Qızıl başlı türklər: İranda onlar necə yaşayır? FOTO
– SOLONAS! Qulaq as, vaxtımız azdır, – Nilin səsi komandirinin də səsindən yüksək çıxmışdı. O da birinci dəfə idi ki, başçılarına qışqırırdı.
Текст книги “Qızılbaşlar: Oyanış”
Lap uşaq vaxtlarımda saatlarla xalçanın üzərində oturub “şpilkalarla” bezmədən, yorulmadan “dırş-dırş” oyunu oynayardım. Vahid süjet xəttinə malik, fantastik varlıqların iştirak etdiyi bu qəribə oyunu özüm yaratmışdım. Şpilkaların hər növü başqa bir irq idi mənim üçün. Hətta bazarlarda, xırdavat dükanlarında balaca karton kağızı hər tərəfdən dişləyən rəngbərəng şpilkaları tamamilə yeni məxluqların qeyri-adi, fövqəltəbii güclərə malik orduları kimi görürdüm. Qırmızı ninzalar sarı, mavi və ağ ninzalardan daha güclüydülər. Uzun, arıq, taxtadan yaradılmış amansız meşə ordusu, gombul və qolları dəmirdən olan kiborqlar… Bu varlıqların arasında gedən amansız müharibələrin tam mərkəzində plastilindən hazırladığım kapüşonu başından çıxarmayan xüsusi bir döyüşçü var idi. O digərlərindən seçilirdi. Adı Vancan idi. Uşaqlığımdakı iki ən məşhur döyüş filmi ulduzu olan “Vandam” və “Cekcan”-ın adlarının miksiydi bu ad. Əlbəttə ki, uşaq ikən bu adlar mənim üçün birləşik yazılır və bir vurğu altında tələffüz olunurdu.
Seçilmiş döyüşçüm digər şpilka ordularından qisas alırdı. Sevdiyi qızı öldürmüşdülər çünki. Nə ninzalardan idi, nə meşə ordusundan, nə də kiborqlardan. O, tək və yenilməz idi. Ancaq ayaqlarıyla döyüşərək bütün düşmənlərinə qalib gəlirdi hər zaman. Ən sonda isə çətinliklə də olsa, kiborqların başçısını öldürüb qisas andını tamamlayırdı.
Bu oyunu hər gün təkrar-təkrar oynadığıma görə oyuncaqlar istəmirdim heç vaxt. Oyuncaq barədə düşünmürdüm də. Anam hər dəfə yeni şpilkalar aldıqca Vancanın düşmənlərinin artdığına görə üzülsəm də, yaratdığım oyuna yeni-yeni macəraların əlavə olunacağına görə də sevinirdim. Ağzından alov çıxaran sürünənlərin, şəffaf parıltılı ruhların, kibrit çöplərini plastilinlə bədənlərinə bərkidib ölümcül katanaya çevirən balacaboy, papaqlı samurayların heç birinin mənim seçilmişimlə ulduzları barışmadı. Amma bütün uşaqlığım boyu nə bir ordu bu tənhagəzərə qalib gəldi, nə bir irq, nə bir tayfa. O, həmişə necəsə ən sonda sağ qalmağı bacarırdı. Beləcə illər keçdi. Rəngbərəng düşmənlər, fantastik varlıqlar yavaş-yavaş öz reallıqlarına qayıdaraq adi şpilkalara çevrildilər. Mən böyüdükcə oyun dünyam balacalaşdı.
Nəticədə, illər sonra bu kitabda oxuyacağınız dünya yarandı. Hekayəmiz Alqarad adlanan planetin bütün tarixini əhatələyəcək. Beş kitablıq uzun bir marafonun ilk hissəsi olan “Qızılbaşlar: Oyanış”-ı əlinizdə tutursunuz. Əvvəlcədən hamıdan üzr istəyirəm. Bu üzr heç də əfsanəvi fentezi əsərlərdən sonra bu janra müraciət etməyimin mədəni cəsarətinə görə deyil. Yalnış anlamayın! Bədii çatışmazlıqlara və təcrübəsiz yazıçının bəzən hətta bayağı sayılabiləcək bəsit yazı üslubuna görədir bu üzr. Oxuduğunuz başqa bütün kitablardan da zəif olacağına əminəm. Qarşılaşacağınız hadisələrin maraqlılıq qədərini gözünüzdə çox da böyütməyinizi qətiyyən istəməzdim. Çünki maraqlı olmaya da bilər. Hətta elə ilk səhifələrdən sıxılıb rəflərin künc-bucaqlarında gözünüzə görünməməyi üçün gizlədə də bilərsiniz. Sonra “demədi” deməyin.
Bircə xahişim var oxuculardan. Öncə öz səmimiyyətimə, daha sonra sizin anlayışınıza sığınaraq deyirəm bunları. Qarşılaşacağınız irqləri, məkanları, hadisələri, xalqları və onların düşüncə tərzini qətiyyən bizim dünyamızla müqayisə etməyin. Bu fentezi janrı oxuyucusunun qarşısına qoymalı olduğu ilk qanundur, mənim fikrimcə. Yoxsa, onsuz da yazılmağı mənim üçün tam bir işgəncəyə çevrilmiş bu qarışıq süjeti bəyənəcəyinizə ehtimal yoxdur. Ölümsüz vəhşi varlıqların arasında sadəcə sağ qalmağa çalışmaqla kifayətlənməyib bütün qüvvəsiylə tarixi dəyişməyə çalışan insan irqinin mübarizəsindən danışılan mistik hekayəni hamımız birlikdə fəsil-fəsil yaşayacağıq. Bu baxımdan, mənim bəxtim bir az gətirib. Çünki siz hələ birbaşa müəllifin özü tərəfindən yazılan bu kiçik hissəyə başlayarkən mən artıq çap olunmuş və çap olunacaq bütün hekayəni dəfələrlə və bezmədən oxumuşam. Açığı, mənə elə də pis kitab kimi gəlmədi, amma sizi deyə bilmərəm.
Əslində, bu dünyanın kitab yox, film olmağını istəyərdim. Bu istəyi çörəyini filmdən qazanan həvəskar kinomanın lenti vərəqə satmağı kimi deyil, ədəbiyyat dünyasının uğursuz yazıçıları arasında çətinlik çəkmədən gizlənib, heç bir diqqət çəkmədən axına qarışan və öz maraqsız kitabından utanan etirafçının məsum arzusu kimi qiymətləndirin. Oxuduqca səhnələr gözlərinizin önündə film kimi canlanarkən, məni daha yaxşı başa düşəcəyinizə ümid edirəm.
Odur ki, əziz izləyicilərim… Hamımıza, xoş seyirlər!
I
Qeybolma
“Heç şübhəsiz,
Tükənməkdədir Şərin zamanı.
Nə O əbədidir, nə başqa yaradılan.
Yalnız xeyir qalib gələr, yalnız inam.”
“Alqarad hekayələri: İlk işıq və yaradılış” kitabından.
Oriana şəhəri. “Qızıldan hazırlanan” şəhər. Daha dəqiq desək, Orta Dakaraqasın zibilxanası. Metal bataqlıq və ya robot ölüxanası. Burada hamı nə isə satır, nə isə alır, durmadan qiymət öldürür, dar küçələrdəki izdihamın arasından keçmək üçün yol istəyir, qışqırır, bağırır, söyüş söyür, nədən hazırlandığı bilinməyən yapışqan yaşıl xırt-xəşil yeməklərdən doyunca yeyib möhkəmcə gəyirirdi. Başqa planetlərdən gələn qonaqların ilk ayaq basdıqları şəhər idi bura. Uzun yoldan sonra öz gəmiləri və ya silahları üçün azsaylı etnik azlıqların tullantı kimi baxdıqları dəmir-dümürdən əsl möcüzə yarada biləcək elmə sahib olduqlarını hamı bilirdi. Ona görə də, hər hansı dəmir buynuzlu keçisifət yadplanetli ən xırda bir detalı almağa maraq göstərərdisə, Oriana zibilçiləri nə işə yarayacağını təsəvvür belə etmədikləri bu lazımsız və paslanmış robot hissəciklərini bacardıqları qədər dəyərə mindirər, “indiki vaxtda belələri tapılmır” söhbətlərinə girərdilər. Axtardıqlarını ucsuz-bucaqsız səs-küylü bazarlarda tapa bilməyənlər isə, Oriana rəhbərliyindən pulla icazə aldıqdan sonra dağlarda axtarışa başlayırdılar. Dağlar deyərkən, ağlınıza əsl dağlar gəlməsin. Oriana heç də Orta və Sol Dakaraqasın sərhəddindəki Beirova və ya cənubdakı Boreas kimi dağlıq ərazi sayılmazdı. Əvvəllər səhralıq və quraqlığın hökm sürdüyü şəhərdə dağlar bir yana qalsın, heç kiçik təpələrə belə rast gəlməzdin. Son bir neçə yüz ildə isə bu səhra zibilxanaya, daha sonra isə metal xırdavatının ən böyük mərkəzinə çevrildi. İndi şəhər dörd bir tərəfdən böyük dağlarla əhatələnmişdi. Lakin bu coğrafi aktivliyə görə yox, elmi-texniki aktivliyin sayəsində baş vermişdi.
