Quranın trcümsi
9. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
Quranın trcümsi
“Vaqiə” surəsi, 96 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Vaqiə qopacağı zaman
2. onun qopduğunu heç kəs dana bilməz.
3. O bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.
4. Yer şiddətlə titrədiyi zaman,
5. Dağlar parça-parça olub ovxalandığı
6. və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,
7. siz üç qrupa ayrılacaqsınız.
8. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
9. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
10. Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!
11. Onlar Allaha yaxın olanlar,
12. Nəim bağlarında qalacaq kimsələrdir.
13. Onların çoxu əvvəlki nəsillərdən,
14. az bir qismi də axırıncılardandır.
15. Onlar bəzənmiş taxtlar üstündə
16. qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
17. Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;
18. çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
19. ondan başları ağrımaz və məst olmazlar,
20. bəyənib seçdikləri meyvələr
21. və istədikləri quş əti ilə fırlanacaqlar.
22. Onları iri qaragözlü hurilər gözləyir –
23. sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
24. Bu, onların etdikləri əməllərin mükafatı olacaq.
25. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
26. Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər.
27. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
28. Onlar tikansız sidr ağacları arasında,
29. meyvələri salxım-salxım asılmış banan ağacları altında,
30. uzanmış kölgəliklərdə,
31. daim axan sular kənarında,
32. çoxlu meyvələr,
33. tükənməz və qadağan edilməyən meyvələr içində
34. və hündür döşəklər üstündə olacaqlar.
35. Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.
36. Onları bakirə qızlar edəcəyik –
37. ərlərini sevən, həmyaşıdlar.
38. Bunlar sağ tərəf sahibləri üçündür.
39. Onların çoxu əvvəlki nəsillərdən,
40. bir qismi də axırıncılardandır.
41. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
42. Onlar qızmar yel və qaynar su içində,
43. qapqara duman kölgəsində olacaqlar.
44. Bu duman nə sərin, nə də xoşagələndir.
45. Onlar bundan əvvəl cah-calal içində idilər,
46. böyük günah işlətməkdə israr edirdilər
47. və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
48. Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”
49. De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
50. bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.
51. Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!
52. Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
53. qarınlarınızı onunla dolduracaqsınız,
54. üstündən də qaynar su içəcəksiniz.
55. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.
56. Bu onların Haqq-hesab günündəki ziyafətidir.
57. Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?
58. Axıtdığınız nütfəni gördünüzmü?
59. Onu siz yaradırsınız, yoxsa Biz?
60. Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
61. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.
62. Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?
63. Əkdiyinizi gördünüzmü?
64. Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk?
65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
66. və deyərdiniz: “Biz ziyana uğradıq.
67. Daha doğrusu nemətlərdən məhrum olduq!”
68. İçdiyiniz suyu gördünüzmü?
69. Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk?
70. Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
71. Yandırdığınız odu gördünüzmü?
72. Onun ağacını siz yaradırsınız, yoxsa Biz yaradırıq?
73. Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
74. Elə isə Ulu Rəbbinin adına təriflər de!
75. Ulduzların batdığı yerlərə and olsun!
76. Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
77. Həqiqətən, bu, ehtirama layiq Qurandır,
78. qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
79. Ona yalnız pak olanlar toxunur.
80. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81. Siz bu kəlamı yalan sayırsınız?
82. Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?
83. Can boğaza yetişdiyi zaman –
84. həmin an siz can verən adama baxırsınız.
85. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.
86. Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız
87. və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
88. Amma əgər o, Allaha yaxın olanlardandırsa,
89. onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
90. Əgər o, sağ tərəf sahiblərindəndirsə,
91. ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcəkdir.
92. Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,
93. onun ziyafəti qaynar su olacaq,
94. özü də Cəhənnəmdə yanacaqdır.
95. Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
96. Elə isə Ulu Rəbbinin adına təriflər de!
Multilingual
7 The path of those You have blessed, not of those against whom there is anger, nor of those who are misguided.
Search Quran
Enter one or more search terms.
Example: joseph brothers
Multiple translations may be searched simultaneously. Translations to search must be of the same language.
When searching in Arabic, the characters ا آ إ أ are treated as different characters.
Example: Searching قران does not return قرآن
Search operator
How to use it
Exclude from results
Example: mary -god
Or operator
Example: house OR home
And operator
Example: moses +(jesus OR mary)
Phrase search
Example: “in the name of god”
Example: know* returns know, knowledge, knowledgeable,
Single space wildcard
Example: make? returns maker, makes,
Fuzzy search. To do a fuzzy search, use the ~ symbol at the end of a word with an optional parameter, a value between 0 and 2, that specifies the edit distance.
example: home~ returns name, whom, same,
example: home~1 returns home, some, hope,
Search operators are optional.
The Quran with translations and recitations in mobile-friendly interface. Parallel text, clear MP3, intelligent search, bookmarks, night mode, scalable fonts. Read listen search online.
The Quran is the Word of Allah, revealed to the Prophet Muhammad, for the benefit of the Human Being.
