində bu böyuk işdə (islam
düşüncəsini insanlara çatdırmaqda) şərik olub, bu
yolda səy göstərib çalışmaq istədik. Bu böyük islam
işində qadir Allahdan izin, kömək və müvəffəqiyyət
diləyirik. Həqiqətən, O, duaları qəbul edəndir.
nsanlar uzun illərdən bəri öz təlabatlarını ödəmək
üçün müxtəlif qida məhsulları ilə, o cümlədən ovlan-
mış heyvan əti, yabanı dənli bitkilər və meyvə-
tərəvəzlərlə qidalanmışlar. nsan orqanizmi qidalan-
madan uzun müddət yaşaya bilmədiyi üçün hələ
qədimdən bizim əcdadlarımızın əsas məqsədi müxtəlif
qida məhsullarını əldə etmək, onları yeniləşdirmək,
təkmilləşdirmək və insan qidası üçün zərərsiz olmasını
müəyyənləşdirmək qayğısı olmuşdur. Lakin tarixdə
insanların sağlam və səmərəli qidalanmasına mane
olan bir çox təbii fəlakətlər, quraqlıq, subasma və digər
hadisələr insanların düzgün qidalanmasına da, şübhəsiz
təsir etmişdir. Dünyanın ayrı-ayrı bölgələrində insanlar
təbiətin onlara bəxş etdiyi məhsullarla qidalanmışlar.
Lakin həmin məhsulların heç də hamısı insan sağlam-
lığı üçün yararlı olmamışdır. Xüsusən isti iqlim şərai-
tində tez xarab olan məhsullar insan səhhətinə mənfi
nsan səhhətinin ən mühüm amilini təmiz və key-
fiyyətli, yüksək qidalılığa malik və sağlamlığa uyğun
qida məhsulları təşkil edir. Allah Təbarəkə Təala in-
sanlara, xalqlara yeməklərin halal və haram olması ba-
rədə Səmavi kitablarda müəyyən ayələr buyurmuşdur.
Allah tərəfindən Cəbrayıl (ə) vasitəsilə islam Peyğəm-
bərinə (s.ə.v.) nazil olan “Qurani-Kərim”də buyrulmuş
ayələrin və kəlamların çoxu müasir elmi biliklərlə
“Qurani-Kərim” insanların həyatı, əxlaqı, yaşayış
tərzi, ədəbi, mərifəti, bir-birinə münasibəti və cəmiy-
yətdəki mövqeyi, həmçinin bu cəmiyyətdə hər fərdin
vəzifəsini göstərən Səmavi kitabdır. Burada insanın hə-
yatında mümkün olan hər cür şeyə dair münasib ayələr
vardır. Belə də olmalıdır, çünki “Qurani-Kərim”
insanın həyat təlimatıdır, həm də elə bir insanın ki,
onun əxlaqı və yaşayış tərzi, rəftarı və amalı onun
xilqətinə və yaranma məqsədinə uyğun olsun, onu
nsana aid olan heç bir söz, heç bir məsələ qalma-
yıb ki, “Qurani-Kərim” o barədə bizə məlumat
Qida məhsulları haqqında “Qurani-Kərim”in bir
çox surələrində 100-dən çox ayədə müxtəlif kəlamlar
buyrulmuşdur. Qidalanma haqqında islami şərtlər və
buyuruqlar isə Peyğəmbərimizin (s.ə.v.) və mamların
hədislərində, islam dininin elmi mahiyyətini insanlara
olduğu kimi çatdırmaq istəyən din xadimlərinin və
tarixi şəxsiyyətlərin yazılarında və nəsihətlərində öz
Uzun illər ərzaq məhsullarının istehsal texnolo-
giyası, əmtəəşünaslığı və ekspertizası ilə məşğul ol-
maqla bərabər, bu sahədə 300-dən çox elmi əsərin, o
cümlədən 60 kitabın müəllifi olduğum üçün, eyni
zamanda qəlbimdəki Allah sevgisi və islam dininə olan
böyük marağım və ehtiramım məni islamda qidalanma
məsələləri haqqında araşdırmalar aparmağa və nəhayət
bu barədə sanballı monoqrafiya yazmağa sövq etmişdi.