Bir neçə kilometr uzaqdan dağlara bənzəyən qaraltıların yaxınlaşdıqca tullantı dəmir-dümür yığını olduğunu görə bilərdin. Küçə mucidləri axtardıqları hər şeyi buradan toplayırdılar. Onların işinə yarayacaq milyardlarla işləməyən, çoxdan sıradan çıxmış, paslanmıs, amma qızıla bərabər mexanizm hissələri bu dağların dərinliklərində bir yerdə gizlənirdi. Yaşayış yerləri isə balaca, çox da hündür olmayan, divarları ən yüngül küləklərdə belə durmadan yellənən nazik dəmir lövhələrdən ibarət olan birmərtəbəli daxmalar idi. Əhali sayına görə Orta Ölkədə, bəlkə də ən axrıncı yerdə olardı. Bura yalnız bu xarabalığın fanatları aylarla dözə bilərdi. Buna baxmayaraq, Kron patrulları, bütün şəhərlərdə olduğu kimi Orianada da nəzarəti əllərində saxlayırdılar. Şəhərin yeganə hündür binası, onmərtəbəli saat qülləsi idi. Daş bina nazik, uzun mayakı xatırladırdı. Saatsa, təbii ki, gündə yalnız iki dəfə doğru zamanı göstərirdi. Bu qüllənin nə vaxt, kim tərəfindən, hansı məqsədlə tikildiyi yaşayan heç kəsin yadına gəlməzdi. Əzəldən buradaymış kimi qoca və belibükük vəziyyətdə dayanıb, nə vaxt uçulub-dağılacağını səbirsizliklə gözləyirdi.
Oriananın ən böyük bazarı olan Sarı Bazar metal dağların ətəkləri boyunca uzanırdı. Burada il boyu əllərinin qapqara yağı ağarmayan metal satıcıları nə vaxtsa istifadəyə yararlı olabiləcək ən xırda hissələri belə zibilxanalardan axtarıb tapır və bəlkə də illər sonra satacaqları ümidiylə az qala dəmirdən dağa çevrilmiş dükanlarına toplayırdılar. Hərdən yağlı müştərilər də çıxırdı. Məsələn, hansısa bir reaktiv hava gəmisinin motorxanasındakı hansısa tapılmayan kömür hissəciyi qramla satılırdı. Hansısa süni intellektli robotun yüzlərlə metr uzağı optik linzalarla yaxınlaşdıra bilən gözləri, demək olar ki, su qiymətinə idi. Yox, bu bir az baha olardı. Orianada əməlli başlı su problemi var idi. Əvvəllər Mavi Gölün suyundan içmək olurdu, lakin get-gedə gölün dibi də paslandı, ətrafındakı balaca, yaşıllıq vahə də solub məhv oldu. Son bir neçə on ildə Mavi Göl tünd qəhvəyi paslı su yığınına çevrildi. Robotların gözü isə qumun qiymətinə satılırdı desək, daha doğru olardı. Bu şəhərdə dağlardan və bazarlardan başqa, demək olar ki, hər yer sapsarı səhralıq idi.
Bu gün Sarı Bazarda səhər açılandan bəri hər zamankından bir az da artıq canfəşanlıq hökm sürürdü. Hər kəs bir-birinin qulağına nə isə pıçıldayır, gecə baş verən qəribə hadisələrdən danışırdı. Kron patrullarından bir neçəsi öldürülmüşdü. Hətta gecənin bir aləmi dağların süni mağaralarından hansındansa yerli tacirlərin ən böyüklərindən birinin yalvarış səsləri belə eşidilmişdi. Görəsən, aylar əvvəl Naqanazarda baş verənlərin dünən gecəki hadisələrlə bir əlaqəsi ola bilərdimi? Deyilənə görə, Orta Dakaraqasın sənayə şəhərlərindən olan Naqanazarda bədənində qırmızı tatular olan kimsə karxanalardan birinin rəisini öldürmüşdü. Həm də qala kimi qorunan şəxsi evində. Səssiz-sakit, heç kimin xəbəri olmadan gizlincə içəri soxulub, buxaqları az qala sinəsinə qədər sallanan eybəcər, solğun rəngli gombul kronun boğazına kəskin bıçaqla nazik və dümdüz bir xətt çəkmişdi. İşçiləriylə qul kimi rəftar edən ədalətsiz rəisin çənəsindən aşağı yerindən tərpənə bilməyəcək qədər şərab içdikdən sonra öz üstünə qaytaran adamların pintiliyi kimi ağappaq qan şəlaləsi axarkən onu başqa dünyanın əfsanəvi Lal Otaqlarına göndərən qatil çoxdan aradan çıxmışdı. İndi də Orianada buna bənbzər şeylər yaşana bilərdimi? Yerin Qulaqları kronlar və şəhərin yerli əhalisi üçün heç də xoş sayılmayacaq xəbərləri bütün şəhərə yaymağa başlayandan bəri heç kim gəzişindən müəmma yağan adama fikir vermirdi.
Uzun qara əbası ilə bir nəfər düz bazarın ortasında diqqət çəkmədən cənub çıxışına tərəf irəliləyirdi. Bu qədər satıcının, bu qədər alıcının arasıyla heç kimə toxunmadan, heç kimə sürtülmədən elə sakitcə addımlayırdı ki, sanki gözəgörünməz idi. Başında kapüşona oxşar böyük şal, ayaqlarında isə nimdaş qara əbasına yaraşmayacaq qədər təzə uzunboğaz əsgər çəkmələri var idi. Getdiyi yeri ancaq başına atdığı şalın süzülmüş cırıqlarından izləyə bilirdi. Əbasının qolları çox uzun olduğuna görə heç də tacirə bənzəməyən şəhərə yad bu qonağın əlləri belə görsənmirdi. Lakin arada südə bənzər ağ damcılar düşürdü yerə. Bu damcıların süd olmaq ehtimalı mümkün deyildi. Kron qanına daha çox bənzəyirdi. Bəlkə, bu kapüşonlu “gözəgörünməz” elə kronlardan biri idi?! Amma yox, ola bilməzdi. Kronlar bu qədər balacaboy və arıq olmurlar. Vampirlər də. Cinlərsə ümumiyyətlə şəhərlərdə günün günorta çağı gəzişməzdilər. Onlarla nəinki Orianada, hətta Orta Dakaraqasın heç bir yerində bu qədər böyük izdihamın arasında rastlaşmazdın.
İnsan idi bu yad qonaq. Hərçənd, normal bir insana görə heç də balacaboy sayılmazdı. Hərdən bildirmədən arxasına, sağına-soluna baxırdı. Kimlərdənsə gizləndiyi açıq-aşkar hiss olunurdu. Əgər bir insanın paltarından kronların qanı axırdısa, bunun sonu heç də xoşagələn olmayacaqdı. Təxminən, yarım saat idi ki, bazarda kron patrullarının sayı artmışdı. Onlar da kimisə axtarırdılar. Görünüşünə görə öz dəstəsindən qətiyyən seçilməyən Alfa Kron bəzi satıcılardan nələrsə soruşurdu. Satıcılar isə başlarını yelləyirdilər. Alfa kron onlardan uzaqlaşan kimi yenə də əlləriylə ağızlarını tutub bir-birinin qulağına eşidənin gözlərini bərəldən xəbərləri yayırdılar. Diqqətlərini çəkən, şübhə doğuran kimləsə və ya nəyləsə rastlaşmamışdılar bu gün. Amma bu hələ onları Sarı Bazar üçün adi günlərdən birinin gözlədiyi anlamına gəlmirdi. Bir az sonra burada baş verəcək hadisələr uzun illər sonra da maraqla xatırlanacaq, söhbət açılarkən qorxu və həyəcanla danışılacaqdı.
Qara geyimli insan cənub qapılarına çatmağa az qalmış əsas dördyolda ayaq saxlamalı oldu. İki tünd-göy rəngli kron patrulu əlisilahlı şəkildə onun yolunu kəsmişdilər. Kronlardan nisbətən öndə olanı özlərinin sözlərə yox, daha çox xırıltıya, uğultuya bənzər dillərində kapüşonu başından çıxarmağı əmr etdi. Ən azından hərəkətlərindən belə başa düşülürdü. Sonra bir dəfə də və daha ucadan bağırdı eybəcər məxluq. İnsan yerindən də tərpənmirdi. Sanki hərəkət etmək üçün hansısa bir işarəni gözləyirdi. Kron patrulu bir addım da yaxına gələn kimi qara geyimli adam birdən-birə çox sürətli şəkildə yerdə fırlanaraq kronun ayaq biləyindən təpik vurdu. Hər şey çox tez baş verdi. Patrul zərbənin təsirindən olduğu yerdən göyə qalxdı. Bir neçə saniyədən sonra yerə dəyəcəkdi. Dəyir də, amma başsız formada. Qara geyimli müəmmalı insan kron yerə yıxılmağa hazırlaşarkən fırlandığı yerdəcə əbasının altından mavi bir qılınc çıxartdı və elə göydə də bir zərbəylə düşmənin başını bədənindən ayırdı. Tünd göy bədən başsız formada yerə çırpıldı və kəsilmiş boynundan ətrafa ağ qan axmağa başladı. Bədənsiz kron başı isə havada uçaraq onlardan iki-üç addım geridəki kronun qucağına düşdü. Ağzı açıq və gözləri bərəlmiş formada.
