Qəzetin başlıca mövzuları
Antisekretor preparatlar – mədənin histamin reseptorlarını blokada etməklə xlorid turşusunun miqdarını, həmçinin mədədə şirə ifrazını zəiflədirlər. Nəticədə turşuluq və onun aqressiv təsiri azaldırlar. Bu qrupun əsas nümayəndələri Ranitidin və Famotidin sayılır. 1 tabletin təsiri 12 saata qədər davam edir. Lakin onları qıcqırma və ürəkbulanma kimi həzm pozğunluqlarında qəbul etmək icazəli deyil.
Mədə dərmanları
Mədə xəstəlikləri ( qastrit , eroziya, xora ) ağrı, gəyirmə, qıcqırma, yanma hissi və digər əlamətlərlə müşayiət olunur. Belə hallarla qarşılaşdıqda mədə dərmanları köməyə gəlir.
Ağrıya qarşı mədə dərmanları
Mədə ağrısı zamanı analgetik (İbuprofen, Ketoral, Tempalgin və s.) və yaxud spazmolitiklər (No-şpa, Dibazol, Baralgin, Mebeverin) məsləhət görülür.
Lakin yadda saxlamaq lazımdır ki, bu preparatlar sadəcə ağrını kəsir. Səbəb aradan qaldırılmadığından müəyyən müddətdən sonra narahatlıqlar yenidən baş qaldırır. Ona görə də həkimə müraciət edib, müvafiq müayinələrdən keçmək tövsiyə olunur.
Həzm prosesini yaxşılaşdırmaq üçün mədə dərmanları
Fermentlər həzmi normaya salaraq, mədədə ağırlıq və digər xoşagəlməz hissləri yox edir. Ən məşhur tabletlər bunlardır:
- Kreon
- Qastenorm forte
- Festal
- Enzistal
- Panqrol
Ən ucuz vasitə isə – Pankreatin sayılır. Qeyd olunan dərmanlar təhlükəsiz hesab edilir.
İshal, qusma və köp hallarında mədə dərmanları
İshal zamanı ən çox istifadə olunan preparatlara Loperamid və Polifepan aiddir. Ürəkbulanma və qusmaya qarşı Motilak və Motilium effektivdir. Qarında köp varsa, Espumizan içilir.
Qıcqırma əleyhinə mədə dərmanları
Mədə yanmasını və turşuluğu azaltmaq məqsədilə antasidlər təyin olunur. Bu tip qastroprotektorlara Almagel, Renni, Maaloks, Fosfalyugel misaldır.
Qastrit zamanı mədə dərmanları
Mədədə qastrit zamanı müalicə sxemi xəstəliyin formasından və turşuluq səviyyəsindən asılıdır. Belə ki, aşağı turşuluqda mədədə xlorid turşusunun sintezini stimulə edən tabletlərə (Pentaqastrin, Limontar və s.) ehtiyac yaranır.
Yüksək turşuluqlu qastritlərdə xlorid turşusunun sintezini azaldan dərmanlar (Renni, Almagel, Omeprazol) və mədə divarının vəziyyətini normallaşdıran vasitələr (Ranitidin, Simetidin, Vikalin, De-Nol) qəbul olunur.
Qastrit zamanı təkcə turşuluğu normaya salan preparatların istifadəsi kifayət deyil. Xəstəliyin bütün formalarında yanaşı olaraq bu dərmanlar təyin edilir:
- ağrıkəsici (No-şpa, Drotaverin);
- antibiotik (Pilobakt, Kloritromisin, Amoksisillin və s.);
- həzm fermentləri (Mezim forte, Kreon və digərləri).
Xora xəstəliyində mədə dərmanları
Xoranın başlıca yaranma səbəbi Helicobacter pylori sayılır. Bu bakteriyanın aşkarlandığı xəstələrə antibiotiklər, antasidlər və ya antisekretor preparatlar məsləhət görülür. Xora Helicobacter pylori mənşəli olmadıqda antibiotiklərə ehtiyac yoxdur.