Hələ keçən əsrin sonlarında mən “Qida məhsulları
və qidalanmanın islami şərtləri” mövzusunda institut-
daxili elmi-praktiki konfransda çıxış etmişdim. Mövzu
üzrə etdiyim məruzə dinləyicilərin çox böyuk ma-
rağına səbəb olmuşdu. Həmin dövrdən 14 ildən çox
keçməsinə baxmayaraq mən dayanmadan bu günə
qədər həmin mövzuya aid müxtəlif səpgili materiallar
toplamağa başladım. Hər dəfə bu mövzuya qayıdanda
dərindən düşünür və belə bir mövzuda monoqrafiya
yazmağın məsuliyyətini hiss edirdim. Artıq toplanmış
materialları sistemləşdirib bir kitab halında yazmaq
Kitabın yazılmasında müxtəlif mənbələrdən, dövrü
mətbuatda mövzuya aid dərc olunan məqalələrdən və
sasən də “Qurani-Kərim”in 100-dən çox ayələrindən
istifadə olunmuşdur. “Qurani-Kərim”in ayələrindən
verilən istinadlar Z.M.Bünyadov və V.M.Məmmədəli-
yevin ərəb dilindən tərcümə etdikləri “Qurani-Kərim”-
in dördüncü nəşrindən (“Məhdiyyə” nəşriyyatı,
Hər bir insanın həyatdakı uğuru da, uğursuzluğu
da bir olan Allahın izni ilə baş verir. Odur ki, insan hə-
mişə Allaha şükür etməlidir. Mən də həyatda nə qazan-
mışamsa, uğurlarıma və xoş günlərimə görə, hətta çə-
tinliklərlə üzləşdikdə belə həmişə Allaha şükür etmi-
m. ndi də şükür edirəm ki, uzun illərdir arzusunda
olduğum və nəşrini görmək istədiyim “Qurani-
Kərim”də qida məhsulları və islamda qidalanma
kitabımı oxuculara təqdim edə bildim.
Bu kitabı oxuduqlarım, öyrəndiklərim və bildiklə-
rim əsasında yazıb oxuculara çatdırmaq məqsədilə nəş-
rə hazırladım. Əsl həqiqət bir olan Allaha məlumdur.
Kitabdakı araşdırmalarla əlaqədar verilən məlu-
matlardan faydalananlar olsa, özümü bəxtiyar sanaram.
Kitabda aşağıdakı qısaltmalar verilmişdir.
(s.ə.v.) – Səlləllahü əleyhi və alihi və səlləm.
(A.o.r.) – Allah ondan razı olsun.
mq% – 100 qram məhsulda milliqramla miqdar.
BV – Beynəlxalq vahid.
MÜSƏLMANIN NANC TƏMƏLLƏR
Müsəlmanlıq iki böyük inanc təməl üzərində
1. Allahdan başqa ibadət ediləcək Tanrı olmadığı,
2. Muhəmməd Peyğəmbərin (s.ə.v.) Allah tərəfin-
dən bütün insanlara göndərilmiş bir Peyğəmbər olduğu.
slam dini bunu bir düstur kimi: – La ilahə illəllah
Muhammedin-Rəsulüllah – cümləsində toplamışdır.
Bu mübarək cümləni dili ilə söyləyib, qəlbi ilə təsdiq
edən bir kəs, slam Dinini qəbul etmiş olur.
nana da: Mömin – Müsəlman deyilir.
Peyğəmbər Əfəndimiz (s.ə.v.) imana belə tərif
“Aməntü billahi və məlaikətihi və kütübihi və
rusulihi vəl-yevmil-axiri və bil-kadəri, hayrihi və
rrihi minallahi Təala vəl-basü badel-mevt. Hak-
kun əşəhədü ən la ilahə illəllah və əşhədü ənnə
Muhammedin abdühü və Rəsulühü.”
1- man Allahdan başqa bir Tanrı olmadığına, Mu-
həmmədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna,
2- Allahın mələklərinə,
3- Allahın kitablarına,
4- Allahın bütün Peyğəmbərlərinə,
5- Öləndən sonra dirilməyə (Axirət gününə),
6- Yaxşılıq və pisliyin Allahın təqdiri və
yaratmasıyla olduğuna, inanmaqdır.