İkinci kron əlindəki mavi alov silahını insana tərəf tuşlayaraq bazardakı digər patrullara yerlərini bildirmək üçün var gücü ilə bağırdı. Bu, həm də bir qəzəb göstərişi idi. Amma çətin ki, bu tamaşa qarşısındakını qorxuda bilmişdi. Bu model alov silahları bir-iki saniyə ərzində atəşə hazır vəziyyətə gəlirdi. Patrul silahın tətiyini sıxacağı anda insan bir dəfə də öz ətrafında fırlandı və bir əlini ona tərəf uzatdı. Yenə də hər şey çox sürətlə baş vermişdi. Qara geyimli döyüşçünün əlindən çıxan gümüş bıçaq kronun alnını deşərək arxadakı dükanın taxta qapısına sancıldı. Dizləri üstə çökən vəhşi məxluq göz bəbəkləri yuxarı qatlanmış halda kronlar cəhənnəminə doğru çoxdan yola çıxmışdı.
Ətrafdakı tacirlər, satıcılar, başqa dünyalardan gələn yadplanetlilər nə olduğunu anlamadan çaş-baş halda qaçışmağa başladılar. Onlara elə gəldirdi ki, kron patrullarını öldürməyə cəsarət edən və kim olduğu bilinməyən bu qatil hər kəsi öldürmək üçün Orianaya gəlmişdi. Artıq gizlənməyin bir mənasının olmadığını başa düşən insan başındakı şalı çıxardıb yerə atdı. Bu insan qızılbaşların ən güclü döyüşçülərindən olan Nil idi. Qapqara saçları üzünün sol tərəfinə tökülmüşdü. Sağ qulağının arxasına bərkidilən qulaqlığa iki dəfə toxundu və işləmədiyini anladı.
– Ən lazım olan vaxtda dalğa tutmur, – öz-özünə dodaqaltı deyinən Nil dördyolun hər istiqamətindən ona tərəf onlarla kron patrulunun qaçdığını gördü. – Qaçmaq lazımdır!
Artıq hər şey Nilin öz impravizəsinə qalmışdı. Nə edəcəyini, hansı tərəfə gedəcəyini bilmirdi, amma bu xarabalıqdan mütləq qurtulmalıydı. Dükanın qapısına sancılan gümüş bıçağı yerindən çıxardıb kronun ağ qanını paltarının qollarına sildi və yenidən kəmərinin arxasına bərkitdi. Dayandığı yerdən dükanın damına tullandı və ən az kronun yaxınlaşdığı istiqamətə doğru dükanların üstüylə qaçmağa başladı. Bəxti gətirsə, öldürəcəyi ilk kronlardan biri dəstənin alfası olardı. Yalnız o halda başqa bir alfa dəstəni ələ keçirənə qədər kronlar lal, kor, kar kimi key-key gəzişəcəkdilər. Ən pis halda isə, kronların hamısıyla döyüşməli olacaqdı. Bax, bu çox təhlükəliydi. Qızılbaşlarla təkbətək döyüşdə adi kron patrullarının sağ qalmaq şansı yox idi. Amma məsələ bütöv bir kron sürüsünə qalanda… vəziyyət tamamilə dəyişirdi.
Dəmir tavanlı dükanların çoxu bir-birlərinə bitişik tikilmişdi. Nisbətən aralı olanlarından isə tullanaraq keçirdi. Bazarın yollarını da dəqiq bilmədiyinə görə hara getdiyiylə bağlı heç bir fikri olmayan qız qulağındakı operatorla əlaqə yaranana qədər sadəcə sağ qalmağa çalışacaqdı. Kəmərinin arxasına iki kiçik tapança və iki gümüş bıçaq bərkidilmişdi. Belində isə nazik, amma həddindən artıq möhkəm olan ildırım metalından düzəldilmiş kəskin qılıncı var idi. Ayağındakı uzunboğaz çəkmələrin altı yumşaq olsa da, dözümlüydülər. Yüngül ayaqqabı qaçarkən və tullanarkən heç bir ağırlıq yaratmırdı.
Kronlar vəhşi səslər çıxardaraq aşağıdakı yolla qızı izləyirdilər. Nil kronların mavi alovlarla açdıqları atəşlərdən yayınmağa çətinlik çəkmirdi, lakin sayları çoxaldıqca vəziyyət daha da təhlükəli olacaqdı. Bir neçə dükan irəlidən dörd kron da dama çıxıb ona tərəf qaçmağa başladı. Nil də onlara doğru ziqzaqvari qaçaraq qılıncını belindən götürdü. Açılan mavi atəşlərin hamısı qızın sağından-solundan santimetrlərlə yan keçirdi. Bəziləri lap ayağının altına dəyirdi. Aralarındakı məsafə lap qısalanda kronlar da qılınclarını çıxarmaq istədilər, lakin buna vaxtları qalmamışdı. Nil onların arasından bəbir kimi sürətlə qaçıb keçdi. Hansına necə zərbə endirdiyini digərləri heç görmədilər də. Bir-birlərinə baxıb bədənlərində nələrinsə əksik olduğunu düşündülər. Ağrı çəkmirdilər, amma, elə bil, dərin yuxuya getmək istəyirdilər. Yalnız döyüşçü qız onlardan xeyli aralanandan sonra birinin sol qoluyla sağ ayağı qopdu, birinin başı ortadan iki yerə ayrıldı, digərlərinin isə qarınlarındakı böyük kəsiklərdən bütün içalatları çölə daşdı. Damın üstü bir anlığa ağappaq gölməçəyə çevrildi. Nil bu dəfə də qılıncındakı ağ qanı üstünə silib belinə bərkitdi. Belindəki xüsusi maqnit qılıncı oradan düşməyə qoymurudu.
Birdən-birə qulağına əvvəlcə xışıltı, daha sonra isə tanış bir səs gəldi.
– Nil? Cavab ver, məni eşidirsən?
Qızılbaşların lideri Solonasın səsi qaranlıq tunelin sonundakı işıq kimiydi. Nil budəfəki tapşırığı danışıldığı vaxtdan bir neçə saat tez yerinə yetirmişdi. Buna görə də bazarın cənub çıxışında hələ ki onu gözləyən qızılbaş gəmisi görsənmirdi.
– Salam, şef. Hər şey yaxşıdır, hamı xoşbəxtdir. Öldürə-öldürə qaldığım kronlardan başqa. Tələsməyə bilərsiniz, – bir az zarafatyana, bir az da ironiya ilə cavab verən qızın səsi dayanmadan qaçdığına görə titrək və təngənəfəs çıxdı.
– Biz, təxminən, iki saatdan sonra cənub çıxışında səni gözləyəcəyik. Gecikməməyə çalış. Yoxsa, bazarı partlatmağa məcbur qalacayıq, – Solonasın səsi arada-gedib gəlirdi. Görünür, Nilin də səsi yaxşı eşidilmirdi ki, qızın nədən danışdığını Solonas anlamamışdı. – Bu partlayış isə çox diqqət çəkər. Bunu istəmirəm.
– Narahat olma. Belə getsə, bir neçə dəqiqədən sonra özüm partladacam bu ölüxananı, – deyən kimi damdan yerə tullanan qız düz önündəki iki kronun sinəsini gümüş bıçaqlarla iki yerə böldü. Bu dəfə qan qızın bütün üz-gözünə sıçradı. Nil sifətini turşudaraq başını yellədi. Kronları öldürmək ona hədsiz zövq versə də, qanlarından gələn üfunət iydən zəhləsi gedirdi.
– Nil… Nələr baş verir? – Solonasın səsi qeyri-adi dərəcədə təmkinli idi. – Hər şeyi səssiz-sakit həll etməyini istəmişdim.
– Mümkün olmadı, şef. İmpravizə eləməyə məcbur qaldım. İndi də bazarın ortasında ora-bura qaçıram və dörd bir yanımda da bir neçə kron dəstəsi var. Silahlı və əsəbi kronlar, – Nil təngənəfəs vəziyyətdə gah sağa, gah da sola dönüb qaçırdı. – İki saatlıq vaxtım yoxdur, məncə.
– Qolbaq səndədir? – kiçik səssizlikdən sonra qızılbaş lideri az qala pıçıltıyla soruşdu.
– Qolumdadır. Heç də biz düşündüyümüz kimi asan olmadı oğurlamaq. Bir-iki vedrə ağ qan axıtdım götürmək üçün, – deyən qız sağ biləyindəki dəmir qolbağa baxdı. Qəribəydi. Görünüşünə görə qədim döyüş qolçaqlarını xatırladan qolbaq, elə bil, sırf onun biləyinin ölçüsündə hazırlanmışdı. Rahat hərəkət etsin deyə dəmir qolbağı qoluna taxan kimi biləyində öz-özünə kipləşmiş və balacalaşmışdı sanki.
– Nə badə qaçmağı dayandırıb açıq döyüşə girəsən, nə badə. Maksimum sürətlə gəlirik. Gizlənməyə bir yer tap və gəmimizi görənə qədər də çıxma oradan, – Solonasın yüngülcə xırıldayan səsi qarşı tərəfdən heç eşidilmirdi. – Həyatda qal, əsgər. Bu əmrdir.
