Press "Enter" to skip to content

Qurani kərimdə iqtisadi dəyərlər

Quranilərdən olan Abdullah demişdir: “Allahın kitabı ola-ola Peyğəmbərlərin sözlərinə, hərəkətlərinə və iqrarlarına rəğbət bəsləmək qədim zamanlardan olan köhnə bir xəstəlikdir. Artıq Allah Rəsullarını və Peyğəmbərlərini o hədislərdən uzaq tutmuş və əksinə o hədisləri küfr və şirk saymışdır”. (“İftirau təamul”, səh. 10).

Qurani kərimdə iqtisadi dəyərlər

Qurani-Kərim Qiyaməti dünyanı sonu kimi tanıdır. Bəzi ayələr dünyanın sonu olan zaman Günəş və ulduzların ölməsinə işarə edir və buyurur:

“Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər), Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman, Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman, (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman”. (“Təkvir” 1-4).

Bəzi ayələr isə Ayın parçalanmasına işarə edər: “Qiyamət çox yaxınlaşdı və Ay parçalandı”. (“Qəmər” 1).

Bəzi ayələr isə ulduzların tökülməsinə işarə edir və buyurur: “Göy yarıldığı zaman, Ulduzlar dağılıb səpələndiyi zaman”. (“İnfitar” 1-2).

“Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər”. (“Furqan” 25).

“O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək”. (“Tur” 9).

Bəzi ayələr isə yerdə baş verəcək zəlzələyə işarə edərək buyurur: “Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman, Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman”. (“Zəlzələ” 1-2).

“Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!”. (“Vaqiə” 4).

Bəzi ayələr dağların tökülməsinə işarə edir və buyurur: “Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır. Beləliklə dağınıq toz halına düşəcəkdir”. (“Vaqiə” 5-6).

“Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər”. (“Nəbə” 20).

Bəzi ayələr isə dənizlərin partlamasına işarə edərək buyurur: “Dənizlərin dolacağı və qaynayacağı zaman”. (“Təkvir” 6).

Bəzi ayələr isə səmada olan tüstüyə işarə edir və buyurur: “Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə”. (“Duxan” 10).

Bəzi mütəxəssislər bu fikirdədirlər ki, Yer hələ 5 milyard il Günəşin ətrafında fırlanacaqdır. Günəş ömrünün sonunda bir şara bənzəyəcək və böyüyəcək, böyük bir ulduza çevriləcəkdir.

Bu zaman Yerdə min dərəcə hərarət olacaqdır. Həyatın bütün nişanələri aradan gedəcək və okeanların suyu buxara çevriləcəkdir.

Bəziləri isə bu fikirdədir ki, bir gün ulduzların həyatı sona çatacaq və partlayacaqdır. Ulduz qaynar bir torpağa çevriləcəkdir.

Bəli, bir gün dünyanın sonu gələcək və hələ ki, fürsət var, dünyadan axirətimiz üçün azuqə toplayaq və bu bir neçə günlük həyatı qənimət bilək.

Qurani-Kərimdə iqtisadi dəyərlər

İslam – dini əqidə olmaqla, insanların həyat tərzini ni­zamlayan və tənzimləyən ictimai-iqtisadi, sosial-siyasi, hüquqi-əxlaqi, mənəvi-mədəni davranış qaydalarını əsaslandı­ran bütöv bir elmi sistemdir. Bu sistem öz zənginliyini Qurani-Kərimdən, Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən, əhli-beyt umanlarının fikirlərindən və böyük ilahiyyatçı alimlərin fitvala­rından (qərar və ya mühakiməli) ictihadları (müstəsna qərar) götürmüşdür. Qurani-Kərim Allahdan Həzrəti Məhəmmədə (s.ə.s.) 610-cu ildə Ramazan ayında nazil olunan sözlərin oxunması kimi 23 il ərzində yığılmış və islam dininin ən möh­təşəm, müqəddəs kitabına çevrilmişdir.

Quran 114 surədən ibarət olub, müxtəlif qiraət variantlarına görə 6204 və ya 6236 ayəyə bölünür. 1.Əl-Fatihə (kitabı açan) surəsi müstəsna ol­maqla, Quranda surələr qısalma qaydası ilə düzülmüşdür. Su­rələrin ardıcıllığını bir-birindən “Bismillahir-Rəhmanir-Rəhim (Rəhimli, Mərhəmətli Allahın adı ilə) kəlamı ayırır. Yalnız 9.Ət-Tövbə surəsinin əvvəlində “Bismillahir” kəlamı işlədilmir. Bu­nun səbəbini müfəssirlər onun 8.Əl-Ənfal surəsinin adı olması ilə əlaqələndirirlər. Ən uzun surə 2.Əl-Bəqərə surəsidir, 286 ayədən ibarətdir. Ən qısa surələri isə 103. Əl-Əsr, 108. Əl-Kövsər və 110. Ən-Nəsr surələridir ki, hərəsi 8 ayədən ibarət­dir. Ayələrdə 1-dən 68-ə qədər söz vardır. Ümumiyyətlə, Qur­ani-Kərimdə 77934 söz mövcuddur. Qurani-Kərim Həzrəti Mə­həmmədə (s.ə.s.) birdən-birə deyil, hissə-hissə, ilkin olaraq Məkkədə, sonra Mədinədə vəhy edilmişdir. Allahın əmri ilə cənab Cəbrayıl tərəfindən Həzrəti Məhəmmədə (s.ə.s.) ayə-ayə çatdırılmışdır. Məkkə surələri ilkin olaraq həcmcə çox qısa olmuşdur. İlahiyyatçı alimlərin fikrinə görə, Quranın 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə nazil olmuşdur. Qurani-Kərimin göndərilməsinə işarə edilən ayədə göstərilir ki, “elmə ətraflı izah etdiyimiz kitab (Quran) gətirdik” (7.Əl-Əraf (sədd) surəsi, ayə 5). İslamın ən böyük möcüzəsi hesab olunan Quranın in­sanların, ətrafda baş verən bütün hadisələri elm və hikmətlə, ağıl və məntiqlə müşahidə etməyə istiqamətləndirməsidir.

