Gec qurtarmaq üçün təbii vasitələr
Dərman cəbrayılotu (kökü) – 2 hissə (dyagil)
Metodiki vəsait Qax-2016 HƏSƏn bəy zərdabi
HƏSƏN BƏY ZƏRDABİ (Həsən bəy Məlikov)
Doğum tarixi: 28 iyun 1837-ci il
Doğum yeri: Zərdab, Göyçay qəzası
Vəfatı: 28 noyabr 1907-ci il (70 yaşında)
Vəfat yeri: Bakı
Vəfat səbəbi: iflic olub
Həyat yoldaşı: Hənifə Abayeva-Məlikova
Uşaqları: Midhət bəy, Səffət bəy, Pəri xanım (Ə.Topçubaşovun həyat yoldaşı), Qəribsoltan xanım
Milliyyəti: türk
Həsən bəy Məlikov (Zərdabi) (1837-1907) — Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi (“Cəmiyyəti-Xeyriyyə”,1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi (1873-cü il), Rusiyada ilk turkdilli qazetin – “Əkinçi”-nin naşiri, Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-si), Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri(1906).
Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir.
Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.
Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.
Əkinçi qəzeti
“Əkinçi” qəzeti haqqında ilk məlumat
XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi. Sovet dövrünün tarix və ədəbiyyat kitablarında, adətən XIX əsrin bütün müsbət tərəfləri Azərbaycanın Rusiya tərkibinə daxil olması dövründən sonraya aid edilir. Əslində, həmin əsrin birinci yarısında baş verən bir sıra tarixi hadisələr, xüsusilə 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan xalqının milli təfəkkürünün inkişafına təkan verdi. Azərbaycanın iki yerə bölünməsi, hər hissəsinin bir dövlətin müstəmləkəsi altında yaşamağa məhkum edilməsi milli azadlıq duyğularını gücləndirməyə başladı. Digər tərəfdən, XIX əsrin xüsusilə ikinci yarısında Rusiyanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi onun təbəəliyində olan ölkələrdən biri kimi Azərbaycana təsir göstərdi. İqtisadi və ictimai inkişaf milli mətbuatımızın yaranmasını zəruri etdi.1864-cü ildə Gürcüstanda təhkimçilik hüququnun ləğvindən sonra, daha dəqiq, 1870-ci ildə Azərbaycanda da kəndli islahatlarını həyata keçirmək üçün əsasnamə imzalandı. Əslində bu əsasnamədə yeni bir şey yox idi və o, 1847-ci il əsasnaməsi ilə eyniyyət təşkil edirdi. Fərqlilik isə ondan ibarət idi ki, kəndlilərin asılılığı azaldılır, hər 15 yaşa çatmış şəxsə 5 desyatin torpaq verilirdi. Əslində əsasanmənin icrası zamanı torpağı 5 desyatindən aşağı olanlara əlavə torpaq verilmədi, kəndlinin yaşayış binasının, təsərrüfat tikililərinin sahəsi də pay torpaqlarına daxil edildi. Kəndlilərdən yığılacaq vergilər də əvvəlki əsasnamədə nəzərdə tutulduğu kimi qaldı. Torpaq islahatları ilə yanaşı, Azərbaycanın bölgələrində məhkəmə, şəhər və inzibati idarə islahatları da həyata keçirilmişdi. Formal şəkildə aparılan bu dəyişikliklər feodal istehsal münasibətlərinin kapitalist münasibətləri ilə əvəzlənməsindən doğurdu. Qafqazdakı ali hakimiyyət burada çar canişinlərinin əlində cəmlənmişdi. Quberniyaları bütün mülki və hərbi hakimiyyətə sahib olan qubernatorlar idarə edirdilər. Quberniyalar isə qəzalara bölünürdü. Keçirilən bu islahatların əsas məqsədi çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçiliyi 13 möhkəmlətməkdən ibarət idi. İnzibati-ərazi bölgüləri yaradılarkən bu və ya digər daxil edilən əhalinin milli tərkibi, onun tarixi-dini ənənələri nəzərə alınmırdı. Bu islahatların yarımçıq, formalizm xatirinə keçməsinə baxmayaraq məhsuldar qüvvələrin və kapitalizmin önə çıxması, inkişafı üçün az da olsa imkanlar yarandı. İqtisadiyyatı, sənayesi Rusiya bazarları ilə formalaşan Azərbaycanda kənd təsərrüfatının, sənayenin tərəqqisi ləng olsa da inkişafa meyilləndi Azərbaycan milli mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlayır. Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana 14 dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdı. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər. Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif ideyaları həyata keçirmişdi. “Müsəlman şagirdlərinə yardım cəmiyyəti” təsis edir və gimnaziyadakı tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də uğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul toplayır və bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı Həsən bəy öz mənzilində pansionat açır, hər il on nəfər azərbaycanlı uşaq bu pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə ailə həyatı qurduğu Tiflisdə nəcib qızlar İnstitutunu bitirmiş Hənifə xanım Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətin maariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində belə təsvir edir: “O, bir nəfər dəmirçini öz uşağını gimnaziyaya verməyə razı salmışdı. Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu H.Zərdabi duymamış deyildi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü.Zərdabi “Həyat” qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində yazır: “Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”. Bu böyük maarif fədaisi “Əkinçi”nin nəşri ərəfəsindəki qayğılarından söz açaraq xatırlayırdı: “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır”. O zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində idi. Vaxtilə “Tfilisskiye vedomosti” və “Zakavkazskiy vestnik” qəzetlərinin, habelə Arzanov qardaşlarının Tiflisdəki mətbəələrindən qalmış ərəb hürufatına bel bağlamaq olmazdı. Azərbaycan dilində qəzet buraxılması işinə milli mətbəənin təşkilindən, hürufat tədarükündən başlamaq lazım idi ki, Zərdabi məhz belə etdi. O dövrdə İstanbulun “Babi-ali caddəsi”ndə mətbuat və kitab ticarəti sahəsində çoxlu azərbaycanlı işləyirdi. Xatirələrində Zərdabi onların “Əkinçi” üçün hürufat əldə etməyə böyük kömək göstərdiklərini ayrıca qeyd edir. Yeni və müstəqil mətbəə açmaq mümkün olmadığından Bakı quberniya mətbəəsindən istifadə etməyi qərarlaşdırmış Zərdabi hürufatı da ora satdı. Bütün çətinliklərə baxmayaraq Həsən bəy Zərdabi bu işə başladı. “Əkinçi”nin meydana çıxması bir neçə cəhətdən əlamətdar idi. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi “Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”, “yaxşı-yamanlığı aşkar eləsin”, “xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün” kimi dərin mənalı fikirlər çağdaş mətbuatımızın da əsas prinsipləri olaraq qalmaqdadır.”Əkinçi” nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi. Milli mətbuat tariximizin “Əkinçi”nin nəşri ilə bağlanması tarixi reallıqları özündə əks etdirir. “Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları “Ziya” (“Ziyayi-Qafqaziyyə”), “Kəşkül” kimi nəşrlər “Əkinçi” ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. Sovet dövrünün araşdırıcıları ideoloji yöndən bu qəzet və dərgiyə yanaşaraq obyektivlikdən kənar fikirlərə rəvac vermişlər. Ancaq Ünsizadələrin nəşr etdiyi mətbu orqanlar islam birliyi ideyasının tərəfdarı olması ilə yanaşı xalqın maariflənməsinə, Avropanın elmi yenilikləri ilə oxucuların tanışlığına, ədəbiyyata yeni baxışın formalaşmasına əsaslar yaratdı, mətbəəçilik işi quruldu.
“Əkinçi” qəzetinin nəşrə başlaması
Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş “Senzura haqqında qəti qanun”dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Bu məsələyə toxunan Zərdabi yazır: “Mən ona (yəni Staroselskiyə – red) fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul eləsin. Bu tövr ərizə verib icazə aldım”. Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbuat nəşrin adının “Əkinçi” olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Nəhayət, qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də “Əkinçi”nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. Hansı məsələlərin qəzetdə əksini tapacağı sualına “Əkinçi”nin ilk nömrəsində Zərdabi cavab verdi və bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaqdır:
- Daxiliyyə – buradakı məqalələr qəzetin münşisi tərəfindən yazılacaqdır.
- Əkin və ziraət xəbərləri– yəni bizim, ya qeyri vilayətlərdə olan əkinçilərdən.. onları becərmək vaxtında işlədilən əsbablardan, əkin yerini şum etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan, mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və qeyri-vilayətlərdə nə qisim mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışılacaqdır.
- Elm xəbərləri – yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır.
- Tazə xəbərlər – bir neçə qism olacaqdır, əvvələn ticarət xəbərləri olacaq, yəni bizim vilayətimizdə və qeyri vilayətlərdə bir şey, məsələn, buğda-filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir və s.