– Oldu, şef, – Nil dükanların qapı kandarlarına düzülmüş dəmir piştaxtalarının üstündən tullanaraq və ətrafındakı qəribə görünüşlü yadplanetli irqlərin nümayəndələrini sağa-sola itələyərək durmadan qaçırdı. Belə nə qədər davam edə biləcəyini heç bilmirdi.
Birdən-birə, elə bil, sağ tərəfindən böyük bir qaya parçası dəydi ona. Zərbənin təsirindən sol tərəfdəki dükanın dəmir divarlarına çırpıldı. Nazik divarları deşib qumlu torpağın üstündə bir neçə dəfə diyirlənərək bir küçə geridəki dükanın önündəki böyük dəmir soyuducuyla toqquşdu. Toqquşmağıyla da kəmərindəki qoşa tapançanı çıxardıb zərbə gələn tərəfə tuşladı. Gözləri bir anlıq bulanıqlaşıb yenidən düzəldi. Çoxdandır bu qədər güclü zərbə dəymirdi ona. Önündəki arxa divarı deşilmiş dükandan heç kim gəlmirdi. Bir neçə saniyə bu cür dayandıqdan sonra dərin bir nəfəs aldı və beş metr irəliyə düşmüş qulaqlığı görüb yenidən ayağa qalxdı. Onu yerdən götürmək üçün əyildiyi vaxt bu dəfə solundan toz-torpaqlı bir küləyin ona yaxınlaşdığını hiss etdi. Kronlardan on qat daha sürətlə hərəkət edirdi. Başını sola çevirməyə imkan tapmamış qaya kimi sərt külək bir dəfə də Nili havaya sovurdu. Nil on beş-iyirmi metr kənara uçub başqa bir dükanın metal yığınına dəydi və dəmir-dümür ətrafa səpələndi. Sol çiynində ağrılar baş qaldırırdı. Qaşının üstündən də qan açılmışdı.
Başını qaldırıb zərbənin dəydiyi tərəfə baxdı. Toz-duman yavaş-yavaş çəkilərkən qanadlı bir məxluqun siluetini görə bildi. Qanadları asta-asta belinə doğru yığılıb yoxa çıxdı. Havaya sovrulan toz-torpağın arasından incəbelli və həddindən artıq gözəl bir qız çıxdı. Nil bir az əvvəl yerdən götürdüyü qulaqlığından Solonasın səsini eşitdi, nəhayət ki. Aparatı qulağının arxasına bərkitdi.
– Nil? Orada ancaq kronların olduğuna əminsən?
– Yox, şef. Bir vampir də var. Qanadlı. Meledadır, yəqin ki, – Nil hələ də yıxıldığı yerdən qalxa bilməmişdi. Qara paltarları və üzünün yarısı sapsarı torpaq olmuşdu.
– Onunla döyüşməyi ağlına da gətirmə.
– Nəhayət ki, onunla qarşılaşdıq. Özü öz ayaqlarıyla ölümünə gəlib, – Nilin özündən əmin danışığı Solonası əsəbləşdirmişdi, deyəsən.
– Onunla döyüşmə deyirəm. Qalib gələ bilməyəcəksən. Onu öldürə biləcək silahın yoxdur üstündə, – Solonasın bayaqkı təmkinli səsindən artıq əsər-əlamət yox idi. – Qanadlı vampirləri öldürmək, demək olar ki, imkansızdır.
– Qisasımı alacam, şef! – Nil son sözlərini deyib qulaqlığa toxundu və əlaqə kəsildi.
Ayağa qalxıb düşmənin hücum həmləsini gözləməyə başladı. Tozların arasından qızılbaş döyüşçüyə tərəf gələn qapqara və damdar dəri paltarlar geyinmiş qızla təkbətək döyüşün asan olmayacağı bəlliydi. Boyu kronlardan belə daha uzun olardı. Qıpqırmızı gözləri ağappaq dərisinin fonunda işıq kimi parıldayırdı. Dodaqlarında ifritə bir gülümsəmə var idi.
– İnsan qanının ətrini kilometrlərlə aralıdan hiss edirəm. Bu dadı heç bir şeylə əvəz etmək olmur, – qara vampir özündən əmin şəkildə asta-asta addımlayaraq Nilə yaxınlaşırdı. – Qızılbaşların qanını içmədiyim bir neçə yüz il olub. Darıxmışdım.
– Gəl, qancıq, gəl. Səni öz qanında boğacam, – Nil qızılbaşlara yaraşmayacaq bir şəkildə ona verilən tapşırığı şəxsi prinsiplərinin arxasına atmışdı. – Mənim qılıncımsa tez-tez vampir bədəni doğrayır. Bu gün qanın ətrini hiss etdiyin son günün olacaq, – deyib əlini qaşının üstündən süzülən qana sürtərək vampirə tərəf uzatdı.
– Çox cəsarətlisən, qızcığaz. Görək, bir azdan bədəninin hər yerindən qan axanda da bu qədər cəsarətli danışa biləcəksən?
Meledanın belindən iki yana doğru qapqara tüksüz qanadlar açıldı və üzünün görünüşü bir anda dəyişildi. Dırnaqları caynaqlara çevrildi və vampir dişləri uzandı. Azacıq havaya qalxıb sürətlə Nilə tərəf uçdu. Hər dəfə qanadları çırpıldıqca bazarın toz-torpağı bir az da havaya sovrulurdu. Yaranan külək ətrafdakı bütün dükanların qapı-pəncərələrini çırpıb bağladı. Küləyin bağlamadıqlarını isə dükan sahiblərinin özləri bağladılar. Hərə öz yuvasında kiçik bir deşik tapıb meydanda nələrin baş verəcəyini səbirsizliklə izləməyə başladı. Aralarında iki metr məsafə qalmış qızılbaş döyüşçü ani hərəkətlə fırlanaraq dabanıyla vampirin çənəsindən qüvvətli bir zərbə endirdi. Vampir bu dəfə ovuna toxuna bilməmişdi. Zərbə sırası rəqibə keçmişdi.
Nil zərbə vurduğu dabanında güclü ağrı hiss etdi. Elə bil, dabanından güllə dəymişdi. Vampirlərin bədənləri sərt olurdu, amma Meledanın bədəni lap mərmər kimiydi. Vampir qız əlini üzünə tutub nə olduğunu anlamağa çalışırdı. Yerindən çıxmış alt çənəsi öz-özünə yenidən geri qayıdıb yuxarı çənəsinə birləşdi. Meleda əliylə alt çənəsini sağa-sola tərpədib yerində bərkidərək Nilə tərəf çevrilərkən qız artıq havada idi və yerə düşməmiş vampirin sifətindən dalbadal dörd-beş təpik də vurdu. Yerə düşən kimi daha bir neçə zərbə endirdi. Sonuncu ayaq zərbəsində isə Meleda Nilin ayağını tutdu və onu fırladaraq yandakı binanın divarına çırpdı. Divar az qala parçalanacaqdı. Ayağı hələ də vampirin əlindəydi. Sol çiynindəki ağrılar getdikcə güclənməyə başlayırdı. Vampir bir dəfə də onu var gücü ilə fırladıb kənara tulladı. Bu dəfə qarşıdakı dükana sanki bomba atdılar. Nil tank gülləsi kimi girmişdi qaranlıq dükana və hər yeri dağıtmışdı. Gözlərini açanda Meledanın sürətlə dükana tərəf uçduğunu gördü və cəld şəkildə sağa tərəf sıçradı. Meledanın sərt dizi Nilin bayaq söykəndiyi qalın dəmir parçasını ortadan iki yerə böldü. Parçalardan biri Nilin qabağına düşdü. O, dəmiri yerdən qaldırıb havaya tullandı və var gücüylə vampirin başına vurdu. Amma vampir olduğu kimi də dayanıb sadəcə başını aşağı əydi. Başında balaca yarıq əmələ gəldi və dərhal da bitişdi. Caynaqlarını yumruq kimi qıza atdı. Bu dəfə də vampirin zərbələrindən qaça bilən qız qılıncını vampirin başının düz ortasına vurmaq istəyərkən vampir hər iki əlindən yaxaladı onu. Nil kəllə vurdu bu dəfə, amma başı divara dəymiş kimi gicəlləndi və o biri qaşından da qan açıldı. Meleda onun əllərini yanlara tərəf dartıb havaya qaldırdı. Nil sanki çarmıxa çəkilmişdi. Vampirin ağzı açıldı, dişləri bir az da itiləşib uzandı. Nil gücünün tükəndiyini hiss edirdi. Amma bu qədər tez təslim ola bilməzdi. O, qızılbaş döyüşçüsü idi. Qızılbaşlar heç vaxt asan rəqib olmamışdılar, olmayacaqdılar da.
Bütün gücünü ayaqlarına toplayaraq ucu sərt çəkmələriylə vampirin qabırğa hissəsindən var gücü ilə zərbə endirən kimi Meleda qızı buraxdı. Bu zərbə vampirin qabırğalarını sındıra bildi, amma bir neçə saniyəyə, onsuz da, birləşəcəkdilər. Bu vaxt ərzində Nil gümüş bıçaqları çıxarıb vampirin bədənini sürətli zərbələrlə deşik-deşik etdi, bıçağı tərs çevirib boğazını kəsdi. Bıçaqları nə vaxt yerinə qoyub tapançaları nə vaxt götürdüyünü vampirin özü belə görmədi. Hər iki silahdan açılan atəşlə qara vampir dükanın o biri başına qədər uçub taxta dirəyi sındırdı. Bu yaralar onu öldürə bilməsə də, Nilə oradan qaçmaq üçün bir dəqiqəyə yaxın vaxt qazandırmış oldu.