İslam elmə varid olanları xüsusi qeyd edir. Bununla əla­qədar Qurani-Kərimi bilənlərlə, heç bilməyənlər eyni ola bi­lərmi? (39.Əz-Zümrələr surəsi, ayə 9). 2.Əl-Bəqərə surəsinin 247; 6.Əl-Ənam surəsinin 80-ci, 148-ci; 7.Əl-Əraf surəsinin 52-ci; 16.Ən-Nəhl surəsinin 27-ci ayələrində elmə və ona varid olanlara xüsusi üstünlük verilərək, onlara dünya və axirət üçün nəticə çıxartmağı göstərmişdir.
Qurani-Kərimdə insan azadlığına aid olan ayələrdə gös­tərilir ki, Allah insanı milliyyətindən, rəngindən, cinsindən asılı olmayaraq bərabər yaratmışdır. Qulu, köləni azad etmək, onun insani haqlarını bərpa etmək, ən ali mənəvi davranış qaydala­rına daxil olan, xüsusi, savabı böyük olan yaxşı işlərdəndir.
Mütləq mənada azad olan insan başqasına görə deyil, qarşılıqlı fəaliyyət nəticəsində bir-birilə hər cür qarşılıqlı müna­sibətdə bərabərşəkilli sərbəstliyi duymalı və görməlidir. Belə vəziyyət isə ədalətli davranışı əsaslandırır. Qurani-Kərimdə göstərilir: “Ölçüdə və çəkidə düz olun. Söz söylədiyiniz zaman qohumlar olsa belə ədalətli olun”. (6.Əl-Ənam surəsi, ayə 152).
Göstərmək lazımdır ki, istər bu ayədə, istərsə də bu su­rənin 157-ci; 7.Əl-Əraf surəsinin 85-ci; 17. Əl-İsra surəsinin 35-ci; 26. Əş-Şuəra surəsinin 181, 182-ci; 55. Ər-Rəhman su­rəsinin 89-cu; 8. Əl-Ənfal surəsinin 69-cu; 14. İbrahim surəsi­nin 31-ci; 65. Ət-Talaq surəsinin 7-ci ayələrində göstərilən “Ölçü və çəki” bir tərəfdən düzlüyü, halallığı, təmizliyi əks et­dirsə də, onun rəmzi mənası daha çox ədaləti əks etdirir.
Digər tərəfdən, islam iqtisadi sistemində ekvivalent mal mübadiləsinə xüsusi diqqət yetirilir. Bununla əlaqədar 4. Ən-Nisa surəsinin 29-cu ayəsində buyurulur: “Ey iman gətirənlər! Qarşılıqlı edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin və özünüz-özünüzü öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir”. Yaxud, 7. Əl-Əraf surəsinin 85-ci ayəsində göstərilir: “Adamların mal­larının dəyərini azaltmayın”. Göründüyü kimi, insanın mənəvi davranış qaydalarının formalaşdırılmasında müstəsna də­rəcədə onun iqtisadi fəaliyyətindən irəli gələn davranış qay­daları da xüsusi rol oynayır. Yalnız fəaliyyət göstərməklə, baş­qaları ilə təsərrüfat əlaqələrinə girməklə, insan həm mənəvi davranışının meyarını, həm də maddi fəaliyyət həddini müəyyənləşdirə bilər. Ona görə də Qurani-Kərimdə insanların nəsillər boyu əmək bölgüsünün dərinləşdiyi, mübadilə prose­sinin mürəkkəbləşdiyi şəraitində qarşılıqlı əlaqəyə girdikləri zaman adamların həm mənəvi, həm də maddi davranış qay­dalarını rəhbər tutmaq ardıcıl olaraq göstərilir.
Göstərilir ki, yer üzündə yerləşdirilən insanlar üçün hər cür dolanacaq vasitələri mövcuddur.
Adamlar hər cür zənginliyə, yeməyə, içməyə layiqdirlər. Lakin onlar hər cürə israfçılıqdan uzaq olmalıdırlar. “Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz”. (7. Əl-Əraf surəsi, ayə 31).
İnsanların fərdi qabiliyyəti daxilində dövlət əldə etmək imkanı Quranda xüsusi qeyd olunur və göstərilir ki, “hərə öz qabiliyətinə görə iş görər” (17. Əl-İsra surəsi, ayə 84)
Deməli, insanlar qabiliyyətləri daxilində malik olduqları nemət və sərvətlərin xüsusi mülkiyyətçisinə çevrilməklə, on­dan yalnız istifadə edə bilər və sərəncam verə bilər.
İnsanların təbii sərvətlərə olan münasibətləri bərabərdir, orada hasil olunan nemətlər bütövlükdə xalqa, millətə məxsus­dur. Yeni iqtisadi sistemin formalaşması şəraitində bu islami iqtisadi prinsiplərin nəzərə alınması olduqca vacibdir.
Bununla əlaqədar göstərilir ki, “Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (is­rafçılıq, xəsislik, nankorluq etməyin, ehtiyacı olana şəriət qay­daları üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız” (20. Ta ha surəsi, ayə 81).
İnsanların sərvətlərə olan hərisliyini, tamahkarlığını nə­zərə alaraq islam iqtisadi sistemində zəkatın, sədəqənin, fitrə­nin verilməsinə xüsusi diqqət, əhəmiyyət və üstünlük verilir. Mal-dövlət yığıb saxlayan və müəyyən qənimətlərə sahib olanlara, Allah payını acizlərə, “yoxsullara” verməyənlərə ciddi cəza veriləcəyi göstərilir. (70. Ən-Məaric surəsi (pillələr), ayə 18; 8. Əl-Ənfal surəsi (qənimət, ayə 41)).
Əlbəttə, bu payın verilməsi müəyyən hədlə müəyyənləş­diyindən, qeyd olunur ki, “Allah heç kəsi özünün ona verdiyin­dən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq, yoxsulluqdan sonra dövlət əta edər”. (65. Ət-Talaq (boşanma) surəsi, ayə 7).
Eyni zamanda, əldə olunan nemətlərdən qohum-əqra­baya, yoxsullara, pulu qurtarıb yolda qalan müsafirlərə haqqın verilməsi zərurəti göstərilir. Lakin bununla yanaşı, hər cür israf­çılıqdan uzaq olmaq tövsiyə edir.
“Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan” (17. Əl-İsra “Gecə vaxtı seyr” surəsi, ayə 29).
Qurani-Kərimdə islam iqtisadi dəyəri kimi könüllü olaraq öz ehtiyacından artıq qalanını verməklə, insan ən yüksək ali davranışa malik olur və fərdi mənəviyyatı ucaldan prinsipi əldə edir. Quranda sədəqə ilə bağlı olduqca çox ayələr var. “Malla­rını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir to­xuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən var­dır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır”. (2. Əl-Bəqərə surəsi, ayə 261).
“Sədəqə Allah yolunda canından keçərək yer üzündə hə­rəkət edə bilməyən yoxsullar üçündür” (2. Əl-Bəqərə surəsi, ayə 273). “Həqiqətən Allah sədəqə verənləri mükafatlandırır” (12. Yusif surəsi, ayə 88).
Qurani-Kərimdə pul tədavülü ilə əlaqədar ayələr göstəri­lir. Pulun sələmə, faizə, ribaya verilməsinin ən murdar, iyrənc və çirkin bir əməl olduğu qeyd olunur. “Allah sələmi məhv edir, sədəqələri isə artırır” (2. Əl-Bəqərə surəsi, ayə 276).
Müamilə, sələmlə bağlı məsələ Qurani-Kərimdə qətiy­yətlə pislənməklə yanaşı, o müsəlmanın iqtisadi davranış qay­daları üçün qadağan hesab olunur. Sələmin haram olması, in­sanlara bədbəxtlik gətirməsi Qurani-Kərimin 2. Əl-Bəqərə su­rəsinin 275-ci, 276-cı, 278-ci; 3. Ali-İman surəsinin 130-cu; 30. Ər-Rum surəsinin 39-cu ayələrində göstərilmişdir. Məsələnin mahiyyətinə iqtisadi nöqteyi-nəzərincə yanaşdıqda, aydın olur ki, belə bir hal həm ümumi tələbatı məhdudlaşdırır, həm pulu olanları fəaliyyətsizləşdirir. Həm işgüzarlıq meylini aşağı salır, həm də adamları bir-birindən ədalətsiz olaraq asılı edir. Eləcə də insanın insan tərəfindən istismarını dərinləşdirir, insan əx­laqını, etikasını və mənəviyyatını çürükləşdirir.
Qurani-Kərimdə iqtisadi dəyərlərlə tanışlıq göstərir ki, bu elmin elə problemi yoxdur ki, orada ona toxunulmasın. Bəlli olduğu kimi, iqtisadi təfəkkürün formalaşdığı və insan həya­tında dəyişikliklərin uğramasına aid elmi-iqtisadi anlayışların mahiyyətinə dair baxışlar əsasən Qərbi Avropada XVIII-XX əsr­də formalaşmışdırsa, lakin Qurani-Kərimdə onların anla­mına çox incəliklə toxunulmuşdur. İqtisadi davranış qaydala­rını, fəaliyyət həddini müəyyən edən bir sıra iqtisadi anlayışlar Qurani-Kərimdə ardıcıllıqla və əsaslandırılmış şəkildə veril­mişdir. Məsələn, nemət, mənfəət, xərc, ehtiyac kimi anlayışlar daha çox təkrarlanaraq, sədəqə, sələm, xeyir, borc, imkan, fərq, israf kimi anlayışların mahiyyəti, faydalılıq, müvazinət, müba­dilə, müxtəliflik, qıtlıq, fərq, rəqabət, zəngin, varlı, yoxsul, miskin, kölə kimi anlamlar göstərilir.
Qurani-Kərimdə islami prinsip kimi mövcud olan azadlıq, ədalət, bərabərlik, qardaşlıq kimi ifadələrin iqtisadi mahiyyə­tini əks etdirən mülk, seçim, borc, nizam, hədd, ölçü, çəki, haqq, əməl kimi anlayışlar göstərilir. İnsanların fəaliyyətini əsaslandıran çalışmaq, əmək, torpaq, sərmayə, vaxt, işgüzar­lıq kimi amillərin mahiyyəti də əks olunaraq, xüms, zəkat, həcc kimi vacib bədən ibadətinin zəruriliyi göstərilir.
Qurani-Kərimin surələrinə diqqət yetirərkən aydın olur ki, onun bir sıra surələrində bilavasitə iqtisadi dəyərləri əks etdi­rən xeyli ayələr vardır. Məsələn, 2. Əl-Bəqərə surəsinin 286-cı ayəsinin 86-da; 3. Ali-İmran surəsinin 200 ayəsinin 41-də; 16. Ən-Nəhl surəsinin 128 ayəsindən 31-də, Əl-İsra surəsinin 111 ayəsinin 16-da bilavasitə iqtisadi dəyərlərdən bəhs edilir. Bundan əlavə, 4.Ən-Nisa; 6.Əl-Ənam; 7.Əl-Əraf; 8.Əl-Ənfal; 9.Əl-Tövbə; 11.Hud, 20, Ta ha; 30. Ər-Rum; 31. Loğman; 39. Əz-Zumar; 41. Fussilət; 47. Məhəmməd; 51. Əz-Zariyat; 55. Ər-Rəhman; 57. Əl-Hədid; 70. Əl-Məaric surələrində 4-10 ara­sında ayələr vardır. Bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, Qurani-Kərimdə dini-mənəvi dəyərlərin ali davra­nış meyarlarını, eləcə də elmi gerçəkliyin müxtəlif sahə və isti­qamətləri ilə bağlı ayələri göstərməklə, eyni zamanda insanın dünyəvi həyat tərzini nizamlayan, tənzimləyən, maddi dəyər­lərlə bağlı davranış hədlərini, qaydalarını müəyyən edən ayələr də göstərilmişdir.
Qurani-Kərim bəşəriyyət aləmində, onun müqəddəs ayə­lərindən bəhrələnən insanların həyat yolunda sönməz və əbədi məşəldir.

