Press "Enter" to skip to content

Hüquqi yardım

Əgər hakim zəruri bilirsə onda mütəxəsis cəlb edə bilər, yəgin uşaq ata ilə yaşayır boşanmaya qədər ona görə belə qənatə gəlinib. Vəkil Qulam İsmayılzadə

Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir

Azərbaycanda uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha məqsədəuyğundur. Bu barədə Hesabalama Palatasının sosial müavinət, kompensasiya və təqaüd təminatının mövcud vəziyyətinin təhlili, əhalinin sosial müdafiə sistemində onun rolunun və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı apardığı analitik təhlildə bildirilir. “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürən şəxslərə dövlət tərəfindən zəruri sosial yardım göstərilməlidir. Bu baxımdan həmin uşaqların qəyyumlarına sosial müavinətin onların gəlirindən, ünvanlı dövlət sosial yardımına hüququndan asılı olmayaraq təyin edilməsi daha düzgün olardı. Eyni zamanda, belə uşaqların qəyyumluğa götürülməsinin həvəsləndirilməsi uşaq müəssisələrinin maliyyə yükünün də azalmasına səbəb olacaq. Həmin müavinətin maliyyələşdirilməsi üçün tələb olunan əlavə vəsaiti uşaq müəssisələrinin saxlanılmasından qənaət ediləcək vəsaitlə kompensasiya etmək olar”, – deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” qanunun 31-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müəssisələrdə yerləşdirilməsi üsulu ilə təmin edilir.

Statistik hesabatlara əsasən, 2015-ci və 2016-cı illərdə yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarının ümumi sayının 472 nəfərdən 437 nəfərədək, aztəminatlı ailələrin 1 yaşınadək uşaqlarının sayının 5 487 nəfərdən 2 628 nəfərədək azalması həmin kateqoriyadan olan şəxslərə təyin olunan sosial müavinətlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitdə öz əksini tam şəkildə tapmayıb.
“Həmin faktın Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən maliyyə sənədlərinə əsasən araşdırılmasına ehtiyac duyulur”, – deyə məlumatda qeyd olunub.

Uşaqlar üzərində qəyyumluq və himayə

Qəyyumluğa və himayəyə uşaq götürmə təcrübəsindən dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda istifadə olunur. Amma bir çox hallarda yerli vətəndaşlar bu prosesin çətin olduğunu deyirlər. Bəzi insanlar isə qəyyumluğa və himayəçiliyə uşaq götürməklə övladlığa uşaq götürməni qarışdırırlar. Bəs əslində bu proseslər necə aparılır və bununla bağlı hansı mərhələlərdən keçmək lazımdır?

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirdi ki, bir çox hallarda qəyyumluq və himayəçiliklə övladlığa götürmə anlayışları səhv salınır. Bunlar tam fərqli anlayışlardır və qanunla fərqli prosedurlar əsasında həyata keçirilirlər. Qəyyumluq və himayəçiliklə bağlı məsələlər müvafiq qanunvericiliklə, xüsusilə də, Mülki və Ailə məcəllələri ilə tənzimlənir. Ailə Məcəlləsinin 114 maddəsində bildirilir ki, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir.

Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir
Bu məcəllənin 136-cı maddəsində isə bildirilir ki, qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.

Xəyal Bəşirov bunları ümumiləşdirərək qeyd edir ki, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi və eyni zamanda yetkinlik yaşına çatmayanlar üzərində onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir”.
Hüquqşünasın sözlərinə görə, təyin olunmuş qəyyumlar qəyyumluqda olanların (14 yaşadək) qanun üzrə nümayəndələri olur, onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. “Himayəçilər isə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin oluna bilər. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verməklə yanaşı həm də, himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə köməklik göstərir, onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar”.

X.Bəşirov deyir ki, qanunvericiliyə əsasən qəyyumluqda və himayədə olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan bu məsələnin üç ay ərzində həll olunmasını, qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrinin icra edilməsini və eyni zamanda qəyyumların və himayəçilərin bütün fəaliyyətinə nəzarət edilməsini həyata keçirir: “Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən onların özlərinin razılığı ilə təyin edilir. Lakin, bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkün olduğu qədər, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Bunlar Ailə Məcəlləsinin 137-ci maddəsi ilə tənzimlənir .

Bu maddədə qeyd olunur ki, yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər (bu Məcəllənin 120.1.1—120.1.5-ci maddələri) qəyyum (himayəçi) ola bilməzlər.

(davamı var)

Boşanma zamanı uşaq kimdə qalır?

Boşanma prosesi zamanı ən mürrəkkəb məsələlərdən biri boşandıqdan sonra uşağın hansı valideynin yanında qalmasıdır.

Qeyd etmək istəyirəm ki, Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.

Haqqında bəhs edəcəyimiz məsələyə dair məhkəmə yolu ilə boşanma proseslərindən birini misal göstərək:

Mehriban və Arzuman 2007-ci ildə ailə həyatı qurmuş və bu nikahdan onların 2008-ci ildə Ceyhun, 2011-ci ildə Sevda, 2012-ci ildə isə Xəyal adlı övladları dünyaya gəlmişdir.