Solonas haqlı idi. Onunla təkbətək döyüşmək ağılsızlıq idi. Çox ciddi yaralanmışdı. Qaçış sürəti azalmış, bütün əzələləri boşalmışdı. Gözləri də tez-tez bulanıqlaşırdı. Üstəlik, dostlarının şəhərə çatmağına hələ iki saata yaxın vaxt var idi. Hər küçənin döngəsindən vəhşi kronlar çıxır, dayanmadan atəş açır və onu tutmağa çalışırdılar. Hara qaçdığını özü belə bilmədən dükanların damlarına tərəf baxdı. Gizlənəcək bir yer olmalı idi. Qaçaraq qurtulmaq mümkün deyildi.
Birdən paslı şəhərin tək hündür binası olan sapsarı saat qülləsini gördü. Ağlına bir fikir gəldi. Qolundakı qolçağa bənzər alətə baxdı. Bu qolçağı oğurlamaq üçün gəlmişdi metal xarabalığa. Onu Solonasa çatdırmaq üçün canını belə verə bilərdi. Amma indi yalnız bu qolbaq onun Orianadakı taleyini dəyişmək iqtidarındaydı. Niyə də yox? Niyə də olmasın? Onsuz da, Aksel Zalton bu texnologiyanı hələ test etməmişdi.
Yenidən qulaqlığa iki dəfə toxundu.
– Şef? Burdasız? – Saat qülləsinə çatmağa lap az qalmış yenidən qızılbaş gəmisiylə əlaqə yaratdı.
– Burdayam, axmaq qız. Sən neylədiyini fikirləşirsən? – Solonasın bu qədər əsəbləşdiyini, bəlkə də, heç bir qızılbaş görməmişdi. – O vampiri öldürəcəyini necə düşünə bilərsən? Döyüşməməyi əmr etmişdim sənə.
– Şef… – qız nəsə deməyə çalışdı.
– Nə olursa-olsun, həyatda qalmağı əmr etmişdim.
– SOLONAS! Qulaq as, vaxtımız azdır, – Nilin səsi komandirinin də səsindən yüksək çıxmışdı. O da birinci dəfə idi ki, başçılarına qışqırırdı.
– Yox, əlbəttə ki. Onu Rufinaya göndərmişik. İlk varp sıçrayışının düşmə lövhəsini hazırlayır, – Solonas qızın beynindən nələr keçdiyini az-çox təxmin edə bilirdi.
– İndiyə kimi bitmiş olar deyə ümid edirəm, – Nil var gücü ilə tullanaraq saat qülləsinin birbaşa ikinci mərtəbəsindən pəncərə şüşələrini sındıraraq içəri daxil oldu. Yol boyu bir neçə kronu da öldürdüyündən gümüş bıçaqlar hələ də əlindəydi. – İlk test üçün əlimdə yaxşı bir təcrübə siçanı var.
– Əminsən? – Solonas da başqa çıxış yolu olmadığını anlamışdı. Nili itirməyi gözə ala bilməzdi.
– Başqa çıxış yolum yoxdur, şef. Ölümün qucağına atılmalıyam, – qızın səsindən az da olsa qorxduğu hiss olunurdu. – Rufinayla əlaqə saxlayın, düşmə lövhəsini aktivləşdirsinlər.
Altıncı mərtəbədə olarkən binanın çölündən vahiməli bir qadın səsi eşidildi. Meledanın səsi idi. Həddindən artıq əsəbləşdiyi hiss olunurdu. İlk dəfə idi ki, kimsə onu bu qədər yaralamağı bacarmışdı. Bu insan onun əllərində ölməliydi. Saat qülləsinin divarlarından biri altıncı mərtəbədə birdən-birə dağıldı və qara vampir Nilin boğazından yapışıb o biri divara çırpdı. Vampir güclü caynaqlarından biriylə onu boğmağa davam edərkən digər əlindəki iti dırnaqlarını Nilin qarnına soxdu. Qızın qarnı beş yerdən eyni vaxtda deşildi. Bu, kronların alov silahından belə daha ağır yara idi.
– “Hər yerindən qan axacaq” demişdim sənə, – Meleda barmaqlarını qızın qarnında bir az da tərpədərək ilan kimi fısıldadı.
Nilin ağzı bir anda qanla doldu və ağrıdan qışqırarkən çənəsinin yanlarından aşağı axdı. Vampirin barmaqlarının qarnının içində necə yumruqlaşdığını hiss edirdi. Düz düşməninin qanla dolmuş vəhşi göz bəbəklərinə baxaraq əllərindəki bıçaqlardan birini boğazından yapışan ələ batırdı. Vampir o dəqiqə əlini çəkdi. Digər bıçağı isə çənəsinin altından soxub burnunun çəpər sümüyündən çıxartdı. Meleda neçə yüz illik ömründə bu qədər ağrı hiss etməmişdi. O da özünü saxlaya bilməyib var gücüylə qışqırmağa başladı. Nil vampirin özünü ora-bura çırpdığını görüb son gücünü toplayaraq onu binanın pəncərəsinə tərəf itələdi. Vampir pəncərəni sındırıb altıncı mərtəbədən yerə yıxıldı. Amma bu da vampiri öldürməyəcəkdi. Ən qısa zamanda binanın damına çıxmalıydı Nil.
Ağrılar içində axsayaraq pilləkənləri qalxmağa başladı. Kron dəstələri artıq dördüncü mərtəbəni keçmişdilər və sürətlə Nilə yaxınlaşırdılar. Nil birtəhər binanın damına çıxdı. Qarnındakı yaraya görə çox qan itirmişdi. Qulaqlığına toxundu son dəfə.
Qızıl başlı türklər: İranda onlar necə yaşayır? – FOTO
Qızılbaşlıq Azərbaycanda yaranmış və Qızılbaş dövləti əvvəlcə Azərbaycanda qurulmuş, sonra isə indiki İran, İraq, Şərqi Anadolu, Ermənistan və Gürcüstanı əhatə etmişdi. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Türkiyə alimi Enver Behnan Şapolyo yazır ki, Məhəmməd peyğəmbər (s.ə.s) Uhud müharibəsində məkkəlilər tərəfindən yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Hz.Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdi. Həmin rəvayətə görə qızılbaşlar bu adı buradan alıblar. Digər bir rəvayətə görəsə, Şah İsmayıl osmanlı sultanı İkinci Bəyazid ilə bir müqavilə bağlamış, öz əsgərlərini Anadoludan Suriyaya keçirmiş ki, bu əsgərlərin də başında qırmızı təkkələr (incə materialdan olan baş örtüyü) varmış. Bundan sonra şiələrə “qızılbaş” deməyə başladılar. Bu səbəblə Anadolu ələviləri də “qızılbaş” adını almışdılar.
Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirir.
Alman alimi Brokelmana görə isə, atasının ölümündən sonra Şeyx Heydər öz təriqətində yeniliklər edərək yeni bir baş örtüyünü mütləq saydı. Bu, 12 imama işarət edən 12 dilimli bir Heydəri qırmızı baş örtüyü idi. Qızılbaşlar 12 şiə imamı şərəfinə 12 qırmızı zolaqlı çalma bağladıqlarına görə belə adlanırdılar.
XV əsrin ikinci yarısında meydana çıxmış olan Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türk tayfalarının tarixində yeni bir səhifə açdı. Qızılbaşlar əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı, sonralar isə bayat, qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və başqa türk tayfalarını birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Tarixdən məlum olduğu kimi, Qızılbaşlıq Azərbaycanda yaranmışdı. Bu tayfanın hakim mövqedə olduğu Səfəvilər dövləti həm də “Qızılbaşlar dövləti” adlandırılıb. Səfəvilər bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib. Bu da onu deməyə əsas verir ki, qızılbaşlar 6 əsr ərzində bu ərazilərdə kök salaraq dünyanın dörd bir yanına səpələniblər.
Dünyaya səpələnmiş qızılbaşlar
Pakistan və Hindistan ərazisində Azərbaycan türkləri 15-20-ci yüzilliklərdən bəri yaşayırlar. Onların çoxu 19-cu yüzillikdə Əfqanıstandan köçənlərdir və burada da Əfqanıstanda olduğu kimi, qızılbaş adı altında bilinirlər. Tariximizin iki mərhələsində Azərbaycan torpaqlarından böyük köç baş verib. Bunlardan biri Şah Təhmasib tərəfindən Moğol imperatoruna göndərilən 12000 qızılbaş döyüşçüsü, digəri isə Nadir Şah Avşar tərəfindən onun Hindistan və Əfqanıstanı istilası zamanı ora apardığı Cavanşirlər, Bayat və Avşar boylarıdır. İngilislərin apardığı siyahıyaalmaya görə, 1901-ci ildə indiki Hindistanın Uttar Pradeş əyalətinə uyğun gələn ərazidə 2877 nəfər, 1911-ci ilin siyahıyaalınmasına görə isə, indiki Pakistan və Hindistan Pəncabında, Dehlidə 1959 soydaşımız yaşayıb.
