Press "Enter" to skip to content

Qurani krimd dil haqqında aylr

Lakin hədisin mətnində bu surənin nazil olan ilk surə olmasına hər hansı bir işarə vurulmur. Bu, yalnız Cabirin özünün hədisdən başa düşdüyüdür.

QURANİ KƏRİMDƏKİ ŞƏHİDLİK HAQQINDAKI AYƏLƏR

4. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. (ƏLİ İMRAN SURƏSİ 170)

5. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar. (ƏLİ İMRAN SURƏSİ 171)

6. Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! (NİSA SURƏSİ 69)

7. Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik. (NİSA SURƏSİ 74)

8. De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik”! (TÖVBƏ SURƏSİ 52)

9. Allah yolunda hicrət edənlərə, sonra (bu yolda) öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır! (HƏCC SURƏSİ 58)

10. (Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz. (MƏHƏMMƏD SURƏSİ 4)

Bu ölkədə ateistlər terrorçu kimi cəzalandırılacaq

Qurani krimd dil haqqında aylr

29 сен 2014

В группе 3 214 участников

Qurani Kerim haqqinda qisa melumat Surələrin sayi – 114· Ayələrin sayı – 6666· Kəlmələrin sayı – 77845· Hərflərin sayı – 330733· ALLAH sözünün sayı – 2505· Cüzlərin sayı – 30· Hizblərin sayı – 120· Nazil olma yeri – Məkkə və Mədinə· Mədinədə nazil olma müddəti – 13 il· Məkkədə nazil olan surələrin sayı – 86 surə· Mədinədə nazil olan surələrin sayı – 28 surə· Ən böyük surə – Bəqərə surəsi (286 ayə)· Ən kiçik surə – Kövsər surəsi (3 ayə)· Ən böyük ayə – Bəqərə surəsinin 282-ci ayəsi· Ən kiçik ayə – Ərrəhman surəsinin 64-cü ayəsi· 1-ci surə – Fatihə surəsi (7 ayə)· Sonuncu surə – Nas surəsi (6 ayə)· Ayədə sözlərin sayı – 1-dən 68-ə qədər· Nazil olma müddəti – 23 il (22 il 10 ay 22 gün)· Ən çox işlənən hərf – əlif hərfi· Ən az işlənən hərf – za hərfi· QURANİ KƏRİM 2 dəfəyə nazil olub – 1)bir dəfəyə Qədr surəsi 1ci ayə 2)tədricən İsra surəsi 106ci ayə· Ən gözəl ay – Ramazan ayı· Ən gözəl gecə – Qədr gecəsi· Bütün ayələrdə Allah kəlməsi olan surə – Mucadələ surəsi· Fə hərfi olmayan surə – Fatihə surəsi· Allahın sifətləri ilə adlanan surələr – Nur, Fatir, Ərrəhman, Ələq

Комментарии 2

28 мая 2017

Bunu kim qoyubsa yalan danışır Allahdan qorxsun və silsin

Поделиться 0

28 мая 2017

Qurani kərimdə 6666 ayə yoxdur 6236 ayədir bismilləhir rahmənir rahim də sayası olsaq 6348 ayədir

Поделиться 0

Новые комментарии

Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь

Сервисы VK

добавлена 28 мая 2015 в 12:30

Peygember (s.a.v.s) buyurur: “Allah buyururki:”Kas bendem bileydi menden uz cevirib gedende onun arxasinca nece hesretle baxiram”

Quranın ilk nazil olan ayə və surəsi

İlk nazil olan ayə və surə haqqında üç nəzəriyyə mövcuddur:

1. Bəzilərinin fikrincə, ilk ayələr “Ələq” surəsinin ilk üç və ya beş ayəsi olmuş və Peyğəmbərin (s) besəti zamanı nazil olmuşdur.

Mələk nazil olub Peyğəmbəri (s) peyğəmbər olaraq səslədikdə dedi: “Oxu!” Peyğəmbər (s) dedi: “Nə oxuyum?” Onu (s) öz əhatəsinə aldı və dedi: “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”.

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Peyğəmbərə (s) ilk nazil olan ayə “Bismillahir-Rəhmanir-Rəhim! (Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu. ” və son nazil olan ayə isə “(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər gəldiyi zaman. ” ayəsi olmuşdur”.

2. Bəziləri ilk nazil olan surənin “Müddəssir” olduğunu düşünürlər.

İbn Sələmədən nəql olunan bir rəvayətdə deyilir: Cabir ibn Abdullah Ənsaridən soruşdum: “İlk dəfə hansı surə və ya ayə nazil olmuşdur?”

Dedi: “Ey (libasına) bürünüb sarınan!” ayəsi. Dedim: “Bəs, “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu. ” ayəsi necə?”

Dedi: Peyğəmbərdən (s) eşitdiyim sözü sizin üçün deyirəm. Onun (s) belə dediyini eşitdim: “Bir müddət (vaxtımı) Həra dağında keçirtdim. Sonda dağdan endim və vadinin ortasına yetdim. Bu zaman bir səs eşitdim.

Hər tərəfə baxdım. Kimsə görmədim. Sonra başımı səmaya qaldırdım. Birdən onu (Cəbraili) gördüm. Məni titrətmə tutdu. Xədicənin yanına gəldim. Məni örtməsini istədim.

Bu zaman “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!” ayəsi nazil oldu.

Bəziləri bu hədisi əsas götürərək vəhyin başlanğıcında Peyğəmbərə (s) nazil olan ilk surənin “Müddəssir” surəsi olduğunu bildirmişlər.

Lakin hədisin mətnində bu surənin nazil olan ilk surə olmasına hər hansı bir işarə vurulmur. Bu, yalnız Cabirin özünün hədisdən başa düşdüyüdür.

Güman ki, bu hadisə besətdən bir müddət sonra (fətrət – fasilə) baş vermişdir. Çünki besətdən sonra bir müddət vəhyin enişində fasilə yarandı və sonar yenidən nazil olmağa başladı. Aşağıdakı hədis bu müddəanı sübuta yetirir.

Cabir ibn Abdullahdan nəql olunan digər rəvayətdə Peyğəmbərin (s) vəhyin enişində yaranmış fasilədən söhbət açdığı məlum olur.

Peyğəmbər (s) buyurur: “Yoluma davam etdikdə birdən səmadan bir səs eşitdim. Həra dağına da gəlmiş mələyi gördüm. Onu görüb qorxuya düşdüm. Dizi üstə çökdüm. Sonra yoldan qayıdıb evə gəldim və dedim: “Üstümü örtün”. Məni bürüdülər.

Bu zaman aşağıdakı ayələr nazil oldu: “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)” Sonra vəhy ardıcıl olaraq, fasilə yaranmadan nazil oldu.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.