Bu altı prinsip imanın kökləri, islam inancının
slam – Allahın və Peyğəmbərinin buyruqlarına
inanmaq və boyun əymək, Allaha təslim olmaq, daxili,
xarici təmiz, sözü özünə, özü sözünə uyğun olmaq
Allahın və Peyğəmbərin buyruqlarına boyun əyib
təslim olana Müsəlman deyilir.
nsan ağlı ilə, düşüncəsiylə hər nə qədər yaradanına
inana bilirsə də, Allahın rizasının, əmr və qadağalarının
nədən ibarət olduğunu sezə bilməz.
Bunun üçün Allah Peyğəmbərlərinin vasitəsilə əmr
və qadağalarını bildirmiş, insanlara dünya və axirətdə
səadətə qovuşan yollarını bəyan etmişdir.
Bildirilən ilahi əmr və qadağaların hamısına “Din”
Dinimizin adı slam dinidir. Bu adı Allah vermişdir.
Bunun üçün slam Dini bir xalqın, bir millətin dini
olmayıb, bütün insanların dinidir; son dindir; ağıl və
bilik dinidir; əxlaq dinidir; barış və intizam dinidir;
inandıqlarını yaşama dinidir.
Mələklərə iman. Allahın müxtəlif yaratdıqları
Ulu Tanrı mələkləri ayrı-ayrı işlərin meydana gəl-
məsinə səbəbkar kimi yaratmış, qüvvət və qüdrətini on-
larla göstərmişdir. Cəbrayıl, Əzrayıl, Mikayıl, srafil
adındakı mələklər, mələklərin Allaha ən yaxın olanları
və ən böyükləridir.
Mələklər yerlərdə, göylərdə və yerlə göy arasında,
hədsiz, hesabsız olaraq, Allahın əmrlərini yerinə yetirir-
lər. Saylarını Allahdan başqa heç kim bilməz. Mələk-
lərin böyüklərindən olan Cəbrayıl Allahın Kəlamlarını
Peyğəmbərlərə çatdırmaqda vasitəçilik edər.
Kitablara iman. Adəm (ə) ilə bizim Peyğəm-
bərimiz (s.ə.v.) arasında gəlib keçən bütün peyğəm-
bərlərə göndərilən kitabların hamısı haqdır.
Kitabların bir qismi səhifələrdən ibarətdir. Bunlara
“suhuf” deyilir. Bir qismi də böyük kitablardır.
Səhifələr bu Peyğəmbərlərə göndərilmişdir:
10 suhuf Adəm Əleyhüssəlama
50 suhuf Şit Əleyhüssəlama
30 suhuf dris Əleyhüssəlama
10 suhuf brahim Əleyhüssəlama
Böyük Kitablar:
1. Tövrat: Musa Peyğəmbərə(ə) enmişdir.
2. Zəbur: Davud Peyğəmbərə(ə) enmişdir.
3. ncil: sa Peyğəmbərə(ə) enmişdir.
4. “Quran-Kərim”: Bizim Peyğəmbərimiz Həzrəti
Muhəmmədə (s.ə.v.) enmişdir.
“Qurani-Kərim” son kitabdır. Yalnız bir zamana, bir
qəbiləyə, bir millətə məxsus deyildir, bütün insanların
kitabıdır. Onun hökmü qiyamətə qədər davam edəcəkdir.
“Qurani-Kərim” Peyğəmbərimizin (s.ə.v.) ən
Muhəmməd Peyğəmbərə (s.ə.v.) Ramazan ayında
nazil olan Quran 114 surədən, 6204, yaxud 6236 (bəzi
mənbələrdə 6666) ayədən, 77934 sözdən ibarətdir. Qu-
ranın təxminən 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə
nazil olmuşdur. Quran hər biri 20 səhifə olmaqla 30
Peyğəmbərlərə iman.