Əhalinin təbii artımını və xaricə köçü də nəzərə aldıqda bu iki ölkədəki qızılbaş sayını 20 min təxmin etmək olar. Pakistanda qızılbaşların sayı və rolu daha çoxdur. Qızılbaşlar bu ölkəyə prezident, nazirlər, generallar, səfir, hakim, şair bəxş ediblər. Bu gün də Pakistan ordusunda xidmət edən qızılbaş generallar və yüksəkrütbəli zabitlər var. Bunların bəziləri ilə tanışlığımız da mövcuddur.
Əfqanıstana Azərbaycan türkləri – qızılbaşlar 16-18-ci yüzilliklərdə yerləşiblər. Əsasən Nadir Şah Avşarın və onun ölümündən sonra Dürrani hakimlərinin zamanında indiki Əfqanıstana köçürülüblər. 19-cu yüzilliyə aid Britaniya dövlətinin məlumatına görə, onların sayı 50-200 min nəfər idi. Həmin tarixdən bu yana Əfqanıstanın toplam əhalisi təxminən 7-10 dəfə artıb ki, bu hesabla soydaşlarımızın bugünkü sayı 350 minlə 2 milyon arasında olmalıdır: “Əfqanıstandakı soydaşlarımız orada əsasən qızılbaş, mərvi, avşar və başqa adlar altında tanınırlar. Az bir qismini çıxmaqla, demək olar ki, hamısı farsdillidir. Qızılbaşlar Əfqanıstanda rəsmi olaraq qəbul edilən və konstitusiyada adı çəkilən etnik azlıqlardan biridir”.
Özbəkistana Azərbaycan türklərinin – qızılbaşların köçü 16-19-cu yüzilliklərdə baş verib. Oradakı icmanın təmsilçilərinin bir çoxu 1785-1830-cu illər arasında indiki Türkmənistanda yerləşən tarixi Mərv şəhərindən köçürülən əslən Gəncəli Qacarlardır. Burada soydaşlarımız “ironi” (iranlı) adı altında tanınırlar və əsasən Zərəfşan vadisində, Səmərqəndin Pəncab, Baği Şumal və başqa yaşayış məntəqələrində məskunlaşıblar. Tarixi özbək qaynaqlarına əsasən, Mərvdən köçürülənlərin sayı 17 min ailə olub. Köçürülən qızılbaşlar şiə məzhəbli olduqlarına görə Özbəkistana – Buxara xanlığına gətiriləndən sonra məzhəblərarası problemlər ucbatından bir çoxu kimliyini gizlətməli olub. 1926-cı ilin sovet siyahıya alınmasına görə, Özbəkistanda 9,2 min “iranlı” vardı. Kimliyini gizləyənləri də nəzərə aldıqda, bugünkü sayları 50-200 min nəfər arasında təxmin edilir.
Türkmənistan ərazisi 18-ci yüzilliyin ortalarınadək demək olar ki, bütünlüklə, 1860-cı illərədək isə qismən Azərbaycan türklərinə aid dövlətlərin tərkibində və təsirində olub. Türkmən əhalisi indiki Türkmənistana əsasən 1717-ci ildən sonra yerləşməyə başlayıb və bu proses 1860-cı illərədək davam edib. Türkmənistan ərazisində bu gün rəsmi olaraq türkmənlərə aid edilən, ancaq linqvistik, etnoqrafik və tarixi faktları nəzərə aldıqda, Azərbaycan türklüyünə aid olan bir neçə yerli etnoqrafik qrup var: nohurlular, annaulular, mehinlilər, əlililər və başqaları. Bu qızılbaş icmaları türkmənlərin həmin ərazilərə köçündən qabaq buralarda yaşayıblar, daha sonra türkmənlərin təsirinə düşmələri və hənəfi məzhəbindən olmaları səbəbindən türkmən xalqı ilə assosiasiya olunmağa başlamışlarsa da, gündəlik həyatda türkmənlər tərəfindən həqiqi türkmən olaraq qəbul edilmirlər. Bundan başqa, Türkmənistanın İranla sərhəd zolağında Firuzə kimi bəzi yaşayış məntəqələrində daha sonrakı dövrlərdə Qarabağdan və başqa yerlərdən köçüb gələn Azərbaycan türkləri də var. Bu etnik qrup təmsilçilərinin toplam sayının 50 mindən az olmayacağını güman etmək olar.
Türkün İslamı qəbul etdikdən sonra formalaşan inanc forması qızılbaşlığı yaratdı. Müsəlman türk və qızılbaş demək olar ki, eyniyyət təşkil edirdi. Türküstandakı ayrı-ayrı təriqətlərə baxaq – nəqşibəndilik, bəktaşilik.
Qızılbaşlıq birdən-birə yaranmayıb. Bir tərəfdən babəkilik, hürufilik var idisə, digər tərəfdən XIII-XIV əsrlərdə yüksək səviyyəyə qaldırılan bəktaşilik, ceylanilik və nəqşibəndilik var idi. Faktiki olaraq, məlum olur ki, bunlar qızılbaşlığın müxtəlif formalarıdır.
Səfəvi-Osmanlı savaşları dövründə Osmanlının təzyiqləri gücləndirildi. Bir tərəfdən qızılbaşlıq təqibə məruz qalırdısa, digər tərəfdən də tərəfdarları artırdı. Bu zaman qızılbaşların cərgəsinə türk olmayan ünsürlər də qoşulurdu. Qızılbaşların I Qurultayı 1500-cü ildə bugünkü Ərzincanda keçirilib.
Sadəcə, qızılbaşlığa qarşı etiraz, digər tərəfdən cümhuriyyətdən sonra isə təqiblər dayandırıldıqdan sonra qeyri-türk ünsürlər, guya müsəlman olmaq üçün, sanki islamdan fərqlənən bir cərəyan kimi qızılbaşlığa qoşuldular. Nəticədə, qızılbaşlıq Türkiyədə bir, İranda başqa formada mahiyyətini itirdi.
Bəs İranda?
Bu gün Britaniyanın “The İndependent” qəzetində Daniel Babayaninin “İranın türk qızılbaşları kimlərdir?” (Who are the Qizilbash Turks of Iran?) məqaləsi dərc olunub.
Müəllif yazır ki, bir zamanlar Səfəvi xanədanının bel sütunu olan qızılbaşlar indi İranın şimalında, Güney Azərbaycanda yaşayırlar.
“Bu gün Güney Azərbaycandakuı Ramian, Minudəşt və Əliabad Katul şəhərlərində çox sayda qızılbaşlar yaşayırlar. 16-17-ci əsrlərdə Qarabağdan, Naxçıvandan və Urmudan köçüb buralara gələnqızılbaşlar dillərini, mədəniyyətlərini qoruyub saxlayıblar. Onlar Ramian və Minudəşt şəhərlərinin sakinlərinin əksəriyyətini təşkil edirlər. Ramiandakı qızılbaşların dialekti linqvistik baxımdan Nohurludakı türkmənlərin danışdıqları dilə çox yaxındır”, – D.Babayani yazıb.
İranın şimal-şərqində, Güney Azərbaycanda, Xəzər dənizinin sahillərində olan və “Türkmən Səhrası” adlanan məkanda qızılbaşlarının yerləşməsinin siyasi, habelə hərbi və təhlükəsizlik səbəblər vardı. Belə ki, Səfəvi xanədanı şiəliyi qəbul etməmiş türkmən və özbək tayfalarının hücumlarının qarşısını almaq üçün qızılbaşları bura yerləşdirmişdi.
Şah Abbas dönəmində özbəklərin məğlubiyyətindən sonra qızılbaşlar Türkmən Səhrasının mühafizləri oldular. 18-ci əsrdə yaşamış türkmən şairi Maxtumkuli Pirağa yazmışdı: “Beş il sərasər bu kitab üçün çalışdım – qızılbaşlar gəldilər və onu məhv etdilər”.
Türkmənlərlə özbəklərin məğlubiyytindən sonra qızılbaşlar Türkmən Səhrasında qalalar, qəsrlər inşa etdilər, kəndlər saldılar. İndiki dövrdə aparılmış aerofotoçəkilişlər göstərir ki, türkmən tayfaların birləşməsinin qarşısını almaq üçün qızılbaşlar şəhərlərlə kəndləri xətt üzrə inşa ediblər.
10-cu əsrdə İslamı qəbul etmiş oğuz tayfları olan qızılbaşlar ilkin dönəmlərdə Savalan, Qaradağ və Mokan tayfalarından ibarət idilər. Sonradan onlar Şah İsmayıl Xətaiyə and içərək səfəvi ordusunun ən qüdrətli, güclü hissəsini təşkil etdilər.
“Qızılbaş” kəlməsi isə 15-ci əsrdə yaranıb, mənası da “qızıl papaqlı”, “qırmızı papaqlı” deməkdir.
Osmanlı Türkiyəsində isə hakimiyyətə qarşı çıxanlarla qiyamçıları “qızılbaşlar” adlandırardılar.