“This Quran could not have been produced by anyone other than Allah. In fact, it is a confirmation of what preceded it, and an elaboration of the Book. There is no doubt about it—it is from the Lord of the Universe.” [Chapter 10, Verse 37]
Quran möcüzələri
Allah 14 əsr əvvəl insanlara yolgöstərici kitab olan Qurani-kərimi nazil etmiş və bütün bəşəriyyəti Qurana tabe olaraq xilas olmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi, Quran “aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir”. (Qaləm surəsi, 52) Quran nazil edildiyi gündən qiyamət gününə qədər bəşəriyyətin yeganə yolgöstəricisi olan son ilahi kitab olacaq.
Quran endirildiyi gündən bəri hər dövrdə yaşayan insanların anlayacağı asan və anlaşıqlı dildədir. Allah Quranın bu üslubunu “And olsun ki, Biz Quranıibrət almaq üçün belə asanlaşdırdıq…” (Qamər surəsi, 22) ayəsi ilə xəbər verir. Eyni zamanda, Quranın ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslubu və hikməti də onun Allah`ın sözü olduğunu qəti sübut edir.
Quranın bu xüsusiyyətləri ilə bərabər Allah`ın sözü olduğunu sübut edən bir çox möcüzəvi xüsusiyyəti var. Bu xüsusiyyətlərindən biri ancaq XX və XXI əsr texnologiyası ilə əldə edilmiş bəzi elmi faktların 1400 il əvvəl Quranda bildirilməsidir.
Əlbəttə, Quran elmi kitab deyil. Lakin müxtəlif ayələrdə hikmətli tərzdə ifadə edilmiş bəzi elmi həqiqətlər ancaq XX əsr texnologiyası ilə kəşf edilmişdir. Quranın nazil edildiyi dövrdə elmi cəhətdən müəyyən edilməsi mümkün olmayan bu məlumatlar insanlara Quranın Allah`ın sözü olduğunu bir daha sübut edir.
Quranın elmi möcüzələrini anlamaq üçün, əvvəla, bu ilahi kitabın endirildiyi dövrün elmi səviyyəsinə nəzər salmaq lazımdır. Quranın nazil edildiyi VII əsrdə ərəblər elmi məsələlər haqqında saysız-hesabsız xurafata və batil inanca malik idilər. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyaya malik olmayan ərəblər nəsildən-nəslə ötürülmüş əfsanələrə inanırdılar. Məsələn, səmanın dağlar vasitəsilə yüksəkdə dayandığını düşünürdülər. Bu inanca görə, Yer kürəsi düz idi və iki tərəfdəki hündür dağlar dirək kimi göy qübbəsini saxlayırdılar.
Lakin ərəblərin bu batil inancları Quranla birlikdə aradan qaldırıldı. “Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən. məhz Allah`dır. ” (Rəd surəsi, 2) ayəsi göyün dağlar sayəsində yüksəkdə dayanmadığını aşkar etdi. Bunun kimi hələ bir çox məsələdə o dövrdə heç kəsin bilmədiyi mühüm məlumatlar Quranda verildi. İnsanların astronomiya, fizika və ya biologiya haqqında çox az şey bildiyi dövrdə nazil edilən Quran kainatın yaradılışından insanın yaranmasına, atmosferin quruluşundan yer üzündəki müvazinətlərə qədər bir çox məsələdə məlumatlar ehtiva edirdi.
Digər mövzular
- Kainatın yaradılışı
- Kainatın genişlənməsi
- Kainatın sonu və “Big Crunch”
- İsti tüstüdən yaradılış
- Göylərlə yerin bir-birindən ayrılması
- Göylərlə yer arasındakıların yaradılışı
- Kainatdakı mükəmməl müvazinət
- Kainatdakı həssas əyar
- Günəş, Ay və ulduzların formalarındakı fərq
- Orbitlər və fırlanan kainat
- Günəşin hərəkət istiqaməti
- Ayın orbiti
- Ay ilinin hesablanması
- Yerin cazibə qüvvəsi və orbit hərəkətləri
- Yerin kürəvi forması
- Yerin fırlanma istiqaməti
- Yerin geoid forması
- Yerin və kosmosun diametri
- Atmosferin təbəqələri
- Qorunan tavan
- Göy üzünün bina edilməsi
- Geri qaytaran göy
- Yerin təbəqələri
- Yerin yükünü çıxarıb atması
- Dağların funksiyası
- Dağların hərəkət etməsi
- Günəşin doğması ilə batmasındakı fərqli cəhətlər
- Yerin ətrafından əskilməsi
- Yarılan yer
- Dəmirdəki sirr
- Neftin əmələ gəlməsi
- Zamanın nisbiliyi
- Altı gündə yaradılış
- Qədər gerçəyi
- Yaradılışdakı cütlər
- Subatom zərrəciklər
- Qara dəliklər
- Döyünən ulduzlar: Pulsarlar
- Sirius ulduzu
- İşıq və qaranlıqlar
- Nəticə
- Qeydlər
Comments are closed, but trackbacks and pingbacks are open.