Mehriban və Arzuman 2018-ci ildə ayrılmış və Mehriban balaca oğulları Xəyalı da özü ilə apararaq atası evinə yerləşmişdir. Barışmaq üçün 1 il gözləsə də, bunun mümkün olmayacağını anlayan Mehriban, rayon məhkəməsinə müraciət edir. Məhkəmədən xahiş edir ki, qalan iki övladı Ceyhun və Sevda da onun yanında yaşasın. Çünki hesab edir ki, uşaqlar analarına daha çox bağlıdır və onun yanında yaşamaq istəyirlər. Atası isə uşaqların atalarının yanında qalmaq istədiklərini deyir.

Rayon Məhkəməsi isə bu məsələ ilə bağlı Qəyyumluq və Himayəçilik Komissiyasını rəy vermək üçün işə cəlb edir. Məsələ ilə bağlı Qəyyumuq və Himayəçilik Komissiyası da rəy verir ki, Sevda anası ilə, Ceyhun isə atası ilə qalmalıdır. Rayon Məhkəməsi də bunu əsas götürərək Sevdanın atadan alınıb anasının himayəsinə verilməsi barədə qətnamə qəbul edir.

Qərardan narazı qalan uşaqların atası rayon məhkəməsinin qətnaməsindən Apellyasiya Məhkəməsinə şikayət edir. Apellyasiya Məhkəməsi isə bu qərara gəlir ki, Rayon Məhkəməsi düzgün qərar verib, ona görə də onu qüvvədə saxlamaq lazımdır.

Apellyasiya Məhkəməsinin də qərarından narazı qalan ata müraciət edir Ali Məhkəməyə. Ali Məhkəmə isə işin gedişatını dəyişdirən qərar verir. Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edir və işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərir.

Bəs niyə qətnaməni ləğv edir?

Çünki Ali Məhkəmə öz qərarı ilə əsaslandırır ki, Apellyasiya məhkəməsi iş üzrə cavabdeh Namiqin apellyasiya şikayətinin kifayət qədər ciddi və əhəmiyyətli olan dəlillərinə düzgün hüquqi xidmət verməmişdir. Bir sözlə, Ali Məhkəmə deyir ki, Rayon Məhkəməsi təkcə Qəyyumluq və Himayə Komissiyasının rəyini əsas götürüb qətnamə çıxarıb, Apellyasiya Məhkəməsi də Apellyasiya şikayətinə düzgün hüquqi qiymət verməyib.

Qəyyumluq və himayəçilik orqanının rəyində də Ceyhunun fikri nəzərə alınıb atası ilə qalması əsaslandırılsa da, Sevdanın anasının yanında qalması məsələsi ilə bağlı onun fikri nəzərə alınmayıb. Onun nə vaxtdan atası ilə yaşaması, anası və ya atası ilə qalması üçün şəraitin olub-olmaması, valideynlərdən hansına daha bağlı olması, valideynlərin şəxsi keyfiyyətləri, uşaqları tərbiyə etmə iqtidarında olub-olmamaları, təhsil alması və digər zəruri hallar araşdırılmayıb.

Nəzərinizə çatdırım ki, alınan bu cür rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil. Yəni ekspert uşaqların atada və ya anada qalması barədə qərar versə belə, məhkəmə yenə də uşaqların üstün mənafeyini nəzərə alaraq bu rəyi qiymətləndirməlidir.

Ali Məhkəmə işə yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərir. İşə apellyasiya məhkəməsində yenidən baxılanda Mehriban yenə iddia edir ki, Sevda qız uşağıdır və buna görə anası ilə qalmalıdır. Atası ona psixoloji təsirlər edir, ona görə atasının yanında qalmaq istəyir. Sevda isə tam əksini deyir, o atasını çox istədiyi üçün atası ilə qalmaq istəyir və hər iki qardaşını da çox sevir.

Yekunda Apellyasiya məhkəməsi də yenidən qətnamə çıxarır ki, rayon məhkəməsinin qətnaməsi ləğv edilsin Sevda anasına verilmir, o atasının yanında yaşamağa davam edir.

Bəs niyə belə qətnamə çıxarılır?

Boşanma zamanı uşaq bölgüsü apararkən m əhkəmə uşağın üstün mənafeyini nəzərə alır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziyası Mərkəzi tərəfindən psixoloji ekspertiza da keçirilir. Onların rəyindən məlum olur ki, Sevdanın atasına qarşı bağlılığı müşahidə olunur, anasına qarşı bağlılığı müəyyən olunmur. Qəyyumluq və Himayə orqanının rəyinə gəldikdə isə, onlar Sevdanın anasının yanında qalasına rəy versə də, rəyində tam əsaslandırmır nəyə görə anasının yanında qalmasını. Həm də verdikləri rəydə heç qız uşağının fikrinə önəm verməyiblər. Məhkəmə gedişatında da Sevda dəfələrlə qeyd edib ki, atası ilə qalmaq istəyir.

Ailə Məcəlləsinin də 52-ci maddəsində də göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmalar gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan situasiyalar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Ali Məhkəmənin də qərarında göstərilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır”, yaxud “qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir.