Antasidlər – xlorid turşunu neytrallaşdırmaqla turşuluğu aşağı salır, onun mədənin divarına zədələyici təsirini zəiflədir. Əlamətlərin azalmasına, xoranın sağalmasına və residiv riskinin minimuma enməsinə səbəb olur. Bu qrupa Maaloks, Almagel, Qastal, Geviskon və s. aiddir.
Antisekretor preparatlar – mədənin histamin reseptorlarını blokada etməklə xlorid turşusunun miqdarını, həmçinin mədədə şirə ifrazını zəiflədirlər. Nəticədə turşuluq və onun aqressiv təsiri azaldırlar. Bu qrupun əsas nümayəndələri Ranitidin və Famotidin sayılır. 1 tabletin təsiri 12 saata qədər davam edir. Lakin onları qıcqırma və ürəkbulanma kimi həzm pozğunluqlarında qəbul etmək icazəli deyil.
Xülasə
Təhlükəsizlik baxımından dərman seçimi və dozalanma qaydası qastroenteroloqa həvalə olunmalıdır. Çünki hər bir preparatın əks-göstərişləri və yanaşı təsirləri vardır. Həmçinin müalicəyə başlamazdan əvvəl mədə turşuluğunun səviyyəsi də nəzərə alınmalıdır. Bu səbəbdən mədə dərmanları mütləq peşəkar mütəxəssis tərəfindən təyin edilməlidir.
Qəzetin başlıca mövzuları
Mühazirə 5. Kütləvi informasiya vasitələri ilə kommunikasiya prosesləri: müvəffəqiyyət üçün tövsiyyələr
Əlavə resurslar
Test və sertifikat
MÜHAZİRƏ 1. “Hər şey prosesdən asılıdır”
MÜHAZİRƏ 2. “Mədəni mənzərənin başa düşülməsi”
MÜHAZİRƏ 3. “Müasir mədəniyyət strategiyalarının başlıca mövzuları”
MÜHAZİRƏ 4. “Sözlərdən əməllərə”
Əlavə linklər
Test və sertifikat
Mühazirə 1. Uğurlu layihə təklifinin hazırlanması üçün nə etmək lazımdır?
Mühazirə 2. Problemləri, layihənin məqsədini, ümumi məqsədləri və nəticələri necə müəyyən etmək olar?
Mühazirə 3. Layihə təklifləri hazırlanmasının “’əsas məqamları”
Check list
Əlavə resurslar
Test və sertifikat
Mühazirə 1. Təşviqat nədir və sizə necə köməklik göstərə bilər?
Mühazirə 2. Məsələnin təhlili və müəyyən edilməsi
Mühazirə 3. Xarici mühitin xəritə şəklində təsviri
Mühazirə 4. Lobbiçilik, təsir göstərmə və səsinizi eşitdirmə
Mühazirə 5. Təşviqat kampaniyasının qiymətləndirilməsi
TƏŞVİQAT vƏ LOBBİÇİLİK haqqında FAKTİKİ MƏLUMATLAR
Təşviqat potensialının qiymətləndirilməsi
Mütaliə üçün Əlavə Vəsaitlər
Test və sertifikat
Mühazirə 1. Başlamadan əvvəl bilməli olduğunuz məsələlər
Mühazirə 2. Büdcənin hazırlanması
Mühazirə 3. Büdcənin dəqiqləşdirilməsi
Mühazirə 4. Büdcənin nağd pul vəsaitlərinin hərəkətinə çevrilməsi
Mühazirə 5. Mövcud layihənin maliyyə idarəetməsi
Mühazirə 6. Layihənin maliyyələşdirilməsi ilə əlaqədar hesabatlılıq
Faydalı link:
Test və sertifikat
Mühazirə 1. Nə istədiyinizi və nəyin reallığa uyğun olduğunu qərarlaşdırın.