Qəzetin başlıca mövzuları
Rusiyada təhsil aldığı illərdə demokratik fikirli ziyalılarla ünsiyyət quran və dövrün mütərəqqi ideyalarını mənimsəyən Zərdabi “Əkinçi” qəzetinin nəşri ilə bu ab-havanı Azərbaycanda görmək istəyir, xalqın tərəqqisi məsələsini başlıca məqsəd kimi götürürdü. İnsan hüquqlarını ön planda götürən “Əkinçi” 6-cı sayında yazırdı: “Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə özümüz öz xahişimizlə bir-birimizə qul olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə də bilmərik”. Çətin bir dövrdə nəşr olunmasına, milli qəzetlərin yoxluğuna baxmayaraq “Əkinçi” azad söz probleminin mövcudluğunu ortaya qoyurdu: “Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir”. Azad söz və fikir sərbəstliyinin mövcud olmadığını üstüörtülü şəkildə çarizmin yeritdiyi siyasətlə bağlayan “Əkinçi”lər səbəblərdən biri kimi köhnə qaydaların dəyişdirilməsində də görürdü. Zərdabi və məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini fanatizm və mövhumata həsr olunmuşdu. Məişətdəki yeniliyə qarşı çıxanlara sərt cavab verən Zərdabi yazırdı: “Çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir eyləsə görər ki, çəkmə geyməklə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs. başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir, mollalar ona mənbərdən lənət oxuyur, əvamünnas salam verməyir, xülasə hamımız birləşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedib xaricilərlə üns tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz”. “Əkinçi” islamda mövhumatı və dini fanatiizmi qəbul etmir, dini ayinləri həyata keçirərkən Quranda nəzərdə tutulan qaydalardan kənara çıxmaları zərərli hal hesab edirdi. Aşura günü baş yarmanın əleyhinə müzakirə açan “Əkinçi” bu halın islam qayda-qanunları ilə bir araya sığmadığını göstərirdi. Qəzetdə H.Zərdabinin, Əhsənül-Qəvaidin, Ə.Gorani, Heydəri və başqalarının bu mövzuda kəskin çıxış etmələrini qəbul etməyənlər də etirazlarını, mövqelərini qəzetə ünvanlayırdılar. Qarabağdan Həsən Qara Hadı, Qubadan Hadimül-Qəvaid, kapitan Sultanov, “Əkinçi”nin dini fanatizmin əleyhinə apardığı bu müzakirələri qəbul etmir, öz mövqelərini kəskin şəkildə bildirir, hətta təhqir yolu tuturdular. “Əkinçi” dövrün azərbaycanlısının təsəvvürlərinin genişlənməsinə, qonşu ölkələrdə və cəmi dünyada baş verən mütərəqqi ideyalar barədə onların məlumatlanmasına, mədəni intibaha qədəm qoymalarına böyük kömək etmişdi. Ucqar bir kənddə doğulan, xalqın içərisindən çıxan Həsən bəy “Əkinçi”nin səhifələrində kənd təsərrrüfatına aid xeyli sayda materiallar dərc etmiş, bu sahədə yazan müəlliflərin yazılarına diqqət göstərmişdi. Demək olar ki, qəzetin bütün nömrələrində əkinçilik və maldarlıqla bağlı materiallar “Elm xəbərləri”, “Əkin və ziraət xəbərləri” rubrikası altında işıq üzü görmüşdü. Bu materialların əksəriyyətini sadə, rəvan xalq dilində Zərdabinin özü qələmə almışdı. Torpağın məhsuldarlığının artırılması, kübrə növləri, məhsuldarlığın təyini üsulları, heyvan saxlanılması, yeni əkinçilik alətləri əsas mövzular idi. Kənd təsərrüfatına həsr etdiyi məqalələrinin birində Zərdabi Azərbaycanda kətan kimi məlum olan ənənəvi ağac kotanların çoxlu işçi qüvvəsi tələb etməsi xüsusiyyətlərini pisləyir, onuntəkmilləşdirilmiş alətlərlə əvəz edilməsinin vacibliyini qeyd edirdi: “Xülasə, dünyada kotan çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi yaman olduğuna 8 cüt öküz ilə işlədirik və onunla belə yeri narın edib çevirə bilməyirik. Ona bianən bizim tavanası olan əkinçilər yaxşı elədilər ki, Moskva karxanalarından əla kotanlar gətirib işlədəydilər”. Müəllif məqalədə məlumat verirdi ki, artıq dünyada kotanla yer şumlanmır: “İndi elm sahibləri səy edirlər ki, kotanı su buğu ilə işləyən maşınla işlətsinlər və belə maşınlar qayırıblar ki, bir tağar yeri bir saatda şumx edir”. Həsən bəy ilə yanaşı, Nəcəf bəy Vəzirov, Ə.Gorani kimi elmi, müasir dövrün tələblərini bilən qələm əhli Rusiyanın, Avropanın kənd təsərrüfatına aid yeniliklərini oxuculara çatdırırdılar.