Məhkəmə hər bir halda uşağın fikrini öyrənməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətən üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) ola bilməz.

Boşanma prosesi yekununda məhkəmə qeyd etdiyim və qeyd etmədiyim halları əsaslandıraraq qərara gəlir ki, Sevda atası ilə birgə qalmağa davam etsin.

Boşanma zamanı uşaq hansı hallarda ataya verilir?

Qeyd olunan sualın cavabı yuxarıda qeyd etdiyim məhkəmə yolu ilə boşanma proseslərindən görünür. Belə ki Məhkəmə hər bir halda uşağın fikrini öyrənməli və uşağın üstün maraqlarını nəzərə almalıdır, yəni hər-hansı valideyndən birinin maddi durumunun digərindən yaxşı olması uşağın həmin valideynin yanında qalması üçün həlledici hal ola bilməz.

Şərhlər

Samuel Pervane 2022-11-28 10:12:18

Salam men 2003 ilinden hindistan vetendawi ile qanuni aile qurmuşam.2005 ci ilden 1 qizim var.qizim 10 gununden korpe iken bizi qoydu getdi .ozu menle evli olaraq hem hindistanda evlidir hem kazaxistanda .ve her yerde uwaqlari var .amma qizimla hec zaman ne zeng ne destek .men axi ne ede bilerem cox pis veziyetde yawayiram men bowanmaq isteyirem ve qizima aliment ala bilerem cunku gelen il 18 yawi olur.hindistan sefirliyi mene komek etmedi onu tapmaq isteyirem ve edalet isteyirem.

Salam. Boşanmaq üçün Azərbaycan Respublikasında məhkəməyə müraciət edə bilərsiniz. Uşağın 18 yaşı olduqdan sonra alimnet tələb edə bilmərsiniz. Vəkil Qulam İsmayılzadə

Star 2022-12-13 17:38:38

Salam.Mən 7 illik evliyəm.3 uşağımız var.4 və 6 yaşında 2 qız,7 aylıq 1 oğlumuz var.Yoldaşımla yola getmirik.Mən işləmirəm.Yoldaşım 600 manatdan çox maaş alır.Boşansam uşaqlar məndə qalacaq,onlara nə qədər aliment düşür,yoldaşım boşanmaq istəməsə necə olacaq?

Salam. Uşaqların kimin yanında qalmasını məhkəmə müəyyən edir amma çox guman ki yaşlarının az olmasına görə sizin yanınızda saxlanılacaqdır. Aliment 1 uşağa görə 193 manatdır, lakin yekun məbləği məhkəmə müəyyən edir. Boşanmaq istəməsə də məhkəmə nikaha xitam verəcəkdir. Vəkil Qulam İsmayılzadə

Nilay 2022-12-18 07:51:00

Salam bir ovladim var 4ayina teze kecib.ailem meni dolandirmadi incitdiler meni qaynatam mene el qaldirdi mende usagimla beraber ata evime geldim.bosanmamisiq yoldasim menden usagi almaq isteyir usagi menden ayira bilermi onu bilmek isteyirdim 4ayina teze kecib?

Salam. Xeyr 4-aylıq uşağı heç kəs anadan alıb ataya verə bilməz. Vəkil Qulam İsmayılzadə

Shafaq 2022-12-26 08:38:26

Men boşanma üzrə verdim ikinci cagrishmiz idi.yoldashim rus vetandashifi uşaqlarda yoldaşım ayın 26 gürcüstan yolu qacirdi.29da bizi məhkəməyə çağırıblar.102vermish hələ cavab gozduyurem axtarishdan xəbər yoxdur bu axri nece uşaq tapa bilmirik.

Salam. Sualınız aydın deyil. Vəkil Qulam İsmayılzadə

Abidin Qurbanov 2023-01-01 23:47:44

Salam, oğlumla gəlinim boşanib, artıq bir il iki aydir aliment ödəyirik. Qəyyumluq şöbəsindən uşaqlarla göruşməyə qərar verib, amma uşaqlarin anasi bizə uşaqlarla göruş vermir. Nə etmək olar?

Natiq Mənəfli 2023-01-02 19:51:37

Salam.Hər vaxtınız xeyir.Yeni iliniz uğurlu olsun.1 aydır yoldaşım evi tərk edib və harda olduğu haqqında heç bir məlumat yoxdur.2 övladım var.Uşaqları da atıb gedib.Bu vəziyyətdə boşanmaq üçün ərizə versəm məhkəmənin qərarı necə olacaq? Uşaqlarımın məndə qalması üçün rəsmi iş yerinin olmasının,adıma hər hansı əmlak olmasının ümumiyyətlə maddi cəhətdən bir əlaqəsi varmı?Onsuzda ortada yoxdur.Xidmətinizə görə təşəkkürlər.