  • Teqlər:
  • islam iqtisadiyyatı
  • , islam prinsipləri

Sələf Xəbər

Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim dünyasını sevərsə, axirətinə zərər vurar. Axirətini sevən isə, dünyasına ziyan vurar. Siz də baqi olanı fanidən üstün tutun.” (Səhihdir. Səhih İbn Hibban: 709).

ANALİTİKA VƏ İSLAM, SON XƏBƏRLƏR

Son Xəbərlər

  • Yanvar ayı üçün SUAL-CAVAB (Yeniləndi) Bismilləhir Rahmənir Rahim Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu! Əziz qonaq Saytımızın suallarını Şeyx Qamət Süleymanov cavablandıracaqdır. Siz, sizi [. ]
  • Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO Bəzi insanlar deyirlər ki, Allahın hökmü ilə idarə etməyən rəhbər üçün “Hafizahullah” (Allah onu qorusun) [. ]
  • Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO Yüklə (10.3 mb) SelefXeber.az saytının YouTube kanalına abunə olun Sual: Cümə xütbəsi və ya başqa münasibətdə minbərdə [. ]
  • Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) Yüklə (4.0 mb) SelefXeber.az saytının YouTube kanalına abunə olun Əgər qadın ərinin nöqsanlarına səbr edər və buna [. ]
  • İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) Yüklə (3.1 mb) SelefXeber.az saytının YouTube kanalına abunə olun İnsan zina etmək imkanı ola-ola iffətini qoruyarsa, bu, [. ]

Quranilər və onların şübhələrinə cavablar – I hissə

Oktyabr 06

 13. 454 dəfə baxılıb

Sələf Xəbər “Quranilər və onların şübhələrinə cavablar” adlı məqaləsinin I hissəsini sizlərə təqdim edir:

