Bağırsaq qurdlarını tökən ən təsirli vasitələr
– Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. Burada səkkizillik məktəbi bitirib. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil alıb(1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirib(1980-1985).
“Qurd ürəyi” “yeyən” şairin evindən REPORTAJ
Onu çoxları tanıyır, şeirlərini əzbər bilənlər də çoxdur. Ötən həftə həbs olunması da ədəbi cameədə hadisəyə səbəb oldu. Amma onun haqqında “tannmış şair” ifadəsinin işlədilməsinə ağız büzənlər az olmadı. Söhbət tanınmış şair Saday Şəkərlidən gedir.
Bəs əslində kimdir Saday Şəkərli?
– Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. Burada səkkizillik məktəbi bitirib. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil alıb(1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirib(1980-1985).
Bədii yaradıcılığa tələbəlik illərində başlayn şairin “Məhəbbət ağacı” adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilib. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olub. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun Suvarma İdarəsində başlayıb. Sonra burada kiçik müəssisə təşkil edib. 1993-cü ildən Bakıda yaşayır. “Təbriz” nəşriyyatının direktoru işləyib. Üç övladı, iki nəvəsi var.
Əsərləri:
Дерево любви. Саратов: ПКИ, 1985, 48 стр. Torpağa oğul sözü. Bakı: Yazıçı, 1986, 66 səh. Məni soruşan olsa. Bakı: Təbriz, 1995, 62 səh. Alça çiçəkləyib. Bakı: Təbriz, 1996, 16 səh. Gecədən çıxan kimi (şeir və poemalar). Bakı: Təbriz, 1996, 208 səh. Gümüş şamın şöləsi. (başqırd dilində). Ufa: 2000, 48 səh. Ömrün yorğun kölgəsi (şeirlər və poemalar). Bakı: Elm və təhsil, 2009, 328 səh. Birİnci kitab. Bakı: Araz 2010, 214 səh. Музыка дождя. Москва: Новый век, 2010, 82 стр. Haydı. Vaşinqton: 2011, 84 səh. Ölümdən qayıdan. Təbriz: 2011, 90 səh. Atamdan qalan payız. İstambul: 2011, 104 səh. Qurd ürəyi. Bakı: Araz 2015, 232 səh. kitabları dərc olunub.
Amma bu gün həm televiziyada, həm də bəzi saytlarda Saday Şəkərli haqqında həqiqətəuyğun olmayan məlumatlar yayımlayırlar. O üzdən dekabrın 23-də Vergilər Nazirliyinin binasında həbs edilən tanınmış şair Saday Şəkərlinin ailəsi ilə görüşmək üçün evlərinə yollandım. Məni əvvəlcə şairin 15 yaşlı oğlu Ərşah Şəkərli qarşıladı, birlikdə evə getdik. Bizi qarşılayan şairin həyat yoldaşı Aminə xanım “belə olmamalıydı” deyə ağladı.
“Saday Şəkərli bu günə kimi kiməsə hədə-qorxu gələrək pul alıb ailəsini saxlamayıb. Həm televiziyada, həm də bəzi saytlarda Saday haqqında həqiqətəuyğun olmayan məlumatlar yayımlanır. Sadayın özünü aldadaraq iş qurmaq adıyla pulunu mənimsəyiblər. O, dörd il idi ki, məhkəmələrdə çəkişirdi. Məhkəmə pulun alınaraq bizə qaytarılmasına qərar çıxarsa da, təssüfflər olsun ki, bu günə kimi iş icra olunmur. Bu il bizim üçün çox çətin oldu: atamı itirdim, bunun ardınca Saday həm anasını, həm də qardaşını itirdi. İşsizlikdən də çox əziyyət çəkirdi. Hara gedirdi iş tapa bilmirdi. Əsəbləri korlanmışdı bu problemlərdən. Səkkiz aydı, evimizin kreditini də ödəyə bilmirik. Elə o, hədə-qorxuyla pul ala bilsəydi, gedib öz əliylə verdiyi pulunu alardı. O, romanına görə həbs edildi, bunu hamı bilsin”, – bunu da həyat yoldaşı deyir.
Aminə xanım həmin günü belə xatırlayır: “Dekabrın 23 də “Qurd ürəyi” adlı romanından əlli nüsxə evə gətirdi. Həmin kitabın bir nüsxəsini Vergilər nazirliyinə də vermişdi. O, elə fikirləşirdi ki, onu nazirliyə çağırıb işsizliyi ilə bağlı ona köməklik edərlər”.
– Axı bu kitabda nazirə təşəkkür edib, bu nəylə bağlıdır?