Salam. Boşanma ilə bağlı cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilərsiniz. Uşaqların sizin yanınızda qalmağı onların yaşı və digər faktorlardan asılıdır. Vəkil Qulam İsmayılzadə

Güler 2023-01-02 20:42:15

Salam.Menim qanunu nigahim var ve ata evimde qeydiyyatdayam.Yaşadiğim yerde ise müveqqeti qeydiyyat kitabina düşmüşem.Rayondaki evlerin senedi yoxdur.Boşandiqdan sonra bu evde yaşayiş hüququm varmi.Qeyd edim ki bir oğlum var 8 yaşinda.

Salam. Gəlin köçdüyünüz ünvanda qeydiyyatınız rəsmidirsə istifadə hüququ tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Fərid 2023-01-10 14:54:39

Salam mənim 1 yaşı yeni tamam olmuş körpəm var. Boşanırıq. Sualım budur ki, rəsmi boşandıqdan sora ata uşağı heftədə neçə dəfə görəcək? Və 1 yaşındakı uşağı anadan ala bilərlər?

Nilay 2023-01-15 20:15:59

Salam bagislayin sizi narahat edirem.Qanunda ele sey varmi usaq 1yasina catmasa ata bosanmaq ucun erize vere bilmez?Bu dogrudurmu?

Salam. Ərizə verə bilər sadəcə arvad razılaşmayanda boşanma baş tutmaya bilər. Vəkil Qulam İsmayılzadə

Cemile xelilzade 2023-01-18 10:28:27

Salam menim bir 2 yasinda birde 5 ayliq qizim var yoldasimla yola getmirik meni tehqir edir soyusler soyur ve el qaldirir hemcinin 2 yasinda qizima da her soyusu soyur mende etiraz etdikde mene el qaldirir bosanmaq isteyirem ozu mecburi kockunlere verilen evde qalir eyer bosansam mene ev dusur? Ve her iki usaga gore aliment ne qederdi men ata evine getmek istemirem mene ev vere bilermi men orda qalim onun evinde de qalmaq istemirem

Salam. Aliment 2023-cü ild bir uşağa görə 220 manatdır. Gəlin köçdüyünüz evdə istifadə hüququnzu məhkəmədən tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Günay Babayeva 2023-01-21 00:23:35

Salam. Mənim bacım dekabrda boşanıb. Rayon məhkəməsi Hər iki uşaqi anaya verib. İyun ayında məhkəmə olmaliydi. Amma 27 mayda Məhkəmə baş tutmazdan əvvəl bacımın yoldaşı 6 yaşlı qızıni qacirdib.May ayından bu günə qədər bizə uşağı gostərməyiblər. Dəfələrlə məhkəməyə gəlməyəcək prosesi uzadirlar.Nəhayət Dekabrda bitdi qəyyumluq da rəy verib ki usaglar anada qalsın Amma atası apelyasiya şikayəti verib. Uşaqlarin 6 və 2 yaşi var. Əgər Apellyasiya Və Ali məhkəmə yene uzansa 7 yaşlı uşağın seçimi olurmu valideyni seçməyə? Çünki uşaq 1 ilde atasının təzyiqi ilə əlbəttə atasını seçə bilər? Məhkəmə bunu nəzərə alırdı?

Günay Babayeva 2023-01-21 00:27:24

Usagla görüş üçün dəfələrlə evlərinə gedib. Oxuduğu məktəbə gedib. Hətta məktəb direktoru bacımı içəri buraxmır. Üstünə hücum etdi. Sinifdə usagla birlikdə nənəsi oturur. Həmişə nəzarətdədir. Heç bir imkan yoxdur ki uşağı gorək

Uşaqla görüş barədə məhkəməyə müraciət edə bilərsiniz müvəqqəti təminat tədbiri çərçivəsində. Vəkil Qulam İsmayılzadə

Günay Babayeva 2023-01-21 00:30:35

Bacım ali təhsilli riyaziyyat müəllimidir. İşləyir, uşağı saxlamaqa hər cür şəraiti var. Qarşı tərəf sadəcə aliment ödəməmək üçün uşağı qaçırdıb. Deyirlər ki hər valideynde bir uşağ qalsa aliment ödənilmir.

Aliment hər ikisindən tutulur daha doğrusu. Vəkil Qulam İsmayılzadə

Günay Babayeva 2023-01-21 20:05:19

Çox sağ olun Birdeki ali məhkəmə və apellyasiya məhkəməsi iki övladı bir birindən ayıra bilərmi? Ya usaglar ayrıla bilməz?

Salam. Ayıra bilər. Vəkil Qulam İsmayılzadə

NigarK 2023-01-22 06:54:40

Salam bir ildir evliyem,yoldashim meni hamilelikden qabaq ve o dovurlerde doyub tehgir edib,bir defe cixib getmishem ushag dushuk riskim olub,anamin gozu garshisinda mene hamile olarken kelle atib,duzdur biz sonra barishdig amma baldizim meni gebullanmadigi ucun hemishe yoldashimi mene garshi edib ona gore yoldashim meni tehgir edir.Ushagim 10 gunlukdur prospiska olmasi ucun yashadigimiz yerde yoldashimin geydiyati yoxdur ,ona gore meni kecirmek istesede baldizim icaze vermir hetda yoldashima goy ushagdan imtina etsin men ona baxaram deye bildirib,Bu menim son cizgim idir o gadin anami meni tehgir edib ,ailem dagilmasin deye dozmushem,amma ovladim hagginda bele huner ozune almasi yoldashimin sehvidir,ve o buna eceb elemishem deyir!Men artiq onlara etibar elemirem belke ovladimi elimden almag isteyirler!Men o gadin hayatimdan cixsin deye boshanmaliyamsa bunu etmek isteyirem!Mene maraglidir o menden ovladimi ala biler?Men ona gore tehsilimi yarim goydum hal hazirda ishlemirem ,bu sebeble menden ovladimi ala bilerler?