Mühazirə 2. Araşdırma aparın – sahəni daraldın
Mühazirə 3. Hədəf təşkilatları təyin edin, təşkilatınızı dəyişin
Mühazirə 4. Birinci müqaviləyə nail olmaq
Əlavə resurslar
Test və sertifikat
Strateji Planlaşdırma Kursu
Daxili Mühitin Təhlili
Xarici Mühitin Təhlili
Rəqabət Üstünlüyü
Strateji Marketinq
Faydalı resursların linkləri
Yoxlama siyahısı
Strateji Planlaşdırma ilə bağlı 20 əsas fakt
Test və sertifikat
Mühazirə 1. “Marketinq” nədir?
Mühazirə 2. Marketinq strategiyası
Mühazirə 3. Müştəriləri dinləmək
Mühazirə 4. Müştəri dəyərləri
Mühazirə 5. Marketinqin 3 M faktoru
Faktiki məlumatlar. Marketinqlə əlaqədar 20 əsas fakt
Marketinq strategiyasının səmərəliliyini təmin etmək üçün nəzarət siyahısı
Misallarla araşdırma Marketinqin 3 M faktoru
Test və sertifikat
Mühazirə 1. Bazarlar və dəyər sistemləri
Mühazirə 2. Dəyər zəncirinin təhlil edilməsi
Mühazirə 3. Dəyər təklifinin hazırlanması
Mühazirə 4. Yüksək effektivliyə malik müəssisə konsepsiyası
Mühazirə 5. Layihədən məhsula
Mühazirə 6. Rəqəmsal dəyişikliklərə uyğunlaşma
Faydalı resurslar
Test və sertifikat
Mühazirə 1. Sahibkarlıq və innovasiya: Maliyyə vəsaitlərinin müvəffəqiyyətlə cəlb edilməsi üçün istiqamətverici amillər
Mühazirə 2. Yaradıcı startaplar üçün biznes-modellər və xarici maliyyələşdirmə
Mühazirə 3. Keçidlər: Effektiv biznes planlaması üçün katalizator
Oxumaq üçün əlavə resurslar və onlayn resursların linkləri:
Faktiki məlumatlar
Misallarla araşdırma
Test və sertifikat
Mühazirə 1: Mədəni Jurnalistika nədir?
Mühazirə 2: Tənqid nədir?
Mühazirə 3: Mədəniyyət xadimlərindən müsahibə necə götürülməlidir?
Mühazirə 4: Yekun – Mədəniyyət üçün auditoriya formalaşdırılması
ƏLAVƏ MÜTALİƏ:
Test və sertifikat
I Mühazirə. Müraciət etmək hüququ ilə bağlı meyarlar
II Mühazirə. Tərəfdaşlıq münasibətləri
III Mühazirə. Uğur amilləri
IV Mühazirə. Qeydiyyat
V Mühazirə. Müraciət paketi
Əlavə materiallar
Test və sertifikat
Mühazirə 1. Rəqəmsal kommunikasiya strategiyası
Mühazirə 2. İnternet səhifəsinin səmərəli şəkildə idarə edilməsi
Mühazirə 3. Sosial mediada auditoriyanıza çatmaq üçün 10 addım
Faydalı resurslar
Ruhlandırıcı nümunələr
Test və sertifikat
MÜHAZİRƏ 3. “Müasir mədəniyyət strategiyalarının başlıca mövzuları”
Heç bir mədəni strategiya başqa strategiyaların üzünün köçürülməsi ilə formalaşdırıla bilməz. Hər bir ölkə, şəhər, müəssisə və ya təşkilat öz strukturunu tapmalı, qarşısında duran çətin vəzifələri müəyyən etməli və həll yollarını tapmalıdır.
Bir qayda olaraq, əksər mədəni strategiyaların başlıca sahələrinə daxildir:
- Mədəni məzmunun yaradılması, istehsalı, yayılması və qorunması/mühafizəsi – qaynar mədəni həyatı necə təmin etməli?
- Məzmun və infrastruktur – mədəniyyət infrastrukturunun təmin edilməsi ilə onun insanlarla doldurulması və fəaliyyətlər arasında balansı necə qurmalı?