Böyük Azərbaycan mütəfəkkiri, filosofu, ilk milli dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundov “Əkinçi”nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verib, məsləhətini bildirənlərdəndir. Bu mətbu orqanın çapı, nəşri, yayılması ilə bağlı Axundovla Zərdabi arasında məktublaşmalar olmuşdur. Axundov 1875-ci ilin aprel ayının 21-də Zərdabiyə göndərdiyi məktubunda deyirdi: “Göndərdiyiniz elanlardan şeyxülislama və müftiyə-hərəsinə 2 nüsxə verdim. Onların hər ikisindən mənə yazdığınız məktubda ifadə etdiyiniz xahişinizi yerinə yetirməyi rica etdim. Mənə göndərilən elanlara gəlincə, onlardan on dənəsini mənim xahişimə əsasən buradakı İran konsulu cənabları qəbul etdilər. Beləliklə, siz on nəfər abunəçinin pulunu orada alaqacaqsınız. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikdə, bu elanlardan onlara təqdim edərək, sizin qəzetinizə abunəçi olmalarını xahiş edim”. “Əkinçi”nin inkişafına öz töhvəsini verməyə çalışan və bu yöndə səy göstərən Axundov məktubunda nəşrin qarşısında bir neçə mühüm peşə qaydalarına əməl olunmasının vacibliyini irəli sürürdü.Axundovun fikrincə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan mətbu orqanın şriftləri gözəl, dili rəvan, üslub və orfoqrafiyası düzgün olmalıdır. “Əkinçi”nin kiçik bir elanında çoxlu orfoqrafiya səhvləri görüb yazmışdı: “Qəzetimizin şriftindən mən fövqəladə razıyam. Ancaq sizin azərbaycanca məktubları hazırlayan mühərrirdən çox narazıyam. O, Azərbaycan dilini bilmir. Buna görə də kiçik bir elanda bir çox bağışlanılmaz səhvlərə yol vermişdir. Həmin bu mühərriri ərəb qrammatikasını bilən, fars və türk dillərinə bələd olan başqa bir savadlı adamla əvəz etmək lazımdır”. Qəzetin proqramının ona göndərilməsini xahiş edən Axundov “Əkin”çi ilə əməkdaşlığa razı olduğunu bildirirdi. “Əkinçi”nin ilk sayından sonra Axundovla Zərdabinin yaradıcılıq əlaqələri daha da genişlənir. O, qəzetdə əksini tapan dövrün mühüm ictimai-siyasi prosesləri ilə bağlı materiallara reaksiya verir, habelə “Vəkili-milləti-naməlum” imzası ilə məktublar yazırdı. Aşura mərasimlərində baş yarıb, insanın özünə xəsarət yetirməsinin islama zidd olduğunu bildirən və bu mövzuda polemika açan “Əkinçi” də M.F.Axundov mütərəqqi cəbhədə dayanmış, cəhalətpərəstləri kəskin tənqid etmişdir.
Seyid Əzim Şirvaninin yaradıcılığında “Əkinçi”nin müstəsna rolu var. Bu mətbu orqanın səhifələrində şairin 10-dan çox şeiri işıq üzü görmüşdü. Azərbaycan xalqının həyatında “Əkinçi”nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Dünyanın müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi. Qəzet onun əlində maarifçilik ideyalarının yayıldığı xitabət kürsüsünə çevrilmişdi.
Azərbaycan ədəbiyyatına mahir dramaturq kimi daxil olan Nəcəf bəyVəzirov hələ tələbəlik illərindən “Əkinçi”nin səsinə səs vermiş, onun yaradıcıheyətinə qatılmış, publisist məqalələri ilə çıxış etmişdir.”Əkinçi”nin ilk sayı işıq üzü görəndə N.Vəzirov Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfatı Akademiyasında təhsil alırdı. Bakıda realgimnaziyada oxuyan vaxt Zərdabi onun müəllimi olmuşdu. Müəlliminin anadilində qəzet nəşr etməsini Moskvada eşidən Vəzirov “Əkinçi”də yaxından iştiraketməyi qarşısına əsas məqsəd qoymuşdu. 1875-ci il avqust ayının 28-də Zərdabininünvanına göndərdiyi məktubunda N.Vəzirov yazırdı: “Əvvəlinci iki nömrənialdım. “Əkinçi” mənim ana dili müəllimimdir. Tərcümə üçün orijinal bir şey tapmıram. Özümünkünü yazıram. Davamı da olacaq. Qəzetin proqramını göndərinki, nədən yazacağımı bilim”. Məktubla bərabər Zərdabiyə Şuşanın həyatından,mövhumatın və islam dəyərlərindən uzaq fanatizmin burada geniş yayılmasındanbəhs edən “Ağıçı” adlı felyeton göndərən Vəzirovun bu yazısı “Əkinçi”də çapolunmadı. Bu onu ruhdan salmamış, öz yazıları üzərində çalışmış, “Əkinçi” ilədaim əlaqə saxlamışdı.”Əkinçi”də dərc etdiyi məqalələrdə N.Vəzirov ədəbiyyat və sənətməsələlərinə də toxunmuş, gerçəkliyi özündə ehtiva edən nümunələrin yerinihəcvlərin, mədhiyyələrin tutmasına mənfi münasibət bildirmişdi.