Cənab Haqq qullarına doğru yolu göstərmək üçün
mrlərini, yasaqlarını peyğəmbərləri vasitəsilə bildir-
Peyğəmbərlər Allahla qulları arasında vasitəçi və
Peyğəmbərlik Allah vergisidir. Dilədiyinə verir,
çalışıb çabalamaqla əldə edilməz. Adəmdən (ə) bizim
sevgili Peyğəmbərimiz Muhəmmədə (s.ə.v.) qədər gəlib
keçmiş bütün millətlərə Allah tərəfindən peyğəmbərlər
“Qurani Kərim”də adları bildirilən peyğəmbərlər:
1 – Adəm (ə) 10 – Yaqub (ə) 19 – Əlyəsə (ə)
2 – dris (ə) 11 – Yusif (ə) 20 – Yunus (ə)
3 – Nuh (ə) 12 – Əyyub (ə) 21 – Zülkifl (ə)
4 – Hud (ə) 13 – Şuayb (ə) 22 – Zəkəriyyə (ə)
5 – Salih (ə) 14 – Musa (ə) 23 – Yəhya (ə)
6 – brahim (ə) 15 – Harun (ə) 24 – sa (ə)
7 – Lut (ə) 16 – Davud (ə) 25 – Həzrəti
8 – smayıl (ə) 17 – Süleyman (ə) Muhəmməd (s.ə.v.)
9 – shak (ə) 18 – lyas (ə)
Üzeyr, Loğman, Zülqərneyn adındakı üç şəxsin
Bizə bildirilən və bildirilməyən bütün peyğəmbərlə-
rin hər birini bir-birindən ayırmadan hamısına inanırıq.
slamın beş təməli.
Sevgili Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur.
Müsəlmanlıq beş təməl üzərində qurulmuşdur:
1. Allahın varlığına, birliyinə, Həzrəti Muhəm-
mədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna
qəlbi ilə inanması və dili ilə də bunu:
“Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə
Muhemmeden Rəsulüllah” deyə söyləməsi,
2. Dinin dirəyi olan, gündə beş vaxt namazı
3. Ramazan ayında oruc tutması,
4. Dində zəngin sayılanların ildə bir dəfə malının
zəkatını verməsi,
5. Bədəni sağlam və kifayət qədər pulu da varsa,
omründə bir dəfə həcc ibadətini etməlidir.
Zəkat: Dində zəngin sayılan kişi, qadın, hər bir
Müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara
verməsi borcdur, fərzdir. Borcundan və keçinəcəyindən
başqa 80,18 qram (20 misqal) qızılı və ya 561 qram
(200 dirhəm) gümüş, və yaxud da bunların dəyərində
pulu və ticarət malı olan şəxs dində zəngin sayılır.
Bəzi adamlar zəkatla xümsü qarışdırırlar. Xüms in-
sanın bu və ya digər vaxtda ələ keçirdiyi qənimətin beş–
də birini kasıblara, xüsusən də Peyğəmbərlərin qohum
qrabasına, yetimlərə, yoxsullara və müsafirlərə verilən
pul və maldır. Bu barədə “Qurani Kərim”in əl-Ənfal su-
rəsinin 41-ci surəsində buyurulur:
“(Ey möminlər!) əgər siz Allaha və haqla batilin
ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaş–
dığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil
etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ
keçirdiyiniz hər hansı qənimətin beşdə biri, Allahın,
Peyğəmbərin, onun qohum-əqrabasının, yetimlərin,
yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda
qalan yolçularındır). Allah hə
r şeyə qadirdir!”( əl-
nfal, 8/41)
“Beşdə biri” ərəbcə “Xüms” deməkdir. Bu ayəti-
kərimədən aydın olur ki, xüms yalnız əldə edilən qə-
nimətdən verılir. Zəhmətlə qazanılan və ehtiyat üçün
saxlanılan qızıla, gümüşə, pula və keçinəcəyindən artıq
olan hər hansı bir mala görə xüms verilməz. Qənimətin
miqdarı təfsirlərdə aşağıdakı kimi göstərilir.
Qənimətə 115 dəvə, 14 at, parça, silah, ərzaq və
digər qiymətli mallar aid edilir.
Qeyd: slam dini haqqında heç bir bilgisi olmayan
oxucuların bu kitabdan daha səmərəli və düzgün bəh-
rələnməsi üçün, müəllif onları, çox qısa da olsa, islam
dininin əsas inanc təməlləri ilə məlumatlandırmağı
özünə borc bilir.