“Qızılbaş kişilər və qadınlar üçün ipək geyimin ayrılmaz, tərkib hissəsidir. İpək saplardan toxunmuş naxışlar isə qızılbaş geyimlərinin əlahiddə incədiyidir”, – məqalədə deyilir.
Minudəşt sakini, tədqiqatçı Həcər Məmişli deyir: “Qızılbaşlar kişilərin geyimi iki ipək şalvardan, yaxalıqsıh qırmızı köynəkdən ibarətdir. Qırmızı rəng türk xalqların, o cümlədən türkmənlərin sevimli çalarıdır. Qızılbaşların paltarları şahvesənlərin geyimlərinə bənzəyir. İndi ənənəvi geyimi qızılbaşlar yalnız bayramlarda və toylarda geyinirlər”.
Qızılbaş türk dilinin istifadə arealının zəifləməsi isə İranın hakimiyyət dairələrinin yürütdüyü siyasətlə bağlıdır. Rəsmi Tehran qızılbaşlara öz dillərində təhsili vəd etsə də, heç nə edilməyib.
Minudəştdə yaşayan və təqaüddə olan müəllim Məhəmədin dediyinə görə, qızılbaşların dili yox ola bilər: “Əfsuslar olsun ki, indi öz dilində az danışan qızılbaşların sayı artır. Gənclər arasında millik kimlik barədə düşünənlər çox deyil. İş o yerə çatıb ki, bəzi qızılbaşlar özlərini fars sayırlar”.
Ramian sakini, 70 yaşlı Zeynəb də belə düşünür: “Türk dilimiz tədricən unudulur. Fars dili o qədər üstünlük təşkil edir ki, indi gündəlik həyatımızdakı danışığımızda fars sözləri çoxdur. Uşaqların məktəbdə yaxşı oxumaları üçün evdə fars dilində danışan qızılbaş ailələrin sayı artır. Bu isə qızılbaş türk dilinin, adətlərimizin, mədəniyyətimizin, ənənələrimizin tədricən zəifləməsinə səbəb olur”.
. İrandakı qızılbaşlar özlərini hifz etməyə çalışırlar.
İlk əvvəl dillərini.
Ancaq bu, ağır prosesdir – Tehran maneələr yaratdığı üçün.
Milli.Az
Qızılbaşlar hrkti v onun ideoloji mahiyyti
«Bizim gücümüz çoxdur, lakin sahib olmadığımız bir şey var, o da ― birlik»
Bu sözlərin müəllifi mən deyiləm, Əfqanıstandakı Azərbaycan türklərindən Zarmina Afşar xanımdır. Əfqanıstanlı soydaşımız Zarmina xanım hal-hazırda ABŞ-da yaşayır, Əfqanıstanın paytaxtı Kabil yaxınlığındakı 4 əsrlik Afşar-Nənəkçi kəndindəndir.
Zarmina Afşar xanım Pakistandakı Azərbaycan türklərinin biznes və siyasətdə təsirli olduqlarını, böyük əkin torpaqlarının olduğunu, bunların bəzilərinin hətta kiçik ölkə ilə müqayisə ediləcək qədər olduğunu deyir. Dünyadakı bütün soydaşlarımızı bir arada toplamalı olduğumuzu və bizim böyük gücə, potensiala sahib olduğumuz halda sadəcə birliyimimizin çatışmadığını deyir. Həm Pakistan, həm də Hindistandakı Azərbaycan türklərinin təsirli, imkanlı insanlar olduğunu qeyd eləyir. Əfqanıstandakı soydaşlarımızın da həmçinin böyük biznesdə və mediada təsirli olduqlarını vurğulayır. “Biz dünyada daha güclü olmaq üçün bu insanların hamısını bir araya yığmalıyıq”.
Zarmina xanım, Pakistan, Hindistan və Əfqanıstandakı Azərbaycan türklərinin Qərb ölkələrində, özəlliklə ABŞ, Kanada, Avstraliya və Britaniya kimi ingilis dilli ölkələrdə böyük diasporalarının olduğunu söyləyir, bunlarla əlaqə saxlayır, məlumatı var. Bu ölkələrdəki soydaşlarımız Türkiyə və Azərbaycanın onlarla maraqlanmamasından gileylənirlər. Halbuki biz onları adı çəkilən Qərb ölkələrindəki diaspora tədbirlərinə dəvət edə bilərik, deyilmi?
“Azərbaycan dilini öyrənmək üçün Azərbaycana hər il 50 nəfər göndərmək olar. Əgər biz hər il 50 nəfər Azərbaycana və 50 nəfər Türkiyəyə yollasaq, 10 il sonra bu bütün əhalini kökündən dəyişə bilər” ― deyərək çox faydalı bir təklifi edir. Bu əcdadlarımızın fəth etdikləri, ayaq basdıqları yerlərdə qoyub getdikləri insan kapitalının 4 əsr sonra yenidən öz vətəninə fayda vermək üçün çağırışıdır. Bəs bu soydaşlarımız necə oralara gedib çıxıblar? Səbəbi böyük Nadir Şah Avşar! Nadir Şah Avşar özü Xorasanda doğulmuşdu, əcdadları isə Şah İsmayıl vaxtında Azərbaycandan imperiyanın sərhədlərinə köçürülmüşdü, oraları müdafiə etmək üçün. Nadir 1736-cı ildə Azərbaycanda, Muğanda şah seçiləndən sonra, 1738-ci ildə Hindistanı fəthə başlayır və Əfqanıstandan keçərkən bölgədə özü ilə Azərbaycandan gətirdiyi 12,000 türk ailəsini yerləşdirir, bunlar Nadir Şahın Hindistana gedərkən qoyub getdiyi arxa-dayağı idi. Nadir Şahın qətlindən sonra Əfqan Dürrani hökmdarları burada qalan soydaşlarımızın yüksək hərbi potensialına görə onlarla müttəfiq olurlar, ordularına cəlb edirlər və hətta Dürrani hökmdarlarının şəxsi mühafizə alayı da bu Azərbaycan türklərindən təşkil olunur. Azərbaycan türklərinin Əfqan dövlətində siyasi və hərbi qüdrətləri Əmir Dost Məhəmməd dövründə (1835-1839) zirvəyə yüksəlir, belə ki, Əfqan dövlətinin hökmdarı Dost Məhəmməd özü yarı Azərbaycan türkü idi, anası Qarabağlı Musa Xan Cavanşirin (Qarabağ xanlarının tayfası) qızı Zeynəb Bəyim idi. Dost Məhəmməd özü sərkərdələri və dövlət idarəçiləri ilə Azərbaycan türkcəsində danışırdı, Əfqan tayfa başçıları ilə isə Puştunca.
1839-cu ildə Mərkəzi Asiyada Rusiya və Britaniyanın rəqabəti qızışır və Əfqan cəbhəsində hərəkətli dövr başlayır. Britaniya ordusu Kabilə daxil olur, bu zaman Qızılbaş bəylərinin bir qismi Britaniyaya meyl edir, 1842-ci ildə məşhur Kabil üsyanı hadisəsində Britaniya qoşunu məğlub olur, Qızılbaş bəylərinin bir qismi yaxınları ilə birlikdə Britaniyalıların sağ qalanları ilə Hindistana gedirlər və onlara müasir Pakistan ərazisindəki Lahor vilayətində mülk verilir. Britaniyalılarla gedənlərin başında əslən Azərbaycanın Şirvan mahalından Əli Rza Xan idi. Bu insanlar hətta 20-ci yüzilin əvvəllərində belə müsahibə və şəcərə məlumatlarında əsillərinin Azərbaycanın Şirvan mahalından olduğunu qeyd eləməyi unutmayıblar. Şirvanlı Əli Rza Xana müasir Hindistanın Uttar Pradeş əyalətində 147 kənddən ibarət geniş bir mülk ərazisi, Xan Bahadur və Nəvvab titulları verilir. Oğulları, nəvə nəticələri də daima yüksək ad-san və hörmət sahibi olmuşlar. Həmin bu ailənin nümayəndəsi Müzəffər Əli Xan Qızılbaş 1958-ci ildə Qərbi Pakistanın 3-cü baş naziri olur. Bu ailənin nümayəndələri daha sonra da Pakistana bir qadın nazir verirlər, ayrıca Pakistan ordusunda da bu ailədən olan Azərbaycan türkü zabitlər olub və çox güman bu gün də var.
Qayıdaq yenidən Əfqanıstanda qalan Azərbaycan türklərinə. 19-cu yüzildə Əfqanıstanda soydaşlarımızın sayı ilə bağlı rəqəmlər 50 min nəfərdən 200 min nəfərədək dəyişir, ümumi Əfqanıstan əhalisi isə o dövrdə 3.5-5 milyon arasında təxmin edilir. Burada qalan soydaşlarımızdan bir çox adlı-sanlı nümayəndələr çıxıb. Bunlardan biri 1795-ci ildə Əfqan Dürrani dövlətinin Kəşmir (!) valisi olmuş Əmir Arslan Xan Cavanşirdir. Onun da əsli Qarabağdan, Qarabağ xanlarının da aid olduğu Cavanşirlər nəslindəndir. Əmir Arslan Xan Cavanşir Kəşmir tarixinin ən qayğıkeş hökmdarlarından biri sayılır. Onun Kəşmirin mərkəzi Srinaqar şəhərində tikdirdiyi möhtəşəm Şirgarh sarayı özündən sonra da buraya hakim olmuş Hind Maharacaları tərəfindən çox bəyənilmiş və onların da iqamətdahı olmuşdur. Bu gün, soydaşımız Əmir Arslan Xan Cavanşirin qoyub getdiyi bu abidə Kəşmirin ən önəmli turistik yerlərindəndir.