Rəhimli və mərhəmətli olan Allahın adı ilə

Quranilərin qısa tarixi

Peyğəmbər sünnəsini inkar edərək yalnız Quranla getmək iddiası İslamın ilkin çağlarında xəvaric və digər təriqətlər tərəfindən meydana gəlmiş və sonra da bu azğın fikrə mötəzililər də dəstək vermişdir. Onlardan bəziləri səhih sünnəni tamamilə, bəziləri isə müəyyən bir qismini inkar edirdilər. İlk dəfə o fikirdə olanlara rəddlər verərək şübhələrini puça çıxaran alim İmam Məhəmməd ibn İdris əş-Şafii (Allah ona rəhmət etsin) olmuşdur. Belə ki, o, “əl-Umm” kitabında xüsusi fəsildə hədisləri bütünlüklə inkar edənlərlə etdiyi mübahisəsindən danışmışdır. Lakin vaxtdan indiyə qədər Peyğəmbər sünnəsini inkar edənlər yox vəziyyətində olarkən bizim bu əsrimizdə İslam dininin köklü əsasını dağıtmağa cəhd etmək üçün müstəmləkəçilərin maddi və mənəvi dəstəyi səbəbilə Peyğəmbər sünnəsini inkar edənlərin yeni modeli cücərməyə başladı.

Quranilərin sünnəni inkar etməkdə olan rəyləri

Ümumən quranilərin istər sünnəni inkar etməkdə, istərsə də etiqadi və məşhur fiqhi məsələlərdə vahid bir fikri yoxdur. Əlbəttə ki, bunun da səbəbi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qoyduğu haqq yolundan uzaq olmalarıdır. Ona görə də quranilərə rast gələn insan onlardan müxtəlif iddialar və müxtəlif etiqadi və fiqhi məsələlər eşidən zaman təəccüblənməsin. Onların sünnəni inkar etməkdə olan rəyləri aşağıdakılardır.

-Bəziləri sünnəni ümumi və xüsusi olaraq inkar edir.
-Bəziləri sünnənin əksəriyyətini inkar edir və bəzi hissəsini bəzi şərtlərlə qəbul edir.
-Bəziləri Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qövli (dediyi) sünnəsini ümumi olaraq inkar edir, lakin feli (etdiyi) sünnəsini isə ümumi olaraq qəbul edir.
-Bəziləri qövli sünnənin bəzisini inkar edir, feli sünnəni isə ümumi olaraq qəbul edirlər.
-Bəziləri qövli sünnənin və feli sünnənin bəzisini inkar edir.
-Bəziləri sünnəni ümumi olaraq qəbul edir, müfəssəl olaraq inkar edir.
-Bəziləri ümumi olaraq sünnəni qəbul edir, lakin hədis elminə və şərtlərinə əsaslanaraq deyil, öz nəfsi istəklərinə uyğun olaraq müəyyən hədisləri inkar edirlər.

Quranilərin keçən və bu əsrdə olan ən məşhur dəvətçiləri

Quranilərin Hindistanda, Misirdə, Suriyada və digər ölkələrdə dəvətçiləri vardır. Hindistanda olan ən məşhur dəvətçiləri bunlardır:

Abdullah Cakaralvi.
Əhməd əd-Din əl-Əmr Təsri.
Əsləm Çıracuburi.
Ğulam Əhməd Pərviz.

Hal-hazırda Hindistanda quranilərin dörd təriqəti vardır ki, digər qurani təriqətləri də bu dörd təriqətlərdən bəhrələnmişdirlər. Lakin bütün bu təriqətləri iki etiqad özündə cəm edir:

Birincisi: Dünya və Axirət işlərində Quranla kifayətlənmək;
İkincisi: Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsi dində sübut deyildir.

Həmin təriqətlər bunlardır:
Birinci təriqət: “Ummət muslim əhluz zikr val-Quran” (Zikr və Quran əhli müsəlman ümməti);
İkinci təriqət: “Ummət muslimə” (Müsəlman ümməti);
Üçüncü təriqət: “Tuluu İslam” (İslamın doğuşu);
Dördüncü təriqət: “Təhrik təmir insanit” (İnsani təhrik və təmir).

1-“Ummət muslim əhluz zikr val-Quran” firqəsinin üzvləri demək olar ki, quranilər hərəkatının təsisçisi olan Abdullah Cakaralvinin davamçılarıdır. Bu firqənin Pakistanın bir çox şəhərlərində mərkəzləri var. Baş mərkəz isə Lahordakı “Dərul-Quran” binasında yerləşir. Bu firqənin özünün “Bələğul-Quran” adlı jurnalı vardır ki, bununla da Pakistanın digər bölgələrinə öz fikirlərini çatdıra bilirlər. Bu firqədə diqqəti cəlb edən odur ki, bu firqəyə mənsub olanlar xüsusi kitab və məqalələrində öz adlarını deyil, məhz “Bələğul-Quran idarəsi” adı ilə çap etdirirlər.

2-“Ummət muslimə” firqəsinin isə əsasını Xoca Əhməd əd-Din Hindistanın Əmr təsr bölgəsində qoymuşdur. Lakin 1947- ci ildə Pakistanın müstəqil olduğu günlərdə əsl vətənindən köçərək Lahora gəlmişdir. Bu firqənin çoxlu yazarları, kitabları və onları müdafiə edən qələm sahiblərinin olmasına baxmayaraq, firqə üzvləri lazımi tələblərə uyğun olmadığı üçün maddi dəstək edənlər öz dəstəklərini saxlayır və beləliklə də zəifləməyə başlayır. Keçmişdə bu firqənin “Bələğ” və “əl-Bəyən” adlı iki jurnalı var idi. Birinci jurnal 1939-cu ilin iyun ayında dayanır və onu ikinci jurnal əvəz edir. Maddi çətinliklərə görə ikinci jurnal da 60-cı illərin əvvəllərində çap etdirilmir və bu səbəblərdən də bu firqə demək olar ki, yoxluğa məhkum olur. Lakin son zamanlar bu firqənin üzvləri işlərini yenidən nizama salaraq planları üçün əliaçıqlıqla iştirak etməyə başlayır və bir daha dirçəlirlər. Hal-hazırda Pakistanın hər bir şəhərində bu hərəkatın üzvləri vardır. Pakistanın əksər mərkəzi şəhərlərində bu firqənin mərkəzləri vardır. Baş mərkəz isə Lahorda olan “Dərul-Quran” binasındadır. Qeyd etmək yerinə düşərdi ki, bu firqəyə nisbət edilənlər beş vaxt namaz qılmaqla, Ramazan ayını oruc tutmaqla və.s müsəlmanlara İslamın zahiri əməllərində uyğun gəldikləri üçün digər müsəlmanlardan seçilməməkdədirlər.