Bakı gimnaziyasında Həsən bəy Zərdabinin şagirdi olmuş, sonra isə təhsilini Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfat Akademiyasında davam etdirmiş Əsgər ağa Gorani də “Əkinçi”lər məktəbinin fəal nümayəndələrindəndir.Əsgər ağa Gorani şəcərə etibarilə Qarabağ xanları nəslindəndir.Moskvada təhsil alarkən Nəcəf bəy Vəzirov kimi o da “Əkinçi”nin nəşrinieşitmiş, anadilli mətbu orqanın varlığından sevinmişdi. “Əkinçi” ilə daiməməkdaşlıq edən Əsgər ağa Gorani Zərdabi ilə sıx əlaqə saxlamışdı. Onun “Əkinçi”də 40-dək yazısı dərc olunmuşdu.
“Əkinçilər” məktəbinin banilərindən olan Ələkbər Heydəri qəzetin nəşridövründə Mahaç-Qalada yaşayırdı. O, 1879-cu ildə Bakıya köçərək səfarətxanadaqulluq etmişdi. Heydərinin qəzetdə dərc olunan kəskin yazısı təhsilmüəssisələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin tədrisi ilə bağlıdır ki, bu dakifayət qədər ciddi polemika doğurdu. Bu məqalə “Əkinçi”nin 10-cu sayında işıqüzü görmüşdü. Qəzetin 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəyolduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesabetmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund ƏhmədHüseynzadə polemikaya qatılmış, öz düşüncələrini bildirmişdi. Ümumən Heydərlinin bu məqaləsinə cavab olaraq “Əkinçi”də 15-dək yazı nəşr olunmuşdu.
Azərbaycanın ilk jurnalistlərindən olan, 1875-ci ildə “Tiflisski vestnik” qəzetində çalışan İsa Sultan Şahtaxtlı da “Əkinçi” ilə daim əlaqə saxlamış, Həsən bəy Zərdabi ilə məktublaşmışdı. İsa Sultan nəinki onun qəlbi üçün əziz olan “Əkinçi”ninmüvəffəqiyyətindən sevinir, həmçinin “Tiflisskiy vestnik” qəzetinin oxucularını ilkAzərbaycan qəzetində dərc olunan məqalə və xəbərlərlə tanış edirdi. “Tiflisskiy vestnik”in təkcə 1876-cı il 18 noyabr tarixli 260-cı nömrəsində onun “Əkinçi”dən üç xəbəri dərc olunub.
Haqlarında müəyyən qədər məlumatlar verilən bu müəlliflərlə yanaşı,”Əkinçi”də bir neçə qələm əhli də öz yazılarını çap etmişdilər. Məmmədtağı Əlizadə Şirvani , Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Ələkbər Elmizadə də “Əkinçi”nin nıilli özünüdərk və maarifçilik xəttini qəbul etmiş, öz məqalələrini bu istiqamətdə hazırlayaraq oxuculara çatdırmışlar.