Q DA MƏHSULLARI VƏ ƏSAS Q DA
MADDƏLƏR
Qida məhsulları dedikdə insanların gündəlik
qidalarında istifadə etdikləri müxtəlif ərzaq məhsulları
nəzərdə tutulur. Qida məhsulları oxşar əlamətlərinə
görə aşağıdakı kimi təsnifləşdirilir.
1. Taxıl-un məhsulları. Bu qrupa dənli və paxlalı-
dənli bitkilər, un, yarma, çörək-kökə və makaron mə-
mulatı, eləcə də yeyinti konsentratları aiddir.
2. Qənnadı məhsulları. Bu qrupa nişasta, şəkər,
bal, şəkərli (meyvə-giləmeyvə qənnadı məmulatı, o
cümlədən marmelad, pastila, mürəbbə, cem, povidlo və
s., şokolad, kakao tozu, karamel, konfetlər, iris, draje,
halva) və unlu qənnadı məmulatı (peçenyelər, pryanik,
vafli məmulatı, tort və pirojna, keks, və ruletlər) və
rq şirniyyatı aiddir.
3. Meyvə, tərəvəz, göbələk və onların emalı
4. Tamlı mallar. Bu qrupa çay, qəhvə, ədviyyat,
tamlı qatmalar, spirtsiz, azspirtli və spirtli içkilər, tütün
5. Yeyinti yağları. Bu qrupa bitki və heyvanat
yağları, marqarin, mətbəx, qənnadı və çörəkçilik yağ-
ları, eləcə də mayonez aiddir.
6. Süd və süd məhsulları. Bu qrupa müxtəlif ev
heyvanlarının südü və onun emalından alınan qaymaq,
xama, kəsmik, turşudulmuş pəhriz süd məhsulları, kərə
yağı, pendir, süd konservləri, quru süd, dondurma,
milli ağartı məhsulları olan qurut, süzmə, şor, ayran,
motal pendiri aiddir.
7. Yumurta, ət və ət məhsulları. Bu qrupa təzə yu-
murta, dondurulmuş yumurta melanjı, yumurta tozu,
müxtəlif ev heyvanlarının təzə, soyudulmuş və dondu-
rulmuş ətləri, ət-sub məhsulları, ev və ov quşlarının əti,
kolbasa məmulatı, hisə verilmiş ət məhsulları, ət kon-
servləri, ət yarımfabrikatları aiddir.
8. Balıq və balıq məhsulları. Bu qrupa təzə, soyu-
dulmuş, dondurulmuş, duza və sirkəyə qoyulmuş, qu-
rudulmuş və qaxac edilmiş, hisə verilmiş balıqlar, balıq
konservləri və preservlər, kürü və balıq olmayan su
Qida məhsulları mənşəyinə, tərkibinə, təyinatına
və s. əlamətlərinə görə bir-birlərindən kəskin fərqlənir-
lər. Mənşəyinə görə onlar bitki, heyvanat və mineral
mənşəli məhsullara ayrılırlar.
Kimyəvi tərkibinə görə karbohidratlarla (şəkər,
nişasta, un), zülallarla (ət, balıq), yağlarla (bitki yağı,
kərə yağı) və mineral maddələrlə (meyvə-tərəvəz) zən-
gin olan məhsullar fərqləndirilir.
islamaz
Hey there! Thanks for dropping by islamaz! Take a look around and grab the RSS feed to stay updated. See you around!