3-“Tuluu İslam” firqəsi qeyd edilən firqələrin içərisində ən fəalı idi. Lakin İslam alimlərinin bu firqənin təsisçisi olan Pərvizin küfrdə olduğu fətvalarından sonra zəifləməyə başladı. Bu firqənin təsisçisi Pakistanın müstəqilliyindən öncə Hindistanda yaşayan Ğulam Əhməd Pərvizdir. Dehlidən Pakistana köçdükdən sonra isə öz hərəkatında fəallaşmağa başlayır və Pakistanın elə bir şəhəri qalmır ki, orada bu firqənin mərkəzləri olmasın. İş bununla kifayətlənməyərək, hətta Avropa ölkələrində belə Pərvizin fikirlərini yayan Pərvizçilərin mərkəzləri meydana gəlir. Nəzərə çarpanı budur ki, Quranilərin digər firqələri olan Ummət muslimə və Əhluz zikr val-Quran firqəsinin bir çox camaatı da bu firqəyə qoşulurlar. Bunların da baş mərkəzləri Lahorda olan Gül park binasındadır. Həmçinin aylıq “Tuluu İslam” adlı jurnalları da vardır. Hətta məxfi yerlərdən gələn maddi dəstəyə görə jurnal 1960-cı illərdə bir neçə müddət aylıq deyil, həftəlik çap olunaraq Pakistan müsəlmanlarının duyğuları ilə oynamağa başlayır.

4-“Təhrik təmir insanit” firqəsi isə 1970- ci illərdə zənginlərdən olan Abdul-Xaliq Məlvadəh tərəfindən yaradılmışdır. Bu firqələr içərisində yeganə ərəb dilini gözəl bilən Qazi Kifayətullahdır. Bu firqənin mərkəzi də Lahordadır. Müstəqil nəşirləri yoxdur. Lakin Kifayətullahın Cümə günündəki dərslərini “Məşriq” gündəlik qəzetində dərc etdirirlər. Yaxınlarda isə həftəlik müstəqil qəzet çap etmək niyyətindədirlər. Bu firqə 1979-cu ildə Ummət muslimə firqəsini özlərinə cəlb etməyə çalışsa da müvəffəq olmamışdır.

Ərəblərdən olan ən məşhur Qurani dəvətçiləri:

Məhəmməd Tovfiq Sidqi.
Mahmud Əbu Rayyə.
Əbu Şadi Əhməd Zəki.
İsmayıl Ədhəm.
Mahmud Əbu Zeyd Dəmənhori.
Adnan Rifai.
Məhəmməd Rəşad Xəlifə.
Əhməd Sübhi Mənsur.

Keçən əsrin azğın quranilərindən biri də Misir əsilli amerikalı Məhəmməd Rəşad Xəlifədir. O, özünün Allah rəsulu olduğunu, Cəbrayılın (Allahın ona salamı olsun) ona vəhy gətirdiyini, möcüzəsinin bütün rəsulların möcüzələrindən üstün sayıldığını və digər batil inancları iddia etmişdir.

Günümüzün müasir quranilər içində ən məşhur olanlarından biri isə Əhməd Sübhi Mənsurdur. Onun İslamı yıxan çürük əqidəsinə görə, hətta qeyri-İslami televiziya kanalları da onu öz proqramlarında sevə-sevə qonaq edirlər. Hətta Əzhər Universiteti onu səksəninci illərdə universitetdən qovaraq dindən çıxdığını da bəyan etmiş, sonralar isə o ABŞ-a köçərək İslama olan iftiralarını oradan yaymağa daha əlverişli şərait tapmışdır. Aşağıda bu şəxsin bəzi fikirlərinə toxunacağıq.

Quranilərin tamamilə İslama zidd olan bəzi etiqadi və fiqhi rəyləri

-Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) Qurandan başqa heç bir vəhy nazil olmayıb.

-Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Qiyamət günü şəfaət etməyəcək.

-Qəbr əzabı yoxdur.

-İsanın (Allahın ona salamı olsun) və Mehdinin gəlməsi yalandır.

-Qadının başını örtməsi İslamda yoxdur.

-Siqaret orucu pozmur və siqaret çəkmək haram deyil, əksinə icazəlidir.

Çox qəribədir ki, bu fətvanı iddia edən müasir Quranilərin ən böyüyü olan Əhməd Subhi Mənsur siqaretin haram olmadığını iddia etdikdən sonra deyir: “Siqaret çəkmirəm və Allahın izni ilə heç vaxt da çəkməyəcəm”.

-Bəziləri namazın saylarını və hərəkətlərini fərqli qılır, bəziləri isə ümumi müsəlmanlar kimi. Hətta Əhməd Sübhi Mənsur deyib: “İnsan namazın rükətlərində özünün üstün etiqad etdiyi formada dəyişikliklər edə bilər. Məsələn, rükudan (qalxmadan) bir başa səcdəyə getmək və ya bir rükətdə bir səcdə etmək kimi. Lakin bizim üçün daha üstün olanı namazın məşhur olan formasına tabe olmaqdır. Çünki namaz İslam ümmətinin əqli cəmi ilə Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sabit olmuş və buna Quranda İlahi razılıq verilmişdir. Ona görə də sünnə olsa belə, namazın məşhur formasına tabe olmağımız daha yaxşıdır. Lakin kim Zöhr namazını qılmaq istəməz və ya namazın formasında və rükətlərində dəyişiklik etmək istəyərsə, biz ona sənin namazın məqbul, yaxud doğru deyildir sözünü deyə bilmərik”.

Qəribəsi budur ki, Əhməd Sübhi və onun kimiləri namazda İslam ümmətinə tabe olmağa çalışırlar, lakin ümmətin həcc, zəkat, oruc və.s kimi mühüm ibadətlər üzərində etdiyi ittifaqlara isə məhəl qoymayaraq əks çıxırlar. Beləliklə də, guya iddia etdikləri kimi İslam ümmətini cəm etmək əvəzinə, daha da parçalamış olurlar.

-Zöhr namazı vacib deyil, lakin ehtiyat olaraq qılınır. Vacib olmamasının səbəbi iddialarına görə, Quranda keçən ayənin Zöhr namazına aid olub olmaması şübhəsi səbəbilədir.

-Namazı hər dildə qılmaq olar.

Həmçinin namazı hər millətin öz dilində qılması da müsəlmanları ən mühüm ibadət olan namazda parçalamaq deməkdir. Çünki hər bir millət namazını öz dilində qılarsa, onun dilini bilməyən digər millətin bir-birilərinə tabe olması mümkünsüz olar və bu zaman millətlərə görə fərqli məscidlər və fərqli camaatlar meydana gəlmiş olar ki, bu da eyni din mənsubları arasında böyük bir təfriqəyə və parçalanmaya gətirib çıxarar.

-Heyizli qadın namaz qılıb oruc tutmalıdır.

-Həcc etmək təkcə Zülhiccə ayında deyil 4 ayın istənilən günündə olar… Kəbəni təvaf etmək (başına fırlanmaq) düz deyildir. Yalnız Səfa və Mərva təvaf edilməlidir.