“Əkinçi” nin bağlanması
1877-ci ilin 20-ci sayında çıxan “Əkinçi”nin ilk səhifəsində belə bir elan vardı: “Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil”. Məhz bu elanın çap olunduğu saydan sonra “Əkinçi” qapadıldı. Burada azərbaycanlı əhaliyə düşmən münasibəti ilə seçilən yeni Bakı qubernatoru Ruzinin də rolu vardı. Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 sayı işıq üzü görmüşdü ki, bu da cəmi 56 say edir. “Əkinçi”ni bağlatmaqla kifayətlənməyənlər H.Zərdabinin mətbu və ictimai fəaliyyətini dayandırmaq üçün onu Bakı gimnaziyasından Yekaterinodar gimnaziyasına dəyişdirmək haqqında əmr verdilər. Bu qərar əslində Zərdabinin Azərbaycandan sürgün edilməsi idi. Taleyini öz xalqı ilə bağlayan Həsən bəy müəllimlikdən istefa verdi. Onun istefa verməsi gimnaziyanın müəllimlərinə, xüsusən şagirdlərinə ağır təsir etdi. Çünki azərbaycanlılardan ilk gimnaziyamüəllimi olan Zərdabi böyük nüfuz və hörmətə sahib idi. Müəllimlikdən istefa verdikdən sonra Zərdabini Bakıda heç bir yerdə işə götürmədilər. O, Bakıdanköçüb 16 il doğma kəndi Zərdabda yaşadı. Bu illərdə Həsən bəy həyat yoldaşı Hənifə xanımla birlikdə böyük çətinliklərlə üzləşdi, yenə də maarifçilik missiyasınıdavam etdirdi. Burada bir məktəb açıb kənd uşaqlarına təhsil verdi. Azərbaycanın mərkəzindən uzaqda, kənddə yaşamasına baxmayaraq, Zərdabi publisist fəaliyyətini davam etdirir, yalnız Bakı, Tiflis mətbuatında deyil, Peterburq və Moskva qəzetlərində də məqalələrlə çıxış edirdi. 1896-cı ildə Zərdabi təkrar Bakıya qayıdıb öz əvvəlki ictimai-mətbu həyatını bərpa etdi. Rus və Azərbaycan dillərində çıxan qəzetlərə məqalələr yazaraq fəal əməkdaşlığa başladı. O, “Həyat”, “Kaspi” qəzetlərində müntəzəm yazılarla çıxış edirdi. Zərdabi möhkəm iradəyə, qaynar və tükənməz enerjiyə sahib milli ziyalı idi. O, ömrünün sonunadək xalqın savadlanmasına, onların hüquqlarının qorunmasına və Azərbaycan mətbuatının, jurnalistikasının inkişafına xidmət etdi. Səhhətinin son dərəcə pozulmasına, çox çətinliklərlə hərəkət etməsinə baxmayaraq, Həsən bəy vəfatından bir gün əvvəl “Kaspi” qəzetinə gedib orada işləmişdi.
1907-ci ildə H.Zərdabinin dəfn mərasimində natiqlərdən biri belə deyib: “Həsən bəy Bakıya ac gəldi, ac da getdi”. Bu sözlərdə böyük həqiqət yükü var. Həsən bəy ömrü boyu özü üçün yaşamadı, şəxsi mənfəətlərini güdmədi, xalqın səadətini hər şeydən üstün tutdu. Həsən bəy Zərdabi Azərbaycan tarixində nadir şəxsiyyətlərdəndir. O, öz xalqının inkişafı yolunda yorulmadan çalışdı, özündən sonra təmiz, yüksək ehtirama layiq ad qoyub getdi.
İstifadə olunmuş mənbə
Hazırladı: MKS-nin metodiki-biblioqrafiya şöbəsinin müdiri Xəlilova Reyhan.
Gec qurtarmaq üçün təbii vasitələr
Erkən boşalma günümüzdə milyonlarla kişini narahat edən və bir çoxunun dilə gətirmədiyi problemdir. Sırf bu diaqnozla androloq həkimlərə müraciət edən xəstələrin sayı çox azdır. Bir çoxları alternativ metodlara can atır. Bu üsullar arasında gec qurtarmaq üçün təbii vasitələr ön sıralarda dayanır.
Gec qurtarmaq üçün müalicə üsulu – fitoterapiya
Müalicəvi vasitələr: otlar və bitkilər qədim zamanlardan istifadə olunur. Bir çox bitki gec qurtarmaq üçün dərmanlarla birgə tətbiq edilir.
Gec boşalmaq üçün təbii vasitələr – nanə
Nanə – ödqovucu, spazmolitik, iltihabəleyhinə, antiseptik təsirlərə malikdir. Bu bitki bağırsaqda mayalanma və çürümə proseslərini ləngidir. Həmçinin nanənin immuniteti möhkəmləndirici, yarasağaldıcı, sidikqovucu xüsusiyyətləri vardır.
Erkən boşalmanın müalicəsində onun normadan artıq sinir oyanması və baş beyin damarlarında spazmı azaltma xassəsindən yararlanırlar. O həmçinin qan dövranını normaya salır. Nanə şirəsini penisin başına sürtmək lazımdır.