- Mədəni-maarif müəssisələri və qeyri-hökumət sektorunun rolu – çiçəklənən özəl sektor və müstəqil fəaliyyətlər üçün şərait yaradılarkən milli institutları necə dəstəkləməli?
- Əmək haqları və sosial təminatlar– mədəniyyət sahəsinin peşəkarlarının işləmək fürsətinin olduğundan və xidmətlərinin dəyərləndirildiyindən necə əmin olmalı?
- Mədəniyyətin maliyyələşdirilməsi mexanizmləri – mədəniyyət sahəsini necə maliyyələşdirməli və dövlət maliyyəsi ilə yanaşı maliyyələşdirmə mənbələrini necə müxtəlifləşdirməli?
- Qanunvericilik bazası (həm konkret olaraq mədəniyyətə aid, həm də ümumi qanun və qaydalar) – mədəniyyətin inkişafını yardımçı hüquq mühitinin yaradılması vasitəsilə necə dəstəkləmək olar?
- Milli, regional, yerli və özəl sektor səviyyələri arasında əlaqə – mədəni inkişaf dövləti və özəl sektoru təmsil edən, milli və yerli maraqlı tərəflər arasında necə koordinasiya edilməlidir?
Ümumi məsələlərdən əlavə, bütün dünyada müasir mədəniyyət strategiyaları bir sıra başqa həlledici əhəmiyyətli məsələlərə toxunurlar:
- Mədəni müxtəliflik və mədəni təzahürlərin müxtəlifliyi;
- Mədəniyyətə çıxış (mədəniyyət fəaliyyətində iştirak, əlverişsiz şəraitdə yaşayan qruplar, ucqar ərazilər, hər kəs üçün bərabər çıxış imkanı və s. );
- Mədəniyyət təhsili (həm uşaq və gənclərin mədəniyyətə çıxışı, həm də mədəniyyət sahəsində ali təhsil);
- Mədəniyyət və yaradıcılıq sahələri (xəritənin hazırlanması, məlumatlılığın artırılması, mədəniyyət sahəsində sahibkarlıq, innovasiya və texnologiya, yaradıcılıq inkubatorları, potensialın yüksəldilməsi və s.);
- Əqli mülkiyyət hüquqları, piratçılığa qarşı mübarizə;
- Maliyyələşdirməyə çıxış və maliyyə mənbələrinin müxtəlifliyi (özəl maliyyələşdirmə, Avropa maliyyələşdirməsi, sərhədlərarası maliyyələşdirmə, kreditləşdirmə proqramları, zaminlər, investorlar, vergilər və s.);
- Mədəniyyət və davamlı inkişaf, təhsil, regional inkişaf, turizm, iqtisadiyyat, innovasiya, ölkə brendinqi, sosial innovasiya və s. daxil olmaqla, digər siyasət sahələrində mədəniyyətin ön plana çəkilməsi (kəsişən və yanaşı təsirlər);
- Mədəniyyət və şəhər mühitinin bərpası və yaşayış mühitinin keyfiyyəti,
- Rəqəmsal mədəniyyət (mədəni irsin rəqəmsallaşdırılması, mədəniyyətdə yeni texnologiyalar);
- Mədəniyyət və yaradıcılığın idxalı və beynəlmiləlləşdirmə, mədəniyyət diplomatiyası;
- · Yaxşı mədəniyyət idarəetməsi (şəffaflıq, qanunun aliliyi, iştirak, hesabatlılıq, plüralizm).
- MÜHAZİRƏ 2. “Mədəni mənzərənin başa düşülməsi”
- MÜHAZİRƏ 4. “Sözlərdən əməllərə”
Qəzetin başlıca mövzuları
147 il bundan əvvəl ilk milli qəzetimizi – “Əkinçi”ni tarixin millətimiz qarşısında qoyduğu çağırış, bir də bu çağırışı vaxtında dərk edən Həsən bəy Zərdabinin böyük vətəndaş fədakarlığı dünyaya gətirdi.