– O, təşəkkürü ona görə edib ki, nazir Fazil Məmmədova bir neçə dəfə kitab hədiyyə edib və nazir də ona bir neçə dəfə maddi köməklik göstərib. Həmən gün onun mobil telefonuna zəng gəldi və Sadaya gileyləndilər ki, bu nədi yazmısan? Sadayı telefonda hədələdilər. Saday da dedi ki, mən neyləmişəm ki? Bu avtobioqrafik romandı, burada mən öz həyatımı yazmışam. Bu söhbətlərdən sonra sağollaşdılar.
“Gülə-gülə dedilər ki, şair gəl nazirliyə. “
– Sonra nə oldu bəs?
– Sadaya bir az sonra təzədən zəng gəldi və gülə-gülə dedilər ki, şair gəl nazirliyə! Saday da sevindi, dedi ki, çağırırlar gedim görüm mənə bir iş-filan düzüb-qoşarlar. Saday evdən çıxanda saat 5 idi. Dedim ki, oradan çıxandan sonra zəng vurarsan. Amma sonra mən zəng vurdum, zənglərimə cavab vermədi. Axşam saat 10 idi, qapı döyüldü. Ərşah qapını açdı və məni çağırdı. Gəldim gördüm ki, qapıda bir neçə nəfər polis var. Bir-iki nəfər də mülki geyimli şəxs var idi. Bunları görən kimi hiss etdim ki, Saday getdi. Gözümün qabağında 1937-ci il canlandı. Dedim ki, 1937-ci ildi bala? Gözümün qabağına Müşfiqin həbs olunması gəldi. Evimizdə axtarışa başladılar. Dedim ki, sizə nə lazımdı? Bura şair evidi, bəlkə, səhv gəlmisiniz? Dedi ki, biz beş şey axtarırıq: qızıl – zinət əşyaları, külli miqrdarda pul, silah, narkotik və bir də elektron ötürücüləri. Dedim ki, siz sadaladığınız predmetlərdən heç birisini mənim evimdə tapa bilməzsiniz. Evdə axtarışa başladılar. Dedilər ki, hanı onun sonuncu məqalələri? Nəyə yazırdı yazılarını? Protokol tətbiq edib kitablarının hər nüsxəsindən birini götürdülər, həmçinin “Qurd ürəyi” romanının bir nüsxəsini də götürdülər. Bundan başqa iki kompüter götürdülər. Bunlardan biri Sadayın, o biri isə kürəkənimindir. Kürəkənimin kompüterində ailəvi şəkillərindən başqa bir şey yoxdu. Mənə dedilər ki, biz gedirik bir saata Saday Şəkərli özü sizə zəng vuracaq. Axşam saat 3-də Saday zəng vurub dedi: “Mərd ol, mətin ol, mənim günahım olmaya-olmaya məni ilişdirdilər. Çox güman ki, kitaba görə məni tuturlar. Sən nə Dilbərdən, nə də Şükriyyədən artıq deyilsən. Sən də onların biri”.
Səhəri gün təzədən iki nəfər gəldi və “Qurd ürəyi” romanının bütün nüsxələrini yığıb apardılar.
– Bəs orda nə baş verib, bilirsiniz?
– Sadaya orada on min pul veriblər, o da götürməyib. Şübhələnib ki, bu nəsə qurğudu. Deyiblər ki, götür şair, bir dərdinə verərsən! O da deyib ki, yaxşı qoyun çantama. Deyiblər ki, yox e, qoy ürəyinin başına biz də rahat olaq. Şair adamsan get, problemlərini həll elə. Bu da pulu alan kimi korrupsiyanın əməkdaşları girib içəri Sadayı həbs ediblər. Üç ay həbs-qətimkan tədbiri seçilərək Kürdəxanı həbsxanasına yollayıblar.
Turan İbrahimov ATV-nin “Olaylar” verilişində yanlış məlumat yayaraq bildirir ki, bəzi dırnağarası şairlər kiməsə hədə-qorxu gələrək şantaj yolu ilə pul tələb edib. Turan İbrahimova demək lazımdı ki, bir şair o, boyda nazirə necə hədə qorxu gələ bilər?!
Mən buradan cənab Prezidentə müraciət edib xahiş edirəm ki, şair Saday Şəkərlinin azadlığa buraxılması üçün göstəriş versin. Sadayın azyaşlı nəvələri – dörd yaşlı Nuray və altı yaşlı Xuraman, on beş yaşlı oğlu Ərşah və biz ondan çox nigaranıq. Belə əziz gündə hamı kimi biz də yeni ilimizi Sadayla keçirərdik.