Sakitləşdirici təsiri sayəsində penisin sinir hüceyrələri cinsi akt zamanı stimulyasiyaya gec reaksiya verir. Nəticədə kişi eyakulyasiyanı (sperma ifrazını) kontrol etməyi bacarır və bu prosesi bir qədər uzadır.
Gec qurtarmaq üçün təbii vasitələr – göyçiçək
Xalq təbabətində orqazmı gecikdirən vasitədir. Göyçiçək tinkturasının tərkibindəki sentaurin maddəsi boşalmanı gecikdirir. Tinktura – spirt və ya efirdə hazırlanan dərman maddəsi deməkdir.
Gec qurtarmaq üçün təbii vasitələr – moruq
Keçmiş zamanlarda kişilər cinsi aktı uzatmaq məqsədilə xörəyə moruq yarpaqları qatırdılar. Onun tərkibindəki feliamin sayəsində cinsi orqanın sinir uclarının fəaliyyəti bir qədər ləngiyir. Oyanma gec baş verdiyindən cinsi akt uzanır.
Gec qurtarmaq üçün təbii vasitələr – palıd qabığı
Bir çox xəstəliyin müalicəsində istifadə olunan palıd qabığı seksual disfunksiyada effektiv vasitə hesab edilir. Onun dəmləməsini 1 həftə ərzində içmək lazımdır. Palıd qabığı tiaminlə zəngindir. Tiamin cinsi orqanların sinir uclarının fəaliyyətini tormozlayır.
Gec qurtarmaq üçün təbii vasitələr – buğda yağı
Buğda yağının tərkib hissəsi olan entemorfin hipofizə birbaşa təsir göstərir. Hipofiz seksual oyanma və cinsi prosesləri idarə etdiyindən yağın qəbulu cinsi aktı uzadır. Bundan ötrü buğda yağını intim əlaqədən öncə 40 damcı içmək lazımdır.
Gec qurtarmaq üçün təbii vasitələr – ot qarışıqları
Resept №1
Səhləbin kök yumrularından hazırlanmış toz – 1 xör.qaş.
Nar şirəsi – 1 xör. qaş.
Gavalı şirəsi – 1 xör.qaş.
Quru üzüm şərabı – 100 ml.
Qaynar su – 1 stəkan.
Hazırlanma qaydası: 1 stəkan suya səhləbin tozunu töküb, uzun müddət qatı sıyıq alınana qədər qarışdırın. Sonra qaynar şəraba mumiya, bal, nar və gavalı şirələrini əlavə edin. Əldə olunan qarışığı səhləb sıyığının üzərinə töküb, həmcins kütlə əldə olunana qədər qarışdırın. Gündə ½ stəkan həcmində 2 dəfə için.
Resept №2
Qəhvəyi itburnu (meyvələri) – 3 hissə
Dərman cəbrayılotu (kökü) – 2 hissə (dyagil)
Adi turpəng (ot hissəsi) – (surepka) -1 hissə
Qoşayarpaq platantera (lyubka dvulistnaya) – kök yumruları – 2 hissə
Resept №3
Beşpaycıqlı damotu (pustırnik pyatoplastnıy) – 2 hissə
Adi boymadərən – 2 hissə
Acı nanə (yarpaqları) – 1 hissə
Adi qaraqınıq – 1 hissə
Resept №4
İtburni (qəhvəyi meyvələri) – 2 pay
Üçyarpaq suyoncası yarpaqları -1 pay
Gülümbahar (çiçəkləri) – 1 pay
Beşpaycıqlı damotu – 2 pay
№2, 3, 4 hazırlanma qaydası: 2 xör qaş. öncədən xırdalanmış otu 1 litr qaynamış su ilə qarışdırın, qaynama dərəcəsinə çatdırın. 10 dəqiqə vam odda bağlı qabda qaynadın. Otla birlikdə termosa tökün, bütün gecə qalsın. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 100-150 ml için. Dadlandırmaq məqsədilə bal, mürəbbə, şəkər əlavə etmək olar. Müalicə kursu 3-4 aydır. 10-14 günlük fasilədən sonra kurs təkrarlanır. Yaxşılaşmaya baxmayaraq müalicə 12 ay aparılmalıdır.
Xülasə
Hər hansı təbii vasitəni istifadə etməzdən öncə o bitkinin əks-göstərişləri və törədə biləcəyi allergik reaksiyalar haqqında həkimdən soruşun.