Salam. Xeyr, uşaq balacadırsa ala bilməz. Vəkil Qulam İsmayılzadə

Səbinə sadıqzdaə 2023-01-28 17:40:42

Salam mənim 21 yaşım var 6 aydı evliyəm 6 aylıqda hamiləyəm çüsüb gəlmişəm 1 aydı ərim ərzə yazıb göndərib mən düzdü boşamaq istiyirdim sora düşündümki uşaq var o yazıqdı amma ərimin yazığı gəlmir uşaqa istəmirdə ma özü dedi telefondada səsini yazdırmışam amma ərzədə yazdırıbki uşaqı özümün himayəndəmə götürürəm əlimdə sübut var məhəkəmədə görsətsəm uşağı əlimnən ala bilməzdər xayiş edirəm yazın

Cemile Ibisova 2023-02-11 19:42:52

Salam.Men 2014 cu ilde aile heyati qurmusam.2 ovladim var.8 ve 5 yasinda.Bosanma olsa usaqlar in menden alinma ehtimali var?yene nece olar?

Salam. Böyük uşağın fikri nəzərə alına bilər, əgər o atası ilə qalmaq istəsə. Vəkil Qulam İsmayılzadə

İsazade Ayten 2023-02-12 01:01:59

salam menim bacimin yoldawi bacimi soyur doyurde ozunden boyuk biriyle bacima xeyanet edir hetda onu eve getrir 3 uwaqi var 2 7 8 yawlari var biride qizdi onunda 4 yawi var uwaqlr atasin isdemir anasiyla qalmaq isdeyir atasi ala biler?

Ayten 2023-02-15 17:31:03

salam bagişlayin narahat eledim sizi bacim bowanmaq isdeyir 3 uşaqı var bacım atama etibarname verib birden ușaqlari atasina vermek isdese vere biler bacim isdemir vere uşaqları uşaqlarda isdemir atasın oxuyun menim mesajımı

Bu hal varsa atanıza etibarnamə veməyin özünüz iştirak edin məhkəmədə. Vəkil Qulam İsmayılzadə

Ayten 2023-02-16 15:17:37

etibar name verilib coxdan mulk haqinda ușaq haqinda yox ozum olsam mekemede vere bilmez? nolar yazin

Etibarnamə məhkəmədə təmsil edilmə haqqında verilməlidir. Vəkil Qulam İsmayılzadə

Nuray Qurbanova 2023-02-18 22:43:54

Salam yoldaşımla ayrılmışıq.Uşağın 5 yaşı olmayıb.Uşağı mənim himayəmdə görülməsini isdiyirəm evlərinə aparmamağı tələb edə bilərəm?

Salam. Sualınız tam aydın deyil. Vəkil Qulam İsmayılzadə

Bəxtiyar rzayev 2023-02-20 13:27:15

Salam uşaqın 5 yaşı var 170 m ariment kəsilib.1 ay sonra isə nigahın pozulmasınan baglı ilk məhkəmə olub.hakim 5 yaşlı uşaqı ekspertə göndərməyi tələb edirki,uşaqın kimdə qalacaqı məlum olsun. Belə bir qanun varmı ki ariment kəsilib qətnamə verilib amma sonraki boşanma prosesdə ekspert tələb olunur

Əgər hakim zəruri bilirsə onda mütəxəsis cəlb edə bilər, yəgin uşaq ata ilə yaşayır boşanmaya qədər ona görə belə qənatə gəlinib. Vəkil Qulam İsmayılzadə

Abuzer 2023-02-23 18:41:20

Salam mellim hervaxtiniz xeyir olsun,sizi narahat edirem.men 2021rin sentyabirda bosanma erize vermisem.ama menim isime duzgun baxilmir,ali mehkemeyede sikayet etmisem yene eyni qerar verirler,2017ci ilden usaqlara men baxiram analari rus vetendasidi,ve hal hazirdada ordadilar,2 oglum var balacanin 8 yasi var boyuku 10 bitib,qeyumlukda usaqlari dindirdiler,mehkemeye rey geldiki usaqlar atadaqalsin,ama bular yene anaya verdi,seki apelyasya mehkemeye verdim isi,ise baxdilar usaqlari mehkeme zalinda dindirdiler usaqlar ata dedi,helem mektebden muellimede cagirmisdlar kamera altinda dindirdiler,usaqlar yene atani secdi,sonda seki apelyasya mekkenesi,dedi usaqlar oyredilib isi verdiler edliye nazirliyinin ekspertiziya merkezine,apardum usaqlari bakiya eksperte orda usaqlari dindirdiler,1 aydan cavab reyi geldi usaqlarin boyukunun anasina bagliligi uzecixmir atani isteyir,balaca ise yasi azdi deye mehkeme ozu biler,bu reye esasen yene usaqlari anada qalsin reyi geldi,ali mehkmeye sikayet etdim qeyyumlugun reyi ekspertin reyi ola ola yene reyi anaya verdiler, usaq getmir mende qalir men baxiram.mellim men neynim hara sikayetimi bildirim baxsinlar!!