Əfqanıstandakı soydaşlarımız Azərbaycanın müxtəlif bölgələrindən və imperiyanın digər yerlərindən toplanmış Cavanşir, Avşar, Şahsevən, Bayat, Qaşqay, Köçəri, Kəbəri (Kəbirli), Şirvanlı türklərdən və başqa tayfa və tirələrdən ibarətdirlər. Yuxarıda qeyd edilən 1839-42-ci illər Əfqan-Britaniya münaqişəsindən sonra Əfqanların məzhəbi hislərinin də təsiri ilə Qızılbaş topluluğu təqiyyə etməyə, yəni məzhəblərini gizlətməyə başlayırlar. Bununla əlaqədar olaraq bu gün oradakı soydaşlarımızın sayı ilə bağlı təxminlər çox fərqlidir, toplam əhalinin 1-3 %-i qədər, yəni 0.3-0.9 milyon qədər olduqları güman olunur. Azərbaycan türkləri müasir dövrdə Əfqanıstanın bütün önəmli şəhərlərində yaşayırlar, bir çox yerdə kəndləri var, ancaq daha sıx olduqları yer Kabil ərazisidir, Amerikalı professor Ludwig W. Adamec-in məşhur çoxcildli “Historical and political gazetteer of Afghanistan” kitabında Kabil vilayəti ərazisində 15 Qızılbaş kəndi qeyd olunur, bunların ikisi Türk-Tacik qarışığı kənddir, qalanları Azərbaycan türklərindən ibarətdir. Azərbaycan türkləri Kabilin 240 km quzey-batısındakı Bamiya vilayəti ərazisində də kəndlərdə yaşayırlar. 20-ci yüzildə bölgəyə araşdırma üçün gəlmiş Qərbli alimlər məhz bu iki vilayətdəki Azərbaycan Türkləri içində ana dilini hələ də qoruyub saxlayanların olduğunu qeyd ediblər. Kabildə Avşar-Nənəkçi kəndindəki soydaşlarımızın ləhcəsi ilə bağlı Fransız, Alman və Türkiyəli türkoloqların araşdırmaları var. 1960-cı illərdə Əfqanıstana antropoloji araşdırmalar üçün getmiş Sovet alimi Georgiy Debets Kabildəki soydaşlarımızla da görüşmüş və bunların ana dillərini bildiklərini və, ― yəqin ki, bu əcnəbiyə anlaşıqlı olsun deyə İrandan öyrəndikləri terminlə, ― “Azəri dili” dediklərini bildirir. Əlbəttə bu termini onlar, bu əcnəbi alimə özlərinin məhz Azərbaycandakı türklərdən olduqlarını vurğulamaq üçün işlədiblər, çünki bütün qalan qaynaqların hamısı onların öz dillərini “Türki dili” adlandırdıqlarını yazır. Soydaşlarımızın ən çox olduğu yer isə Kabil şəhərinin özüdür. İlk gəldikləri zamandan Kabil şəhəri ərazisində özlərinə aid Azərbaycan məhəllələri salaraq yığcam şəkildə yaşamışlar, Murad Xani məhəlləsi, Çindavul məhəlləsi və başqaları. Çindavulda hələ də çoxlu soydaşımız yaşayır, bura Kabilin mərkəzindədir, Kabil havala limanı da köhnə Azərbaycan məhəllələrindən birinin ərazisində yerləşir. Kabildəki soydaşlarımızın sayı ilə bağlı yeganə rəsmi bilgi 1876-cı ildə Kabildə keçirilmiş əhali sayımıdır. Bu dövrdə 140,700 nəfər Kabil əhalisinin 6,500 nəfəri “Qızılbaş”, yəni Azərbaycan Türkü imiş.
Son olaraq, soydaşlarımızla bağlı görməli olduğumuzu düşündüyüm bəzi fikirlər. Yuxarıda artıq eyd elədiyim kimi, Kabildəki soydaşlarımızdan Zarmina Afşar xanım hər il 50 nəfər soydaşımızın dil öyrənmək üçün Azərbaycana oxumağa çağrılmasını təklif edir. Bu məncə heç də böyük bir rəqəm və çətin bir iş deyil. Əfqan reallıqları və 4 əsrlik vətəndən ayrı düşmələri səbəbindən bu gün soydaşlarımızın ana dili Kabil Farscasıdır, ancaq qeyd elədiyim kimi, Avşar-Nənəkçi kəndində və ola bilsin bir neçə başqa kənddə daha, ana dilimizi bilənlər hələ də qalıb. Bu insanlar, soydaşlarımız vətənlərini imperiya dövründə tərk elədilər, kolonial dövrdə ayrı düşdük və indi vətənlərində müstəqil Azərbaycan dövləti qurulub və bu insanlar qismən də olsa dillərini müstəqil Azərbaycanın meydana çıxdığı bu günlərə qədər saxlaya biliblər, bir növ bir missiyanı yerinə yetiriblər, vaxtilə imperiyanın dayağı olublar, şərəf və ləyaqətlərini saxlayıblar, kimliklərini qoruyub bu günə qədər gətirə biliblər. Bundan sonrası artıq Azərbaycana düşür. Bu işə Güneyli soydaşlarımızdan cəlb eləmək lazımdır, Farsca bilirlər, Əfqan reallıqlarını bizdən yaxşı bilirlər. Uşaqlar üçün ikidilli Farsca-Türkcə kitabçalar və əlavə dərs vəsaiti tərzli nəşrlər hazırlamaq olar, içində xəritədə Azərbaycan Türklərinin etnik arealı, onların köç marşrutu, Nadir Şahın şəkli, Azərbaycanla bağlı maraqlı etnoqrafik elementlərin göstərildiyi rəsmlər, xüsusən məncə Güney Azərbaycandan kəndli və Şahsevən köçərilərinin rəsmləri, həyat tərzi onlara Qafqaz sayağı görüntülərdən daha yaxın, doğma və cəlbedici olacaq. Nəşrlər əlbəttə yüksək keyfiyyətli birinci dərəcəli kağızlarda, əlvan rəngli, gözoxşayan olmalıdır. Həmçinin, ― yenə də, əsasən Güney Azərbaycandan, ― folklor rəqsləri, mahnıları DVD-ləri ola bilər. Qarabağ xanlığı ilə bağlı materiallara geniş yer vermək lazımdır, belə ki, bu insanların önəmli hissəsi elə Qarabağlılardır, Cavanşir tayfası, Qarabağ xanlarının aid olduğu eyni tayfa, bunlar Qarabağ xanlarının birbaşa qohumlarıdır. Azərbaycanda Cavanşir nəslindən çıxmış adlı-sanlı alim, yazar, həkim, hərbçi və b. diqqətəlayiq kim varsa bunların da hazırlanmalı olan kitabçalarda olması vacibdir. Unutmayaq ki, bu insanlarda tayfa, elat şüuru var və onlar üçün bu cür paralellər, nümunələr qəlblərinə yol tapmaq üçün lazımlıdır. Ayrıca, bölgəyə mütləq Azərbaycandan etnoqraflar, dilçilər, tarixçilər getməli, çoxlu miqdarda material toplamalıdırlar. Soydaşlarımız haqqında çoxseriyalı sənədli film çəkilməsi həm onların Azərbaycanda tanıdılması, həm də qayğı və diqqət görmələri hiss etmələri üçün vacibdir. Azərbaycandan Kabilə iş adamları və dövlət adamlarından ibarət heyət də getməlidir. Bu onlarda Azərbaycana diqqət, maraq və sevgi yaradacaq, Azərbaycanla biznes əlaqələri qurmağa həvəsli olacaqlar. Əfqanıstanın hal-hazırda ən varlı adamlarından biri, iş adamı, milyarder Ehsan Bayat soydaşlarımızdan biridir. Bu iş adamlarının Pakistan, Hindistan və Qərb bazarları ilə əlaqələri, çıxışları var. Onlarla irtibat qurmaq bizim buranın iş adamlarına da maraqlı olmalıdır. Soydaşlarımız üçün Kabil şəhərində lisey açılmasını arzu edirik.
Yazı uzun alındı, elmi məqalə şəklində deyil, nəql etmə, söhbət tərzində yazılıb və ona görə istinad etdiyim ədəbiyyat siyahısı ilə oxuyanları yormaq istəmədim, ancaq məlumatlar əlbəttə qaynaqlara əsaslanır.
Yazımı 1976-cı ildə Kabildəki soydaşlarımızdan toplanmış folklor nümunələrindən biri ilə sonlandırmaq istəyirəm:
Gezləri yaladır, alar canemi,
Kiprigi nəştərdir, tekər qanımi,
Əmri-Əmri, can, Əmri, gəl ki, qurbanıy mənəm,
İldə bir qurban kəsəllər, gində qurbanıy mənəm,
Comments are closed, but trackbacks and pingbacks are open.