-Siğə (müvəqqəti nikah) icazəlidir. Deyirlər ki, “ən-Nisə” surəsinin 24-cü ayəsi siğəyə aid deyil, əbədi nikaha aiddir. Lakin öz naqis ağıllarına uyaraq iddia edirlər ki, evlilikdə əsas şərt razılıqdır və qadınla kişi öz razılığı ilə nikahı müvəqqəti müddətlə təyin edə bilər.

-Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı azandan və namazdan çıxarılmalıdır.

Quranilərin sünnə barəsində olan şübhələri və ona cavablar

İlk olaraq deyək ki, sünnə sözünün lüğəvi mənası “yol” və ya “həyat tərzi” deməkdir.

Şəri mənası isə “Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) nəql olunan söz, fel, təsdiq, xəlqi və əxlaqi sifətlər” deməkdir.

Müsəlmanlar ittifaq etmişdirlər ki, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsi İslamda Qurandan sonra ikinci qaynaq yeridir. Bütün Səhabələr (Allah onlardan razı olsun) İslam əhkamlarını Qurandan və Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Qurana verdiyi açıqlamalardan götürürdülər. Bir çox ayələr vardır ki, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) mucməl, yəni qısa və açıqlama verilmədən nazil olurdu və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də o ayəni bəzən sözü ilə və bəzən də feli ilə açıqlayaraq səhabələrinə çatdırırdı. Buna namaz, zəkat və həcc ayələrini misal gətirmək olar. Bildiyimiz kimi Quranda bu ibadətlərin adları çəkilmiş və lakin bu ibadətlərin şərtlərinə, vacibatlarına, nə ilə başlayıb, nə ilə qurtaracağına, hər gün, yoxsa hər il və ya ömrdə bir dəfə əməl ediləcəyinə toxunulmamışdır. Ona görə də Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsi qısa olaraq qeyd olunmuş bu məsələləri açıqlamış və ona tabe olmağı səhabələrinə əmr edərək buyurmuşdur:

“Məni necə namaz qılan görürsünüzsə, siz də elə qılın”. (“əl-Buxari”).

Sözsüz ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsi olmasa namaz, zəkat və bu kimi ibadətlərin əhkamları dində şəkk yeri olar və bununla da o ibadətlərə əməl etmək mümkünsüz sayılardı. Allah-Təala buyurur:

وَأَنْزَلْنَا إِلَيْكَ الذِّ كْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّ هُمْ يَتَفَكَّرُونَ

“Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (Quran ayələrini) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”. (“ən-Nəhl”, 44).

إِنَّا أَنْزَلْنَا إِلَيْكَ ا لْكِتَابَ بِالْحَقِّ لِتَحْكُ مَ بَيْنَ النَّاسِ بِمَا أَرَ اكَ اللَّهُ…

“(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən…” (“ən-Nisə”, 105).

Ayələrdə keçən “izah etmək” və “hökm etmək” yalnız və yalnız Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) sünnəsi olan sözü, feli və iqrarı deməkdir. Əgər quranilərin iddia etdiyi kimi hər şey Quranda təfsilatı ilə qeyd olunsaydı, “izah edəsən”, “hökm edəsən” kimi sözlərə ehtiyac qalmazdı. Əksinə quranilərin iddia etdikləri kimi insanlar özləri Quranı oxuyub izahını anlayar və Allah-Təalanın nəyi hökm etdiyini bilmək üçün Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sünnəsinə ehtiyac qalmazdı.

Buna baxmayaraq, günümüzdə İslamın onlardan uzaq olduğu halda özlərini İslama nisbət edən və adlarını “quranilər” qoyan bir cahil toplum meydana gəlmişdir. İndi isə həmin bu kəslərin şübhələrini qeyd edərək həmin şübhələrə cavab verməyə keçmək məqsədə uyğun olardı ki, qoy, İslamdan anlayışı zəif olan soydaşlarımız belələrinin hiylələrinə aldanmasın.

Birinci şübhə: Quranda hər bir şey açıqlanmış və sünnəyə ehtiyac qalmamışdır.

لَقَدْ كَانَ فِي قَصَصِهِمْ ع ِبْرَةٌ لِأُولِي الْأَلْبَابِ مَا كَانَ حَدِيثًا يُفْتَرَىٰ وَلَٰكِنْ تَصْدِيقَ الَّذِي بَ يْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلّ ِ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِ قَوْمٍ يُؤْمِنُونَ

“(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (İlahi kitabların) təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!” (“Yusuf”, 111).

Yuxarıda qeyd etdiyimiz quranilərin əsas dəvətçilərindən olan Abdullah demişdir: “Dində ehtiyac olunan hər bir şeyi Qurani-Kərim müfəssəl açıqlaması ilə hər tərəfli qeyd etmişdir. Gizli vəhyə və sünnəyə ehtiyac qalmamışdır” . (“İşəatul-Quran” jurnalı səh. 49. 3-cü ədəd).

Həmçinin demişdir: “Allahın kitabı kamil və müfəssəldir. Nə şərhə, nə Məhəmmədin (Allahın ona salavat və salamı olsun) təfsirinə, nə bəyanına, nə də orada yazılanlara əməl etmək üçün onun təliminə ehtiyac yoxdur”. (“Tərku iftirai təamul” səh. 10. Buna bənzər sözləri həmçinin Xavacə Əhməd əd-Din və Hafiz Əsləm də söyləmişdir. Bax: “Burhənul-Furqan”, səh. 4 və “Nukətul-Quran”, səh. 49).

Şübhəyə cavab: Sözsüz ki, Qurani-Kərim şəriətin iman ediləsi bütün əsasları olan Allaha, mələklərinə, göndərdiyi kitablarına, peyğəmbərlərinə, axirət gününə və.s həmçinin də əməl ediləsi əsaslarından olan namaz, oruc, zəkat, həcc və.s kimi ibadətləri əhatəyə alaraq müfəssəl şəkildə toxunmuş və bəzi digər hissələrinin bir neçəsini də xirdalıqla qeyd etmişdir. Lakin bunların iddia etdiyi kimi hər bir kiçik və böyük məsələlərə toxunmamışdır.

Əksinə, bu Qurana böhtandır və bu iddianı heç Quranın öz reallığı belə təsdiq etmir. Əgər Abdullah və onun kimilərinin iddia etdiyi kimi hər bir xırda məsələlərə toxunmuşdursa, o zaman namazın rükətlərinin sayını, dəvənin, inəyin, qoyunun, qızıl və gümüşün zəkatının nə qədər və necə verilməsini, həccin qaydalarını və Kəbəni neçə dəfə təvaf etmək və. s kimi ibadətlərin açıqlamasını, həmçinin də qeybi məsələlər sayılan Allahın özü barəsində olan bütün sifətlərini, Cənnət və Cəhənnəmdə nələr baş verəcəyini, keçmiş və gələcəkdə olan hadisələrin cərəyanını, yemək-içmək və yatmaq ədəblərini, təfsilatı ilə Quranda göstərə bilərlərmi? Əksinə Allah-Təala müfəssəl şəkildə bu ibadətləri və bəzi qeybi məsələləri mucməl (qısa) olaraq bəndələrinə xatırlatmış, lakin həmin ibadətlərin bəyanını isə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) həvalə etmişdir.