1870-ci illərdə Azərbaycan xalqının tarixində yeni bir mərhələ başlamışdı. Bakıda neft hasilatının sənayeləşməsi və “sənaye inqilabı” içində yaşayan dünya kapitalının Azərbaycana axması burada yeni bir ictimai-iqtisadi formasiya, fərqli münasibətlər sistemi yaradır, tarix yeni çağırışlar, yeni ictimai sifarişlər ortaya qoyurdu.
Bu mərhələdə Azərbaycan toplumuna tarixin ən böyük çağırışı millət şüurunun yaranıb özünü təsdiq etməsi – milli özünüdərk idi. Dövləti olmayan bir cəmiyyətdə bu, olduqca mürəkkəb və çətin vəzifə idi. Milli kapitalın, milli burjuaziyanın yaranması hələ milli maraqların bir araya gətirilməsi üçün kifayət etmirdi. Əksinə, dini və milləti olmayan kapitalın yaratdığı münasibətlər milli birliyə düşmən olan sinfi ziddiyyətlərə şərait yaradırdı.
Həsən bəy Zərdabinin bir şəxsiyyət kimi tarixi missiyası Azərbaycan toplumunun “millət olmağı” zərurətini vaxtında dərk etməsi, fəaliyyətinin bütün istiqamətlərini bu yola yönəltməsi oldu. Onun başladığı və yerinə yetirdiyi işlərin hamısı hələ özünün tarixi vəziyyətini dərk etməyən toplumun bütövləşib “millət olmasına” xidmət edirdi.
“Hər kəsi çağırıram – gəlmir, göstərirəm – görmür, deyirəm – qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın.
. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”,-deyirdi Həsən bəy Zərdabi.
Zaman çox böyük sürətlə axırdı. Xüsusən də Həsən bəy Zərdabinin sözün hərfi mənasında vəkillik elədiyi müsəlman toplumu zəmanənin ahənginə ayaq uydurmaq bir yana, çox vaxt inadla buna qarşı müqavimət göstərirdi, ağlamaq lazım olan halımıza gülənlər olurdu. Həsən bəy bəzən təkləndiyini hiss edirdi. “Ey bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur”.
Onu da xüsusi vurğulamağa dəyər ki, Həsən bəy Zərdabinin düşüncəsi etnik millətçilik anlayışından uzaqdır. Həsən bəy “Əkinçi”ni yalnız Azərbaycan türklərinin deyil, bu dildə oxumağı bacaran müsəlman xalqlarının mətbu tribunası kimi yaratmışdı və qəzetdə bütün müsəlmanların mənafeyini ifadə etməyə çalışırdı. Lap əvvəldən onun yanaşması belə olmuşdu ki, başqa qonşu xalqlar kimi müsəlman xalqlarının da teatrı, xeyriyyə cəmiyyəti, mətbuatı olmalıdır. Çünki sürətlə dəyişən yeni zəmanədə gecikmək tarixin təkərlərinin altında qalmaq riski gətirirdi. Buna görə də “zindəganlıq davasında” – yaşamaq uğrunda mübarizədə “Qonşu getdi, biz qaldıq, haray, ellər, ay haray!” şüarı qəzetin başlıca leytmotivini təşkil edirdi.
147 il bundan əvvəl “Əkinçi”nin dünyaya gəlişinin əhəmiyyəti, sadəcə, mili mətbuatın təməli olmaqla məhdudlaşmır. “Əkinçi” Azərbaycan toplumunun qarşısında bir yol açdı. Həmin yolun davamında isə “olmayan yerdən bir bayraq ucalacaq”, Azərbaycan toplumu bu bayraq altında öz dövlətini quracaqdı.
Bu gün Azərbaycan dövləti öz torpaqlarının bütövlüyünü bərpa etdiyi, öz milli kimliyini dünyaya tanıtdığı bir şəraitdə “Əkinçi”nin tariximizdəki yeri daha parlaq görünür.
Milli Mətbuat günümüz mübarək olsun!
Comments are closed, but trackbacks and pingbacks are open.