Kitabxana
“Quran”
Qurani Kərim (pdf) (arab) yüklə
Qurani Kərim (word) yüklə
Kuran-i Kerim (word) (türkçə) indir
“Əl Kafi”
Əllamə Kuleyni
Al Kafi Vol. I (arab) reading
Al Kafi Vol. II (arab) reading
Al Kafi Vol. III (arab) reading
Al Kafi Vol. IV (arab) reading
Al Kafi Vol. V (arab) reading
Al Kafi Vol. VI (arab) reading
Al Kafi Vol. VII (arab) reading
Al Kafi Vol. VIII (arab) reading
El Kafi I Cild (türkçe) oku
Al Kafi Vol. I (english) download
“Əl Mizan”
Əllamə Təbatəbai
Al Mizan (full) (arab) reading
El Mizan I Cild (pdf) (türkçe) indir
El Mizan I Cild (chm) (türkçə) indir
El Mizan Vol. I (chm) (english) download
El Mizan II Cild (pdf) (türkçe)
El Mizan II Cild (chm) (türkçe) indir
El Mizan Vol. II (chm) (english) download
El Mizan III Cild (pdf) (türkçe) indir
El Mizan III Cild (chm) (türkçə) indir
El Mizan Vol. III (chm) (english) download
El Mizan IV Cild (pdf) (türkçe) indir
El Mizan IV Cild (chm) (türkçe) indir
El Mizan Vol. IV (chm) (english) download
El Mizan V Cild (pdf) (türkçə) indir
El Mizan V Cild (chm) (türkçe) indir
El Mizan Vol. V (chm) (english)
El Mizan VI Cild (pdf) (türkçe) indir
El Mizan VI Cild (chm) (türkçe) indir
El Mizan Vol. VI (chm) (english)
El Mizan VII Cild (pdf) (türkçe) indir
El Mizan VII Cild (chm) (türkçe) indir
El Mizan Vol. VII (chm) (english) download
El Mizan VIII Cild (pdf) (türkçe)
El Mizan VIII Cild (chm) (türkçe) indir
El Mizan Vol. VIII (chm) (english)
“Nəhcül Bəlağə”
Şeyx Razi (r.ə.)
Nəhcül Bəlağə I hissə oxu
Nəhcül Bəlağ II hissə oxu
Nəhcül Bəlağə III hissə oxu
Nəhcül Bəlağə V hissə oxu
Nəhcül Bəlağə VI hissə oxu
Nəhcül Bəlağə I Cild (pdf) yüklə
Nəhcül Bəlağə II Cild (pdf) yüklə
Nəhcül Bəlağə I Cild (word) yüklə
Nəhcül Bəlağə II Cild (word) yüklə
Nehc’ül Belağa (pdf) (türkçe) indir
“Vəsail uş Şiə”
Məhəmməd ibn Həsən Hürr Amuli
“Wasael ush Shia”
Mohammad ben Hasan Hurr Amuli
Wasael ush Shia I Cild (arab) oxu
Wasael ush Shia II Cild (arab) oxu
Wasael ush Shia III Cild (arab) oxu
Wasael ush Shia IV Cild (arab) oxu
Wasael ush Shia V Cild (arab) oxu
Wasael ush Shia VI Cild (arab) oxu
Wasael ush Shia VII Cild (arab) oxu
Wasael ush Shia VIII Cild (arab) oxu
Wasael ush Shia IX Cild (arab) oxu
Wasael ush Shia X Cild (arab) oxu
Wasael ush Shia XI Cild (arab) oxu
Wasael ush Shia XII Cild (arab) oxu
Wasael ush Shia XIII Cild (arab) oxu
Wasael ush Shia XIV Cild (arab) oxu
Wasael ush Shia XV Cild (arab) oxu
Wasael ush Shia XVI Cild (arab) oxu
Wasael ush Shia XVII Cild (arab) oxu
Wasael ush Shia XVIII Cild (arab) oxu
Wasael ush Shia XIX Cild (arab) oxu
Wasael ush Shia XX Cild (arab) oxu
Wasael ush Shia XXI Cild (arab) oxu
Wasael ush Shia XXII Cild (arab) oxu
Wasael ush Shia XXIII Cild (arab) oxu
Wasael ush Shia XXIV Cild (arab) oxu
Wasael ush Shia XXV Cild (arab) oxu
Wasael ush Shia XXVI Cild (arab) oxu
Wasael ush Shia XXVII Cild (arab) oxu
Wasael ush Shia XXVIII Cild (arab) oxu
Wasael ush Shia XXIX Cild (arab) oxu
Wasael ush Shia XXX Cild (arab) oxu
“Mizanül Hikmət”
Məhəmməd Məhəmmədi Reyşəhri
Mizanul Hikmət I Cild (word) yüklə oxu
Mizanul Hikmət II Cild (word) yüklə oxu
Mizanul Hikmət III Cild (word) yüklə oxu
Mizanul Hikmət IV Cild (word) yüklə oxu
Mizanul Hikmət I Cild (pdf) yüklə
Mizanul Hikmət II Cild (pdf) yüklə
“Pişəvər Gecələri”
Seyyid Məhəmməd Şirazi
Pişəvər Gecələri I hissə (word) yüklə oxu
Şebha-i Peşaver (arab) download
Peşaver Geceleri (pdf) (türkçe) indir
Kutubi Siddə
Sahih Bukhari (english) (full) reading
Sahihi Buhari (türkçe) (chm) indir , oku1, oku2
Sahih Muslim (english) (pdf) download, reading
Sahihi Müslüm (türkçe) (exe) indir , oku
Sunan at-Tirmidhi (english) reading
Süneni Tirmizi (türkçe) (exe) indir , oku
Sunan Abi Dawod (english) reading
Süneni Ebu Davud (türkçe) (exe) indir , oku
Süneni İbn Mace (türkçe) (exe) indir , oku
Sunan an-Nasai (arab)? download (old)
Sunan an-Nasai (english) reading
Süneni Nesai (türkçe) (exe) indir , oku
Qurani kərim kitabı yüklə
Kitabın üz qabığındakı ərəbcə yazıda Muhəmməd peyğəmbərin (ona salam olsun): “Alimlər peyğəmbərlərin varisləridirlər” – sözü yazılmışdır.