Gulane Memmeova 2023-02-24 10:31:14

Salam.Nomre menim adimadi polise muraciet ederek whatsap yazismalarin cixartdirmaq olar?Whatsap siketi buna icaze verir?

Salam. Hesab edirəm ki ümumiyyətlə watsap yazışmalarını çıxartmaq olmur. Vəkil Qulam İsmayılzadə

Sureyya 2023-02-26 15:36:11

Salam biz yoldasımla yola gedmirik mene şiddet gösderib defelerle usaqlarımın gözü önünde. 4 Ve 5 yasinda usaqlarım var. Atası deyrki usaqin 1ni ısdeyrem ve men isdemirem ki usaqlarım menim himayemden cıxsın. Az yasli usaqdırlar ala biler ?

Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə

Aygun Azizova 2023-02-27 03:14:50

Salam Biz yoldaşımla yola getmirik eve baxmir ailesi saxlamir esas problemler maddiyat ustundedu bizde nene baba baxir usaqlara yoldaşın her defe meni tehqir eleyir siddet gosterir men bosanmaq istyirem usaqlarim birinin 10 yas birinin 7 yasi var usaqlar onlara biraz bagli dilar cunki Cox seyleri derki etmir men qorxuram ki eger bosansam usaqlar menden alar?

Salam. Ola bilər sizin uşaqalrın fikri nəzərə alınır onlar ataları ilə qalmaq istəsə məhkəmə qərarı ərinizin xeyirinə də qəbul edə bilər. Vəkil Qulam İsmayılzadə

Rumina Ramazaniva 2023-02-28 21:06:19

Salam bir oglum var14 yawinda yoldawimla yola getmirik,bowanmaq istiyirem,bunun ucun ne etmeliyem?

Ramile Ehmedova 2023-03-01 00:01:02

Salam menim 2 yasinda qizim var yoldasimla yola getmirik doyur meni soyur bilmek istiyirem ki menim qizimi elimden ala biler.

Salam. Uşaq balaca olanda əksər halda ananın yanında saxlanır nikah pozulandan sonra. Vəkil Qulam İsmayılzadə

Gunay 2023-03-01 22:40:16

Salam mənim yoldaşım börək xəsdəsidi heç yerdə işləmir özümüzdə kirayə yaşayırıq vəziyət çox pisdi ona başa salmağa çalışdım ki uşaqları bu vəziyətdə sağlamaq çətindi mən bir müddəd anam gilə gedim səndə qardaşın gilə get müalicəyə çox pulumuz gedir heç olmasa kirayə pulu verməyək yoldaşımım mənə dediyi gedirsən bir dəfəlik get onsuzda mən səni heç vaxt sevməmişəm kimi sözlərdi mənə deyir getsən uşaqları sənə vermiyəcəm uşağımın 6 və 7 yaşı var

Ilahe Nurullayeva 2023-03-02 11:50:09

Salam.Menim yoldasim Rasiya vetendasidir bir oglumuz var hemcinin oda Rasiya vetendasidir ve mende her iki olkenin vetendasiyam.Bosanmaya verirem ama deyirki men de Rasiyadan verecem usagi senin elinden alacam.Usagin 2 yasi var.Bu mumkundur Ala biler usagi menden?

Salam. Bu Rusiya məhkəmələrinin mövqeyindən asılıdır. Vəkil Qulam İsmayılzadə

gul 2023-03-03 21:45:05

salam size sualım budur atam menim adima delilik adiyla pensiye duzetmiwdi ada bilindi yalandi kesildi bensiye indide yoldawimnan bowaniram oda deyir delilik kagizi var elimde deyecem delidi uwaqlari alacam mekemede bilinir yalan olmagi senedin yene ala biler uwaqlari nolar cavab yazin

Salam. Dəlilik kağızınızın olub-olmamasından asılı olmayaraq uşağın kimin yanında qalmasına məhkəmə qərar verir uşağın yaşı tərəfləri maddi vəziyyəti və sair faktorlar nəzərə alınmaqla. Vəkil Qulam İsmayılzadə

gul 2023-03-04 17:25:53

yoldawim ayda 3 manat alir birde uwaqin 7 8 5 yawlari var 3 uwaqdi uwaqlar atasin isdemir menen qalmaq isdeyir yoldawimda deyir delilik kagizi mekemede verecem uwaqi mene verecekler neynemek olar