Qzetin başlıca mövzuları
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
Əlavə resurslar
Test və sertifikat
MÜHAZİRƏ 1. “Hər şey prosesdən asılıdır”
MÜHAZİRƏ 2. “Mədəni mənzərənin başa düşülməsi”
MÜHAZİRƏ 3. “Müasir mədəniyyət strategiyalarının başlıca mövzuları”
MÜHAZİRƏ 4. “Sözlərdən əməllərə”
Əlavə linklər
Test və sertifikat
Mühazirə 1. Uğurlu layihə təklifinin hazırlanması üçün nə etmək lazımdır?
Mühazirə 2. Problemləri, layihənin məqsədini, ümumi məqsədləri və nəticələri necə müəyyən etmək olar?
Mühazirə 3. Layihə təklifləri hazırlanmasının “’əsas məqamları”
Check list
Əlavə resurslar
Test və sertifikat
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
Təşviqat potensialının qiymətləndirilməsi
Mütaliə üçün Əlavə Vəsaitlər
Test və sertifikat
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
Mühazirə 2. Büdcənin hazırlanması
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
Faydalı link:
Test və sertifikat
Mühazirə 1. Nə istədiyinizi və nəyin reallığa uyğun olduğunu qərarlaşdırın.
Mühazirə 2. Araşdırma aparın – sahəni daraldın
Mühazirə 3. Hədəf təşkilatları təyin edin, təşkilatınızı dəyişin
Mühazirə 4. Birinci müqaviləyə nail olmaq
Əlavə resurslar
Test və sertifikat
Strateji Planlaşdırma Kursu
Daxili Mühitin Təhlili
Xarici Mühitin Təhlili
Rəqabət Üstünlüyü
Strateji Marketinq
Faydalı resursların linkləri
Yoxlama siyahısı
Strateji Planlaşdırma ilə bağlı 20 əsas fakt
Test və sertifikat
Mühazirə 1. “Marketinq” nədir?
Mühazirə 2. Marketinq strategiyası
Mühazirə 3. Müştəriləri dinləmək
Mühazirə 4. Müştəri dəyərləri
Mühazirə 5. Marketinqin 3 M faktoru
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
Misallarla araşdırma Marketinqin 3 M faktoru
Test və sertifikat
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
Mühazirə 5. Layihədən məhsula
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
Faydalı resurslar
Test və sertifikat
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
Faktiki məlumatlar
Misallarla araşdırma
Test və sertifikat
Mühazirə 1: Mədəni Jurnalistika nədir?
Mühazirə 2: Tənqid nədir?
Mühazirə 3: Mədəniyyət xadimlərindən müsahibə necə götürülməlidir?
Mühazirə 4: Yekun – Mədəniyyət üçün auditoriya formalaşdırılması
ƏLAVƏ MÜTALİƏ:
Test və sertifikat
I Mühazirə. Müraciət etmək hüququ ilə bağlı meyarlar
II Mühazirə. Tərəfdaşlıq münasibətləri
III Mühazirə. Uğur amilləri
IV Mühazirə. Qeydiyyat
V Mühazirə. Müraciət paketi
Əlavə materiallar
Test və sertifikat
Mühazirə 1. Rəqəmsal kommunikasiya strategiyası
Mühazirə 2. İnternet səhifəsinin səmərəli şəkildə idarə edilməsi
Mühazirə 3. Sosial mediada auditoriyanıza çatmaq üçün 10 addım
Faydalı resurslar
Ruhlandırıcı nümunələr
Test və sertifikat
Mühazirə 1. Mədəniyyət nədir?
“Culture” sözü latın dilindəki colere sözündən yaranıb,”bəsləmək”,”yetişdirmək” mənasındadır. Qədim Roma natiqi Siseron kənd təsərrüfatına aid ifadəni ruhun inkişaf etməsi kimi fəlsəfi bir kateqoriyaya tətbiq edərək cultura animi –”ruhun bəslənməsi” məfhumunu yaratdı. O, mədəniyyəti barbarlığın müxtəlif təzahürlərinin dəf edilməsi vasitəsi və insanın mükəmməl bir vətəndaşa çevrilməsi aləti kimi görürdü.
Biz hamımız bu və ya digər mədəniyyətə mənsubuq. Mədəniyyət – bizim əxz edib gələcək nəsillərə ötürdüyümüz insani bilik, inam və davranış tərzlərinin məcmusudur. Mədəniyyət – gündəlik ünsiyyətdən qlobal iqtisadiyyatın fəaliyyətinə qədər insan münasibətlərinin müxtəlif sahələrini tənzimləyən əsas sosial amildir. Buna görə də onun cəmiyyətdə rollarının rəngarəngliyini biz növbəti mühazirədə daha ətraflı nəzərdən keçirəcəyik.
Comments are closed, but trackbacks and pingbacks are open.