İslam Tarixi (I cild)
İslamın meydana çıxması, formalaşması və yayılması müasir dövr tədqiqatçılarının ən çox müraciət etdikləri mövzulardan biri olmuşdur. Bu mövzu ictimai və siyasi yönlərilə bir çox dəfə araşdırılmış və mövzuya dair çox sayıda əsər qələmə alınmışdır. Sözü gedən mövzuya dair kifayət qədər köklü tədqiqatlar olduğu üçün bu sahədə qələm alınmış hər hansı bir əsər tarix elminə xüsusi bir yenilik qazandırmaya bilər. Bu səbəbdəndir ki, oxucuya təqdim etdiyimiz bu əsəri araşdırmacı tarixçilik tərzində deyil, daha çox öyrədici, praqmatik tərzdə qələmə almağa üstünlük verdik.
Səhih Dua və Zikrlər (Müsəlmanın qalası)
Bu kiçik kitabçada müsəlmanlar arasında daha çox yayılan və yalnız səhih hədislərdə olan dua və zikrlər qeyd edilmişdir. Həmçinin ərəbcə oxuya bilməyən insanlar üçün bir neçə surənin azərbaycanca yazılışını qeyd etmişik. Transkripsiyada ərəbcə olan sözün oxunuşunda uzatmanı bildirmək üçün hərfdən sonra gələn iki nöqtə, ondan əvvəl gələn hərfin bir hərf uzadılması deməkdir. Məsələn,
“Lə: ilə:hə illəllah”, yəni “lə” sözündən sonra “ə” hərfi bir hərf uzadılır, və ya “ru:hi:” sözündə “u” və sonda olan “i” səsi bir hərf uzadılır. Uca Allah bu kiçik kitabçanın ərsəyə gəlməsində köməklik göstərən hər bir kəsin əməl dəftərini savablarla doldursun! Allah müsəlmanları bu kitabça ilə faydalandırsın!
Əzəmətli Quranın Təfsiri – İbn Kəsir (II cild)
Həqiqətən, təfsir elmi mövzu və məqsəd baxımından ən fəzilətli və şərəfli elmlərdən biridir. Belə ki mövzusu Uca Allahın kəlamları olan bu elmi öyrənməkdə məqsəd Allahın ayələrinin mənasını açıqlamaq və bəyan etməkdir. Uca Allah bizə Quranı nazil etmiş və ayələrini başa düşüb tədəbbür etməyi və əməl etməyi buyurmuşdur. Uca Allah buyurur: “Bu Mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (“Sad”, 29).
Quran oxumağa giriş
Əlinizdə olan bu kitab bir çox kitablara müraciət edilərək hazırlanmışdır. Məqsədimiz QuraniKərimi öyrənmək istəyənlər üçün sadə və asan oxunulan bir kitab hazırlamaqdır. Kitabda olan qaydaların rahat başa düşülməsi üçün hərf ləri bəzən rəngli qeyd etmişik.
Comments are closed, but trackbacks and pingbacks are open.