Bağırsaq qurdlarını tökən ən təsirli vasitələr
Qurd xəstəliyi uşaqlarda daha çox müşahidə olunsa da, bu xəstəlikdən böyüklər də əziyyət çəkir.
Milli.Az publika.az-a istinadən həm böyüklər, həm də uşaqlar üçün uyğun olan qurd tökən təsirli vasitələri təqdim edir:
Nar qabığı
Hələ eramızdan 1500 il əvvəl çinlilər nar qabığından qurd dərmanı kimi istifadə ediblər.
Bir ədəd narın qabıqlarını xırdalayıb bir stəkan suda bişirmək lazımdır. 15-20 dəqiqə bişdikdən sonra suyunu süzüb 1 saat otuz dəqiqə ərzində 3 dəfə içmək məsləhət görülür. Bu müddət ərzində qida qəbul etmək olmaz. Üç-dörd saat keçdikdən sonra isə bağırsaqları təmizləyən dərman qəbul etmək lazımdır.
Xalq təbabətində nar ağacının gövdə və budaqlarının qabıqlarını toz halına salaraq qurd əleyhinə dərman kimi istifadə edilir.
Zirə
Eyni miqdarda qızılçətir otunu, dağtərxununun çiçəklərini və zirə toxumlarını qarışdırın. Qarışıqdan bir xörək qaşığı götürüb bir stəkan qaynar suda bir saat dəmləyin. Gündə 3-4 dəfə bir xörək qaşığı için.
Çobanyastığı
Hərəsindən 20 qram olmaq şərtilə, aptek çobanyastığı, nanə yarpaqları, dağtərxununun çiçəkləri, acı yovşan otu və pişikotunun kökləri ilə 30 qram yerkökü toxumunu qarışdırın. Alınan qarışıqdan 2 xörək qaşığı götürüb bir stəkan qaynar suda dəmləyin. Bu çaydan gündə iki dəfə bir stəkan içmək lazımdır.
Balqabaq toxumu
Balqabaq toxumundan, xüsusilə, lentşəkilli qurdların tökülməsi üçün istifadə olunur. Üç yüz qram təzə və ya qurudulmuş balqabaq toxumunu qabıqdan təmizləyib əzmək lazımdır. Üzərinə 50-60 ml su əlavə edin. Qarışığın dadını yaxşılaşdırmaq üçün bir çay qaşığı bal və ya mürəbbə əlavə edə bilərsiniz.
Bu qarışığı acqarına yemək məsləhətdir. Ancaq burada bir nüansa diqqət yetirin. Qarışığı bir anda deyil, qaşıq-qaşıq olmaqla bir saat ərzində qəbul edin.
Yetişməmiş qoz
Bir neçə ədəd yaşıl qozu əzin. Bir stəkan qaynar suya yarım çay qaşığı duz əlavə edin. Dörd çay qaşığı əzilmiş qozu bu suyun içərisində yarım saat saxlayın. Daha sonra suyu süzüb gün ərzində acqarına için.
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
“Nazir özünü sığortalamaqdan ötrü şairi qurban verib”
Ötən ilin dekabrında həbs edilən şair Saday Şəkərlinin saxlanmasının pərdəarxası məqamı nədir?
Şairin Hüquqlarının Müdafiə Komitəsinin təşkilatçılarından biri kinorejissor Eldəniz Quliyev AzadlıqRadiosuna müsahibəsində Saday Şəkərlinin həbsinə sonuncu kitabının səbəb olduğundan danışır.
Eldəniz Quliyev
– Eldəniz bəy, Saday Şəkərliyə qarşı Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə ittiham irəli sürülüb. Siz bu ittihamla razılaşmırsız, o zaman şairin həbsinə səbəb nəyi görürsüz?
– Saday Şəkərlinin ötən ilin dekabrında çap edilən “Qurd ürəyi” adlı kitabı onun həbsinə səbəb olub. Kitab avtobioqrafikdir. Ancaq son hissəsi hakimiyyətin tənqidinə həsr edilib. Nəyə görə deyirik ki, məhz hakimiyyəti tənqidlə bağlı fikirlər onun həbsinə səbəb olub? Çünki dərhal gəlib evdən kitabın bütün nüsxələrini müsadirə ediblər. İttiham da absurddur. Vergilər Nazirliyinə hər kim istəsə, rahatlıqla girib kiməsə hədə-qorxu gəlib pul tələb edə bilərmi? Absurd ittihamdır və həbs kitabına görədir. Biz Müdafiə Komitəsi olaraq bunu ictimaiyyətə çatdırmışıq. Rusiya Yazıçılar İttifaqı da müraciət edib, amma onlar bu saxta ittihamdan geri çəkilmək istəmirlər. İstedadlı bir adamı uzun müddət cəmiyyətdən təcrid etməklə nəyə nail olmaq istəyirlər, anlamıram. (Ardı aşağıda)
“Qurd ürəyi” kitabı
“Saday Şəkərli həmin pulu götürəndə. ”
– Eldəniz bəy, barəsində danışdığınız kitab satışa buraxılıbmı?