Quranilər ayədə keçən “hər bir şeyin müfəssəl izahı” kəliməsindəki “hər bir şey” sözündən elə anlamışlar ki, Quranda istisna olmadan hər bir məsələlər bütünlüklə izah olunmuşdur. Lakin “hər bir şey” kəliməsi həmişə bütünlük deyil, əsaslıq və əksəriyyət bildirir. Necə ki, bir şəhərin əsas və ya əksər binaları dağılıb digərləri sağlam qalarsa, şəhərdə hər bir şey dağılmışdır demək mümkündür. Dediyimizə qüvvət olaraq, Qurani Kərimdə Allah-Təala bu barədə buyurur:

“Nəhayət o (əzabı) vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir! O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!” Onlar elə (məhv) oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq”. (“əl-Əhqaf”, 25”).

Ayədə də göründüyü kimi “hər şeyi yerlə yeksan edəcəkdir” deyilməsinə baxmayaraq, yalnız insanlar məhv edilir və evləri isə salamat qalır.

Ümumi olaraq deyək ki, bir məsələ barəsində hökm verərkən şəriətin bütün dəlillərini cəm edib sonra hökm çıxarmaq lazımdır. Birini götürərək digərlərini tərk etmək duzgün deyildir…

Əgər onların iddia etdikləri kimi Quran hər bir xırdalıqlara toxunsaydı, Öz Rəsuluna (Allahın ona salavat və salamı olsun) ayələri bəyan etməyi əmr edərək müsəlmanların da o Rəsulun (Allahın ona salavat və salamı olsun) əmr və qadağalarına tabe olaraq əməl etmələrini göstərən ayələrə nə ehtiyac var idi? Allah-Təala buyurur:

وَمَا آتَاكُمُ الرَّسُولُ فَ خُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا وَاتَّقُوا اللَّ هَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِ قَاب

“(Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir)”. (“əl-Həşr”, 7).

İkinci şübhə: İddia edirlər ki, biz yalnız vəhy ilə nazil olana tabe oluruq və o da Qurandır.

Quranilərin çağırışçılarından olan Abdullah demişdir: “Biz yalnız Allahın vəhy ilə nazil etdiyinə tabe olmağı əmr olunmuşuq. Əgər bəzi hədislərin qəti yolla səhih olaraq Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) nisbət edildiyini fərz etsək, səhih nisbətinə baxmayaraq, yenə də vacib tabelik sayılmaz. Çünki o Allahdan nazil olan vəhy deyildir”. (əl-Mubəhəsə, səh. 81).

Şübhəyə cavab: Allah-Təala buyurur:

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَ عْضَ الْأَقَاوِيلِ. لَأَخَذْنَ ا مِنْهُ بِالْيَمِينِ. ثُمَّ ل َقَطَعْنَا مِنْهُ الْوَتِينَ. فَمَا مِنْكُمْ مِنْ أَحَدٍ عَ نْهُ حَاجِزِينَ

“Əgər o (Peyğəmbər) Bizim adımızdan bəzi sözlər uydursaydı, Biz onu sağ əlindən tutar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs də (ona edilənin) qabağını ala bilməzdi”. (“əl-Həqqa”, 43-47).

Ayədən məlum olur ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Allahın adından danışaraq hansısa ayəni, onun açıqlamasını, halal və haramı Allahın adına nisbət etməsi qadağandır. Bununla da bəlli olur ki, Peyğəmbərin şəriətə aid etdiyi bütün sözləri və hərəkətləri İlahi bir izn ilə olurdu ki, ona da vəhy deyilir. Beləliklə də, sünnə özü də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vasitəsi ilə Allah-Təala adından xəbər verdiyi üçün vəhy sayılır. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Allah kəlamını sözü və feli ilə açıqlaması da vəhy çərçivəsindədir. Allah-Təala buyurur:

وَأَنْزَلْنَا إِلَيْكَ الذِّ كْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّ هُمْ يَتَفَكَّرُونَ

“Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”. (“ən-Nəhl”, 44).

Çox qəribədir ki, davranışında gözəl bir insan kimi tanınan adi birini özümüzə nümunə götürmək bəyənilən bir əməl olduğu halda, aləmlərə rəhmət olaraq göndərilən və ən yüksək əxlaq sahibi olan Allah Rəsulunu (Allahın ona salavat və salamı olsun) özümüzə tabeçilikdə vacib olunan seçərək ona bir nümunə kimi baxmayaqmı? Bunlar Quranın bu ayələrini oxumayıblarmı? Allah-Təala buyurur:

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُ ولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ و َالْيَوْمَ الْآخِرَ وَذَكَرَ ا للَّهَ كَثِيرًا

“Allah Rəsulunda sizlər – Allaha və Axirət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl bir nümunə vardır”. (“əl-Əhzab”, 21).

Üçüncü şübhə: Quranilərin sünnəni inkar etməkdə digər bir şübhələri odur ki, hökm Allahındır və sünnəni qəbul etmək Allahın hökmünə şərik qoşmaq deməkdir. Quranda isə belə etmək qadağandır. Allah-Təala buyurur:

… إِنِ الْحُكْمُ إِلَّا لِ لَّهِ …

… Hökm yalnız Allaha məxsusdur … (“əl-Ənam”, 57).

Quranilərdən olan Abdullah demişdir: “Allahın kitabı ola-ola Peyğəmbərlərin sözlərinə, hərəkətlərinə və iqrarlarına rəğbət bəsləmək qədim zamanlardan olan köhnə bir xəstəlikdir. Artıq Allah Rəsullarını və Peyğəmbərlərini o hədislərdən uzaq tutmuş və əksinə o hədisləri küfr və şirk saymışdır”. (“İftirau təamul”, səh. 10).

Quranilərin digər dəvətçilərindən olan Xavacə Əhməd əd-Din isə demişdir: “Artıq insanlar şirki dirçəltmək üçün müxtəlif yollardan istifadə edərək deyirlər: Biz iman edirik ki, Allah itaət olunmaqda əsl olaraq birincidir. Lakin buna baxmayaraq, Allah bizə rəsuluna da tabe olmağı əmr etmişdir və bu tabelik də birinci əslə əlavə olunur. Bu batil dəlillə də şirkin bütün növlərini doğru saymış olurlar”. (“Təfsiru bəyan linnəs”, 2/395).