Sualınızı dəqiqləşdirin. Vəkil Qulam İsmayılzadə

Əliyev Niyameddin 2023-03-05 15:57:16

Salam 2022 Iyul ayinda aile qurmusam . 26 yasim var .. Her kes kimi mende ailemi dolandirmaqdan otrun her sey etdim . Anam atam bacim ona qul oldular ne istedi etdiler bacim aile qurdugu halda hemese yenede ona edirdi anam desez evde is gormurdu butun isleri anam edirdi ..evde danisib gulduyumiz yerde birden anasi iceri girdi qizimi aparmaga grlmisem dedi sok olduk hamimizda axi ne etmisem dedim gezmeye aparmamisan hamiledi 5 ayliq hekim ona ancaq uzanmaq yazib evde hereket bele etmir . Allah bilirki ozum agriya agriya mualice etdirmedim ozume onun hekimidi iynesidi dermanidi her sey etdim . amma sen deme pal paltarini hazib edib eve mexsus olan qizilarida goturub anasina qosulub getdi biz gedenen sonra gorduku hecne yoxdu . Harami olsun dedik .indise bosanmaq isteyirem oxumamisam bilmirem ona neler lazimdi komeklik ederdiz mene ona hansi senedler lazimdi hara muraciet edim

Məqalədə ətraflı məlumat yazılıbdır tanış ola bilərsiniz. Vəkil Qulam İsmayılzadə

S. Quliyeva 2023-03-06 11:51:47

Salam. Men 2 ölkenin vetendaşiyam , Moldova ve Azerbaycan. 2010 cu ilden aileliyem. Yoldasim sadece Azerbaycan vetendasidi. 1 qizimiz var 12 yaşinda. Resmi nikahimiz Moldovada olub. Uşağa 3 yaşindan yalniz baxiram. Qaynatam rehmete getdiyinde Azerbaycana döndü, maddi durumlarin çetinliyinden geri qayitmadi bizi tek qoydu terk etdi. Bir müddet sonra Ukrainada işini qurdu, elaqemiz vardi ancaq ne yanimiza gelecek vaxti nede bizi yanina alacaq gücünün olmadiğini deyirdi. Ukrainada müharibe başlayanda menden qaynimin ailesi üçün moldovada kiraliq ev tapmami istedi, geldiler daha yaninda 2 aile vardi usaqlarla, 1 neçe gün qaldiqdan sonra Almaniyaya getdiler. Yoldasim gelmemisdi. Onlar getdikden sonra bildim ki, qaynimla gelen ukrainali qadinin biri yoldasimin (arvadi) qucağinda körpesi. Bildiyim gün boşanmaq üçün erizemi verdim. 3 mehkeme olub, heç birine gelmiyib, 4 cü mehkeme aprelde olacaq ve geleceyini bosanmayacağini deyir. Sizden haqqlarimi qizimin haqqini bilmek isteyirem. Bosanma erizemde boşanmağa sebeb meni aldatdiğini, ve 6 ildir onsuz yaşadiğimizi yazdim. Telebim boşanmaq, qizima aliment ve velahiyetini almaqdi. Xosluqla bosanmaq istemirse , problem yaradarsa menim qizimin haqlari nedi bilmek isteyirem. Sağ olun

gul 2023-03-08 16:53:01

salam men yoldawimla yola getmirik bowanmaq isdeyirem mene delilik adıyla pensiye düzelib ama oda kesilib yoldaşım deyir elimde delilik kağızı var uşaqları alacm senen saĝlamlı kaĝzı almasam vekil tutmasam ala biler uwaqları onuda deyim uwaqlara şidet edib gezdiyi qadini eve getirib

Salam. Sual neden ibaretdir? Vəkil Qulam İsmayılzadə

gul 2023-03-08 22:03:44

salam sualim budur ki boşamada vekil tutmasam yoldaşimin etdiklerin subut ede bileremi? adima delilik kaĝzi var ama saglamam pensiye duzelib oncun ama indi pensiye almiram kesilib yoldaşimda deyir delilik kaĝzi var uşaqlari alacam senen saĝlamliq kaĝzi almasam uşaqlari alabiler menen? onu bilmek isdeyirem ?

Dəlilik kağızı anlayışı qanunvericilikdə yoxdur, ona görə başa düşə bilmirəm hansı sənəddən söhbət gedir. Şəxsin fəaliyyət qabiliyyətli olub-olmaması yalnız məhkəmə tərəfindən sübuta yetirilir. Əgər həqiqətən də sizdə heç bir porblem yoxdursa onda və uşaqlar da sizinlə qalmaq istəyirsə onda çox guman məhkəmə uşaqları sizinlə saxlayacaq. Vəkil Qulam İsmayılzadə

gul 2023-03-09 17:30:30

cox sagolun cavabiniza gore

Ozal 2023-03-13 22:52:18

Salam.Xanim yoldaşı ilə boşanıb bir övladı var uşağın 4 yaşı var xanım yenidən ailə qurmaq istəyir lakin yoldaşı hədələyir ki usaqi senden alacam.Usaqa xanım baxıb o böyüdüb indi də hal hazırda xanımın yanında qalır uşaq əgər ailə qurarsa yenidən yoldaşının almaq ixtiyarı var usaqi

Xeyr, yenidən nikaha daxil olmağ uşağın anadan alınması üçün əsas deyil. Vəkil Qulam İsmayılzadə

Gulwen 2023-03-17 11:10:15

Salam hornetli vekil, men bowanmaqa erize vermiwem, 1oqlumuz var 12yawinda,qaynatam bize ev alib verdi, indi bu evde men oqlum yoldawim qeyydiyadtayiq, bownandan sonra oqlum menimle qalacaq, bu evin nece hissesi bize duwecey. Cox saqolun.

