Press "Enter" to skip to content

25 il dənizin ortasında: 6 metrə çatan dalğalar, cəhənnəmi xatırladan hava – Pirallahıdan REPORTAJ

Mən fəxr edirəm ki, neftçiyəm və həmişə bununla fəxr edəcəyəm”.

Quyuların əsaslı və yeraltı təmiri

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Neft və qaz quyularının əsaslı təmiri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

25 il dənizin ortasında: 6 metrə çatan dalğalar, cəhənnəmi xatırladan hava – Pirallahıdan REPORTAJ

Azərbaycanda XX əsrin əvvəllərindən inkişaf edən neft sənayesi paytaxt şəhər ətrafında cəmlənib. O neft ki, məşhur Rotşildləri və Nobel qardaşlarını Bakıya qədər gətirə bilmişdi. Lakin, Azərbaycanda neftçıxarmanın tarixi daha qədimdir. Eləcə də, “neftçi” olmağın hekayəsi. Neft sənayesi iqtisadiyyatımızda “zəncirin əsas halqalarından” birini təşkil edir, elə buna görə də “neftçi” olmaq həm məsuliyyətli, həm də dəyərli işdir.

Reportajımız əsnasında Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Pirallahıdakı “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində ömrünün yarısını dənizdə neft sənayesinə həsr etmiş neftçilərlə tanış olduq.

25 ildən artıq müddətdə neft sənayesinə öz töhfəsini verən zəhmətkeşlər tərəfindən həm çox səmimi qarşılandıq, həm də onların gündəlik iş fəaliyyətini izlədik.

İş prosesi saat 07:00 radələrindən başlayaraq 12 saat davam edir. Daha sonra növbəni digər neftçilər təhvil alır. Vaxta rejimində 15 gün dənizdə olan neftçilər, növbəti 15 günü quruda ailələri ilə birlikdə istirahət edirlər.

Neft sənayesində 25 il, 2 ay, 17 gün

Pirallahı adasında neft hasilatı ilə məşğul olan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin əsası 1936-cı ildə qoyulub. 1947-ci ildə adanın cənub qurtaracağında, dənizdə neft yatağı aşkar edilib.

Malik Məmmədov 1996-cı ildən “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində çalışır. O, Quyuların Əsaslı və Yeraltı Təmiri Sexində böyük ustadır. Malik müəllim, bir növ quyulara “ikinci nəfəs” verir:

“İşimiz hasilatı azalan quyuları təmir edərək yenidən istismara verməkdan ibarətdir. Bu quyular müəyyən edildikdən sonra təmirə dayandırılır və suyun 1000 metrdən çox dərinliyindən avadanlıqlar qaldırılır, quyu dibinə qədər yuyulur və bura yeraltı qurğular buraxılır. Daha sonra quyu işə salınır. Bununla da biz hansısa quyunu yenidən həyata qaytarırıq. Demək olar ki, bu bütün neftçilər üçün bayramdır”.

Hazırda “Azeri Light” markalı neftin dünya bazarında 100 dollar civarında satıldığını xatırladıram Malik müəllimə, sən demə Azərbaycan neftinin qiymətini hər gün izləyirlərmiş.

“İstər 20 sent, istərsə də 1 dollar artsın, fərqi yoxdur. Neft bahalaşırsa sevinirik”, – deyir.

63 yaşlı neftçi hələ də işinə marağını itirmədiyini bildirir: “Hər gün bir başqa maraqlıdır”.

Pirallahıda “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində dəniz şəraitində 25 briqada çalışır. Hər özüldə mütləq şəkildə bir briqada olur.

Neft sənayesində 26 il, 8 ay, 29 gün

Elçin Şahverdiyev 1995-ci ildən bəri Pirallahıda “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində çalışır. İndi o, həmin idarənin 3 Saylı Neft və Qazçıxarma Sahəsinin neft-qaz hasilatı üzrə operatorudur.

52 yaşlı neftçi sahə boyu bütün neft-qaz çıxartma avadanlıqlarına, mancanaq dəzgahlarına nəzarət edir. Onun işi böyük teatr səhnəsini idarə etməyə bənzəyir.