Şübhəyə cavab: Bunlar Allaha və onun rəsullarının sünnəsinə qarşı necə də cürətlidirlər! Allah-Təala Rəsullarını şirki dirçəltməyə göndərmişdir, yoxsa silməyə?! Allah-Təala buyurur:

فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُ ونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَ ا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَ جًا مِمَّا قَضَيْتَ وَيُسَلِّ مُوا تَسْلِيمًا

“Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca, iman gətirmiş olmazlar”. (“ən-Nisə”, 65).

Uca Rəbbimiz bu ayədə bildirir ki, Ey Məhəmməd (Allahın ona salavat və salamı olsun), sənin hökmünlə razılaşaraq ona tabe olmayınca, heç bir kəs imanın şirinliyini dadmayacaqdır. Bu İlahi xəbərdən sonra Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) tabe olmağı şirk adlandırmaq olarmı?! Əksinə, Peyğəmbərin hökmü Allahın hökmü sayılaraq bir başa İlahi hökmə tabe olmaq deməkdir. Həmçinin də Peyğəmbərə itaət etmək bir başa Allaha itaət etmək deməkdir. Necə ki, Allah-Təala buyurur:

مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ وَمَنْ تَوَلّ َىٰ فَمَا أَرْسَلْنَاكَ عَلَيْ هِمْ حَفِيظًا

“Peyğəmbərə itaət edən kimsə, Allaha itaət etmiş olar”. (“ən-Nisə”, 80).

Sözsüz ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonra isə onun qoyduğu sünnəsini hakim tutmaq elə onun özünü sağ ikən hakim tutmaq kimidir. Yoxsa ayənin mənası bu günkü gündə itərək tətbiq olunması mümkünsüz sayılar. Əgər Allah-Təala sünnəyə itaət etməyi qadağan etsəydi, “səni hakim təyin etməyincə” yaxud “verdiyin hökmlərə” deyil, “Quranı hakim təyin etməyincə”, “Quranın hökmlərinə”, “Peyğəmbərə itaət edən kimsə, Allaha itaət etmiş olar” deyil, “Qurana itaət edən kimsə Allaha itaət etmiş olar” və. s kimi sözlər deyərdi.

Ümumiyyətlə, Quranda bu kimi ayələr çoxdur. Uca Rəbbimiz buyurur:

وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِنْهُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ . وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِنْهُمْ مُعْرِضُونَ

“(Münafiqlər:) “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!” – deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Onlar iman etmiş deyillər. Aralarında hökm vermək üçün Allaha (Onun kitabına) və Onun Elçisinə tərəf çağırıldıqları zaman onlardan bir dəstə üz çevirər”. (“ən-Nur”, 47,48).

Ayədən məlum olur ki, hökm verən yalnız Allah-Təala deyil, əksinə Allahın izni ilə Onun Rəsulu (Allahşn ona salavat və salamı olsun) da hökm vermə gücünə malikdir. Həmçinin buyurur:

إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْ مِنِينَ إِذَا دُعُوا إِلَى الل َّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَ يْنَهُمْ أَنْ يَقُولُوا سَمِعْ نَا وَأَطَعْنَا وَأُولَٰئِكَ ه ُمُ الْمُفْلِحُونَ

“Aralarında hökm vermək üçün Allaha (Allahın kitabına) və Peyğəmbərinə çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!” (“ən-Nur”, 51).

Məlumdur ki, Allaha çağırılmaq onun Kitabına, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) çağırılmaq isə onun sünnəsinə çağırılmaq deməkdir və hər ikisi də İlahi istək və razılıqla olan bir vəhydir.

Onların Quranda zikr olunan “Hökm yalnız Allaha məxsusdur” ayəsini dəlil gətirməklə sünnəni inkar etmələri isə yerində deyildir. Çünki bu ayə Quranda üç yerdə varid olmuşdur. “əl-Ənam” surəsində kafirlərin Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) əzabı tezləşdirməsini istəmələrinə cavab olaraq Rəbbimiz bildirmişdir ki, o əzabın gəlməsi üçün hökm vermək Peyğəmbərlik (Allahın ona salavat və salamı olsun) deyil, bir başa Allaha aiddir. Bu hökmdə Allaha nə bir Mələk nə də bir Rəsul ortaq ola bilməz. Allah-Təala buyurur:

قُلْ إِنِّي عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَكَذَّبْتُمْ بِهِ مَا عِنْدِي مَا تَسْتَعْجِلُ ونَ بِهِ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ يَقُصُّ الْحَقَّ وَهُ وَ خَيْرُ الْفَاصِلِينَ

“De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (İlahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!” (“əl-Ənam”, 57).

Digər iki ayə isə “Yusuf” surəsindədir. Birincisində Yusuf (Allahın ona salamı olsun) zindan yoldaşlarına şirki tərk etməyi tövsiyə edir və bildirir ki, Allahdan qeyrilərinə ibadət etdikləri Allaha olan bir iftiradır. Hökm verməkdə və ibadət edilməkdə Allah təkdir. Allah-Təala buyurur:

مَا تَعْبُدُونَ مِنْ دُونِهِ إِلَّا أَسْمَاءً سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

“(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!” (“Yusuf”, 4).

Sonuncu ayədə Yaqub peyğəmbər (Allahın ona salamı olsun) övladlarına nəsihət edərək bildirir ki, həyatda başlarına gələn hər bir şey Allahın hökmü və qədəri ilədir. Allah-Təala buyurur:

وَقَالَ يَا بَنِيَّ لَا تَدْخُلُوا مِنْ بَابٍ وَاحِدٍ وَادْخُلُوا مِنْ أَبْوَابٍ مُتَفَرِّقَةٍ ۖ وَمَا أُغْنِي عَنْكُمْ مِنَ اللَّهِ مِنْ شَيْءٍ ۖ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ

“(Yaqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (“Yusuf”, 67).

Keçən ayələrdə quranilərin iddiasına aid heç bir sübut yoxdur. Bu ayələr bizə baş verən hər bir şeyin, hökmün, qəza və qədərin yalnız Allahın əlində olduğunu bidirməkdədir. Qeyd etdiyimiz ayələrdən isə bəlli olur ki, əksinə Peyğəmbərə itaətsizliyə çağırmağın özü küfr və kafirlikdir. Allah-Təala buyurur:

قُلْ أَطِيعُوا اللَّهَ وَالرّ َسُولَ فَإِنْ تَوَلَّوْا فَإِ نَّ اللَّهَ لَا يُحِبُّ الْكَ افِرِينَ

“De: “Allaha və Rəsula itaət edin! Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!” (“Əli-İmran”, 32).

Comments are closed, but trackbacks and pingbacks are open.