Əgər ev yoldaşınıza bağışlanma müqaviləsinə əsasən keçibsə onda ordan sizə heç bir pay düşmür. Vəkil Qulam İsmayılzadə

Cemale Memmedova 2023-03-18 14:59:54

Salam.polis ve ya mehkeme whatsap yazismalrin cixartdira biler?Bosanmada bu subut kimi goturule biler?

himayəçilik

1. попечительство (система мероприятий для содействия несовершеннолетним и физически беспомощным взрослым в защите их законных прав и интересов). юрид. Himayəçiliyin təsisi установление попечительства, himayəçilik üzrə iş дело по попечительству, himayəçiliyin xitamı прекращение попечительства

2. покровительство (защита, заступничество, оказываемые кому-л.)

3. протекционизм; протекция (влиятельная поддержка со стороны кого-л., содействующая устройству чьих-л. дел); himayəçilik etmək kimə покровительствовать к ому

См. также в других словарях:

  • himayəçilik — is. Birini himayə altına alma, ona havadarlıq göstərmə; havadarlıq, himayədarlıq (bəzən mənfi mənada işlənir). <Yusif Həsrətə:> Gözünün qabağında görmədinizmi ki, himayəçilik bizim kəndin başına nə oyun açdı? B. Bayramov … Azərbaycan dilinin izahlı lüğəti
  • himayə — is. <ər.> Birini (daha zəif olanı) qoruma, ona havadarlıq və qayğı göstərmə, qanadı altına alma; himayəçilik. Nənə himayəsində böyümək. – Telli indi bir ilə yaxındı ki, qaynının himayəsində yaşayırdı. S. H.. Aslan <Mansuru> götürüb,… … Azərbaycan dilinin izahlı lüğəti
  • himayədarlıq — bax himayəçilik … Azərbaycan dilinin izahlı lüğəti
  • hayan — 1. əvəz. Hansı tərəf, hara, hansı səmt. <Sultan bəy:> Mərdimazar oğlu mərdimazar, hayandan gəldi isə bütün işi korladı. Ü. H.. Namusu, qeyrəti hayana atdın; Düz çıxmadın etibara, gəlmədin. Aşıq Şəmşir. 2. is. dan. Kömək, köməkçi, arxa,… … Azərbaycan dilinin izahlı lüğəti
  • hamilik — is. 1. Himayəçilik, havadarlıq, himayə etmə, qanadı altına alma. Qulam müəllim istəyirdi ki, Mehparə və Sitarə onun hamiliyi ilə oxuyub ali təhsil alsınlar. S. R.. 2. Birisinə və ya bir təşkilata istehsalat, mədəni, siyasi və b. cəhətdən müntəzəm … Azərbaycan dilinin izahlı lüğəti
  • pərəstarlıq — is. Baxma, himayəçilik, himayə etmə, pərəstar olma. Pərəstarlıq etmək – bax pərəstar olmaq («pərəstar» da). Ancaq Səfdərin bacısı Reyhan xanım naxoşa pərəstarlıq edirdi. T. Ş. S … Azərbaycan dilinin izahlı lüğəti
  • qəyyumluq — is. Qəyyum vəzifəsi, qəyyum olma. Qəyyumluq etmək. – <Hacı Fərəc:> Ola bilərmi zəhmət çəkib Ziynət xanımı çağırasınız gəlsin bura, çünki qəyyumluğa dair çox vacib işlər var. N. V.. // Himayəçilik, himayə. Məsmənin həyatının üçüncü səhifəsi… … Azərbaycan dilinin izahlı lüğəti
  • gözətçilik — is. Gözətçi vəzifəsi, qarovulçuluq, keşikçilik, bəkçilik. Gözətçilik etmək – 1) üstündə nəzarət etmək, qarovul çəkmək; 2) himayəçilik etmək, baxmaq. Mənə nəmli kamerada gözətçilik edəndə sən; Bu mərhumun əlləriylə xilas oldum mən həbsdən. B. V … Azərbaycan dilinin izahlı lüğəti
  • pasibanlıq — is. köhn. 1. Pasibanın işi, vəzifəsi; qarovulçuluq. Şəhər yatmışdı. Təkbir şəhər pasibanlığı edən xoruzlar birbirlərinə oyaq olduqlarını xəbər verirdilər. Ə. H.. 2. Himayəçilik, hamilik … Azərbaycan dilinin izahlı lüğəti
  • qəyyumçuluq — is. Özünü qəyyum kimi göstərmə meyli, himayəçilik (mənfi mənada) … Azərbaycan dilinin izahlı lüğəti

Comments are closed, but trackbacks and pingbacks are open.