Dayanmadan çalışan avadanlıqların işindəki ahəng gündəlik neft hasilatında özünü göstərir. Texnikalar düzgün çalışırsa, gündəlik hasilat da ona uyğun olmalıdır. Elçin müəllim, hasilatı ölçməklə avadanlıqların nə dərəcədə yaxşı çalışdıqlarını müəyyən edir:

“Hər gün sahəni gəzir, avadanlıqlara nəzarət edirik. Nasazlıq varsa, onu həll etməyə çalışırıq, lakin texnika sıradan çıxıbsa artıq bu barədə məlumatı müdiriyyətə məruzə edirik”.

Texnikalarla yanaşı, neftçilər də dayanmadan çalışırlar. Orada olduğumuz müddətdə gördüyümüz bu idi. Üstəlik onlarda həddindən artıq çevik reaksiya müşahidə etmək olardı, hansı ki, mən hətta bunu tələskənlik də adlandırıram.

Həmin anda düşünmədən edə bilmirsən. Gün ərzində tonlarla neft hasil edilir. Hesablamağa başlayırsan. 1 barel neft indi 100 dollar civarında satılır. 1 barel, yəni 159 litr. 1 ton dolayısıyla 1000 litr. Yanvarda gündəlik neft hasilatı 580,9 min barel olub. Bu hesablamalar beləcə davam edir. O nəticəyə gəlirsən ki, həqiqətən də bu adamların həddən artıq cəld olmaq üçün səbəbi var. Onların zəhməti nəticəsində ölkəyə böyük həcmdə valyuta daxil olur. Bunu neftçi özü də yaxşı anlayır. Amma bu işin çətinlikləri də çoxdur. Deyirlər ki, siz buranı bir də küləkli, yağışlı havada görün, lap cəhənnəmi xatırladır. Bəzən dalğaların hündürlüyü 5-6 metrə qədər gəlib çatır.

52 yaşlı neftçi bəzi hallarda dalğaların hündürlüyünün platformalara qədər qalxdığını deyir:

“Axı, havanın nə zaman necə dəyişəcəyini heç kəs dəqiqliklə deyə bilməz. Amma biz səbirli, təmkinli və ehtiyatlıyıq. Bu vaxta qədər qəzasız yüzlərlə saatı geridə qoymuşuq”.

Elçin müəllim bildirir ki, fövqəladə hallar çox az olur və belə hallar yarandıqda vəziyyətdən çıxış yolunu kollektiv olaraq tapmağa çalışırlar. Yəni, “neftçi olmaq”, həm də “birlik olmaq” deməkdir, Elçin bəyin fikrincə.

“Abşeronneft” Neft və Qazçıxarma İdarəsində gündəlik 1700 tona yaxın neft çıxarılır. Bu göstərici olduqca yaxşıdır. Hələ də neft hasilatının yüksək səviyyədə saxlanılmasında peşəkar neftçilərimizin əməyi var.

Neftçi Malik Məmmədov nə dərəcədə əhəmiyyətli iş gördüklərinin fərqindədir. Xüsusilə 44 gün davam edən Vətən müharibəsində hər çalışdıqları saniyənin qələbəyə hesablandığını hiss etdiyini deyir:

“Əhəmiyyətli iş gördüyümüzü bilirəm. Bunu müharibədə daha yaxşı hiss etdik. Hər saniyənin ölkə üçün əhəmiyyətli olduğunu bilirdik. Daha da şövqlə çalışırdıq.

Mən fəxr edirəm ki, neftçiyəm və həmişə bununla fəxr edəcəyəm”.

Nigar Məmmədova

FOTO: Tapdıq Abdullayev

Açıq havada işləyənlərin təhlükəsizliyi üçün tədbirlər görülməlidir – Nazirlikdən işəgötürənlərə müraciət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində fevral ayının 23-ü gecədən başlayaraq hazırda davam edən küləkli, qarlı hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edir.

Xidmət tərəfindən bildirilir ki, müşahidə olunan hava şəraitinin davam etdiyi müddətdə açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülməlidir.

Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Məcəlləyə 2-ci Əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır.

Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.

Əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir.

İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.