– Kitabın 50 siqnal nüsxəsi çap olunub. Saday Şəkərli kitabları gətirib evə. Ondan sonra Vergilər Nazirliyindən zəng eləyib şairi kitaba “şirinlik vermək” üçün nazirliyə çağırıblar. Bundan əvvəl də Vergilər naziri Fazil Məmmədov Saday Şəkərlinin əvvəlki kitablarının bəzilərinə sponsorluq edib. Ona görə də Saday Şəkərli nazirliyə gedib. Ona pul təklif ediblər, şair götürməyib, onda deyiblər ki, “bu, sponsorun puludur, götürün, kitabı satarsız, qaytararsız”. Saday Şəkərli də həmin pulu götürəndə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları onu həbs ediblər, həmin günü də gəlib evində axtarış aparıblar. “Qurd ürəyi” kitabının siqnal nüsxəsini müsadirə ediblər, daha doğrusu, 49-nu götürüblər, ailə üzvləri birini gizlətməyi bacarıb. Hazırda kitabın bu nüsxəsi əlimizdədir.
Bunlara da bax:
AŞPA prezidenti İlqar Məmmədovla görüşdü
ANS-dən Mehriban Əliyevaya mükafat
“Tənqid digərlərinkindən heç də sərt olmayıb”
– Eldəniz bəy, Azərbaycanda sosial şəbəkələrdə, bəzi qəzet və saytlarda hakimiyyəti tənqid edən fikirlər yer alır. Saday Şəkərlinin kitabında tənqid dozası aşıbmı ki, onun həbsinə səbəb olsun?
– Əslində yerində verilmiş sualdır. Kitabda hakimiyyəti tənqid edən fikirlər heç də sosial şəbəkələrdə, qəzet və saytlardakından sərt deyil. Əslində, Saday Şəkərli həmin hissədə bəzi müxalifət liderlərinin fikirlərindən sitatlar gətirib. Sadəcə, burda bir incə nüans var. Kitabın titul səhifəsində nəşrin Vergilər naziri Fazil Məmmədovun dəstəyi ilə çap olunduğu göstərilib. Təbii ki, içində tənqidi fikirlərin yer aldığı kitaba sponsorluq hakimiyyətin yuxarı qatında oturan bir adama baha başa gələ bilərdi. Saday Şəkərli də təmiz qəlbliyindən düşünməyib ki, içində hakimiyyəti tənqid edən fikirlər olan bir kitabın bir nazirin sponsorluğu ilə buraxıldığını yazmaq olmaz. Fazil Məmmədov özünü sığortalamaq üçün Saday Şəkərlini qurban verib, məsələ bundadır. Bayaq mən Saday Şəkərlinin xanımı ilə danışdım, dedi ki, müsadirə olunan netbuk, telefon geri qaytarılıb, amma kitablar qaytarılmayıb.
Saday Şəkərli
– Saday Şəkərli kitabının mətnini əvvəl də, indi də sponsoru ilə razılaşdırırdımı?
– Bu suala şairin özü cavab verə bilər. Fazil Məmmədovun sponsorluq elədiyi nəşrlər şeir kitabı olub. Bu kitab da avtobioqrafik əsərdi, şairin uşaqlıqdan indiyə kimi yaşadığı hadisələrdən bəhs edir. Bircə sonuncu hissədə hakimiyyəti tənqid edən fikirlər var.
– Kitab nə zaman çapdan çıxıb?
– Həbsindən bir gün əvvəl. Dekabrın 22-də. İnanın, ən yaxın dostları olan biz kitabın üzünü görmədik, gəlib evindən apardılar.
– Siz Müdafiə Komitəsi olaraq nə etmək niyyətindəsiz?
– Biz Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşmək istəyirik. Hərçənd iş artıq məhkəməyə gedir. Şairin azadlığa buraxılmasından ötrü əlimizdən gələn hər şeyi edəcəyik.
Bu müsahibədə deyilənlərə Vergilər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Martın 1-də yayılmış məlumata görə, Saday Şəkərli barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Buna da bax.
Comments are closed, but trackbacks and pingbacks are open.